Məhkəmə qərarları › İş №1(006)-62/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-62/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-62/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən zədələyərək məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını zədələmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən əmlak kompleksindəki faktiki 602,1 kvadrat metr tikili, 142,8 kvadrat metr asfalt örtüklü sahənin Zərərçəkmiş şəxs mülkiyyətinə verilməklə həmin sahədə hər hansı bir söküntü və təmir-tikinti işlərinin aparılmasının qadağan olunmasına baxmayaraq, 19 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixə kimi olan müddət ərzində onun qanunsuz əməllərindən məlumatsız olan Şahid2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər ustalara göstəriş verib, həmin ustaların vasitəsilə əmlak kompleksinin Zərərçəkmiş şəxs aid hissəsində olan 18 ədəd alüminium pəncərə bloklarını, sanitar qovşağında olan 2 ədəd unitaz və 2 ədəd əl-üz yuyan avadanlıqları, 2 ədəd elektrik spot, 4 ədəd elektrik lampa, 1,6 kvadrat metr təbii işıq bacası üçün şüşə hissəni, 3 ədəd qapıları, 5 kvadrat metr ölçüdə döşəmə metlağını, 1 ədəd metal konstruksiyalı darvazanı, 1 ədəd L=12, 1 ədəd L=11, 1 ədəd L=10, 1 ədəd L=9, 1 ədəd L=8, 1 ədəd L=7, 1 ədəd L=6 metal fermaları, 170 kvadrat metr profnasilləri, 150 p/m metal profilləri, 1 ədəd taxta qapı blokunu, 20 kvadrat metrdamın yan fasadının şüşələrini söküb Zərərçəkmiş şəxs ümumilikdə 20982 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən əmlakını zədələyərək məhv etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksi ona yox, rəhmətlik atası VŞahid3 məxsusdur. Belə ki, aralarında yaranmış borc münasibətləri ilə əlaqədar olaraq həmin mülkiyyət Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında borcun əvəzi olaraq atasının mülkiyyətinə keçirilmişdir. Həmin obyektə atası özü nəzarət etmişdir. Atası VŞahid3 ilə Zərərçəkmiş şəxs arasında təxminən 2014-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksinə görə məhkəmə çəkişmələri olmuşdur. 2024-cü ilin əvvələrində atası VŞahid3 səhhətində problem yaransa da, sonuncu mobil telefon vasitəsi ilə işlərini özü idarə etmişdir. Belə ki, 2024-cü ilin aprel ayında atası VŞahid3 Türkiyə Cümhuriyyətində xəstəxanada olmuş, o da atasının yanında olmuşdur. Bu zaman atası ona bildirmişdir ki, obyektdə işləyən ustaya mobil telefon vasitəsi ilə zəng vursun. O, whatsapp sosial şəbəkəsi vasitəsi ilə İdris adlı ustaya video zəng etmiş, telefonu atasına vermişdir. Bu zaman atası həmin ustaya Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstəriş vermişdir. Hadisə ilə bağlı müstəntiq onu Polis İdarəsinə dəvət edəndə o, atasının ağır xəstə olması, həmin vəziyyətdə cinayət məsuliyyətinə cəlb olunmaması üçün ibtidai istintaq zamanı ilkin ifadəsində söküntü işləri barədə göstərişi özünün verdiyini bildirmişdir. Əslində isə yalan ifadə vermiş, bunu ağır xəstə olan atası üçün etmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstəriş atası VŞahid3 tərəfindən verilmişdir. Atası VŞahid3 2024-cü ilin fevral 28-i mart ayının 1-i aralığında ağır vəziyyətdə Türkiyə Cümhuriyyətində yerləşən xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilmiş, orada həkimlərin müdaxiləsi nəticəsində sağalmış və təxminən 15 gün sonra palataya keçirilmişdir. 2024-cü ilin aprel ayında, yəni hadisənin baş verdiyi zaman atası Türkiyə Cümhuriyyətində xəstəxanın palatasında huşu özündə, vəziyyəti normal olmuş və bütün işlərini də mobil telefon vasitəsi ilə özü həll etmişdir. Atasının sözü onun üçün qanun olduğundan, o, atasının göstərişinə qarşı çıxa bilməmişdir. Nəsimi Rayon Məhkəməsində barəsində olmuş inzibati işdə də onun təqsiri olmamış, sadəcə olaraq xəstə olan atasını əlavə problemlərlə məşğul etməmək üçün, həmçinin qarşı tərəfin vəkili onu əsəbləşdirdiyi üçün hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. Onun bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq ağır xəstə olan atasının cinayət məsuliyyətinə cəlb edilməməsi üçün yalan ifadələr vermiş, məsuliyyəti öz üzərinə götürmüşdür. O, İdris adlı ustaya hər hansı göstəriş verməmiş, sadəcə olaraq atası xəstəxanada onun mobil telefonu vasitəsi ilə İdris adlı usta ilə danışıb göstərişlərini vermişdir. Ümumiyyətlə, həmin obyekt ona məxsus deyil və onun həmin obyekt üzərində sərəncam vermək hüququ yoxdur. VŞahid3 çox zəhmli insan olduğu üçün sonuncunun sözü qarşısında onun ikinci bir kəlmə demək ixtiyarı olmamışdır. Atası VŞahid3 xəstəxanada olsa da, 2024-cü ilin aprel ayının əvvəlindən may ayının 25-nə qədər huşu özündə olmuş və işlərini özü idarə etmişdir. İbtidai istintaq zamanı hər dəqiqə atasının ona ehtiyacı olduğu üçün, hadisələrin hansı formada irəlilədiyindən məlumatsız olmuş, idarədə yalnız müstəntiqin ona təqdim etdiyini sənədlərə imza çəkmiş, lakin hazırda ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı olmadan verdiyi ifadələri təsdiqləmir. Onun Zərərçəkmiş şəxs qarşı hər hansı qərəzli münasibəti olmamışdır. Hətta ibtidai istintaq zamanı atası sağ olduğu vaxt müstəntiq məsələ ilə bağlı qarşı tərəflə razılığa gəlmələri barədə təklif irəli sürmüş, o, Zərərçəkmiş şəxs yarım milyon manat verməyə razı olmuşdur ki, təki bütün mübahisələrə son qoyulsun. Lakin, qarşı tərəf ilk əvvəl bu təklif ilə razılaşsa da, sonradan vəkilinin təsiri ilə razılaşmamışdır. Buna görə də, mübahisə məhkəməyə qədər gəlmişdir. O, yarım milyon ödəməyə razı olduğu vaxt atası sağ olmuş, atasının şahid və ya digər formada istintaq orqanına dəvət edilməməsi üçün bu təklifi vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1997-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan iki övladları vardır, onlar xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2000ci il təvəllüdlü Şahid3dur. Onların arasında olan münasibətlər pisləşdiyi üçün xx.xx.2010cu il tarixdə aralarındakı olan nikaha xitam verilmişdir. 2010-cu ildə Nəsimi Rayon Məhkəməsinə əmlak bölgüsü ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs və atası VŞahid3 ona birgə nikah müddətində əldə olunmuş əmlakdan pay vermək istəməmişlər. Bu məqsəd ilə onlar məhkəmənin gedişatına təsir etmək üçün, süni hallar və əsaslar ortaya qoyaraq həmin əmlakı öz X11nin adına keçirmişlər. Bundan sonra əmlakı bacısının yoldaşı olan X3 adına keçirmişlər. Beləliklə, 2010-cu ildən başlayan birgə nikahdan olan əmlaka dair iddiası 2020-ci ilə qədər əsassız səbəblərə görə uzadılmışdır. Nəhayət ki, 2020-ci ildə Ali Məhkəmənin müvafiq qərarı ilə ünvan 3 ünvanında yerləşən birgə nikah dövründə əldə olunan əmlak kompleksinin yarısı ona verilmişdir. Lakin məhkəmə qərarı olmasına baxmayaraq Təqsirləndirilən şəxs və VŞahid3 həmin əmlakı ona verməmişlər, buna görə də o, 2021-ci ildə əmlakın naturada ayrılıb ona verilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, işin gedişatında məhkəmə texniki-tikinti ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2022-ci il tarixli 10/1304 nömrəli rəyindən Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında 1/2 paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və əmlak kompleksi naturada yekun olaraq 2 hissəyə bölünmüşdür. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun "B" tikilisinə qədər olan hissəsi ümumi istifadə saxlanılmaqla, "A" tikilisi ilə "B" tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissənin, həmçinin "A", "B" tikililəri və "A" tikilisi ilə "C" tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin tərəflərdən birinə, yəni ona 602,1 kv.metrlik asfalt tikili, 142,8 kv. metr asfalt örtüklü sahənin, asflat örtüklü 2-ci hissənin, eləcə də, "C" tikilisi 609,5 kv.metrlik asfalt örtüklü 142,8 metr asfalt sahənin isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilməsi təsdiqlənmişdir. Bundan sonra məhkəmə bu qərarı icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə yönləndirilmişdir. Bundan sonra onlar icra məmuru Cəlaləddin Əliyev ilə birlikdə ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə getmişlər, orada qarşılarına özlərini buranın icarədarları kimi təqdim edən 2 nəfər şəxsdən məhkəmə qərarının könüllü icrasını istəmişlər, onları Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışdırmışlar, Təqsirləndirilən şəxs isə ona cavab olaraq yenə də əmlakı verməyəcəyini bildirərək dəstəyi asmışdır. xx.xx.2024-cü il tarixdə o, ikinci dəfə icra məmuru ilə birlikdə oraya getdikdə icra məmuru tərəfindən baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Təkrar xx.xx.2024-ci il tarixdə onlar icra məmuru ilə birlikdə həmin əraziyə getmişlər, lakin bu dəfə əmlakın icarədarları Fuad Mustafayev, Fuad Abbasov və X4 hüquqlarını müdafiə edən 19 saylı vəkil Bürosunun vəkili icra məmuru Vüqar Qaralovun iştirakı ilə obyektin təhvil veriləcəyi bildirilmiş və oradakı özlərinə məxsus daşınan əşyaların çıxarılmasına başlanılmış, həmçinin, cavabdeh tərəfin vəkili orada əşyaların həm çoxluğunu nəzərə alaraq onlara 1-2 gün vaxt vermələrini onlardan və icra məmurundan xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən günorta radələrində ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə getdikdə orada özünə məxsus olan ərazidəki ümumi divarların dağıdılmasını, dam örtüyünün, ofislərin qapı və pəncərələrin oğurlanaraq yerlərinin yararsız hala salınmasını aşkar etmiş və dərhal o, bu barədə "DlN”-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə adı çəkilən obyekt onunla keçmiş qaynatası VŞahid3 arasında bərabər şəkildə bölünmüşdür. Əmlak bölgüsündən sonra obyektin ona aid olan hissəsinin dam örtüyü sökülmüş, qapı və pəncərələr çıxarılmış, habelə divarlar və elektrik naqilləri yararsız hala salınmışdır. Baş vermiş hadisə nəticəsində ona 30000 manatdan çox ziyan dəymişdir. Məhkəmə-tikinti ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3749 nömrəli rəyində göstərilən 20982 manat ziyanla razılaşır. Ona görə də həmin qeyd etdiyi dağıntıların bərpa olunmasını və ya ona dəymiş ziyanın ödənilməsini, habelə Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əmlak kompleksinin ona aid hissəsinin təhvil alınması üçün o, icra məmurları ilə birlikdə dəfələrlə əmlak kompleksinə getmiş, lakin ərazidə nə VŞahid3, nə də Təqsirləndirilən şəxs olmuşdur. VŞahid3lə əlaqə yaratmaq mümkün olmadığından, sonuncunun işlərini oğlu Təqsirləndirilən şəxs idarə etdiyindən, icra məmuru dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə əlaqə yaratmış, sonuncu atasının xəstə olması ilə əlaqədar Türkiyə Respublikasında olmasını, yaxın zamanda Azərbaycan Respublikasına gələciyini bildirərək, hər dəfə icra hərəkətini dayandırmış, o da Təqsirləndirilən şəxs atasının xəstə olmasını nəzərə alaraq bütün bu olanları anlayışla qarşılamışdır. Lakin Təqsirləndirilən şəxs öz vədinə əməl etməmiş, əvəzində ona məxsus əmlakın dağıdılması barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs atasının işlərini özü idarə etmiş, bütün göstərişlər də sonuncu tərəfindən verilmişdir. Belə ki, 19 aprel 2024-cü ildə əmlak kompleksinin ona aid hissəsində olan icarədarlara məxsus aparatlar onun yanında sökülməyə başlamış, bu, vaxt aparacağı üçün icra məmuru ilə Təqsirləndirilən şəxs mobil telefonda danışaraq razılığa gəlmiş və əmlakın təhvil alınması 22 aprel 2024-cü il tarixə təxirə salınmışdır. 22 aprel 2024-cü il tarixdə əmlak kompeksinə gedəndə isə oranın tamamilə yararsız hala salınmasını görmüş, obyektin ona məxsus hissəsi dağıdılmışdır. Əmlak kompleksinin yarı hissəsi onun mülkiyyətində olmasına baxmayaraq, orada onun icazəsi olmadan mebel sexi və mərmər sexləri fəaliyyət göstərmiş, həmin obyektdən əldə olunmuş gəlir ona təqdim edilməmiş, lakin o, obyekti rəsmi olaraq imza çəkib təhvil almadan bu məsələlərə qarışmamışdır. Daha sonra təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək məhkəmədən onun cəzalandırılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Etibarnamə üzrə nümayəndəsi və vəkili olduğu Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs cari ilin aprel ayında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən qeyri-yaşayış obyektində söküntü işləri aparmaqla sonuncuya məxsus əmlakı qəsdən məhv etməklə 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. Nəsimi Rayon Polis İdarəsində aparılmış istintaq nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmiş və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün məhkəməyə göndərilmişdir. Cinayət nəticəsində ziyan vurulmuş əmlak Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə nikahda olan zamanı birgə vəsaitləri hesabına əldə edilmişdir. Nikahları 2010-cu ildə pozulduqdan sonra nikah dövründə əldə edilmiş əmlak bölgüsü uzun illər (2010-2023) məhkəmələrdə mübahisə predmeti olmuşdur. 13 il ərzində ona çatacaq payla bağlı məhkəmələrdə gedən mübahisə zamanı haqsızlıqlardan dolayı xərçəng xəstəliyinə tutulmuşdur. Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4541/2023 saylı qətnaməsi və onu qüvvədə saxlayan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4253/2023 saylı qərarı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksindəki ½ hissədən ibarət mülkiyyət payı tanınmış və ona məxsus payın naturada ayrılması və V.Vəliyevin ona aid hissədən çıxarılması haqqında yekun qərar qəbul edimişdir. Dövlət reyestrindən çıxarışdan da göründüyü kimi əmlak kompleksində Zərərçəkmiş şəxs ½ payı qeyd olunmuşdur. Məhkəmə qərarının icrasını gecikdirən M.Vəliyev 1 9 - 2 2 aprel 2024-cü il tarixdə özgənin əmlakını zədələmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin Zərərçəkmiş şəxs məxsus hissəsində 18 ədəd alüminium pəncərə bloklarını, sanitar qovşağında olan 2 ədəd unitaz və 2 ədəd əl-üz yuyan avadanlıqları, 2 ədəd elektrik spot, 4 ədəd elektrik lampa, 1,5 kv.m təbii işıq bacası üçün şüşə hissəni, 3 ədəd qapıları, 5 kv.m ölçüdə döşəmə metlağını, 1 ədəd metal konstruksiyalı darvazanı, 1 ədəd L=12, 1 ədəd L = 11 , 1 ədəd L=10, 1 ədəd L=9, L=8, 1 ədəd L=7, 1 ədəd L=6 ədəd metal fermaları, 170 kv.m profnasilləri, 150 p/m profilləri, 1 ədəd taxta qapı blokunu, 20 kv.m damın yan fasadının şüşələrini söküb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 20.982 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən əmlakını zədələyərək məhv etmişdir. Təqsirləndirilən şəxs tərəfindən əmlaka vurulan ziyanı iş materiallarında olan aşağıdakı sübutlar təsdiq edir: Cinayət işi materiallarına əlavə olunmuş Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi Rayonu, C.Səlimov küç 19A ünvanında yerləşən qeyri-yaşayış obyektinə gəldikdə, Zərərçəkmiş şəxs məxsus yerdən avtoservis damının, qapıların, işıq naqillərinin sökülüb aparılması, sahənin yararsız hala salınması aşkar olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində söküntü işlərini aparmaq göstərişini Whatsapp sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs almışdır. Telefonda görüntülü və səsli danışıqlar vasitəsilə Təqsirləndirilən şəxs ona harada nə etməli olduğunu izah etmişdir. Məhkəmətikinti ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3749 nömrəli rəyinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlaka ümumilikdə 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat ziyan vurulmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlara əsasən, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlaka 20.982 manat ziyan vurulduğu tam sübuta yetirilmişdir. Həmin vəsait Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat vurulmuş ziyana görə, 3.000 (üç min) manat vəkil xidmət haqqı və 161.95 (bir yüz altmış bir manat doxsan qəpik) manat dövlət rüsumu, ümumilikdə 24.143 (iyirmi dörd min yüz qırx üç) manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən beş il olar ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən mərmər sexində usta işləmişdir. Həmin obyektdə onun faktiki müdiri Şahid3 olsa da obyektin sonuncunun babası VŞahid3 məxsus olduğunu bilmişdir. 2023-cü ilin noyabr ayında sonradan adının Humay olduğunu öyrəndiyi qadın gələrək Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı olduğunu deyərək onlardan obyekti tərk etmələrini tələb etmişdir. O, adi bir işçi olduğunu deyib rəhbərliklə danışmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin obyekt Təqsirləndirilən şəxslə keçmiş həyat yoldaşı Humay arasında məhkəmə qərarı ilə bölünmüşdür. Bu proseslər təxminən 3- 4 ay davam etmişdir. xx.xx.2024-cü il tarixdə Humay adlı qadın bir neçə vəzifəli şəxslə, habelə icra məmuru, sahə müvəkkili ilə birlikdə gəlmiş və onlardan obyekti boşaltmaqlarını, əks halda özlərinin məcburi qaydada edəcəklərini bildirmişlər. O, onlardan bir neçə gün vaxt istəmişdir. Ona 2-3 gün vaxt verilmişdir. O, həmin gün işlədiyi sexdən və ofisdən əşyalarını boşaldıb onlara aid olan hissədə yerləşən anbara yığmışdır. Daha sonra toy məclisində iştirak etmək məqsədilə Masallı rayonuna getmişdir. Təxminən 2-3 gün Masallıda olduqdan sonra Bakı şəhərinə qayıtmışdır. İşlədiyi obyektə baş çəkdikdə obyektin dam örtüyünün bir hissəsinin və qapı pəncərələrin sökülərək anbarlara yığıldığını görmüşdür. O, orada işləyən ustalardan soruşduqda obyektin sahibi VŞahid3 tərəfindən söküntü işlərinin aparılması barədə göstəriş verildiyini qeyd etmişlər. Hal-hazırda həmin sökülmüş dam örtüyündən obyektin VŞahid3 məxsus hissəsində yenidənqurma işlərində istifadə olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, inşaat sektorunda çalışır. Təqsirləndirilən şəxs da təxminən 10 il olar ki, inşaat sektorunda tanımışdır. Bir neçə dəfə VŞahid3 məxsus müxtəlif obyektlərdə təmir-tikinti işi görmüşdür. 2024-cü ilin aprel ayında VŞahid3 onunla whatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ünvan 6 ünvanında yerləşən obyektə getməsini, orada müəyyən söküntü və tikinti işlərinin aparılmasını xahiş etmişdir. O, özü ilə bərarbər bir neçə usta göstürərək həmin əraziya getmiş, VŞahid3lə əlaqə saxlamış, bu zaman onuncu ona obyektdə hansı yerləri sökməsi barədə göstərişlər vermişdir. VŞahid3 göstərişi əsasında o, ünvan 6 ünvanında yerləşən obyektdə söküntü işləri aparmışdır. Lakin həmin söküntü işlərinin hansı səbəbdən aparılmasını bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu izahatında da, ünvan 6 ünvanında yerləşən obyektdə söküntü işləri aparılması barədə ona göstərişin VŞahid3 tərəfindən verildiyini bildirmişdir. İttiham aktında qeyd olunmuş izahat ona məxsus deyildir. O, sadəcə olaraq Polis İdarəsində ona verilmiş sənədlərə imza çəkmiş, lakin həmin sənədlərdə nə yazılmasını oxumamışdır. ünvan 6 ünvanında yerləşən obyektdə hər hansı işlərin görülməsi barədə Təqsirləndirilən şəxs hər hansı göstəriş almamışdır. Sökdüyü əmlakların dəqiq sayını xatırlamasa da, ittiham aktında qeyd olunanlara təxminən uyğun gəlir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən əmlak kompleksi babası VŞahid3 məxsusdur. O, həmin obyektdə yerləşən mərmər sexinin ofisində işləyir. Zərərçəkmiş şəxs ilə babası arasında olan mülk mübahisələrindən sonra məhkəmənin müvafiq qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən əmlak kompleksinin yarısı anası Zərərçəkmiş şəxs verilmişdir. Məhkəmə qərarının icrası zamanı isə babası VŞahid3 Türkiyə Cumhuriyyətində xəstəxanada yatmış, atası Təqsirləndirilən şəxs isə babasının yanında olmuşdur. Babası VŞahid3 səhhəti ilə əlaqədar xəstəxanada olsa da, Azərbaycan Respublikasında olan bütün işlərinə sonuncu özü nəzarət etmişdir. Belə ki, 2024-cü ilin aprel ayında babası ustalara həmin obyektdə söküntü işlərinin aparılması barədə göstəriş vermiş, həmin göstəriş əsasında ustalar əmlak kompleksində söküntü işləri aparmışdır. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, obyektdə söküntü işlərinin aparılması barədə göstəriş ustalara babası VŞahid3 tərəfindən verilmişdir. O, söküntü işlərində hər hansı işlərin görülməsinə cəlb edilməmiş, orada hər hansı rolu olmamışdır. Sadəcə olaraq arada VŞahid3 göstərişinin icra olunubolunmamasına nəzarət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində babasını qorumaq üçün yalan ifadə verərək, söküntü işlərinin aparılması ilə bağlı göstərişin atası Təqsirləndirilən şəxs tərəfindən verildiyini qeyd etsə də, əslində söküntü işlərinin aparılması barədə göstəriş babası Vəliyev Vəli tərəfindən verilmişdir. Sadəcə olaraq həmin vaxt babası xəstə olduğu üçün, VŞahid3 əsəbləşmək və stress qadağan olduğu üçün yalan ifadə verərək göstərişin atası tərəfindən verildiyini qeyd etmişdir. Bunu babası VŞahid3 qorumaq üçün etmişdir. İbtidai istintaq zamanı İdris adlı usta ona göstərişin VŞahid3 tərəfindən verildiyini qeyd etmişdir. Bir daha qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən obyektdə söküntü işlərinin aparılması barədə göstərişi atası Təqsirləndirilən şəxs verməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs bu məsələlərə qarışmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanıdır. (i.v.7); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksinin subyektləri Zərərçəkmiş şəxs və X5r (i.v.32-35); - xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən, 701 kvadrat metr sahəsi olan və 0.079540 hektar torpaq sahəsi olan əmlak kompleksinin ½ hissəsi Zərərçəkmiş şəxs, ½ hissəsi X6 məxsusdur (i.v.36); - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmiş, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ünvan 7 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının naturada ayrılması, naturada ayrılmanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi, ünvan 7 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan qeydə alınmayan tikili iddiaçı Zərərçəkmiş şəxs (faktiki 602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə(hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə cavabdeh X6 bölünərək verilməsi, X4 iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir (i.v.37-50); - Nəsimi rayon İcra şöbəsinin 02 aprel 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinə gedildikdə, X4 xaricdə olması nəzərə alınmaqla qətnamənin icrası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır (i.v.51); - Nəsimi rayon İcra şöbəsinin 18 aprel 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinə gedildikdə, obyektdə olan icarəçilərin əşyalarının boşaldılması ilə bağlı vaxt istənilməsi səbəbindən qətnamənin icrası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır (i.v.52-53); - Nəsimi rayon İcra şöbəsinin 22 aprel 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinə gedildikdə, Zərərçəkmiş şəxs məxsus yerdən avtoservis hissəsinin damının, qapıların, işıq naqillərinin sökülüb aparılması, Zərərçəkmiş şəxs məxsus sahənin yararsız hala salınması aşkar olunmuşdur (i.v.54-55); - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu X6 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v.60); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1304 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında 1/2 paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir; Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun "B" tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, ''A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili tərəflərdən birinə (602,1 kv.metr tikili, 142,8 kv.metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.metr tikili, 142,8 kv.metr asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər (i.v.64-67); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3749 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksinin Zərərçəkmiş şəxs məxsus sahəsində (142,8 kv.metr sahənin dam örtüyündə və 370,7 kv.m-lik «A» tikilisində) aparılmış söküntü işlərinin yenidən bərpa olunması üçün yerinə yetirilməli tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 20982,0 manat məbləğində müəyyən edilmişdir (i.v.89-93); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisənin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən qeyri-yaşayış obyektinin şərti “A” tikilisi adlanan hissəsində olduğunu sərbəst şəkildə göstərmişdir və fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir (i.v.128-135); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.136); - “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.165-166); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-2360/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir (i.v.174-178). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Burada xeyli miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi). Belə ziyan məhv edilmiş əmlakın real dəyəri, zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc və s. formada ola bilər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər şəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yerləşən əmlak kompleksindəki Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş hissəsində söküntü işlərinin aparılması və əmlaka ziyan vurulması barədə göstərişin X1 tərəfindən verilməsi barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, X7 ünvan 8 ünvanda yerləşən əmlak kompleksinin ½ hissəsinin mülkiyyətçisi olsa da, hadisənin baş verdiyi tarixdə, yəni 22 aprel 2024-cü il tarixdə Türkiyə Cümhuriyyətində xəstəxanada olmuş, sonuncu tərəfindən əmlak kompeksində söküntü işlərinin aparılması barədə göstəriş verilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs icra məmurları ilə birlikdə dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını təmin etmək üçün ünvan 8 ünvanda yerləşən əmlak kompleksinə getmiş, lakin bu zaman icra sənədi üzrə borclu X7 deyil, onun yanında olan oğlu Təqsirləndirilən şəxs icra məmurları ilə danışıq aparmışdır. Halbuki, işin faktiki halları üzrə borclu X7 olmuş, icra sənədi üzrə fikir bildirmək səlahiyyəti də sonuncuya məxsus olmuşdur. Belə olan halda sual yaranır ki, necə olur ki, X4 xəstə olması əsas gətirilərək icra məmuru ilə mobil telefon vasitəsi ilə danışıq apara bilmədiyi halda, eyni zaman aralığında ustalarla mobil telefon vasitəsi ilə danışıq apararaq zərərçəkmiş şəxsə məxsus hissədə söküntü işlərinin aparılması barədə göstəriş verə bilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqirləndirilən şəxs ibtidai istintaq zamanı ziddiyyətli ifadələr vermiş, həmçinin ibtidai istintaqla məhkəmə istintaqı zamanı da ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilk əvvəl zərərçəkmiş şəxsə məxsus əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstərişin onun tərəfindən verildiyini, daha sonra isə göstərişin X1 tərəfindən verildiyini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində “Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksində 2024-cü ilin aprel ayında aparılmış söküntü işləri ilə bağlı bildirmişdir ki, həmin vaxt atası və o, birlikdə Türkiyə Respublikasında olmuşdur. Atası ona İdris adlı ustaya obyektə müəyyən söküntü və yenidənqurma işləri ilə əlaqədar whatsapp sosial şəbəkəsi vasitəsi ilə tapşırıq verdiyini bildirmişdir. O, ancaq bundan sonra atasının belə bir tapşırıq verdiyini bilmişdir.” qeyd etmiş, lakin məhkəmə iclasında isə “2024-cü ilin aprel ayında atası VŞahid3 Türkiyə Cümhuriyyətində xəstəxanada olmuş, o da atasının yanında olmuşdur. Bu zaman atası ona bildirmişdir ki, obyektdə işləyən ustaya mobil telefon vasitəsi ilə zəng vursun. O, whatsapp sosial şəbəkəsi vasitəsi ilə İdris adlı ustaya video zəng etmiş, telefonu atasına vermişdir. Bu zaman atası həmin ustaya Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 19A ünvanında yerləşən əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstəriş vermişdir.” ifadəsini işlətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-2360/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş protokolla bağlı, öz vəsaiti ilə aldığı qapı və pəncərələrin, həmçinin navesin sökülməsinə göstəriş verdiyini, eləcə də öz adına çəkilmiş olan işıq və su xəttlərini də sökdürdüyünü bildirmişdir. Həmçinin, məhkəmə iclasında dindirilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi “2024-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq atası VŞahid3 səhhəti ilə əlaqədar ölkədə olmadığını, ona məxsus obyektdə söküntü, daha sonra isə tikinti işləri görməyi xahiş etmişdir.” ifadəsini təkzib edərək 2024cü ilin apel ayında VŞahid3 onunla whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ünvan 6 ünvanında yerləşən obyektə getməsini, orada müəyyən söküntü və tikinti işlərinin aparılmasını xahiş etdiyini bildirmişdir. Bu məqamda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə Şahid2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr öz mötəbərliyini itirməklə şübhə altına düşmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Daha ağır cəzanın tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 20982,00 (iyirmi min doqquz yüz səkkiz iki) manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və dəymiş zərərə görə 20982,00 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti, vəkil xidmət haqqına görə 3000,00 (üç min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 161.95 (bir yüz altmış bir, doxsan beş) manat, ümumilikdə 24.143,95 (iyirmi dörd min yüz qırx üç, doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət nəticəsində vurulmuş ziyanın iki misli, yəni 41.964 (qırx bir min doqquz yüz altmış dörd) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Dəymiş maddi zərərə görə 20982,00 (iyirmi min doqquz yüz səksən iki) manat və vəkil xidmət haqqına görə 3000,00 (üç min) manat məbləğində pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 161.95 (yüz altmış bir, doxsan beş) manat, ümumilikdə 24.143,95 (iyirmi dörd min yüz qırx üç, doxsan beş) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar