Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-667/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərər çəkmiş şəxsin nümayəndəsi “Universal” Vəkil Bürosunun vəkili (mülki iddiaçının nümayəndəsi): Nümayəndə Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1964-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 38, mənzil 27-də qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 18 mart 2025-ci i! tarixdə saat 15 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMC PROCİTY 12M AVTOBUS” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu Rövşən Cəfərov küçəsi ilə Alı Mustafayev küçəsi istiqamətində təxminən 5-6 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmama barədə tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq həmin vaxt avtomobil yolunun kənarı ilə nəqliyyat axının əsk istiqamətində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurub yol kənarındakı dəmir barmaqlıqlar arasında sıxışdıraraq ehtiyatsızlıqdan sonuncunun çanaq halqasını deformasiyalaşdıran pozulması ilə müşayiət olunan oma-qalça birləşmələrinin aralanması, hər iki oturaq və qasıq sümüklərinin yerdəyişmiş sınıqları, simfizin aralanması və sınıq nahiyələrində posttravmatik qanla imbibisiya hesabına sidik kanalının sıxılması, onurğa sütununun lll-İV bel fəqələrinin yan çıxıtılarının sınıqları, sol saidin əzilmiş-cırılmış yarası kimi ümumi əmək qabiliyyətinin 1/3-dən (50%-dən) çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 38 ildir ki, avtobus sürücüsü işləyir. O, 3 ildir ki “Baku Bus" MMC-də “BMC PROCİTY 12M AVTOBUS” markalı **-JU-*** qeydiyyat nişanlı avtobusu idarə edir və xx.xx.2025-ci il saat 15:10 radələrində idarə etdiyi avtobusla 20 Yanvar metrostansiyası tərəfdən üzü 3-cü mkr.dairəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxtı yol tıxac olduğundan maşınlar dayanmışdır. O, daha sonra yol açılan zaman avtobusun sol güzgüsündən arxaya və yana baxıb heç kimin olmadığını görüb avtobusu hərəkət salmışdır. Həmin vaxtı avtobusun solunda kəskin şəkildə tıxac olduğu üçün digər minik avtombilləri və sağ tərəfdə isə dəmir barmaqlıqlar olmuşdur. O, avtobusu işə saldıqdan qısa müddət sonra avtobusun içərisindən bir nəfər sərnişinin qışqıraraq çöldə olan bir nəfər şəxsin avtobusla sağ tərəfdə dəmir barmaqcıqların arasında qaldığını deməsini eşitmişdir. O, dərhal həmin şəxsin dəmir barmaqlıqla avtobusun arasında sıxıldığını gördüyü üçün avtobusu bir qədər geriyə hərəkət etdirib saxlamışdır və piyada ətrafdakı şəxslərin köməkliyi ilə oradan çıxarılmışdır. O, dərhal avtobusdan düşmüş və həmin piada üçün təcili yardım çağırılmasını bildirmiş, avtobusda olan bintlə həmin şəxsin qolunu bağlamışdır. Daha sonra yolu kəsdiyi üçün avtobusu bir qədər kənara çəkib saxlamışdır. Daha sonra ətrafdakı şəxslərin köməkliyi ilə uşağı xəstəxanaya çatdırmış və o, hadisə barəsində DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Həmin vaxtı avtobusun hərəkət sürəti təxminən 5-6 km olmuş və hadisənin baş verdiyi ünvan ünvan 1 olmuşdur. Onun idarə etdiyi maşında təxminən 15-20 nəfər sərnişin olmuş və maşında hər hansı bir ağır yük olmamışdır. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsidir. O, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonunda Alı Mustafayev küçəsindən yəni el arasında 3ün kruqu adlanan yerdən “20 yanvar" metrostansiyası tərəfə gedib oradan avtobusa minib yaşadığı ünvana gedəcəkmiş. O, ünvan 2 ilə Rövşən Cəfərov küçəsinin kəsişməsində yolun kənarı ilə nəqliyyat axının əks istiqamətində avtobus duracağına tərəf gedirmiş və bu zaman yolun kənarında olan ağ xətdən kənara keçməmişdir. Həmin vaxtı kəskin şəkildə tıxac olduğundan maşınlar yolda dayanmışdır. O, yolun kənarı ilə gedən zaman qarşıdan "xxxx" MMC-yə məxsus qırmızı rəngli böyük avtobus gəlirmiş və həmin vaxtı o, avtobusun sağ tərəfilə qarşıya yolun əsk istiqamətinə gedərkən avtobusun arxa qapısına çatan zaman dəmir barmaqcıqla avtobusun arasında qalacağını gördüyü zaman geriyə hərəkət etmək istəsə də anidən o, avtobusla yolun kənarında olan dəmir baımaqcıqların arasında qalmışdır. Daha sonra ətrafdakı şəxslərin işarəsi ilə avtobus dayansada o, avtobusla dəmir barmaqlığın arasında sıxışmış və daha sonra oradan çıxmaq üçün avtobus geriyə hərəkət etmişdir. Bu zaman avtobus ona yenidən kəskin şəkildə xəsarət yetirmişdir. Daha sonra o, ətrafdakı şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı vermiş olduğu mülki iddianın da təmin olunmasını xahiş edir. İş materiallarında olan: -“Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə 18 mart 2025-ci il tarixdə saat 15:18 dəqiqədə, günəşli və quru hava şəraitində ünvan 2 ilə Rövşən Cəfərov küçəsinin kəsişməsində, nəqliyyatın hərəkət zolağında, asfalt yolun üzü Rövşən Cəfərov küçəsindən Alı Mustafayev küçəsində dairə istiqamətinə olan hissəsində, yolun hərəkət hissəsinin dördüncü zolağında baş vermş, hadisə yerində yol iki tərəfli və asfaltbeton örtüklü olmuşdur; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 459 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər - onurğa sütununun lll-İV bel fəqələrinin yan çıxıtılarının, hər iki qasıq və oturaq sümüklərinin və oma sümüyünün qəlpəli yerdəyişmiş sınıqları, sol saidin azilmiş- cırıimış yarası bərk küt əşyanın (əşyaların) təsrindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün "X5" phş-ə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi tam başa çatdıqdan və təkrar məhkəmə-tibbi müayinəsi aparıldıqdan sonra əlavə olaraq təyin ediləcəkdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 17 saylı əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər -çanaq halqasını deformasiyalaşdıran pozulması ilə müşayiət olunan oma-qalça birləşmələrinin aralanması, hər iki oturaq və qasıq sümüklərinin yerdəyişmiş sınıqlanı, simfizin aralanması və sınıq nahiyələrində posttravmatik qanla imbibisiya hesabına sidik kanalının sıxılması, onurğa sütununun lll-İV bel fəqələrinin yan çıxıtılarının sınıqları, sol saidin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün "X5" PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (50%-dən) çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddilər; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/880 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMC PROCİTY 12M AVTOBUS" markalı 99JU568 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azerbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; -Baş Dövlət Yol Polisi İdarəsinin 04 aprel 2025-ci il tarixli, 3-13-16/2- 65883/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 312510 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır; -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 18 mart 2025- ci il tarixli, 2/15501 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; -19 mart 2025-ci il tarixli Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdə olan videogörüntü açıldıqda müəyyən edilmişdir ki, DVD diskin içərisində 03 ədəd videogörüntü vardır.Diskdə olan “1” adlı videogörüntü açıldıqda müəyyən edilmişdir ki, videogörünütü 8 dəqiqədən ibarətdir və həmin videogörüntü xx.xx.2025-ci il saat 15:16-da qeydə alınmışdır. Videgörünütüdə sükan arxasında əyləşmiş sürücü saat 15:18-də avtobusu hərkətə salmış və 15:18:42-də avtobusun içərisində olan sərnişinlərin yüksək səslə qışqırıqları eşidilmiş və sürücü avtobusda tormozlama edib geriyə hərəkət etmişdir. Daha sonra sürücünün avtobsu kənara çəkdiyi və sürücünün avtobusu tərk etdiyi müşahidə olunmuşdur.Diskdə olan "2” adlı videgörüntü açıldıqda müəyyən edilmişdir ki, videogörünütü 8 dəqiqədən ibarətdir və xx.xx.2025-ci il tarixdə saat 15:16-da qeydə alınmışdır.Həmin videogörüntüdə avtobusun sağ tərəfi müşahidə edilmişdir. Videogörüntüdə saat 15:18-də avtobus hərəkətə başlamış və avtobusun kənarı ilə piyadalar yolun üzərində avtobusun əksi istiqamətində hərəkət etmiş və saat 15:18:40-da bir nəfər kişi cinsli şəxs avtobusun arxa qapısı ilə yolun kənarında olan dəmir barmaqcıqlar arasında sıxışıb qalmış, daha sonra avtobus geriyə hərəkət etmiş, piyada kənarda olan şəxslərin köməkliyi ilə oradan çıxarılmışdır. Daha sonra sürücünün avtobusu kənara çəkdiyi və sürücünün avtobusu tərk etdiyi müşahidə olunmuşdur.Diskdə olan “3” adlı videgörünütü açıldıqda müəyyən edilmişdir ki, videogörüntü 8 dəqiqədən ibarətdir və xx.xx.2025-ci il tarixdə saat 15:16-da qeydə alınmışdır. Həmin videogörüntüdə avtobusun sol tərəfində tıxac olduğu müşahidə edilmişdir. Videogörüntüdə saat 15:18:45-də avtobusun geriyə hərəkət etdiyi,daha sonra isə bir qədər irəli hərəkət edib dayandığı müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdəki nəqliyyat vasitəsinin "xxxx" MMC-yə məxsus olan “BMC PROCİTY 12M AVTOBUS” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı “7 B” nömrəli avtobus olmasını, yolda olan piyadanı vuran avtobusu o, idarə etdiyini bildirmişdir; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaqla sonuncu dəfə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir; -Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 18020 manat məbləğində pulun, mənəzi ziyana görə 10000 manat pulun və 175 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir və bununla bağlı tələbinin əsası kimi məhkəməyə müayinə xərcləri ilə bağlı ödəniş qəbzlərinin surətlərini təqdim edir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz razılığı ilə amnistiya aktı tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə görə birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 38 saat üçün nəzərdə tutulan 418 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində cinayət nəticəsində vurulmuş maddi ziyana görə 18020 manat məbləğində pulun, mənəvi ziyana görə 10000 manat pulun və 175 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Lakin Zərərçəkmiş şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyana görə 18.020 (on səkkiz min iyirmi) manat maddi zərər tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətlərinə əsasən bu xərclərin məbləği olan 1306,91 (bir min üç yüz altı manat doxsan bir qəpik) manat götürülməli, 10.000 (on min) manat mənəvi zərərin ödənilməsi tələbi isə təqsirləndirilən şəxsdən zərər çəkmiş şəxsin xeyrinə tutulan kompensasiya kimi qəbul edilə biləcək maddi zərərin məbləği də nəzərə alınmaqla, zərər çəkənin baş vermiş yol-nəqliyyat hadisəsinin təsiri nəticəsində məruz qaldığı mənəvi sarsıntı və iztirabların əvəzi kimi daha münasib həddə - 1.000 (bir min) manat məbləğində təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, zərər çəkmiş şəxs tərəfindən məhkəmə hökmü qəbul ediləndən sonra çəkilmiş xərclər barədə yenidən mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.306,91 manat, mənəvi zərərin əvəzi olaraq 1.000 manat və mülki iddianın təmin edilmiş hissəsinə uyğun dövlət rüsumunun əvəzi olaraq 43,06 (qırx üç manat altı qəpik) manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 1306,91 (bir min üç yüz altı manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti və mülki iddianın təmin edilmiş hissəsinə uyğun dövlət rüsumunun əvəzi olaraq 43,06 (qırx üç manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. Ödənilmiş dövlət rüsumunun 131,94 (bir yüz otuz bir manat doxsan dörd qəpik) manat hissəsi Zərərçəkmiş şəxs aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 38 (otuz səkkiz) saat üçün nəzərdə tutulan 418 (dörd yüz on səkkiz) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-667/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-667/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver