Məhkəmə qərarları › İş №1(006)-638/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-638/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-638/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədlivyə Nazirliyi Penitensıaı Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış 2018-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs1 əlində olan Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan 580 rnanat dəyərində «Huawei P Smart» markalı mobil telefonu dartıb götürməklə açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat maddi ziyan vurmaqla azyaşlı Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbsdən yeni azad olunmuşdur. O, “20 yanvar” metrostansiyasına yaxın ərazidə evlərin arası ilə gedərkən məhəllədə yerdə bir ədəd “Huawei” markalı mobil telefonu görmüş və telefonu götürüb cibinə qoymuşdur. Daha sonra evə getmişdir. Mobil telefonun enerjisi bitdiyi üçün mobil telefonu işlədə bilməmişdir və polisə məlumat verə bilməmişdir. 29 iyul 2025-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onun evinə gəlmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Tutulan vaxt onun üzərində həmin telefon olmamışdır. O, tibbi müayinədən keçməkdən imtina etməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda əsassız ifadələr yazılmışdır. O, tutulan vaxt özünə xəsarət yetirməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşlarının dəvəti ilə anası ilə birlikdə 19-cu Polis Şöbəsinə getmişlər. O, polis avtomobilindən düşərək şöbəyə daxil olmuş, anası isə çöldə gözləmişdir. 10 avqust 2025-ci il tarixdə isə anası həmin mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. O, qeyd olunan mobil telefonu yerdən tapmış, zor tətbiq edərək Zərərçəkmiş şəxs1 əlindən almamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən (mobil telefonu yerdən götürdüyünü və daha sonra sahibinə məlumat vermədiyini) səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 5 nömrəli məktəbin 2-ci sinifində oxuyur. 05 iyun 2025-ci il tarixdə günorta saatlarında həyətdə oynamışdır. Anası ona «Huawei P Smart» markalı mobil telefonu vermiş, həmin telefon əlində olmuşdur. Həmin telefonla oyun oynamış, eyni zamanda həyətə düşəndə anası və atası onunla həmin mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, uşaqlarla həyətdə bir az oynayıb blokun qabağına gəlmiş, tək olmuşdur. Blokun qabağında durub mobil telefonla oyun oynamışdır. Bu zaman bir nəfər kişi həmin mobil telefonu onun əlindən alıb qaçmışdır. Tez blokdan evə girib anasına demişdir. Həmin kişi onu vurmamış, ondan heç nə soruşmamış, telefonu alıb yola tərəf çıxaraq qaçmışdır. Ondan mobil telefonu alıb qaçan şəxs hazırda məhkəmə iclasında olan şəxsdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mobil telefonun qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur, onun 7 yaşı var, Bakı şəhəri, Nəsimi rayonu, 5 saylı orta məktəbin 2-ci sinifində oxuyur. 05 iyun 2025-ci il tarixdə saat 13 radələrində Məhəmməd blokun qarşısında oynamışdır. Məhəmməd həyətə düşəndə həmişə ona atasının aldığı “Huawei P Smart” markalı mobil telefonu vermişdir ki, onunla əlaqə yarada bilsin. Belə ki, telefonun üstündə ***-***-**-** saylı nömrə olmuşdur. Eyni zamanda da mobil telefona müxtəlif oyunlar yüklənmişdir. Məhəmməd mobil telefonda həmin oyunları oynamışdır. 2-ci mərtəbədə yaşadığından eyvandan arada bir Məhəmmədə nəzarət etmişdir. Həmin vaxt Məhəmməd evə gəlmiş və ona demişdir ki, bir nəfər kişi onun əlindən mobil telefonu blokun qabağında alıb qaçıb. Məhəmməd bərk qorxmuşdur. Bu zaman polisə zəng vurub bu barədə bildirmişdir. Çox keçmədən polislər yaşadıqları evin qarşısına gəlmişlər. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə hazırda mobil telefonun qaytarıldığını, dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur, onun 7 yaşı var, Bakı şəhəri, Nəsimi rayonu, 5 saylı orta məktəbin 2-ci sinifində oxuyur. 05 iyun 2025-ci il tarixdə saat 13 radələrində həyat yoldaşı Nərmin ona zəng vurub bildirmişdir ki, Məhəmməd blokun qarşısında oynayarkən bir nəfər şəxs onun əlindən «Huawei P Smart» markalı mobil telefonu alıb qaçmışdır. Nərminə demişdir ki, dərhal polisə zəng vursun. Həyat yoldaşı bu zaman ərazinin polis sahə inspektoru kimi tanıdığı Emin adlı polisə zəng vurub bu barədə bildirmiş və polislər ora gəlmişlər. «Huawei P Smart» markalı telefonun üstündə ***-***-**- ** saylı nömrə olmuşdur. Həmin nömrə ilə onlar Məhəmmədlə əlaqə saxlamışlar. Eyni zamanda da o mobil telefona müxtəlif oyunlar yükləmişdir. Məhəmməd mobil telefonda həmin oyunlarla oynamışdır. Özü sonradan evə gəlmişdir. Məhəmməd hadisədən sonra bərk qorxmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafıq rəyində «Huawei P Smart» markalı telefonun qiyməti 133 manat göstərilmişdir. Həmin rəylə razı deyil, mobil telefonun qiyməti 580 manatdır. “Huawei P Smart” markalı mobil telefonu Məhəmmədə o 580 manata almış, üstündəki nömrəni isə 20 manata almışdır. Cinayət nəticəsində ona ümumilikdə 600 (altı yüz) manat maddi zivan dəymişdir. Sonda zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan sakinlərə mobil telefonunu, 19-cu PŞ-nin iş telefonunu vermişdir ki, rastlaşdıqları hüquq pozuntuları ilə bağlı dərhal məlumat versinlər. M.Cəlal küçəsi 64, ev 33 ünvanında yaşayan Qanuni nümayəndə 05 iyun 2025-ci il tarixdə saat 13 radələrində onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, həmin gün saat 13 radələrində azyaşlı uşağı Məhəmməd evlərinin blokun qabağında olarkən bir nəfər şəxs Məhəmmədin əlindəki mobil telefonu onun əlindən alıb qaçmışdır. Dərhal həmin ünvana gəlmişdır. Baş vermiş cinayət hadisəsi ilə bağlı müvafıq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə ətrafda olan müşahidə kameralarını müəyyən etmişlər. Keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində azyaşlıya qarşı soyğunçuluq edən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. 29 iyul 2025-ci il tarixdə iş yoldaşları Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Murad Rzazadə tərəfindən keçirdikləri əməliyvat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhərində olduğunu müəyyən etmişlər. Həmin tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərində, yaşadığı ünvanda saxlamışlar. Ona 05 iyun 2025-ci il tarixdə azyaşlı uşağın əlindən mobil telefonu alıb qaçmaqla cinayət törətdiyini bildirmiş və həmin rnobil telefonu maddi sübut qismində onlara təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs həmin mobil telefonu göstərərək onda olduğunu demişdir. Bu zaman onu Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Ceyun Hadıyev onlarla heç getməyəcəyini bildirərək qollarına xəsarət yetirməklə səs-küy salmağa çalışmışdır. Buna baxmayaraq onu saxlamaqla 19-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərindəki maddi sübut olan azyaşlı uşaqdan talama yolu ilə əldə etdiyi həmin mobil telefonu götürmüşlər. Təqsirləndirilən şəxs barəsində polis haqqında qanuna müvafiq olaraq fənd işlədib zərərsizləşdirmişlər, ona heç bir xəsarət yetirilməmişdir. Qarışıqlıq olduğu üçün Təqsirləndirilən şəxs bıçağı hara tulladığını bilməmişlər. Ceyhun bıçaqla özünə xəsarət yetirmiş, bıçaqdan onlara qarşı istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-5-ci vərəqində olan “Hadisə yerinə baxış haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 evin blokunun qarşısıdır. Cinayət işinin 55-ci vərəqində olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-ci vərəqində olan “Əşyanın təqdim edilməsi və götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 soyğunçuluq yolu ilə əlindən alınmış bir ədəd «Huawei P Smart» markalı mobil telefon Təqsirləndirilən şəxs Mircəfər oğlundan maddi sübut kimi götürülmüşdür. Cinayət işinin 70-ci vərəqində olan “Əşyaya baxış keçirilməsi haqqında” 30 iyul 2025ci il tarixli protokoldan görünür ki, «Huawei P Smart» markalı mobil telefon sensor ekranlıdır, mobil telefon birkartlıdır, üstündə nömrə mövcuddur, gövdəsi göy rəngdədir. Mobil telefon istifadə olunmuş vəziyyətdədir, üzərində ***-***-**-** saylı kart nömrəsi vardır. Cinayət işinin 72-73-cü vərəqlərində olan “DVD-R disk üzərində videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş, ağ rəngli DVD formatındakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 05 iyun 2025-ci il tarixdə sasat 13:16 dəqiqədə qeydə alınır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində bir nəfər ağ köynək geyinmiş şəxsin əlində mobil telefonla qaçdığı müşahidə olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ağ köynəkdəki şəxsin özü olduğunu bildirərək əlindəki telefonun «Huawei P Smart» markalı mobil telefon olduğunu qeyd etdi. Cinayət işinin 95-98-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-472/2025 saylı qərarından görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi. Həbsdə saxlanılma müddətinin 01 (bir) ay 20 (iyirmi) gün həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 29 iyul 2025-ci il tarixdən, saat 23:50-dən hesablanması qərara alınmışdır. Cinayət işinin 109-111-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib və 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 115-126-cı vərəqlərində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-121/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanması və Təqsirləndirilən şəxs 04 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzanın əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 127-ci vərəqində olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 12 avqust 2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş görüntülər 05 iyun 2025-ci il tarixdə saat 13:16 dəqiqədə qeydə alınır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində bir nəfər ağ köynək geyinmiş şəxsin əlində mobil telefonla qaçdığı müşahidə edilir. Zərərçəkmiş şəxs1 diskə baxış zamanı bildirdi ki, onun əlindən “Huawei” markalı mobil telefonu alıb qaçan şəxs görüntüdə olan ağ köynəkli şəxsdir. Cinayət işinin 142-151-ci vərəqlərində olan "xxxx" MMC-nin “Daşınar əmlakın qiymətləndirilməsi barədə” 11 avqust 2025-ci il tarixli, 11-528/25 nömrəli hesabatından görünür ki, aparılmış hesablama və təhlillərə əsasən 01 ədəd “Huawei P Smart” markalı mobil telefonun 2025-ci ilin iyun ayına pərakəndə satış dəyəri 133.0 (bir yüz otuz üç) manat təşkil edir. Cinayət işinin 155-159-cu vərəqində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2026-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə kamera görüntülərini əks etdirən birr ədəd diskin, “Huawei” markalı mobil telefon və içərisindəki ***-***-**-** saylı kart nömrəsinin cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 177-ci vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “Huawei” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 17/18/2-2108/2025 nömrəli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarda göstərilir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, xüsusən, təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, habelə onun saxlanıldığı istintaq təcrixanasında müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını, habelə cinayətin azyaşlı olan şəxsə qarşı törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardıqları gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 05 iyun 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1,158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd “Huawei” markalı mobil telefon və içərisindəki ***- ***-**-** saylı kart nömrəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – hadisənin videogörüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 01 ədəd “Huawei” markalı mobil telefon və içərisindəki ***- ***-**-** saylı kart nömrəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – hadisənin videogörüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (200145, VÖEN **********, AZ37NABZ********************, **********, AZ08AİİB400900D**********114) hesaba keçirilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar