Məhkəmə qərarları › İş №1(006)-681/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-681/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-681/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,308 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2025-ci il tarixdə saat 23:08-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,308 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, saxlanıldığı vaxtadək uzun müddətdir heroin və tiryək olan narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə aludəçisi olsa da, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 27 avqust 2025-ci il tarixdə axşam saatlarında “Papanin” adlanan əraziyə gedib üzdən tanımadığı, əvvəllər də narkotik vasitə aldığı 30-40 yaşlarında bir nəfər kişidən 15 manata bir ədəd sellofan bükümdə özü istifadə etmək üçün “kakos”, yəni heroin almış və əynində olan göy rəngli şalvarının sol cibinə əlverişli bir yerdə həmin narkotik maddədən istifadə etmək üçün qoymuşdur. 27 avqust 2025-ci il tarixdə saat təxminən 23:08 radələrində ünvan 2 ünvanında olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik maddələri qanunsuz əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirib ondan şəxsiyyəti barədə məlumat verməyini xahiş etmişlər. Polis əməkdaşlarından bir nəfəri ona mobil telefondan istifadə edərək videoçəkiliş vasitəsilə üzərində yoxlama aparılacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra polis əməkdaşlarından bir nəfəri ona hüquq və vəzifələrini, o cümlədən, müdafiəçi ilə təmin edilmə kimi hüquqlarının olduğunu izah etmişdir. O, həmin vaxt müdafiəçiyə, o cümlədən, milliyyətcə azrbaycanlı olduğundan və orta məktəbi azərbaycan dilində ouxuduğundan mütəxəssisə və tərcüməçiyə ehtiyacının olmadığını bildirmişdir. Polis əməkdaşları onun üstünü yoxlamağa başlamazdan əvvəl ondan üzərində gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub-olmadığını soruşmuş, olduğu halda həmin əşya və maddələri təqdim etməyini təklif etmişlər. Bundan sonra, o, əynində olan göy rəngli cins şalvarının sol cibindən həmin günü Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən almış olduğu içərisində “kakos” adlanan, yəni narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Polis əməkdaşı ondan təqdim etdiyi sellofan bükümdəkinin nə olduğunu soruşduqda o, polis əməkdaşına cavab olaraq sellofan bükümdəki vasitənin heroin olduğunu və Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidən tanımadığı bir nəfərdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan götürülmüş 01 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf polis əməkdaşı tərəfindən möhürlənmişdir. Polis əməkdaşları və onun özü həmin zərfi imzalamışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə onların avtomobili ilə 22-ci Polis Şöbəsinə gəlmiş və Polis Şöbəsində tərtib edilmiş protokolla tanış olduqdan sonra protokolun düzgünlüyünü onun özü və iştirakçılar imzalarla təsdiq etmişlər. Daha sonra araşdırma 22-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən aparılmışdır. Ondan götürülmüş 01 ədəd sellofan bükümə videoçəkilişlə baxış aparılacağı təhqiqatçı tərəfindən ona və iştirakçılara izah edilmişdir. Polis əməkdaşları tərəfindən onun üstünə yoxlama aparılan zaman ondan götürülmüş 01 ədəd kağız büküm bu dəfə təhqiqatçı tərəfindən açılmış və bükümdə qəhvəyi rəngli maddənin olduğu görünmüşdür. Təhqiqatçı bükiimdəkinin nə olduğunu və haradan aldığını ondan soruşduqda təhqiqatçıya ondan götürülmüş sellofan bükümdəkinin heroin olduğunu və heroini özünün istifadəsi üçün 27 avqust 2025-ci ildə Nəsimi rayonunda "Papanin" adlanan ərazidən 15 manata aldığını demişdir. Bundan sonra, ondan götürülmüş içərisində heroin olan 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq yenidən qablaşdırılmışdır. Bükümə baxış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla tanış olmuş, həmin protokola o və digər iştirakçılar imza etmişlər. Daha sonra isə onun hüquqlarını müdafiə etmək üçün təhqiqatçı tərəfindən 22-ci Polis Şöbəsinə müdafiəçi dəvət edilmiş və müdafiəçisinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq və qanunsuzluqlar edilməmişdir. İfadəsinin sonunda barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 27 avqust 2025-ci il tarixdə 22-ci PŞ-nə “Behnam” adlı şəxsin Nəsimi rayonunun inzibati ərazisində narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək daşıması, satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməllərinin əməliyyat yolu ilə ifşa edilməsi zərurəti yarandığından bu barədə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisinə raportla məruzə edilmiş və bu məqsədlə də qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 27 avqust 2025-ci il tarixli qərar şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Bundan başqa müvafiq əmrlə qrup rəhbəri olaraq ondan, qrup üzvləri 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri Təqsirləndirilən şəxs barədə təlimatlandırıldıqdan sonra sonuncunun ən çox olduğu ünvan 2 ünvanına getmişlər. 27 avqust 2025-ci il tarixdə saat 23:08-də ünvan 2 ünvanın yaxınlığında olan zaman piyada hərəkət edən bir nəfər kişi cinsindən olan şəxsin zahiri əlamətlərinin əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edib videoçəkilişdən istifadə edərək üstünün yoxlanılacağı və həmçinin saxlandığı andan müdafiəçiyə malik olmaq hüququnun olması izah edilmişdir. Təqsirləndirilən şəxs hazırda müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Videoçəkiliş mobil telefonun videokamerası ilə aparılmışdır. Yoxlanmaya başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə təhvil verməsi təklifi edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sol cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bükümdə “kakos”, yəni heroin olduğunu, həmin heroini Papanindən tanımadığı şəxsdən 15 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin sellofan bükümdə qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş sellofan büküm zərfə qoyularaq qablaşdırılmaqla möhürlə möhürlənmişdir. Yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxs etirazı daxil olmadığından videoçəkilişlə aparılan yoxlama başa çatmışdır. Şərait olmadığından yoxlamanın nəticələrinə dair protokolu yerində tərtib edilməsi mümkün olmamış və iştirakçılara protokolun 22-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda tərtib ediləcəyi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobillə 22-ci Polis Şöbəsinin inzibati binasına aparılmışdır. “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokol 22-ci PŞ-də tərtib edilmiş, iştirakçılar protokolun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs gətirilməsi barədə 22-ci PŞ-nin rəisinə raportla məruzə edilmişdir. Müvafiq araşdırmanın aparılması 22-ci PŞ-nin təhqiqatçısı Fuad Cəbrayılova həvalə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılmış əməliyyat yoxlaması zamanı ondan aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olması ehtimal edilən 01 ədəd sellofan bükümə videoçəkilişlə baxış aparılacağı izah edildikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm yenidən açılmış və içərisində qəhvəyi rəngli maddənin olduğu yenə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ondan əməliyyat yoxlaması zamanı götürülmüş 01 ədəd bükümün içərisində heroin olduğunu və heroini “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm yenidən təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmişdir. Baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 22-ci PŞ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bu barətə təhqiqatçı tərəfindən protokol tərtib edildikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulumuş hüquq və vəzifələri Təqsirləndirilən şəxs elan edilmişdir. Daxil olmuş əməliyyat məlumatında “Behnam” adlı şəxsin, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması qeyd edilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı təsdiq edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək Nəsimi rayonunun inzibati ərazisinə daşıması faktı tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı fiziki və psixi təsirə məruz qalmamışdır. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 27 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd sellofan bükümdə heroinə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, həmçinin əməliyyat yoxlamasının gedişatının qeyd edildiyi videogörüntülər “DVD” diskə köçürülərək “DVD” disk iş materiallarına əlavə edilmişdir (i/v 8-9). İş materiallarında olan 27 avqust 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 28 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli cins şalvarının sol ön cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı bir daha təsdiq edilmiş, baxış və götürmə istintaq hərəkətinin nəticəsi barədə protokol tərtib edilmiş, həmçinin baxış və götürmə istintaq hərəkətinin gedişatının qeyd edildiyi videogörüntülər “DVD” diskə köçürülərək həmin disk iş materiallarına əlavə edilmişdir (i/v 16-17). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli, 6/2896 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 155” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs (imza)“ sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,308 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i/v 52-54). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,308 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 137-148). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 137-148). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 5295 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (i/v 46-47). İş materiallarında olan 29 avqust 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə 27 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat yoxlamasının gedişatının və eyni zamanda əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs götürlmüş içərisində təmiz çəkisi 0.308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin 01 ədəd sellofan bükümə Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən 28 avqust 2025-ci il tarixdə aparılmış baxış və götürmə istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər olan 02 ədəd “DVD” diskə 29 avqust 2025-ci il tarixdə cinayət işi üzrə müstəntiq tərəfindən baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol ön cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi bir daha təsdiqini tapmışdır (i/v 90-91). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 106-109, 111-119). İş materiallarına əlavə olunmuş “şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2025-ci il tarixli protokoldan və 29 avqust 2025-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-537/2025 saylı qərarı ilə onun barəsində 03 ay müddətinə və 27 avqust 2025-ci il tarixdə, saat 23:08-dən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (i/v 29, 102-104). Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etiraf edici ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ondan 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 0,308 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,258 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-681/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 0,308 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,258 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 16 iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar