Məhkəmə qərarları › İş №1(006)-66/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-66/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-66/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs qızının, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2024-cü il tarixdə saat 23:38-də ünvan 3 ünvanda yerləşən “Dejavu” restoranının qarşısında yolun parklanma üçün nəzərdə tutulmuş hissəsində saxlanılmış Zərərçəkmiş şəxs qızının etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-RM-*** dövlət qediyyat nömrə nişanlı avtomobilin sol arxa şüşəsini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra avtomobilin qapısını açıb salondan üzərində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 520 manat dəyərində 01 ədəd “İpone 11” markalı, 128 GB yaddaş tutumlu mobil telefonu, hər birinin qiyməti 386 manat olmaqla ümumilikdə 1158 manat dəyərində 03 ədəd 100 ml həcmli “Byredo lil fleur” markalı ətirləri, 2800 manat nağd pulu, avtomobilin salon güzgüsündən asılmış 01 ədəd 10 manat dəyərində üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf qaşları olan dəmir əsaslı ərintidən və qiymətsiz əlvan ərintisindən hazırlanmış 2,99 qram çəkidə xaç formalı kulonlu boyunbağını, 01 ədəd 15 manat dəyərində gümüşü rəngli, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf qaşları olan və “Cartier 750” adlı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış 18,33 qram çəkidə qolbağı gizli olaraq talayaraq zərərçəkmiş şəxs Tehranə Məmmədovaya ümumilikdə 4523 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlayaraq daşımaqla gəzdirmiş, 14 mart 2024cü il tarixdə saat 12:50-də ünvan 4 ünvanında yerləşən “Araz” marketin qarşısında olan zaman Zərərçəkmiş şəxs qızına məxsus əmlakın oğurlanmasında şübhəli bilinərək Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və şifahi sorğu-sual əsnasında üzərində odlu silah olduğunu etiraf etdiyindən ünvan 5 ünvanında yerləşən 20ci polis şöbəsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarının belindən 1974-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş yivli odlu silah hesab edilən PC 0358 №-li 9 ınm kalbrli texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı tapança, gödəkcəsinin iç cibindən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş texniki cəhətdən saz, bircərgəli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı, həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 08 ədəd patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddət narkotik vasitələrin aludəçisi olmuş, lakin hazırda narkotik vasitə qəbul etməyi tərgitmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində bədənində güclü ağrılar başlamış və narkotik vasitə qəbul etmək istəmiş, lakin narkotik vasitə almaq üçün pulu olmamışdır. Həmin gün saat 22 radələrində piyada Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Dejavu” restoranının yaxınlığından keçərkən yolun hərəkət hissəsinin kənarında “Mercedes” markalı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşmış, avtomobilin şüşəsindən içəri baxdıqda salonun güzgüsündən asılı vəziyyətdə qızılı rəngli boyunbağının asıldığını görüb həmin boyunbağını oğurlamaq qərarına gəlmişdir. Ətrafa boylanmış, kənarda müəyyən şəxslər olsa da heç kimin ona fikir vermədiyinə əmin olduqdan sonra avtomobilin sağ arxa şüşəsinin kənarını cibində olan avtomobil şamı ilə sındırıb, qapını açaraq avtomobilin salonuna daxil olmuşdur. Avtomobilin ön tərəfində su qabı qoymaq üçün nəzərdə tutulan yerdən 01 ədəd “İphone 11” markalı mobil telefonu, salon güzgüsündən asılmış bir ədəd boyunbağını, avtomobilin salonunun saxanc yerindən“bardaçok”undan 02 ədəd ətiri və içərisində 01 ədəd qolbaq olan 01 ədəd sənədqabını götürüb avtomobildən düşüb bir qədər aralanmış, sənədqabını açıb baxarkən içərisində sadəcə sənədlərin olduğunu görüb avtomobilin yanına qayıdaraq həmin sənədləri avtomobilin arxa oturacağına ataraq oradan uzaqlaşmışdır. Bir qədər piyada getdikdən sonra 13 nömrəli marşrut avtobusuna minib Bakı şəhəri, Yasamal rayonunda “Pürrəngi” çay evinin yaxınlığında yaşayan bacısı X2 yaşadığı evə getmiş, oğurladığı əşyaları həmin evə qoymuşdur. Qolbağının və boyunbağının qızıl olduğunu düşünərək oğurlamış, lakin həmin əşyaların qızıl olmadığını anladıqda onları satmamışdır. Həm də bundan 1 gün sonra icbari sığortadan 1650 (bir min altı yüz) manat pul aldığına görə həmin əşyaları satmağa ehtiyac olmamışdır. Avtomobildən oğurladığı “İphone 11” markalı mobil telefonu itirmiş, qolbaq və boyunbağını polisə təhvil vermişdir. 2 ədəd ətirlər qadın ətiri olduğu üçün yadında qalmayan zibilliyə tullamışdır. Bundan başqa o, təxminən bir ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən qəbiristanlığın yanından keçərkən polietilen torba görmüş, torbanı açıb baxarkən içərisində Makarov tipli tapança və 08 ədəd patron olduğunu aşkar etmişdir. Uşaqlıqdan silaha marağı olduğu üçün silahı özündə saxlamış, lakin istifadə etməmişdir. Həmin silahı polis orqanlarına təhvil vermək istəsə də, tutulacağından qorxduğu üçün təhvil verməmişdir. 14 mart 2024-cü il tarixdə saat 13 radələrində ünvan 6 ünvanında Araz marketin qarşısında olan zaman, 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və onu oğurluq hadisəsi törətməyindən şübhələndiklərini deyərək 20-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin tapança üzərində olduğundan onlarla avtomobilə əyləşmək istəməmişdir, polis əməkdaşları tərəddüd etməyinin səbəbini soruşduqda məcbur olub üzərində Makarov tipli tapançanın olmasını demişdir. Nəsimi Rayon Polis idarəsinin 20-ci Polis Şöbəsinə gətirildikdən sonra onu inzibati binasına xidməti otaqlardan birinə dəvət etmiş, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl ona üstündə, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşur. O da, əynindəki şalvarının cibindən 01 ədəd özünə məxsus “Samsung A40” markalı mobil telefonu, şalvarının belində olan Makarov tipli tapançanı, gödəkçəsininin içəri sol cibindən içərisində 08 ədəd patron olan 1 ədəd sandığı çıxarıb təqdim etmişdir. Sonra polis işçiləri üzərində axtarış aparsa da, heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Bundan sonra təqdim etdiyi 01 ədəd Makarov tipli tapança, içərisində 08 ədəd patron olan 1 ədəd sandığı haradan, nə vaxt, necə əldə etdiyini izah etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd Samsung A40 markalı mobil telefon, Makarov tipli tapança, içərisində 08 ədəd patron olan 1 ədəd sandıq boş zərflərə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, oğurluq əməlini etiraf edərək, həmin avtomobilin şüşəsini sındırdığını və avtomobildən puldan başqa sadalanan əşyaları götürdüyünü, silahın onun üzərində olmadığını, silahı boynuna almağını ona təhqiqatçı Nurlanın dediyini, o da qorxusundan boynuna aldığını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində tanışı Sənan Zeynalova məxsus olan etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, yaş asfalt rəngli, **-RM-*** dövlət nömrə nişanlı avtomobillə tanışı Şahid1 və Əli Məmmədovun tanışları olan tanımadığı bir neçə nəfər şəxslə görüşmək məqsədi ilə ünvan 7 ünvanında yerləşən “Dejavu by pivbar” restoranına getmişdir. Həmin restorandan təxminən 20-30 metr irəlidə, yolun sağ kənarında parklanma üçün nəzərdə tutulmuş yerdə avtomobili saxlayaraq restorana daxil olmuş, xx.xx.2024-cü il gecə saat 02 radələrinədək həmin restoranda oturmuşlar. Saat 02 radələrində Şahid1 ilə birlikdə restorandan çıxdıqda Şahid1 ona avtomobilinin sağ arxa şüşəsinin sındırıldığını bildirmiş, avtomobilin qapısını açıb içərisinə baxış keçirərkən və avtomobilin salonun ön hissəsində su qabını saxlamaq üçün nəzərdə tutulan yerdə qoyduğu olan ona məxsus 520 manat dəyərində “İphone 11” markalı, qızılı rəngli, üzərində 20 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan mobil telefonunun, salonun saxlanc yerində (bardaçokda) olan 2800 (üç min) manat nağd pulun, həmin saxlanc yerində olan hər biri 100 ml həcmində, şəffaf, qara qapaqlı şüşo qutusu olan 386 manat dəyərində 03 ədəd “byredo lil fleur” markalı ətirlərin, avtomobilin salonunda yerləşən güzgüdən asılı vəziyyətdə olan 10 manat dəyərində qızılı rəngli 01 ədəd aksesuarın və 15 manat 01 ədəd gümüşü rəngli qolbağının oğurlandığını aşkar edib, dərhal hadisə barəsində DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Sonradan polis əməkdaşları hadisə verinə gəlmiş və ərizə ilə Nəsimi RPİ-nin 20-ci PŞ-nə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ona dəymiş ziyan ödənilməsə belə onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 209 ünvanında yerləşən “Dejavu by pivbar” restoranına getmişdir. Tehranə idarə etdiyi “Mersedes Benz” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili restorandan təxminən 20-30 metr irəlidə yolun sağ kənarında parkanma üçün nəzərdə tutulan yerdə saxlayıb restorana daxil olmuşlar. Gecə saat 02 radələrinə kimi restoranda oturmuş, saat 02 radələrində restorandan çıxanda Tehranənin avtomobilinin sağ arxa şüşəsinin sındırıldığını görüb bu barədə ona bildirmişdir.Tehranə avtomobilin qapısını açıb salona baxış keçirərkən salonda bir ədəd “İphone 11” markalı mobil telefonunun yadında qalmayan məbləğdə pulun, 3 ədəd ətirlərin, bir ədəd asksesuarın və bir ədəd gümüşü rəngli qolbağının oğurlandığını bildirmiş və dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və Tehranə ərizə ilə Nəsimi RPİnin 20-ci PŞ-nə müraciət etmişdir. Tehranə avtomobildən içərisində avtomobilin texniki pasportu, sürücülük vəsiqəsinin olduğu portmanatının da oğurlanmasını düşünərək məlumatda həmin portmanatın da oğurlanmasını göstərmiş, lakin hadisədən sonra həmin potmanatı sənədlərlə birlikdə avtomobilin salonundan tapmışdır. Sonradan eşitmişdir ki, Tehranənin avtomobilindən oğurluğu Rüstəm adlı şəxs etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostu Şahid1 ilə birlikdə ümumi tanışları Məmmədova Tehranənin idarə etdiyi “Mercedes” markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 7 ünvanında yerləşən “Dejavu by pivbar” restoranına getmişlər. Tehranə idarə etdiyi avtomobili həmin restorandan təxminən 20-30 metr irəlidə, yolun sağ kənarında parklaııma üçün nəzərdə tutulmuş yerdə saxladıqdan sonra restorana daxil olmuş, gecə saat 02 radələrinə kimi həmin restoranda oturmuşlar. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində birlikdə restorandan çıxdıqda Əli Tehranəyə avtomobilinin sağ arxa şüşəsinin sındırıldığını bildirmiş, Tehranə yaxınlaşıb avtomobilinin qapısını açıb içərisinə baxarkən, avtomobilin salonundan “İphone 11” markalı mobil telefonunun, yadında qalmayan pulunun, 03 ədəd ətirlərinin, 01 ədəd aksesuarın və 01 ədəd gümüşü rəngli qolbağının və içərisində sənədləri olan potrmanalının oğurlandığını bildirmişdir. O, dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barəsində məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Tehranə avtomobilindən ona məxsus olan içərisində avtomobilin texniki pasportu, sürücülük vəsiqəsinin olduğu portmanatının da, oğurlandığını dediyinə görə məlumatda həmin portmanatın da, oğurlandığını göstərmiş, lakin hadisədən sonra həmin portmanatı içərisindəki sənədlərlə birlikdə avtomobilinin salonundan tapdığını bildirmişdir. Sonradan eşitmişdir ki, Tehranənin avtomobilindən oğurluğu Rüstəm adlı şəxs törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Nəsimi RPİ-nin 20-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 mart 2024-cü il tarixdə 20-ci PŞ-nin CA kiçik inspektoru Şahid3la birlikdə xidməti ərazidə olarkən Nəsimi rayonu Ak.H.Əliyev küçəsində “Mersedes Benz” markalı ** RM *** nömrəli avtomobilin şüşəsini sındıraraq avtomobilin salonundan oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin gün saat 12:50-də ünvan 6 ünvada yerləşən Araz marketin qarşısında şübhəli şəxs kimi saxlanlaraq Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə gətirilmişdir. Nəsimi RPİ-nin 20-ci PŞnin təhqiqatçısı Kənan Hüseynov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmiş, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkillə təmin edildikdən sonra xidməti otaqların birində onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl təhqiqatçı Kənan Hüseynov Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı maddə və ya əşyalar varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının belindən 01 ədəd tapança və gödəkcəsinin içəri sol cibindən içərisində 8 ədəd patron olan sandığı çıxarıb masnın üzərinə qoymuşdur. Bundan başqa Rüstəm əynindəki qara rəngli cins şalvarının cibindən özünə məxsus üzərində ***-***-**-** GSM nömrəsi istifadə olunan **********86360/01 və **********86368/01 İMEİ kodlu Samsunq A40 markalı mobil telefonu təqdim etmiş, üzərində başqa hər hansı əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış aparılsa da, heç bir maddə və ya əşya tapılmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança, 08 ədəd patronlar və sandıq barədə məlmat verməsi bildirilərkən o, təqdim etdiyi odlu silahın Makarov tipli tapança olmasını, sandığın və 08 ədəd patronların həmin tapançaya aid olduğunu, təxminən lap əvvəl Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi qəbiristanlığının kənarından keçərkən qəbiristaıılığlın kənarında polietilen torbanın olmasını torbanı götürüb açarkən içərisində 1 ədəd tapança və üstündə 8 ədəd patron olduğini görmüşdür. Uşaqlıqdan silaha marağı olduğu üçün özündə saxlamış, lakin həmin silahdan istifadə etməmişdir. Tapançanı və patronları polis orqanlarına təhvil vermək istəmiş, lakin tutulacağından qorxaraq təhvil verməmişdir. Hundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “PC 0358 və 1994” həkk olunmuş tapança, 01 ədəd sarıdıq və 08 ədəd patron, **********86360/01 və **********86368/01 İMEİ kodlu Samsunq A40 markalı mobil telefon ekspertiza tədqiqatına göndərilməsi üçün ayrılıqda zərfə qoyularaq qablaşdırılıb 188 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs başqa hansı cinayət əməli törədibtörətmədiyi soruşularkən 13 fevral 2024-cü il tarixdə ünvan 8 ünvanda “Mersedes E-Class” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin nəfəslik şüşəsini sındırıb avtomobilin içərisindən boyunbağı və tpone 11 markalı mobil telefonu oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs 20-ci PŞ-nə gətirilərkən və üzəridə axtarış aparılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan sonra axtatrış və götürmə haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs və iştirakçılar torofndən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 və Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun “götürmə” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan xaç formalı kulonlu boyunbağı və 1 ədəd gümüşü rəngli üzərində ağ rəngli qaşları olan ağ şəffaf qaşları olan “Cartier 70” adlı qolbaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır (i.v. 31); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və icraatın dayandırılması” haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs kimi tutulmasından ötrü axtarış elan edilmişdir (i.v. 34); Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 6/2723-9/3739 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatların nəticəsinə əsasən 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan xaç formalı kulonlu boyunbağı- metalı dəmir əsaslı ərintidən və qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyil, ümumi çəkisi 2,99 qramdır. Qiyməti 10 manat müəyyən edilir; 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ rəngli qaşları olan qolbağ-üzərində “Cartier 750” adlıq və əyar damğası həkk olunmuşdur, metalı qiymətsiz əlvan metal ərintisindən (dəmir, xrom, nikel və s.) hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyil, çəkisi 18,33 qramdır. Qiyməti 15 manat müəyyən edilir. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 25,00 manat müəyyən edilir. Tədqiqata təqdim olunmayan 01 ədəd “İphone 11” markalı, işlək vəziyyətdə olan mobil telefonun komplektləşdirilməsinə daxil olan aksessuarlarının olmamasını, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 650 manat müəyyən edilir (i.v. 39-41); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun könüllü gəlmə haqqında xx.xx.2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Nəsimi RPİ-nin İŞ-nə gəlmişdir. (i.v. 44) Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 70); cinayət işinin başlanması haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 83); şübhəli şəxsin tutulması haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:15 radələrində CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 98-99); şəxsi axtarış və götürmə aparılması haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 120-121); şəxsi axtarış və götürmə aparılması haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X3, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 9 yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi X7, mütəxəssis (ekspert) Şahid4 iştirakları ilə, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının belindən bir ədəd tapança və gödəkçəsinin içəri sol cibindən içərisində 08 ədəd patronlar olan 01 ədəd sandıq aşkar olunaraq götürülmüşdür (i.v. 124-126); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24/577 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd PC-0358 №-li silah zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş, 9 mm kalbrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) kostruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olandaraqdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur (i.v. 133-136); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Abdullayevin “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 149); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Abdullayevin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X5 azad olunması qərara alınmışdır (i.v. 161-162); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Abdullayevin “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 163); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Abdullayevin “maddi sübut kimi tanınmaq” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən iş üzrə götürülmüş Təqsirləndirilən şəxs götürülmüş Makarov konstruksiyalı tapança, 08 ədəd patronlar və bir ədəd darağ maddi sübut kimi tanınmış və maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v. 174); Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 9/4421 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən 01 ədəd “İphone 11” markalı 128 GB yaddaş tutumlu, **********49810 İMEİ kodlu, işlək vəziyyətdə olan mobil telefonu işlək vəziyyətdə olan mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 520,00 manat; 03 ədəd 2023-cü ildə Türkiyə Respublikası İstanbul şəhərindən alınmış, hər birinin həcmi 100 ml olan “Byredo lil fleur” markalı ətirlərin 2024cü ilin fevral ayına olan orta bazar qiyməti 1158,00 (3x 386) manat müəyyən edilir (i.v. 222- 224); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 236-238, 239-248); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayevin “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və axtarışın elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması və axtarışı elan edilməsi qərara alınmışdır (i.v. 251); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayevin könüllü gəlmə haqqında xx.xx.2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Nəsimi RPİ-nin İŞ-nə gəlmişdir (i.v. 256); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 18 sentyabr 2024cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4 və 228.1-ci maddələrindən həmin məcəllənin CM-nin 177.1 və 228.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 177.1 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilərkən üzərində heç bir silah olmaması, polis əməkdaşları tərəfindən ona edilmiş psixi təzyiqlərin təsiri altında Makarov konstruksiyalı tapança, 08 ədəd 9 mm kalibrli patron və bir ədəd Makarov konstruksiyalı tapançanın darağının onda aşkar edilməməsi, həmçinin avtomobildən üç ətir yox, iki ədəd ətir, pul əskinazlarını oğurlamadığını göstərməsi vəsatət kimi qəbul edilərək, özünü müdafiə xarakteri daşıdığından rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı götürülmüş bir ədəd PC-0358 nömrəli 9 mm kalibrli Makarov konstruksiyalı tapança, 08 ədəd 9 mm kalibrli patron və bir ədəd Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan darağın maddi sübut kimi tanınması və Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmış, 01 ədəd xaç formalı sarı rəngli kulonlu boyunbağı, 01 ədəd gümüşü rəngli, üzərində “Cartier 750” damğası olan qolbaq iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qızına qaytarılmış, üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung A40” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 209 ünvanında Zərərçəkmiş şəxs qızına məxsus “Mercedes” markalı, **-RM-*** dövlət qediyyat nömrə nişanlı avtomobilin sol arxa şüşəsini sındırıb nəqliyyat vasitəsinin salonuna daxil olmasını əks etdirən 01 ədəd CD diski, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı əks etdirən 01 ədəd DVD diski sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 180.1, 186.1 və 326.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahid dindirmə protokolları, üzləşdirmə protokolları, cinayət işi üzrə məhkəmə iqtisad, məhkəmə-əmtəəşünaslıq və məhkəməballistik ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə haqqında protokollar, diskə baxış protokolları sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs oğurluq zamanı avtomobildən əşyalar ilə yanaşı içərisində sənədlər olan götürdüyü pul kisəsini geri qaytarıb avtomobilə atdığından, həmin əşyalar tapıldığından ittihama daxil edilməmişdir (i.v. 257-271); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 272-273); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbədağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti qismən etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd PC-0358 №-li 9 mm kalbrli Makarov tapançası, 08 ədəd 9 mm kalibrli patrondan qalan 5 ədəd və bir ədəd Makarov tapançasının komplekt hissəsi olan daraq hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli (CPM-132), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd xaç formalı sarı rəngli kulonlu boyunbağı, 01 ədəd gümüşü rəngli, üzərində “Cartier 750” damğası olan qolbağın Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd PC-0358 №-li 9 mm kalibrli Makarov tapançası, 08 ədəd 9 mm kalibrli patrondan qalan 5 ədəd və bir ədəd Makarov tapançasının komplekt hissəsi olan daraq hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd xaç formalı sarı rəngli kulonlu boyunbağı, 01 ədəd gümüşü rəngli, üzərində “Cartier 750” damğası olan qolbağın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar