Məhkəmə qərarları › İş №1(006)-67/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-67/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-67/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, dalan 113-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silahla qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 30 avqust 2023-cü il tarixdə saat 05 radələrində "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının piyada keçidində mühafizəçi ilə mübahisə etməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vurub aralandıqdan sonra mübahisənin davamı olaraq “20 Yanvar” stansiyasının platformasının giriş qapılarının qarşısında istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs baş və sol dirsək nahiyələrindən qəsdən iki dəfə vurub ona başın sol təpə nahiyəsinin 1 (bir) ədəd və sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən nömrəsiz fərdi tikilidə yaşayır. O, hadisə vaxtı “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən “Şamaxinka” adlanan ərazi istiqamətində yerləşən iaşə obyektlərinin qeyri-rəsmi axşam 24 radələrindən səhər 07 radələrinədək mühafizəsini təşkil etmiş və bunun qarşılığında aylıq məvacibini almışdır. İş yerinə gəldikdən sonra 30 avqust 2023-cü il tarixdə, saat 05 radələrində “20 Yanvar” metro stansiyasının keçidində mühafizəçi olan əvvəllər tanıdığı Şahid1 kimləsə yüksək səslə mübahisə etdiyini eşitmişdir. O, metronun keçidinə tərəf düşmüş və orada Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə Şahid1la pilləkənlərdə oturmaq üstündə mübahisə etdiyini görmüşdür. Bundan sonra həmin şəxslərə yaxınlaşıb “ağsaqqal adamdır, niyə onunla mübahisə edirsən” deyə bildirdikdə Zərərçəkmiş şəxs ona öz işi ilə məşğul olmasını deyərək yenidən Şahid1la söhbətə davam etmək istədikdə və barəsində nalayiq ifadə işlətdiyindən sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir sillə vurmuş və Şahid1 onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs girişə tərəf getməyə başladıqda o, işlədiyi yerə doğru qayıtmaq istəmiş, bu vaxt sonuncunun onun ünvanına nalayiq ifadəni kəskin formada işlətdiyini eşitmişdir. Bundan sonra əsəbləşərək Zərərçəkmiş şəxs tərəf gedərkən üzərində gəzdirdiyi yaşadığı ünvanın yaxınlığından tapdığı qəhvəyi rəngli açılıb-bağlanan bıçaq yerə düşmüş, o da həmin bıçağı götürərək qorxutmaq məqsədilə sonuncuya tərəf istiqamətləndirmişdir. Lakin həmin vaxt bıçağı bağlı vəziyyətdə əlində saxlamışdır. Bundan sonra, bıçağın bağlı vəziyyətdə dəmir hissəsi Zərərçəkmiş şəxs dəysə də, ona hər hansı xəsarət yetirməmişdir. Bu vaxt Zərərçəkmiş şəxs bir qədər geriyə doğru çəkilmiş və kənarda dayanmışdır. Bundan sonra Şahid2 onun qolundan tutaraq kənara çəkmiş və o, öz işlədiyi yerə qayıtmışdır. Hadisədən bir müddət sonra, o, Zərərçəkmiş şəxsla barışmışdır. Lakin buna baxmayaraq, hadisədən bir neçə saat sonra polis əməkdaşları onu saxlayaraq Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. İfadəsinin sonunda himayəsində bacısının iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı “Klassik AT” şirkətində 3 ildən çox müddətdə əmək müqaviləsi əsasında satıcı-nəzarətçi vəzifəsində işləmişdir. 29 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində ona həvalə olunmuş “20 Yanvar" metrostansiyasının keçidinə gələrək işə başlamışdır. 30 avqust 2023-cü il tarixdə saat 05 radələrində həmkarı Şahid1 istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng vurduqda o, zəngə cavab vermədən hər hansı bir hadisənin baş verməsini güman edib onun xidmət apardığı hissəyə qaçaraq gəlmişdir. Orada sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə həmkarı Şahid1 və üzdən tanıdığı sonradan şəxsiyyəti ona tam məlum olan Təqsirləndirilən şəxslə mübahisə etdiyini görmüş və onlara yaxınlaşıb Zərərçəkmiş şəxs metronun girişinə doğru aparmışdır. Bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyindən Təqsirləndirilən şəxs yenidən geri qayıtmaqla onun üzərinə hücum etmiş və üzərində olan bıçağı hərəkət etdirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarətlər yetirməməsini müşahidə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs isə DİN-nin “102” xidmətinə məlumat vermiş, həmçinin hadisə yerinə təcili tibbi yardım briqadası yaxınlaşmış və sonuncuya ilkin tibbi yardım göstərilmişdir. İş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, “Riyad” mühafizə şirkətində 3 ildən çoxdur ki, əmək müqaviləsi olmadan mühafizəçi vəzifəsində işləmiş, aylıq 400 manat məvacib almışdır. Gündəlik iş rejimi 20:00 radələrində başlamaqla səhər saat 08:00 radələrində yekunlaşmışdır. Həmişə olduğu kimi 29 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində ona həvalə olunmuş “20 Yanvar” metrostansiyasının keçidinə gələrək xidmətə başlamışdır. Növbəsi davam edərkən 30 avqust 2023-cü il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı sonradan adı ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxs metronun “Şamaxinka” deyilən ərazi tərəfindən keçidinə düşərək sonuncu pillənin üzərində oturub orada yerləşən mağazanın şüşəsinə ayağını söykəmişdir. O, funksional vəzifəsi olaraq həmin şəxsə yaxınlaşıb orada oturmamağını və ərazini tərk etməsini xahiş etmişdir. Həmin şəxs “sən kimsən” deyə ona bildirdikdə o, həmin ərazinin mühafizəçisi olduğunu qeyd etmişdir. Bundan sonra həmin şəxs oturduğu yerdən durmaqla getmək istədikdə bir daha geri qayıdıb mütləq həmin pillədə oturacağını bildirmiş və bununla bağlı aralarında sözlə mübahisə yaranmış, həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin vaxt həmin postda mühafizəyə rəhbərlik edən Hikmət adlı şəxsə özünə məxsus mobil nömrədən zəng vurmaqla hadisə barədə ona məlumat vermiş və köməyə gəlməsini xahiş etmişdir. Hikmət ona dərhal həmin yerə yaxınlaşacağını qeyd etmişdir. Bundan sonra zəngləri yekunlaşdırıb aralarındakı mübahisəyə davam edərkən üzdən tanıdığı üz nahiyəsi saqqallı olan, nisbətən kiçik boylu, arıq bədən quruluşlu orta yaşlı şəxs onlara yaxınlaşaraq onun sözlə mübahisə etdiyi şəxsə “niyə ağsaqqala söyüş söyürsən” deyə müraciət etmişdir. Bu vaxt onunla mübahisə edən sərxoş şəxs həmin sonradan onlara yaxınlaşan şəxslə sözlə mübahisə etməyə başlamış və həmin anda aralarında mübahisə gərginləşdiyindən sonuncu gələn şəxs sağ əli ilə onunla mübahisə etmiş Murad adlı şəxsin sol sifət nahiyyəsindən bir yumruq zərbəsi endirmişdir. Həmin vaxt o, həmin şəxsləri bir-birindən aralamışdır. Murad həmin yerdən metronun girişinə doğru irəliləyən zaman onu yumruqla vuran şəxsi bir daha nalayiq ifadə ilə təhqir etdikdə həmin şəxs də onun arxasınca getməyə başlamışdır. O isə postu orada olduğundan artıq onların arxasınca getməmişdir. Həmin vaxt mübahisə baş verərkən ətrafda bir-iki nəfər tanımadığı şəxslər olmuşdur. Sonradan əldə etdiyi məlumata görə metronun giriş hissəsində həmin şəxs üzərində olan bıçaqla Murad adlı şəxsin sol qol və baş nahiyəsindən xəsarət yetirmişdir. Sonradan həmin ünvana təcili tibbi yardım briqadası da gəlmişdir və Murad adlı şəxsə ilkin tibbi yardım göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/30547 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (i/v 3). İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə "xxxx" QSC-nin “20 Yanvar” stansiyasının yeraltı piyada keçidinin “Şamaxinka” deyilən ərazi istiqamətinə çıxan çıxışında olan pilləkənlərdə başlamaqla giriş qapılarının qarşısında baş vermişdir (i/v 12-16). İş materiallarına əlavə edilmiş “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi barədə” 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd açılıb-bağlanan bıçağın açıq vəziyyətdə uzunluğu 32,5 sm, bağlı vəziyyətdə uzunluğu 18 sm-dir və həmin bir ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür (i/v 35-36). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 48). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, müşahidə kameraları ilə bağlı verilmiş sorğu əsasında götürülmüş 01 ədəd DVD diskdə olan videogörüntülərə Bakı Metropolitenində Polis İdarəsinin inzibati binasında 3 saylı xidməti otaqda Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı hadisənin baş verdiyi zaman, yəni 30 avqust 2023-cü il tarixdə saat 05 radələrində kişi cinsindən olan şəxsin əynində qısa qol köynək və cins şalvarda keçidə daxil olduğu, orada mühafizəçi ilə mübahisə edən şəxsə yaxınlaşıb bir qədər danışdıqdan sonra üzündən yumruq ilə vurması, daha sonra onlar mühafizəçi tərəfindən aralaşdırıldıqdan sonra platformanın giriş qapılarının qarşısında həmin şəxsin az öncə yumruq vurduğu şəxsə üzərində olan bıçağı sağa-sola hərəkət etdirməklə nümayiş etdirməsi və bıçaqla iki dəfə zərbə endirməsi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olduğunu, həmçinin onunla mübahisə edən və sonradan xəsarət yetirdiyi şəxsin Zərərçəkmiş şəxs olduğunu qeyd etmişdir (i/v 79). İş materiallarında olan və məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü tarixli, 3-16-16/2- 3/1395 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (i/v 89-91). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X2 29 sentyabr 2023-cü il tarixli 341/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın sol təpə nahiyəsinin 1 (bir) ədəd və sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş deşilmişkəsilmiş yaralar cərrahi müdaxilə zamanı işləndiyindən, tibbi sənədlərdə yaralar ətraflı təsvir olunmadığından, eləcə də, yara kanallarının dərinliyi, istiqaməti haqqında tibbi sənədlərdə heç bir qeydiyyat aparılmadığından həmin yaraların eyni bıçağın və ya müxtəlif bıçaqların təsirindən yetirilib-yetirilməməsi haqqında konkret fikir söyləmək mümkün olmamışdır. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs hadisə anında əynində olan paltarların xüsusi tibbi-kriminalistik müayinəsinin aparılması məqsədə uyğundur (i/v 94-96). İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və 01 (bir) ədəd DVD diskin cinayət işinə əlavə edilməsi, həmçinin 01 (bir) ədəd bıçağın Bakı şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i/v 97-102). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 87). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 83). Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün qismən etirafı, şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silahla qəsdən sağlamlığa yüngül zərər vurması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə tövsif edilməlidir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar