Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-7/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 17:00 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və X6 iştirakları ilə xx.xx.2002-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Kürdlər kəndində qeydiyyatda olan, Bərdə rayonu, Divanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 26 aprel 2023-cü il tarixdə saat 01 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan tanışı Zərərçəkmiş şəxs məxsus “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək hərəkətini davam etdirərkən Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə Abdulvahab Salamzadə küçələrinin kəsişməsində hərəkətdə olmaqla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərini pozaraq, yəni sola doğru dönmə əməliyyatını qadağan edən yol nişanının qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib 30 km/saat sürətlə hərəkətini davam etdirərək yolayrıcına daxil olan sürücü Şahid1 etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs baş beyin toxuması, qişaları altına, mədəciklərinə qansızma, sağ budun qapalı, yerdəyişmiş sınığı, sağ qaşın əzilmiş yarası, sağ gicgah-alın, burun, sol said, sağ baldır, sol dirsək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sol yarsının, hər iki budun və hər iki baldırın qançırları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması ilə əlaqədar baş beyinin əzilməsi, beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar nəticəsində hadisə yerində ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 26 aprel 2023-cü il tarixdə, təxminən saat 01 radələrində idarə etdiyi, “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Abdulvahab Salamzadə küçələrinin kəsişməsində hərəkətdə olarkən anidən “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun qarşısına çıxmış və aralarında təxminən 20 metr məsafə olduğundan tormozlama edə bilmədən toqquşmuşlar. Hadisə nəticəsində onun özü, avtomobilində olan sərnişinlər Şahid3, Şahid2 xəsarətlər almışlar, sərnişin Zərərçəkmiş şəxs isə vəfat etmişdir. Hadisədən sonra xəstəxanada olduğu vaxt müstəntiq ondan şok vəziyyətində olarkən izahat almışdır və o da müstəntiqə şokda olduğundan hadisələri tam olaraq xatırlamamağı barədə izahat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun avtomobilinin sürəti 60-70 km/saat olmuşdur. Avtomobildə Şahid2, Pərvin olmuşlar. “Kamaz” markalı avtomobil “Papanin” körpüsünə çatanda bir anda qarşısına çıxmışdır. Həmin “Kamaz” dönmə qadağan olduğu halda gözləmədən dönmüş, o yol ayrıcına çatanda 20 metr qalmış hadisə olmuşdur. O, tormoz verməmiş, çünki heç imkanı olmamışdır. İfadəsinin sonunda baş vermiş hadisə ilə əlaqədar heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə Bərdə Regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyeva tərəfindən təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və barışdığını bildirmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsində həyat yoldaşı Aliyə İsmayılova, 2015-ci il təvəllüdlü oğlu Əli və 2020-ci il təvəllüdlü qızı Nilayla birlikdə yaşayır. Etibarnamə əsasında “Kamaz 5511” markalı **-BH- *** dövlət nömrə nişanlı yük avtomobili ilə fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olur, yəni torpaq və zibil tullantılarının daşıması işi ilə məşğul olub ailəsini dolandırır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Laçın dəhlizi, Şuşa və Xocavənd rayonlaru uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş və bununla bağlı dövlət başçısı tərəfindən təltif edilmişdir. 25 aprel 2023-cü il tarixdə saat taxminən 23-24 radələrində ona verilmiş sifarişə əsasən idarə etdiyi “Kamaz 5511” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yeni tikilməkdə olan "xxxx" MMC-yə aid binanın həyətində idarə etdiyi avtomobilə torpaq yüklənmiş, o isə həmin torpaq kütləsini Yasamal rayonu ərazisində olan "xxxx" MMC-yə məxsus digər binanın həyətinə aparmaq üçün xx.xx.2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi avtomobillə Yasamal rayonu istiqamətində C.Səlimov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edərkən, “Papanin” hospitalı deyilən tibb mərkəzinin qarşısından keçib qarşıdakı svetafordan Abdulvahab Salamzadə küçəsinə dönmək qərarına gəlmişdir ki, həmin küçə ilə Qələbə dairəsi istiqamətinə hərəkət etsin. O, işıqforun yaşıl işığında sol tərəfə dönmə əməliyyatını həyata keçirmək üçün sol xəbərdaredici işıq siqnalını yandırmış və işıqforun yaşıl işığında dönmə əmaliyyatını həyata keçirmək üçün hərəkət etməyə başlamışdır. Dönmə əməliyyatını həyata keçirmək istəyərkən 3-cü mikrorayon dairəsi istiqamətindən C.Səlimov küçəsi ilə avtomobilin hərəkət etdiyini görmüş, qaranlıq olduğu üçün o, avtomobilin markasını bilməmiş, sadəcə avtomobilin işıqlarını görmüşdür. Həmin avtomobil ilə aralarındakı məsafə təxminən 100 metr və yə daha artıq olduğundan, o, həmin avtomobil ona yaxınlaşana qədər dönmə əməliyyatını həyata keçirib, A.Salamzadə küçəsinə keçə biləcəyini düşünmüşdür. Buna görə də idarə etdiyi “Kamaz 5511” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobilinin sürətini aşağı salaraq dönmə əməliyyatını hayata keçirib, A.Salamzadə küçəsinə doğru hərəkət etmişdir. Bu vaxt C.Səlimov küçəsi ilə hərəkət edən avtomobilin yüksək sürətlə ona yaxınlaşdığını görmüş, dərhal idarə etdiyi “Kamaz 5511” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobilin sürətini maksimum artırmağa cəhd edərək A.Salamzadə küçəsinə olan hərəkətini tamamlamaq istəmişdir. Lakin C.Səlimov küçəsi ilə hərəkətdə olan avtomobilin sürəti çox olduğu üçün toquşma qaçılmaz olduğundan, onun idarə etdiyi avtomobilin arxa tərəfnə çırpılmış, idarə etdiyi “Kamaz 5511” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobilin ön hissəsi A.Salamzadə küçəsinə daxil olmuşdur. O, dərhal avtomobildən düşmüşdür. Onun avtomobilinə çırpılan avtomobilə yaxınlaşmış, həmin avtomobilin qara rəngli “Lada Priora” markalı **-CV-*** dövlət nömrə nişanlı avtomobil olduğunu, sürücü və sərnişinlərin xəsarət aldıqlarını görmüşdür. Dərhal ətrafdan keçən insanları səsləyərək köməyə çağırmışdır. Bundan sonra TTYS-in 103 qaynar xəttinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermiş, təcili tibbi yardım avtomobili göndərmələrini bildirmiş, qısa müddət sonra TTYS avtomobili gəlmiş və hadisə yerinə toplaşan insanların köməyi ilə xəsarət alan şəxsləri avtomobildən çıxararaq təcili yardım avtomobili ilə X14 aparmışlar. Həmin gecə səhərə yaxın o avtomobildə olan sərnişinlərdən birinin vəfat etdiyini öyrənmişdir. O, hadisədən qabaq özünü yaxşı hiss etmiş, hadisə baş verən günü nəqliyyatdakı vəziyyət və digər gərgin hallarla bağlı sarsıntı keçirməmiş, ümumiyyətlə spirtli içki içməmişdir. O, dönmə əməliyyatını hayata keçirməzdən əvvəl C.Səlimov küçəsi ilə hərəkətdə olarkən sürəti təxminən 60-70 km/saat olmuş, dönmə əməliyyatını hayata keçirə bilmək üçün idarə etdiyi “Kamaz 5511” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobilin sürətini azaldaraq təxminən 30 km/saat sürətə salmış, lakin təhlükənin yarandığını hiss edən kimi avtomobilin sürətini maksimum artırıb A.Salamzada küçəsinə keçməyə cəhd etmiş, gecə olduğu üçün yol süni işıqlarla işıqlandırılmış, toqquşduğu avtomobillə arasında olan məsafə 100 metrdən artıq olduğundan, həmin avtomobilin işıqlarını görə bilmiş, hadisə zamanı hərəkətin intensivliyi normal olmuş, yolda tıxac olmamışdır. Təhlükə yaranan vaxt onların arasında məsafə təxminən 20-30 metr olmuş, “Lada Priora” markalı avtomobilin sürəti çox olduğu üçün məlum hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə körpünün altında baş vermiş, avtimibilini döndərərkən həmin avtomobilin ona çatdığını görmüş, avtomobilə sürət versə də, yüklü maşın olduğuna görə digər avtomobil çırpılmışdır. O ilkin olaraq təcili yardıma zəng etmiş, daha sonra yaralılara kömək etmiş, digər şəxslərin köməyi ilə yaralıları xəstəxanaya çatdırmışlar. Onun avtomobilinin maksimum surəti 50-55 km/saat olmuşdur. O istintaqda verdiyi ifadəni təsdiq edir. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. Avtomobili ilə dönərkən digər avtomobil uzaqda olduğundan qaz verib keçə biləcəyini düşünmüşdür. Həmin vaxt sürəti azaltdığından ola bilər ki, 50-60 km/saat olsun. O dönərkən sürəti aşağı edib dönmüşdür. Dönərkən sürət 30- 40 km/saat olardı. O dönməyə hazırlaşarkən aralarında təxminən 100 metr mesafə olmuşdur. Bəli, dönən vaxt digər avtomobil toqquşma nöqtəsindən 20-30 metr məsafədə olardı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində yaşadığı ünvan 1 ünvanda olarkən, dostu Zərərçəkmiş şəxsla zəngləşərək, onların məhəlləsində görüşmək qərarına gəlmişlər. Təxminən 10-15 dəqiqə sonra Pərvin idarə ediyi “Lada Priora” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmiş və oradan birlikdə Nəsimi rayonu, Şamaxinka adlanan yerdə yerləşən adını bilmədiyi bir kafeyə pivə içməyə getmişlər. Həmin kafedə pivə içib istirahət edərkən, dostu Emin Sadiqov zəng edərək harada olduğunu soruşmuş, o da kafedə olduğunu və Eminin də ora gəlməsini istəmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Emin də həmin kafeyə gəlmiş, lakin spirtli içki içməmişdir. Pərvin və o, spirtli içki qəbul etdiyinə görə Pərvin avtomobili idarə etmək üçün ümümi dostu olan Təqsirləndirilən şəxs zəng etmiş və özünə məxsus “Lada Priora” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onları evə aparmasını demişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Hümmət onların oturduğu kafeyə gələrək, təxminən 40 dəqiqə onlarla əyləşmiş, spirtli içki qəbul etməmiş, saat 01 radələrində o, Pərvin, Hümmət və Emin birlikdə həmin kafedən çıxmışlar. Hümmət “Lada Priora” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında, Pərvin ön sərnişin oturacağında, o və Emin isə arxa sərnişin oturacaqlarında əyləşmişlər, Hümmət avtomobili işə salaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi istiqamətinə hərəkətə başlamış, həmin dairəni keçib Hərbi hospital istiqamətində hərəkətdə olarkən qarşıda yerləşən körpüyə çatan vaxt qəfildən Kamaz markalı avtomobilin hərəkətdə olduğunu, yolda döndüyünü və həmin avtomobilə çırpılacaqlarını görmüşdür. O uca səslə “kamaza girdik” demiş və olduğu avtomobil həmin “Kamaz”a çırpılmış, nəticədə o, Pərvin, Emin və Hümmətin xəsarət aldığını görmüşdür. Bir neçə dəqiqədən sonra təcili yardım avtomobili gəlmiş, onları xəstəxanaya aparmışlar. O qarın nəhiyyəsindən, bağırsağından xəsarat almışdır. Xəstəxanada olarkən sərnişini olduğu “Lada Priora” markalı 77-CV- 267 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində Pərvin hadisə yerində vəfat etmiş, Hümmət və Emin isə bədən xəsarətləri almışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar avtomobillə 3-cü mikrorayon dairəsindən üzü “Papanin qospitalı”na tərəf getmişlər və işıqfora çatanda yolayrıcında dönmənin qadağan olunduğu yerdən “Kamaz” yola dönmüş, nəticədə hadisə baş vermişdir. Hadisə anidən baş vermişdir. Onun sürücülük vəsiqəsi vardır. “Kamaz” yola dönərkən sürəti təximinən 30-40 km/saat olardı və məsafə cox az idi. Təxminən 10-15 metr qalmış “Kamaz” yola dönmüşdür. Onun olduğu avtomobilin sürəti təxminən 60-70 km olmuşdur. Kamaz döndüyü zaman toqquşma anı 1 saniyədə olmuşdur. O, “girdik” demiş və sözü ağzında qalaraq toqquşma baş vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİnin İstintaq Şöbəsinin sabiq müstəntiqi Ramal Şahmarov tərəfindən Zərərçəkmiş şəxs ölməsi faktı əsasında ********* saylı cinayət işi başlanmışdır (cild 1, i/v 3). İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “cinayət işindən ayrıca icraata cinayət işi ayrılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi ayrılaraq Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Ağabala Cəfərovun icraatına qəbul edilərək istintaqı aparılmışdır (cild 1, i/v 1). İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Ə.Salamzadə küçəsinin kəsişməsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 17 metr, hərəkət zolaqlarının sayı 5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa beton səki yolayırıcısı və 1.3 üfiqi nişanlanma xətti, bir istiqamə 3, digər istiqamət 2 hərəkət zolağın 1.5 üfiqi nişanlanma xətləri ilə bölünmüşdür. “Kamaz” markalı nəqliyyat vasitəsi ilə “Lada” markalı avtomaşının toqquşma yeri yolun sağ kənarından 2 metr məsəfədədir (cild 1, i/v 6-16). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ-217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil – qara rəngli, qabaq sağ qapısı əzilmiş, şüşəsi sınmışdır. Qabaq sağ təkəri boşalmış. Kapotun sağ qabaq hissəsi batmışdır. Avtomobilin qabaq oturacaqları sınmış vəziyyətdədir. Avtomobilin alın şüşəsinın sınmış hissələri avtomobilin qabaq oturacağına səpilmiş vəziyyətdədir, sükanı qırılmış, hava şarı açılmışdır (cild 1, i/v 32-36). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rəngdədir, avtomobil işlək vəziyyətdədir, avtomobilin başqa hər hansısa bir hissəsi zədələnməmişdir. Avtomobilin üzərində olan əzilmə izləri avtomobilin hərəkətdə olan “Lada-217050” maşını ilə toqquşması halına uyğun gəlir (cild 1, i/v 37-42). İş materiallarında olan “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı saat 01:36:02-də “Lada 217050” markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə həmin küçənin Abdulvahab Salamzadə küçəsi ilə kəsişdiyi istiqamətində, yəni küçələrin kəsişdiyi yerdə yerləşən körpü istiqamətində digər avtomobillərə nisbətdə yuxarı sürətdə hərəkətdə olarkən küçələrin kəsişdiyi hissədə dönmə hərəkətini yetirib “Qələbə” dairəsi istiqamətində hərəkətə başlayan “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qabaq təkərinə çırpılmışdır (cild 1, i/v 84). Məhkəmə baxışı zamanı qeyd olunan “Baxış keçirilməsi barədə” protokolda qeyd olunanları əks etdirən videogörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 67 nömrəli rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızına; - sağ budun qapalı, yerdəyişmiş sınığı; - sağ qaşın əzilmiş yarası; - sağ gicgah-alın, burun, sol said, sağ baldır, sol dirsək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin sıyrıqları; - döş qəfəsinin sol yarsının, hər iki budun və hər iki baldırın qançırları. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər bərk küt əşyanin (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş neyinin əzilməsi, beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. İkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə saat 10:00-da başlamışdır) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, i/v 98- 101). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 8/1719 nömrəli rəyindən görünür ki, “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i/v 128-131). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin olunmuş və cinayət işi üzrə yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən videoyazıya görə yol-nəqliyyat hadisəsi hallarının müəyyən olunması və əlavə yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizası təyin edilmişdir (cild 2, i/v 148-156). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-cü il tarixli, 8/1334-4/704 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş videoyazılara görə avtomobillərin toqquşmadan əvvəl tədqiqi hissədə göstərilən məsafələrdə sürətləri \/ Lada =104 km/saat, V Kamaz =28 km/saat olmuşdur. Avtomobillərin toqquşma anındakı sürətlərini tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş videoyazılara görə “Kamaz-5511” markalı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməsi anını müəyyən etmək mümkün olmadığından, “Lada” markalı avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan toqquşma anına qədər keçən vaxtı, təhlükənin yarandığı anda ”Lada” markalı avtomobilin toqquşma nöqtəsindən hansı məsafədə olmasını və təhlükənin yarandığı anda, “Lada” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərt tormozlama aparıb-aparmamasını müəyyən etmək mümkün olmadı. Audio və videoyazıların məhkəmə ekspertizası yolu ilə Kamaz-5511” markalı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməsi anını müəyyən etmək mümkün olmadığından, Lada 217050 markalı avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan toqquşma anına qədər keçən vaxtı, təhlükənin yarandığı anda Lada 217050 markalı avtomobilin toqquşma nöqtəsindən hansı məsafədə olmasını və təhlükənin yarandığı anda Lada 217050 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərt tormozlama aparıb-aparmamasını müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yolu ilə Lada 217050 markalı 77CV267 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qaşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, müdafiə tərəfinin göstərdiyi məlumatlar real hadisə mexanizminə uyğun olmadığından həmin məlumata görə Lada 217050 markalı 77CV267 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. (cild 2, i/v 159-165). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əlavə komisyon yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizası təyin edilmişdir (cild 2, i/v 202-205). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 8/1560-4/1551 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş videoyazılara görə avtomobillərin toqquşmadan əvvəl tədqiqi hissədə göstərilən məsafələrdə sürətləri \/ Lada =104 km/saat, V Kamaz =28 km/saat olmuşdur. Avtomobillərin toqquşma anındakı sürətlərini tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. 2.3.4.5a Ekspertizaya təqdim olunmuş “TŞ3-Q94 2-2023-04-26_01h00min00s000ms” adlı videoyazıya görə “TaymKod’un 01:36:04-ü (başlanğıcı) videoyazının 54108-ci və “TaymKod”un 01:36:05-i isə videoyazının uyğun 54132-ci kadrlarına uyğun gəlir. Bu vaxt intervalı üzrə aparılmış vizual tədqiqatlar “Kamaz-5511” markalı avtomobilin yalnız videoyazının 54123-cü kadrında qismən göründüyünü (Təkərlərin qaraltısı görünür), videoyazının 54129-cu kadrında isə tam göründüyünü (Lada markalı avtomobilin hərəkətinə təxminən perpendikulyar vəziyyətdə), videoyazının 54247-ci kadrında isə tam dayandığını göstərmişdir. Hadisənin baş verdiyi məkan yazı qurğusundan uzaq məsafədə olması və yazı qurğusunun obyektivinə avtomobillərin işıqlandırma cihazlarından düşən işıqlanmanın parlaqlığının hadisə iştirakçısı olan avtomobillərdən əks olunan işıqlanmanın parlaqlığından yüksək olması yazı qurğusunun verilmiş ayırdetmə qabiliyyətində hadisələrin tam xronologiyasını (o cümlədən toqquşma anını, verilmiş zaman intervaiında “Lada” markalı avtomobilin koordinantlarını) müəyyən etməyə imkan vermir. Videoyazılara görə “Kamaz-5511” markalı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməsi anını müəyyən etmək mümkün olmadığından, “Lada” markalı avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan toqquşma anma qədər keçən vaxtı, təhlükənin yarandığı anda “Lada” markalı avtomobilin toqquşma nöqtəsindən hansı məsafədə olmasını müəyyən etmək mümkün olmadı. 6. “TŞ3-085 2-2023-04- 26_01h00min00s000ms” adlı videoyazının 54070-ci kadrında, hadisə yerindən təxminən 90 metr məsafədə (PTS: 36 dəq, 02,800-cü san) “Lada” markalı avtomobilin “Stop” siqnal işığının yanması görünür. Lakin, həmin anda “Lada” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərt tormozlama aparıb-aparmamasını müəyyən etmək mümkün olmadı. 5b. Audio və videoyazıların məhkəmə ekspertizası yolu ilə avtomobillərin toqquşma anındakı sürətlərini, “Kamaz-5511” markalı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməsi anını, “Lada” markalı avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan toqquşma anına qədər keçən vaxtı, təhlükənin yarandığı anda “Lada” markalı avtomobilin toqquşma nöqtəsindən hansı məsafədə olmasını və təhlükənin yarandığı anda “Lada” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərt tormozlama aparıbaparmamasını müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yolu ilə “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qaşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmadı. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 27 iyul 2023-cü il tarixli, 3-13-16/2-98356/2023 nömrəli məktubdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 200983 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cild 1, i/v 133). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 132). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 1, i/v 185). İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, “Kamaz 5511” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması, “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin X3, “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X1 nəzərə alınması qərara alınmışdır (cild 2, i/v 24- 31). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş, yalnız, məhkəmə iclasları zamanı istintaqı aparılarkən özünü təqsirli bilməməsi barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş videodiskdən görünür ki, xx.xx.2023cü il tarixdə gecə vaxtı saat 01:36:02-də “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə həmin küçənin Abdulvahab Salamzadə küçəsi ilə kəsişdiyi istiqamətində, yəni küçələrin kəsişdiyi yerdə yerləşən körpü istiqamətində digər avtomobillərə nisbətdə yuxarı sürətdə hərəkətdə olarkən küçələrin kəsişdiyi hissədə dönmə hərəkətini yetirib “Qələbə” dairəsi istiqamətində hərəkətə başlayan “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qabaq təkərinə çırpılmışdır. Həmçinin iş üzrə məhkəmə ekspertiza rəyləri də Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiqləməmiş, əksinə ekspertiza rəyləri cinayət işinin digər mötəbər sübutları ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət msuliyyətinə cəlb edilməsini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 528 (beş yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Şahid1, “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X2 nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, mülki iddiaçı Şahid1 tərəfindən verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş ərizə üzrə ona dəymiş ziyanın məbləğinə dair mötəbər sübutlar təqdim edilmədiyindən və həmin məsələnin araşdırılması üçün müəyyən müddət tələb olduğundan, hazırkı cinayət işi ilə əlaqədar isə qeyd olunan sübutların tələb edilərək araşdırılması üçün kifayət qədər müddət olmadığından mülki iddia baxılmamış saxlanılmalı, sonradan mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması mülki iddiaçıya izah edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-523/2023 saylı, 21 dekabr 2023cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 25 dekabr 2023cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 528 (beş yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Şahid1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Şahid1, “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X2 nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək göstərdiyi 6 iş saatı üçün 36 (otuz altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-7/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-7/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver