Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-674/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 20 avqust 1986-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, X6 baş məsləhətçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər X7 Agentliyinə daxil olmuş 19 fevral 2025-ci il tarixli məktubu qoşmaları ilə birlikdə 28 fevral 2025-ci il tarixdə elektron sənəd dövriyyəsi üzərindən qəbul edib tanış olduqdan sonra özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə həmin məktubla göndərilmiş sənədi 28 fevral 2025-ci il tarixdə xidməti kömpüterində yüklədiyi özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə qoşulmuş “Web WhatsApp” tətbiqi üzərindən "xxxx" MMC-də təlim üzrə baş məsləhətçi vəzifəsində işləyən yaxın əlaqəsi, istifadəsində olan ***-***-**-** nömrəsi ilə “WhatsApp” tətbiqinə qoşulmuş Şahid1 öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib göndərməklə, dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 fevral 2025-ci il tarixdə səhər saatlarında şöbə müdiri Şahid2 elektron sənəd dövriyyəsindən məxfi qrifi olmayan məlumat xarakterli Nazirlər Kabinetindən daxil olan 19 fevral 2025-ci il tarixli, 1-5/1-2645/2025 saylı məktubu fəaliyyətində nəzərə almağı üçün ona göndərmişdir. Həmin məktubun məzmununda bir sıra beynəlxalq təşkilatların bağlanacağı barədə məlumat əks olunmuşdur. Şöbənin xidməti fəaliyyəti ilə bağlı həmin beynəlxalq təşkilatlarla olan layihələr tez bir zamanda yekunlaşmalı idi. Bu layihələrdən biri də BMT-nin İnkişaf Proqramı və X10 ilə birgə icra olunan “Azərbaycanın Regionlarında Davamlı Turizmə Dəstək” layihəsi idi. Həmin layihə çərçivəsində turizm sahəsində dərsliklərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulurdu. Həmin layihə hazırda da davam edir. Məktubun məzmunu ilə tanış olduqdan sonra qeyd edilən məktubu 28 fevral 2025-ci il tarixdə sadəcə məlumatı paylaşmaq məqsədi ilə ona məxsus +**********91 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” tətbiqindən mobil telefonundan istifadə etməklə xidməti kompüterinə yüklədiyi “Web WhatsApp” tətbiqi vasitəsi ilə dostu "xxxx" MMC-də təlim üzrə baş məsləhətçi vəzifəsində işləyən Şahid1 məxsus olan +**********09 saylı mobil nömrəyə həmin tətbiq üzərindən göndərmişdir. Şahid1 beynəlxalq təşkilatlarda özünə iş axtarmışdır. Məktubun məzmununda da bir sıra beynəlxalq təşkilatların bağlandığı qeyd edildiyi üçün o bunu məlumat üçün Şahid1 göndərmişdir. Bundan başqa onun məqsədi olmamışdır. Bundan sonra dostu Şahid1 isə üzvü olduğu “WhatsApp” tətbiqində olan “Synergia Team” adlı iş qrupunda paylaşmış, paylaşdıqdan dərhal sonra həmin qrupdan silmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə deyil həmin Məcəllənin 314.1-ci maddəsi ilə təqsirli bildiyini, etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, qayınatasının şəhid olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun həmin sənədi göndərməkdə məqsədinin məlumat vermək olduğunu, onun səhlənkarlığı nəticəsində qeyd edilən sənəd yayıla biləcəyini ehtimal etmədiyini, bugünə qədər xidməti fəaliyyətində belə hallara yol vermədiyini, bunu da dostuna məlumat verərək sonuncuya kömək niyyətinin olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Gəncə Dövlət Universitetində tələbə olduğu dövrdən bəri tanıdığı yaxın dostluq münasibətləri olduğu Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə +994 55 *** ** ** saylı mobil nömrənin bağlı olduğu “Whatsapp” mobil tətbiqindən ona məxsus +994 55 *** ** ** saylı mobil nömrənin bağlı olduğu “Whatsapp” mobil tətbiqinə pdf formatında olan fayl göndərmişdir. Həmin faylın məzmununda Azərbaycanda bir sıra beynəlxalq təşkilatların nümayəndəliklərinin fəaliyyətinin dayandırlması ilə bağlı məlumat və həmin təşkilatların siyahısı əks olunmuşdur. O, Təqsirləndirilən şəxs həmin məlumatı hardan əldə etməsini soruşmuşdur. Nicat da cavabında ona atdığı faylın Nicata sistem üzərindən göndərildiyini bildirmişdir. O, ilk öncə hesab etmişdir ki, qeyd edilən məlumat “fake”, yəni saxtadır. Daha sonra əvvəllər Peşə təhsili üzrə dövlət agentliyində beynəlxalq layihələr üzrə işləmiş hazırda iş yoldaşı olan Çinarə Quliyevadan bu barədə soruşmuşdur. Çünki, Çinarə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin layihələrindən daha çox da BMT-nin İnkişaf Proqramı (UNDP)-nin xəbərdar olmuşdur. Çinarə ilə müzakirədən sonra sonuncu da məlumatın “fake”, yəni saxta olduğu qənaətinə gəlmişdir. Bundan sonra Çinarə həmin faylı “Whatsapp” mobil tətbiqi üzərindən sonuncuya göndərməyini istəmişdir. O da səhvən olaraq həmin faylı Çinarənin də daxil olduğu iş qrupları olan “Synergia Team” adlı qrupa göndərmiş və səhv göndərdiyini anlayaraq dərhal həmin faylı qrupdan silmişdir. Bundan sonra o Çinarəyə, eləcə də qeyri-şəxsə heçnə göndərməmiş və bu barədə söhbət aparmamışdır. O və Çinarə həmin faylın məktub olmasını bilməmişlər. Təqsirləndirilən şəxs həmin faylı ona göndərməkdə məqsədi onun həmin beynəlxalq təşkilatların nümayəndəliklərində işlə bağlı müraciət etməməyi üçün olmuşdur. Çünki, Nicat bilmişdir ki, Univeristet dövründən o ixtisası üzrə həmin təşkilatlarda işləmək istəmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası X6 şöbə müdiri işlədiyi zaman 27 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 1-5/1-2645/2025 nömrəli məktub Agentliyin elektron sənəd dövriyyəsinə daxil olmuşdur. O, həmin məktubla tanış olduqda orada siyahı şəklində əks olunmuş Azərbaycan Respublikasında olan beynəlxalq təşkilatların nümayəndəliklərinin fəaliyyətinin dayandırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məlumatın əks olduğunu görmüşdür. Həmin məktub məlumat xarakteri daşımış və işlədiyi Agentliklə birgə 66 adda digər dövlət orqanına ünvanlanmışdır. O da qeyd edilən məktubu həmin gün günün ikinci yarısında gələcək xidməti fəaliyyətində nəzərə alması üçün şöbənin təhsil və təlim sektorunda baş məsləhətçi işləyən Təqsirləndirilən şəxs elektron informasiya sistemi üzərindən göndərmişdir. Səhəri gün, yəni 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq qeyd edilən məktubu kənar bir şəxsə paylaşdığını bildirmişdir. O da öz növbəsində etdiyi paylaşımın qadağan olduğunu və bununla bağlı iradını bildirmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası X6 aparat rəhbəri işlədiyi zaman 27 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 1-5/1-2645/2025 nömrəli məktub Agentliyin elektron sənəd dövriyyəsinə daxil olmuşdur. O, həmin məktubla tanış olduqda orada siyahı şəklində əks olunmuş Azərbaycan Respublikasında olan beynəlxalq təşkilatların nümayəndəliklərinin fəaliyyətinin dayandırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məlumatın əks olduğunu görmüşdür. Həmin məktub məlumat xarakteri daşımış və işlədiyi Agentliklə birgə 66 adda digər dövlət orqanına ünvanlanmışdır. Səhəri gün, yəni 28 fevral 2025-ci il tarixdə Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Şahid2 xidməti otağına gələrək qeyd edilən məktubun gələcək xidməti fəaliyyətində nəzərə alması üçün rəhbərlik etdiyi şöbənin baş məsləhətçisi Təqsirləndirilən şəxs elektron sənəd dövriyyəsi vasitəsi ilə tanış olması üçün göndərdiyini, Nicatın da həmin məktubu qurumun əməkdaşı olmayan kənar bir şəxslə paylaşdığını bildirmişdir. O da öz növbəsində Nicatın etdiyi paylaşımın yolverilməz olduğunu, bununla bağlı iradını bildirərək Şahid2 demişdir ki, Təqsirləndirilən şəxs işdən çıxması ilə bağlı ərizə yazmasını bildirsin. Paralel olaraq bu barədə özü rəhbərliyə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü ərizə yazaraq işdən ayrılmışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1008 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. • Məhkəməyədək icraat dövründə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 iyul 2025-ci il tarixli 5/701 nömrəli məhkəmə kompüter-texniki ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş sensor ekran və “İOS 18.3.1” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “iPhone 11” markalı “A2221” modelli və “**********41402, **********24406” İMEİ mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə edilmiş məlumatların bu tip kriminalistik tədqiqatlarda istifadə olunan müvafiq proqram təminatları ilə təhlili nəticəsində mobil cihaz yaddaşında hal-hazırda mövcud olan və silinmiş məlumatlar (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, brauzerin axtarış tarixçəsi, “Note” qeydləri, “Whatsapp” proqram təminatında aparılmış yerli və xarici nömrələrlə zəng qeydləri, “İnstagram” sosial şəbəkələrinə aid rəqəmsal qeydlər və s.) əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-701” adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. • Tutulma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi ədliyyə leytenantı Nicat İsayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. • Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi ədliyyə leytenantı Nicat İsayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. • Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilmişdir. • Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi ədliyyə leytenantı Nicat İsayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. • Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. • İş üzrə Təqsirləndirilən şəxs xidməti istifadəsində olmuş “HP Probook” markalı noutbuka baxış keçirilməsi barədə 15 aprel 2025-ci il tarixli protokolla noutbukun işçi masasına baxış zamanı onun yaddaşında “8405fc65-14a0-4aff-8240-14c65b75d9b6”.pdf və “a686f93a-87f7-4e0abe5c-d8fb85c7f269”.pdf adlı faylların olduğu müəyyən edilmişdir. • İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş “iPhone 11” markalı mobil telefona baxış keçirilməsi barədə 25 aprel 2025-ci il tarixli protokolla mobil telefondakı “Photos” mobil tətbiqinə daxil olunmuş, həmin mobil tətbiqin “Library” bölməsi ekranda görünmüş, iş üzrə əhəmiyyət kəsb edən 6 (altı) ədəd şəkil aşkar edilmişdir və şəkillərin detallar bölməsindəki məlumatlara əsasən aşağıdakılar müəyyən edilmişdir. • Maddi sübut kimi tanınma haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs xidməti istifadəsində olmuş “HP Probook” markalı noutbuk və ona məxsus “iPhone 11” markalı mobil telefon və həmin mobil telefona quraşdırılmış +994 55 *** ** ** saylı mobil nömrə iş üzrə maddi sübut kimi tanınmışdır. • Dövlət Təhlükəsizliyi Xidmətinin sorğusu əsasında 18 mart 2025-ci il tarixdə İstintaq baş idarəsinə daxil olmuş 3-39-9/1-906/25 nömrəli məktub və onun əlavələrindən görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə əmək müqaviləsi əsasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə onunla olan əmək müqaviləsinə xitam verilmiş və qeyd edilən vəzifəsindən azad edilmişdir. • İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 09 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özü, həyat yoldaşı X2, iki azyaşlı oğlu – xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya, 313-cü maddəsi isə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməyə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə görə bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər X7 Agentliyinə daxil olmuş 19 fevral 2025-ci il tarixli məktubu qoşmaları ilə birlikdə 28 fevral 2025-ci il tarixdə elektron sənəd dövriyyəsi üzərindən qəbul edib tanış olduqdan sonra özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə həmin məktubla göndərilmiş sənədi 28 fevral 2025-ci il tarixdə xidməti kömpüterində yüklədiyi özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə qoşulmuş “Web WhatsApp” tətbiqi üzərindən "xxxx" MMC-də təlim üzrə baş məsləhətçi vəzifəsində işləyən yaxın əlaqəsi, istifadəsində olan ***-***-**-** nömrəsi ilə “WhatsApp” tətbiqinə qoşulmuş Şahid1 öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib göndərməklə, dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən etmiş olduğunu əməldən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayığı yer üzrə müsbət xarakterizə olunmasını, arvadının şəhid ailəsi olmasını (qayınatası şəhid olmuşdur) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu cinayətin törədilməsi məhkəmə istintaqında təqsirləndirilən şəxs tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan mötəbər və təkzibedilməz sübutlarla bu əməllərin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs xidməti istifadəsində olmuş “HP Probook” markalı noutbuk hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının X4ytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “iPhone 11” markalı mobil telefon və həmin mobil telefona quraşdırılmış +994 55 *** ** ** saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 03 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs xidməti istifadəsində olmuş “HP Probook” markalı noutbuk hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının X4ytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “iPhone 11” markalı mobil telefon və həmin mobil telefona quraşdırılmış +994 55 *** ** ** saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-674/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-674/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver