Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-62/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2da yaşamış, ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 64 saylı binanın zirzəmisində yerləşən, saxlanc yeri hesab edilən ‘'İdris Market” mağazasının nəfəsliyinin üzərində olan dəmir barmaqlığı istintaqa məlum olmayan dəmir alətlə sındıraraq oraya qanunsuz daxil olub mağazanın içərisində vitrinə satış üçün qoyulmuş 1 qutusunun qiyməti 3 manat 40 qəpik təşkil edən, ümumilikdə 224 manat 40 qəpik dəyərində 66 qutu “Winston” markalı, 1 qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 140 manat dəyərində 56 qutu “Winchester” markalı, 1 qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 351 manat dəyərində 90 qutu “Sobranie” markalı, 1 qutusunun qiyməti 3 manat 30 qəpik təşkil edən, ümumilikdə 108 manat 90 qəpik dəyərində 33 qutu “LD” markalı, 1 qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 248 manat 40 qəpik dəyərində 69 qutu “Kent” markalı, 1 qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 122 manat 50 qəpik dəyərində 49 qutu “Rothmans” markalı, 1 qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 54 manat dəyərində 15 qutu “Davidoff” markalı, 1 qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 40 manat dəyərində 20 qutu “Arqo” markalı, 1 qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 194 manat dəyərində 97 qutu “Maqna” markalı, 1 qutusunun qiyməti 2 manat 20 qəpik təşkil edən, ümumilikdə 22 manat dəyərində 10 qutu “Classic” markalı, 1 qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 80 manat dəyərində 40 qutu “Viceroy” markalı, 1 qutusunun qiyməti 2 manat 20 qəpik təşkil edən, ümumilikdə 110 manat dəyərində 50 qutu “Want” markalı, 1 qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 175 manat dəyərində 70 qutu “Pall Mail” markalı, 1 qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 25 manat dəyərində 10 qutu “West” markalı siqaretləri, mağazanın içərisində olan soyuducudan 1 ədənin qiyməti 3 manat 30 qəpik təşkil edən, ümumilikdə 33 manat dəyərində 10 ədəd “Redbull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 90 qəpik təşkil edən, ümumilikdə 13 manat 50 qəpik dəyərində 15 qutu “Hell” markalı enerji içkisini və mağazanın içərisinə quraşdırılmış 60 manat dəyərində 8 kanallı təhlükəsizlik kamerasının idarəetmə panelini (DVR) gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2001 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 27 iyul 2021-ci il tarixdə saat 04 radələrində Yasamal rayonunda adını xatırlamadığı dostu ilə birlikdə olmuş, oğurluq hadisəsindən isə məlumatı olmamışdır. Məhkəməyədək istintaq dövründə etiraf edici ifadələrini təhdid altında vermişdir. Daha sonra, son söz verilərkən özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını və cavan olmasını nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun ünvan 4 ünvanında “İdris” adlı ərzaq mağazası vardır. Həmin ərzaq mağazasını oğlu X6 ilə birlikdə işlədirlər. 27.07.2021-ci il tarixdə, saat 09 radələrində oğlu Emil mağazanı açmağa getmiş və bir qədər sonra ona zəng edərək naməlum şəxsin mağazanın pəncərəsindəki dəmir barmaqlığı qıraraq içəriyə daxil olduğunu və mağazadan oğurluq etdiyini bildirmişdir. O, mağazaya gəldikdə içərinin dağınıq vəziyyətdə olduğunu görmüş, baxış keçirdikdə l ədədi 3 manat 40 qəpik dəyərində 66 ədəd “Winston” markalı, 1 ədədi 2 manat 50 qəpik dəyərində 56 ədəd “Winchester” markalı, 1 ədədi 3 manat 90 qəpik dəyərində 90 ədəd “Sobranie” markalı, 1 ədədi 3 manat dəyərində 33 ədəd “LD” markalı, 1 ədədi 3 manat 60 qəpik dəyərində 69 ədəd “Kent” markalı, 1 ədədi 2 manat 50 qəpik dəyərində 49 ədəd “Rotmans” markalı, 1 ədədi 3 manat 40 qəpik dəyərində 15 ədəd “Davidoff’ markalı, 1 ədədi 2 manat dəyərində 20 ədəd “Arqo” markalı, 1 ədədi 2 manat dəyərində 97 ədəd “Maqna” markalı, 1 ədədi 2 manat 30 qəpik dəyərində 10 ədəd “Classic” markalı, 1 ədədi 2 manat dəyərində 40 ədəd “Vikeroy” markalı, 1 ədədi 2 manat 30 qəpik dəyərində 50 ədəd “Want” markalı, 1 ədədi 2 manat 50 qəpik dəyərində 70 ədəd “Pallmall” markalı, 1 ədədi 2 manat 50 qəpik dəyərində 10 ədəd “West” markalı, ümumilikdə 1888 manat 30 qəpik dəyərində siqaretlərin, 1 ədədi 3 manat 50 qəpik dəyərində 10 ədəd “Redbull” markalı, 1 ədədi 0,90 qəpik dəyərində 15 ədəd “Hell” markalı ümumilikdə 44 manat dəyərində energetik içkilərin və mağazanın 250 manat dəyərində təhlükəsizlik kamerasının idarəetmə panelinin də oğurlandığını bilmişlər. Emil dərhal DİN-nin 102 xidmətinə naməlum şəxsin mağazadan oğurluq etdiyini bildirmişdir. Bundan sonra DİN-nin Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları gələrək baxış keçirmişlər. Bundan sonra o, ərizə ilə PŞ-nə müraciət edərək ona ümumilikdə oğurluq nəticəsində 1100 manat maddi ziyan dəydiyini və oğurluq edən şəxsin tapılaraq cəzalandırılmasını xahiş etmişdir. Lakin həmin zaman mağazadan oğurlanmış malların siyahısını tam bilmədiyindən ümumilikdə oğurlanmış malların dəyərini ərizədə 1100 manat göstərmişdir. Yuxanda göstərdiyi malların ümumilikdə dəyəri 2182 manat 30 qəpikdir. Ona oğurluq nəticəsində 2182 manat 30 qəpik maddi ziyan dəymişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək onun mülki iddiaçı kimi tanınmasını və dəymiş 2001 (iki min bir manat) manat 70 (yetmiş) qəpik maddi və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulatraq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, O.Əhmədov 38 ünvanında yerləşən “Şahdağ” ərzaq mağazasında satıcı işləyir. Həmin mağazanın sahibi bibisi oğlu X5r. 27.07.2021 -ci il tarixdə, saat 12 radələrində mağazada olarkən tanımadığı bir nəfər cavan oğlan ona yaxınlaşaraq siqaret məhsulları olduğunu, işlətdiyi mağazasının bağlanması səbəbindən ucuz qiymətə sata biləcəyini demişdir. O, etiraz etməyərək onunla razılaşmışdır. Adı sonradan ona məlum olan Fərid həmin siqaret paçkalarını rəngli torbada gətirmişdir. O, həmin siqaretlərə baxdıqda müxtəlif növ markaların olduğunu görmüşdür. O, Fəriddən “Kent 4”, “Rottmans”, “Winston”, “Argo”, “NZ” “Pallmal”, “Magna”, “Winchester” markalı siqaretləri almışdır. O, Fəridə ümumilikdə bütün siqaretlərə görə 280 manat pul vermişdir. 27.07.2021-ci il tarixdə siqaretləri aldıqdan sonra marketdə olan zaman hamısını satmış və siqaretlərin oğurluq olduğundan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mağazaya gələn və siqaretləri ona satan şəxs Təqsirləndirilən şəxs olmuş, həmçinin polis əməkdaşları ilə birlikdə mağazaya gələrkən Təqsirləndirilən şəxs onların yanında şəxsən siqaretləri ona satdığını bildirmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan 29 iyul 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 83-87-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatət təmin olunmamış və sonuncu dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin 13 yanvar 2022-ci il tarixli axtarışda olan şıxsin tutulması barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş və Nəsimi RPİ-nin 19-ci PŞ-na təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı təzələnmiş və növbəti məhkəmə hazırlıq iclası 19 yanvar 2022-ci il tarixə saat 11-30-a təyin edilmişdir. Cinayət işinin 102-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 9/7025 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2001,70 manat müəyyən olunur. Cinayət işinin 103-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 11 oktyabr 2021ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 95-101-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli hökümnən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin 15 fevral 2022-ci il tarixli 192556-18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını heç bir hissəsini çəkməmişdir. Cinayət işinin əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, sonuncu mülki iddiaçı kimi tanınmasını və ona dəymiş 2.001 (iki min bir manat) manat 70 (yetmiş) qəpik maddi və mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulatraq ona ödənilməsini məhkəmədən xahiş edir. Cinayət işinin əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona verilmiş ittiham üzrə özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alaraq onun barəsində əvvəlki cinayət işinə görə çıxarılmış hökm üzrə 5 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun təqsirli olması tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, sonuncu könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli və məhkəməyədək istintaq dövrundə sənədləri imzalamış, izahat yazaraq ona istinad edilən əməli tam etiraf etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, mağazaya gələn və siqaretləri ona satan şəxs Təqsirləndirilən şəxs olmuş, həmçinin polis əməkdaşları ilə birlikdə mağazaya gələrkən Təqsirləndirilən şəxs onların yanında şəxsən siqaretləri ona satdığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu cinayəti törətməməsinə dair ifadələri yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarın 5-ci hissəsinə görə bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qeyd olunan Qərarın 23.5-ci bəndinə görə bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. Bu Qərarın 26-cı hissəsinə əsasən bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 5-ci və 6-cı hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.1-ci maddəsinə əsasən cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun həbsdə saxlanıldığı 29 iyul 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə onun ünvan 3 hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş cəzasının müddəti 1 il azaldılmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs ünvan 3 hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 yanvar 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli və vurulmuş maddi zərərə görə 2001 (iki min bir) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsi rədd edilməlidir. Belə ki, məhkəməyə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs fiziki və ya mənəvi iztirablar çəkməsini, psixoloji sarsıntılara məruz qalmasını, emosional baxımdan əzab-əziyyət çəkməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili A.Q.Quliyrvaya məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 29 iyul 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri ünvan 3 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə onun cəzasının çəkilməmiş hissəsi 1 il azaldılsın. Təqsirləndirilən şəxs hazırki hökmlə üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ünvan 3 hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 2001 (iki min bir) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs Ummət oğlundan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-62/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-62/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver