Məhkəmə qərarları › İş №1(006)-68/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-68/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-68/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli maddi ziyan vurmaqla oğurluq və silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid4 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 dekabr 2018-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 82 ünvanında yerləşən “Pehau” qapı və pəncərə mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kitabın arasında saxlanılan 800 manat nağd pulu və üzərində 5 manat balansa malik 10 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 400 manat dəyərində “İpone 5s” markalı mobil telefonu və 1 ədəd 80 manat dəyərində «Hivvatch» markalı DS-H104G modelli təhlükəsizlik kamerasının yaddaş aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1295 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid4 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 dekabr 2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2/10 ünvanında yerləşən “Bakcell” mobil telefon mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 2131 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 2131 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan “Qəhrəman” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 yanvar 2019-cu il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 3 ünvanında yerləşən “Audiomed” eşitmə mərkəzinin giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mərkəzə daxil olub 1 ədəd 1300 manat dəyərində “Dell” markalı, 1 ədəd 1100 manat dəyərində “Acer” markalı notbukları, üzərində 3 manat balansa malik 5 manat dəyərində ***-***-**-** və 1 manat balansa malik 5 manat dəyərində ***-***-**-** Sim kart nömrələri olan 300 manat dəyərində “Samsung” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2714 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 09 mart 2019-cu il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 4 ünvanında dayanmış “Mercedes Benz E 320” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa künc şüşəsini sındıraraq salondan həmin dövrün məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4965,22 manat təşkil edən 2600 avro, 1 ədəd 150 manat dəyərində Çin Xalq Respublikasının istehsalı olan mobil telefonu və 1 ədəd 50 manat dəyərində alışqanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 17065,22 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 mart 2019-cu il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 51 ünvanında dayanmış “Mercedes Benz E 200 CDİ” markalı 99RT860 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa künc şüşəsini sındıraraq salondan 1300 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 mart 2019-cu il tarixdə 03 radələrində Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi ünvan 6 ünvanında dayanmış “Mercedes Benz E 240" markalı 90TD560 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa künc şüşəsini sındıraraq salondan həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1928,8 manat təşkil edən 1000 avro və 600 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4228,8 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 08 fevral 2020-ci il tarixdə saat 04:35 radələrində yüngül dərəcədə sərxoş vəziyyətdə ünvan 7 ünvanda yerləşən «Vobla» kafesində müştəri qismində işlirahət etmək üçün gəlmiş Zərərçəkmiş şəxs1 ona tərs-tərs baxmasını bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əsaslı səbəb olmadan əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik və etinasizlıq göstərib ucadan nümayişkaranə şəkildə nalayiq söyüşlər söymüş, öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoymaqla Zərərçəkmiş şəxs1la mübahisə edərək özü ilə gəlirdiyi məişət təyinatlı qatlanan cib bıçağını əynində olan şalvarının sağ yan cibindən çıxardıb silah qismində istifadə olunan əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs1 qəsdən vurub sol saidin və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2018-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində tanışı Şahid4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X6 prospektində olan zaman orada yerləşən obyektlərdən birindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə həmin prospektdə yerləşən «Pehau» qapı və pəncərə satışı mağazası onların diqqətini çəkmiş, həmin mağazadan oğurluq etmək üçün Sərdar özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını açıb mağazaya daxil olaraq, oradan kitabın arasından 800 manat pulu və bir ədəd “İphone 5S” markalı mobil telefonu götürüb mağazanı tərk etmişlər, sonradan həmin 800 manat pulu öz aralarında bölmüşlər, mobil telefonu isə yolda qaçaraq uzaqlaşan zaman cibindən düşürərək itirmişdir. Bundan sonra elə həmin gün saat təxminən 03 radələrində Nərimanov rayonu, Atatürk prospektində olan zaman orada binanın altında yerləşən «Bakcell» mağazasından oğurluq etmək qərarına gəlmişlər, bundan sonra Sərdar adlı şəxsə özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını açaraq orada dayanıb gözətçilik etmiş, o isə mağazaya girib orada axtarış aparmış və kassa aparatında olan 800 manat pulu götürmüş, sonra mağazanı tərk etmiş, sonradan əldə eldikləri pulları Sərdar adlı şəxslə öz aralarında bölmüşlər. 23 yanvar 2019-cu il tarixdə saat 05:30 radələrində tanışı Qəhrəman adlı şəxslə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində olan zaman həmin küçədə yerləşən «Audiomed» eşitmə mərkəzindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə, o özündə olan vintaçanla mərkəzin giriş qapısını aralayıb açmış və sonuncu ilə birlikdə mərkəzə daxil olmuşlar, oradan iki ədəd noutbuk və bir ədəd “Samsung” markalı mobil telefon götürmüşlər, mobil telefonu işlətmək üçün Qəhrəman adlı şəxsə vermiş, noutbukları da sonuncu satmaq üçün özü ilə götürmüş və sonradan 150 manata satdığını deyərək ona 75 manat pul vermişdir. 09 mart 2019-cu il tarixdə saat təxminən 04 radələrində ünvan 8 ünvanında tanışı Mehdi adlı şəxslə birlikdə olan zaman həmin ünvanda dayanmış “Mersedes Benz E 320” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə, vintaçanla avtomobilin sağ arxa şüşəsinin nəfəslik şüşəsini sındıraraq avtomobilin qapısını açaraq avtomobilin salonundan məbləğini bilmədiyi ABŞ dolları və avro pulu oğurlayıb çıxmış və təxminən iki ay müddətində həmin pulu özü üçün xərcləmişdir. 22 mart 2019-cu il tarixdə saat təxminən 00:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığından tanımadığı taksiyə əyləşib Bakı şəhəri, Nərimanov rayonu, X6 prospektinə gəlmiş və orada dayanmış avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir, həmin prospektdə 51 nömrəli evin qarşısında dayanmış “Mersedes” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə üzərində olan vintaçanla avtomobilin sol nəfəslik şüşəsini sındıraraq avtomobilin salonunda ehtiyyat hissədə olan sellofana bükülmüş 1300 manat pulu oğurlayıb özü üçün xərcləmişdir. 25 mart 2019-cu il tarixə keçən gecə oğurluq etmək məqsədilə ünvan 9 ünvanında olan zaman orada dayanmış “Mersedes” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun diqqətini çəkmiş, həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə özündə olan vintaçanla avtomobilin sağ arxa künc şüşəsini sındıraraq avtomobilin qapısını açmış və salonda olan ehtiyyat hissəsindən 1000 ABŞ dolları, 1000 avro və 600 manat pulu götürərək avtomobili tərk etmiş və əldə etdiyi pulu özü üçün xərcləmişdir. Əvvəllər Tbilisi prospektində yerləşən "Şahənşah” restoranında ofisiant kimi işləmişdir. Həmin restoranda işlədiyi müddətdə orada ofisiant kimi işləyən Şahid3 və Şahid2 adlı şəxslərlə dostluğu yaranmışdır. 07 fevral 2020-ci il tarixdə axşam saat 18 radələrində sevgi münasibətində olduğu qızla problemlər yarandığı üçün çox hirslənmiş və bu səbəbdən sol əlininin biləyini ülgüc ilə doğramışdır. Həmin gün, yəni 07.02.2020-ci il tarixdə dostları Rövşən və Mirzə adlı şəxslərlə saat təxminən 23:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında görüşmüşdür. Onlarla uzun müddət görüşmədiyi üçün birlikdə istirahət etmək üçün onlara yaxınlıqda olan “pub”lardan birində oturub spirtli içki qəbul etməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra artıq 08 fevral 2020-ci il tarixdə, saat 00:50 radələrində ünvan 10 ünvanda yerləşən “Vobla” adlı obyektə getmişlər, onlar həmin obyektə getdikləri zaman içərdə ofisiantlardan başqa heç bir müştəri olmamışdır. Onlar həmin obyektdə yuxarı sol tərəfdə olan taxta konstruksiyalı arakəsmələrlə hörülmüş otaqda əyləşmişlər. Bundan sonra saat 02:50 radələrinə kimi yeyib-içdikdən sonra həmin obyektə 2 nəfər şəxs daxil olmuş və həmin şəxslər əks istiqamətdə olan arakəsməli yerdə oturmuşlar. Obyektdə əyləşmiş şəxslərin masası ilə onların əyləşdiyi masa arasında hardasa təxminən 6-7 metr məsafə olmuşdur. 08 fevral 2020-ci il tarixdə, saat 04:30 radələrində o, oturduqları masadan qalxaraq ayaqyoluna getmiş və bir müddətdən sonra isə dostları əyləşdiyi arakəsməli yerə tərəf gəlməyə başlamışdır. O, Mirzə və Rövşənə adlı tərəf gələn zaman onlarla üzbəüz masada əyləşmiş şəxslərdən birinin ona tərs-tərs baxdığını görmüşdür. O da həmin şəxslərə baxmış və öz masalarına tərəf getməyə başlamışdır. Həmin vaxt artıq hesabı ödədikləri üçün masadan qalxmaq üzrə olmuşlar və yanındakı dostları ona əynini geyinməyə köməklik etməyə başlamışlar. Belə ki, o bir gün əvvəl, yəni 07.02.2020-ci il tarixdə biləyini ülgüclə doğradığı üçün sol qolu bintlə bağlanaraq boynundan asılmış vəziyyətdə olmuşdur. Rövşən və Mirzə ona köməklik etdikdən sonra masadan qalxıb obyekti tərk etmək istəyəndə az əvvəl ona baxan şəxsin yenidən ona baxdığını görmüşdür. Bu zaman masadan uzaqlaşaraq digər masada əyləşmiş şəxslərə tərəf gəlməyə başlamışdır. Həmin masaya yaxınlaşmış və masada əyləşən şəxslərdən birinə bayaqdan ona tərs-tərs baxdığını bildirmişdir. Həmin 2 nəfər şəxsdən biri isə ona irad bildirərək onların masasına baxdığını bildirmişdir. Həmin vaxt onun masada əyləşmiş şəxslərdən biri ilə mübahisələri yaranmış və o səsinin tonunu həmin şəxsə qarşı qaldırmağa başlamışdır və həmin şəxsi vurmaq üçün əlini havaya qaldıran zaman yanında olan tanışları, Rövşən və Mirzə adlı şəxslər, həmçinin digər şəxsin yanında olan şəxs onların arasına girmişlər və onları ayırmışlar. Bundan sonra yanında olan şəxs onu arxadan tutaraq obyektdən kənara çıxarmışdır. Bundan sonra əlini cibinə aparıb cib bıçağını götürmüş və “Vobla” adlı obyektə geri qayıdıb içəri girərək birbaşa az əvvəl mübahisə edərək dalaşdığı şəxsin üstünə doğru gedərək sağ əlində tutduğu cib biçağını onun üzərinə doğru hərəkət etdirməyə başlamışdır. Həmin vaxt onun məqsədi qarşısında olan şəxsi qorxutmaq olmuşdur. Ona görə də, cib bıçağını onunla mübahisə etmiş şəxsə qarşı yönəldərək hərəkət etdirmişdir. Bu zaman cib bıçağını hərəkət etdirən zaman onunla mübahisə edən şəxsin belinin sağ yan hissəsindən vuraraq xəsarət yetirmişdir. Bu zaman bıçaqla vurduğu şəxsin yanında olan şəxs, sonradan adının Samir olduğunu bildiyi şəxs onu arxa tərəfdən qollarının arasından tutaraq obyektdən həyətə çıxarmış və o, qaçaraq oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər və o, istifadə etdiyi bıçağı istintaqa təqdim etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, 2013-cü ildən hadisə baş verən günədək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2/10 ünvanında yerləşən «Bakcell» mağazasını işlətmişdir. Mağaza hər gün saat 09 radələrindən 21 radələrinə qədər müştərilərə xidmət göstərmişdir. 22 dekabr 2018-ci il tarixdə saat təxminən 21 radələrində mağazanı bağlayıb getmiş, səhəri gün yəni 23 dekabr 2018-ci il tarixdə, saat 09 radələrində mağazaya gəldikdə mağazanın giriş qapısının açıq vəziyyətdə olduğunu görüb mağazaya daxil olduqda kassa aparatında olan 2131 manat pulun yerində olmadığını görüb mağazada oğurluq olmasından əmin olduqdan sonra bu barədə polisə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə bağışladığından ona qarşı şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə baş verən gün Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 82 ünvanında yerləşən «Pehau» qapı və pəncərə satışı mağazasını işlətmişdir. 22 dekabr 2018-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayıb getmiş, 23 dekabr 2018-ci il tarixdə saat 14 radələrində mağazaya gələn zaman mağazanın giriş qapısının açıq olduğunu görüb mağazaya daxil olduqda mağazada kitabın arasında saxladığı 800 manat pul və 400 manat dəyərində İphone 5s markalı mobil telefon və 400 manat dəyərində müşahidə kamerasının yaddaş aparatının oğurlandığını aşkar etmiş, ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 08 mart 2019-cu il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi özünə məxsus olan “Merscdes Benz E 320” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 203 ünvanında saxlayıb evinə getmiş, səhəri gün yəni 09 mart 2019-cu il tarixdə saat 09 radələrində avtomobilə yaxınlaşan zaman sağ arxa qapının şüşəsinin sınmış vəziyyətdə olduğunu görüb avtomobilə baxış keçirən zaman avtomobilin salonunda ehtiyyat hissədə saxladığı 7000 ABŞ dolları, 2600 Avro, 150 manat dəyərində Çin istehsalı olan üzərində markası olmayan mobil telefon və 50 manat dəyərində üzərində qaşı olan alışqanın oğurlanmasını aşkar etmişdir. Sonradan yaxınlıqda yerləşən kamera görüntülərinə baxış keçirən zaman iki nəfər şəxsin avtomobilin şüşəsini sındıraraq oradan oğurluq etməsinin şahidi olmuşdur, bu səbəbdən də o, polisə şikayət etmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Dəymiş zərərin ödənilməsini tələb edir və bununla bağlı mülki iddia ərizəsini məhkəməyə təqdim edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə baş verən gün Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ev 51, mənzil 67 ünvanında yaşamışdır və Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Pentex» özəl klinikasında stomatoloq işləmişdir. 21 mart 2019-cu il tarixdə işlədiyi klinikadan çıxaraq özünə məxsus “Mersedes” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gəlmiş, həmin gün saat təxminən 20 radələrində avtomaşınını binanın həyətində saxlayıb evə getmişdir. 22 mart 2019-cu il tarixdə, təxminən 09 radələrində yaşadığı ünvanın qarşısında saxladığı avtomobilin arxa sol nəfəslik şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilə baxış zamanı müəyyən etmişdir ki, ona məxsus olan 1300 manat pul oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə baş verən gün ünvan 14 ünvanında yaşamışdır və “Mersedes” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. 24 mart 2019-cu il tarixdə qeyd olunan avtomobillə yaşadığı ünvana gələrək avtomobili saxlayıb evə getmişdir. 25 mart 2019-cu il tarixdə saat 08:27 radələrində evdən çıxıb işə getmək məqsədilə avtomobilə yaxınlaşan zaman avtomobilin sağ arxa künc şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüş, bundan sonra avtomobilin salonuna baxdıqda sənədlərin dağınıq vəziyyətdə olduğunu görmüş, avtomobilin salonunda olan ehtiyyat hissəsindən 1000 ABŞ dolları, 1000 avro və 600 manat pulun oğurlandığını görmüş, ona görə də bu barədə polisə müraciət etmişdir. Halhazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, cinayət hadisəsinin törədildiyi gün Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən «Grazy Bear» pub kafedə barmen işləmişdir. Şahid1 da onunla birlikdə həmin barda baş barmen işləmişdir. Sonuncu ilə onun yaxın münasibətləri iş yoldaşı kimi çox yaxşı olduğundan işdən kənar asudə vaxtlarda da arada görüşüb vaxtlarını səmərəli keçirməyə çalışmışlar. Həmin vaxt istifadəsində ***-***-**-** nömrəsi olmuş və Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsində təhsil almışdır. O, cinayətin törədildiyi ərəfələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 99, mənzil 39-da bacısına məxsus olan evdə yaşamışdır. 08 fevral 2020-ci il tarixdə saat təxminən 02 radələrində Şahid1la birlikdə işdən çıxmış və sonuncu ilə gedib yaxınlıqda yerləşən obyektlərin birində əyləşib bir qədər istirahət etməyə razılaşmışlar. Həmin vaxt yaxınlıqda yerləşən «Vobla» adlı obyekt açıq olduğu üçün ora yaxınlaşaraq daxil olmuşlar və taxta arakəsmələrlə örtülmüş masada Şahid1la birlikdə əyləşmişlər. Həmin vaxt zalda onlardan başqa xeyli aralıda bir masada üç nəfər şəxs əyləşmişlər və onlar həmin şəxslərə uzaq məsafədən salam verib özləri üçün ayrılmış masada əyləşmişlər, bundan sonra həmin şəxslərlə onların arasında başqa heç bir danışıq olmamışdır. Əyləşdikləri masada Şahid1 üzü digər masada əyləşən şəxslərə tərəf oturmuş olsa da, ara məsafələri çox olduğundan, həmçinin arada taxta ara kəsmə olduğundan onları görməmişdir. Saat təxminən 04:30 radələrində onlar masada əyləşən zaman Şahid1 kiməsə hansı səbəbdən onlara baxmasını soruşduğunu, o arxaya çöndükdə aralıda masada əyləşmiş şəxslərdən biri sol əli bintlə bağlanmış şəxs sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin ayaq üstə onların masasına yaxın duraraq baxdığını görmüşdür. O, Təqsirləndirilən şəxs baxan zaman sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüş və sakitlik olsun deyə onların əyləşdiyi masaya dəvət etmiş, Təqsirləndirilən şəxs isə ona belə bir qonaqlıq istəmədiyini, başqa qonaqlıq istədiyini demişdir, o isə sonuncuya cavab olaraq «mən səni tanımıram, sənə heç bir qonaqlıq söz verməmişəm, sadəcə gəlib başımızın üstündə dayandığın üçün səni masaya dəvət etdim», demişdir. Həmin vaxt artıq sonuncunun yanında olan şəxslər də masaya yaxınlaşmışlar və Təqsirləndirilən şəxs uzaqlaşdırmaq istəmişlər. Təqsirləndirilən şəxs isə onunla mübahisə etmiş və ona qarşı nalayiq ifadələr işlədərək yumruq atmış, o sonuncunun yumruğundan kənara çəkilmişdir. O, Təqsirləndirilən şəxs havada bir zərbə atsa da, sonuncuya dəyməmiş, bu zaman Şahid1 və Təqsirləndirilən şəxs yanında olan şəxslər sonuncunu ondan aralaşdırıb çölə çıxarmışlar, o isə sakitlik olsun deyə ümumiyyətlə dava etmək istəmədiyi üçün Təqsirləndirilən şəxs arxası ilə getməmişdir. Şahid1 Təqsirləndirilən şəxs obyektdən çölə çıxardıqdan sonra o, soununcunun artıq çıxıb getdiyini fikirləşmişdir. Ona görə də, masadan durub digər barmen olan masaya yaxınlaşan zaman Təqsirləndirilən şəxs çöldən sürətlə yeriyərək içəri daxil olmış və sağ əlində tutduğu bıçaqla onun üstünə doğru hücum etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlini bir neçə dəfə ona tərəf atmış, Şahid1 və Təqsirləndirilən şəxs yanında olan digər şəxslər sonuncunu ondan kənarlaşdırmışlar və yenidən çölə çıxarmışlar. Həmin vaxt ilk öncə bıçağın ona dəyməsini hiss etməmiş, Şahid1 geri qayıtdıqdan sonra yerə qan töküldüyünü görmüşdür. Bundan sonra həm sol qolunun iç hissəsindən, həmçinin kürək nahiyəsindən bıçaq dəydiyini görmüşdür. Bundan sonra Şahid1 bu barədə polisə zəng vuraraq məlumat vermişdir. Halhazırda Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmənin baxış iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs3 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən «Audiomed» eşitmə mərkəzini işlətmişdir. 23 yanvar 2019-cu il tarixdə, saat təxminən 08 radələrində eşitmə mərkəzinə gəldiyi zaman mərkəzin qapısının açıq olduğunu, içəri daxil olduqda bütün otaqların dağınıq hala salındığını və işçi masasından 1 ədəd 1300 manat dəyərində «Dell» markalı notbukun, 1 ədəd 300 manat dəyərində üzərində 3 manat balansa malik içərisində 5 manat dəyərində ***-***-**-** və 1 manat balansa malik 5 manat dəyərində ***-***-**-** nömrəsi olan «Samsung» markalı mobil telefonun, 1 ədəd 1100 manat dəyərində «Acer» markalı notbukun oğurlandığını aşkar etmişdir. Ona görə də, dərhal bu barədə polisə məlumat vermişdir (cild 2, i/v 30-32). Şahid1 18 fevral 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid5, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid5, Şahid2, Şahid3 və Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid5, Şahid2, Şahid3 və Şahid4 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid5, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 23 dekabr 2018-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X6 prospektində olan zaman orada yerləşən obyektlərdən birindən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə yer axtaran zaman həmin prospektdə yerləşən “Pehau” qapı və pəncərə satışı mağazası onların diqqətini çəkmiş, həmin mağazadan oğurluq etmək üçün o, özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını açaraq mağazaya daxil olmuşlar, oradan kitabın arasından 800 manat pulu və bir ədəd “İphone 5S” markalı mobil telefonu götürüb mağazanı tərk etmişlər, sonradan həmin 800 manat pulu öz aralarında bölmüşlər, mobil telefonu isə yolda qaçan zaman cibindən düşürərək itirmişlər. Bundan sonra elə həmin gün saat təxminən 03 radələrində Nərimanov rayonu, Atatürk prospektində olan zaman orada binanın altında yerləşən «Bakcell» mağazasından oğurluq etmək qərarına gəlmişlər, bundan sonra o özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını açaraq orada dayanıb gözətçilik etmiş, Ceyhun isə mağazaya girib orada axtarış aparmış və kassa aparatında olan 800 manat pulu götürmüş, sonra mağazanı tərk etmiş, sonradan əldə etdikləri pulları onunla öz aralarında bölmüşlər (cild 1, 192-193). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, fərdi əməklə məşğul olmuşdur, ikinci iş kimi ünvan 7 ünvanında yerləşən «Vobla Pub» adlı obyekti işlətmişdir. Kafeni icarəyə 2019-cu ilin axırlarında götürmüşdür. Kafe ikinci iş yeri sayılır, əsas iş fəaliyyəti olaraq bərbər kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində bərbərxanada işləyir, axşamlar isə kafedə oturur. Həmin kafedə bir nəfər qadın xidmətçi işləyir, gündüz özü bərbərxanada olan zaman dostu Rəşad kafeyə nəzarət edir, axşam isə bərbərxanadan işdən çıxandan sonra kafeyə gəlir və sonuncu müştəri gedənə qədər orada oturur. Kafedə qəlyanaltı kimi yeməklərdən sosiska, xəngəl verilir, əsasən isə pivə içkisi içki olaraq verilir. Həmin kafe pivəxana kimi fəaliyyət göstərir. Orada işləyən qadının adı Esmiradır, hazırda karantin tədbirləri ilə əlaqədar olaraq işləmədikləri üçün Esmira yaşadığı hansısa rayonların birinə getmişdir. Esmiranın konkret olaraq hansı rayona getməsi haqqında onun dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 və Şahid1 isə onların kafesindən bir qədər aralıda başqa kafedə işləyir və arabir işlədikləri kafe bağlanandan sonra gəlib onların kafesində əyləşib pivə içirlər, Eynarla Samiri üzlə tanımış, başqa heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. Onların kafesində müştəriyə göstərilən xidməti müəyyən etmək üçün masalar nömrələnmişdir. Ümumilikdə kafedə 17 masa vardır, onlardan 10 masa zalda, digər 7 masa isə bar masası olan otaqda yerləşir. Say olaraq birinci masa bar masası olan otaqdan başlayır, sıra ardıcıllığı ilə zala keçir. Onlar özləri yəni, o, və xidmətçi bar masası olan otaqda əyləşirlər. 2020-ci ilin fevral ayının 7-dən 8-nə keçən gecə saat təxminən 00:50 radələrində onunla Esmira, o cümlədən arabir onların yanına kömək etmək üçün gələn Sevinc adlı qadın yuxarıda qeyd etdiyi işlətdiyi kafedə olan zaman əvvəlcədən tanımadığı üç nəfər müştəri kafeyə daxil olmuşlar, onlardan birinin sol əli sarıqlı vəziyyətdə boynundan asılmış, həmin şəxsin sonradan adını bilmişdir ki, Təqsirləndirilən şəxsdur, onlar kafeyə daxil olandan sonra zala keçib sağ tərəfdə dibdə olan 14 nömrəli masada əyləşmişlər, əyləşdikdən sonra pivə ilə istifadə olunan noxud, çipsi, günəbaxan tumu sifariş verərək 3 bakal pivə də sifariş vermişlər. Xidmətçi Esmira onların sifarişini çatdırmış, təxminən Ceyhungil əyləşəndən saat yarım iki saat keçəndən sonra Eynar və Samir də kafeyə gəlmişlər və müştəri kimi zala daxil olub girişdən soldakı taxta arakəsmələrlə örtülü olan 9 nömrəli masada əyləşmişlər və onlar da pivə içkisi və onun yanında istifadə olunan çərəz sifariş vermişlər. Onlar da əyləşəndən sonra bir xeyli oturmuşlar ki, Ceyhungil əlavə 3 bakalda pivə sifariş vermişlər. Ümumiyyətlə onların kafesində iki ayaqyolu vardır, onlardan qadın üçün olan birinci bar masası olan otaqda, kişilər üçün ayaq yolu isə zalda baş tərəfdə yerləşir. Yəni Ceyhungil əyləşdikləri masadan ayaqyoluna getmək üçün gəlib Eynargil əyləşmiş olduğu masanın yanından keçib getməli idilər. Saat təxminən 04:30 radələrində Ceyhungil əyləşdikləri masadan durub getməyə hazırlaşmışlar və Eynargilin əyləşdiyi masaya Ceyhun yaxınlaşmış, guya bir qədər əvvəl ayaqyoluna gedən zaman Eynargil guya ona baxmışlar, bu səbəbdən «niyə mənə baxırsan» sözünün üstündə mübahisə etməyə başlamış, Eynargil ilk əvvəl fikir verməsələr də Ceyhun əl çəkmədiyi üçün Eynar oturduğu masadan ayağa qalxmış və Ceyhunla danışmağa başlamış, onların arasında taxta arakəsmə olmuşdur, Ceyhun taxta arakəsmənin əks tərəfindən Eynara yumruq atmış, lakin dəyməmiş, bu zaman Eynar özünü müdafiə üçün ona cavab verəndə Eynarın və Ceyhunun yanında olan adamlar onları aralaşdırmışlar, Eynar zalda qalmış, Ceyhunu isə bar masası olan otağa yəni onların yanına keçirmişlər, o da Ceyhuna yaxınlaşıb sakitləşdirmək üçün çölə çıxarsada onun sakitləşməyəcəyini görüb yaxınlıqda daimi olaraq stasionar postda olan polis əməkdaşlarına bu barədə məlumat vermək üçün getmiş, o polis əməkdaşlarına xəbər verib geri qayıdan zaman görmüşdür ki, Ceyhun əlində bıçaq kafedən çıxır, içəri daxil olduqda Eynarın artıq bıçaqlanmış vəziyyətdə qan içində olduğunu görmüş, polis əməkdaşları kafeyə gələnə qədər Ceyhun artıq qaçıb oradan uzaqlaşmış, həmin vaxta qədər artıq təcili yardıma da məlumat verilmiş, həkimlər gələnə qədər kafedə olan ilkin tibbi yardım ləvazimatları ilə Eynara tibbi yardım göstərmişlər. Bundan sonra Eynar polis əməkdaşları ilə birlikdə çıxıb getmişdir. (cild 4, 93-96). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır, onunla birlikdə əvvəllər kafedə xidmətçi işləmişlər, bir xeyli müddət Ceyhunu görmədiyi üçün 07 fevral 2020-ci il tarixdə qərara gəlmişlər ki, Ceyhun və tanışı Rövşənlə görüşsünlər. Görüş zamanı Ceyhun təklif etmişdir ki, bir yerdə əyləşib pivə içkisi içsinlər. Onlar da etiraz etməmişlər və artıq 08 fevral 2020-ci il tarixdə saat 00:50 radələrində ünvan 7 ünvanında yerləşən «Vobla» Pub kafesinə getmişlər, orada müştəri kimi onlardan başqa heç kim olmamışdır, onlar bir xeyli müddət olurub pivə içdikdən sonra kafeyə iki nəfər də başqa müştəri gəlmişdir, saat təxminən 04:30 radələrində Ceyhun masadan qalxmış və ayaqyoluna gedib bir neçə dəqiqədən sonra geri qayıtmış və onlar hesabı ödədikləri üçün masadan qalxmağı planlaşdırmışlar. Bu zaman Ceyhun digər masada əyləşmiş şəxslərə yaxınlaşmış və sonradan adının Eynar olduğunu bildiyi şəxslə bir birinə baxmaq üstündə mübahisə etməyə başlamışdır, bu zaman Ceyhun həmin şəxsə yumruq atmış, sonra bir təhər Ceyhunu aralaşdırıb kafedən çıxarmışlar, Ceyhun isə əlində bıçaq geri qayıdaraq Eynarın üstünə doğru getmiş, yenə də Ceyhunu aralaşdırıb kafedən çıxarmışlar, sonradan Eynarın bədənindən qan axdığını gördükdə bilmişlər ki, Ceyhun Eynarı bıçaqla vurmuşdur (cild 3, 233-236). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 qeyd etdiyi xüsusatları Şahid3 da ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bir daha təsdiq etmişdir (cild 3, 237-240). İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Allahyar Allahyarlı tərəfindən tərtib edilmiş “CD-DVD diskə baxış keçirilməsi haqqında” 25 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, təhlükəsizlik kameraları telefon mağazasının giriş hissəsinin sol cinah hissəni əhatə etmişdir. Mağazanın sol cinah hissəsində olan yerə yaxınlaşan əynində qara gödəkcə və papaq, əlində fənər olan şəxs kassaya tərəf yaxınlaşmışdır. Orada olan siyirmələri açdıqdan sonra qaçaraq mağazanı tərk etmişdir (cild 1, i/v 69). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2019-cu il tarixli 1238 saylı rəyindən görünür ki, 1 ədəd qızılı rəngli “İphone 6” markalı, A1549 model 16 GB yaddaşlı mobil telefonun orta bazar qiyməti təxminən 280,00 manat, 1 ədəd Çində istehsal edilmiş “Hivvatch” markalı, DS- H104G model təhlükəsizlik kamerasının yaddaş aparatın (DVR) orta bazar qiyməti təxminən 80,00 manat müəyyən olunmuşdur (cild 1, i/v 199-200). İş materiallarında olan olan 23 yanvar 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 1 ədəd Çində istehsal edilmiş “Hivvatch” markalı, DS-H104G model təhlükəsizlik kamerasının yaddaş aparatını müstəntiqdən təhvil almışdır (cild 1, i/v 202). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 14 yanvar 2019-cu il tarixli, 011-366-1219 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 078-412 nömrəli 07.01.2019-cu il tarixli məktub vasitəsi ilə, 23.12.2018-ci il tarixdə ünvan 15 ünvanında yerləşən, vətəndaş Zərərçəkmiş şəxs4 məxsus “Rehau” qapı pəncərə mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 09.01.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd əl barmaq və 01 ədəd ovuc izləri xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının və sol əlinin ovucunun əksləri ilə eynilik təşkil etmişdir (cild 1, i/v 209). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 15 yanvar 2019-cu il tarixli, 011-451-1219 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 078-376 nömrəli 07.01.2019-cu il tarixli məktub vasitəsi ilə, 23.12.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2/10 ünvanında yerləşən, vətəndaş Zərərçəkmiş şəxs5 məxsus “Telefon” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 09.01.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 02 ədədinin xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, sol əlinin isə çeçələ barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir (cild 1, i/v 213-214). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 04 fevral 2019-cu il tarixli, 011-1021-1219 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin ***-**** nömrəli 29.01.2019-cu il tarixli məktub vasitəsi ilə, 23.01.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 73 ünvanında Zərərçəkmiş şəxs3 məxsus “AUDİOMED” eşitmə mərkəzində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 31.01.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 02 ədəd əl barmaq izi xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının ilə eynilik təşkil etmişdir (cild 2, i/v 37). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 04 fevral 2019-cu il tarixli, 011-2441-1219 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 078- 7964-1219 nömrəli 27.03.2019-cu il tarixli məktub vasitəsi ilə, 22.03.2019-cu il tarixdə ünvan 17 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 Sücəddin oğluna məxsus “Mercedes” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtəmobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 29.03.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 01 ədəd əl barmaq izi xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının ilə eynilik təşkil etmişdir (cild 2, i/v 112). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 03 aprel 2019-cu il tarixli, 011-2500-1219 saylı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 078- 7971-1219 nömrəli 27.03.2019-cu il tarixli məktub vasitəsi ilə, 25.03.2019-cu il tarixdə ünvan 18 ünvanında Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı, **-TD-*** dövlət nömrə nişanlı avtəmobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 29.03.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 01 ədəd əl barmaq izi xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının ilə eynilik təşkil etmişdir (cild 2, i/v 231-232). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən ünvanlanmış 15 mart 2019-cu il tarixli, 011-9145-1219 saylı məktubdan görünür ki, 091-9145-1219 nömrəli 12.03.2019-cu il tarixli məktub vasitəsi ilə, 09.03.2019-cu il tarixdə ünvan 19 ünvanın qarşısında Zərərçəkmiş şəxs7 məxsus “Mercedes” markalı, **-OK-*** dövlət nömrə nişanlı avtəmobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 13.03.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 3, i/v 25). İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Namiq Salmanov tərəfindən tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında” 23 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, 2 nəfər naməlum şəxs 23.01.2019-cu il tarixdə saat 05:34 radələrində Nərimanov rayonu, Xan Şuşinski küçəsi 73 ünvanında yerləşən “Audiomed” eşitmə mərkəzinin qapısını naməlum üsulla açma yolu ilə daxil olaraq sözü gedən eşitmə mərkəzinin ilk öncə işçi masasına yaxınlaşaraq onun dolablarını açaraq içərisinə baxış keçirmişdir. Bundan sonra eşitmə mərkəzinə girən şəxslərdən bir digər otağa keçərək oradakı dolabları açaraq oraya baxış keçirmiş və oradada heçnə tapmayaraq masanın üzərində olan “Acer” markalı noutbuku oradan götürərək işçi masasına yaxınlaşmışdır. Daha sonra onlar işçi masasının dolabında olan “Samsung” markalı mobil telefonu, 80 manat pulu və işçi masasının üzərində olan “DELL” markalı noutbuku götürərək orada olan əl çantasınının içərisinə hər iki noutbuku qoyaraq eşitmə mərkəzindən uzaqlaşmışlar (cild 2, i/v 20). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 19/176R saylı, 06 may 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 22 mart 2019-cu il tarixdə ünvan 20 ünvanın yerləşdiyi binanın qarşısında Zərərçəkmiş şəxs6 məxsus olan “Mercedes” markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomaşının arxa sol nəfəslik hissəsinin sındırılıması faktı ilə əlaqədar 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmuşdur. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq izi xx xxx 2001-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir (cild 2, 181- 183). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2019-cu il tarixli 11300 saylı rəyindən görünür ki, təqdim edilmiş 4 saylı daktilolentin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,5 saylı daktilolenllərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 4 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından qalmışdır (cild 2, i/v 287-292). İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Səbuhi Mehbalıyev tərəfindən tərtib edilmiş “DVD-R diskə baxış keçirilməsi haqqında” 07 may 2019-cu il tarixli protokoldan görünür ki, əynində rəngi boz və ya qara olması gecə işıq effekti səbəbi ilə dəqiq görsənməyən uzun və papaqlı gödəkçə olan arıq bədən quruluşlu, orta boylu bir şəxsin ani məqam kəsiyindən əlində hansısa yad cisim əşya ilə həyətdə arxa tərəfi Təhlükəsiz Şəhər kamera qurğusu istiqamətində park edilmiş tünd rəngli minik avtomobilin ilkin olaraq sol tərəfindən bayır hissədən salonun içərisinə baxması müşahidə olunmuşdur. Həmin şəxsin avtomobilin ön hissəsi tərəfindən qeyd edilən avtomobilə yaxınlaşması müşahidə olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs7 həmin avtomobilin özünə məxsus olan “Mersedes Benz E 320” markalı **-OK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olmasını və avtomobilin ünvanın ünvan 21axış zamanı Zərərçəkmiş şəxs7 məxsus olan həmin avtomobilin arxa tərəfində ağ rəngli “Cip” modelli markası və dövlət qeydiyyat nömrə nişanı görsənməyən avtomobil park edilmişdir. Həmin şəxs əlində yad cisim əşya ilə avtomobilin arxa tərəfindən yük yeri tərəfdən dövr etməklə sağ tərəfmə keçir və avtomobilin sağ tərəfmə görüntü ağacın budağı və yarpaqları vasitəsi ilə məhdudlaşdığından orada baş verən məqamlar kamera qurğusu vasitəsi ilə müşahidə olunmuşdur. Lakin diqqətlə baxdıqda dəqiq qənaət olmasa da, ağacların yarpaqlarının tərpənməsi müşahidə olunmuşdur. həmin şəxsin avtomobilin sağ tərəfindən yük yeri tərəfdən dövr etməklə avtomobilin arxa tərəfindən keçərək gəldiyi istiqamətdə iti addımlarla hərəkət edərək uzaqlaşması müşahidə olunmuşdur. Baxış zamanı istintaq üçün əhəmiyyətli olan başqa hal müşahidə olunmamışdır. Bununla da, üzərində “DVD-R 6 P 161” sözləri əks olunmuş DVD diskinə baxış keçirilməsi başa çatmışdır (cild 3, i/v 62-63). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 08.02.2020-ci il tarixli, 2/1257 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur (cild 3, i/v143). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Nizami Omarov tərəfindən tərtib edilmiş “Könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülmsi haqqında” 08 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Vobla” adlı obyektdə Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağı könüllü olaraq Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Nizami Omarova təqdim etmişdir (cild 3, i/v 152). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “Şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25.12.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.12.2018-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 114-115, 163-164). İş materiallarında olan “Tutma haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08.02.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-67/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-292/2020 saylı, 05 may 2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 08 iyul 2020-ci il tarixədək uzadılmışdır, Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-425/2020 saylı, 03 iyul 2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 08 sentyabr 2020-ci il tarixədək uzadılmışdır, həmin məhkəmənin 4(011)- 553/2020 saylı, 05 sentyabr 2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 28 sentyabr 2020-ci il tarixədək uzadılmışdır, (cild 3, i/v 184, 230-232, cild 4, i/v 6-10, 52-57, 217-222). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 26 fevral 2020-ci il tarixli 68-MTKŞ/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə kafi itilikli ülgücü, qabırğaları özünü kafi biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsi ilə törənməsi inkar olunmamışdır. Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində digər xarakterli zədələr, o cümlədən küt yaranma mexanizminə malik zədələr aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində aşkar olunmuş zədənin yerləşmə nahiyəsinə görə demək olar ki, zərbə endirilən anda Zərərçəkmiş şəxs1la təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdilər. Ekspertizaya təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmamışdır (cild 4, i/v 15-20). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 07 mart 2020-ci il tarixli 147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 gədən səthində aşkar edilmiş xəsarətlər-sol saidin və qarın nahiyəsinin kəsilmişdeşilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 08 fevral 2020-ci ıl tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür (cild 4, i/v 24-25). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 10 iyun 2020-ci il tarixli 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol said nahiyəsinin 8 ədəd kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən, müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 07.02.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müyainəsi zamanı sağ əlin İİ barmağında xəsarət və xəsarət izi aşkar olunmadığından və onun adına tərtib olunmuş tibbi sənəddə göstərilən diaqnozun “sağ əlin İİ barmağının kəsilmiş yarası” hissəsi sağlamlığa zərər vurmanın təyinində nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi mümkündür (cild 4, 103-105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 09 iyun 2020-ci il tarixli, 1038 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, onda emosional davamsız şəxsiyyət pozuntusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməlləri barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21 və 23-cü maddələrinin təsiri alıtna düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə elmək iqtidarındadır, yəni anlaqlıdır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyətli hallan düzgün qavraya, bu barədə məlumat verə bilər. Emosional-iradi sferasında hövsələsizlik emosional dayanıqsızlıq müşahidə edilir. Kobudluq eqosentrizm konfliktə və mübahisəyə meyllilik tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə özündən uydurmağa patoloji meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman hərəkət və davranışını şüurlu oalraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən, fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq öz hərəkətlərinin xarakter və mənasını dərk etmək, hərəkətlərini idarəetmək qabiliyyətinə malik olmuşdur (cild 4, i/v 107-109). İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 avqust 2020-ci il tarixli qərardan görünür ki, “Hivvatch” markalı, DS-H104G modelli təhlükəsizlik kamerasının yaddaş aparatı, Zərərçəkmiş şəxs1 məxsus köynək, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bıçaq maddi sübut kimi tanınmış, “Hivvatch” markalı, DS-H104G modelli təhlükəsizlik kamerasının yaddaş aparatının sahibi Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmışdır, Zərərçəkmiş şəxs1 məxsus köynəyin, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bıçağın saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (cild 4, 123- 141). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, 204-206). Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs bağışlayaraq barışmışdır və ona qarşı heç bir maddi tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməllərindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2018-ci il tarixdən 27 dekabr 2018-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 fevral 2020-ci 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 211 (iki yüz on bir) manat, 11 (on bir) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış “Hivvatch” markalı, DS-H104G modelli təhlükəsizlik kamerasının yaddaş aparatının Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus köynək sahibinə qaytarılmalı və iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs həmin dövrün məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4996.42 manat təşkil edən 2600 avro, 150 manat dəyərində Çin istehsalı olan üzərində markası olmayan mobil telefon və 50 manat dəyərində üzərində qaşı olan alışqan ümumilikdə 17096 (on yeddi min doxsan altı) manat 42 (qırx iki) qəpik pulun alınaraq Zərərçəkmiş şəxs7 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddia ilə bağlı hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 qarşı törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmədə müəyyən edilmişdir ki, hazırki iş üzrə oğurluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ödənilməmiş ziyanın məbləğı 17065 (on yeddi min altmış beş) manat 22 (iyirmi iki) qəpik təşkil etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etmiş iddia ərizəsində cinayət nəticəsində vurulmuş və ödənilməmiş ziyandan 17096 (on yeddi min doxsan altı) manat 42 (qırx iki) qəpik məbləğində pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini tələb etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilən mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. İşdə olan “eManat” ödəniş sistemindən verilmiş 04 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 30 (otuz) manat dövlət rüsumu və 1 manat da komissiya haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 31 (otuz bir) manat cavabdehə aid edilməlidir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilən mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 17065 (on yeddi min altmış beş) manat 22 (iyirmi iki) qəpik maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 1 manat komissiya haqqı, cəmi 17096 (on yeddi min doxsan altı) manat 22 (iyirmi iki) qəpik tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs7 verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-315/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərara əsasən 22 sentyabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2018-ci il tarixdən 27 dekabr 2018-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hivvatch” markalı, DS-H104G modelli təhlükəsizlik kamerasının yaddaş aparatının Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus köynək sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 211 (iki yüz on bir) manat, 11 (on bir) qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 17065 (on yeddi min altmış beş) manat 22 (iyirmi iki) qəpik, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 1 manat komissiya haqqı cəmi 17096 (on yeddi min doxsan altı) manat 22 (iyirmi iki) qəpik tutularaq Zərərçəkmiş şəxs7 ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar