Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-69/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 11:03 dəqiqədə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən yolun hərəkət hissəsinin sol zolağı ilə 20 Yanvar küçəsi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt Asif Məhərrəmov küçəsi 3 B ünvanının qarşısında yolu qarşı tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən bilərək ifadəsində göstərmişdir ki, o, 19 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı 10- KY-622 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə 3 zolaqlı yolun soldan 1-ci zolağı ilə hərəkət edərək düzünə 20 Yanvar küçəsinin kəsişməsi istiqamətinə təxminən saatda 30-40 km sürətlə hərəkət edən zaman A.Məhərrəmov küçəsi 3 “B” saylı ünvanda ehtiyatsızlıqdan piyadalar üçün nəzərdə tutulmayan yerdə qəflətən qarşısına qaçaraq tanımadığı, sonradan ona məlum olan Zərərçəkmiş şəxs çıxdığından idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Zərbənin təsirindən qadın yıxılaraq xəsarət almış, o, dərhal avtomobildən düşüb həmin qadına yaxınlaşaraq köməklik edib yolun yərəkət hissəsindən kənara çəkmiş və TTTY çağırmışdır. Avtomobil yolun hərəkət hissəsində qaldığı üçün sürüb qarşıda olan məhəllədə saxlayaraq hadisə yerinə qayıtmışdır. TTTY avtomobili gələrək qadını xəstəxanaya aparmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Göstərilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində piyada hərəkət edərkən adi yeriş tempi ilə yolu keçməyə başlamışdır. Həmin vaxt yolun hərəkət hissəsinin axırına yaxın sol tərəfdən gələn avtomobil onu vurmuşdur. Avtomobilin sol ön hissəsi onun sol ayağına dəymiş, zərbənin təsirindən maşının üstünə yıxılmış və xəsarət almışdır. Hadisə yerinə yığılan şəxslərin köməyi ilə təcili yardım avtomobili ilə X3 aparılmışdır. Orada müayinə olunan zaman sol ayağının sümüyünün sındığı müəyyən olunmuşdur. Bundan başqa başından xəsarət almışdır. Xəstəxanada ayağına mil qoymuşlar. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.91-92); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 17 may 2024-cü il tarixli 526 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X4 PHŞ-yə müraciət etmiş və ona “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan sonra, başa çatmadığı təqdirdə hadisə baş verən gündən (xx.xx.2024-cü il) 120 gün müddət keçdikdən sonra şəxsin özünün ekspertizaya təqdim edilərək məhkəmə-tibbi müayinədən keçirilməsindən sonra əlavə olaraq təyin ola bilər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.25-27); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 04 sentyabr 2024-cü il tarixli 18 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı isə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.47-50); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1650 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) kifayət qədər böyükdür (Sa>Sd). Bu isə onu izah edir ki, təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olmuşdur. Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstintaq tərəfindən verilən məlumatlara əsasən, “Toyota Prius” markalı, 10-KY- 622 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (i.v.43-46); - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 2 ünvanının qarşısında baş vermişdir, protokola aid sxem və foto cədvəl tərtib edilərək araşdırma materialına əlavə olunmuşdur (i.v.4-10); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.13); - Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:00 dəqiqədən saat 16:45 dəqiqəyədək olan müddət ərzində DİN-nin NHlX-dən daxil olmuş, 19 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-021 nömrəli kameralarının saat 11:02-dən 11:22-dək olan müddətdə qeydə aldığı görüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə xidməti otaqda “HP” markalı kompyuterdə nümayiş etdirməklə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, diskin içərisində 04 ədəd videogörüntü vardır. Diskdə 1-ci sırada olan videogörüntü “TŞ3-021 1-2024-04-19_11h02min00s000ms.mp4”, 2-ci sırada olan videogörüntü “TŞ3-021 2-2024-04-19_11h02min00s000ms.mp4”, 3-cü sırada olan videogörüntü “TŞ3-021 3-2024-04-19_11h02min00s000ms.mp4”, 4-cü sırada olan videogörüntü “TŞ3-021 4-2024-04-19_11h02min00s000ms.mp4” adlanır. Diskdə 4-cü sırada olan 20 dəqiqə 01 saniyəlik videogörüntü açıldıqda müəyyən edilmişdir ki, videogörüntünün 01 dəqiqə 26-cı saniyəsində, yəni 19 aprel 2024-cü il tarixdə saat 11:03 dəqiqənin 25-ci saniyəsində Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “İmperial” şadlıq sarayının qarşısında olan şəxslər tələsik şəkildə yolun hərəkət hissəsinə doğru hərəkət edirlər, həmin vaxt A.Məhərrəmov küçəsində hərəkətdə olan gümüşü rəngli Toyota Prius markalı avtomobil yolun hərəkət hissəsinin sağ kənarına doğru hərəkət edib dayanır, daha sonra həmin avtomobilin sürücüsü cəld şəkildə yerə düşüb arxaya tərəf gedir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gümüşü rəngli “Toyota Prius” markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən özüdür. Belə ki, o, 19 aprel 2024-cü il tarixdə saat 11:03 dəqiqədə həmin avtomobillə Nəsimi rayonu A.Məhərrəmov küçəsində yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olan zaman A.Məhərrəmov küçəsi 3 B ünvanın qarşısında yolu qarşı tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş və qadın yerə yıxılmışdır. Buna görə o, dərhal avtomobili yolun sağ tərəfinə sürüb saxlamış və avtomobildən yerə düşüb həmin piyada qadına yardım göstərmişdir (i.v.63); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli 3-13- 16/2-145787/2024 tarixli məktubdan görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğuna 19 iyun 2023-cü il tarixdə 19 iyun 2033-cü il tarixədək etibarlı olan BB 038929 nömrəli B1 B C1 C katerqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.61); - “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobil Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.134-138); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən gürüniir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.59); - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir və hazırda ona qarşı heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-69/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-69/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver