Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-70/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Musavi oğlunun Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1995-ci ildə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Boşçalılar ərazi dairəsi, Boşçalılar kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə, xx.xx.1995-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, Nəriman Nərimanov küçəsi, ev 86-da qeydiyyatda olan, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarın 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu götürülmüş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb üzərində olan, istintaqa məlum olmayan açar vasitəsilə avtomobilin qapısını açıb sükanı arxasına keçərək köməkli şəkildə avtomobili itələməklə hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan avtomobili qaçırmışlar. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında: xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb üzərində olan, istintaqa məlum olmayan açar vasitəsilə avtomobilin qapısını açıb sükanı arxasına keçərək həmin açar vasitəsi ilə avtomobili hərəkətə gətirib idarə etməklə; xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində ünvan 5 binanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 Musavi oğluna məxsus “VAZ 21074” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapılarını əli ilə yoxladıqdan sonra arxa qapısının açıq olduğunu görüb həmin hissədən avtomobilin sükanı arxasına keçməklə avtomobili idarəetmə mexanizminin üzərində olan açar vasitəsilə hərəkətə gətirib idarə etdikdən sonra həmin gün avtomobili ünvan 3 ünvanın qarşısında saxlayıb oradan uzaqlaşmaqla talama məqsədi olmadan avtomobili qaçırmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə: xx.xx.2021-ci il tarixdə, saat 05:30 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus Zərərçəkmiş şəxs4 adlı mağazanın arxa hissəsində olan nəfəsliyin üzərində olan dəmir barmaqlıqları istintaqa məlum olmayan dəmir alətlə sındıraraq həmin yerdən mağazaya qanunsuz olaraq daxil olmuş və mağazanın içərisindən 01 qutusunun qiyməti 2,50 manat olmaqla ümumilikdə 80 manat dəyərində 32 qutu “X16 Silver” markalı, 01 qutusunun qiyməti 3,60 manat olmaqla ümumilikdə 79,20 manat dəyərində 22 qutu “Kent HD 8 Futura” markalı, 01 qutusunun qiyməti 3,90 manat olmaqla ümumilikdə 93,60 manat dəyərində 24 qutu “X7” markalı, 01 qutusunun qiyməti 3,60 manat olmaqla ümumilikdə 72 manat dəyərində 20 qutu “Kent HD 4 NEO” markalı, 01 qutusunun qiyməti 3,40 manat olmaqla ümumilikdə 68 manat dəyərində 20 qutu “Winston XS Style Silver” markalı, 01 qutusunun qiyməti 3,60 manat olmaqla ümumilikdə 72 manat dəyərində 20 qutu “Kent Nanotek İNFN 0.1” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X14” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu “Winchester KSSS Blue” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X17” markalı, 01 qutusunun qiyməti 2,50 manat olmaqla ümumilikdə 25 manat dəyərində 10 qutu “X4” markalı, 01 qutusunun qiyməti 3,90 manat olmaqla ümumilikdə 62,40 manat dəyərində 16 qutu “X5” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X8” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X11” markalı, 01 qutusunun qiyməti 2,50 manat olmaqla ümumilikdə 25 manat dəyərində 10 qutu “X6” markalı, 01 qutusunun qiyməti 2,50 manat olmaqla ümumilikdə 25 manat dəyərində 10 qutu “X12 Nights” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu “X13” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X15” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 28 manat dəyərində 14 qutu "X3” markalı, 01 qutusunun qiyməti 2,80 manat olmaqla ümumilikdə 28 manat dəyərində 10 qutu “LD CLUB Platinium LSS” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 22 manat dəyərində 11 qutu “Argo KS Blue” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “X9” markalı, 01 qutusunun qiyməti 2 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 qutu “Whinchester KSS Silver” markalı, 01 qutusunun qiyməti 2,20 manat olmaqla ümumilikdə 22 manat dəyərində 10 qutu “İmperial CLSC QS Silver” markalı, 01 qutusunun qiyməti 3,60 manat olmaqla ümumilikdə 18 manat dəyərində 5 qutu “Kent Nanotek NEO 0.4” markalı siqaretləri, 01 ədədinin qiyməti 1,60 manat olmaqla ümumilikdə 43,20 manat dəyərində 27 ədəd 90 qram çəkidə “Alpengold Klassik” markalı, 01 ədədinin qiyməti 1,80 manat olmaqla ümumilikdə 46,80 manat dəyərində 26 ədəd fındıq və üzümlü “Alpengold” markalı, 01 ədədinin qiyməti 1,80 manat olmaqla ümumilikdə 39,60 manat dəyərində 22 ədəd badam və kokoslu “Alpengold” markalı, 01 ədədinin qiyməti 1,30 manat olmaqla ümumilikdə 7,80 manat dəyərində 6 ədəd 90 qram çəkidə fındıqlı “Nestle Klassik” markalı, 01 ədədinin qiyməti 1,50 manat olmaqla ümumilikdə 13,50 manat dəyərində 9 ədəd 90 qram çəkidə südlü “Nestle” markalı, 01 ədədinin qiyməti 1,80 manat olmaqla ümumilikdə 25,20 manat dəyərində 14 ədəd südlü və fındıqlı “Alpengold” markalı, 01 ədədinin qiyməti 1,80 manat olmaqla ümumilikdə 14,40 manat dəyərində 8 ədəd 90 qram çəkidə acılı “Alpengold” markalı, 01 ədəd 70 qəpik dəyərində 57 qram çəkidə “BOUNTY” markalı şokaladı, 01 ədəd 1 manat dəyərində 500 ml çəkidə “Bizon” markalı enerji içkisini və mağazanın anbar hissəsindəki dəmir şkafın içərisindən 20 manat məbləğində qəpik pulları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 1.152,40 manat; xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 Musavi oğluna məxsus “VAZ 21074” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilin içərisindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 50 manat dəyərində “Mutlu” markalı akkumulyatoru, 01 cütünün qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 cüt “Pioneer” markalı səsgücləndiricini, 01 ədəd 250 manat dəyərində “Supra” markalı monitorlu maqnitofonu, 01 ədəd 80 manat dəyərində “Makita” markalı dreli, 01 ədəd 35 manat dəyərində “İnterskol” markalı direli və 01 ədəd 20 manat dəyərində avtomobilin içərisində arxaya baxmaq üçün nəzərdə tutulmuş güzgünü gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Musavi oğluna ümumilikdə 535 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsindən “VAZ 2107” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs2 ilə birlikdə qaçırıb sürdükdən sonra həmin avtomobili “Xutor” adlanan ərazidə tərk edərək qaçmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 olan açar vasitəsilə avtomobilin qapılarını açmış, maşının mühərriki işə düşmədikdə akkumulyatorlara gələn naqillərin ayrılmış olduğunu görmüş, naqilləri yerinə bərpa edib avtomobili bir az itələdikdən sonra işə salmağa nail olmuşlar. Həmin avtomobillə Xırdalan istiqamətinə getdikdə yolda yol patrul xidməti əməkdaşları onları saxlamış və sənədlər qaydasında olmadığından avtomobili cərimə meydançasına aparmışlar. Cərimə meydançasından çıxdıqdan sonra geri qayıtmaq üçün pulları olmadığından başqa bir maşın qaçıraraq evə qayıtmağı təklif etmiş, cərimə meydançasının yaxınlığında ünvan 5 ünvanın qarşısında saxlanılmış “VAZ 21074” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq qərarına gəlmişlər. O, avtomobilin arxa qapısını yoxladıqda qapının açıq olduğunu və açarın avtomobilin üzərində olduğunu görmüşdür. Lakin mühərriki işə salmaq istədikdə avtomobil işə düşməmiş, bu səbəbdən avtomobili itələyərək mühərriki işə salmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 “Yeganə” şadlıq sarayının qarşısında düşürdükdən sonra avtomobili metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən bağçanın qabağında, ünvan 3 ünvanda tərk edərək oradan uzaqlaşmışdır. Bundan bir-iki saat sonra yenidən qayıdaraq həmin avtomobildən 01 ədəd akkumulyator, 02 ədəd səs gücləndirici və 01 ədəd dreli oğurlayaraq oradan getmişdir. Oğurladığı əşyalardan 02 ədəd səs gücləndiricini hadisənin ertəsi günü Şəhriyara vermiş və onları ötən günü qaçırdıqları avtomobildən götürdüyünü bildirmiş, dreli və akkumulyatoru isə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarı adlanan ərazidə tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi bu əməllərdən peşmandır, dəymiş zərəri ödəmişdir. Lakin ona qarşı irəli sürülmüş ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 adlı mağazadan oğurluqla bağlı ittihamın bu hissəsinə dair qeyd edir ki, o, bu mağazadan oğurluq etməmiş, ora heç vaxt getməmiş, oradan alış-veriş belə etməmişdir. Lakin polis əməkdaşları hadisə yerinə baxış məqsədilə onu həmin mağazaya aparmış, heç bir narahatçılığa ehtiyac olmadığına və əlavə məsuliyyət yaratmayacağına inandıraraq oğurluq əməlini də boynuna almasını demişlər. O da buna inanaraq təqdim olunan sənədlərə qol çəkmiş, baxış zamanı ona deyilənləri etmiş, polis əməkdaşlarının tələblərinə əsasən təqdim edilmiş siqaretlər və şokoladları guya oğurlayaraq binanın blokunda, pilləkənin altında gizlətməsi və həmin yeri də göstərməsi barədə sənədlərə qol çəkmiş, şəkillərin çəkilməsinə icazə vermişdir. Həmin vaxtı deyilənləri dərk etməsə də, sonradan ona bu oğurluqla bağlı da ittiham verildiyini bilmişdir. Hətta mağazada quraşdırılmış kameradan götürülmüş videodan da oğurluq edən şəxsin onun olmadığı aydın şəkildə görünür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan aralarında olan razılaşmaya görə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində sürmək üçün avtomobil qaçırmaq qərarına gəlmişlər. Onlar bu məqsədlə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında məhəllələri gəzmiş, təxminən saat 03:00 radələrində Nəsimi rayonu, Mir Cəlal küçəsində “VAZ-2107” markalı avtomobili görüb ona yaxınlaşmışlar. O, əvvəlcədən onda olan həmin model avtomobilə məxsus açar ilə qapıları açmış, avtomobili işə salmaq istədikdə avtomobilin akkumulyatoruna bağlı naqillərin qabaqcadan ayrıldığını aşkar etmişdir. Onlar naqilləri bərpa etmiş və həmin avtomobili idarə etməyə başlamışlar. Səhərə yaxın avtomobili “Xutor” qəsəbəsi adlanan yerdə xarab olduğu üçün onu ataraq oradan uzaqlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2021-ci il tarixdə yenidən avtomobil qaçırmaq qərarına gəlmiş, metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı məhəllələri gəzməyə başlamış, bu zaman qarşılarına çıxan “Ford Transit” markalı avtomobili qaçırmaq istəmişlər. Belə ki, əvvəllər onda həmin avtomobildən olduğu üçün belə maşına məxsus açarı özündə saxlamışdır. Təxminən saat 02 radələrində həmin avtomobili qaçırmağa nail olmuş, növbəli şəkildə avtomobili idarə etmişlər. Elə həmin günü Xırdalan dairəsi ərazisində yol hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilə aid sənədlər qaydasında olmadığı üçün avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Onlar cərimə meydaçasından çıxdıqdan sonra təxminən 100 metr yaxınlıqda ara məhəllələrin birində başqa bir “VAZ 2107” markalı avtomobili qaçıraraq şəhər istiqamətində hərəkət etməyə başlamış, bu maşını isə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən uşaq bağçasının həyətində saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs1 ona 02 ədəd səsgücləndirici vermiş, o da onları haradan əldə etdiyini soruşduqda, Zaur bu səsgücləndiricini sonuncu dəfə qaçırdıqları “Vaz-2107” markalı avtomobildən oğurladığı bildirmiş, o da bundan qorxaraq onları xatırlamadığı yerə tullamışdır. Təqsirləndirilən şəxs1 avtomobildən səsgücləndirici və digər hər hansı əşya oğurlamasında iştirak etməmiş, bu barədə məlumatsız olmuşdur. Dəymiş zərəri ödəmiş, zərər çəkmiş şəxslərlə barışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 mağazasında oğurluq hadisəsinin baş verməsi ilə bağlı mağazanın müdir müavini məlumat vermişdir. Belə ki, müdir müavini xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində mağazanı bağlayaraq evə getmiş, xx.xx.2021-ci il tarixdə, saat 08:00-da gəlib mağazaya daxil olduqda isə içərinin dağınıq olduğunu görüb və oğurluq olduğunu bilib dərhal “102” xidmətinə məlumat vermişdir. Oğurluq edən şəxs və ya şəxslər mağazaya anbarın yerləşdiyi arxa tərəfdən dəmir barmaqlı nəfəsliyi sındıraraq, pəncərəyə müdaxilə etməklə daxil olmuşlar. Mağazadan 32 qutu “X16 Silver” markalı, 22 qutu “Kent HD 8 Futura” markalı, 24 qutu “X7” markalı, 20 qutu “Kent HD 4 NEO” markalı, 20 qutu “Winston XS Style Silver” markalı, 20 qutu “Kent Nanotek İNFN 0.1” markalı, 10 qutu “X14” markalı, 20 qutu “Winchester KSSS Blue” markalı, 10 qutu “X17” markalı, 10 qutu “X4” markalı, 16 qutu “X5” markalı, 10 qutu “X8” markalı, 10 qutu “X11” markalı, 10 qutu “X6” markalı, 10 qutu “X12 Nights” markalı, 20 qutu “X13” markalı, 10 qutu “X15” markalı, 14 qutu "X3” markalı, 10 qutu “LD CLUB Platinium LSS” markalı, 11 qutu “Argo KS Blue” markalı, 10 qutu “X9” markalı, 10 qutu “Whinchester KSS Silver” markalı, 10 qutu “İmperial CLSC QS Silver” markalı, 5 qutu “Kent Nanotek NEO 0.4” markalı siqaretlər, 27 ədəd 90 qram çəkidə “Alpengold Klassik” markalı, 26 ədəd fındıq və üzümlü “Alpengold” markalı, 22 ədəd badam və kokoslu “Alpengold” markalı, 6 ədəd 90 qram çəkidə fındıqlı “Nestle Klassik” markalı, 9 ədəd 90 qram çəkidə südlü “Nestle” markalı, 14 ədəd südlü və fındıqlı “Alpengold” markalı, 8 ədəd 90 qram çəkidə acılı “Alpengold” markalı, 01 ədəd 57 qram çəkidə “BOUNTY” markalı şokaladı, 01 ədəd 500 ml çəkidə “Bizon” markalı enerji içkisini və mağazanın anbar hissəsindəki dəmir şkafın içərisindən 20 manat məbləğində qəpik pullar oğurlanmışdır. Talanmış əşyaların cuzi bir hissəsi sonra tapılaraq şirkətə qaytarılsa da, qalan vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Musavi oğlu ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 22 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 6 ünvanının qarşısında saxlayaraq evə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində işə gedərkən avtomobilinin saxladığı yerdə olmadığını, naməlum şəxs tərəfindən qaçırıldığını aşkar etmiş və “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Səhəri gün ona məxsus avtomobil tapılmış və məlum olmuşdur ki, avtomobildən 01 ədəd 80 manat dəyərində “Mutlu” markalı akkumulyator, 02 ədəd 160 manat dəyərində “Pioneer” markalı səsgücləndiricilər, 01 ədəd 500 manat dəyərində “Supra” markalı monitorlu maqnitofon, 01 ədəd 150 manat dəyərində “Makita” markalı drel, 01 ədəd 35 manat dəyərində “İnterskol” markalı drel, 01 ədəd 70 manat dəyərində avtomobilin içərisində olan, arxaya baxmaq üçün istifadə olunan güzgü oğurlanmış və bununla ona ümumilikdə 995 manat maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində özünə məxsus olan “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 2 binanın qarşısında saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində evə gəldikdə avtomobilin saxladığı yerdə olmadığını aşkar etmiş və “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra avtomobilinin cərimə meydançasında olduğu barədə ona məlumat verilmişdir. Avtomobilə heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə proseslərində iştirak etməmiş və məhkəməyə ərizə yazaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəyə görə Zərərçəkmiş şəxs1 bildirir ki, “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddət istifadə etməmiş və onu yaşadığı ünvan 1 ünvanın qarşısında sürmədən saxlamışdır. Maşının akkumulyatoru işlək vəziyyətdə olmamış və özü naqilləri ayırmışdır. O, avtomobilini sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, səhər saat 07:30 radələrində işə gedərkən saxladığı yerdə görmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində isə avtomobilini həmin yerdə olmadığını görmüş və “102 xidmətinə zəng edərək məlumat vermişdir (cild İ, i.v.205-208). İş materiallarında olan: “Təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokol və fotoşəkillərə görə Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 mağazasından oğurladığı siqaret və şokoldaların bir hissəsini Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi, 142-148 saylı binanın birinci blokunda yerləşən pilləkənlərin altından çıxararaq təqdim edir. Sellofanın içərisində 06 ədəd ağ rəngli "Alpengold”, 02 ədəd “Nestle”, 05 ədəd dark, 02 ədəd bənövşəyi rəngli "Alpengold”, 03 ədəd göy rəngli "Alpengold” şokolad, 02 ədəd “Argo”, 02 ədəd “Viceroy”, 02 ədəd “LD”, 02 ədəd “Magna”, 01 ədəd “Sobranie” və 02 ədəd “Palmall” markalı siqaret aşkar edilərək götürülmüşdür (İ cild, i.v.118-119); Dindirmə protokollarına əsasən Təqsirləndirilən şəxs1 bildirir ki, maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlib. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında gəzirdi. Bu zaman orada olan aralıqların birinə girib və orada Zərərçəkmiş şəxs4 mağazası var idi. Təxminən yarım saat mağazanı müşahidə edib və aşkar edib ki, mağazanın arxa hisəsində dəmir barmaqlıqları olan pəncərə var. O, həmin ərazidə gəzərək dəmir parçası axtarmağa başlayıb ki, həmin dəmir barmaqlığı çıxara bilsin. O, dəmir turba tapıb və həmin dəmiri barmaqlıqların aşağı hissəsində salaraq onu divardan aşağı sala bilib. Bundan sonra plastik pəncərəni açıb marketə daxil olub. İçəri girəndə görüb ki, daxil olduğu yer marketin anbar hissəsidir. O, həmin hissədə dəyərli bir şey tapa bilmədiyi üçün marketin içəri hissəsinə keçməli olub, lakin mağazada kameranın olduğunu bildiyi üçün başına mərəfə keçirib ki, tanınmasın. Anbarın içərisində lambirdən qapı olub və o, dəmir parçası ilə lambiri aralayıb digər otağa daxil olub. Daxil olduğu otaqda dəmir şkaf görüb və həmin şkafın qapısını dəmir parçası ilə açmağa nail olub. Şkafın içərisində müxtəlif növ siqaretlər var idi. Bundan sonra o, mağazanın əsas hissəsinə keçib. Kassanın yanında müxtəlif növ şokoladlar görüb və onları götürüb. Marketdə həmçinin 20 manat məbləğində qəpikliklərlə pul var idi və onları da götürüb. Həmin qəpikliklər siqarətlərin yanında idi. O, həm siqarətləri, həm pulu, həm də müxtəlif növ şokoladları götürürək mağazanın arxa hissəsində olan pəncərədən çıxıb. Bundan sonra özü ilə gətirdiyi dəmir parçasını xatırlamadığı bir ünvanda tullayaraq oradan “Xutor” istiqamətində getməyə başlayıb. Marketdən təxminən iki bina uzaqlıqda binanın zirzəmisinə girib və şokoladla siqaretlərin bir qismini özü üçün ayırıb, qalan hissəsini sellofan paketdə zirzəmidəki beton piltənin arasında gizlədib və qalan hissəsini hadisə zamanı başını örtdüyü mərəfəyə bükərək ordan çıxıb və “Xutor”a gedərək orada səhərin açılmasını gözləyib. Səhər açıldıqda şəhərin müxtəlif yerlərində oğurladığı siqaretlər təxminən 20-25 blokunu tanımadığı şəxslərə 5-10 manat pul əvəzində satıb. Əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləyib. Sonra pula ehtiyacı olduqca siqaretləri və şokoladları gizlətdiyi yerdən çıxararaq satırdı. Həmin əməli tək törədib, hadisə barədə heç kimə məlumat verməyib (İ cild, i.v.158-161, 266-269, İİ cild, i.v.193-196); “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokola və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs1 bildirir ki, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında gəzirdi, daha sonra Nəsimi rayonu, Cavadxan küçəsi, 26 saylı ünvana gəlmiş, orada olan Zərərçəkmiş şəxs4 mağazasının arxa hissəsində olan pəncərəyə yaxınlaşmış, onu kənardan tapdığı dəmir parçası ilə açaraq içəriyə daxil olmuşdur (İ cild, i.v.164-171); Məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 adlı mağazada baş vermiş oğurluq hadisəsini əks etdirən görüntülərə baxış zamanı müəyyən edilir ki, bir nəfər uca boylu, başına mərəfə keçirmiş şəxs məhsulların qoyulduğu rəfə yaxınlaşaraq oradan mallar götürür (cild llİ); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6974 saylı rəyinə görə ekspertiza təyini haqqında qərarda göstərilən 39 adda malların (istifadədə olmuş malların istifadəsi nəzərə alınmaqla) hadisə baş verən tarixə, yəni 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1.667,40 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, “X16 Silver” siqaretin 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 32 qutu olaraq ümumi dəyəri 80 manat, “Kent HD 8 Futura” siqaretin 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla 22 qutu olaraq ümumi dəyəri 79 manat 20 qəpik, “X7” siqaretin 1 qutusunun qiyməti 3 manat 90 qəpik olmaqla 24 qutu olaraq ümumi dəyəri 93 manat 60 qəpik, “KENT HD 4 NEO” siqaretin 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla 20 qutu olaraq ümumi dəyəri 72 manat, “Winston XS Style Silver” siqaretin 1 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla 20 qutu olaraq ümumi dəyəri 68 manat, “Kent Nanotek İNFN 0.1” siqaretin 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla 20 qutu olaraq ümumi dəyəri 72 manat, “X14” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “WİNCHESTER KSSS BLUE” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 20 qutu olaraq ümumi dəyəri 40 manat, “AGRO NANO BLUE” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “X4” siqaretin 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 10 qutu olaraq ümumi dəyəri 25 manat, “X5” siqaretin 1 qutusunun qiyməti 3 manat 90 qəpik olmaqla 16 qutu olaraq ümumi dəyəri 62 manat 40 qəpik, “X8” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “X11” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “X6” siqaretin 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 10 qutu olaraq ümumi dəyəri 25 manat, “X12 NİGHTS” siqaretin 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 10 qutu olaraq ümumi dəyəri 25 manat, “X13” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 20 qutu olaraq ümumi dəyəri 40 manat, “X15” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “X3” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 14 qutu olaraq ümumi dəyəri 28 manat, “LD CLUB PLATİNİUM LSS” siqaretin 1 qutusunun qiyməti 2 manat 80 qəpik olmaqla 10 qutu olaraq ümumi dəyəri 28 manat, “AGRO KS BLUE” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 11 qutu olaraq ümumi dəyəri 22 manat, “X9” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “WİNCHESTER KSS SİLVER” siqaretin 1 qutusunun qiyməti 2 manat olmaqla 10 qutu olaraq ümumi dəyəri 20 manat, “İMPERİAL CLSC QS SİLVER” siqaretin 1 qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 10 qutu olaraq ümumi dəyəri 22 manat, “KENT NANOTEK NEO 0.4” siqaretin 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla 5 qutu olaraq ümumi dəyəri 18 manat, şokolad “ALPENGOLD ŞOKOLAD KLASSİK 90GR” 1 ədədinin qiyməti 1 manat 60 qəpik olmaqla 27 ədəd olaraq ümumi dəyəri 43 manat 20 qəpik, şokolad “ALPENGOLD ŞOKOLAD FİNDİQ və ÜZÜM” 1 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 26 ədəd olaraq ümumi dəyəri 46 manat 80 qəpik, şokolad “ALPENGOLD ŞOKOLAD FİNDİQ və ÜZÜM” 1 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 26 ədəd olaraq ümumi dəyəri 46 manat 80 qəpik, şokolad “ALPENGOLD BADAMLİ KOKOSLU ŞOKOLAD” 1 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 22 ədəd olaraq ümumi dəyəri 39 manat 60 qəpik, şokolad “NESTLE KLASSİK FİNDİQLİ ŞOKOLAD 90 GR” 1 ədədinin qiyməti 1 manat 30 qəpik olmaqla 6 ədəd olaraq ümumi dəyəri 7 manat 80 qəpik, şokolad “NESTLE SÜDLÜ ŞOKOLAD 90GR” 1 ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla 9 ədəd olaraq ümumi dəyəri 13 manat 50 qəpik, şokolad “ALPENGOLD ŞOKOLAD SÜDLÜ FİNDİQLİ” 1 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 14 ədəd olaraq ümumi dəyəri 25 manat 20 qəpik, şokolad “ALPENGOLD ŞOKOLAD ACİLİ 90GR” 1 ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla 8 ədəd olaraq ümumi dəyəri 14 manat 40 qəpik, 01 ədəd şokolad “BOUNTY 57 GR” 1 ədədinin qiyməti 70 qəpik olmaqla ümumi dəyəri 70 qəpik, 01 ədəd “BİZON ENERJİ İÇKİSİ QİRMİZİ 500 ML” 1 ədədinin qiyməti 1 manat olmaqla ümumi dəyəri 1 manat, 01 ədəd istifadədə olmuş “MUTLU” markalı akkumulyator ümumi dəyəri 50 manat olmaqla, 02 cüt istifadədə olmuş “PİONEER” markalı səs gücləndirici 01 cütünün qiyməti 50 manat olmaqla ümumi dəyəri 100 manat, istifadədə olmuş 01 ədəd “Supra” markalı monitor maqnitofon, istifadədə olmuş 01 ədəd “MAKİTA” markalı drelin dəyəri ümumi dəyəri 80 manat olmaqla, istifadədə olmuş 01 ədəd “İNTERSKOL” markalı drelin ümumi dəyəri 35 manat, istifadədə olmuş avtomobilin içərisində arxaya baxmaq üçün istifadə olunan 01 ədəd güzgünün ümumi dəyəri 20 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild lİ, i.v.152-154); 31 oktyabr 2021-ci il tarixli qərarla “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074”, markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil, 02 qutu “Magna”, 02 qutu “Argo”, 02 qutu “Viceroy”, 01 qutu “Palmall” markalı, 01 qutu “LD Club” markalı siqaret, 04 ədəd südlü “Alpen Gold” markalı şokolad, 02 ədəd tünd klassik “Alpen Gold” markalı şokolad, 01 ədəd fındıqlı “Nestle” markalı şokolad maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə geri qaytarılmışdır (cild İl); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışlarına əsasən: Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (lİ cild, i.v.149); Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarın 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir (lİ cild, i.v.151, 169-175, lll cild); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-182/2021 və 4(006)-183/2021 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 münasibətdə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci il tarixdən hesablanmışdır (cild İl, i.v.1-8). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 ona xx.xx.2021-ci il tarixdə, saat 05:30 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus Zərərçəkmiş şəxs4 adlı mağazadan oğurluqla bağlı verilmiş ittihamda özünü təqsirli bilməməsinə tənqidi yanaşmaqla hesab edir ki, ibtidai araşdırma dövründən fərqli olaraq hazırda belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq məqsədi güdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında onun özü tərəfindən inkar olunsa da, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, təqdim etmə və götürmə, hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanması haqqında protokollar və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Musavi oğlu və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmələrini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, 185.2.1 və 185.2.2-ci maddələri üzrə isə cəzasının yüngülləşdirən halın olması ilə əlaqədar onların sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması; Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən halın olması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 26 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Göstərilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə olduğu 01 il 03 ay 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalı, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs2, “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1, “VAZ 21074” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Zərərçəkmiş şəxs3 Musavi oğlunun, habelə 02 qutu “Magna” markalı, 02 qutu “Argo” markalı, 02 qutu “Viceroy” markalı, 01 qutu “Palmall” markalı, 01 qutu “LD Club” markalı, 04 ədəd südlü “Alpen Gold” markalı şokolad, 02 ədəd tünd klassik “Alpen Gold” markalı şokolad, 01 ədəd fındıqlı “Nestle” markalı şokolad Zərərçəkmiş şəxs4 MMC-nin istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1-ci maddəsinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 həbsdə olduğu 01 il 03 ay 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı İmişli şəhəri, Nəriman Nərimanov küçəsi, ev 86-nı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası İmişli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs2, “VAZ 21074” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1, “VAZ 21074” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Zərərçəkmiş şəxs3 Musavi oğlunun, habelə 02 qutu “Magna” markalı, 02 qutu “Argo” markalı, 02 qutu “Viceroy” markalı, 01 qutu “Palmall” markalı, 01 qutu “LD Club” markalı, 04 ədəd südlü “Alpen Gold” markalı şokolad, 02 ədəd tünd klassik “Alpen Gold” markalı şokolad, 01 ədəd fındıqlı “Nestle” markalı şokolad Zərərçəkmiş şəxs4 MMC-nin istifadəsində saxlanılsın, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-70/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-70/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver