Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-65/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib şəxsi əlaqələri vasitəsilə 5000 manat pul müqabilində Zərərçəkmiş şəxs kürəkəni X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar cəzasının yüngülləşdirilməsində köməklik göstərəcəyinə dair yalan vəd verməklə aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayının əvvəllərindən sonlarınadək olan müddət ərzində istintaqa məlum olmayan tarixlərdə hissə-hissə olmaqla 2000 manat və 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən "Şəki" kafesinin qarşısında 2850 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 4850 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs adını hazırda xatırlamadığı tanışının vasitəsilə tanımışdır. Həmin şəxslə söhbət əsnasında Lənkəran Ağır Cinayətlər məhkəməsində cinayət işinin istintaqının aparıldığını bildirmişdir. Bundan sonra həmin işin istintaqı ilə əlaqədar qohumunun işinin yüngülləşdirilməsi üçün Lənkəran Ağır cinayətlər məhkəməsində tanışının olub-olmadığını ondan soruşmuşdur. O cavab olaraq həmin şəxsə tanışının olduğunu və köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra həmin işin görülməsi ilə bağlı 5000 manat pul lazım olduğunu həmin şəxsə bildirmişdir. Zərərçəkmiş şəxs ilkin olaraq ona hissə-hissə olmaqla 2000 manat pul vermişdir. Sonuncu dəfə o həmin şəxslə 2022-ci ilin aprel ayınm əvvəllərində ünvan 2 ünvanında görüşmüş və Zərərçəkmiş şəxs ona Şahid iştirakı ilə 2850 manat pul vermişdir. Bundan sonra o pulu götürüb işin həll olacağını bildirib oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs zəng edib işlə bağlı hökm çıxdığını və heç bir köməklik olunmadığını bildirmişdir. Bu zaman o həmin şəxsə işi apellyasiya instansiyasında həll edəcəyini bildirmişdir. Lakin yenə işlə bağlı heç bir köməklik göstərməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs işlə bağlı polisə şikayət edəcəyini bildirmişdir. Bu zaman o həmin şəxsin qudası Şahid kartına hissə-hissə olmaqla 2000 manat pulu geri qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanımışdır. Həmin şəxsə qarşı hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin əvvəllərində kürəkəni X4 barəsində Lənkəran Ağır cinayətlər məhkəməsində cinayət işinin istintaqı aparılmışdır. Bu səbəbdən o Təqsirləndirilən şəxs tanımışdır. Həmin şəxs özünü ona iş adamı kimi təqdim etmiş və əlinin uzun olmasını mötəbər insanlarla qohum olmasını bildirərək kürəkəni X4 işinin yüngülləşdirilməsində köməklik göstərə biləcəyini qeyd etmişdir. O da həmin şəxsin dediklərinə uyğun olaraq inanmışdır. Həmin şəxs məsələyə qatılandan sonra o həmin şəxsə arxayın olub heç məhkəməyə belə getməmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ondan pul istəmişdir. O da öz növbəsində işlərinin həll olunması üçün həmin şəxsə 2022-ci ilin mart ayının əvvəllərindən mart ayının sonunadək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 2000 manata yaxın pulu Bakmın müxtəlif yerlərində vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "Şəki" kafesində həmin şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs işin həll edilməsi üçün ondan əlavə olaraq 2850 manat pulu qudası Şahid Tofıq qızınm iştirakı ilə almışdır. Sonradan ona məlum olmuşdur ki, kürəkəni X5 hökm oxunub. O həmin şəxsdən pulunu geri tələb etmişdir. Lakin həmin şəxs apellyasiya məhkəməsində işini həll edəcəyini bildirib pulunu geri qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs apellyasiya instansiyasmda da işi həll edə bilməmişdir. O həmin şəxsdən pulunu geri tələb etmiş və aralarında söz mübahisəsi yaranmışdır. Fəzail onunla danışmadığına görə 2000 manat pulu hissə-hissə qudası Şahid hesabına göndərmişdir. Lakin bundan sonra həmin şəxs heç bir ödəniş etməmişdir. Pulu istədikdə həmin şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmış pulu verməkdən boyun qaçırmışdır. Daha sonra o həmin şəxsin etdiyi hərəkətlərdən şikayət vermək üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra o Fəzailin xalası oğlu ilə əlaqə saxlamışdır. Xalası oğlu Fəzailin Sumqayıt Apellyasiya məhkəməsində cinayət işinin istintaqının aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qudasıdır. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Oğlu Yavuzun işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılmışdır. Qudası da X2nun azad olunması üçün çox çalışmışdır. 2022-ci ilin yaz yay aylarında qudası Zərərçəkmiş şəxs zəng edərək bir nəfər şəxsin olduğunu və oğlunun işində köməklik göstərə biləcəyini bildirmişdir. Həmin şəxsin adının Fəzail olduğunu ona demişdir. Bundan sonra ona zəng edərək həmin şəxslə danışdığmı və həmin şəxsin 5000 manat işi həll edə biləcəyini bildirmişdir. Onun maddi imkanı olmadığımdan oğlunun çıxarılması ilə bağlı bütün xərcləri qudası özü çəkəcəyini bildirmişdir. Təxminən 2000 manat pulu Zərərçəkmiş şəxs Fəzail adlı şəxsə mart ayı ərzində müxtəlif vaxtlarda vermişdir. Sonuncu dəfə onlar 2022-ci ilin aprel aymın 8-ində yəni o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ünvan 2 ünvanmda yerləşən "Şəki" kafesində görüşmüşdürlər. Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs 2850 manat pul sayıb vermişdir. 150 manatının çatmadığını bildirdikdə Fəzail qeyd etdi ki, problem yoxdur, həmin şəxs özündən qoyar qudası sonra həmin şəxsə qaytarar. Bundan sonra onlar oradan uzaqlaşmışdırlar. Bir müddət keçdikdən sonra məhkəmə prosesində oğlunun işinin həll olmadığını görmüşlər və bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxs onları aldadaraq Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs həmin şəxslə danışdıqda həmin şəxs işin alınmadığını pulu tez bir zamanda qaytaracağmı bildirmişdir. Baş verənlərdən sonra həmin şəxs onun kartına 2000 manat pulu hissə-hissə olmaqla atmışdır. Lakin yerdə qalan 2850 manat pul geri qaytarılmamışdır. Söhbət əsnasında o Zərərçəkmiş şəxs polisə müraciət etməsini təklif etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə müraciət etmişdir. Cinayət işinin 8-9-cu vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən “Şəki” adlı kafedir. Baxış zamanı vətəndaş, kürəkəninin məhkəmədə olan cinayət işinə görə ona köməklik göstərəcəyini vəd edən Təqsirləndirilən şəxs müxtəlif yerlərdə 2000 manat. Sonuncu olaraq 2850 manat məbləği isə sözügedən kafedə verməklə ümumilikdə 4850 manat verməsini, lakin Fəzailin sözünə əməl etməyərək pulu mənnimsəməsini, ona qarşı dələduzluq etməsini bildirdi. Cinayət işinin 54-55-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 3186 saylı “Əfv” Fərmanına əsasən cəzadan azad edilmişdir. Bundan başqa, o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 57-65-ci vərəqlərində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(060)-386/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki günün təyin edilən cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 89-90-cı vərəqlərində olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəyən ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-65/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-65/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver