Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-65/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.2-ci maddələri ilə başlanmış cinayət işi baxılmasından ötrü aidiyyət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqı orqanı tərəfindən təqsirləndirilmişdir ondan ötrü ki o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş və təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 15:12 radələrində ünvan 2 saylı ünvanın qarşı tərəfində qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 məxsus Zərərçəkmiş şəxs1 icarə əsasında idarə etdiyi «Kia» markalı, “Rio” modelli AZ**-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz olması səbəbindən Zərərçəkmiş şəxs1 xahişi ilə mühərriki işə salıb avtomobili hərəkətə gətirmək üçün köməklik etmək məqsədilə sükanın arxasına əyləşib avtomobili hərəkət etdirərək mühərriki işə düşdükdən sonra dayanmadan idarə edib həmin yerdən uzaqlaşmaqla qeyd olunan avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 15:12 radələrində ünvan 3 saylı ünvanın qarşı tərəfindən talama məqsədi olmadan qanunsuz ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus «Kia» markalı «Rio» modelli AZ**-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayon ərazisində hərəkətdə olub ünvan 4 saylı ünvanın qarşı tərəfinə gəldikdən sonra saat 16 radələrində avtomobili həmin yerdə saxlayıb, avtomobilin salonunda olan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 120 manat dəyərində üzərində 4 manatlıq ***-***-**-** saylı GSM danışıq kartı olan Vyetnam istehsalı, SM-A310F/DS modelli, 3589xx/xx/4233515 İMBİ kodlu «Samsung» markalı «A3» modelli telefon aparatını və 1 ədəd 80 manat dəyərində üzərində 4 manatlıq ***-***-**-** saylı GSM danışıq kartı olan «Huawei» markalı telefon aparatını sahibi tərəfindən saxlandığı yerdən götürüb avtomobildən düşüb həmin yerdən uzaqlaşmaqla ümumilikdə 208 manat miqdarında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yolun kənarında tək dayanan zaman onun yaxınlığında yolun kənarında «Kia» markalı “Rio” modelli AZ**-KM-*** nömrəli avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü, adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs avtomobildən düşüb idarə etdiyi avtomobilin mühərrikini işə salmağa çalışmış, lakin avtomobil nasaz olduğundan avtomobilin mühərrikini işə sala bilməmişdir. Sonradan Eldar ona yaxınlaşıb xahiş etmişdir ki, idarə etdiyi avtomobilin mühərrikini işə salmaq üçün avtomobili itələyib hərəkətə gətirməkdə ona köməklik etsin. O, Eldara köməklik etməyə razılaşmış və Eldar avtomobilin sükanının arxasına əyləşmişdir. Avtomobili xeyli məsafədə itələyib hərəkət etdirsələr də, Eldar avtomobilin mühərrikini işə sala bilməmişdir. Sonra Eldar onun yorulduğunu görüb, avtomobildən düşüb ona bildirmişdir ki, sükan arxasına əyləşib mühərriki işə salmağa çalışsın, özü isə avtomobili itələyərək ona köməklik etsin. O, Eldarın təklifi ilə razılaşmış və avtomobilin sükanı arxasına əyləşmişdir. Eldar avtomobili xeyli məsafədə itələyib hərəkət etdirdikdən sonra mühərriki işə sala bilmişdir. Həmin vaxt avtomobili idarə edib gəzmək niyyəti olduğu üçün qərara gəlmişdir ki, Eldara məxsus avtomobili dayandırmadan idarə edib həmin yerdən uzaqlaşsın və bir müddət şəhərdə sürüb gəzdikdən sonra hansısa yerdə saxlayıb avtomobildən düşərək başqa istiqamətə getsin. Bu məqsədlə avtomobilin mühərrikini işə saldıqdan sonra idarə edib həmin yerdən uzaqlaşmışdır. Həmin vaxt Eldar idarə etdiyi avtomobilin hərəkətdə olub həmin yerdən aralaşıb getdiyini görüb onun arxasınca qışqırıb saxlamasını desə də, o, Eldara əhəmiyyət verməmiş və həmin yerdən uzaqlaşmışdır. Eldara məxsus avtomobili bir neçə dəqiqə müddətində şəhər daxili yollarda idarə edib gəzərkən diqqət yetirmişdir ki, avtomobilin salonunda 1 ədəd «Samsung A3» markalı və 1 ədəd «Huawei» markalı telefon aparatları vardır. Pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, həmin telefon aparatlarını avtomobildən düşərkən oğurlayıb sonra şəhərdə hansısa mağazaya sataraq əldə etdiyi pulu şəxsi tələbatlarına xərcləsin. Bu məqsədlə avtomobillə bir müddət gəzdikdən sonra o, avtomobili ünvan 5 saylı ünvanın qarşı tərəfində saxlamış və avtomobildən düşərkən salonda olan qeyd etdiyi telefon aparatlarını saxlandığı yerdən götürüb, avtomobilin qapısını bağlayıb həmin yerdən aralaşmışdır. Avtomobildən aralaşdıqdan bir neçə dəqiqə keçmiş Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində piyada gedərkən bir neçə polis əməkdaşının onun olduğu istiqamətə gəldiklərini görmüş və polis əməkdaşlarının onun tərəfindən qeyd olunan cinayət hadisəsini törətməsindən xəbərlərinin olduğunu başa düşmüşdür. Bu səbəbdən qaçıb həmin yerdən aralaşmaq istəmiş, lakin polis əməkdaşları onun ardınca gəlib yaxaladıqdan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşlarına törətdiyi cinayəti etiraf etmiş, Eldarın idarə etdiyi avtomobildən oğurladığı telefon aparatlarını onlara təhvil vermiş və sonra Eldara məxsus sürüb gəzmək niyyəti ilə ələ keçirdiyi avtomobili saxladığı yeri göstərmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Onun tərəfindən zərərçəkimş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, dolanışıq üçün taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx xxxx 2020-ci il tarixdə tanıdığı Kamran adlı şəxsdən ayda 200 manat pul vermək şərti ilə «Kia» markalı «Rio» modelli AZ**-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi qeyd olunan avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olan zaman avtomobildə nasazlıq yarandığından idarə etmək mümkün olmamış və avtomobili yolun kənarında dayandırıb mühərrikini söndürmüşdür. Sonra avtomobilin mühərrikini yenidən işə salmaq istəmiş, lakin mümkün olmamışdır. Avtomobili itələyib hərəkət etdirərək mühərriki işə salmağı düşünmüş, həmin vaxt yolun kənarında adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi şəxsi gömüş və ona yaxınlaşıb avtomobilin mühərrikini işə salmaqda ona köməklik etməsini xahiş elmişdir. Əli ona etiraz etməmiş və o, avtomobilin sükanı arxasına əyləşmiş və Əli avtomobili itələyib yerindən tərpədib hərəkət etdirmişdir. Xeyli məsafə hərəkət etdirsələr də avtomobilin mühərrikini işə salmaq mümkün olmamışdır. Bundan sonra Əlinin yorulduğunu görüb, avtomobildən düşüb ona təklif etmişdir ki, avtomobilin sükanı arxasına keçib avtomobili hərəkətə gətirməyə cəhd etsin, özü isə avtomobili itələyib ona köməklik edəcək. Əli onunla razılaşmış, avtomobilin sükanı arxasına keçmiş, o isə avtomobili itələmişdir. Bunun nəticəsi olaraq təxminən 40-50 metr məsafə avtomobili itələdikdən sonra mühərrik işə düşmüşdür. Lakin avtomobilin mühərrikini işə saldıqdan sonra Əli avtomobili hərəkət etdirib olduğu yerdən uzaqlaşmışdır. O, bunu görüb qışqıraraq Əlinin avtomobili saxlamasını bildirmiş, lakin Əli onun qışqırıq səslərinə əhəmiyyət verməyib avtomobili idarə edərək həmin yerdən aralaşıb ona məlum olmayan istiqamətə getmişdir. O da, dərhal Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nə gəlib hadisə barədə məlumat vermiş və rəsmi ərizə yazmışdır. Polis əməkdaşları ona məxsus avtomobili qaçırmış Əlini Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yaxalamışlar və Əli törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Əli avtomobili sürmək niyyəti ilə qaçırmış və avtomobillə şəhər daxili yollarda gəzdikdən sonra Nəsimi rayonu, İ.İsmayılov küçəsi 56 saylı ünvanın qarşı tərəfində yolun kənarında saxlamışdır. Əli avtomobildən düşərkən salonda olan ona məxsus bir müddət əvvəl 120 manata aldığı 1 ədəd «Samsung A3» markalı və 1 ədəd 100 manata aldığı «Huawei» markalı telefon aparatlarını oğurlayıb özü ilə aparmışdır. Əli ona məxsus avtomobilin salonundan oğurladığı telefon aparatlarını yaxalandıqda polis əməkdaşlarına təhvil vermiş və bununla yanaşı ona məxsus avtomobili saxladığı yeri göstərmişdir. Avtomobilə baxış zamanı məlum olmuşdur ki, Əli avtomobildən ancaq qeyd etdiyi telefon aparatlarını oğurlamış, başqa heç nə oğurlamamış, avtomobilin hansısa hissəsini oğurlayıb satmaq üçün sökməmişdir. Özünə məxsus 1 ədəd «Samsung A3» markalı mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrə olmuş, həmin mobil nömrəni xatırlamadığı tarixdə 5 manata almışdır. Özünə məxsus 1 ədəd «Huawei» markalı mobil telefonun üzərində ***- ***-**-** saylı GSM nömrə olmuş həmin mobil nömrəni xatırlamadığı tarixdə 5 manata almışdır. Hadisə nəticəsində ona ümumilikdə 208 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus «Kia Rio» markalı AZ**-KM-*** nömrəli avtomobili xx xxxx 2020-ci il tarixdə qazanc əldə elmək məqsədilə taksi kimi etibarnamə əsasında idarə etməsi üçün Zərərçəkmiş şəxs1 icarəyə vermiş və həmin vaxtdan qeyd olunan avtomobili Eldar idarə etmişdir. Eldar xx xxxx 2020-ci il tarixdə avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması hadisəsi barədə ona xəbər vermişdir. Eldar ona demişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olan zaman avtomobildə nasazlıq yarandığından idarə etmək mümkün olmamış və avtomobili yolun kənarında dayandırıb mühərrikini söndürmüşdür. Bundan sonra, Eldar avtomobilin mühərrikini yenidən işə salmaq istəmiş, lakin mümkün olmadığından düşünmüşdür ki, avtomobili itələyib hərəkət etdirərək mühərrikini işə salsın. Həmin vaxt Eldar diqqət yetirmişdir ki, yolun kənarında adını sonradan bildiyi Təqsirləndirilən şəxs dayanıb. Həmin şəxsə yaxınlaşıb xahiş etmişdir ki, avtomobili itələyib mühərrikini işə salmaq üçün ona köməklik etsin. Əli Eldarın təklifini qəbul etmiş və sonra avtomobilin sükanı arxasına əyləşmişdir. Əli avtomobili itələyib yerindən tərpədib hərəkət etdirmişdir. Xeyli məsafə hərəkət etdirsə də avtomobilin mühərrikini işə salmaq mümkün olmamışdır. Sonra Əli yorulduğundan Eldar avtomobildən düşüb ona təklif etmişdir ki, sükanın arxasına əyləşsin və Eldar özü avtomobili itələyib hərəkətə gətirdikdən sonra mühərriki işə salmaqda ona köməklik etsin. Əli Eldarın təklifini qəbul etmiş və sonra sükanın arxasına əyləşmişdir. Eldar avtomobili itələyib yerindən tərpətdikdən sonra təxminən 40-50 metr məsafə hərəkət etdirmiş və həmin vaxt Əli avtomobilin mühərrikini işə salmışdır. Lakin avtomobilin mühərrikini işə saldıqdan sonra Əli avtomobili hərəkət etdirib Eldarın olduğu yerdən uzaqlaşmağa başlamışdır. Eldar bunu görüb qışqırmış Əliyə demişdir ki, avtomobili dayandırsın. Lakin Əli ona əhəmiyyət verməyib avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. Eldar dərhal Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nə gedib hadisə barədə məlumat vermiş və rəsmi ərizə yazmışdır. Polis əməkdaşları avtomobili qaçırmış Əlini Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yaxalamışlar və Əli törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Məlum olmuşdur ki, Əli avtomobili sürmək niyyəti ilə avtomobilin mühərriki işə düşdükdən sonra sürüb Eldar olduğu yerdən aralaşdıqdan sonra şəhər daxili yollarla gəzib sonra avtomobili Nəsimi rayonu İ.İsmayılov küçəsi 56 saylı ünvanın qarşı tərəfində yolun kənarında saxlamışdır. Avtomobildən düşərkən Əli avtomobilin salonunda olan Eldara məxsus 120 manat dəyərində 1 ədəd «Samsung A3» markalı və 100 manat dəyərində «Huawei» markalı telefon aparatını oğurlayıb özü ilə aparmışdır. Əli adlı şəxs avtomobilin salonundan oğurladığı telefon aparatlarını polis əməkdaşları tərəfindən yaxalandıqda təhvil vermişdir və bununla yanaşı avtomobili qaçırıb sürdükdən sonra dayandırdığı yeri göstərmişdir. Avtomobilə baxış zamanı məlum olmuşdur ki, Əli avtomobildən ancaq Eldara məxsus telefonları oğurlamışdır, başqa nə isə oğurlamamışdır, avtomobilin hansısa hissəsini oğurlayıb satmaq üçün sökməmişdir. Qeyd olunan hadisə barədə ona Eldarın sözlərindən məlum olmuş, avtomobili qaçırmış Əli adlı şəxsi əvvəl tanımamış, onunla heç bir tanışlığı olmamışdır. İfadəsinin sonunda bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin PPXB-nıin polis nəfəri işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu yoxdur. xx xxxx 2020-ci il tarixdə o, digər iş yoldaşları ilə birlikdə Nəsimi rayonunun inzibati ərazisində xidmətdə olarkən bir nəfər şəxs adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq idarə etdiyi «Kia» markalı AZ**-KM-*** nömrəli avtomobilin naməlum şəxs tərəfindən ələ keçirilərək qaçırıldığını bildirib ona köməklik etmələrini xahiş etmişdir. Onlar Zərərçəkmiş şəxs1 bildirmişlər ki, o, baş vermiş hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 22-ci PŞ-nə gedib rəsmi ərizə ilə müraciət etməlidir. Zərərçəkmiş şəxs1 onlara etiraz etməyib qeyd olunan polis şöbəsinə gedib hadisə barədə ərizə yazmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 vermiş olduğu məlumat əsasında ona məxsus qaçırılmış avtomobili və avtomobili qaçıran şəxsi müəyyən etmək üçün xidməti ərazini gəzməyə başlamışlar. Xidməti ərazini gəzərkən saat 16 radələrində Nəsimi rayonu, İlqar İsmayılov küçəsi 56 saylı ünvanın qarşı tərəfində Zərərçəkmiş şəxs1 məxsus ələ keçirilib qaçırılmış avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını görüb, avtomobili qaçırmış şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə həmin yerdə yerləşən müşahidə kameralarında əks olunmuş görüntüyə baxmışlar və görüntüdə avtomobili qaçırmış şəxsi görmüşlər. Bundan sonra cinayəti törətmiş şəxsi müəyyən etmək məqsədilə xidməti ərazini axtarmışlar və bir müddət keçmiş Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində hərəkət edərkən zahiri görünüşü Zərərçəkmiş şəxs1 təsvir etdiyi və görüntüdə gördükləri şəxsə bənzər cavan oğlanı görüb ona yaxınlaşmaq istəmişlər. Həmin şəxs onların yaxınlaşdıqlarını görüb qaçmağa başlamışdır. Həmin şəxs qaçdığına görə qeyd olunan hadisənin onun tərəfindən törədilməsində şübhəli olduqları üçün həmin şəxsin arxasınca gedib saxlamışlar. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirib təhvil vermişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur və məhz həmin şəxs qeyd olunan cinayət hadisəsini törətmiş şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs sorğu zamanı hadisəni törətdiyini etiraf edərək avtomobilin salonunda Zərərçəkmiş şəxs1 məxsus oğurladığı 2 ədəd telefon aparatlarını təqdim etmiş və bildirmişdir ki, o, avtomobili ələ keçirib qaçırdıqdan sonra İlqar İsmayılov küçəsində saxlamışdır. Bundan sonra onlar qeyd olunan hadisə ilə bağlı Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisinin adına raport yazıb hadisə barədə məruzə etdikdən sonra xidməti əraziyə qayıdıb xidmətə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i/v 46-47) İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(007)-359/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i/v 91-96) İş materiallarına əlavə olunmuş cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd ***-***-**-** saylı GSM danışıq kartı olan “Samsung” markalı SM-A310F/DS modelli və 01 ədəd üzərində ***-***-**-** saylı GSM danışıq kartı olan “Huawei” markalı, MHA129 modelli mobil telefon aparatları və GSM nömrələr maddi sübut kimi tanınmış və saxlanılmaları üçün qəbzlə sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (i/v 125-136). İş materiallarına əlavə olunmuş cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, oğurluq cinayət hadisəsinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i/v 125-135). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2705 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, mobil telefon alqı-satqı məntəqələri, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 10708,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (i/v 112-115). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nin 180.2.2-ci maddəsində nəzədə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir (i/v 98-99; 117-124). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə istintaqı zamanı dövlət ittihаmçısı öz çıxışında Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittiham üzrə həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə ittihamdan imtina edildiyi üçün həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihаmçısının çıxışını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 185.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertzia rəyi və digər iş materilları ilə sübuta yetirilir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşmanlıq çəkdikdə, zərər çəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ***-***-**-** saylı GSM danışıq kartı olan “Samsung” markalı SM-A310F/DS modelli və 01 ədəd üzərində ***-***-**-** saylı GSM danışıq kartı olan “Huawei” markalı, MHA129 modelli mobil telefon aparatları və GSM nömrələrin saxlanılmaları üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı və maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş X1 Kənar İcraatlar İdarəsinə göndərilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 305/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə ittihamdan imtina edildiyi üçün Cinayət Prosessual Məcəllənin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ***-***-**-** saylı GSM danışıq kartı olan “Samsung” markalı SM-A310F/DS modelli və 01 ədəd üzərində ***-***-**-** saylı GSM danışıq kartı olan “Huawei” markalı, MHA129 modelli mobil telefon aparatlarının və GSM nömrələrin saxlanılmaları üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş X1 Kənar İcraatlar İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-65/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-65/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver