Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-64/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmamış və barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurmuş və təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki, o, 06 yanvar 2024-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı baş zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vuraraq ona burunun yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burunun, hər iki gözaltı nahiyələri və göz qapaqlarını əhatə etmiş qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, 05 aprel 2024-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Şahid2 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus, mühərriki işlək vəziyyətdə olan “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək sükanı arxasına əyləşib Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prius» markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən 08 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanının qarşısında saxlanılmış, Şahid1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus, mühərriki işlək vəziyyətdə olan “Toyota Prius” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək sükanı arxasına əyləşib Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prius» markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən 11 aprel 2024-cü il tarixdə saat 01 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus, mühərriki işlək vəziyyətdə olan “Toyota Prius” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək sükanı arxasına əyləşib Zərərçəkmiş şəxs4 məxsus «Toyota Prius» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəllər iki dəfə xuliqanlıq və quldurluq cinayətləri törətdiyinə görə məhkumluğu vardır və cəzasını cəzaçəkmə müəssisəsində çəkmişdir, 09 mart 2023-cü il tarixdə isə azadlığa çıxarılmışdır, azadlığa çıxdıqdan sonra Bakı şəhəri Yasamal rayonu yeni tikilidə ailəsi ilə birgə yaşamış, tikintidə fəhlə işləmiş, sürücülük vəsiqəsi yoxdur və əvvəllər “General Motors” şirkətinə aid dayanacaqda avtomobillərə nəzarət edib gündəlik əmək haqqı qazanmışdır. O, subaydır, himayəsində övladı və yaşlı valideynləri yoxdur. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, Yusifin oğlu Toğrul onun yaxın dostu olmuş, bu səbəblə də, Yusifin evində böyümüş, həmişə Toğrulla, Yusiflə və Yusifin arvadı Fəridə xanımla yaxşı münasibəti olmuş, həmin şəxslərdən ayrı yaşasa da, daima evlərinə gediş-gəlişi olmuşdur və dəfələrlə evində qalmışdır. Yusif ilə heç vaxt arasında ədavət və düşmənçilik olmamışdır. O, 06 yanvar 2024-cü il tarixdə həmişəki kimi Yusifin ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 11 küçəsi ev 10 ünvanına qonaq getmiş, həmin tarixdə saat təxminən 23 radələrində Yusif yaşadığı evə getdiyini görmüşdür. Həmin vaxt o, evin həyətində əyləşmiş, Yusif yaxınlaşıb görüşdükdən sonra evinə nə üçün getdiyini, daha sonra nəvəsinin mobil telefonunu nə üçün aparmasını soruşmuşdur. Bundan sonra o, Yusifin evinə mütəmadi gəlib-getdiyini demiş, mobil telefonu Fəridə xanımın icazəsi ilə həmin gün işə getdiyi üçün özü ilə apardığını, işdən çıxdıqdan sonra aparıb geri qaytardığını bildirmişdir. Sonra Yusif onunla aqressiv şəkildə danışmağa başlamış, o, Zərərçəkmiş şəxs1 sakitləşməsini bildirdikdə, Yusif onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Yusif söyüş söydüyünə görə o, Yusifi evdən kənara, darvazanın qabağına dəvət etmiş, orada Yusif onunla aqressiv şəkildə danışmağa və söyüşlərlə təhqir etməyə davam etmişdir. Bundan sonra o, əsəblərini cilovlaya bilməyib bir dəfə kəllə ilə sonuncunun burun nahiyəsinə vurmuş, bunun ardınca oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 ilə arasında baş vermiş mübahisə təxminən 05 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı orada heç kim olmamış, həmçinin o, Zərərçəkmiş şəxs1 vuranda kənardan görən şəxs olmamışdır. Hadisə vaxtı onun üzərində ümumiyyətlə bıçaq olmamış, onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə səbəb, sonuncunun nalayiq ifadələrlə onu təhqir etməsi olmuş, Zərərçəkmiş şəxs1 onunla aqressiv formada danışsa da, sağlamlığına hər hansı xəsarət yetirməmişdir. Bundan sonra, 05 aprel 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Nəsimi rayonu metronun “20 Yanvar” stansiyası yaxınlığında dükandan spirtli içki alaraq, həmin spirtli içkini küçədə qəbul etmiş, sonra piyada gəzə-gəzə Bakı şəhəri Nəsimi rayonu metronun “20 Yanvar” stansiyası yaxınlığına getmiş, orada bir müddət gəzib dolaşdıqdan sonra 05 aprel 2024-cü il tarixdə saat 05 radələrində ünvan 12ən “Gəncə Təndiri” adlı ticarət obyektinin qarşısında dayanmış ağ rəngli “Toyota Prius ” markalı 77 CTJ 513 dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə sahibsiz görərək, həmin avtomobili qaçıraraq idarə etmək qərarına gəlmişdir, həmin ağ rəngli “Toyota Prius ” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, yaxınlıqda kimsənin olmadığını görüb avtomobilə əyləşərək işlək vəziyyətdə olan avtomobili idarə edərək oradan qaçırmışdır. O, “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili qaçırıb idarə edərək Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə getmiş, orada qaçırdığı ağ rəngli “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilin ön və arxa dövlət qeydiyyat nişanları lövhələrini çıxaraq, həmin ünvanda olan hasarın arxasına tullamış, ağ rəngli “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili nömrəsiz idarə edərək, Abşeron rayonu Qobu qəsəbəsində olan kafedə pivə içmək qərarına gəlmişdir. Bununla da, o, 05 aprel 2024-cü il tarixdə qaçırdığı ağ rəngli “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilini Qobu qəsəbəsinə sürərək, orada kafenin bağlı olduğundan, qaçırdığı ağ rəngli “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili Qobu qəsəbəsində ünvanı xatırlamadığı yerdə saxlamış, oradan marşurut avtobusu ilə geri qayıtmışdır. O, 05 aprel 2024-cü il tarixdə “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili icazəsi olmadan, idarə etmək məqsədilə qaçırmış, avtomobil sürməyə həvəsi olmuş, həmin avtomobili talama məqsədi olmadan qaçırmaqda ona heç kim kömək etməmişdir. 05 aprel 2024-cü il tarixdə “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili qaçıraraq, həmin avtomobilin dövlət qeydiyyat nişanı lövnəsində olan cihaz vasitəsi ilə avtomobili tapmaq mümkün olduğuna görə, həmin avtomobilin nömrə nişanı lövhələrini çıxararaq tullamış, avtomobildə Samsung markalı mobil telefon olmasını gördüyünü, lakin avtomobildən düşərkən həmin mobil telefonu götürmədiyini, avtomobili qaçıran zaman kiminsə onu səsləməsini eşitmədiyini, “Toyota Prius” markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilin sahibini görmədiyini bildirmişdir. Bundan başqa 08 aprel 2024-cü i tarixdə saat 02 radələrində o, Abşeron rayonu Qobu qəsəbəsindən taksi ilə Yasamal rayonu ərazisində yerləşən Alov zavodun qarşısına getmiş, taksidən düşdükdən sonra qırmızı rəngli “Toyota Prius” markalı avtomobili görmüşdür, həmin avtomobil işlək vəziyyətdə olsa da, içərisində adam olmamışdır. O, sərxoş olduğu üçün avtomobil sürmək istədiyi üçün həmin avtomobilə yaxınlaşmış, avtomobilin qapısı açıq vəziyyətdə olduğuna görə, o, qapını açıb sükan arxasında əyləşmiş, avtomobili idarə etməyə başlamışdır. O, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” kimi tanınan ərazidə avtomobil təmir sexinin qarşısında yararsız vəziyyətdə olan avtomobilin üzərində dövlət nömrə nişanı olduğunu görmüş, avtomobili sərbəst sürə bilmədiyi üçün idarə etdiyi avtomobilin ön və arxa dövlət nömrə nişanı lövhələrini çıxarmışdır. Bundan sonra həmin yararsız vəziyyətdə olan avtomobilin dövlət nömrə nişanı lövhələrini çıxardıb qaçırdığı avtomobilin ön nömrə yerinə taxmış və idarə etdiyi avtomobilin üzərində olan dövlət nömrə nişanı lövhələrini “Papanin” kimi tanınan yerdə gizlətmişdir. Sonra isə o, yenidən qaçırdığı avtomobili idarə edərək, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 55 ünvanda yerləşən “X7” adlanan ərazidə olan avtomobil dayanacağında qaçırıdığı avtomobili saxlayaraq mühərriki söndürmüş və avtomobildə yatmışdır. Səhər oyanaraq avtomobildən düşüb şəxsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu ərazisinə getmiş, qırmızı rəngli Toyota Prius markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili bir daha görməmiş, o. Xətai rayonu, Xocalı prospekti 55 ünvanında yerləşən “X7" adlanan ərazidə olduğu zaman qaçırdığı avtomobilin sükanının aşağı hissəsində olan 3 manat pulu götürüb özünə siqaret almış, avtomobili tərk edib gedən zaman isə saxlanc yerində olan pul kisəsini götürüb avtomobildən düşüb getmiş, pul kisəsində olan 60 manat pulu götürüb pul kisəsini içərisində olan sənədlərlə birlikdə tullamış, talama məqsədi olmadan qaçırdığı avtomobildə rahat yatmaq üçün avtomobilin nömrəsini dəyişdiyini, oyandıqdan sonra talama məqsədi olmadan qaçırdığı avtomobilin öz nömrəsini götürmək üçün gizlətdiyi yerə getdikdə, nömrə lövhələrini tapa bilmədiyini, avtomobili həmin vəziyyətdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 55 ünvanda yerləşən “X7” adlanan ərazidə olan avtomobil dayanacağında qoyub çıxıb getdiyini, avtomobil qaçıran zaman onu kiminsə səslədiyini eşitmədiyini, qırmızı rəngli “Toyota Prius” markalı ** HN *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili qanunsuz ələ keçirməkdə məqsədi onu sürmək olduğunu bildirmişdir. Bundan başqa o, 11 aprel 2024-cü il tarixdə saat 01 radələrində ünvan 9 ünvanda yerləşən “Yol” marketin qarşısında 01 ədəd qırmızı rəngli “Toyota Prius” markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobilin işlək vəziyyətdə sahibsiz görərək, həmin avtomobili qaçıraraq, idarə etmək qərarına gəlmiş, qırmızı rəngli “Toyota Prius” markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış, yaxınlıqda kimsənin olmadığını görüb avtomobilə əyləşərək, işlək vəziyyətdə olan avtomobili idarə edərək oradan qaçırmışdır. O, qırmızı rəngli “Toyota Prius” markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobili qaçırıb idarə edərkən, həmin avtomobilin taksi deyil, şəxsi avtomobil olduğunu anlayaraq, həmin avtomobili ünvan 10 ünvanında saxlayaraq, avtomobilin içərisindən 01 ədəd elektron qəlyan, 01 ədəd ətir, pul kisəsindən 01 ədəd 5 manatlıq və 01 ədəd 2 dollar pul əskinaslarını götürüb avtomobili də həmin ünvanda saxlayaraq oradan uzaqlaşmış, elektron qəlyan və ətiri istifadə edib sonradan tullamış, pulları isə şəxsi ehtiyaclarına xərcləmiş, avtomobil sürməyə həvəsi olduğundan qırmızı rəngli “Toyota Prius” markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan qaçırmış, avtomobili qaçırmaqda ona heç kim kömək etməmiş, avtomobili zədələməmiş və ya başqa formada zərər vurmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışdığını, onlara dəymiş ziyanı tam ödədiyini, onların ərizələrini və digər yüngülləşdirici halların nəzərə alınmasını bildirərək AR CM-nin 127.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsini, AR CM-nin 185.2.2-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə isə həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, Orxan onun oğlu Toğrulun yaxın dostudur, ona görə də, Orxanın əvvəldən onların yaşadığı evə gediş-gəlişi olmuşdur və onun Orxanla həmişə normal münasibəti olmuş, əvvəllər aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Orxan 2023-cü il tarixinin sonlarında evdə onun balaca nəvəsinə məxsus markasını dəqiq bilmədiyi mobil telefonunu danışmaq adı ilə almış, lakin bir neçə gün sonra gətirib qaytarmışdır. Bu barədə evdə ailə üzvləri ona deyərkən, Orxanın bu hərəkəti onda aqressiya yaratmışdır. O, 06 yanvar 2024cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı ünvan 11 küçəsi 10 ev ünvana getdiyi zaman Orxanın evin həyətində əyləşdiyini görmüş, Orxana yaxınlaşıb görüşdükdən sonra evinə nə üçün getdiyini, daha sonra uşağın mobil telefonunu nə üçün aparmasını soruşmuş, Orxan ona “telefonu aparmışam, gətirmişəm, belə də ki, yaxşı eləmişəm” deyə cavab vermiş, o isə, Orxana bu hərəkətinin doğru olmadığını bildirmişdir. Bundan sonra Orxan onu həyətdən bayıra - darvazanın qabağına dəvət etmiş, orada Orxan onun üzərinə bıçaq çıxartmış, o, Orxanın onu vuracağından ehtiyat edərək, dərhal Orxanın əlindən bıçağı almağa cəhd göstərmiş, bu zaman bıçaq Orxanın əlindən yerə düşmüşdür. Sonra Orxan bir dəfə kəllə ilə onun burun nahiyəsinə vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng edərək, məlumat vermişdir. X5 Yardım avtomaşını ilə birlikdə xəstəxanaya getmişdir. Onun Təqsirləndirilən şəxs ilə arasında baş vermiş mübahisə təxminən 05 dəqiqə ərzində davam etmiş, Təqsirləndirilən şəxs ilə arasında mübahisə zamanı ətrafda heç kim olmamışdır, həmçinin Orxan onu vuranda kənarda hadisəni görən şəxs olmamışdır. Mübahisə zamanı o, nə Orxanı vurmuş, nə də təhqir etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və AR CM-nin 127.1-ci maddəsi ilə onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini, AR CM-nin 185.2.2-ci maddəsi ilə onun barəsində olan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmiş bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı ** HN *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil ona məxsusdur, lakin həmin avtomobili etibarnamə əsasında Şahid1 idarə edir. Şahid1 08 aprel 2024-cü il tarixdə ona zəng edərək, məlumat vermişdir ki, həmin tarixdə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində yerləşən “Alov” zavodun yaxınlığında avtomobili işlək vəziyyətdə saxladığı zamanı bir nəfər şəxs avtomobilin işlək vəziyyətdə olmasından istifadə edərək, avtomobili sürüb qaçırmış və Şahid1 bu barədə polisə məlumat vermiş, Yasamal rayon Polis İdarəsində bu barədə araşdırma aparılmışdır, avtomobil isə, sonradan polis əməkdaşları tərəfindən tapılmışdır. Ona məxsus “Toyota Prius” markalı ** HN *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə hadisə nəticəsində heç bir ziyan vurulmamışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 avtomobilin qaytarıldığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 04 aprel 2024-cü il tarixdə saat 21 radələrindən etibarnamə ilə idarə etdiyi ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduqdan sonra 05 aprel 2024-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvana qayıdarkən, yolüstü ünvan 12ən «Gəncə Təndiri» çörək mağazasından çörək almaq üçün həmin ünvanın qarşısında ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə saxlayaraq, avtomobildən düşüb «Gəncə Təndiri» çörək mağazasına daxil olub alış-veriş edərək, bayıra çıxanda bir nəfər tanımadığı şəxsin onun ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilini idarə edərək oradan uzaqlaşdığını görmüşdür. O, etibarnamə ilə idarə etdiyi avtomobilini kimin idarə etdiyini görməmişdir. Sonra Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, etibarnamə ilə idarə etdiyi ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilinin tanımadığı şəxs tərəfindən qaçırılması barədə məlumat vermişdir. O, 05 aprel 2024-cü il tarixdə saat 05 radələrində ünvan 14 ünvanda ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilindən düşüb avtomobilin mühərrikini işdən salmamış, qapılarını kilidləməmiş, «Gəncə Təndiri» çörək mağazasına alış-veriş üçün getmiş, ona məxsus ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobil Abşeron rayonu Qobu qəsəbəsindən aşkar olunmuş, avtomobili aşkar olunan zaman o öyrənmişdir ki, «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobildən 01 ədəd «Samsung» markalı «Galaxy A 12» modelli mobil telefonu oğurlanmışdır. Onun etibarnamə əsasında idarə etdiyi ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobilə heç bir ziyan dəyməmiş, lakin ona məxsus «Samsung» markalı «Galaxy A 12» modelli mobil telefonunun oğurlanması nəticəsində ona 200 manat məbləğdə maddi ziyan dəymiş, etibarnamə əsasında idarə etdiyi ağ rəngli «Toyota Prius» markalı ** CU *** dövlət nömrə nişanlı avtomobil qaçırıldıqdan sonra həmin avtomobilin dövlət qeydiyyat nişanı lövhələri yerində olmamış, lakin sonradan ** CU *** dövlət qeydiyyat nişanı lövhələri polis əməkdaşları tərəfindən tapılaraq ona qaytarılmışdır. O, «Samsung» markalı «Galaxy A 12» modelli mobil telefonu işlənmiş vəziyyətdə aldığından, həmin telefonun İMEİ kodunu bilməmiş, lakin telefonun üzərində 070 *** ** ** nömrə sim kartı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qırmızı rəngli “Toyota Prius” markalı, **-HN-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur. 08 aprel 2024-cü il tarixdə saat 02 radələrində o, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi istiqamətindən Bakı şəhəri Yasamal rayonu istiqamətində idarə edərək, Bakı şəhəri Yasamal rayonu Moskva prospektində yerləşən “Alov” zavodun yaxınlığında avtomobili saxlayıb avtomobildən düşmüş, lakin mühərriki söndürməmiş və qapıları bağlamamışdır. O, yolu qarşı tərəfə keçdikdən sonra idarə etdiyi avtomobilin qaçırıldığını görmüş, dərhal yolun avtomobili saxladığı hissəsinə qayıtmış, lakin avtomobili tapıb arxasınca gedə bilməmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı avtomobildə sükanın aşağı hissəsində 03 manat pul olmuş, qolaltı saxlanc yerində isə, içərisində 60 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hərbi bileti olan pul kisəsi olmuş, avtomobil tapıldıqdan sonra pul kisəsi avtomobildə olsa da, içərisi boş olmuşdur. Hadisə zamanı “Toyota Prius” markalı **-HN-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə heç bir ziyan vurulmamışdır. Avtomobildə sükanın aşağı hissəsində 3 manat, qol altından içərisində 60 manat pul, sürücülük vəsiqəsi, hərbi bilet və şəxsiyyət vəsiqəsi və 5 manat dəyərində pul kisəsi oğurlanmışdır. İttiham aktının siyahısında zərərçəkmiş şəxslər qismində göstərilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 56 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs1 burunun yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burunun hər iki gözaltı nahiyələri və göz qapaqlarını əhatə etmiş qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalanna əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində və ya onun özü-özünə yetirməsi nəticəsində törənməsi inandırıcı deyildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxs tərəfindən verilmiş 1343 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya mərhələsində aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu hal-hazırda kompensasiya mərhələsində olduğundan onun məcburi müalicəyə ehtiyacı yoxdur. X1 öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman (xx.xx.2024-cü il tarixdə) həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 127.1 və 185.2.2-ci maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işi üzrə CM-nin 127.1-ci maddəsinin dispozisiyasında birbaşa müəyyən edilmiş və qəsdən sağlamlığına az ağır zərər vurulmuş zərər çəkmiş şəxs, məhz qəsdən sağlamlığına az ağır zərər vurulması nəticəsində baş vermiş cinayət üzrə zərərçəkmiş şəxs olan (CM-nin 127.1-ci maddəsinin tərkibini yaradan zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və həmin hissədə cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, hazırkı qərarla həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmə və cinayət təqibinə xitam verilmə məsələsi həll edilməli, lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi üzrə isə ayrıca hökm çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-64/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-64/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver