Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-7/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 120 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirib əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid3 xx xxx 2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs 13 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən evdən götürüb, idarə etdiyi «Toyota Prius» markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirdikdən sonra aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin içərisində yumruqla burun və baş nahiyəsindən, daha sonra yaşadığı ünvan 2 ünvana gəldikdən sonra 14 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində mobil telefonu ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən dəfələrlə zərbələr vurmuş, sonuncuya nifrət etdiyini və əzab verəcəyini bildirmişdir. 15 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs avtomobildən düşüb qaçmaq istədiyini gördükdə, sonuncunu tutub avtomobilə otuzdurmaqla əlləri ilə bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq, avtomobildə olan alışqanla Zərərçəkmiş şəxs hər iki əlini və sol ayağını yandırmış, sonuncunu iki və daha artıq dəfə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrı verməsi nəticəsində ona sağ saidin, hər iki əlin, sol baldırın ümumi bədən səthinin 4,7%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları, çənəaltı nahiyənin səthi kəsilmiş yaraları, başın sol gicgah-ənsə nahiyəsinin, üzün sağ yarısında alın, gicgah, qaş, üst göz qapağı, almacıq nahiyələrinin, üzün sol yarısında gicgah, alt göz qapağı, gözaltı, almacıq, qulaqaltı-çeynəmə, yanaq və çənə nahiyələrinin qançır-şişkinlik halında əzilmələri, üst dodağın haşiyəsinin və selikli qişasının əzilmiş yaraları, hər iki qulaq seyvanının, hər iki gicgah nahiyəsinin, boyun nahiyəsinin, hər iki bazunun, hər iki saidin, döş qəfəsinin ön və arxa səthlərinin, sol sağrı nahiyəsinin, hər iki budun, sol diz oynağı nahiyəsinin, sol ayağın İ barmağının qançırları, sol gicgah nahiyəsinin, sol gözaltı-almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin, alt dodağın haşiyəsinin, hər iki qulaq seyvanının, çənəaltı nahiyənin, boyun nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin, döş qəfəsinin arxa səthinin sıyrıqları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs güclü fiziki ağrı yetirib əzab vermişdir. Bundan başqa verilmiş ittihama görə o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,800 qram çəkidə narkotik vasitə heroini və 0,282 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımışdır. 24 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən barəsində olan şikayət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,865 qram və 0.935 qram olmaqla ümumi təmiz çəkisi 1,800 qram təşkil edən həmin narkotik vasitə heroin və 01 bükümdə 0.282 qram çəkidə həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamın müdafiəsindən imtina etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid3 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Zeynəbin xx xxx 2014-cü il təvəllüdlü Yusif adlı oğlu var və o, Zeynəbin anası Şahid4 ilə birlikdə yaşayır. 13 sentyabr 2022-ci il tarixində Gülşən Şahid3 zəng edərək artıq Yusiflə bacara bilmədiyini, gəlib onu götürməsini, əks halda uşağı küçəyə atacağını bildirmiş, lakin Zeynəb oğlunu götürmək istəməmişdir. Həmin vaxt onun Yusifə yazığı gəlmiş və Zeynəbə uşağı gedib götürməsini bildirmişdir. Onlar birlikdə onun avtomobili ilə gedib Yusifi Şahid4 evindən götürmüşlər. Daha sonra o, atasına dostunun oğlunu internat məktəbinə qoymaq lazım olduğunu bildirmiş, lakin həmin gün məktəbin müdiri işdə olmadığından Yusifi səhəri gün internat məktəbə aparmışlar. Zeynəb də onlarda birlikdə getmişdir. Müdir Yusifin siqaret çəkdiyini bildiyi üçün onu məktəbə qəbul etməmişdir. O da siqaret çəkdiyinə görə əsəbləşib bir dəfə Yusifə şillə vurmuşdur. Lakin o, anası Zeynəbin dəfələrlə Yusifi vurmasının şahidi olmuş, bu zaman Yusif nalayiq sözlərlə anasını təhqir etmişdir. Yusifin bədənindəki xəsarətlər anası onu vurduğu üçün yaranmışdır. O, Yusifin əlində siqaret söndürməmişdir. Bundan başqa, o, bildirmişdir ki, 24 sentyabr 2022-ci il tarixində saat təxminən 11:00 radələrində yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahələr ünvanında yerləşən evində Zeynəblə birlikdə olan vaxt qapı döyülmüş, o, qapını açmağa gedərkən 5 nəfər polis əməkdaşı pəncərəni sındırıb içəri girmişlər. Onun qolunu qandalla çarpayıya bağlayıb döymüş və narkotik vasitənin yerini deməsini bildirmişlər. O da evdə narkotik vasitə olmadığını bildirmişdir. Təxminən yarım saat döydükdən sonra polis əməkdaşları onu və Zeynəbi maşına mindirib polis şöbəsinə aparmışlar. O, həmin gün narkotik vasitə istifadə etsə də, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni ona 19-cu polis şöbəsində olarkən polis əməkdaşları vermiş və fiziki təzyiqlər göstərərək narkotik vasitənin ona məxsus olmasını boynuna götürməyə onu məcbur etmişlər. O da döyüldüyü üçün narkotik vasitənin onun olması ilə bağlı izahat vermişdir. Daha sonra Bakı İstintaq Təcridxanasına aparılan zaman üzərində xəsarətlər olduğu üçün bununla bağlı Nəsimi rayon prokurorluğuna məlumat verilmiş və prokurorluq tərəfindən araşdırma aparılan zaman o, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, nənəsi Şahid4 ilə birlikdə Badamdar qəsəbəsində yaşayır. Anası bir yaşı olanda onu nənəsinin yanında qoyub getmişdir. Anası Şahid3 Anarla birlikdə yaşayır. Bir dəfə o, dostları ilə evdə olanda yerə boya tökmüş və nənəsi bundan əsəbləşib anası Zeynəbə zəng edərək gəlib onu götürməsini bildirmişdir. Anası Anarla birlikdə gəlib onu nənəsigildən götürüb Mərdəkana aparmışlar. Həmin vaxt yolda o, Anarla birlikdə marketə girmiş və marketdə heç bir səbəb olmadan Anar onun qarnından vurmuşdur. Ona bu barədə anasına heç bir söz deməməyi tapşırmış, o da anasına heç nə deməmişdir. Marketdən çıxdıqdan sonra Anar içərisində narkotik vasitə olan qabı marketdə unutduğunu deyib ondan gedib qabı gətirməsini tələb etmiş, o da gedib gətirmişdir. Qabın içərisində narkotik vasitə olduğunu Mərdəkana, Anarın evinə gəldikdə bilmişdir. Evə gəldikdən sonra o yatmış, Anar və anası isə narkotik vasitə qəbul etmişlər. Səhəri gün onlar birlikdə internat məktəbinə getmiş, oradan çıxdıqdan sonra avtomobildə Anar onun başından və burnundan vurmuş, burnu qanamış, burnunun qanı avtomobilə tökülmüş və Anar həmin qanı yalamağa onu məcbur etmişdir. Bir dəfə o, Anar və anası ilə birlikdə ünvanını bilmədiyi bir yerə getmiş, Anarla anası maşından düşüb gedən zaman o da nənəsinin yanına getmək istədiyi üçün maşından düşüb qaçmış, bu zaman Anar onu tutaraq birinci çöldə vurmuş, sonra da maşına mindirib siqaret yandırmaq üçün avtomobildə olan alışqanla əlini yandırmışdır. Anar onu vuran, həmçinin əlini yandıran zaman anası da yanlarında olmuş, lakin heç bir şey etməmişdir. Bundan başqa anası Zeynəbin də onu vurduğunu bildirmişdir. O, Anar və anası ilə birlikdə 3 gün qalmış, nənəsinin yanına getmək istədiyini bildirdikdə Anar nənəsi Gülşəndən 200 manat pul aldıqdan sonra taksi ilə onu nənəsinin yanına göndərmişdir. Daha sonra təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan vaxt o, onun avtomobilinə müştəri kimi minmişdir. Ondan sonra aralarında münasibət yaranmış və bir yerdə yaşamağa başlamışlar. Oğlu Yusif isə doğulandan anası ilə birlikdə yaşamışdır. 13 sentyabr 2022-ci il tarixində gecə vaxtı anası zəng etmişdir ki, Yusif nadinclik edir, gəl götür. O, getmək istəməmiş, lakin Anar onu fikrindən daşındırmışdır. Bundan sonra onlar Badamdara gedib Yusifi götürmüşlər və Anargilə getmişlər. Anar yolda olarkən maşında Yusifi döymüş və Yusif ağlamağa başlamışdır. Səhəri gün Anar Yusifi internat məktəbinə düzəltmək üçün aparmışdır. Anası Yusifi məktəbə düzəltmək üçün 300 manat göndərmiş, lakin sonra o, məktəbdən öyrənmişdir ki, Anar heç uşağı məktəbə düzəltməmişdir. Anardan bunun səbəbini soruşanda isə Anar onu da, Yusifi də döymüşdür. Gecə Yusif ona nənəsinin yanına getmək istədiyini bildirmiş, Yusif onlarla 3 gün qaldıqdan sonra anası da ondan uşağı göndərməsini tələb etmişdir. Anar da anası 200 manat verdikdən sonra Yusifi göndərəcəyini demişdir. Anası 200 manatı göndərəndən sonra Anar Yusifi taksi ilə anasının yanına göndərmişdir. Anar Yusifi vurarkən o, onları ayırmağa çalışmışdır. O, özü də Yusifi vurmuş, lakin zərblə vurmamışdır. Daha sonra 24 sentyabr 2022-ci il tarixində səhər saatlarında o, Anarla birlikdə Şağan qəsəbəsində evdə olarkən polis əməkdaşları gəlib qapını döydükdə, qapını açmadıqları üçün polislər evə pəncərədən daxil olub onları tutmuş və hər ikisini 19-cu polis şöbəsinə aparmışlar. X10 Rayon Polis İdarəsinə aparmışlar, o isə şöbədə iki gün qaldıqdan sonra onu buraxmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 onun qızıdır. Zeynəbin 2014-cü il təvəllüdlü Yusif adlı bir oğlu var. Qızı onunla yaşamır, lakin nəvəsi Yusif onunla qalır. 13 sentyabr 2022-ci il tarixində qızına zəng edib bildirmişdir ki, xəstə olduğu və Yusif çox dəcəl olduğu üçün ona baxa bilmir, həmçinin onu Mərdəkanda yerləşən yatılı məktəbə yazdırması üçün gəlib aparsın. Zeynəb Anarla birlikdə gəlib Yusifi aparmışdır. Üç gündən sonra Yusif evə gələndə bədənində xəsarətlərin, əlində yanıq izlərinin olduğunu görmüş, nə baş verdiyini soruşan zaman Yusif ona maşından düşüb qaçmaq istəyərkən Anarın onu tutub maşına gətirib əlini yandırdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə “Anar” adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq üçün əməliyyat müvəkkili Şahid1lə birlikdə yaşadığı ünvanın qarşısında ona yaxınlaşmış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmiş, şöbədə üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs arxa sağ cibindəki narkotik vasitəni könüllü olaraq təqdim etmiş, sonra həmin maddə zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs saxlayarkən orada olmadığını, yalnız şöbədə sənədləşdirmə zamanı iştirak etdiyini bildirmişdir. Sonrakı məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında təkrar dindirilərkən Şahid2 əvvəlki məhkəmə iclasında fikirlərini düzgün ifadə edə bilmədiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar şöbənin əməliyyat müvəkkili X2 ilə birlikdə 24 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 120 ünvanına getmişlər, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində Şahid4 şikayəti əsasında Nəsimi RPİ -də aparılan araşdırma ilə bağlı onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. Orada olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna dair şübhələr yarandığından Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 3 ədəd sellofan büküm aşkar olunaraq götürülmüş və müvafiq protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.44); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.58); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.129-133); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında aparılmışdır. ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 133.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir (i.v.42- 43); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ünvan 3 ünvanın qarşısında əzab vermişdir (i.v.07-08); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əliyev X8 RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 3 ədəd şəffaf sellofanda olan büküm narkotik vasitənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.83-87); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5510 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksləri olan. “Şübhəli şəxs - Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,865 qram, 0,935 qram ümumi təmiz çəkisi 1,800 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir (i.v.92-96); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7538 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.149-150); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1240 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər sağ saidin, hər iki əlin, sol baldırın ümumi bədən səthinin 4,7%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları yüksək hərarətin (alovun) yerli təsirindən, çənəaltı nahiyənin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən, başın sol gicgah-ənsə nahiyəsinin, üzün sağ yarısında alın, gicgah, qaş, üst göz qapağı, almacıq nahiyələrinin, üzün sol yarısında gicgah, alt göz qapağı, gözaltı, almacıq, qulaqaltı-çeynəmə, yanaq və çənə nahiyələrinin qançır-şişkinlik halında əzilmələri, üst dodağın haşiyəsinin və selikli qişasının əzilmiş yaraları, hər iki qulaq seyvanının, hər iki gicgah nahiyəsinin, boyun nahiyəsinin, hər iki bazunun, hər iki saidin, döş qəfəsinin ön və arxa səthlərinin, sol sağrı nahiyəsinin, hər iki budun, sol diz oynağı nahiyəsinin, sol ayağın İ barmağının qançırları, sol gicgah nahiyəsinin, sol gözaltı-almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin, alt dodağın haşiyəsinin, hər iki qulaq seyvanının, çənəaltı nahiyənin, boyun nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin, döş qəfəsinin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər. Qeyd olunan xəsarətlər müayinədən 2-4 gün əvvəl törənməyə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkən şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilmələri istisna olunmur və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (i.v.146-148); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,800 qram narkotik vasitə heroin və 0, 282 qram psixotrop maddə-metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1,700 qram narkotik vasitə heroin və 0,232 qram psixotrop maddə-metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.212-224); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.142); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.39-40); - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən 3 ədəd şəffaf sellofanda olan büküm narkotik vasitəni çıxarıb masanın üstünə qoyur, Sumqayıt şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. - Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs yaxalanması anının görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evindən 5 nəfər şəxs tərəfindən aparılır. Həmçinin həmin şəxslər arasında Şahid2 olmadığı müəyyən edilmişdir. - Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs anten dairəsinin xx.xx.2023-cü il tarixdə saat 11 radələrinə kimi Xəzər rayonu, Şağan qəsəbəsində olduğu, 11 radələrindən etibarən isə anten dairəsinin Nəsimi rayonunun inzibati ərazisində olduğu müəyyən olunmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 8529/2022 saylı məhkumun tibbi kitabçasından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müayinə zamanı bədəninə baxış keçirilərkən sol saidin ön aşağı 1/3-də bənövşəyi, sağ üz nahiyəsində sarımtıl-yaşıl qançırlar, sağ əlin arxa səthində üzəri qərtməkli yaralar aşkar olunmuşdur; - Nəsimi rayon prokurorluğunun müstəntiqi Yaqub Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən döyülməsi faktı müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamdan imtina edərək bu maddə üzrə barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bu Məcəllənin 43.1.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, onun barəsində həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi üzrə ittihamla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, həmin Məcəllənin 133.2.4-cü təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi özünü təqsirli bilməməsi və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsə əzab vermədiyini, sadəcə olaraq bir dəfə sillə vurması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 saylı hökmü ilə məhkum olunanadək törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaqla qəti cəza təyin edir. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək həbsdə olduğu 05 (beş) ay 19 (on doqquz) gün və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 55 (əlli beş) manat Dövlət Büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və saxlanılması prosesinin videogörüntülərini əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,700 qram çəkidə narkotik vasitə heroin və 0,232 qram çəkidə psixotrop maddə metamfetamin həmin narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-255/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək həbsdə olduğu 05 (beş) ay 19 (on doqquz) gün və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittihamın müdafiəsindən imtina etməsi qəbul edilsin və istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 55 (əlli beş) manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və saxlanılması prosesinin videogörüntülərini əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,700 qram çəkidə narkotik vasitə heroin və 0,232 qram çəkidə psixotrop maddə metamfetamin həmin narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-7/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-7/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver