Məhkəmə qərarları › İş №1(006)-696/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-696/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-696/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Nəsimi rayonu ərazisində yerləşən gündəlik fərdi yaşayış evlərində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan pənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,573 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2025-ci il tarixdə saat 12:02-də Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 172 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,132 qram və 0,441 qram olmaqla ümumi təmiz çəkisi 1,573 qram təşkil edən kimyəvi komponent tərkibinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif gündəlik fərdi yaşayış evlərində kirayədə yaşamışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir və narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin daimi iş yeri olmadığından və daimi qazanc əldə edə bilmədiyi üçün şəxsi ehtiyaclarını qarşılamaq və əlavə olaraq narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə əvvəllər dəfələrlə törətdiyi oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə görə də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və hal-hazırda cəzasını çəkib qurtardığı üçün azadlığa buraxılmışdır. Uzun müddətdir narkotik vasitə istifadəçisi olduğu üçün ağrılarına görə mütəmadi olaraq Bakı şəhərində müxtəlif ərazilərdən müəyyən məbləğdə pul ödəməklə tanımadığı şəxslərdən narkotik vasitə əldə edib istifadə edir. Özü heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bu günə qədər hər hansı bir psixi xəstəliklə bağlı hansısa xəstəxanada müalicədə olmamışdır. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün ağrıları çox olduğundan xx.xx.2025-ci il tarixdə özünün mobil telefonu olmadığından şəhər ərazisində 1-2 gün ərzində tanış olduğu, lakin adını xatırlamadığı tanışının mobil telefonu vasitəsilə özü sosial şəbəkələrdən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan adını bilmədiyi və tanımadığı İran İslam Respublikası vətəndaşını tapıb onunla əlaqə yaradaraq heroin almaq istədiyini ona bildirmiş və həmin şəxsin istəməsi ilə ona narkotik vasitə satması qarşılığında həmin iran vətəndaşının göndərdiyi kart hesabına 90 manat pul göndərmişdir. Bundan sonra həmin gün həmin tanımadığı İran İslam Respublikası vətəndaşı ona konum göndərərək həmin yerə yaxınlaşıb narkotik vasitəni oradan götürə biləcəyini bildirmiş, həmin şəxsin hal-hazırda xatırlamadığı ərazidəki konum atdığı yerə gedib iki ədəd şəffaf bükümə bükülmüş narkotik vasitə olan kakosu, yəni heroini təkbaşına götürüb cibinə qoymaqla yaşadığı ünvana qayıtmışdır. Evə qayıtdıqdan sonra həmin gün İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi və satış məqsədi ilə aldığı narkotik vasitə olan heroindən az bir hissəsini özü istifadə etmiş və qalanını əvvəlcədən narkotik vasitələri satan zaman dəqiq çəkisini-qramını müəyyən etmək məqsədilə narkotik vasitələrin alqısatqısında istifadə etmək üçün əldə etdiyi elektron tərəzi ilə birlikdə əynindəki şalvarın ciblərinə qoyaraq Nəsimi rayonu ərazisinə çıxmışdır ki, həmin narkotik vasitənin bir hissəsini sataraq İran İslam Respublikası vətəndaşına verdiyi pulu çıxarsın və narkotik vasitə olan heroinin satışdan geri qalan hissəsini isə özü istifadə etsin, öz istifadə edəcəyi narkotik vasitə ona pulsuz qalsın, həm də qazanc əldə etsin. Bu məqsədlə həmin gün qeyd etdiyi narkotik vasitənin təqribən 0,190 qramını üzdən tanıdığı, adını bilmədiyi və narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxsə 20 manat qarşılığında satmışdır. Həmin pulu üzərində saxlayaraq üzərindəki narkotik vasitə və elektron tərəzi ilə gecə düşdüyü üçün yaşadığı ünvana qayıdıb yatmış və səhərisi gün, yəni xx.xx.2025-cü il tarixdə yenidən eyni məqsədlə Bakı şəhəri Nəsimi rayonu ərazisinə çıxıb təkbaşına gəzən zaman, xx.xx.2025-ci il tarixdə saat 12:02 radələrində Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 172 ünvanının qarşısında 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və əllərində mobil telefonla çəkiliş apararaq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bundan sonra özü də ad, soyad, ata adı və digər məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narktoik vasitə və yaxud psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan açıq yaşıl rəngli şalvarının sağ yan cibindən 02(iki) ədəd şəffaf sellofan b'ükümdə, qəhvəyi rəngli, tozşəkilli kakosu, yəni heroini, narkotik vasitələrin satışından əldə etdiyi 20 manat pul əskinasını, şalvarının sol cibindən isə narkotik vasitələrin satışında çəkisini, yəni qramını müəyyən etmək üçün istifadə etdiyi 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bu barədə sorğu edilmiş və bildirmişdir ki, həmin maddə kakos, yəni heroindir, şəxsi istifadəsi və satış üçün bir gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşından 90 manat qarşılığında göndərdiyi konumdan götürərək almışdır. Sonra üstü yoxlanılmış, yoxlama zamanı üzərindən, şalvarının sağ yan cibindən 02 ədəd alışqan və arxa cibindən özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsindən başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 02 büküm heroin, elektron tərəzi və 20 manat pul əskinası ayrılıqda zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar edilmiş alışqanlar və şəxsiyyət vəsiqəsi özünə qaytarılmışdır. Bundan sonra çəkilişin başa çatdığı bildirildi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-yə gəlmişlər. Polis Şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra təqdim etdiyi bükümlər və elektron tərəzi müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi 20 manat pul vəsaiti də yenidən ayrıca zərfə qoyulmuş və həmin zərflər özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlələrin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi və satış məqsədi ilə İran İslam Respublikası vətəndaşından 90 manat qarşılığında göndərdiyi konumdan götürmək yolu ilə aldığını bildirmişdir. Sonradan həmin bükümlərin içərisindəki maddələrin 1,132 qram və 0,441 qram çəkidə narkotik vasitə heroin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuş, həmçinin saxlanılan zaman mobil telefon işlətmədiyi üçün üzərində mobil telefon olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək bildirmişdir ki, narkotik vasitə olan herolnl polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan bir gün əvvəl xx.xx.2025-ci İİ tarixdə adını bilmədiyi tanışının mobil telefonunda sosial şəbəkədən tapdığı İran İslam Respublikası vətəndaşından 90 manat qarşılığında, sonuncunun göndərdiyi konumdan götürərək şəxsi istifadəsi və satış məqsədilə əldə edərək üzərində saxlayaraq daşımış, həmin narkotik vasitəni əldə etdiyi şəxsin, ondan narkotik vasitələri satış məqsədilə alması barıdı heç bir məlumatı olmamış və sosial şəbəkələrdən tapdığı həmin şəxslə əvvəlcədən aralarında ondan alacağı narkotik vasitələrin alqı satqısı ilə bağlı heç bir razılaşma olmamış. Əvvəlcədən nə özü həmin şəxsi, nə də həmin şəxs onu tanımamışdır. Birinci dəfə olaraq İran İslam Respublikası vətəndaşı kimi tanıdığı və adını bilmədiyi, üzünü görmədiyi şəxsdən narkotik vasitə almış və alan zaman özü üçün aldığını bildirmişdir. Həmin şəxs narkotik vasitələri ondan satış məqsədilə almağını bilməmiş, bu barədə məlumatı olmamışdır. Həmçinin narkotik vasitəni satdığı həmin şəxsi əvvəlcədən tanımamış və anket məlumatlarını bilməmişdir. Sadəcə əvvəllər 1 dəfə görmüş və narkotik vasitə istifadəçisi oloduğunu bilmişdir, çox güman ki, həmin şəxs də onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmazdan 1 gün əvvəl ona yaxınlaşaraq narkotik vasitə olub olmadığını soruşmuş və həmin yerdə üzərində olan narkotik vasitənin az bir hissəsini elektron tərəzidə çəkib 20 manat qarşılığında ona satmış, əvvəllər həmin şəxsə narkotik vasitə satmamış və birinci dəfə olaraq, ona narkotik vasitə satmışdır. Bundan əvvəl də heç vaxt həmin şəxs ona narkotik vasitə əldə etməyində və ya satışında köməklik göstərməmişdir, onunla heç bir münasibəti yoxdur, polis əməkdaşları tərəfindən saxlanılan zaman, polis şöbəsinə və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmamışdır. Heç bir xəsarət almamış və döyülməmişdir. Eyni zamanda nə evində, nə də başqa yerdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini bildirirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 120-123-cü vərəqlərində olan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvləri isə Nəsimi RPİ-nin 22-ci PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı X8 və Nəsimi RPİ-nin 22-ci PŞ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid olmuşdur. Bununla əlaqədar 20 avqust 2025-ci il tarixdə saat 12:02-də Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 172 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb saxlayıb xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişlər. Daha sonra özünün videoçəkiliş aparmağı və 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 iştirakı ilə 22-ci PŞnin əməliyyat müvəkkili polis leytenantı Şahid Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar Şahid ona üzərində hər- hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs isə bu təkliflə əynində olan kətan materiallı, açıq yaşıl rəngli şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli maddələrlə, pul vəsaitini çıxarıb təqdim etmiş, bundan sonra onun üstünü Şahid şəxsən yoxlamış və onun üzərindən, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd, sol yan cibindən 01 ədəd olmaqla ümumilikdə 02 ədəd qara və qızılı rəngli alışqanlardan və arxa cibindəki 01 ədəd şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsindən başqa hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümlərin və elektron tərəzinin nə olduğunu, nə üçün üzərində daşıdığını soruşduqda o, bildirmişdir ki, üzərindən aşkar edilmiş 02 ədəd bükümdəki maddələr kakos, yəni heroin adlandırılan narkotik vasitələrdir, onları tanımadığı şəxsdən şəxsi istifadəsi həmçinin satış məqsədilə əldə etmişdir, üzərindən aşkar edilmiş elektron tərəzini isə həmin narkotik vasitələrin satışında istifadə etmişdir və heç bir yerdə işləmir, Nəsimi rayonu ərazisində gündəlik fərdi yaşayış evlərində kirayədə yaşayır, həmçinin üzərindən aşkar edilmiş ümumilikdə 20 manat pul vəsaitini də narkotik vasitələrin satışından əldə etmişdir. Həmin bükümlər, elektron tərəzi və pul vəsaitləri Şahid tərəfindən qablaşdırılıb zərfə qoyularaq, alışqanlar şəxsin özünə qaytarıldıqdan sonra çəkiliş yekunlaşmış və birlikdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada tərəflərdən əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, Şahid tərəfindən götürülərək qablaşdırılmış bükümlərlə, elektron tərəziyə və pul vəsaitlərinə özü, əməliyyat müvəkkilləri Fərid Sadıqov, Şahid və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X9 həmin bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümləri, elektron tərəzini və pul vəsaitlərini özünün təqdim etdiyini, bükümlərdəki narkotik vasitə olan heroini satış məqsədilə üzərində gəzdirdiyini, elektron tərəzindən narktoik vasitələrin satışında istifadə etdiyini və üzərindən aşkar edilmiş pul vəsaitlərini narkotik vasitələrin satışından əldə etdiyini təsdiqləməsindən sonra sözügedən bükümləri və elektron tərəzini ekpertizaya göndərmək məqsədi ilə, eyni zamanda pul vəsaitlərini sübut əhəmiyyəti kəsb etdiyinə görə yenidən qablaşdırmaqla götürmüşdür. Bundan sonra özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri Xəzər Konsaltinq vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Bundan başqa Kərəm Məmmədov ifadəsində, Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədən tapdığı İran İslam Respublikası vətəndaşından xx.xx.2025-ci il tarixdə 90 manat qarşılığında aldığını, aldığı narkotik vasitə olan heroindən az bir hissəsini özünün istifadə etdiyini və qalanını əvvəlcədən narkotik vasitələri satan zaman dəqiq çəkisini-qramını müəyyən etmək məqsədilə narkotik vasitələrin alqı satqısında istifadə etmək üçün əldə etdiyi elektron tərəzi ilə birlikdə əynindəki şalvarın ciblərinə qoyduğunu, həmin tarixdə qeyd etdiyi narkotik vasitənin təqribən 0,190 qramını üzdən tanıdığı, adını bilmədiyi və narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxsə 20 manat qarşılığında satdığını, həmin pulu üzərində saxladığını və səhərisi gün, yəni xx.xx.2025-cü il tarixdə saxlanıldığını bildirmişdir. Həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair onlarda olan məlumat öz təsdiqini tapsa da, lakin Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin şəxsiyyətini müəyyən etməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əsaslı sübutlarla öz təsdiqini tapdığını və qeyd edilən digər şəxslərin müəyyən edilməsi sahəsində hazırda əməliyyataxtarış tədbirlərinin davam etdirildiyini, Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilmədiyini göstərmişdir. Cinayət işinin 9-11-ci vərəqlərində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan kətan materialh, açıq yaşıl rəngli şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli maddələrlə, pul vəsaitini çıxarıb təqdim etmişdir. Bundan sonra üstü yoxlanılmış və onun üzərindən, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd, sol yan cibindən 01 ədəd olmaqla ümumilikdə 02 ədəd qara və qızılı rəngli alışqanlardan və arxa cibindəki 01 ədəd şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsindən başqa hər hansı əşya və ya predmet aşkarlanmamış, Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümlərin və elektron tərəzinin nə olduğunu, nə üçün üzərində daşıdığını soruşduqda o, bildirmişdir ki, ıızərindən aşkar edilmiş 02 ədəd bükümdəki maddələr kakos, yəni heroin adlandırılan narkotik vasitələrdir, onları tanımadığı şəxsdən şəxsi istifadəsi həmçinin satış məqsədilə əldə etmişdir, üzərindən aşkar edilmiş elektron tərəzini isə həmin narkotik vasitələrin satışında istifadə etmişdir və heç bir yerdə işləmir, Nəsimi rayonu ərazisində gündəlik fərdi yaşayış evlərində kirayədə yaşayır, həmçinin üzərindən aşkar edilmiş ümumilikdə 20 manat pul vəsaitini də narkotik vasitələrin satışından əldə etmişdir. Ardınca aşkar olunan bükümlər, elektron tərəzi və pul vəsaitləri qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Həmin şəxsin üstünü yoxlama ünvan 4 ünvanının qarşısında keçirilmişdir. Üstünü yoxlama zamanı «lphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 18-19-cu vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 02 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu, həmçinin elektron tərəzi ilə ümumilikdə 20 manat pul vəsaiti aşkar edilmişdir. Sonra aşkar olunan kütlələr, elektron tərəzi və pul vəsaiti yenidən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlələrin, elektron tərəzinin və pul vəsaitlərinin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə, elektron tərəzi və pul vəsaitlərinin aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə təbii işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Cinayət işinin 31-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 47-48-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 6/2836 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün NQ190 dairəvi möhür əksləri olan 02 (iki) ədəd zərfdən: - üzərində 1) Sadıqov Fərid "İmza”; 2) Məmmədov (soyad oxunmur) "imza"; 3) Şahid "imza”; 4) Təqsirləndirilən şəxs "İmza”; Qablaşdırdı: "imza” O. Həsənov” yazıları qeyd edilmiş zərfdəki 02 (iki) ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri -1,132 qram və -0,441 qram, ümumi təmiz çəkisi 1,573 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bükümlərdəki heroin öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. - üzərində 1) Sadıqov Fərid "imza”; 2) Məmmədov (soyad oxunmur) "imza”; 3) Şahid "imza”; 4) Təqsirləndirilən şəxs "imza"; Qablaşdırdı: "imza" O. Həsənov” yazıları qeyd edilmiş zərfdəki 01 (bir) ədəd elektron tərəzi üzərində isə heroinə məxsus izlərin olması müəyyən edildi. Aşkar edilmiş heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək həmçinin digər bükümlərdəki heroin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Cinayət işinin 50-ci vərəqində olan həmin rəyə əlavə edilmiş madi sübutların qəbul edilməsi və geri qaytarılmasına dair aktın surətindən görünür ki, heroinin ümumi təmiz çəkisi 1,573 qram olmaqla ekspertiza tədqiqatına cəmi 0,100 qram (hər ob.dən 0,050 qram olmaqla) sərf edildikdən sonra qalıq çəkisi 1,473 qram kütlə geri qaytarılmışdır. Cinayət işinin 63-cü vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 22 avqust 2025ci il tarixli protokoldan görünür ki, Birinci diskə baxış zamanı müəyyən edildi kı, diskin içərisində İMG_5839 adlı 08 dəqiqə. 42 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur Videogürüntunün əvvəlindən Nəsimi RPl-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid özünü və Nəsimi RPl-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4, həmçinin çəkiliş aparan Nəsimi RPl-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X6 təqdim edərək 20 avqust 2025-ci il tarixdə saat 12:02-də Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində, daşınmasında və satışında şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkili Şahid saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPMnin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunub-olunmadığını soruşur Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını və hazırda vəkilə ehtiyac olmadığını bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Əməliyyatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan kətan materiallı, açıq rəngli şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzini və şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli maddələrlə, pul vəsaitini çıxarıb təqdim edir. Əməliyyat müvəkkili tərəfindən bükümün içinə baxıldıqda tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddə olduğu müəyyən edilir və həmin pul vəsaitləri sayıldıqda onların 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 05 ədəd isə 1 mnatlıq pul vəsaiti olması müəyyən edilir. Bu barədə Təqsirləndirilən şəxs sual edildikdə Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş 02 ədəd bükümdəki maddələr kakos, yəni heroin adlandırılan narkotik vasitələrdir, onları tanımadığı şəxsdən şəxsi istifadəsi həmçinin satış məqsədilə əldə etmişdir, üzərindən aşkar edilmiş elektron tərəzini isə həmin narkotik vasitələrin satışında istifadə etmişdir və heç bir yerdə işləmir, Nəsimi rayonu ərazisində gündəlik fərdi yaşayış evlərində kirayədə yaşayır, həmçinin üzərindən aşkar edilmiş ümumilikdə 20 manat pul vəsaitini də narkotik vasitələrin satışından əldə etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd, sol yan cibindən 01 ədəd olmaqla ümumilikdə 02 ədəd qara və qızılı rəngli alışqanlardan və arxa cibindəki 01 ədəd şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsindən başqa hər hansı əşya və ya predmet aşkarlanmır. Bundan sonra əməliyyat müvəkkili tərəfindən sözügedən bükümlər bir ədəd zərfə və aşkar edilmiş pul vəsaitləri ilə elektron tərəzi isə başqa zərfə qoyularaq qablaşdırıldı və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkildi. Şəxsin üzərindən aşkar edilmiş alışqanlarla şəxsiyyət vəsiqəsi isə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarıldıqdan sonra Nəsimi RPİ- nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşdı. İş üzrə təqdim edilmiş ikinci diskə baxış zamanı orada bir ədəd videogörüntü olduğu müəyyən edildi. Həmin faylın “İMG_5853” adında 13 dəqiqə 25 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin 22- ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Həsənov özünü təqdim etməklə Nəsimi RPl-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2025-ci il tarixdə ünvan 5 ünvanının qarşısında AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən içərisində heroinə bənzər maddə olan iki ədəd bükümün, ümumilikdə 20 manat pul vəsaitinin və 01 ədəd elektron tərəzinin götürülüb qablaşdırıldığı bildirilir. Həmin bükümlər, elektron tərəzi və pul vəsaitləri olan zərflərin açılaraq içərisinə özü tərəfindən baxış keçirildiyi elan edilir və həmin zərfləri açmaqla qeyd olunan şəffaf bükümlərin içərisinə baxır və narkotik vasitə heroinə bənzər maddə olduğunu, həmçinin ümumilikdə 20 manat pul vəsaiti ilə elektron tərəzinin olduğunu müəyyən edir. Təhqiqatçı ilkin videogörüntüdən həmin bükümlərlə, elektron tərəzi və pul vəsaitlərinin Təqsirləndirilən şəxs götürüldüyünün aydın olduğunu bildirir, həmçinin Təqsirləndirilən şəxs bunu təsdiq edir və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, onları satış məqsədilə əldə etdiyini, həmin elekrton tərəzini narkotik vasitələrin satışında istifadə etdiyini və aşkar olunmuş pul vəsaitlərini narkotik vasitələrin satışından əldə etdiyini bildirir. Ardınca isə təhqiqatçı tərəfindən həmin bükümlər, elektron tərəzi və pul vəsaitləri yenidən başqa boş zərflərə qoyularaq, “188” nömrəli möhürlə möhürlənib qabşaldırılır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Cinayət işinin 136-137-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 5161 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 95-99-cu vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-525/2025 saylı qərarından görünür ki, vəsatətin təmin olunması, X10 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 20 avqust 2025-ci il tarixdən, saat 12:02-dən hesablanması qərara alınmışdır. Cinayət işinin 103-106-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü i il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl cəza çəkməkdən azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 107-108-ci vərəqlərində olan “Maddi sübut kimi tanıma haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,132 qram və 0,441 qram olmaqla ümumi təmiz çəkisi 1,573 qram çəkidə narkotik vasitə heroin, narkotik vasitələrin satışında istifadə etdiyi 01 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi ümumilikdə 20 manat pul vəsaitinin cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 128-136-cı vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-124/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 1,573 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göstərilən xüsusatlardan irəli gələrək qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-124/2023 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə Azərbaycan Respublikası CM-nın 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun cəzasının bitib qeydiyyatdan çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır.. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 20 avqust 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X11ya məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,473 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar