Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-699/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə əyləşdiyi ünvan 2 ünvanda yerləşən “Səbuhi” kafesində sonuncunun tualetə getməsindən istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə stolun üzərindən Zərərçəkmiş şəxs məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2136 manat dəyərində “Samsung Galaxy S22” markalı mobil telefonu və içərisində 3500 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5651 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Qobustanda yaşadığı üçün həmyerli kimi tanıyır. 09 noyabr 2023-cü il tarixdə Qobustandan çıxıb Bakı şəhərinə gələrkən dayanacaqda Orxanla təsadüfən görüşmüş, Orxan ona demişdir ki, o da şəhərə gedir, özünə mobil telefon alacaq. Orxana demişdir ki, birlikdə getsinlər, Orxan etiraz etməmişdir. Orxanla birlikdə həmin tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən “Kontakt” mağazasına gəlmişlər. Orxan özünə kreditlə, hər ay 178 manat verməklə ümumilikdə 2136 manata “Samsunq S22” markalı mobil telefon almışdır. Orxanla birlikdə mağazadan çıxanda ona təklif etmişdir ki, çayxanaların birində əyləşib çay içsinlər. 09 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosunun aşağısında yerləşən R.Cəfərov küçəsindəki “Səbuhi” kafesində əyləşmişlər. Orxan çay sifariş etmiş və ona demişdir ki, ayaqyoluna dəyib qayıdır. Gödəkçəsini çıxarıb stulun üstünə qoymuş, mobil telefonu və pul kisəsini də stolun üstünə qoymuşdur. Həmin vaxt o, Sərvərin mobil telefonunu və pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Belə ki, onun borcu olduğu üçün və borc yiyələri onu sıxdıqları üçün o, həmin pulları qaytarmalı olmuşdur. Buna görə də mobil telefonu və pul kisəsini götürüb cibinə qoyaraq dərhal kafeni tərk etmişdir. Pul kisəsinin içində Orxanın 3500 manat pulu olmuşdur. Həmin pulu dərhal götürərək pul kisəsini də kafenin çıxışında yerləşən zibil qutusuna tullamışdır. Mobil telefonu isə işlətməyə başlamış, sonra tanışına satmışdır. Həmin gün axşam o, Orxanın yaşadığı evə gələrək pula ehtiyacı olduğu üçün onun mobil telefonunu və pul kisəsindəki pulu oğurladığını etiraf etmişdir. Orxana demişdir ki, borcu olduğu üçün bu addımı atmış, lakin yaxın zamanda pulların hamısını qaytaracaq və mobil telefonun kredit pulunu da ödəyəcək. Orxandan xahiş etmişdir ki, polisə şikayət etməsin. 4 ay telefonun kredit pulunu vermiş və pulu olmadığı üçün krediti daha ödəyə bilməmişdir. Lakin Orxana demişdir ki, özü krediti ödəsin, onun ödədiyi pulu özünə qaytaracaq. Pul kisəsini və mobil telefonu oğurlayarkən onu heç kim görməmiş və saxlamamışdır. Pul kisəsini və mobil telefonu götürmüş, pul kisəsinin içindəki pulu cibinə qoyaraq pul kisəsini də tullayıb sakitcə kafeni tərk etmişdir. Həmin vaxt Orxan ayaqyolunda olmuşdur. Pul kisəsinin içində 3500 manat pul olmuşdur və o, həmin pulu ona qaytarmış, yalnız 2200 manat mobil telefonun pulunu qaytarmamışdır. Mobil telefonu oğurladıqdan bir neçə gün sonra 600 manata Sərxan adlı tanışına satmışdır. Orxanla danışığı belə olmuşdur ki, hər ay ona 500 manat pul ödəyəcək. Ümumilikdə 2340 manat pulu Orxanın kartına köçürmüş, 712 manat da mobil telefonun 4 ayın pulunu əvvəllər ödəmişdir, hesablayanda 3050 manat təşkil edir. 450 manat da ödəyəcəyini və ümumilikdə ona 3500 manat, yəni onun pul kisəsindən oğurladığı pulu qaytarmış olur. Daha sonra isə oğurladığı mobil telefonun pulunu, 2200 manatını qaytaracağına razılaşmışlar. Bu barədə ərizə də yazmışdır. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Qobustanda yaşadığı üçün həmyerli kimi tanıyır. 09 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Kontakt” mağazasından özünə kreditlə, hər ay 178 manat verməklə ümumilikdə 2136 manata “Samsunq S 22” markalı mobil telefon almışdır. Həmin vaxt Sərvər də yanında olmuşdur. Belə ki, o, Qobustandan çıxıb Bakı şəhərinə gələndə Sərvər də işi olduğu üçün Bakı şəhərinə gedəcəyini bildirmişdir. Ona görə də Sərvərlə birlikdə Bakı şəhərinə təsadüfən gəlmişlər. Ona bildirəndə ki, özünə mobil telefon alacaq, Sərvər onunla bir yerdə mağazaya gedəcəyini bildirmişdir. Sərvərlə birlikdə mobil telefonu alıb çıxanda sonuncu ona təklif etmişdir ki, gedib çayxanaların birində çay içsinlər və ordan çıxıb gedəcək. 09 noyabr 2023-cü ildə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 10 ünvanında yerləşən “Səbuhi” kafesində əyləşmişlər. O, aldığı mobil telefonu və içərisində 3500 manat pul olan pul kisəsini stolun üstünə qoymuş və çay sifariş edərək ayaqyoluna getmişdir. Qayıdanda görmüşdür ki, Sərvər orada deyil, həmçinin stolun üstünə qoyduğu mobil telefon və pul kisəsi də stolun üstündə yoxdur. O, kafenin işçisindən Sərvərin hara getməsini soruşmuş, kafenin işçisi də Sərvərin getdiyini bildirmişdir. O, Sərvərə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Həmin gün axşam Sərvər yaşadığı evə gələrək ona mobil telefonla pul kisəsini götürdüyünü bildirmiş, o da ondan pulunu və mobil telefonunu geri istəmişdir. Sərvərdən nəyə görə oğurluq etdiyini soruşanda o, pula ehtiyacı olduğu üçün mobil telefonunu və pul kisəsini oğurladığını bildirmişdir. Ondan oğurladıqlarını qaytarmağını, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Sərvər xahiş etmişdir ki, pullarını qaytaracaq, polisə şikayət etməsin. Eyni zamanda da Sərvər ona demişdir ki, mobil telefonun kreditini özü ödəyəcək. O da polisə şikayət etməmişdir. Sərvər 4 ay mobil telefonun kreditini ödəmişdir. Lakin sonra krediti ödəmədiyi üçün özü krediti ödəməyə başlamışdır. Sərvərə nə qədər zəng etməyə cəhd etsə də, ona zəng çatmamışdır. Məcbur olub 2024-cü ilin aprel ayında ərazi üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə şikayət etmək məcburiyyətində qalaraq mobil telefonun İMEİ kodunu polisə vermişdir. Sərvər onun mobil telefonunu götürüb gedəndən sonra onu görməmişdir. O, stola yaxınlaşanda görmüşdür ki, mobil telefonun yalnız qutusu stolun üstündədir. Belə ki, telefonu alanda mağazada qutusundan çıxarıb telefonu yoxlayaraq ona vermişlər, qutusu da özündə olmuşdur. O kafedə olarkən ayaqyoluna gedəndə gödəkçəsini soyunub stulun üstünə, telefonun qutusunu, mobil telefonu və pul kisəsini stolun üstünə qoymuşdur. Kafenin işçisi bildirmişdir ki, Sərvər həqiqətən də stolun üstündən pul kisəsini və mobil telefonu götürüb getmişdir. Lakin bir yerdə həmin kafeyə gəldikləri üçün və tanış olduqları üçün kafenin işçisi Sərvərə heç nə demədiyini ona bildirmişdir. Bir ədəd “Samsunq S 22” markalı mobil telefonun qiyməti 2136 manatdır, içərisində 3500 manat olan pul kisəsini 15 manata almışdır. Beləliklə də ümumilikdə ona 5651 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Sərvər onun həmyerlisidir. 2023-cü il tarixdə Qobustan qəsəbəsində mobil alqı-satqısı mağazasını işlətmişdir. Vətəndaşlardan mobil telefon alıb satmışdır. Sərvər 2023-cü ilin noyabr ayında ona bir ədəd “Samsunq S 22” markalı mobil telefon gətirib göstərərək özünün olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin mobil telefonu Sərvərdən o, 600 manata almışdır. Sonra isə həmin mobil telefonu o, 700 manata qəsəbədə satmışdır. 2023-cü ilin sonlarında həmin mobil telefon alqısatqısı mağazasını bağlamışdır. Mobil telefonu satdığı şəxsi xatırlamır, belə ki, hadisə çoxdan baş vermişdir. Sərvərdən mobil telefonu alarkən həqiqətən də özünə məxsus oluğunu soruşmuş və o bildirmişdir ki, mobil telefon özünündür və ondan şəxsiyyət vəsiqəsinin surətini almışdır. Mobil telefonu satarkən də satdığı şəxsin şəxsiyyət vəsiqəsinin surətini ondan almışdır. Şəxsiyyət vəsiqələrinin surətini mağazaya yığmış, sonradan həmin mağazanı bağladığı üçün mağazadakı şəxsiyyət vəsiqələrin hamısını tullamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Sərvər onun qardaşıdır, Orxan da həmyerlisidir. Orxan 2023-cü ildə həqiqətən də yaşadıqları evə gəlib onlara bildirmişdir ki, Sərvər onun pul kisəsini və mobil telefonunu oğurlayıb. X5 sonradan təxminən 3500 manat pul qaytarıb, yerdə qalan 2200 manatı da qaytaracağına söz verib, onlar razılığa gəlmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir (i.v.51); - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.53); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.54); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.57); - “Axtarışda olan şəxsin yaxalanması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPŞ-nin qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir (i.v.60); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.61); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v.93-94); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulan təqdirdə Nəsimi MSY-yə təhvil verilməsi qərara alınmışdır (i.v.102-103); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.106); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.109-110); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs tutulub İŞnə təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.132-133); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.151-152); - “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir (i.v.164); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.185-186); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda fəaliyyət göstərən “‘Səbuhi” kafesidir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-11); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq zamanı Zərərçəkmiş şəxs içində 3500 manat olan pul kisəsinin və mobil telefonun oğurlanması barədə əvvəlki ifadəsini təsdiqləyərək istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı da bildirmişdir (i.v.85-88); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 09 noyabr 2023-cü ildə günorta saatlarında əhatə dairəsi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi, Ailə Sağlamlıq Mərkəzi, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 09 noyabr 2023-cü ildə günorta saatlarında əhatə dairəsi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti və Cəfərov küçəsi olmuşdur (i.v.155-163); - Ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 240 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 500 manat pul ödənilmişdir (i.v.177-183); - Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus pul kisəsindən oğurladığı 3500 manat pulu qaytarmışdır. Oğurladığı mobil telefona görə 2200 manat qalmışdır (i.v.184); - "xxxx" MMC tərəfindən keçirilmiş daşınar əmlakın bazar dəyərinin müəyyən edilməsi ekspertizası üzrə tərtib olunmuş “Daşınar əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli 11-62/25 nömrəli hesabatdan görünür ki, 01 ədəd “Samsung S22” markalı mobil telefonun 2023-cü ilin noyabr ayına pərakəndə satış qiyməti 2060 manat təşkil edtmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 70,00 manat təşkil edir (i.v.137-146); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam şəkildə təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.201-204); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, telefon danışıqları və anten məlumatlarını özündə əks etdirən “Azercell” və “Azerfon” şirkətindən daxil olmuş iki ədəd disk və cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə göndərdiyi ödəniş çekləri iş üzrə sübut kimi tanınmışdır (i.v.205-209); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.32); - Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, aralarında barışıq olduğu üçün bir-birilərinə qarşı heç bir iddia, şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaq; - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi tərəfindən verilmiş Mİ №008717 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibəsi iştirakçısıdır; - Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk və cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə göndərdiyi ödəniş çekləri cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış daşınar əmlakın bazar dəyərinin müəyyən edilməsi ekspertizasının xərci - ümumilikdə 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk və cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə göndərdiyi ödəniş çekləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, Qara Qarayev filialı; Kod: 200145; VÖEN: **********; SWİFT kod: AllBAZ2XXXX; M/h: AZ37NABZ********************; VÖEN: **********; Hesab: AZ08AllB400600D**********114) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-699/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-699/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver