Məhkəmə qərarları › İş №1(006)-611/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-611/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-611/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X7, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs X5 iştirakları ilə, 05 sentyabr 1987-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olmayan, orta təhsilli, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 aprel 2025-ci il tarixdə saat 15 radələrində qeyri-rəsmi münasibətdə olduğu X7 yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən evin qarşısına gəlib azad giriş-çıxışı üçün icazəsi olmadığı halda açıq pəncərədən əlini içəri salmaqla giriş qapısının kilidini açıb oraya qanunsuz daxil olaraq evdən Aytən Maliyevaya məxsus həmin günün məzənnəsi ilə 1759 manat 75 qəpik təkşil edən 85000 Rusiya rublu, 1760 manat nağd pullan və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 500 manat dəyərində içəri hissəsində “B” hərfi yazılmış 583 əyarlı üzüyü gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxs Aytən Maliyevaya ümumilikdə 4019 manat 75 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X12m təxminən 4-5 il olar ki, tanıyırmış. Bir müddət Aytən ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. Sonuncu dəfə 2025-ci ilin noyabr aymda Aytən Bakıya qayıtmışdır. Həmin vaxtdan bəri Aytənlə birlikdə yaşamış və qeyri-rəsmi münasibətləri olmuşdur. Aytən Rusiyadan gələrkən 82.000 rus rublu gətirmişdir. O həmin puldan 30.000 rublun məzənnəsini dəyişərək Aytənin həyat yoldaşından boşanması ilə əlaqədar xərclərini ödəmişdir. Təxminən 2 ay bundan əvvəl Aytən işləməyə başlayandan sonra onların münasibətləri pozulmuşdur. Lakin yenə də o Aytənin yaşadığı evə gedib-gəlmişdir. Aytən evdə olmayanda və ya yatanda o giriş qapısının sağında yerləşən pəncərənin şüşəsi olmadığından oradan əlini salaraq qapını arxadan açmışdır. O, Aytənin onda qalan 52.000 rubl rus pulunu cibində saxlamışdır. xx.xx.2025-ci il tarixdə o cibinə baxarkən həmin pulun onun cibində olmadığını görmüşdür. Buna görə də Aytənin yaşadığı evə gələrək yenə də qapını həmişəki kimi açıb evə daxil olmuşdur. Evdə girişdən sağ tərəfdə yerləşən yatağın döşəyini düzəltmək istəyərkən həmin pulların, əlavə pulların və qızılların olduğunu görmüşdür. Buna görə həmin pulları və bir ədəd qızıl üzüyü götürərək o evi tərk etmişdir. O, Aytənə keçən müddətdə 4500 manat pul xərclədiyini fikirləşərək həmin pulları götürmüş və şəkillərini çəkərək Aytənə göndərmişdir. Pulları saydıqda 52.000 rus rublu və 1760 Azərbaycan manatı olduğunu müəyyən etmişdir. Bundan başqa, o, Aytənin keçmiş həyat yoldaşına məxsus alyans üzüyü də götürmüşdür. Sonda təqsirləndirilən şəxs X11 barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Tərlan Fərəcovu təxminən 5 ildir ki, tanıyır. Sonradan o bir müddət təxminən 2-3 il Rusiya Federasiyasında yaşamışdır. Sonuncu dəfə 2025-ci ilin noyabr ayında o yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan Tərlanla qeyrirəsmi münasibətləri yaranmışdır. O, Rusiya Federasiyasından gələrkən özü ilə birlikdə 85.000 rus rublu gətirmişdir. Həmin pul təxminən Azərbaycan pulu ilə 1766 manat dəyərində olmuşdur. Sonradan işlədiyi üçün həmin pula ehtiyacı olmadığına görə məzənnəsini dəyişmədən yaşadığı evdə saxlamışdır. Bundan əlavə o, 1760 manat pul yığmışdır. Həmin pulları qızılları ilə birlikdə yaşadığı evdə döşəyin altında gizlətmişdir. Təxminən 10-15 gün əvvəl Tərlana ayrılmaq istədiyini demişdir. Belə ki, Tərlan dəfələrlə onu döyüb incitmişdir. Buna görə də o, Tərlandan ayrılmağa qərar vermişdir. Bu səbəbdən o, Tərlanın zənglərinə cavab verməyərək blok etmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Tərlan ona zəng edərək döşəyin altından pulları və 01 ədəd kişi qızıl üzüyünü də oğurladığını bildirmişdir. O, Rus pullarının sayını dəqiq xatırlamasa da manat əskinzalarından 07 ədədinin 100 manatlıq, 10 ədədinin 50 manatlıq, 20 ədədinin 20 manatlıq, 15 ədədinin 10 manatlı və 02 ədədinin 05 manatlıq əskinzalar olduğunu bilirmiş. O ,bir qədər Tərlandan pullarını və qızılını qaytarmağı xahiş etsə də, Tərlan onunla razılaşmamışdır. Buna görə də o, DİN-nin 102 xidməti zəng mərkəzinə baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra o, işdən çıxıb evə qayıtdıqda yaşadığı evdə döşəyin altında gizlətdiyi 85.000 manat rus rublunun, 1760 manat pulun və 01 ədəd keçmiş həyat yoldaşına məxsus 500 manat dəyərində qızılın oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 3959 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Sonda zərərçəkmiş şəxs X12 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 14-15-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 73V ünvanıdır. Ev birmətrəbəli köhnə tikilidir. Cinayət işinin 22-ci vərəqində olan “Baxış və götürmə haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları, 73V ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq X3 təqdim etdiyi 07 ədəd 100 manatlıq, 10 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq, 15 ədəd 10 manatlıq və 02 ədəd 05 manatlıq pul əskinazlan olmaqla 1760 manat və 08 ədəd 5000 rubl, 05 ədəd 2000 rubl, 07 ədəd 1000 rubl, 01 ədəd 500 rubl, 01 ədəd 200 rubl və 03 ədəd 100 rubl olmaqla ümumilikdə 58000 rubl əskinazlanna və kişi üzüyünə baxış keçirilərək götürülmüşdür. Cinayət işinin 47-ci vərəqəsində olan “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X11 20 aprel 2025-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovuin 21 aprel 2025-ci il tarixli vəsatətinin təmin edilməməsi və onun Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, X5 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 82-ci vərəqində olan “Təqdim edilmiş üzüyə baxış keçirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X5 təqdim etdiyi 01 ədəd üzüyə zərərçəkmiş şəx X12 ilə birlikdə baxış keçirilmişdir. X5 təqdim etdiyi 01 ədəd üzük sarı rəngli, qızıl üzükdür. İçərisində B hərfi yazılmışdır. Aytən Maliyeva həmin üzüyün ona məxsus olmasını, Cinayət işinin 82-ci vərəqində olan “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, X5 təqdim etdiyi 58000 rubl, 1760 manat pul və 01 ədəd qızıl üzüyün iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan “Maddi ziyanın ödənilməsi haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 götürülmüş 58000 rubl və 1760 manat nağd pul xx.xx.2025-ci il tarixdə saat 15:40-da Nəsimi RPİ-nin inzibati binasında X9 qaytarılmışdır. Cinayət işinin 87-ci vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X12 ərizə yazaraq X11 tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 103-104-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmuşdur. Belə ki, X1 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 228.1-ci maddələri ilə təqsirli bilinib 03 il şərti sınaq müddəti müəyyən edilməklə 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 51/2-57386 nömrəli məktubdan görünür ki, X11 xx.xx.25025-ci il tarixdə saat 16:35-dən Nəsimi RPİ-nin MSY-nə daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat 17:00-da Nəsimi rayon prokurorluğunun qərarı ilə azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X5 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, X8 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X5 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - X5 təqdim etdiyi 58000 rubl, 1760 manat pul və 01 ədəd qızıl üzüyün qanuni sahibi X9 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X5 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 09 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan - X5 təqdim etdiyi 58000 rubl, 1760 manat pul və 01 ədəd qızıl üzüyün qanuni sahibi X9 qaytarılması nəzərə alınsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 09 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar