Məhkəmə qərarları › İş №1(006)-624/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-624/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-624/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, (FİN: xxxxxxx) Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Saatlı şəhəri, Mehdi Hüseyn küçəsi, ev 41-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 14, mənzil 128-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını elə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdib edib həmin əlaqələri vasitəsilə 6800 manat pul müqabilində Zərərçəkmiş şəxs və sonuncunun arvadı X1 əlillik dərəcəsi ilə təqaüd təyin olunmasında köməklik göstərə biləcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin aprel ayının istintaqla dəqiq müəyyən edilməyən günündə ünvan 1 ünvanda yerləşən kafedə Zərərçəkmiş şəxs 3300 manat, 2022-ci ilin avqust ayının istintaqla dəqiq müəyyən edilməyən günündə həmin ünvanda 1500 manat və 2022-ci ilin oktyabr ayının istintaqla dəqiq müəyyən edilməyən günündə həmin ünvanda 500 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5300 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2022-ci ildə tanımışdır. Belə ki, özü hər həftənin cümə günləri məscidə getdiyi üçün Zərərçəkmiş şəxs da məscidə gedən zaman Nizami metrostansiyasının yanında və namaz qılmağa getdiyi məsciddə görüb tanımış, sonradan isə onunla münasibəti yaranmış və dəfələrlə birlikdə çayxanada oturub çay içmişlər. Zərərçəkmiş şəxsla aralarında heç vaxt düşmənçilik münasibəti və ya ədavəti olmamışdır. 2022-ci ildə Bakı şəhərində Nizami metrostansiyası yaxınlığında olarkən Zərərçəkmiş şəxsla tanış olduqdan sonra onunla davamlı olaraq məscidə namaza birlikdə gedib gəldiklərindən aralarında münasibət yaranmış və tanışçılıqlarından müəyyən müddət keçdikdən sonra Xasi ona bildirmişdir ki, onun çox adama güzəştli şəkildə vaxtından əvvəl təqaüdə çıxmağına köməklik etdiyini eşidib və özü ilə arvadı yaşa görə təqaüdə çıxmağı gözləsələr, gərək 2-3 ildə gözləsinlər. Sonra onun bu sahədə, yəni arvadı və özünü vaxtından əvvəl təqaüdə çıxmaqda onlara köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, Xasiya bildirmişdir ki, əvvəllər də neçə nəfərə köməklik göstərərək müəyyən məbləğ qarşısında onların vaxtından əvvəl güzəştli şərtlərlə təqaüdə çıxmasında köməklik göstərmişdir. Bunun üçün Xasiyə bildirmişdir ki, onları əlillik dərəcəsi ilə vaxtından əvvəl təqaüdə çıxaracaq və əlavə olaraq arvadı ilə özünə bir neçə il əvvələ təqaüd yazılacaq, həmin yazılmış əvvəlki illərin də təqaüdü hesablanaraq onlara veriləcəkdir, bütün bunlara görə heç bir problem olmadığını, lakin onun arvadına təqaüd düzəltmək üçun 3300 manat, özünün təqaüdü üçün isə 3500 manat pul verməlidir. Xasi əgər dediyi şərtlərlə onlara təqaüd düzəldə biləcəyəksə problem olmadığını və həmin dediyi məbləği ona verəcəyini bildirmişdir. Aralarında razılaşmışlar və daha inandırıcı olması üçün Xasiya demişdir ki, təqaüdün sənədlərini hazırlamaq üçün özünün və arvadının əmək kitabçası ilə özünün hərbi biletini də gətirib ona verməlidir. Onunla razılaşdıqdan sonra 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən çayxanada görüşüb sonuncuya arvadına təqaüd düzəltmək üçün ondan ilk olaraq dediyi ümumi 6800 manat məbləğin 3300 manatını almış və uzağı 1 aya. ay yarıma təqaüd məsələsinin həll olunacağını deyərək pulla birlikdə həmin çayxanada ondan hərbi bileti ilə əmək kitabçalarını da almışdır. Bundan sonra bir neçə ay keçməsinə baxmayaraq Xasinin arvadına təqaüd düzəltməmiş və hər dəfə Xasi ondan soruşduqda müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır ki, özünə təqaüd düzəltmək üçün dediyi qalan pulu da ondan ala bilsin. 2022-ci ilin payız aylarında Xasiyə onun da təqaüdünü arvadının təqaüdü ilə birlikdə düzəldəcəyini demiş və ondan yenə dediyi ümumi məbləğin qalanını istəmişdir. Xasi da ona inanaraq razılaşmış və 2022-ci ilin avqust ayında onunla yenə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən çayxanada görüşüb özünə təqaüd düzlətmək üçün sonuncudan əlavə 1500 manat pul almışdır. Daha sonra 2022-ci ilin oktyabr ayında Xasi ilə yenidən eyni ünvanda yerləşən çayxanada görüşüb ona təqaüd düzlətmək üçün sonuncudan əlavə 500 manat pulu da almış, bundan sonra Xasi hər dəfə təqaüdlərinin nə olduğunu soruşduqda bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamış və sonradan Xasidan razılaşdıqları ümumi 6800 manatdan təqaüd düzəltmək üçün qalan 1500 manatıda verdikdən sonra təqaüdlərinin hazır olacağını bildirəndə, artıq Xasi ondan şübhələndiyindən bundan imtina etmiş və uzun müddət ona yalan bəhanələr gətirərək hər dəfəsində qısa zamanda ya təqaüd məsələsini həll edəcəyini, ya da pulunu qaytaracağını bildirməklə uzun müddət vaxt qazanmış, lakin sonda artıq nə onlara təqaüd düzəltmədiyini, nə də pulunu geri qaytarmadığını görən Zərərçəkmiş şəxs onu aldatdığını başa düşdükdə ona vurduğu maddi ziyanı geri almaq üçün hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri aradan qaldırdığını, onunla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2022-ci ildə Bakı şəhərində Nizami metrostansiyası yaxınlığında olarkən Təqsirləndirilən şəxsla tanış olmuşdur, birlikdə məscidə namazlara getmişlər və aralarında münasibətləri yarandıqdan sonra onunla dəfələrlə çayxanalarda oturub çay içmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə Bakı şəhərində kirayə yaşadığı ünvanda onun qonağı olmuşdur. Onunla tanışçılıqlarından və aralarında münasibət yarandıqdan sonra başqa şəxslərdən Təqsirləndirilən şəxs təqaüd düzəltdiyini eşitmiş və həmin vaxt özünün təqaüdə çıxmağına 2 il, arvadının isə təqaüdə çıxmasına 8 il qaldığına görə vaxtından əvvəl özünə və arvadına təqaüd düzəltmək istədiyi üçün Təqsirləndirilən şəxsla görüşüb bu barədə söhbət edərkən, Təqsirləndirilən şəxs özü də güzəştli şərtlərlə təqaüd düzəltdiyini ona bildirmişdir. Bundan sonra özü və arvadı üçün vaxtından əvvəl təqaüd düzəltmək istədiyini bir daha dedikdə, Təqsirləndirilən şəxs heç bir problem olmadığını ona bildirmiş və arvadı üçün 3300 manat, özü üçün isə 3500 manat ödəyərsə təqaüd düzəldə biləcəyini deyərək əlavə etmişdir ki, əlilliklə onları güzəştli şəkildə əvvəlki tarixlərə təqaüdə çıxara biləcək, hətta nə qədər əvvəlki tarixlərə güzəştli şərtlərlə əlilliklə onları təqaüdə çıxarlarsa, əmrləri verildikdən sonra həmin əvvəlki illərin də təqaüdlərinin hesablanıb onlara ödəniləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs inanaraq onunla razılaşdıqdan sonra 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu.,Moskva prospektində, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən çayxanada görüşüb sonuncuya onun arvadına təqaüd düzəltməsi üçün 3300 manat pul vermişdir. Təqsirləndirilən şəxs uzağı 1 ay yarıma təqaüdü düzəldəcəyini bildirmiş, bundan sonra bir neçə ay keçməsinə baxmayaraq Oqtay onun arvadına təqaüd düzəldə bilməmiş və hər dəfə soruşduqda müxtəlif bəhanələrlə vaxtı uzatmış, özü isə Oqtaya inandığı üçün onun təqaüd düzəltməsini gözləmişdir. 2022-ci ilin yay aylarında Oqtay onun da təqaüdünü arvadının təqaüdü ilə birlikdə düzəldəcəyini demiş və bunun üçün ondan yenə də pul istəmişdir. O, da onunla yenə razılaşmış və 2022-ci ilin avqust ayında Oqtayla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən çayxanada görüşüb özünə təqaüd düzlətməsi üçün sonuncuya əvvəlcədən dediyi 3500 manatdan 1500 manat pul vermişdir. Daha sonra 2022-ci ilin oktyabr ayında Oqtayla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən çayxanada görüşüb özünə təqaüd düzlətmək üçün sonuncuya əlavə 500 manat pul vermişdir. Bundan sonra Oqtay hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamış və sonradan Oqtayın onu aldatdığını və pulunu mənimsədiyini başa düşmüşdür. Bundan sonra isə 2022-ci ilin sonlarında Oqtay yenə ondan əvvəlcədən ona təqaüd düzəltməsi üçün istədiyi 3500 manatdan qalan 1500 manat pulu da ona verməyini və bundan sonra bir neçə gün ərzində onun arvadı ilə onun özünün təqaüdə çıxmaqları ilə bağlı əmrlərini təsdiqlədəcəyini, bu işlə bağlı tanışlarının olduğunu bildirmişdir. Lakin uzun müddətdir ki Oqtay ondan bu adla hissə-hissə olmaqla artıq 5300 manat pulunu aldığından, həmçinin sonradan ortaq tanışları olan və ilk dəfə Oqtayla görüşən zaman Oqtayın yanında olan Əlizadə adlı şəxs sonradan ona yaxınlaşıb Oqtayın ona təqaüd düzəldəcəyini deyib aldatdığını, lakin özünün Oqtaya əvvəlcədən pul vermədiyini və Oqtayın dələduz olduğunu, ona da söz verdiyini lakin təqaüd düzəltmədiyini və Oqtayın ona da yalan danışdığını, ona nə qədər pul vermişsə də, artıq ona əlavə pul verməməyini dedikdən sonra, tam olaraq artıq Oqtayın onu aldatdığından arxayın olaraq sonuncu istədiyi 1500 manat pulu ona verməkdən imtina edərək ona verdiyi 5300 manat pulunu da geri qaytarmasını tələb etmişdir. Zərər çəkmiş şəxs ona vurulmuş zərər tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan:  “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs səsyazılarını özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir;  Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 03 il müddətinə şərti olaraq tətbiq edilmişdir. Daha sonra 3 dəfə CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işlərinə xitam verilmşdir;  "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 3000 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1.325 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar