Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-67/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X16, Müdafiəçilər 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 17 qeydiyyatda olan, tutulana qədər ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 06.03.1975-ci il tarixdə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1978-ci il tarixdə Qazax rayonu, Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 09.12.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 100 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2,5 metr ölçüdə «Peri-Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2.5 metr ölçüdə «Peri-Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X9baqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə, saat 04 radələrində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2.5 metr ölçüdə «Peri- Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2.5 metr ölçüdə «Peri-Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakım gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2.5 metr ölçüdə «Peri-Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayının əvvəllərində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2,5 metr ölçüdə «Peri-Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. X15baqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə saat 04 radələrində "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş anbarının taxta materialdan olan divarının açıq vəziyyətdə olan yuxarı hissəsindən oraya qanunsuz daxil olaraq anbarın içərisindən hər metrinin qiyməti 300 manat olmaqla, ümumilikdə, 2250 manat dəyərində 03 ədəd 2.5 metr ölçüdə «Peri- Alüminium köşə» avadanlıqlarını gizli olaraq talamaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, digər təqsirləndirilən şəxslərdən yalnız Vadim Morozovu tanıyır. Oğurluq əməlini də Vadimlə birgə törətmişdir. Evlərinin yanında metal qəbulu məntəqəsi var. Həmin məntəqədə dəmir qırıntıları yığılan anbar olduğunu eşitmişdir. O, 2021-ci ilin avqust ayında Vadimlə birlikdə həmin yerə getmişdir. Həmin yer diklərlə hasara alınmışdı, lakin kimsə onlardan əvvəl hasarı qırmışdı. Onlar əvvəl orada olan qırıntıların dəmir olduğunu düşünmüş, lakin sonra görmüşlər ki, işlənmiş alüminium tullantılardır. Vadimlə birlikdə həmin tullantıları götürmüşlər. Oradan birinin uzunluğu təxminən 3 metr olmaqla 3 ədəd alüminium avadanlıq götürmüş, həmin avadanlıqları aparıb metal kimi metal qəbulu məntəqəsinə təhvil vermişlər. Verdikləri avadanlıqlara görə ya 110, ya da 170 manat pul almışlar. O, başqa heç bir şey oğurlamamışdır. Belə ki, digər avadanlıqları onlar götürməmişlər, başqalarının etdiyi oğurluğu onların boynuna qoymuşlar. Oğurladığı alüminum avadanlıqları isə tullantı bilib götürmüşdür. İlkin baxanda da görünürdü ki, onlar istifadə olunmuş avadanlıqlardır, üzərində beton izləri var idi. Avadanlıqların təzə olduğunu bilsəydilər götürməzdilər. O, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tanımır, oğurluğu da onlarla birlikdə etməmişdir. Təqsirləndirilən şəxs2 öncədən metal qəbulu məntəqəsində görmüş, lakin şəxsi münasibəti olmamışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, ata və anasının xəstə olmasını və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, digər təqsirləndirilən şəxsləri tanımır, onların üçünü də 22-ci polis bölməsində görmüşdür. Onun törədilmiş oğurluqla heç bir əlaqəsi yoxdur. Özü fərdi ustadır, evlərin sökülməsində iştirak edir. Metal qırıntıları olan zaman onları metal qəbulu məntəqəsinə təhvil verir, öz qazancı özünə bəsdir. O, "xxxx" MMC-nin anbarını tanımır və heç vaxt həmin yerə oğurluğa getməmişdir. Oğurluq hadisəsinin törədildiyi ünvanı da tanımır. İbtidai istintaq zamanı ondan ifadə almamışlar. O, ifadəsini oxumaq üçün eynək istəmiş, müstəntiq isə ifadəni oxumağa ehtiyac olmadığını, ifadədə Təqsirləndirilən şəxs3 ilə X16 ikisinin birlikdə oğurluq etdiyinin göstərildiyini və ona heç bir aidiyyəti olmadığını, onun şübhəli şəxs kimi Nəsimi Rayon Məhkəməsinə çıxacağını, oradan da sərbəst buraxılacağını bildirmişdir. O, narkotik vasitədən də istifadə etmir. İbtidai istintaq zamanı narkoloji ekspertizaya aparan zaman onunla sadəcə söhbət edilmiş, heç qanından analiz də götürülməmişdir. Lakin ittiham aktında narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu yazılmışdır. Daha sonra törədilmiş oğurluq əməlinə heç bir aidiyyəti olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsində, iştirak etməmişdir. Digər təqsirləndirilən şəxsləri tanımır. Onu gecə tutub polis bölməsinə aparmışlar, təqsirləndirilən şəxsləri də bölmədə görmüşdür. Orada onları oğurluq əməlini boyunlarına götürmələri üçün döymüşlər. Belə ki, həmin anbarı qaraçılar talan etmiş, polislər də həmin şəxsləri tapa bilmədiklərindən əməli onların boynuna qoymuşlar. İbtidai istintaq zamanı ifadəsinə savadı olmadığından oxumadan qol çəkmişdir. Daha sonra törədilmiş oğurluq əməlinə heç bir aidiyyəti olmadığını bildirərək və anasız qız uşağı saxladığını, özünün İİV infeksiyası və vərəm xəstəsi olduğunu nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X11 qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıyır. Əbülfəz ona 3 dəmiri aparmağa kömək etməsini, bunun müqabilində ona pul verəcəyini bildirmişdir. O, çöldə yaşayır, kimsəsizdir. Bu səbəbdən Əbülfəzlə razılaşmışdır. Onlar tərk edilmiş bir anbara getmiş, o, heç həmin anbarın kiməsə məxsus olduğunu bilməmişdir. Anbardan Əbülfəzlə birlikdə 3 ədəd dəmir götürmüşlər. Sonra polis əməkdaşları onları tutmuş, polis bölməsinə gətirmişlər. Polislər onlardan başqa digər iki nəfər təqsirləndirilən şəxsi də gətirmişlər. Müstəntiq qol çəkməsi üçün sənədlər vermiş, o da qol çəkmişdir. O, cəmi 3 ədəd dəmir götürmüş, başqa heç bir şey götürməmişdir. Oğurluğu Əbülfəzlə birlikdə etmiş, digər iki nəfər təqsirləndirilən şəxsi tanımır. Oğurladıqları avadanlıqları 100-120 manata satmış, 10 manat da taksiyə pul vermişlər. Götürdükləri alüminium avadanlıqlar hazırda polisə qaytarılmışdır. İbtidai istintaq zamanı tərcüməçi olmamış, o da Azərbaycan dilində bilmədiyindən ifadəsinə oxumadan qol çəkmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ona "xxxx" MMC-yə məxsus anbardan oğurluq edilməsi ilə bağlı məlumat vermişlər. O, əvvəl 3 ədəd alüminium avadanlıq götürüldüyünü zənn etmiş, ona görə polis əməkdaşlarına şikayəti olmadığını demişdir. Lakin daha sonra anbara gedib baxdıqda 27 ədəd alüminium avadanlığın oğurlandığını görmüş və bununla bağlı şikayətçi olmuşdur. Ona avadanlıqların qaytarılması lazım idi, lakin avadanlıqlar satılmışdır. Təqsirləndirilən şəxslərin də həmin avadanlıqları geri qaytarması mümkün deyil. Ona görə də təqsirləndirilən şəxslərdən şikayəti və onlara qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 onun qonşusudur. 16 avqust 2021-ci il tarixdə səhər saat 09 radələrində Əbülfəz ona 3 ədəd alüminium avadanlıq gətirmişdir. O da pulunu verib avadanlıqları götürmüşdür. Avadanlıqlar işlənmiş və üstü betonlu olmuşdur. Gətirilən avadanlıqların ümumi çəkisi təxminən 111 kq idi. Hər birinin çəkisi 34- 35 kq idi. Bir kiloqramını 2,20 manatdan almışdır. O, Əbülfəzdən həmin avadanlıqları haradan götürdüyünü soruşduqda Əbülfəz həyətdən götürdüyünü demişdir. Avadanlıqlar işlənmiş və üstü betonlu olduğundan oğurluq olmasından şübhələnməmişdir. Avadanlıqlara ümumilikdə ya 242 manat, ya da 278 manat pul vermiş, həmin pulu Təqsirləndirilən şəxs3 ödəmişdir. Daha sonra polis əməkdaşları gəlib həmin avadanlıqları ondan götürmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus olan gümüşü rəngli «Vaz- 2104» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və həmişə Nəsimi rayonu ərazisində yerləşən «Yaşıl bazar» adlanan yerdə dayanır. 16 avqust 2021-ci il tarixdə saat 05 radələrində həmişə olduğu kimi «Yaşıl bazar» deyilən yerdə durarkən 2 nəfər şəxs ona yaxınlaşmış və onlara taksi lazım olduğunu, dəmir götürüb metal alqı-satqısı sexinə aparmaq lazım olduğunu bildirmişlər. Həmin şəxslər ona bunun müqabilində 10 manat pul verəcəklərini demişlər. O da razılaşmış və həmin şəxslərlə birlikdə Nəsimi rayonu ərazisində yerləşən dağılmış evlər kimi tanınan yerin yanına gəlmişdir. Orada həmin şəxslər avtomobildən düşüb dağılmış evlərin yanına qoyduqları 3 ədəd dəmir metala oxşar sarı rəngli üçbucaq formasında dəmirləri onun avtomobilinin yuxarı hissəsinə yükləmişlər və onlar birlikdə ünvan 3 ünvanında yerləşən metal alqı-satqı sexinə gəlmişlər. Orada həmin şəxslər 3 ədəd dəmiri avtomobildən düşürmüş və orada bir nəfər şəxs gəldikdən sonra həmin 2 nəfər şəxs pul alıb ona vermişlər və o, çıxıb getmişdir. Həmin şəxsləri tanımır, onları birinci dəfə idi ki, görmüşdür. Sonradan onu polis bölməsinə dəvət edib izahatını alarkən həmin 2 nəfər şəxsi orada görmüş və onların Əbülfəz və Vadim adlı şəxslər olduğunu öyrənmişdir. Həmin şəxslərdən avtomobilinə yüklədikləri 3 ədəd dəmir metala oxşar sarı rəngli üçbucaq formasındakı əşyaları haradan əldə etmələrini soruşmamışdır. İdarə etdiyi avtomobillə apardığı 3 ədəd dəmirə oxşar əşyaların oğurluq olmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.53); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 4(006)- 365/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.1-4); - “Şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.74); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 4(006)- 362/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.5-8); - “Şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.94-95); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 4(006)- 364/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.9-12); - “Şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X24 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.115-116); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 4(006)- 363/2021 saylı qərarı ilə X24 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.13-16); - "xxxx" MMC-nin 24 avqust 2021-ci il tarixli, 152 nömrəli məktubundan görünür ki, RTZ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 31.03.2005ci tarixli 79 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış kompleksi inşa edilir. Müəssisəyə məxsus ərazidə yerləşən anbarların birindən 14-15 avqust 2021-ci il tarixlərində oğurluq hadisəsi baş vermişdir. Qeyd edilən anbarda əsasən böyük ölçülü tikinti avadanlıqları saxlanılır. Belə ki, hadisə zamanı Almaniya istehsalı olan «Peri» markalı qəlib sistemi avadanlıqları oğurlanmışdır. Qəlib sisteminin hazırkı bazar qiyməti 300000 manat həcmindədir. Oğurlanmış avadanlıqlar qəlib sisteminin tərkib hissəsidir və həmin avadanlıqların olmaması qəlib sistemini yararsız etmiş və istifadəsini mümkünsüzləşdirmişdir. Faktiki olaraq dəymiş ziyanın oğurlanmış avadanlıqların öz dəyəri qədər deyil, ümumi qəlib sisteminin dəyəri qədər olduğunu hesab edirlər. Oğurlanmış avadanlıqlar 18 ədəd hər biri 2.50 metr uzunluğunda olmaqla hər metrinin dəyəri 300 manatdan ümumi 13500 manat dəyərində Peri-Alüminium Köşə, 13 ədəd hər biri 1.25 metr uzunluğunda olmaqla hər metrinin dəyəri 300 manatdan ümumi 4875 manat dəyərində Peri-Alüminium Köşə, 4 ədəd hər biri 2,50 metr uzunluğunda olmaqla hər metrinin dəyəri 300 manatdan ümumi 3000 manat dəyərində Peri-Alüminium Köşədən ibarətdir (İ cild, i.v.125-126); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2021-ci il tarixli, 9/6444 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların Zərərçəkmiş şəxs LLC tərəfindən tərtib edilmiş məlumata əsasən 2021-ci ilin avqust ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd 1,25 metr ölçülü Almaniya istehsalı, «Peri» markalı qəlib sisteminin düralüminium materialından olan avadanlığı - 375 manat; - 1 ədəd 2,5 metr ölçüdə Almaniya istehsalı olan «Peri» markalı qəlib sisteminin düralüminium materialından olan avadanlığı 750 manat. Qeyd olunan malların istismar müddəti barədə məlumat olmadığından köhnəlmə faizi tətbiq edilmir (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 25.10.2021-ci il tarixli, 4118 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.69-70); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 18.10.2021-ci il tarixli, 4010 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.67-68); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 25.10.2021-ci il tarixli, 4117 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.69-70); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 25.10.2021-ci il tarixli, 4129 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı X18 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.73-74); - “Baxış keçirilməsi haqqında” 24.08.2021-ci il tarixli protokollardan və ona əlavə edilmiş DVD diskdən görünür ki, diskdə iki ədəd videofayl vardır. Həmin videofayllardan birincisi açıldıqda həmin videofaylın 28 saniyə müddətində olması müəyyən olunmuşdur. Videofaylda bir nəfər şəxsin hər bir əlində dür alüminium materialından olan qəliblər ilə küçə ilə hərəkət edərək bir neçə metr sonra sol tərəfə dönməsi və görüntüdən itməsi, şəxsin əynində qısaqol köynəyin və cins şalvarın olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 videofaylda hər bir əlində qəliblər olan şəxsin özü olduğunu, həmin qəlibləri ünvan 4 ünvanda yerləşən anbardan oğurladıqlarını, həmin hadisənin konkret olaraq hansı tarixdə baş verməsini xatırlamadığını, lakin 2021-ci ilin avqust ayının əvvəllərində olduğunu bildirmişdir. Diskdə olan ikinci videofayl açıldıqda, müəyyən edilmişdir ki, həmin videofayl 01 dəqiqə 08 saniyə olmaqla videofaylda bir nəfər şəxsin əl arabası ilə küçə ilə getməsi, həmin əl arabasının üzərində uzun dür alüminium qəlibin olması, həmin şəxsin küçə ilə düz istiqamətdə gedib görüntüdən itməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 videofaylda əl arabası ilə qəlib aparan şəxsin özü olduğunu, həmin qəlibi ünvan 5 ünvanda yerləşən anbardan oğurladıqlarını, həmin hadisənin konkret olaraq hansı tarixdə baş verməsini xatırlamadığını, lakin 2021-ci ilin avqust ayının əvvəllərində olduğunu bildirmişdir (İ cild, i.v.128-130); - İş materiallarında olan DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə olan birinci videofaylda bir nəfər şəxs hər bir əlində dür alüminium materialından olan qəliblər ilə küçə ilə hərəkət edərək bir neçə metr sonra sol tərəfə dönür və görüntüdən itir, şəxsin əynində qısaqol köynəyin və cins şalvarın olması müşahidə olunur, ikinci videofaylda bir nəfər şəxsin əl arabası ilə küçə ilə getməsi, həmin əl arabasının üzərində uzun dür alüminium qəlibin olması, həmin şəxsin küçə ilə düz istiqamətdə gedib görüntüdən itməsi müşahidə olunur; - “Sübutların qiymətləndirilməsi haqqında” 29.10.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış və Şahid1 tərəfindən təhqiqata təqdim olunmuş 3 ədəd qəlib sisteminin bir hissəsi olan avadanlıqlar xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və zərər çəkmiş hüquqi şəxsə qaytarılmışdır (İİ cild, i.v.91-112, 200); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən və Binəqədi rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (İİ cild, i.v.40-41, 53-59); - Bakı şəhər Probasiya İdarəsinin 03.03.2022-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon Məhkəməsinin 1(001)-491/2019 saylı, 29.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 cəzası Suraxanı rayon Məhkəməsinin 7(010)-231/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə 01 ay 09 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.09.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.42-44); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən və Binəqədi rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 sonuncu dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16.03.2018-ci ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərtı azad olunmuşdur (İİ cild, i.v.45-47, 60-62); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X24 sonuncu dəfə Almaniya Federativ Respublikasının Kassel rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli hökmü ilə Almaniya Federativ Respublikasının CM-nin 243 PAR 1B, N3, 242 PAR 1B, 56 PAR, 54, 53, 47 PAR, Narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında qanunun 29P.1B, 1 PAR, Yol nəqliyyatı barədə qanunun 21PAR 1.B.N1 (narkotik vasitələrin qanunsuz saxlanması və 2 halda oğurluq, sürücülük vəsiqəsi olmadan qəsdən avtomobil idarə edilməsi) maddələri ilə təqsirli bilinərək 31.07.2022-ci ilə qədər sınaq müddəti olmaqla 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (İİ cild, i.v.48-50); - Bakı Apellyasiya Məhkəməsinin Aparatının 01.04.2022-ci il tarixli məktubundan görünür ki, X24 barəsində çıxarılmış Almaniya Federativ Respublikasının Kassel rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli hökmünün tanınmasına dair cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmamışdır; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.03.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində X24 barəsində cinayət işi və ya digər material olmamışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 18.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində ilkin tibbi müayinələrdən keçirilmişdir. İlkin tibbi müayinələrin nəticəsi və anamnestik məlumatlara əsasən onun “Appendoektomiya və Postravmatik laporotomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozları qoyulmuşdur. O, müayinələrə cəlb olunmuş və müayinələrin nəticəsində onda “İİV-infeksiyası İ klinik mərhələ”, “Keçirilmiş ağciyər vərəmi” aşkar olunmuşdur. Ona müvafiq olaraq təyinatlar verilmişdir. Dinamiki həkim nəzarətindədir; - AZ-İİİ № 779529 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 23.08.2012-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X26 04.08.2020-ci il və 16.02.2021-ci il tarixli arayışlarından görünür ki, X5 “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F70.1” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs3 və X7ra elan olunmuş ittiham üzrə özlərini qismən, yəni ancaq 3 ədəd avadanlığın oğurlanmasında təqsirli bilmələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri və oğurluq cinayətini törətməmələrinə dair məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X24, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 və X16 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi yaranmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq 23 avqust 2021ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X4 Ekspert Komissiyasının 25.10.2021-ci il tarixli, 4118 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yetkinlik yaşına çatmayan xəstə uşağının olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, yetkinlik yaşına çatmayan xəstə uşağının olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 23 avqust 2021ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X4 Ekspert Komissiyasının 18.10.2021-ci il tarixli, 4010 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun xəstəliyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, onun xəstəliyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığı faktiki olaraq 23 avqust 2021ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X4 Ekspert Komissiyasının 25.10.2021-ci il tarixli, 4117 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X22 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X16 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X8 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 23 avqust 2021ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. X16 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X4 Ekspert Komissiyasının 25.10.2021-ci il tarixli, 4129 saylı rəyinə əsasən X24 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd qəlib sisteminin bir hissəsi olan avadanlıqların saxlanılması üçün zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X14 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X16 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. X23 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X24 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X16 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd qəlib sisteminin bir hissəsi olan avadanlıqların zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X14 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X23 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-67/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-67/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver