Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-67/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanının qarşısında tanışları Şahid5 və Şahid6 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vuraraq hadisə yerindən qaçmalarını görüb bu hah cüzi səbəb kimi bəhanə gətirərək həmin ünvanda yerləşən “Çinar” kafesindən tanışları Şahid7, Şahid8 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə çıxıb Şahid5, Şahid6, Şahid7, Şahid8 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Kənan Kamallmın arxası ilə qaçıb ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşısını kəsib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə orada Şahid5 və Şahid6 üzərilərində olan istintaqla müəyyən edilməyən aləti silah qismində istifadə edib həmin alətlə və yumruqtəpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə, o, Şahid7, Şahid8 və şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslər isə yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona boyun nahiyəsinin sağ yan səthinin, sağ dirsək nahiyyəsinin sıyrılmış yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan və bel nahiyyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ədəd və sol sağrı nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə Şahid5, Şahid6, Şahid7 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslər zor tətbiq edib yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşr.yiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyyəsinin və sol diz oynağı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, lakin özü fəhlə işləməklə fərdi əməklə məşğul olur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Çinar” adlı kafeyə də tez-tez gedir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 07 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Çinar” adlı kafeyə tək pivə içmək üçün getmişdir. Həmin vaxt arada Cavid adlı şəxsi də görmüşdür, ümumiyyətlə Cavid adlı şəxsi həmin kafedən tanıyır. Bir müddətdən sonra Cavid həmin kafeni tərk etmiş və saat 02 radələrində yenidən kafeyə gələrək dostu Tapdıq ilə 2-3 nəfər şəxs tərəfindən döyüldüyünü bildirərək kafedə olanlardan kömək istəmişdir. Həmin vaxt kafedə Cavidi tanıyan şəxslər eləcə də, o Cavidin arxasınca getmişlər. O, Cavid adlı şəxsə Özbəkistan ticarət mərkəzinin qarşısında çatmışdır və orada Tapdıq, Cavid və Şəhanə adlı şəxslər, eləcə də, tanımadığı bir neçə şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan və Vüsal adlı şəxsləri döydüyünü görmüşdür. O, Şəhanə, Cavid və Tapdığı ayırmağa çalışmışdır ki, Kənan adlı şəxsi döyməsinlər. Həmin vaxt Kənan adlı şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş və bədənindən qan axmışdır. Tapdıq, Cavid və Şəhanə adlı şəxslər də Kənanı döymüşlər. O, dalaşan şəxsləri ayırmışdır. Həmin vaxt heçkimi vurmamış, hər hansı formada xəsarət yetirməmişdir. Videogörüntülərdən aydın formada görünür ki, Şəhanə adlı şəxs Kənana təpik atanda o, ayağını Şəhanənin ayağının qarşısına gətirmişdir ki, Kənanı vurmasın. Həmin vaxt onun tək fikri Kənanın döyülməməsi üçün həmin şəxslərin qarşısında dayanmaq olmuşdur. Həmçinin, orada Kənan adlı şəxsin mobil telefonu da yerə düşdüyü üçün həmin mobil telefonu Çinar adlı kafeni icarə əsasında işlədən Zaur adlı şəxsə aparıb vermişdir. O, heç kəsi vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xuliqanlıq etməmiş, dalaşan şəxslərlə əvvəlcədən hər hansı sövdələşmə etməmiş, ümumiyyətlə davadan sonradan xəbəri olmuşdur. O, sadəcə dalaşan şəxsləri ayırmışdır. Zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:50-də tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Musatafayev 10k ünvanında yerləşən “Dəli Kür” restoranına getmişlər. Orada yemək yeyib biraz spirtli içki qəbul etdikdən sonra çıxıb evə gedərkən yol kənarında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı iki avtomobilin sürücülərinin mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq sakitləşdirmək istəmiş, sözlə başlamış mübahisə bitdikdən sonra Zərərçəkmiş şəxs2 və o, piyada yolu ilə öz hərəkətlərinə davam etmişlər, müəyyən məsafə qət etdikdən sonra bir qədər əvvəl mübahisə edən avtomobilin sürücülərindən birinin idarə etdiyi avtomobil başqa bir markası və dövlət qeydiyyat nişanı naməlum olan avtomobil ilə birlikdə qarşılarını kəsmişlər. Qeyd edilən avtomobillərdən düşən şəxslər bıçaqla onlara hücum edərək Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvari küçəsində yerləşən “Özbəkistan Ticarət Mərkəzinin" həyətində Zərərçəkmiş şəxs2 bel nahiyəsinə bıçaq zərbəsi vurmaqla xəsarətlər yetirmiş, onun isə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla xəsarətlər yetirmişlər. Hadisə zamanı boğazında və biləyindən olan qızıl boyunbağı və bilərziyi naməlum şəraitdə itirmişdir. Onun istintaq zamanı adını öyrəndiyi Şahid7, eləcə də, tanımadığı şəxslər baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs2 “Toyota Prius” markalı avtomobildə olan 2 nəfər şəxs, istintaq zamanı adlarını öyrəndiyi Cavid və Tapdıq adlı şəxslər, eləcə də, sonradan həmin şəxslərin yanında gələn istintaq zamanı adlarını öyrəndiyi Şəhanə adlı şəxslər yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döymüşlər, həmçinin, Cavid və Tapdıq adlı şəxslərin əlində bıçağa bənzətdiyi dəmir alətdə görmüşdür ki, hər iki şəxs həmin alətlə Zərərçəkmiş şəxs2 vurmuşlar. Onlar Cavid və Tapdığı döyməmişlər, sadəcə olaraq sözlə mübahisə olmuşdur. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:50-də tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Musatafayev 10k ünvanında yerləşən “Dəli Kür” restoranına getmişlər. Burada yemək yeyib biraz spirtli içki qəbul etdikdən sonra çıxıb evə gedərkən yol kənarında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı iki avtomobilin sürücülərinin mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, mobil telefonla ailə üzvləri ilə danışmış, bu zaman avtomobildən düşən əvvəllər tanımadığı araşdırma zamanı adını öyrəndiyi Cavid adlı şəxs ucadan nalayiq ifadə işlətmiş, bundan sonra o, mobil telefonla danışdığını göstərib nalayiq ifadə işlətməyinə görə irad bildirmiş, bundan sonra Cavid adlı şəxs onun da ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, Cavid adlı şəxsi itələmiş və aralarında mübahisə olmuşdur. Həmin vaxt Vüsal onları aralaşdırmışdır. Bundan sonra isə o, Vüsal ilə yollarına davam etmişlər. Müəyyən məsafə qət etdikdən sonra bir qədər əvvəl mübahisə edən avtomobilin sürücülərindən birinin idarə etdiyi avtomobil başqa bir markası və dövlət qeydiyyat nişanı naməlum olan avtomobil ilə birlikdə qarşılarını kəsərək qeyd edilən avtomobillərdən düşən şəxslər bıçaqla hücum edərək Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvari küçəsində yerləşən “Özbəkistan Ticarət Mərkəzinin" həyətində onun bel nahiyəsindən bıçaq zərbələri, eləcə də, bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik vurmaqla. Zərərçəkmiş şəxs1 isə bədəninin müxətlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla xəsarətlər yetirmişlər. Onu istintaq zamanı adını öyrəndiyi Cavid və Tapdıq adlı şəxslər, eləcə də, sonradan həmin şəxslərin yanında gələn istintaq zamanı adlarını öyrəndiyi Şəhanə adlı şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döymüşlər, həmçinin, Cavid və Tapdıq adlı şəxslər bıçağa bənzətdiyi dəmir alətlə onun bel nahiyəsindən vurmuşlar. Eləcə, adlarını bilmədiyi şəxslər də onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döymüşlər. Qeyd olunan hadisə zamanı onu pis şəkildə döydükləri üçün Zərərçəkmiş şəxs1 kimin və hansı şəkildə döyülməsini görməmişdir. Onlar Cavid və Tapdığı döyməmişlər, sadəcə olaraq sözlə mübahisə olmuşdur və o, mübahisə zamanı Şahid5 itələmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, Cavid adlı şəxsi 3-cü mikrorayon bazarı adlanan ərazinin yaxınlığında yerləşən “Çinar” kafesinə gəlib-gedərkən tanımışdır. Bunun başqa Cavid adlı şəxslə hər hansı bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:17 radələrində ünvan 5 ünvanda yerləşən bibisi X9 məxsus evdə olarkən tanışı Heydər adlı şəxs ona məxsus ***-***-**-** mobil nömrəsinə telefon vasitəsilə zəng edərək xx.xx.2024-cü il tarixdə saat 04 radələrində 3-cü mikrorayon ərazisində dava-dalaş olduğunu, bu səbəbdən “Çinar” kafesində olan bütün ofisiantlarının polis şöbəsinə dəvət edildiklərini bildirmişdir. Bu zaman Heydər ona tanışı olan Şəhanə adlı qadının da polis şöbəsində olduğunu və onunla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Olimpikstar” fitnes salonunun qarşısında görüşmək istədiyini bildirmişdir. O, oraya çatıb Heydər adlı şəxslə görüşdükdə ona bildirmişdir ki, həmin dava-dalaşın son anında hadisə yerində olmuşdur. Bu səbəbdən də Heydər ondan tanışı Şəhanə adlı qadına zəng edərək həmin işdə Heydərin də adının olub-olmamasını soruşmağını xahiş etmişdir. Bu zaman o, Heydər adlı şəxsin mobil telefonundan Şəhanə adlı qadına zəng edərək harada olmasını soruşmuş və Şəhanə ona hal- hazırda polis şöbəsində olduğunu bildirmişdir. O, Şəhanə adlı qadın da həmin işdə Heydərin adının olub-olmadığını soruşduqda ona Heydərin adının həmin işdə çəkilmədiyini, özünün də hal-hazırda polis şöbəsindən çıxaraq evinə getdiyini bildirmişdir. Həmin anda tanışı olan Şəhanə adlı qadın ondan özünü evə aparmağını xahiş etmiş, o isə Şəhanəyə “8 noyabr” metrostansiyasının yanına gəlməsini, ordan isə birlikdə gedə biləcəklərini bildirmişdir. Şəhanə adlı qadın onunla razılaşmış və o, “8 noyabr” metrostansiyasının arxa tərəfində Şəhanə adlı qadını gözləmişdir. Orada olarkən o, Şəhanə adlı qadına öz mobil telefonundan dəfələrlə zəng etməyə başlamışdır. Həmin zaman mülki geyimdə 2 nəfər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək polis idarəsinə getməli olduqlarını bildirmişlər. Bu zaman ağ rəngli avtomobildə daha 3 nəfər mülki geyimdə olan polis əməkdaşı oraya gəlmiş və onlar birlikdə avtomobilə əyləşmişlər. Polis əməkdaşları ondan Heydərin harada olmasını soruşduqda o, Heydərlə bir müddət əvvəl Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Olimpikstar” fitnes salonunun qarşısında görüşdüyünü bildirmişdir. Onlar həmin ünvana getdikdə Heydərin “Toyota prius” markalı avtomobilinin yanında polis avtomobilinin dayandığını görmüşdür. Bu anda polis əməkdaşları həmin ərazidə yerləşən kafədən Heydəri çağırıb onun olduğu avtomobildə əyləşmişlər. Daha sonra isə onlar birlikdə Nəsimi Rayon Polis İdarəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserində qeydiyyatda deyil, rəsmi iş yeri yoxdur, lakin özü aşpaz kimi ayrı-ayrı yerlərdə işləmiş, bu səbəblə Bakı şəhəri ərazisində yerləşən kafelərdə çox olmuş, eləcə də, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Çinar” adlı kafeyə də tez-tez getmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən bir neçə kafeyə yeyib içmək üçün tanışları Şahid6, Elməddin adlı şəxs, Aqşin adlı şəxs və İlham adlı şəxslərlə birlikdə getmişlər. Qeyd etdiyi kimi bir neçə kafedə yeyib içdikdən sonra o, artıq sərxoş vəziyyətdə olmuşdur. Həmin gün saat 23 radələrində son olaraq qeyd etdiyi tanışları ilə birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Çinar” adlı kafeyə getmişlər. Həmin kafedə də bir müddət yeyib içdikdən sonra tanışları Elməddin və Aqşin adlı şəxslər ailəli olduqlarına görə kafeni tez tərk edib getmişlər. O, isə Tapdıq ilə birlikdə bir müddət də “Çinar” adlı kafedə sonradan onların masasında əyləşən əvvəllər tanıdığı “Çinar” adlı kafenin müştərisi Şəlalə adlı şəxslə yeyib içməyə davam etmişlər. Təxminən saat 01:30 radələrində o, Tapdıq və Şəlalə adlı şəxslərlə birlikdə kafeni yaşadıqları ünvanlara getmək üçün tərk etmişlər. Həmin vaxt Tapdığın icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hər üçü yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə getmişlər, həmin vaxt avtomobili Tapdıq özü idarə etmişdir. Yanacaq doldurma məntəqəsinə çatdıqda qarşıda “Toyoto Prius” markalı avtomobil yolu kəsdiyi üçün o, avtomobildən düşərək yolu kəsən avtomobilin sürücüsünə yaxınlaşaraq yol verməsini xahiş etmişdir. Həmin sürücü ona kobud cavab verdiyinə görə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı kənarda dayanmış əvvəllər tanımadığı 3 nəfər şəxs ona yaxınlaşaraq onun mübahisə etdiyi sürücünün taksi sürücüsü olduğunu bildirərək həmin sürücü ilə mübahisə etməyinə görə ona iradlar bildirmişlər. Həmin 3 nəfər şəxslərdən biri araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs1, digəri isə Zərərçəkmiş şəxs2 olmuşdur, 3-cü şəxsin isə adını bilmir. Mübahisə zamanı həmin 3 nəfər şəxs ilə aralarında mübahisə daha da böyümüş və mübahisə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və yanlarındakı digər şəxs onu yumruq və təpiklə vurmağa başlamışlar. Tapdıq onun döyülməyini görüb avtomobildən düşmək istəmiş, elə həmin an 3 nəfərdən biri Tapdığın sifət nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra da Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digər şəxs Tapdıq ilə onu döyməyə başlamışlar, təxminən onları 5-10 dəqiqə döymüşlər. Həmin vaxt Tapdıq zərbələrə dözə bilməyib huşunu itirmiş və yerə yıxılmışdır. O, dərhal Tapdığın icarə əsasında işlətdiyi avtomobilin sürücü oturacağına əyləşərək avtomobili idarə edərək oradan uzaqlaşmış, onu da qeyd etmişdir ki, avtomobilin sürücü oturacağına əyləşdikdə də həmin şəxslər onu vurmağa davam etmişlər. O, avtomobili idarə edərək “Çinar” adlı kafeyə getmişdir ki, orada olan tanışlara bu barədə məlumat versin ki, köməklik etsinlər. Avtomobili idarə etdikdə Şəlalə adlı tanışının avtomobildə olmadığını görmüş və ehtimal etmişdir ki, Şəlalə Tapdığın yanında qalmışdır. O, Çinar adlı kafeyə tez-tez getdiyi üçün orada olan müştərilərlə münasibəti geniş olmuşdur. Çinar adlı kafeyə çatdıqda dərhal məsələ barədə məlumat verərək birlikdə getməli olduqlarının zəruri olduğunu söyləmişdir. Bundan sonra onunla birlikdə Şahin adlı kafedə müştəri olan tanışı, eləcə də, 5-6 nəfər şəxslərlə birlikdə kafedən çıxıb Tapdıq ilə döyüldüyü yerə getmişlər. Həmin vaxt sərxoş və əsəbi olduğu üçün Şahin adlı tanışından başqa kimlərin gəldiyini görməmişdir. Həmin yerə çatdıqda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaçdıqlarını, Tapdıq adlı tanışının da özünə gəldiyini görmüşdür. Lakin, digər adını bilmədiyi 3-cü şəxsi orada görməmişdir. Bundan sonra Tapdığın avtomobilindən vinataçanı götürmüş və Vüsal ilə Kənanın arxasınca qaçmağa başlamışdır. Eləcə də, “Çinar” adlı kafedən onunla gələn şəxslər də Vüsal ilə Kənanın arxasınca qaçmağa başlamışlar. Lakin, onunla birlikdə olan şəxslərin əvvəlcə kim olmalarına sərxoş və əsəbi olduğu üçün fikir verməmişdir. Vüsal ilə Kənanı 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Özbəkistan ticarət mərkəzi”nin qarşısında tumuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 biraz kənarda tutmuş, Vüsalı kimin tutmasını və döyməsini görə bilməmiş, lakin o, Zərərçəkmiş şəxs2 yaxınlaşmış, Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Tapdıq da onunla birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri ilə vurmuşdur. O, əsəbi və sərxoş olduğu üçün üzərində saxladığı vintaçan ilə Kənan Kamallmın bədən nahiyyəsindən dəfələrlə vurmağa başlamışdır. Lakin, Zərərçəkmiş şəxs2 bədənin hansı tərəfindən vintaçan ilə xəsarət yetirdiyini görə bilməmiş, ancaq onu deyə bilər ki, o, Zərərçəkmiş şəxs2 vintaçan ilə vurduqdan sonra yerdə Kənanın qanının olmasını görmüşdür. O, daha sonra Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunu da vurmaq istəsə də onu kimsə saxlamış, lakin kim olduğunu xatırlamır. Daha sonra isə onlar oranı tərk etmişlər. Ondan başqa Şahid6 adlı tanışı, Şahin adlı tanışı, Şəhanə adlı müğənni, Şahid7, Şahid1 və adlarını bilmədiyi “Çinar” adlı kafedən tanıdığı bir neçə nəfər şəxs də olmuşdur. O, Vüsal adlı şəxsi vura bilməmiş, daha doğrusu vurmaq istədikdə onu saxlamışlar, Zərərçəkmiş şəxs2 isə yumruq və təpiklə bədənin müxtəlif nahiyyələrindən dəfələrlə vurmuş, eləcə də, vintaçan ilə bədənindən dəfələrlə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt sərxoş olduğu üçün vintaçanı hara tulladığını xatırlamır, buna görə də təqdim edə bilməmişdir. O, həmin vaxt sərxoş olduğu üçün xatırlamır, sadəcə olaraq onu xatırlayır ki, Zərərçəkmiş şəxs2 təpik və yumruqla vurduqda Şahid6 də Kənanı yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, icarə əsasında idarə etdiyi “Toyoto Prius” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi işləyir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən bir neçə kafeyə yeyib içmək üçün tanışları Şahid5, Elməddin adlı şəxs, Aqşin adlı şəxs və İlham adlı şəxslərlə birlikdə getmişlər. Həmin vaxt adlarını çəkdiyi şəxslər spirtli içki qəbul etsələr də, o. avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Həmin gün saat 23 radələrində son olaraq qeyd etdiyi tanışları ilə birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Çinar’* adlı kafeyə getmişlər. Həmin kafedə də bir müddət olduqdan sonra tanışları Elməddin və Aqşin adlı şəxslər ailəli olduqlarına görə kafeni tez tərk edib getmişlər. O isə Cavid ilə birlikdə bir müddət də Çinar adlı kafedə sonradan masalarında əyləşən əvvəllər tanıdığı “Çinar” aclı kafenin müştərisi Şəlalə adlı şəxslə əyləşmişlər. Təxminən saat 01:30 radələrində Cavid və Şəlalə adlı şəxslərlə birlikdə kafeni yaşadıqları ünvanlara getmək üçün tərk etmişlər. Həmin vaxt icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hər üçü yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə getmişlər, həmin vaxt avtomobili o, özü idarə etmişdir. Yanacaqdoldurma məntəqəsinə çatdıqda qarşıda “Toyoto Prius” markalı avtomobil yolu kəsdiyi üçün Cavid avtomobildən düşərək yolu kəsən avtomobilin sürücüsünə yaxınlaşaraq yol verməsini xahiş etmişdir. Həmin sürücü Cavidə kobud cavab verdiyinə görə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı kənarda dayanmış əvvəllər tanımadığı 3 nəfər şəxs Cavidə yaxınlaşaraq mübahisə etdiyi sürücünün taksi sürücüsü olduğunu bildirərək həmin sürücü ilə mübahisə siməyinə görə iradlar bildirmişlər. Həmin 3 nəfər şəxslərdən biri araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs1, digəri isə Zərərçəkmiş şəxs2 olmuşdur, 3-cü şəxsin isə adını bilmir. Mübahisə zamanı həmin 3 nəfər şəxs ilə mübahisə daha da böyümüş və mübahisə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və yanlarındakı digər şəxs Cavidi yumruq və təpiklə vurmağa başlamışlar. O, bundan sonra avtomobildən düşmək istəmiş, elə həmin an 3 nəfərdən biri sifət nahiyəsindən yumruqla vurmuş, lakin, o, zərbənin təsirindən onu vuran şəxsi görə bilməmişdir. Bundan sonra da Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digər şəxs Cavid ilə onu döyməyə başlamışlar, təxminən onları 5-10 dəqiqə döymüşlər. Həmin vaxt o, zərbələrə dözə bilməyib huşunu itirmiş və yerə yıxılmışdır. Bundan sonra o, özünə gəldikdə Şəhanənin ona köməklik etdiyini görmüşdür. Daha sonra isə uzaqdan səsküy gəlməsini, eləcə də, Cavidin onları döyən şəxslərin arxasınca qaçdığını görmüşdür. O, da dərhal onların arxasınca qaçmış, Cavid ilə o, Kənan adlı bir qədər əvvəl onları döyən şəxsə çataraq yumruq və təpiklə Kənan adlı şəxsin baş və bədən nahiyələrindən dəfələrlə vurmağa başlamışdır. Daha sonra isə oranı tərk etmişdir. Ondan başqa Şahid5 adlı tanışı, Şahin adlı tanışı. Şahid7 və bir neçə tanımadığı şəxslər də olmuşdur. O, Vüsal adlı şəxsi vurmamış, Zərərçəkmiş şəxs2 isə yumruq və təpiklə baş və bədənin müxtəlif nahiyyələrindən dəfələrlə vurmuşdur. Vüsal adlı şəxsin necə döyülməsini görməmiş, lakin, onu deyə bilər ki, Kənan adlı şəxsi o, Cavid, Şahin və Şahid7 adlı şəxslər ilə birlikdə yumruq və təpiklə baş və bədənin müxtəlif nahiyələrindən vurmuşlar. Onun əlində yad cism olmamışdır, o. Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserində qeydiyyatda deyil, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, hal-hazırda Nəsimi Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında əmisi İbadov Teyyub adlı şəxslə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Zirvə» kafesində oturmuşdur. Onlar bir qədər yemək yedikdən sonra əvvəlcədən tanıdığı Şahanə adlı qadın kafeyə daxil olduqda o, həmin qadına onlarla birlikdə yemək yeməyi təklif etmişdir. Şəhanə də onun təklifi ilə razılaşaraq onlarla birlikdə eyni masada əyləşmişdir. Təxminən saat 01 radələrində kafenin bayır hissəsindən qışqırıq səsləri gəlmişdir. Şəhanə dərhal kafedən bayıra çıxmışdır. O da sonradan bayıra çıxdıqda Tapdıq adlı tanışının yerdə yıxıldığını görmüş, Tapdıqa köməklik etdikdə Cavid ilə onu 2-3 nəfər şəxsin döydüyünü bildirmişdir. Daha sonra o, kafeyə geri qayıtmışdır. Kafedə olarkən təxminən 5-10 dəqiqə sonra eşilmişdir ki, Cavid adlı tanışı onları döyən şəxslərin arxasınca getmişdir. Bundan sonra o da bayıra çıxmış və yaxınlıqda “Özbəkistan ticarət mərkəzinin” qarşısında dava dalaş olmasını görüb cəld şəkildə həmin yerə getmişdir. Həmin yerə çaldıqda Cavid, Tapdıq, Şahin adlı şəxslərin istintaq zamanı adını bildiyi Kənan adlı şəxsi, yəni ki, bir qədər əvvəl Cavid və Tapdığı döyər, şəxslərdən birini döydüklərini görmüş, o isə digər şəxsin istintaq zamanı adını bildiyi Vüsal adlı şəxsin arxasınca qaçaraq getmiş və Vüsala çatdıqda bir dəfə təpiklə bel nahiyyəsindən, yumruqla isə boyun nahiyəsindən bir dəfə vurmuş, daha sonra isə onu orada olan mühafizəçi ayırmışdır. Daha sonra isə onlar oranı tərk etmişlər. Ondan başqa Tapdıq adlı, Şahin adlı, Cavid adlı şəxslər, eləcə də, Şəhanə adlı müğənni, həmçinin, tanımadığı bir neçə nəfər şəxslər olmuşdur, dava dalaş bitdikdə isə Şahid1 da oraya gəlmişdir. O, Kənan adlı şəxsi vurmamış, Vüsal adlı şəxsi isə təpiklə bel nahiyəsindən bir dəfə, yumruqla boyun nahiyəsindən bir dəfə vurmuşdur. Kənan adlı şəxsi Cavid, Şahin, Tapdıq və Şəhanənin döyməsini görmüş, Vüsal adlı şəxsi isə ondan başqa kiminsə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmasa da, Bakı şəhəri ərazisində yerləşən kafelərdə fərdi şəkildə müğənni işləyir. Şahid5 “Çinar” kafesinin müştərisi olduğuna görə 7-8 aydır ki, tanıyır. 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Zirvə” adlı kafedə Şahid7 adlı tanışı ilə yemək yemişlər. Bir müddət sonra həyətdə dava olmasını eşitmişdir. O, həmin vaxt həyətə çıxdıqda Şahid5 və tanışı qiyabi tanıdığı Tapdıq adlı şəxsi 3 nəfər şəxsin döyməsini görmüşdür. O, həmin 3 nəfər şəxsə, yəni ki, ikisinin istintaq zamanı adını öyrəndiyi Kənan və Vüsal adlı şəxslərə öz iradlarını bildirdikdə həmin şəxslər onu da təhqir etməyə başlamışlar. Bundan sonra Tapdıq adlı şəxsin yerə yıxıldığını görmüş, Cavid isə oradan avtomobil ilə uzaqlaşmış, onları döyən şəxslər isə yavaş-yavaş kənarlaşmışlar. O, həmin vaxt kafeyə geri qayıtmışdır. Təxminən 5-10 dəqiqədən sonra yenidən kafedən həyətə çıxdıqda yaxınlıqda olan “Özbəkistan ticarət mərkəzi” nin qarşısında kütləvi dava olmasını görmüşdür. Həmin vaxt Şahid7 da “Zirvə” adlı kafedə görmədiyi üçün Şahid7, eləcə də, Şahid5 bir qədər əvvəl olan mübahisəni davam etdirmələrini fikirləşmiş və onların yanma getmişdir. “Özbəkistan Ticarət mərkəzinin” qarşısına çatdıqda bir qədər əvvəl Cavid və Tapdığı döyən şəxslərdən Kənan adlı şəxsi tanışı Şahid7, qiyabi tanıdığı Şahin adlı şəxs və Şahid5 döydüyünü görmüş, eləcə də, Kənan adlı şəxs tanımadığı şəxslərin də döydüyünü görmüşdür. Həmçinin, Kənan adlı şəxsin bədənindən qan axdığını da görmüşdür. O, həmin vaxt əsəbləşdiyi üçün onu bir qədər əvvəl onu təhqir edən Kənan adlı şəxsi təpiklə bir neçə dəfə baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmçinin, orada eşitmişdir ki, bir qədər aralıda Kənan adlı şəxsdən başqa digər şəxs Vüsal adlı şəxsi də Cavidin tanışları döymüşdür. Lakin, o, Vüsal adlı şəxsin döyülməsini görməmiş, eləcə də, həmin şəxsə yaxınlaşaraq hər hansı fiziki təsir göstərməmişdir. Ondan başqa tanışı Şahid7 və Şahid5, qiyabi tanıdığı Şahin və Tapdıq adlı şəxslər, eləcə də, Şahid1 və tanımadığı bir neçə nəfər şəxs də olmuşdur. O, Vüsal adlı şəxsi vurmamış, lakin, Kənan adlı şəxsin baş və bədən nahiyəsindən bir neçə dəfə təpiklə vurmuşdur. O, Vüsal adlı şəxsin hansı formada döyülməsinin şahidi olmamış, lakin, Kənan adlı şəxsi Şahid7, Şahid5, Tapdıq adlı şəxsin yumruq və təpiklə vurduqlarını görmüş, eləcə də, orada olan tanımadığı şəxslərdən də Kənan adlı şəxsi döyməsini görmüş, lakin, Şahid1 kimisə vurmasını görməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və naməlum şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (Cild İ, i.v. 1-3); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (Cild İ, i.v. 5); “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətidir (Cild İ, i.v. 12-13); “şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 23:10-da Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 73-74); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 84); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (Cild İ, i.v. 88); “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə şübhəli şəxs Şahid5 və sonuncunun müdafiəçisi X6 iştirakları ilə Nəsimi RPİnin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Şahid5 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Tapdıq, Vüsal və Şəhanə adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan adlı şəxsi vuran zaman əlində vintaçanın olduğunu, orada özünün Kənan və Vüsal adlı şəxsləri vurduğunu bildirdi (Cild İ, i.v. 96); “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə şübhəli şəxs Şahid8 və sonuncunun müdafiəçisi X1 iştirakları ilə Nəsimi RPİnin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Şahid8 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn qırmızı paltarda olan şəxsin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Vüsal və Tapdıq adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan adlı şəxsi vuran zaman əlində heç bir əşya olmadığını, həmin şəxsi yumruq və təpiklə vurduğunu bildirdi (Cild İ, i.v. 97); “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki,240070008 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə şübhəli şəxs Şahid6 və sonuncunun müdafiəçisi X2 iştirakları ilə Nəsimi RPİnin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Şahid6 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Vüsal və Şəhanə adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan və Vüsal adlı şəxsləri vuran zaman əlində heç bir əşya olmadığını, həmin şəxsləri yumruq və təpiklə vurduğunu bildirdi. (Cild İ, i.v. 98); “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə şübhəli şəxs Şahid7 və sonuncunun müdafiəçisi X3 iştirakları ilə Nəsimi RPİnin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Şahid7 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Tapdıq və Şəhanə adlı şəxslərin olduğunu, özünün Vüsal adlı şəxsin arxası ilə qaçaraq başqa şəxslərlə Vüsal adlı şəxsi yumruq və təpiklə vurub döydüyünü bildirdi (Cild İ, i.v. 99); “baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə Nəsimi RPİ-nin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin dostu Zərərçəkmiş şəxs2 olduğunu, ilk öncə qaçan şəxsin isə özünün olduğunu, orada onu və dostu Zərərçəkmiş şəxs2 döyən şəxslərdən adlarını sonradan bildiyi Cavid, Tapdıq, Vüsal və Şəhanə adlı şəxsləri tanıdığını, həmin şəxslərlə istintaq zamanı üzləşdiyini, lakin onları vuran digər naməlum şəxsləri tanımadığını bildirdi (Cild İ, i.v. 100); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 101-102); “baxış keçirilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə Nəsimi RPİ-nin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin özünün olduğunu, ilk öncə qaçan şəxsin isə dostu Zərərçəkmiş şəxs1 olduğunu, orada onu və dostu Zərərçəkmiş şəxs1 döyən şəxslərdən adlarını sonradan bildiyi Cavid, Tapdıq, Vüsal və Şəhanə adlı şəxsləri tanıdığını, həmin şəxslərin adını istintaq zamanı öyrəndiyini, lakin onları vuran digər naməlum şəxsləri tanımadığını, onu vuran şəxslərdən Cavid və Tapdıq adlı şəxslərin əllərində bıçağa bənzər əşya olduğunu bildirdi (Cild İ, i.v. 142); “baxış keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-nın 85, 236-cı maddələrinə əsasən ondan ötrü ki, «X18» publik hüquqi şəxsin məktubu ilə istintaqa təqdim edilmiş hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş paltarlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs2 məxsus köynək — uzunqoldur, qara rəngli, öndə yuxarı hissəsi göy rəngdədir, boyun hissəsində daxildə “Nematoğlu” yazılı etiket var, uzunluğu 65 sm, çiyin hissədə eni 43 sm, qollarının uzunluğu 58 sm-dir. Köynəyin ön hissəsində yuxarıda boyunluğun sərbəst kənarından başlayaraq 9 sm uzunluqda zədə var. Zədənin kənarları sapların qeyri-bərabər bölünmüş sap ilgəklərindən ibarətdir, onların ucları müxtəlif səthlər üzrə yerləşirlər, saçaqlanmış vəziyyətdədirlər. Bu zədənin forma, xarakter və morfolojı əlamətlərinə əsasən demək olar ki, bu zədə cırılmış zədədir, köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Şalvar — qara rəngli cins materialdandır, düymə və zəncirbəndlə bağlanır, bel hissədə 5 ədəd ilgək var, onlara qara rəngli dəriyəbənər kəmər keçirilmişdir, arxada beldə “Jacob Cohem” yazılı etiket var, uzunluğu 91 sm, eni 45 sm-dir. Şalvar üzərində hər hansı bir zədə aşkar edilmədi. Mayka — qolsuzdur, ağ rəngdədir, daxildə “Garant” yazısı var, uzunluğu 53 sm, eni 41 sm-dir, sol yandan boylama və hər iki çiyinlikdən tam kəsilmişdir, bu da çox güman ki, maykanı zərərçəkmişin əynindən çıxarmaq məqsədilə kəsilmişdir. Mayka üzərində hər hansı bir zədə aşkar edilmədi (Cild İ, i.v. 145); “baxış keçirilməsi haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMP-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə Nəsimi RPİ-nin İstintaq şöbəsindəki xidməti otağımda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin saq müşahidə kamerasına tərəf gəlməsi və qaçaraq müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya ilişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta ya əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir.Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin dostu Zərərçəkmiş şəxs2 olduğunu, ilk öncə qaçan şəxsin isə özünün olduğunu, orada onu döyən şəxslərdən əllərində kəsici əşya olan Şahid5, Şahid6, əynində qırmızı rəngli gödəkcə olan Şahid8dir, həmçinin onu təpiklə vuran şəxslərdən biri Şahin adlı şəxsdir, digər şəxsləri tanımır (Cild İ, i.v. 187); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 190); “ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün elan edilmişdir (Cild İ, i.v. 191-192); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 24 aprel 2024-cü il tarixli, 232/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: 0(İ) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qolsuz mayka, uzunqol kofta, şalvar ona keçirilmiş kəmər üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı “h'’ antigeni 0(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər (Cild İ, i.v. 201-205); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 30 aprel 2024-cü il tarixli, 163/2024-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön hissəsində yuxarıda boyunluğun sərbəst kənarında cırılmış zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma naticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvar və mayka üzərində hər hansı bir zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs2 sağ bel və sol sağrı nahiyəsinin kəsilib-deşilmiş yaraları ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarlarda öz əkslərin tapmamışdır (Cild İ, i.v. 206-209); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 08 fevral 2024-cü il tarixli, 21 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (Cild İİ, i.v. 2-5); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 16 may 2024-cü il tarixli, 617 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2nm bədənində aşkar edilmiş xəsarətlər - bel nahiyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ( iki) ədəd və sol sağrı nahiyəsinin 1 (bir) ədəd deşilmiş- kəsilmiş yaraları deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X16 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024- cü il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə və ayrı-ayırlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2nm bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nazərə alaraq demək olar ki, həmin xəsarətlər iti kənara və iti uca malik deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdirlər, bıçağın tiyəsinin təsirindən törənə bilmələri inkar edilmir. Zərərçəkmiş şəxs2nm bədənində aşkar edilmiş digər xarakterli xəsarətlər - boyun nahiyəsinin sağ yan səthinin və sağ dirsək nahiyəsinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər; müxtəlif şəraitlərdə törənə bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşa bilərdi; qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (Cild İİ, i.v. 6-10); “sübutların qiymətləndirilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və naməlum şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işinin ayrılması və Təqsirləndirilən şəxs digər əməlləri ilə bağlı ayrılmış cinayət işində hüquqi qiymət veriləcəyinin nəzərə alınması qərara alınmışdır (Cild İİ, i.v. 31-46); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təslim edilənədək dayandırılmışdır (Cild İİ, i.v. 63-65); “axtarışda olan şəxsin tutulması barədə” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:40-da tutularaq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirilmişdir (Cild İİ, i.v. 68); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (Cild İİ, i.v. 69-70); “baxış keçirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 85 və 236-cı maddələrinin tələblərinə əməl etməklə, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskə iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakı ilə Nəsimi RPİ-nin MSY-də baxış keçirilmişdir.Baxış zamanı müəyyən edildi ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs2 olduğunu, ilk öncə qaçan şəxsin isə istintaq zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs1 olduğunu, orada zərərçəkmiş şəxsləri döyən şəxslərdən əllərində kəsici əşya olan Şahid5, Şahid6, əynində qırmızı rəngli gödəkcə olan Şahid8dir, həmçinin Zərərçəkmiş şəxs2 təpiklə vuran şəxslərdən biri də özüdür, digər şəxsləri tanımır. (Cild İİ, i.v. 110); “təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən yeni məzmunlu ittiham elan edilmişdir (Cild İİ, i.v. 112-114); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-511/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatətin rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və onun dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır (Cild İİ, i.v. 135-138); “qətimkan tədbirinin seçilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qərar ona 12 sentyabr 2024-cü il tarixdə, saat 18:30-da Nəsimi RPİ-nin inzibati binasında elan edilmişdir (Cild İİ, i.v. 139-141); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllə məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir (Cild İİ, i.v. 145-146); Bakı Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 400 manat cəriməni ödədiyi üçün xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (Cild İİ, i.v. 148); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 31 may 2024-cü il tarixli qərarla hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd diskin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 ədəd maykanın maddi sübut kimi tanınması və 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması, paltarların isə saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin iş üzrə nəzər alınması qərara alınmışdır (Cild İİ, i.v. 149-164); “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından naməlum şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (Cild İİ, i.v. 166-167); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş “şübhəli şəxs statusunun ləğv edilməsi və MSY-dən azad edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs statusu üzərindən götürülmüş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şahid5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Şahid6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şahid6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Şahid7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şahid7 hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-23/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının ilə qismən toplanılması və onun üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid7 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Şahid7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Şahid8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 08 (səkkiz) gün islah işləri cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılması, Şahid8 təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanması, hökmün icrasının Şahid8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-23/2025 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X7 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X7 cəzaçəkməsinin əvvəlinin 12 may 2023-cü il tarixdən hesablanması, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X10 cəzaçəkməsinin əvvəlinin 17 noyabr 2023-cü il tarixdən hesablanması, X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Şahid7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Şahid7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Şahid7 cəzaçəkməsinin əvvəlinin 30 yanvar 2024-cü il tarixdən hesablanması, Şahid7 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)- 15/2024 saylı qərarı ilə Şahid7 barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-443/2025 saylı, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun müavini Şahid1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 23/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, hökmlə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-622/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, X11 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 şübhəli şəxs qismində tutulduğu 28 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək 02 (iki) gün və 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, X10 üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X10 cəza çəkməsinin əvvəlinin 17 noyabr 2023-cü il tarixdən hesablanması, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərar alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 23:10-da Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs statusunun ləğv edilməsi və MSY-dən azad edilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs statusu üzərindən götürülmüş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:40-da tutularaq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən yeni məzmunlu ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-511/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatətin rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qərar Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə, saat 18:30-da Nəsimi RPİ-nin inzibati binasında elan edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmaqla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı müddət ümumilikdə 5 (beş) gün hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı ümumilikdə 5 (beş) gün (xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər və xx.xx.2024-cü il tarix, saat 16:40-dan – 12 sentyabr 2024-cü il tarix, saat 18:30dək) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 ədəd maykanın saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosuunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 25 oktyabr 2024-cü il – 25 aprel 2025-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 16 may 2025-ci il – 22 oktyabr 2025-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 33 saata görə 363 (üç yüz altmış üç) manat olmaqla, cəmi 66 (altmış altı) saata görə cəmi 561 (beş yüz altmış bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 5 (beş) gün (xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər və xx.xx.2024-cü il tarix, saat 16:40-dan – 12 sentyabr 2024-cü il tarix, saat 18:30-dək) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) gün müddət çıxılsın və üzərində 2 (iki) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılın. İş üzrə maddi sübut olan - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 ədəd maykanın saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 66 (altmış altı) iş saatına görə cəmi 561 (beş yüz altmış bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-67/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-67/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver