Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-63/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, “MAİN” yaşayış kompleksi, ev 47, mənzil 18 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs3 özünü vəkil kimi təqdim edərək sonuncunun bacısı Kifayət Qasımovaya aliment və sosial yardımın, atası üçün pensiyanın, özünə isə sosial ev verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 17 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs3 500 manat, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs3 mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank” kartına göndərdiyi 300 manat və 03 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə 1000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs6 özünü vəkil kimi təqdim edərək sonuncunun məhkəmədə mübahisələndirilən torpaq sahəsinin oğlu-Zərərçəkmiş şəxs7 xeyrinə qərar qəbul etdirməklə həll edəcəyinə dair yalan vəd verib etibarından sui- istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 05 mart 2023-cü il tarixdə saat 14:57-də Şəmki rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "Unibank” ASC-yə aid “Leo bank” kartına göndərdiyi 1100 manat və 10 mart 2023cü il tarixdə saat 17:30-da qeyd olunan ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1122 manat pulu alıb ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs5 özünü vəkil kimi təqdim edərək sonuncunun məhkəmədə olan mülki işi ilə bağlı xeyrinə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 18 fevral 2023-cü il tarixdə saat 18:04-də Zərərçəkmiş şəxs5 Şəmkir şəhərində yerləşən “Zaur” marketdə quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank" kartına göndərdiyi 815 manat və 30 mart 2023-cü il tarixdə saat 17:36-da Şəmkir rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartına göndərdiyi 700 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Qızdarxamm Mərdanovaya ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 özünü vəkil kimi təqdim edərək Zərərçəkmiş şəxs2 və sonuncunun bacıları X3 və X2 məhkəmədə icraatda olan mülki işləri ilə bağlı onların xeyrinə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 16 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs2 500 manat, 2C dekabr 2022-ci il tarixdə həmin ofisdə 500 manat, 24 mart 2023-cü il tarixdə həmin ofisdə 1500 manat və 31 mart 2023-cü il tarixdə həmin ofisdə 500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs4 özünü vəkil kimi təqdim edərək sonuncunun atasından qalan mirasın məhkəmə yolu ilə geri qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 27 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs4 400 manat, 04 yanvar 2023-cü il tarixdə saat 16:48-də Zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal rayonu Füzuli rreydanı yeraltı keçiddə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "Unibank” ASC-yə aid “Leo bank” kartına göndərdiyi 100 manat, 06 yanvar 2023-cü il tarixdə saat 12:27-də ünvan 3 ünvanında yerləşən "Araz Centre" marketdə quraşdırılmış “Pashapay" ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 100 manat, həmin gün saat 20:22-də ünvan 4 ünvanında yerləşən “Ən ucuz market" mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 120 manat, 12 aprel 2023-cü il tarixdə saat 21:15-də Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 10m/p ünvanında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manat, 16 aprel 2023-cü il tarixdə saat 14:09-da ünvan 6 ünvanında yerləşən “Cavad Market" mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 3000 manat, 25 aprel 2023-cü il tarixdə saat 16:55-də Səbail rayonu Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay" ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 5000 manat, həmin gün saat 16:57-də qeyd edilən ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manat, 02 may 2023-cü il tarixdə saat 18:54-də Bakı şəhəri qeyd olunan ünvanda yerləşən “pashapay" ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 200 manat, 21 may 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy küçəsində yerləşən “24 saat market” mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1500 manat və 2023-cü ilin may ayının sonlarında Səbail rayonu Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 150 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 12570 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 özünü vəkil kimi təqdim edərək sonuncuya xarici şirkət tərəfindən israf edildiyi pulunun guya Avropa Məhkəməsində iddia qaldırmaqla geri qaytarılması məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui- istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 07 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs1 500 manat və 05 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ünvan 8 ünvanından mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASCyə aid “Leo bank” kartına göndərdiyi 220 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəlində “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs1 ilə tanış olub. Həmin sosial şəbəkədəki səhifəsində vəkilik fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yerləşdirib. Dialoq əsnasında Zərərçəkmiş şəxs1 ona bildirib ki, “Çuavo Kapital” adlı xarici dövlət şirkətinə onlayn yatırım etdikdən sonra 4000 ABŞ dolları pulu israf olub. Həmin şirkətdən təzminat almaq istəyir. Zərərçəkmiş şəxs1 kömək edə biləcəyini deyib. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə vəkil adı altında fəaliyyət göstərdiyi ünvan 9 ünvanında yerləşən “City Mall”dakı ofisində görüşüb. Zərərçəkmiş şəxs1 problemini həll edəcəyinə əmin edib. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlayıb və sonuncudan 500 (beş yüz) manat pul alıb. Müqavilə bağladıqdan bir müddət sonra Zərərçəkmiş şəxs1 zəng edərək işlə maraqlanmağa başlayıb. Ona yalandan məsələnin həlli ilə bağlı mühüm addımlar atdığını deyib və səbirli olmasını xahiş edib. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 zəng edərək proseslə bağlı əlavə 220 manat depozit pulu ödəməsi gərəkdiyini deyib, inanması üçün xx.xx.2023-cü il tarixdə hesabına “Çuavo Kapital” şirkətinə ödədiyi 4000 ABŞ dolları pulu ilə yanaşı 4000 ABŞ dolları təzminat pulunun köçürüləcəyini, bununla bağlı Avropa Məhkəməsinin qərarını aldığını uydurub. Həmçinin, ödəyəcəyi 220 manat depozit pulunun da hesabına köçürüləcəyini uydurub. Zülfıyyə Quliyeva onunla razılaşıb. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə ona 4098 5844 7158 4365 nömrəli “Leo” bank kartını atıb və sonuncu həmin karta 220 (iki yüz iyirmi) manat pul köçürüb. Zülfıyyə Quliyeva ondan qeyd etdiyi məhkəmə qərarını istədikdə ona Bakı şəhərində olmadığını, qayıdanda qərarı verəcəyini deyib. Sonradan onunla əlaqəni kəsib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin 2012-ci il məzunudur. Hüquqi yardım göstərmək üçün ünvan 9 ünvanında yerləşən “City Mall”da ofis icarəyə götürüb. Hüquqi yardım göstərilməsi effektli olmadığındar yəni, pul qazana bilmədiyi üçün özünü vəkil kimi təqdim edərək pul qazanmağa başlayıb. Zərərçəkmiş şəxs1 probleminin həlli ilə bağlı verdiyi vəd qarşılığında ondn iki dəfəyə ümumilikdə 720 (yeddi yüz iyirmi) manat pul alıb. Verdiyi vədlə bağlı heç bir iş görməyib. Əldə etdiyi 720 (yeddi yüz iyirmi) manat pulu şəxsi ehtiyacları üçün xərcləyib. Əməlimdən çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 9 ünvanında yerləşən “City Mairdakı ofisinə gələrək bildirib ki, mübahisəli torpaq sahəsi var və 2016-cı ildən həmin mübahisə ilə bağlı məhkəmə davam edir. Həmin mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə iddia ərizəsi yazılmalı və pozulmuş hüquqları müdafiə edilməlidir. Zərərçəkmiş şəxs2 işi məhkəmədə onun xeyrinə həll edə biləcəyini deyib. Torpaqla bağlı bütün sənədləri ona təqdim etməsini və müqavilə bağlanması üçün 800 (səkkiz yüz) manat ödəniş etməsini istəyib. Zərərçəkmiş şəxs2 buna razı olmayıb və müqaviləni 500 (beş yüz) manata bağlamağa razılaşıblar. Müqavilə bağlandıqdan sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona ofisində 500 (beş yüz) manat pul verib. Bir müddət sonra Zərərçəkmiş şəxs2 işlə maraqlandıqda ona işlərin normal şəkildə davam etdiyini deyib. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yenidən ofisinə gələrək bacısının məhkəmədəki işi ilə bağlı köməklik edib-edə bilməyəcəyini soruşub. Zərərçəkmiş şəxs2 dinlədikdən sonra işi bacısının xeyrinə həll edə biləcəyini deyib. Onunla həmin gün yəni, xx.xx.2022-ci il tarixdə müqavilə bağlayıb və sonuncu ona 500 (beş yüz) manat pul verib. Zərərçəkmiş şəxs2la telefonda danışanda işlərin qaydasında olduğrıu, aıtıq biı neçə məhkəmə prosesinin olduğunu uydurub. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 zəng edərək işi onun xeyrinə həll etmək üçün məhkəməyə 1500 (min beş yüz) manat pul verməyin zəruri olduğunu uydurub. Zərərçəkmiş şəxs2 onunla razılaşıb. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə ofisinə gələrək ona 1500 (min beş yüz) manat pul verib. Həmin gün Zərərçəkmiş şəxs2 digər bacısının mübahisəli əmlakı olduğunu və ona kömək edib-edə bilməyəcəyini soruşub. Zərərçəkmiş şəxs2 dinlədikdən sonra işi bacısının xeyrinə həll edə biləcəyini deyib. xx.xx.2023-cü il Zərərçəkmiş şəxs2 ofisinə gəlib, müqavilə bağlanıb və sonucu ona 500 (beş yüz) manat pul verib. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla tez-tez əlaqə saxlamağa başlayıb. Ona yalandan məhkəmə proseslərinin davam etdiyini deyib. Bundan sonra onunla əlaqəni kəsib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 özünün və bacılarının problemlərinin həlli ilə bağlı verdiyi vəd qarşılığında dörd dəfəyə ümumilikdə 3000 (üç min) manat pul alıb. Verdiyi vədlə bağlı heç bir iş görməyib. Əldə etdiyi 3000 (üç min) manat pulu şəxsi ehtiyacları üçün xərcləyib. Əməlimdən çox peşimandır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ünvan 10 ünvanında yerləşən "Citi Moll"dakı ofisinə gələrək bacısının aliment və sosial yardım alması üçün köməklik etməsini istəyib. O, bu işi həll edə biləcəyini deyib. Müqavilə bağlayıblar və Zərərçəkmiş şəxs3 ofisində ona 500 (beş yüz) manat pul verib. Bir neçə gün sonra Zərərçəkmiş şəxs3 zəng edərək atasının pensiya almasına da köməklik etməsini xahiş edib. Ona bunun asan olduğunu və 300 (üç yüz) manat müqabilində həll edə biləcəyini deyib. Zərərçəkmiş şəxs3 onunla razılaşıb və 2023- cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə ona göndərdiyi 4098 5844 7158 4365 nömrəli “Leo” bank kartına 300 (üç yüz) manat pul göndərib. Pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3la danışaraq sosial evlərin verilməsinin təşkil edildiyini və əlində həmin evlərdən iki ədəd olduğunu, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bir otaqlı mənzili ona verə biləcəyini uydurub. Bunun müqabilində ondan 1000 (min) manat pul istəyib. Zərərçəkmiş şəxs3 onunla razılaşıb və 03 02 2023-cü il tarixdə ofisinə gələrək ona 1000 (bir min) manat pul verib. Bir müddət müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs3 yubadıb, daha sonra onunla əlaqəni kəsib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 özünün və atasının problemlərinin həlli ilə bağlı verdiyi vəd qarşılığında üç dəfəyə ümumilikdə 1800 (min səkkiz yüz) manat pul alıb. Verdiyi vədlə bağlı heç bir iş görməyib. Əldə etdiyi 1800 (min səkkiz yüz) manat pulu şəxsi ehtiyacları üçün xərcləyib. Əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs ifdəsinə davam edərək göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində özünə “vekilhuquqshunassananbabazadə” adı ilə akkaunt açıb. Zərərçəkmiş şəxs4 ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olub. O, atasının mirasının bibisi tərəfindən mənimsənildiyini bildirib, həmin mirasın məhkəmə yolu ilə geri qaytarılması üçün ondan hüquqi yardım istəyib. Ona həmin işin alına biləcəyini deyib. Onunla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi “City Mail” Ticarət Mərkəzində yerləşən ofisində xx.xx.2022ci il tarixdə görüşüb. Bu işin həlli üçün 7000 (yeddi) manat pul istəyib. Zərərçəkmiş şəxs4 onunla razılaşıb ancaq, pulu hissə-hissə ödəyə biləcəyini deyib. O, buna etiraz etməyib. Ofisdə onunla müqavilə bağlayıb və bunun müqabilində ondan 400 (dörd yüz) manat pul alıb. Müqavilənin surətini və pulları almaq üçün özünə məxsus 4098 5844 7158 4365 nömrəli “Leo” bank kartının nömrəsini də ona verib. Zərərçəkmiş şəxs4 onun qeyd edilən bank kartına xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, həmin gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən 120 (yüz iyirmi) manat pul göndərib. Zərərçəkmiş şəxs4 işin gedişatı ilə maraqlandıqda ona prosesin çətin olduğunu, bu səbəblə vaxtın uzanacağını deyib və səbirli olmasını xahiş edib. Zərərçəkmiş şəxs4 ona inanmayıb və 2023-cü ilin aprel ayınadək pul verməyib. 2023-cü ilin aprel ayında pul lazım olduğu üçün Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayıb. İşin həlli üçün çalışdığını deyib. Zərərçəkmiş şəxs4 ona inandığını görüb, lazım olan yerlərə pul çatdırmaq zərurəti yaranacağı üçün danışılan məbləğdən artıq pulunun çıxacağını deyib. Zərərçəkmiş şəxs4 onun qeyd edilən bank kartına xx.xx.2023-cü il tarixdə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə 5000 (beşmin) manat, həmin gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manat və 2023-cü ilin may ayının sonlarında 150 (yüz əlli) manat olmaqla müqavilə pulu ilə birgə ümumilikdə 12570 (on iki mln beş yüz yetmiş) manat pul verib. Bundan sonra Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayanda aldığı pulları məhkəmədə işin gedişatına uyğun müxtəlif səlahiyyətli şəxslərə verdiyini deyib. Zərərçəkmiş şəxs4 intensiv zənglərinə cavab verə bilmədikdə mobil telefon nömrəsini dəyişərək onunla əlaqəni kəsib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4 aldığı 12570 (on ikimin beş yüz yetmiş) manat pul qarşılığında heç bir hərəkət etməyib, ona hər dəfə prosesin olacağını və işin davam etdiyini deyib və digər yalanlar uydurub. Zərərçəkmiş şəxs4 miras işinin məhkəmədə həll edilməsinə köməklik edəcəyinə dair söz verib ümumilikdə 12570 (on ikimin beş yüz yetmiş) manat pulunu aldqıdan sonra inanması üçün yalandan pulları məhkəmədə işin gedişatına uyğun müxtəlif səlahiyyətli şəxslərə verdiyini uydurub. Əslində isə həmin puldan heç kimə heç nə verməyib. Əldə etdiyi ümumilikdə 12570 (on ikimin beş yüz yetmiş) manat pulu şəxsi ehtiyaclarına sərf edib. Əməlimdən çox peşimandır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında dəqiq yadında qalmayan tarixdə Şəmkir rayon Keçili kənd sakini Şahvələd Qocayev Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən ofisinə gələrək məhkəmə işi ilə bağlı ona köməklik etməsini istəyib. Şahvələd Qocayevlə söhbət zamanı Şəmkir rayon məhkəməsinin icraatında torpaq mübahisəsi ilə bağlı işi olduğunu müəyyən edib. Ona hüquqi yardım göstərilməsi müqabilində Şahvələd Qocayevlə 900 manata razılaşınlar amma sonuncu müqavilə bağlamaq üçün sonra müraciət edəcəyini bildirib. 2023-cü ilin fevral ayında Şahvələd Qocayev ona həmkəndlisi olan Zərərçəkmiş şəxs5 Şəmkir rayon məhkəməsinin icraatında torpaq mübahisəsi ilə bağlı işi olduğunu, həmin işdə Qızdarxammın xeyrinə olmayan qərar qəbul edildiyini bildirib, ona hüquqi yardım göstərib göstərə bilməyəcəyini soruşub. O, 1500 manat qarşılığında bu işi görə biləcəyini deyib. Bundan sonra Şahvələd Qocayev digər həmkəndlisi olan Zərərçəkmiş şəxs6 da hüquqi yardım göstərilməsi lazım olduğunu deyib. O, Şahvələd Qocayevə 2200 manat qarşılığında bu işi görə biləcəyini və alınarsa ona öz işində güzəşt edəcəyini deyib. Bundan sonra Zərərçəkmiş şəxs5 iki dəfə olmaqla onun “Leo” bank kartına ümumilikdə 1515 manat, Zərərçəkmiş şəxs6 oğlu Cavid isə iki dəfə olmaqla ümumilikdə 2222 manat pul atıblar. O, həmin pulları qəbul edib, gündəlik ehtiyyacları üçün xərcləyib. Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 hüquqi yardım göstərməsi üçün müqavilələr hazırlayıb, həmin müqavilələrin fotoşəklini də hər ikisinə göndərib. Verdiyi vədlə bağlı hər hansı bir addım atmayıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 mülki işlərində onların xeyrinə qərar qəbul etdirəcəyini bildirib. Zərərçəkmiş şəxs5 1515 manat Zərərçəkmiş şəxs6 isə 2222 manat pulunu alıb ancaq, qarşılığında hər hansı bir addım atmayıb. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəmədəki işlərinin həll edilməsinə köməklik edəcəyinə dair söz verib aldadaraq əldə etdiyi ümumilikdə 3737 (üç min yeddi yüz otuz yeddi) manat pulu şəxsi ehtiyaclarına sərf edib. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəmədəki işlərinin həll edilməsinə köməklik edəcəyinə dair söz verib aldadaraq 3737 (üç min yeddi yüz otuz yeddi) manat pullarını ələ keçirməsində Şahvələd Qocayevin heç bir iştirakı olmayıb. Belə ki, Şahvələd Qocayev ona həmin şəxslərin məhkəmədə problemləri olduğunu dedikdə o, sonuncuya onları yönəldəcəyi təqdirdə özünə məhkəmədəki işinin həllində köməklik edəcəyini deyib. Əməlindən çox peşmandır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödədiyini, ailəli olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını və mülki iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək zərurəti yaranıb. Həmin mübahisəli torpaq sahəsi ilə bağlı işi 2016-cı ildən məhkəmədədir. Pozulmuş hüquqlarının müdafiə edilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi “City Mail” Ticarət Mərkəzində yerləşən ofisə gedərək Sənan Babaza ilə görüşüb. Ona özünə məxsus mübahisəli torpağı barədə danışıb. Sənan bildirib ki, bu işi məhkəmədə onun xeyrinə həll edə bilər. Sənan həmin torpaqla bağlı sənədləri təqdim etməsini və müqavilə bağlamaq üçün 800 (səkkiz yüz) manat pul verməsini istəyib. Müqaviləni 500 (beş yüz) manata razılaşıblar və qeyd olunan ofisdə müqavilə bağlandıqdan sonra Sənana 500 (beş yüz) manat pul verib. Bir müddət keçdikdən sonra Sənan işlərin normal şəkildə davam etdiyini deyib. Bundan sonra 2-3 dəfə Sənanla ofisdə görüşüb. xx.xx.2022-ci il tarixdə bacısının məhkəməyə müraciət etdiyi üçün Sənandan bu işlə bağlı onlara kömək etməsini istəyib. Sənan bacısının işi ilə bağlı ondan 800 (səkkiz yüz) manat pul istəyib. Sənana imkanının yaxşı olmadığını bildirib və bu işi də 500 (beş yüz) manata razılaşıblar. Müqavilə bağlanıb və ofisdə Təqsirləndirilən şəxs 500 (beş yüz) manat pul verib. Sənanla hər dəfə telefonda danışanda sonuncu ona işləri davam etdirdiyini deyib. İşi ilə bağlı Sənanın dediyinə görə 2-3 dəfə məhkəmə prosesi olub lakin, Sənan ona sən “məhkəməyə gəlib qıcıq yaradacaqsan, bu səbəblə mən sənin adından məhkəmədə çıxış edirəm” deyib. Sənan ona işin həlli üçün məhkəməyə 1500 (min beş yüz) manat pul verməyin zəruri olduğu deyib. xx.xx.2023-cü il tarixdə Sənana ofisdə 1500 (min beş yüz) manat pul verib. Bundan əlavə digər bacısının mübahisəli əmlakı ilə bağlı Sənana müraciət edib və onunla xx.xx.2023-cü il tarixdə qeyd olunan ofisdə görüşərək 500 (beş yüz) manat pul verib. Sənandan işin gedişatı ilə bağlı maraqlandıqda o, hər dəfə prosesin davam etdiyini deyib. Vaxt uzandıqca aldandığını hiss edib. İşi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin dəfdərxanasından maraqlandıqda müraciətinin olmamadığı deyilib. Sonra dəfələrlə Sənanla əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələr gətirərək bu işi görməkdən yayınıb və onunla əlaqəni kəsib. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Sənanın əməlləri nəticəsində ona ümumilikdə 3000 (üç min) manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs pul verən zaman şahidi olmamışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əvvəlcə şikayətçi olmadığını, ittihamla müəyyən edilən ziyanın ödənilməsinə baxmayaraq, hal-hazırda sözlərini geri götürdüyünü, şikayətçi olduğunu bildirmiş, onun ona vurduğu ziyanı hesablamaq olmaz, həmin ziyanı ona ödəyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ən ağır cəza təyin olunmasını və məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə tanış olarkən sonuncu özünü vəkil kimi təqdim edib və ona bacısının aliment və sosial yardım almasına köməklik göstərə biləcəyini deyib. Buna görə ondan 500 (beş yüz) manat pul istəyib. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşıb və xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən "Citi Mall” ticarət mərkəzinin daxilində ona ilk olaraq 500 (beş yüz) manat pul verib. Daha sonra onunla danışaraq atasının pensiya almasın köməklik göstərməsini xahiş edib. Təqsirləndirilən şəxs ona həmin işi həll edə biləcəyini deyib və 300 (üç yüz) manat pul istəyib. Onunla razılaşıb. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs kart hesabına 300 (üç yüz) manat pul göndərib. Daha sonra Təqsirləndirilən şəxs onunla danışaraq sosial evlərin verildiyini, ona həmin evlərdən iki ədəd verildiyini, həmin evlərinin birini, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bir otaqlı mənzili ona verə biləcəyini deyib. Həmin işin müqabilində ondan əlavə olaraq 1000 (bir min) manat pul istəyib. Onunla razılaşıb və ünvan 10 ünvanında yerləşən "Citi Moll" ticarət mərkəzinin daxilində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat pul verib. Təqsirləndirilən şəxs ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pul versə də sonuncu heç bir iş görməyərək aldığı məbləği mənimsəyib. Onun bu hərəkətlərini görərək baş vermiş hadisə ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat verib. Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs pul verən zaman tək olmuşdur. Sonda Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyam tam ödənilmiş, lakin ona çox böyük mənəvi zərər dəymişdir, buna görə şikayətçidir. Təqsirləndirilən şəxs maddi ziyanı ödəsə də, ona vurduğu mənəvi ziyanla bağlı şikayəti var, təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, 11 iyul 2010-cu ildə atası X8 uzun sürən xəstəlikdən sonra vəfat edib. 2022-ci ildə atasından qalan mirası əldə etmək üçün vəkil tutaraq məhkəmə qaydasında hüquqlarını bərpa etmək istəyib. Buna görə də 2022-ci ilin dekabr ayında “instagram” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olub. Onun sosial şəbəkədəki profilində vəkil olduğu qeyd olunub. Televiziya proqramlarında çıxışları və vətəndaşlara hüquqi yardım göstərməsi onu arxayın edib ki, o vəkilliklə məşğuldur. 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən ofisində görüşüb. Atasından qalan mirasın məhkəmə yolu ilə ona qaytarılmasının mümkün olub-olmadığını ondan soruşub. O, bunun mümkün olduğunu deyib və 7000 (yeddi min) manat müqabilində bu işi həll edə biləcəyini bildirib. O, razı olduğunu ancaq, qeyd edilən məbləği hissə-hissə ödəyə biləcəyini deyib. Sənan razılaşıb. Həmin gün yəni, 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müqavilə bağlanması üçün ilkin olaraq 400 (dörd yüz) manat pul verib. Müqavilənin surətini götürüb. Lakin Sənan order təqdim etməyib. Bundan sonra onun 4098 5844 7158 4365 nömrəli “Leo” bank kartına xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, həmin gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən 120 (yüz iyirmi) manat pul göndərib. İşin gedişatı ilə maraqlandıqda Təqsirləndirilən şəxs müxtəlif səbəblər gətirərək vaxtın uzanacağını deyib və səbirli olmasını istəyib. Sənana hər hansı nəticə görməyincə pul verməyəcəyini deyib və 2023-cü ilin aprel ayınadək ona pul göndərməyib. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs işin həlli üçün nühüm addımlar atdığını və lazım olan yerlərə pul çatdırmaq zərurəti yarandığı üçün danışılan məbləğdən artıq pulunun çıxacağını deyib. Sənana inanaraq işinin həll olunması ümidi ilə xx.xx.2023-cü il tarixdə istifadəsində olan qeyd edilən bank kartına 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2023-cü il tarixdə 5000 (beş min) manat, həmin gün yəni, xx.xx.2023-cü il tarixdə yenidən 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manat və 2023-cü ilin may ayının sonlarında 150 (yüz əlli) manat olmaqla ümumilikdə 12570 (on iki min beş yüz yetmiş) manat pul göndərib. Bundan sonra onunla əlaqə saxlayaraq işlə bağlı sual verdikdə aldığı pulları məhkəmədə işin gedişatına uyğun müxtəlif səlahiyyətli şəxslərə verdiyini bildirib. Daha sonra Təqsirləndirilən şəxs onunla əlaqəni kəsib. Aldadıldığını başa düşdükdən sonra baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət edib. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəsə də, hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ən ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır, həm də təqaüdçüdür. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanmır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. 2023-cü ilin fevral ayında həmkəndlisi Şahvələd Qocayevin vasitəsilə Təqsirləndirilən şəxs tanıyıb. Belə ki, 2019-cu ildən həmkəndlisi X12 ilə aralarında torpaq üstündə mübahisə yaranıb. Bununla bağlı Zöhrab Şəmkir Rayon Məhkəməsinə müraciət edib. Qeyd edilən torpaq sahəsini əvvəllər Zöhrabın qardaşı Mehmana icarəyə veriblər, Mehman da həmin torpaq sahəsində istilikxana qurub, 2017-ci ildə Mehman vəfat etdikcən sonra arvadı torpaq üzərində olan istilikxananı söküb və torpaq sahəsini onlara təhvil verib. Lakin daha sonra qardaşı Zöhrab torpaq sahəsini əvvəlcədən aldığını və özünə məxsus olduğunu bildirdiyi üçün aralarında narazılıqlar yaranıb. Şəmkir Rayon Məhkəməsi də Zöhrabın xeyrinə qərar verib. Həmin vaxt yəni, 2023-cü ilin fevral ayında mülki işiə köməklik etməsi üçün vəkil axtararkən Şahvələd Bakı şəhərində Təqsirləndirilən şəxs adlı vəkil tanışı olduğunu deyib. Şahvələddən onun mobil nömrəsini alıblar və əlaqə saxlayıblar. Təqsirləndirilən şəxs torpaq sahəsini almaq üçün məhkəmədə onların xeyrinə qərar çıxarılmasına nail olacağını vəd verib, bunun üçün 2000 manat pul tələb edib. Lakin maddi imkanlarının zəif olduğunu bildirdikdə Sənan Şahvələdin xətri üçün 1500 manata həll edəcəyinə söz verib. 18 fevral 2023-cü il tarixdə Şəmkir şəhərində yerləşən "‘Zaur” adlı marketdən “eManat" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi son səkkiz rəqəmi 71584365 nömrəli kart hesabına 815 manat, 30 mart 2023-cü il tarixdə rayonun isə Keçili kəndində yerləşən "Ailə supermarkefdən “mpay" ödəmə terminalı vasitəsi ilə 700 manat pul göndərib. Təqsirləndirilən şəxs xidmət haqqı ilə biryerdə cəmi 1515 manat pul göndərib. Təqsirləndirilən şəxs müraciət etməzdən əvvəl Şəmkir Rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya məhkəməsinə şikayət veriblər. Həmin müddətdə isə Apellyasiya məhkəməsində işlərinə baxılıb, onlar da Təqsirləndirilən şəxs ilə danışıqlar aparıblar. Təqsirləndirilən şəxs Apellyasiya məhkəmə iclaslarında iştirak etməməyi tövsiyyə edib, onlar da onun sözü ilə məhkəmə iclaslarında iştirak etməyib. Nəhayət Apellyasiya məhkəməsi iştirakı olmadan Zöhrabın xeyrinə qərar verib. Qərarı aldıqdan sonra Sənana bu barədə bildiriblər, bundan sonra isə Sənan onların zənglərinə cavab verməyib. Oğlu X4 Babazadə ilə görüşmək üçün Şahvələd Qocayevlə birgə Bakı şəhərinə gedib. Orada isə Sənanın rəsmi vəkil olmaması, müxtəlif şəxsləri aldatdığını biliblər. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini başa düşüb, bu barədə ərizə ilə Şəmkir Rayon Polis Şöbəsinə müraciət edib. Sonda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. 2023cü ilin fevral ayında həmkəndlisi Şahvələd Qocayevin vasitəsilə Təqsirləndirilən şəxs tanıyıb. Belə ki, 2011-ci ildə övladı Zərərçəkmiş şəxs7 Keçili kənd bələdiyyəsindən 0,08 ha torpaq sahəsi alıb. Həmin torpaq sahəsi üzərində istilikxana qurub, qızının ailəsinin istifadəsinə verib. 2022-ci ildə həmkəndlisi X5 torpaq sahəsinin ona məxsus olduğunu iddia edib və bununla bağlı aralarında narazılıqlar yaranıb. Elsevər Ələkbərov kürəkəni Ruslan Quliyevə qarşı iddia tələbi ilə Şəmkir rayon məhkəməsinə müraciət edib, əslində isə torpaq sahəsi Ruslanın deyil oğlu Cavidin adına olub. Şəmkir rayon məhkəməsi əsassız qərar verib və qərar əsasında torpaq sahəsi üzərində olan istilikxana da sökülüb. Həmin vaxtda yəni, 2023-cü ilin fevral ayında mülki işiə köməklik etməsi üçün vəkil axtararkən həmkəndlisi X7 Bakı şəhərində Təqsirləndirilən şəxs adlı vəkil tanışı olduğunu, özünün də torpaq mühahisəsi ilə bağlı həmin vəkilə müraciət edəcəyini, torpağın sənədləşdirilməsi üçün onlara həmin vəkilin hüquqi yardım gösətər biləcəyini deyib. Onlar 2200 manat pul müqabilində bu işin görülməsi üçün Təqsirləndirilən şəxs ilə razılaşıblar. Daha sonra həmin torpaq sahəsinə aid sənədləri oğlu Cavid öyrənilməsi üçün Bakı şəhərinə Təqsirləndirilən şəxs Dastan oğluna göndərib. 05 mart 2023-cü il tarixdə, saat 14:57 dəqiqədə Şəmkir rayon Keçili kəndində yerləşən “Ailə Supermarket” adlı marketdən "eManat" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 71584365 nömrəli kart hesabına 1100 manat pul göndəriblər. 10 mart 2023-cü il tarixdə, saat 17:30 dəqiqədə yenidən həmin marketdə olan “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 71584365 nömrəli kart hesabına 1122 manat pul göndəriblər. Həmin pulları Təqsirləndirilən şəxs oğlu Cavid göndərib və qəbzləri də saxlaması üçün ona verib. Sonradan Təqsirləndirilən şəxs rəsmi vəkil olmaması, müxtəlif şəxsləri də onlar kimi aldatdığını başa düşüblər. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini başa düşüb, bu barədə ərizə ilə Şəmkir rayon polis şöbəsinə müraciət edib. Hal-hazırda torpaq sahəsinə dair sənədləri də Təqsirləndirilən şəxsdir. Bu səbəbdən torpaq sadəsini geri almaq üçün məhkəməyə də müraciət edə bilmir. Zərərçəkmiş şəxs6 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-yə ərizə ilə müraciət edərək 2222 manat pulunun Şahvələd Qocayev tərəfindən ələ keçirildiyini bildirib və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edb. Əslində Təqsirləndirilən şəxsı Şahvələd Qocayev vasitəsilə tanıdığı üçün elə bilib ki, Şahvələd onu aldadır. Sonradan əmin olub ki, Şahvələdın bu işlə heç bir əlaqəsi yoxdur. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 və şahid qismində göstərilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 və şahid Zərərçəkmiş şəxs7 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 31-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 41-45-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 29 may 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır; cinayət işinin İ cildinin 50-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 75-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 89-90-cı vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 103-105-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəllinin 13 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alnmışdır; cinayət işinin İ cildinin 110-cu vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 139-cu vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 153-154-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 167-168-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarıvəllinin 06 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alnmışdır; cinayət işinin İ cildinin 173-cü vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 190-191-ci vərəqlərində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 206-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ramiz Axundovun 04 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutularaq Nəsimi Rİ-nin MSY-nə təhvil verilməsi və tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır; cinayət işinin İ cildinin 218-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Elşən Nuriyevin 04 sentyabr 2023-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir; cinayət işinin İ cildinin 230-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:10-da CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildinin 1-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 16-18-ci vərəqində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Mahmud Sarəvəllinin 06 sentyabr 2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X16 azad olunmuşdur; cinayət işinin İİ cildinin 19-cu vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Mahmud Sarəvəllinin 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İİ cildinin 26-27-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarəvəllinin 01 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; cinayət işinin İİ cildinin 41-ci vərəqində olan “şəxsin könüllü gəlməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü polis idarəsinə gəlmişdir; cinayət işinin İİ cildinin 51-54-cü vərəqlər Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 02 mart 2024-cü il tarixli qərarına əsasən CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və ibtidai istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır; cinayət işinin İİ cildinin 58-59-cu vərəqlərində olan “cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; cinayət işinin İİ cildinin 106-cı vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İİ cildinin 115-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İİ cildinin 127-128-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır; cinayət işinin İİ cildinin 130-131-ci vərəqlərində olan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi Ülvi Salmanovun 05 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmaqla barəsində axtarış elan edilməsi qərara alınmışdır; cinayət işinin İİ cildinin 146-cı vərəqində olan “axtarışda olmuş şəxsin tutulması haqqında” 27 yanvar 2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40 radələrində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir; cinayət işinin İİ cildinin 150-151-ci vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:05-də CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildinin 170-171-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 181-182-ci vərəqlərində olan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Ülvi Salmanovun 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İİ cildinin 226-229-cu vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Elvin Allahquliyevin 01 aprel 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; cinayət işinin İİ cildinin 252-ci vərəqində olan “şəxsin könüllü gəlməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü polis idarəsinə gəlmişdir; cinayət işinin İİİ cildinin 11-14-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 07 iyun 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; cinayət işinin İİİ cildinin 39-cu vərəqində olan “axtarışda olan şəxsin yaxalanması haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi Rİ-nin 20-ci PŞ-nə gətirilmişdir; cinayət işinin İİİ cildinin 40-42-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 04 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİİ cildinin 60-cı vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 720 manat məbləğində pul vəsaiti ödənilmişdir. cinayət işinin İİİ cildinin 65-68-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 05 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır; cinayət işinin İİİ cildinin 89-109-cu vərəqlərində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda elan edilmiş ittiham qanuni və əsaslı olduğundan, həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işi üzrə toplanmış sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir vəzifədə işləməmiş və ya zərər çəkmiş şəxsin əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yalan vəd verməklə ələ keçirdiyi pul məbləğlərini kimə və hansı məbləğdə verməsinin zərərçəkmiş şəxslər üçün əhəmiyyəti olmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.4, 312-ci maddəsində nəzərdə tutulan rüşvət verməyə təhrik etmə cinayəti kimi qiymətləndirilə bilməz. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.3, 309 və 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında “whatsapp” sosial şəbəkəsində olan yazışma mətni sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 təqdim etdiyi 16 noyabr 2022-ci il tarixli, 1173 nömrəli müqavilə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs4 təqdim etdiyi 27 dekabr 2022-ci il tarixli müqavilənin surəti və ödəniş qəbzlərinin surətləri götürülərək cinayət işi materiallarına əlavə edilmiş, həmin müqavilə, 04 yanvar 2023-cü il tarixdə saat 16:48-də Zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal rayonu Füzuli meydanı yeraltı keçiddə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank” kartına göndərdiyi 100 manatlıq qəbz, 06 yanvar 2023-cü il tarixdə saat 12:27-də ünvan 3 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 100 manatlıq qəbz, həmin gün saat 20:22-də ünvan 4 ünvanında yerləşən “Ən ucuz market” mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 120 manatlıq qəbz, 12 aprel 2023-cü il tarixdə saat 21:15-də Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 10m/p ünvanında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manatlıq qəbz, 16 aprel 2023-cü il tarixdə saat 14:09-da ünvan 6 ünvanında yerləşən “Cavad Market” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 3000 manatlıq qəbz, 25 aprel 2023-cü il tarixdə saat 16:55-də Səbail rayonu Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 5000 manatlıq qəbz, həmin gün saat 16:57-də qeyd olunan ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manatlıq qəbz, 02 may 2023-cü il tarixdə saat 18:54-də Bakı şəhəri qeyd olunan ünvanda yerləşən “pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 200 manatlıq qəbz, 21 may 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “24 saat market” mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1500 manatlıq qəbz və 2023-cü ilin may ayının sonlarında Səbail rayonu, Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 150 manatlıq qəbz maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs5 təqdim etdiyi 24 fevral 2023-cü il tarixli, 1256 nömrəli müqavilənin surəti, 18 fevral 2023-cü il tarixdə saat 18:04-də Şəmkir şəhərində yerləşən “Zaur” marketdə quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 4098-5844- 7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank” kartına göndərdiyi 815 manatlıq qəbz və 30 mart 2023-cü il tarixdə saat 17:36-da Şəmkir rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartına göndərdiyi 700 manatlıq qəbz maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs6 təqdim etdiyi 05 mart 2023-cü il tarixdə saat 14:57-də Şəmkir rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank” kartına göndərdiyi 1100 manatlıq qəbz və 10 mart 2023-cü il tarixdə saat 17:30-da qeyd olunan ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1122 manatlıq qəbz maddi sübut kimi tanınsın və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxs X13 əməlində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs5 əməlində Azərbaycan Respublikası CM-in 29, 312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs6 əməlində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X9 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün heç bir dəlil gətirməməsi iş üzrə nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, baxış keçirilməsi, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş qəbz və ifadələrə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbləri yoxdur, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın tam ödənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 11 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı pul tələbi barədə mülki iddia vermiş, Təqsirləndirilən şəxs ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pulun birdəfəlik tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, “City Mail” Ticarət Mərkəzində yerləşən ofisində tanış olaraq onun mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək üçün Təqsirləndirilən şəxs adlı (özünü vəkil kimi təqdim edən) müqavilə bağlayaraq Sumqayıt Apellyasiya Məhkəməsinə onun torpağına dair hüquqlarını müdafiə etmək üçün müəyyən vaxtlarda, yəni 1-ci dəfə olaraq xx.xx.2022-ci il tarixdə işlədiyi ofisində öz işinə görə ilkin olaraq 5000 (beş min) manat, sonradan isə proseslərin getdiyi müddətdə öz işinə və bacılarının ərinə görə müəyyən vaxtlarda, ümumilikdə cəmi 3000 (üç min) manat Şəhər Nəsimi Rayon Polis İdarəsində onun və onun kimi insanları dələduzluq yolu ilə aldadaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs qarşı yekun istintaq materialları tam sübutlarla təsdiq olunduqdan sonra məhkəmənin səlahiyyətinə təqdim olunmuşdur və hal-hazırda məhkəmə prosesləri davam edir. Nəsimi Rayon Polis İdarəsində aparılmış istintaqın təsdiqlənməsinə 10-15 gün qalmış Təqsirləndirilən şəxs adlı vəkil Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elvin Allaquliyevin vasitəçiliyi ilə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Lakin, buna baxmayaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs 2 (iki) il müddətində özünü ona vəkil kimi təqdim edərək etibarından sui-istifadə edib onu süründürməçiliyə məruz qoyaraq dəfələrlə aldadaraq əsəb və sinirlərini pozaraq ona xeyli miqdarda mənəvi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu maddi olaraq 3000 (üç min) manat pulu ödəsə də buna baxmayaraq 2 il müddətində əsəb və stres yaşadaraq süründürməçiliyə məruz qoymuşdur. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs verdiyi 3000 (üç min) manat pulu Kapital Bankdan fazilə götürmüşdür. Ona görə də düşünür ki, Təqsirləndirilən şəxs ona 2500 (iki min beş yüz) manat mənəvi zərər vurmasını dəyərləndirir. Ona görə də hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Dəstan oğlundan dəymiş mənəvi zərərin əvəzi olaraq ona 2500 (iki min beş yüz) manat məbləğində pulun birdəfəlik tutularaq ona verilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, həmin mülki iddia qismən təmin edilməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir – real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə mülki iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Buna görə də təqsirləndirilən şəxsdən 300 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 verilməlidir. Məhkəmə müki iddianın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (xx.xx.2023-xx.xx.2023-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində mənəvi ziyan tutulub Zərərçəkmiş şəxs2 ödənilsin. Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-63/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-63/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver