Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-67/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2000-ci il təvəllüdlü olmaqla özündən beş yaş kiçik olan, əvvəllər tanıdığı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bildiyi halda xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində sonuncunun kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində qarşılıqlı razılıq əsasında özünün seksual tələbatını pozğun formada təmin etmək üçün mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə oral yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər elmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dostunun sevgilisinin rəfiqəsi kimi tanımış, onunla heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində İnşaatşçılar metrostansiyasının qarşısında tanışı Muradla birgə olarkən Səma ona zəng etdikdə stansiyanın qarşısında olduğunu bildirmişdir. Səma da onunla görüşmək üçün həmin yerə gəlmişdir. Həmin vaxt onun saçı dağınıq olmuş və bunu görən Səma saç düzəltməyi baçardığını və saçlarını fenlə ütüləyib düzəldə biləcəyini deyərək onları yaşadığı evə getməyi təklif etmişdir. Bu səbəbdən də, Muradla birgə Səmanın yaşadığı Nəsimi rayonu, İ.Əbilov küçəsi 47 ünvanında yerləşən evlərinə getmişdir. Səma öncə onlar üçün çay dəmləmiş, biraz söhbət etdikdən sonra fenlə onun saçlarını daramışdır. Onlar təxminən 15 dəqiqə Səmanın yaşadığı evdə olmuş sonra isə o, Səma və Murad həmin evdən çıxmışlar. Bu vaxt Səma anasının işlədiyi Xırdalan şəhərində yerləşən ətir satılan mağazaya işə getdiyini demişdir. O, isə dostu Muradla şəhərdə gəzməyə getmişdir. Bundan təxminən 2-3 həftə sonra o, Səma, Rəşad və Heydər ilə görüşüb “Malakan bağı” deyilən yerdə oturacaqların üzərində əyləşərək söhbət etmişlər. Həmin vaxt o, Səmanın evdən qaçdığını öyrənmişdir. Rəşad da Səma ilə qalacağını ona bildirmişdir. Bu səbəbdən də o, Heydər ilə birlikdə oradan çıxıb getmişdir. O, heç vaxt Səma ilə sevgili olmamış, onunla öpüşməmişdir. Səma özü ona sevgili olmağı təklif etsə də, o sonuncunun təklifini rədd etmişdir. Buna görə də, Səma ondan acıqlı qalaraq istintaq dövrü verdiyi izahatlarında və məhkəmədə ifadə verərkən onunla sevgili olmasını, onunla öpüşməsini, öz yaşadığı evdə onunla ağız yolu ilə cinsi əlaqədə olmaqlarını bildirmişdir. İfadəsinin sonunda tərəfindən heç bir cinayət əməlinin törədilmədiyini bildirərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vüqarı məktəb illərindən tanıyır, sinif yoldaşının tanışı olmuşdur. Sinif yoldaşının ad günündə onlar görüşmüş bir müddət sonra onlar parka gəzməyə çıxmışlar. Sonra isə sinif yoldaşı ona xəbər göndərərək Vüqarın ondan xoşu gəldiyini və onunla sevgili olmaq istədiyini demişdir. O, hazırlığa gedən zaman da Vüqar oraya gələrək ona xoş sözlər demiş və bir daha onunla tanış olmaq istədiyini bildirmişdir. Sonradan onlar instaqramda danışmışlar. Bir dəfə isə o, məktəbə gedərkən Vüqar ona zəng etmiş, dərsdə olduğundan Vüqara oxuduğu məktəbin qarşısına gələcəyini bildirmişdir. Həmin tarixdə saat 14 radələrində dərsdən çıxarkən Vüqarın Murad adlı dostu ilə birlikdə məktəbin qarşısında duraraq onu gözlədiyini görmüşdür. Vüqar “Yasamal" parkına getməyi təklif etdikdə o, anasının evə gəlib onu evdə görmədiyi halda irad tutacağından, onların məhləsinə getməyini xahiş etmişdir. Vüqar ona ac olduğunu bildirmiş, o isə sinif yoldaşından pul alaraq Vüqara vermiş, sonuncu da həmin pula yemək alaraq yemişdir. Bundan sonra, onlar birlikdə onun yaşadığı evə gəlmişlər. Murad salonda oturaraq həm televizora baxıb, həm də telefonla oynamışdır. Vüqar isə yataq otağına keçərək oradakı yataqda uzanmışdır. O, Vüqara yaxınlaşdıqda sonuncu onun qolundan tutub özünə tərəf çəkərək sevgi sözləri deməyə başlamışdır. Vüqar onunla ailə quracağına və uşaqlarının olcağına inandırdıqdan sonra onu qucaqlayaraq öpməyə başlayaraq cins şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını tumanından çıxarıb toxunmasını istəmişdir. O, özü öz istəyi əsasında Vüqarın cinsiyyət orqanını təxminən 3 dəqiqə ərzində öz ağzına salıb çıxartmışdır və onun cinsiyyət orqanından maye gəldikdən sonra hamama girərək yuyunmuşdur. Vüqar onunla cinsi əlaqədə olan zaman onun 14 yaşının olduğunu bilmişdir. Lakin onların münasibətlərinin bu məcrada davam edəcəyini və Vüqarın məsuliyyətə cəlb olunacağını heç biri təsəvvür etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır. Gələcəkdə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmayacaqdır. Bu səbəbdən də ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə bununla bağlı ərizə təqdim etdi. Məhkəmə istintaqında X1 şahid qismində ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, onunla birlikdə yaşayır. Səmanın atası Şahin Abbasovdan 2008-ci ildə ayrılıbdır. Səma dərslərini yaxşı oxuyur, incəsənət, rəssamlıq, əl işləri və saç daramasını bacarır. 2019-cu ilin sentyabr ayında Səma üçün smartfon telefon almış və eyni zamanda həmin dövrdə işləri çox olduğu üçün tam olaraq ona nəzarət edə bilməmişdir. xx.xx.2019-cu il tarixdə təsadüfən Səmanın telefonuna baxdıqda instqramda şəkillər paylaşaraq Rəşad və Vüqar adlı oğlanlara bir-birilərinə sevgi mesajları yazdıqlarını gördükdə dərhal telefonu Səmadan almış və onu sözlə tənbeh etmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında işə getmiş və saat 19 radələrində evə dönərkən onun evdə olmadığını görərək Nəsimi RPİ-nin 21-ci PB-nə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə polislər Səmanı taparaq ona təhvil verməzdən öncə ekspertizaya göndərdikdə həmin zaman onunla qeyri təbi-yolla arxa keçəcəyi nahiyyəsində cinsi əlaqədə olunduğu müəyyən olunmuşdur. Polisin sorğusu zamanı Səma Rəşad adlı şəxsin onunla bu yolla əlaqədə olduğunu və bundan öncə isə xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs isə kirayədə yaşadıqları Nəsimi rayonu, Əbilov küçəsi 47 saylı ünvanda öz cinsiyyət orqanını onun ağzına salmaqla öz təbii ehtiyacını başa çatdırdığını bildirmişdir. Hal-hazırda qızı Səma və o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, onu bağışlamışlar, gələcəkdə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri olmayacaqdır. Bu səbəbdən də ona yüngül cəza təyin edilməsini xahiş edərək, məhkəməyə bununla bağlı ərizə təqdim etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, 674 saylı rəyinə görə 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin (sfinktor) bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. (i.v.38-41); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokol və fotoşəkillərdən görünür ki, hadisə yeri Nəsimi rayonu, Əbilov küçəsi 47 ünvanında yerləşən 2 mərtəbəli tikilinin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzildir, mənzillər iç-içədir, yataq otağı təxminən 15 km sahədən ibarətdir və yataq otağında iki ədəd yataq vardır, hadisə yatağın üstündə baş veribdir. (i.v.111-113); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/116 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətlin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə iş üçün əhəmiyyət kəsbedici halları yadda saxlamaq, yada salmaq və ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Özündən uydurmağa meylləri müşahidə olunmur. Aparılmış tədqiqatın dəyəri 95 manat təşkil edir. (i.v.84-90); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.102-103); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.143-144); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.66). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri 95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixli “Müdafiəçi təyin olunması barədə” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 95 (doxsan beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs ibtidai istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-67/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-67/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver