Məhkəmə qərarları › İş №1(006)-64/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-64/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-64/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, İ/B, ev 01-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, "xxxx" MTK, blok 1, mənzil 10-da yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona qızı Fatimə İbrahimli üçün sürücülük vəsiqəsinin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 22 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 1.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, eyni məqsədlə:  tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib ona atası X2 üçün “BC" kateqoriyalı sürücülük vəsiqəsinin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 13 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs3 900 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3;  tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona xarici ölkədən 12.000 manat pula “Mercedes-Benz A180” markalı avtomobil gətirilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq ilkin olaraq qeyd olunan avtomobil üçün 2.600 manat pulun verilməsini, qalan pulun isə hissə-hissə verilməsinə razılaşıb vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Lukoil" yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs2 850 manat, 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının qarşısında 900 manat və 17 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Evro Med” klinikasının qarşısında 850 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2.600 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sürücülük məktəbində təlim müəllimi işləyir. Ona müraciət edən şəxslərə həm maşın sürməyi öyrədir, həm də sürücülük vəsiqəsi almağa köməklik göstərir. Sürücülük dərsi keçdiyi Xanım adlı bir qadın təlim zamanı bir nəfərin qızının sürücülük vəsiqəsi istədiyini bildirmiş, o da ona bu işdə kömək edə biləcəyini demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış və qızı Fatimə üçün sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, o da bu məsələdə kömək edə biləcəyini qeyd etmişdir. 2020-ci ilin sentyabr ayının 22-də ünvan 4 ünvanda Zərərçəkmiş şəxs1 ilə görüşmüş, qızı Fatiməyə sürücülük vəsiqəsi düzəltmək üçün ondan 850 manat pul almışdır. Bundan başqa sürücülük dərsi keçdiyi Səma adlı bir qadın təlim zamanı özü ilə oxuyan bir oğlanın atası üçün sürücülük vəsiqəsi düzəltmək istədiyini söyləmiş, o da buna kömək edəcəyini söyləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlamış və atası X2 üçün sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. 2021-ci ilin fevral ayının 13-də, saat 10:30 radələrində metronun “Gənclik” stansiyasının çıxışında Zərərçəkmiş şəxs3la görüşüb ondan 900 manat pul və atasına məxsus şəxsiyyət vəsiqəsini almışdır. Bundan əlavə o, 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 təlim keçmiş, təlim zamanı Zərərçəkmiş şəxs2 ona avtomobilinin olmadığını və avtomobil axtardığını bildirmişdir. O da bir tanışı vasitəsilə xaricdən münasib qiymətə avtomobil gətirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ona “Mercedes-Benz A180” markalı avtomobildən xoşu gəldiyini söyləmiş və həmin avtomobilin neçəyə başa gələcəyini soruşmuşdur. O da bu maşının 12.000 manata başa gələcəyini bilidirmişdir. Zərərçəkmiş şəxs2 əlində 2.600 manat olduğunu söyləyəndə o, həmin pulu indi, qalan pulu da avtomobil Bakıya gəldikdən sonra hissə-hissə ödəyə biləcəyini demişdir. 15.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs2 ilə görüşərək ondan 850 manat, 16.02.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 900 manat və 17.02.2021-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi, 17A saylı ünvanda yerləşən “Evro Med” klinikasının qarşısında 850 manat – ümumilikdə 2.600 manat pulu almışdır. Hər üç zərər çəkmiş şəxsdən aldıqları pul ilə bağlı niyyəti söz verdiyi işi həll etmək olsa da, həmin ərəfədə anası ağır xəstə olduğundan vəziyyəti pisləşdiyi üçün onlardan aldığı pulu anasının müalicəsinə xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aldığı pulları geri qaytarmış, Zərərçəkmiş şəxs2 isə qısa zamanda ödəyəcəyinə söz verir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Xanım adlı qadın vasitəsilə tanımışlar. Qızı Fatiməyə avtomobil idarə etməyi öyrətmək, həm də ona sürücülük vəsiqəsini almaqda kömək etmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs razılaşaraq bunların müqabilində əvvəlcə 850 manat pul istəmiş, daha sonra tibbi arayış və digər sənədlərlə bağlı əlavə olaraq 150 manat pulun tələb olunduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayının 22-də ünvan 1 ünvanda onunla görüşüb 1.000 manat pulu və qızına məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etmədi və pulu da qaytarmadı. Hazırda isə Təqsirləndirilən şəxs ondan aldığı məbləğdən cəmi 840 manatı qaytarıb. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Səma adlı tələbə yoldaşı vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs telefonla zəng edərək atası X2 üçün “BC” kateqoriyası sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs da bunun müqabilində 900 manat pul lazım olduğunu söyləmişdir. O da bununla razılaşmış və 13.02.2021-ci il tarixdə, saat 10:30-da ünvan 2 ünvanda onunla görüşərək həmin məbləğdə pulu və atasına məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Təqsirləndirilən şəxs bir daha sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verərək 2 həftə vaxt istəmişdir. O, bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs zəng etmiş, lakin sonuncu Novruz bayramı ilə əlaqədar sıxlıq olduğunu, eyni zamanda anasının səhhəti ilə əlaqədar rayonda olduğunu, vəsiqəni bayramdan sonra hazır olacağını bildirmişdir. Daha sonra sosial şəbəkədə onun kimi bir neçə şəxsin şikayətini görmüş, Təqsirləndirilən şəxs zənglərinə cavab vermədikdə isə aldadıldığını anlayaraq polisə müraciət etmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs nömrəsini elanların birində görmüş, zəng edərək avtomobil idarə etməyi öyrənmək istədiyini bildirmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona təlim keçmiş, onun köməyi ilə sürücülük vəsiqəsi ala bilmişdir. Təlim zamanı o, avtomobilinin olmadığını, lakin almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs da ona xaricdən avtomobil gətirə biləcəyini demişdir. O, “Mercedes-Benz A180” markalı avtomobili bəyəndiyini, həmin avtomobilin Bakıya gətirilməsinin hansı qiymətə başa gələcəyini soruşanda, Təqsirləndirilən şəxs ona 12.000 manat xərcinin olacağını bildirmişdir. O da 2.600 manat pulunun olduğunu bildirəndə, Təqsirləndirilən şəxs həmin pulu indi, qalan pulu isə avtomobil ona təqdim edildikdən sonra hissə-hissə ödəyə biləcəyini söyləmişdir. Şərtlər uyğun olduğu üçün o bu təklifi qəbul etmiş və Təqsirləndirilən şəxs ilə 15.02.2021ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Lukoil" yanacaqdoldurma məntəqəsinin qarşısında görüşərək 850 manat, 16.02.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının qarşısında 900 manat və 17 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Evro Med” klinikasının qarşısında 850 manat pulu ona vermişdir. Bir müddət sonra zəng etdikdə onunla əlaqə saxlaya bilməmiş, bu səbəbdən polisə müraciət etmək məcburiyyətində qalmışdır. Bugünə qədər Təqsirləndirilən şəxs ona nə avtomobil gətirtmiş, nə də aldığı 2.600 manat pulu qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.07.2021-ci il tarixli arayış və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.29, 195-200);  Abşeron Rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 15 gün hissəsi 01 il azaldılmışdır (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, "xxxx" MTK, blok 1, 10 saylı mənzili hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar