Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-63/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi “A.i.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və X3 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 14, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1959-cu ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Şahid1 ilə aralarında olan əmlak məsələsi ilə bağlı yaranmış problemi aydınlaşdırmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən Şahid1 işlədiyi “Donna” gözəlik salonunun qarşısına gəlib orada sonuncunu səsləyib çölə çıxmadığını gördükdə ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 ünvanına nalayiq ifadələr işlətməklə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə həmin vaxt mobil telefonu ilə onların hərəkətlərini görüntüyə alan gözəllik salonunu işlədən Zərərçəkmiş şəxs üzərinə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında hücum edib qəsdən sonuncunun üz və boyun nahiyələrinə əl zərbələri vurmaqla zor tətbiq edib ona boyun nahiyyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən və sağ gözün ağlı qişasının qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumalarının qançır şişkinlik halında əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 təklifinə əsasən sonuncunun Şahid1 ilə aralarında olan əmlak məsələsi ilə bağlı yaranmış problemi aydınlaşdırmaq üçün birlikdə ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən Şahid1 işlədiyi “Donna” gözəllik salonunun qarşısına gəlib orada sonuncunu səsləyib çölə çıxmadığını gördükdə ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 ilə birlikdə Şahid1 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yeni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə həmin vaxt mobil telefonu ilə onların hərəkətlərini görüntüyə alan gözəllik salonunu işlədən Zərərçəkmiş şəxs üzərinə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında hücum edib qəsdən sonuncunun üz və boyun nahiyələrinə əl zərbələri vurmaqla zor tətbiq edib ona boyun nahiyyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən və sağ gözün ağlı qişasının qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumalarının qançır şişkinlik halında əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə anası vəfat etdikdən sonra qardaşı Şahid3 atası Vaqif Zöhrabova 60 il məxsus olan və onun da vərəsə olduğu Novxanı qəsəbəsində yerləşən içərisində ev olan 30 sot həyətyanı sahəni həmin dövrdə birlikdə yaşadığı Şahid1 adına sənədləşdirib öz adına 40 illik mülki etibarnamə yazdırmışdır. Lakin sonradan Şahid1 həmin etibarnaməni ləğv edərək həmin mülkü Xədicə adlı rəfiqəsinin adına sənədləşdirmişdir. Beləliklə də həmin mülk sərəncamlarından çıxdığı üçün ailələri ilə Şahid1 arasında mülki qaydada mübahisə başlanmışdır. Şahid1lə dəfələrlə görüşüb söhbət etmək istəsə də, sonuncu görüşməkdən imtina etmişdir. Bu məsələni danışıb həll etməkdən ötrü 23 noyabr 2022-ci il tarixdə saat 18 radələrində qardaşı Şahid3, xəstə oğlu Ayxan Mirzəyev, ailəvi ağsaqqal kimi qəbul etdikləri şəxs və Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 işlədiyi Nəsimi rayon M.Əliyev 243 ünvanında yerləşən qadın salonuna gəlmişlər. İlk əvvəl Təqsirləndirilən şəxs2 salona getmiş və geri qayıdaraq Şahid1 orada olmasını, lakin Şahid3 adını eşidən kimi onunla söhbət etməkdən imtina etdiyini bildirmişdir. O həmin vaxt avtomobildən düşüb salona tərəf getmişdir. Salonun qapısına yaxınlaşdıqda salonun qapısının bağlı olmasını, lakin Şahid1 orada olmasını görmüşdür. Bayırdan oranın şüşə qapısının dəmir barmaqlıqlarını döyüb Şahid1 qapını açmasını və hansı səbəbdən ata mülkünə sahib çıxmasına açıqlama verməsini tələb etmişdir. Lakin Şahid1 salonun içərisindan çıxmaq istəməmiş, hətta qapını açıb onu itələyib oradan qovmağa çalışmışdır. Bu anda Şahid1 İrina adlı rəfiqəsininin salonun arxa qapısından çıxıb əlində mobil telefonla video çəkərək, qışqıra-qışqıra üstünə gəlməsini görmüşdür. Bundan sonra, onun videoya çəkilməsinə etiraz etsə də, Zərərçəkmiş şəxs video çəkməsini davam etdirmişdir. Bu zaman o, videonun çəkilməsinin qarşısını almağa çalışmışdır. Həmin vaxt onun özü xəsarətlər alsa da, sonradan istintaq vaxtı onun xəsarətlər almasına qiymət verilməmişdir. Onun xəstə oğlu A.Mirzəyevin yerə yıxılmasını gördükdən sonra uşağını sürüyə-sürüyə avtomobilə tərəf aparmış və onlar oradan uzaqlaşmışlar. O, hadisə yerində heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və onun qardaşı Şahid3 qohumu Arif Həmzəyevin vasitəsilə tanımışdır. Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 və Şahid3la oturub söhbət edən zaman sonuncu ona həyat yoldaşı olaraq təqdim etdiyi Anna adlı xanımla aralarında olan münaqişəni aradan qaldırmaq və onları barışdırmaq məqsəd ilə ona Anna xanımın işlədiyi qadın salonuna getməyi təklif etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1, Ayxan Mirzəyev, tanımadığı yaşlı kişi və Şahid3 “Vito” markalı avtomobili ilə Şahid1 işlədiyi Nəsimi rayon ərazisində yerləşən qadın salonuna gəlmişlər. O ilk əvvəl Şahid3 idarə etdiyi avtomobildən düşərək tək salona daxil olmuş və orada işləyən şəxslərdən Anna xanımın kim olmasını soruşmuşdur. Orada işləyən şəxslərdən biri əlində müştərinin saçını darayan xanımı göstərib onun Anna olduğunu bildirmişdir. O, ilk dəfə gördüyü Şahid1 yaxınlaşmış və onunla söhbət etmək istədiyini bildirdikdə sonuncu ondan hansı məqsədlə gəlməsini, yəni müştəri kimi gəlib-gəlmədiyini soruşmuşdur. O, Şahid1 Elçinin yoldaşı olub-olmamasını xəbər aldıqda Anna Şahid3 yoldaşı olmamasını əsəbi halda bildirib onun haqqında danışmaq istəmədiyini və salonu tərk etməsini bildirmişdir. Hətta onu itələmiş və barəsində nalayiq ifadələr işlətmişdir. O salondan bayıra çıxmış və avtomobildə əyləşən şəxslərə yaxınlaşıb Şahid1 danışmaq istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 əsəbləşib avtomobildən düşmüş və söhbət edəcəyini bildirib əsəbi halda salona tərəf yaxınlaşdıqda salonda olan şəxslər salonun qapısını arxadan bağlamışlar. Beləliklə onlar bayırda qalmışlar və bu anda Təqsirləndirilən şəxs1 salonun şüşə qapısını döyərək Şahid1 onunla danışmasının lazım olduğunu bildirmişdir. Həmin vaxt küçədən onlara tərəf yaxınlaşan sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs əlində telefonla onları çəkməsini görmüş və həmin şəxsə onları telefona çəkməməsini bildirmişdir. Lakin həmin şəxs telefonla onları çəkməyə davam etdiyindən telefonu ondan almaq istədikdə aralarında mübahisə olmuş, lakin Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. Bu zaman salondakı şəxslər mübahisə səbəbindən qapını açıb bayıra çıxmışlar və A.Mirzəyevi vuraraq yıxmışlar. Hətta Şahid1 əlində fenlə Təqsirləndirilən şəxs1 itələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs salona daxil olmuş və arxadan qapını bağlamışlar. Daha sonra onlar avtomobilə gedərək ərazidən uzaqlaşmışlar. Qeyd olunanları nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, O və rəfiqələri ünvan 5 ünvanda yerləşən “Donna” adlı salonu uzun müddətdir icarəyə götürərək fəaliyyət göstərirlər. Həmin salonda onunla birlikdə işləyən Şahid1 adlı xanımın uzun müddətdir yaşadığı Elçin adlı şəxs ilə aralarında problemləri olmuşdur. 23 noyabr 2022-ci il tarixdə saat 18 radələrində şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 salona daxil olmuş, onlar əvvəlcə həmin şəxsin müştəri olduğunu düşünsələr də daha sonra həmin şəxsin əsas məqsədinin Anna ilə danışmaq olduğunu bildikdə həmin şəxsə Şahid1 onunla danışmaq istəmədiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 salonu sakit formada tərk etmişdir. Təqsirləndirilən şəxs2 salonu tərk etdikdən sonra o, aptekə getmək üçün salonu tərk etmişdir. Lakin geri qayıtdıqda salonun qapısının qarşısında 3 nəfər kişi və 3 nəfər qadının salonun qapısında dayandığını görmüşdür. Həmin qadınlardan birini daha əvvəllər Elçinin bacısı olaraq tanıdığı Elnarə adlı şəxs olduğunu görmüşdür. Lakin digər şəxsləri həmin vaxt tanımamışdır. O, salonun qapısında dayanan Təqsirləndirilən şəxs1 uca səslə danışmasını və nalayiq ifadələr işlətməsini görərək cibində olan mobil telefonu vasitəsi ilə həmin hadisəni videoya çəkməyə başlamışdır. O, video çəkərək onlara yaxınlaşdıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu vurmağa başlamışlar. Həmin vaxt salonda olan şəxslər qapıdan çıxaraq çətinliklə onu döyən şəxslərdən uzaqlaşdıraraq salona aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 və yanındakı şəxslər avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Onun Təqsirləndirilən şəxs1 ilə pis münasibətləri olmamışdır. Hətta Təqsirləndirilən şəxs1 onu vurmadan normal tərzdə video çəkməsinə etiraz edərdisə, o, video çəkilişini dayandıracaqdı. O, hadisə barəsində “102" zəng xidmətinə məlumat vermiş və bu barədə şikayət ərizəsi yazaraq ekspertizadan keçmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmadığından qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər münasibətdə olduğu Şahid3 bacısı olaraq tanımış, digər Təqsirləndirilən şəxs2 isə tanımamışdır. Zərərçəkmiş şəxs isə onun iş yoldaşıdır. Onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Onun 30 ilə yaxın Şahid3 ilə ailə münasibəti olmuşdur. Buna görə də, onu Elçinin bütün ailə üzvləri tanımış, həmçinin o da Elçinin ailə üzvlərini tanımışdır. Onların arasında təxminən 2010-cu ildən problemlər olsa da, 2021-ci ildən aralarında olan problemlər dahada kəskinləşmişdir. O, özünə məxsus olan bağı 2022-ci ilin sentyabr ayında sataraq Şahid3 təxminən 87.500 manat pulu vermişdir ki, həmin şəxs onunla olan münasibətlərinə tamamilə son qoysun. Həmin gündən sonra Şahid3 və bacısı Elnarə Mizrəyevanın ona qarşı olan iddiaları davam etməyə başlamışdır. Şahid3 və bacısı Təqsirləndirilən şəxs1 iddia etmişlər ki, həmin bağı o, guya vaxtı ilə onların atalarını aldadaraq ələ keçirmişdir. Lakin bunların hamısı yalan iddia olmuş, həmin bağ könüllü olaraq 2007-ci ildən etibarən onun adına rəsmiləşdirilmişdir. 2022-ci ilin noyabr ayında Şahid3 onunla danışmaq üçün göndərdiyi sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 salona daxil olaraq onunla danışmaq istədikdə o və salonda olan digər şəxslər həmin qadına etirazlarını bildirdikləri üçün həmin şəxs salondan çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 getdikdən sonra salonda onunla birgə işləyən Zərərçəkmiş şəxs çıxaraq aptekə getmişdir. İrina çıxdıqdan sonra o, qapını bağlamış, lakin bu zaman qapının sərt şəkildə döyüldüyünü görmüş və qapını döyən şəxsin Elçinin bacısı Təqsirləndirilən şəxs1 olduğunu görüb sonuncuya qapını açmamışdır. Təqsirləndirilən şəxs1 qapının arxasından ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs1 ondan satdığı bağın pulunu tələb etmişdir. Bu zaman salonun qapısının çöl tərəfində olan Zərərçəkmiş şəxs onları mobil telefon vasitəsi ilə kameraya çəkmişdir. İrinanın onları kameraya çəkməsini gördükdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İrinanın üzərinə hücum edərək sonuncunu döymüşlər. Bu zaman o, qapını açaraq Zərərçəkmiş şəxs onu döyən şəxslərdən uzaqlaşdırmışdır. Hadisə vaxtı o, fiziki olaraq heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar tanıyır, Zərərçəkmiş şəxs isə onun bacısıdır. Onlara qarşı hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. 20 ildən çox müddətdir ki, «Donna» adlı gözəllik salonunda xadiməçi işləyir. Hadisə günü əvvəllər tanımadığı xanım salona daxil olub orada gözəllik salonunda işləyən Anna xanımın kim olmasını və harada olmasını soruşmuşdur. O və salonun digər işçiləri Anna xanımın Elçin adlı şəxs və sonuncunun ailə üzvləri arasında müəyyən mülk məsələləri olduğunu bilmişlər. Həmin xanıma Şahid1 orada olmamasını bildirdikdən sonra hər ehtimala qarşı salonun qapısını bağlamışlar. Belə ki, həmin vaxt Şahid1 salonda otaqlardan birində olmuşdur. Həmin xanımın yaxınlaşmasından əvvəl həmin salonda işləyən bacısı İrina Qarayevna aptekə getmişdir. İrina salonda olmamış, onlar qeyd olunan xanıma Annanın salonda olmamasını bildirdikdən sonra həmin xanım getmiş və təxminən 3-5 dəqiqədən sonra Annanın problemi olduğu Elçin adlı şəxsin bacısı Təqsirləndirilən şəxs1 və tanımadıqları bir neçə şəxsin (qadın və kişilərin) salonun qapısında olmasını görmüşlər. Təqsirləndirilən şəxs1 salonun qapısını bərk döyüb salonun qapısının açılmasını tələb etdikdə onlar artıq içəridə həyəcanlanmağa başlamışlar. Bu anda həmin şəxslərin qəfil salonun qapısından çəkilmələrini və kənara keçmələrini görmüşlər. Onlar qapıya yaxınlaşanda qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 salonun qarşısına yaxın yerdə küçənin ortasında bacısı İrina Qarayevanaya hücum çəkməsini görmüşdür. Belə ki, qeyd olunan şəxslərin bacısının boğazından tutub onu boğmağa çalışmasını və xəsarət yetirmələrini müşahidə etmişdir. O, hadisəni görüb çox qorxmuş və dərhal salonun qapısını açıb bayıra qaçmışdır. Bacısı İ.Qarayevnanı onların əlindən çətinliklə alıb salona gətirmiş və salonun qapısını bağlamışdır. Həmin şəxslər yenidən dayanmayıb salonun qapısının şüşə hissəsini döyəcləyərək oradan getməyəcəklərini bildirib Anna və İrinanın ünvanına təhdidlər edərək nalayiq ifadələr işlətmişlər. Lakin sonradan küçədə avtomobillərin dayanması və ətrafda insanların çoxalmasını görüb çəkilib getmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən salonunun güzgüsü də qırılmışdır. Bundan sonra onlar polisə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısıdır, digər Təqsirləndirilən şəxs2 isə onun dostunun yoldaşıdır. 30 ildən çox müddətdə ər-arvad münasibətində yaşadığı Şahid1nən arasında mülki məsələ ilə əlaqədar mübahisə yaranmışdır. Belə ki, 2005-ci il tarixdə anası Böyükxanım Zöhrabova vəfat etdikdən sonra atası Vaqif Zöhrabova 60 il məxsus olan Novxanı qəsəbəsində yerləşən içərisində ev olan 30 sot həyətyanı sahəni həmin dövrdə birlikdə yaşadığı Şahid1 adına sənədləşdirib öz adına 40 illik mülki etibarnamə yazdırmışdır. Lakin sonradan Şahid1 həmin etibarnaməni ləğv edərək həmin mülkü Xədicə adlı rəfiqəsinin adına sənədləşdirmiş və beləliklə də həmin mülk onun sərəncamından çıxdığı üçün ailəsi ilə Şahid1 arasında mülki qaydada mübahisə başlanmışdır. Şahid1lə dəfələrlə görüşüb söhbət etmək istəsə də, o görüşməkdən yayınmışdır. Bu məsələni danışıb həll etməkdən ötrü 23 noyabr 2022-ci il tarixdə saat 18 radələrində bacısı Təqsirləndirilən şəxs1, onun xəstə oğlu Ayxan Mirzəyev, ailəvi ağsaqqal kimi qəbul etdiyi və sonradan vəfat etmiş Cəbrayıl adlı şəxs və Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 işlədiyi Nəsimi rayonu M.Əliyev 243 ünvanında yerləşən qadın salonuna gəlmişlər. İlk əvvəl Təqsirləndirilən şəxs2 salona getmiş və geri qayıdaraq Şahid1 orada olmasını, lakin onun adını eşidən kimi söhbət etməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb salona tərəf getmişdir. Təqsirləndirilən şəxs1 salonun qapısına yaxınlaşanda salonun qapısının bağlı olmasını, lakin Şahid1 orada olmasını görmüş və bayırdan oranın şüşə qapısının dəmir barmaqlıqlarını döyüb Şahid1 qapını açmasını və hansı səbəbdən ata mülkünə sahib çıxmasına açıqlama verməsini tələb etmişdir. Lakin Şahid1 içəridən əl jestləri ilə Təqsirləndirilən şəxs1 oradan qovmağa, hətta sonradan qapını açıb Təqsirləndirilən şəxs1 itələyib oradan qovmağa çalışmışdır. Bu anda Şahid1 İrina adlı rəfıqəsininin salonun arxa qapısından çıxıb əlində mobil telefonla çəkə-çəkə, qışqıra-qışqıra, əl ata-ata Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə gəlməsini hətta oraya polis çağıracağını bildirdiyini görmüşdür. Bundan sonra bir neçə şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə gəlmiş, qarışıqlıq yaranmışdır. Həmin vaxt bacısının xəstə uşağı A.Mirzəyevin yerə yıxılmasını görmüşdür. O, baş vermiş hadisəni öz avtomobilində əyləşdiyinə görə təxminən 20-30 metr aralı məsafədən görmüşdür. Münaqişə vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kiməsə xəsarət yetirilməmişdir. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi Mirsənan Ağalarov tərəfindən CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (i/v 75-76). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2022-ci il tarixli, 1593 saylı aktdan görünür ki, 1962-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər — sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i/v 29-30). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 1593 saylı akta əlavəsi 16 sentyabr 2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi xəsarəti sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, boyun nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (i/v 192-194). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 190). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Kəpəz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü il tarixdə isə AR MM-nin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 6.1-ci maddəsinə əsasən cəzadan azad olunmuşdur (i/v 188-189). İş materiallarına əlavə edilmiş “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk «Lenovo» markalı kompüterin disk oxuyucusuna daxil edilmiş və diskdə olan videofayl açıldıqda müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs əlində çəkiliş apara-apara Nəsimi rayonu M.Əliyev küçəsi ilə “Donna” gözəllik salonuna tərəf irəliləyir, salonun qarşısına çatdıqda orada bir nəfər əli hasalı 70 yaşlarında kişinin, bir nəfər başında papaq olan oğlan uşağının və iki nəfər xanımın orada olması və xanımlardan birinin Təqsirləndirilən şəxs1 salonun bağlı qapısını silkələməsi və eyni zamanda yüksək səslə hədə-qorxu kəlmələrini istifadə etməsi, sonra videoyazıda 40-45 yaşlarında olan şəxsiyyəti istintaqa məlum olmayan qadının çəkilməsi və həmin qadının çəkilişdən narahat olaraq etiraz etməsi, çəkilişin dayandırılmasını tələb etməsi və beləliklə də zərərçəkmişə tərəf irəliləyərək telefon istiqamətində zərbə vurması, videoda səs-küy həmçinin qarşılıqlı yüksək səslər eşidilməsi, telefonun yerə düşməsi, bununla yanaşı zərərçəkmişin qışqırıq səsləri eşidilməsi müşahidə olunmuşdur. Bir neçə saniyədən sonra telefon yenidən zərərçəkmişin əlində olmaqla videoçəkiliş davam edir və Təqsirləndirilən şəxs1 zərərçəkmişə tərəf irəliləyib ona hədə qorxu gələrək hücum çəkməsi müşahidə olunmuşdur. Bundan sonra salonun qapısının açılması və oradakı şəxslərin Zərərçəkmiş şəxs içəri çağırması, lakin buna baxmayaraq həmin şəxslər tərəfindən çəkilişin aparılmasına müdaxilələr olunması və videonun dayandırılması müşahidə olunur (i/v 60). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində hadisənin videogörüntülərini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 203-208). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 117-118). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 145-146). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və Səhiyyə Nazirliyinin 2 nömrəli X1 1/3905 saylı, 17 yanvar 2023-cü il tarixli həkim psixiatr komissiyası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 24 avqust 2008-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır və sonuncu uşaq autizmi xəstəsidir, orta kəmağıllıq, ciddi nitq və davranış pozuntusu müşahidə olunur və qulluq və müalicə tələb edir (i/v 150, 151). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 338/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, X2 maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi təmin edilmiş və xx.xx.2008-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyi özləri tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq cinayəti törətməmələri ilə bağlı ifadələrinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğrlamaq lazımdır ki, həmin mübahisənin təşəbbüskarı Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 olmuşdur. Belə ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin onları telefonla çəkməsinə video diskdən də göründüyü kimi qarşılıqlı davranış qaydalarına zidd olan formada reaksiya verərək ictimai yerdə səs-küy salmış, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, təqsirləndirilən şəxslər cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini məsuliyyətdən boyun qaçırmaq üçün verdikləri ifadələr kimi qiymətləndirərək, onlara tənqidi yanaşır və inandırıcı hesab etmir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 himayəsində fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onların barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətlərinin əvvəli onların işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət hər iki təqsirləndirilən şəxs barəsində Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra 1(006)-467/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-63/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-63/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver