Məhkəmə qərarları › İş №1(006)-65/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-65/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-65/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun etibarnamə əsasında nümayəndəsi X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 ilə aralarında rol bölgüsü aparıb Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarış əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmış 0,06 ha ölçüdə 05/3156 saylı bağ sahəsinə mülkiyyət hüququnu aldatma yolu ilə əldə etmək məqsədilə həmin hüququn qeyd edilən dövlət qurumunda Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqları saxta rəsmi sənəd əsasında Şahid6 adına rəsmiləşdirilməsi barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, 2017-ci ilin iyul ayından avqust ayının əvvəllərinədək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X4 adından və mətnində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X2, Şəhadətnamə № 107” yazısı olan möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqdan sonra həmin şəxslərlə birlikdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdikləri həmin bağ sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını əks etdirən çıxarış əsasında Təqsirləndirilən şəxs Şahid6 və Şahid7la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd olan 5 avqust 2017-ci il tarixdə reyestrdə 4Ə-210 № ilə qeydiyyata alınması 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X5 tərəfindən “Azə'baycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X1, Şəhadətnamə № 107” yazısı olan həmin relyef klişedən istifadə edib sənədin üzərinə birbaşa vurmaqla möhür və imza ilə təsdiq edilməklə surət çıxaran aparat vasitəsi ilə vərəqin arxa tərəfinə köçürülmüş guya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına dövlət reyestrində qeydiyyata alınmış 0,06 ha ölçüdə torpaq sahəsinin sonuncu tərəfindən Şahid6 satılması görüntüsü yaradan daşınmaz əmlakın 5 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsini tərtib edib həmin müqavilədə olan Zərərçəkmiş şəxs1 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Kocayeva” sözlərini və imzanı istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə qəsdən fərqli formada, Şahid6 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Zərərçəkmiş şəxs2” sözlərini sonuncu şəxsən yazıb imzalayaraq saxtalaşdırmaqla hazırladıqları həmin saxta müqavləni 9 avqust 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 görüşərək saxta olduğunu bilə-bilə birlikdə istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ərazi idarəsinə Şahid6 şəxsən təqdim edib Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla həmin tarixdə bazar dəyəri 40.284 (qırx min iki yüz səksən dörd) manat olan qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Şahid6 öz adına keçməklə, torpaq sahəsinin sonuncunun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı həmin reyestrdə 15 avqust 2017-ci il tarixdə qeydiyyata alınmaqla çıxarışın alınmasına nail olub Təqsirləndirilən şəxs Şahid6, Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 40.284 (qırx min iki yüz səksən dörd) manat dəyərində torpaq sahəsinə mülkiyyət hüququnu əldə edib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi və möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta sənəddən istifadə etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və məhkəməyə ərizə təqdim edərək, həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı iş üzrə cinayət təqibini istisna edən halın olmasını, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və cinayət təqibindən imtina edilməsini bildirərək iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsini, həmin ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsini və sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsini, həmin ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsini və sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilməlidir. Belə ki, cinayət işinin 1-ci cild 9-10-cu vərəqələrində olan cinayət işinin başlanması haqqında 26 yanvar 2021-ci il tarixli Qərardan görünür ki, qeyd edilən cinayət hadisəsi 05 avqust 2017-ci il tarixdə baş vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli xüsusi qərardadına əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 313, 178.2.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin 4-cü cild 229-264-cü vərəqələrində olan 29 oktyabr 2021 ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 ilə aralarında rol bölgüsü aparıb Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarış əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmış 0,06 ha ölçüdə 05/3156 saylı bağ sahəsinə mülkiyyət hüququnu aldatma yolu ilə əldə etmək məqsədilə həmin hüququn qeyd edilən dövlət qurumunda Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqları saxta rəsmi sənəd əsasında Şahid6 adına rəsmiləşdirilməsi barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, 2017-ci ilin iyul ayından avqust ayının əvvəllərinədək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X4 adından və mətnində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X2, Şəhadətnamə № 107” yazısı olan möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqdan sonra həmin şəxslərlə birlikdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdikləri həmin bağ sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını əks etdirən çıxarış əsasında Təqsirləndirilən şəxs Şahid6 və Şahid7la qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd olan 5 avqust 2017-ci il tarixdə reyestrdə 4Ə-210 № ilə qeydiyyata alınması 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X5 tərəfindən “Azə'baycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X1, Şəhadətnamə № 107” yazısı olan həmin relyef klişedən istifadə edib sənədin üzərinə birbaşa vurmaqla möhür və imza ilə təsdiq edilməklə surət çıxaran aparat vasitəsi ilə vərəqin arxa tərəfinə köçürülmüş guya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına dövlət reyestrində qeydiyyata alınmış 0,06 ha ölçüdə torpaq sahəsinin sonuncu tərəfindən Şahid6 satılması görüntüsü yaradan daşınmaz əmlakın 5 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsini tərtib edib həmin müqavilədə olan Zərərçəkmiş şəxs1 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Kocayeva”sözlərini və imzanı istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə qəsdən fərqli formada, Şahid6 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Zərərçəkmiş şəxs2” sözlərini sonuncu şəxsən yazıb imzalayaraq saxtalaşdırmaqla hazırladıqları həmin saxta müqavləni 9 avqust 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 görüşərək saxta olduğunu bilə-bilə birlikdə istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ərazi idarəsinə Şahid6 şəxsən təqdim edib Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla həmin tarixdə bazar dəyəri 40.284 (qırx min iki yüz səksən dörd) manat olan qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Şahid6 öz adına keçməklə, torpaq sahəsinin sonuncunun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı həmin reyestrdə 15 avqust 2017-ci il tarixdə qeydiyyata alınmaqla çıxarışın alınmasına nail olub Təqsirləndirilən şəxs Şahid6, Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 40.284 (qırx min iki yüz səksən dörd) manat dəyərində torpaq sahəsinə mülkiyyət hüququnu əldə edib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, Təqsirləndirilən şəxs Şahid6 və Şahid7 qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi və möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış və qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta sənəddən istifadə etmişlər. Beləliklə məhkəmə icıaslnda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri 05 avqust 2017-ci il tarixdə başlamış və 05 avqust 2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min”manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min”manatadək miqdarda cərimə və ya”iki yüz qırx saatdan üç yüz”saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məhsuliyyətinə cəlb etmə müddətləri keçdikdə(cinayət məhsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmiş əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən (15 avqust 2017-ci il tarixdən qərarın cıxarıldığı tarixədək yəni, 16 mart 2022-ci il), Azərbaycan Respublikasının CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərə aid edilmədiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və bununla bağlı sonuncunun razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41.3, 41.4, 300.1.7 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilsin. Qərardan onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar