Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-70/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası FNN-nin DYMX-nin Bakı şəhəri Suraxanı rayon Dövlət X2 28 saylı Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 165, mənzil 36-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mənzil İnşaat Dövlət Agentliyi»nin yaşayış kompleksi, bina 7, giriş 48, mənzil 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 7, ev 22-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 12-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-1-ci maddələri ilə, xx.xx.1981-ci il tarixdə Füzuli rayonu, Seyidmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, gündəlik evlərdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 16:18-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik’' metrostansiyasında yol mütəxəssisi vəzifəsində işləyərkən metrostansiyanın tunelində işçilər üçün nəzərdə tutulan otaqda qoyulmuş onunla eyni vəzifədə işləyən Zərərçəkmiş şəxs2 gödəkçəsinin cibindən sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid **********000620 nömrəli bank kartını götürüb kartın üzərindəki məlumatları özünə məxsus mobil telefonda olan həmin bankın eyni adlı tətbiqi vasitəsilə eyniləşdirmə etməklə Zərərçəkmiş şəxs2 bank hesab məlumatlarına qanunsuz daxil olub kartın hesabında olan 670 manat məbləğində pul vəsaitini borclu olduğu X1 "xxxx" ASC-yə aid **********382352 nömrəli kart hesabına köçürərək informasiya texnologiyalarından istifadə elməklə Zərərçəkmiş şəxs2 670 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 iyun 2023-cü il tarixdə 21 fevral 2022-ci il tarixindən etibarən Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Bakı şəhər Suraxanı X13 Xidmətinin 28 nömrəli Yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində, daxili xidmət kiçik çavuşu rütbəsində işləyərkən həmin mühafizə bölməsinin inzibati binasının soyunub-geyinmə otağında qoyulmuş, manqa komandiri daxili xidmət baş çavuşu rütbəsində işləyən Zərərçəkmiş şəxs1 köynəyinin cibindən sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən “Kapital Bank" ASC-yə aid **********536109 nömrəli bank kartını götürüb əmisi Təqsirləndirilən şəxs3 Əzizağa oğlu ilə telefon əlaqəsi yaradaraq törətdiyi hadisə ilə əlaqədar məlumat verib karlın hesabından hansı üsullarla pul çıxarılması barədə sonuncudan məsləhətlər və məlumatlar alıb Təqsirləndirilən şəxs3 göstərişi ilə sonuncunun tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu “28 may metrostansiyası”nın yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la görüşüb orada insanların və təhlükəsizlik kameralarının çox olması səbəbindən birlikdə ünvan 6də yerləşən “Spar” marketin qarşısına gəlib orada Elsən Süleymanova məxsus bank kartını və əvvəlcədən məlumatlı olduğu kartın 4 rəqəmli identifikasiya nömrəsi hesab edilən pin kodunu Təqsirləndirilən şəxs2 təqdim etdikdən sonra sonuncu bank kartını həmin gün saat 10:39-da marketin içərisində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edərək 4 rəqəmli identifıkasiya nömrəsi hesab edilən pin koddan istifadə elməklə Zərərçəkmiş şəxs1 məxsus bank hesab məlumatlarına qanunsuz daxil olub karlın hesabından 2800 manat məbləğində pul vəsaitini nağdlaşdırmaqla çıxarıb, aralarında bölüşdürüb Zərərçəkmiş şəxs1 2800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs3 Əzizağa oğlunun vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs1 əvvəlcədən ələ keçirdiyi sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus “Kapital Bank" ASC-yə aid **********536109 nömrəli bank kartının hesabından özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu "xxxx" ASC- nin “28 may” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la görüşüb orada insanların və təhlükəsizlik kameralarının çox olması səbəbindən birlikdə ünvan 6də yerləşən “Spar” marketin qarşısına gəlib orada Zərərçəkmiş şəxs1 məxsus bank kartını və Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumatlı olduğu 4 rəqəmli identifıkasiya nömrəsi hesab edilən pin kodunu sonuncudan götürüb bank kartını həmin gün saat 10:39-da marketin içərisində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edərək 4 rəqəmli identifikasiya nömrəsi hesab edilən pin koddan istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus bank hesab məlumatlarına qanunsuz daxil olub kartın hesabından 2800 manat məbləğində pul vəsaitini çıxarıb, nağdlaşdırmaqla aralarında bölüşdürüb Zərərçəkmiş şəxs1 2800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 əvvəlcədən ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid **********536109 nömrəli bank kartının hesabından özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu "xxxx" ASC-nin “28 may” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb orada insanların və təhlükəsizlik kameralarının çox olması səbəbindən birlikdə ünvan 6də yerləşən “Spar” marketin qarşısına gəlib orada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus bank karlını və Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumatlı olduğu 4 rəqəmli identifikasiya nömrəsi hesab edilən pin kodunu sonuncudan götürüb bank kartını həmin gün saat 10:39da marketin içərisində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edərək 4 rəqəmli idenlifikasiya nömrəsi hesab edilən pin koddan istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus bank hesab məlumatlarına qanunsuz daxil olub kartın hesabından 2800 manat məbləğində pul vəsaitini çıxarıb nağdlaşdırmaqla aralarında bölüşdürüb Zərərçəkmiş şəxs1 2800 manal məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 elekron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakının gizli olaraq talanaraq oğurluq edilməsi cinayətinin törədilməsinə məsləhətləri, göstərişləri, məlumatları ilə yardım edib köməkçilik etmişdir. Belə ki, o, 03 iyun 2023-cü il tarixdə qardaşı oğlu Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi yaradaraq işlədiyi Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Bakı şəhər Suraxanı X13 Xidmətinin 28 nömrəli Yanğından mühafizə bölməsinin inzibati binasının geyinib-soyunma otağında qoyulmuş iş yoldaşı Zərərçəkmiş şəxs1 köynəyinin cibindən “Kapital Bank" ASC-yə aid **********536109 nömrəli bank kartını götürməsi və həmin bank kartının hesabından pulun nağdlaşdırılaraq özgənin əmlakının gizli olaraq talanması cinayətinin törədilmə üsullarını Təqsirləndirilən şəxs1 məsləhətləri, göstərişləri və məlumatları ilə yardım edib tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 ilə tanış olmalarına şərait yaradaraq 04 iyun 2023-cü il tarixdə saat 10:39-da Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən bank kartının hesabından qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən 2800 manat nağd pulun gizli olaraq talanaraq oğurluq edilməsinə yəni, cinayətin törədilməsinə köməkçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA" yaşayış kompleksi, bina 7, giriş 48, 2-ci mərtəbə, mənzil 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Daxili xidmət kiçik çavuşa xüsusi rütbəsini daşımaqla AR FHN-nin Suraxanı Rayon Dövlət X2 28-ci Bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət etmişdir. Onun son zamanlar maddi vəziyyəti qənaətbəxş olmadığı üçün pul lazım olduğundan o, xx.xx.2023cü il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus “Birbank Cashback" hesab kartından pul oğurlamaq qərarına gəlmişdir. O, həmin gün axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s. Elçin İsmayılov küçəsində yerləşən iş yerində Zərərçəkmiş şəxs1 məxsus qeyd edilən kartı bölmənin soyunub-geyinmə otağından sonuncunun köynəyinin cibindən götürmüş, daha sonra əmisi X8 istifadəsində olan “***- ***-**-**" mobil nömrəsi ilə istifadə etdiyi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əmisinin “***-***-**-**” mobil nömrəsi ilə əlaqə saxlayaraq ona iş yoldaşı Zərərçəkmiş şəxs1 bank karlını götürdüyünü, ondan gizli kredit limitini artırıb pul çıxarmaq istədiyini lakin bunu necə etmək lazım olduğunu bilmədiyini əmisinə demiş, ondan bunun üçün kömək istəmişdir. Əmisi ona həmin kartı yerinə qoymağı tapşırsa da əmisini hər hansı problemin yaranmayacagı ilə bağlı əmin etdikdən sonra, əmisi ona öz dostu Təqsirləndirilən şəxs2la əlaqə saxlamalı olduğunu, onun kömək edə biləcəyini özünün də ona deyəcəyini demişdir. Bundan sonra əmisi Etimadın nömrəsini ona göndərmişdir. Həmçinin əmisi ondan bu məsələnin alınacağı təqdirdə 200-300 manat pul istəmişdir. Bundan sonra o, əmisinin göndərdiyi Etimadın istifadəsində olan ”***-***-**-**" nömrəsi ilə “Whats app" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayaraq ona köməklik etməsini bildirdikdən sonra Etimad onunla razılaşaraq həmin kartdan pul çıxarmaq üçün kartın özünün yaxud da, şəxsə məxsus mobil nömrə ilə birlikdə kartın seriya nömrəsinin lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 mobil nömrəni götürə bilməyəcəyini bildirmiş, daha sonra soyunub-geyinmə otağında Elşənin köynəyinin cibində olan "xxxx" tərəfindən verilmiş 4169 7388 0953 6109 seriyalı kartı götürmüş və sinif otağına keçmişdir. Orada enerji mənbəyinə qoşulmuş Elşənin mobil telefonuna baxdıqda şifrə olmadığını müəyyən etmişdir. O, həmin vaxt Etimadın onu başa salması ilə öz mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 mobil nömrəsi və bank kartının seriya nömrəsindən istifadə etməklə qeydiyyatdan keçmiş və onun mobil telefonuna bildiriş şəklində göndərilmiş şifrədən istifadə etməklə onun bank hesabına daxil olmuşdur. Həmin vaxt kartın balansında 3800 manat olduğunu müəyyən etmişdir. Bundan sonra o, həmin məbləği Etimadın ona göndərdiyi bank kartına yönəltmək istəsə də, bu texniki səbəbdən mümkün olmamışdır. Buna görə də qeydiyyatı silmişdir. Daha sonra Etimadla aralarında əvvəlcədən əldə edilmiş razılığa əsasən o, 04 iyun 2023-cü il tarixdə xidmətdən çıxarkən Elşənə məxsus həmin kartı özü ilə götürərək saat 10:00 radələrində ”28 May” metrostansiyasının yanında görüşmüşdür. Həmin yerə Etimadla birlikdə onun iş yoldaşı Şahin də gəlmişdi. Şahin onun həyəcanlı olmasını görüb ona “narahat olma, nə olsa bizlikdir, heç kim bilməyəcək" demişdir. Daha sonra Etimad həmin ünvanda kənarda şəxslərin və videomüşahidə kameralarının çox olmasını qeyd edərək “Şamaxinka” adlanan əraziyə getməyi təklif etmiş və bundan sonra Şahinin sifariş verdiyi taksi avtomobili vasitəsilə biz ”20 Yanvar" metrostansiyasının yanına gəlmişlər. Taksidən endikdən sonra üçü birlikdə yaxınlıqda yerləşən “AccessBank"-a getmişik. Orada Etimad kartı həmin bankın qarşısında quraşdırılmış bankomata daxil etmiş və bankomatda cəmi 300 manat pul olması səbəbindən oradan pul çıxara bilməmişdir. Bundan sonra birlikdə ünvan 6də yerləşən “SPAR" marketin qarşısına gəlmiş və o, Şahinlə bir qədər kənarda dayanmış, bu zaman Etimad həmin marketin qarşısında quraşdırılmış “Kapital Bank" ASCyə aid bankomatdan əvvəlcə 2000 manat, daha sonra əlavə 800 manat məbləğində pul çıxarmışdır. Daha sonra o, Etimada gördüyü işin müqabilində əvvəlcədən aralarında olan razılığa əsasən 800 manat pul vermişdir. Həmin gün günorta saatlarında Zahidə zəng edərək ondan idarə etdiyi avtomobillə bağlı, avtomobilin qəza etdiyi ünvana birlikdə getməyi xahiş etmişdir, “Sulutəpə dairəsi" adlanan ərazidə görüşmüşlər. Zahid orada ondan kredit limiti ilə bağlı məsələnin nə yerdə olmasını soruşmuş, o, cavabında Etimadla bu məsələni həll elədiyini demişdir. Bundan sonra ona ümumilikdə 300 manat məbləğində pul vermişdir. Geri qalan 1700 manatı öz şəxsi isifadəsinə və borclarına xərcləmişdir. Bundan başqa, o, sonuncu iş yerinə qədər Bakı Metropoliteni QSC-nin “Gənclik” metrostansiyasında yol montyoru vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs2 da onun iş yoldaşı olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Orxan adlı tanışından 18.000 AZN məbləğində razılaşaraq ondan “BMW 320" markalı avtomobili almışdır. Razılaşmaya əsasən ilkin olaraq Orxana nəğd 9500 manat pul ödəmiş, qalan hissəsini isə hər ay 500 manat ödəmək şərti ilə razılaşmışlar. O, hər ay ona 500 manat ödəmişdir, lakin 2021-ci ilin yanvar ayının 9-da Orxan ondan pulu istəmişdir. Lakin onun həmin vaxt pulu olmadığından məcbur olub Samir adlı tanışına zəng etmiş, onunla həmin pulu yəni 7500 manatı tam ödəməsi müqabilində sonuncuya aylıq 570 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Samir onun əvəzinə borclu olduğu məbləği tam ödəmiş, o isə ödəniş cədvəli vermiş və o da hər ay ödəniş cədvəlinə uyğun olaraq Samirə pul ödəməyə başlamışdır. O, hər ay pulu ödədikdən sonra qəbzi Samirin istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə və onun iş yoldaşı Fəridin mobil nömrəsinə “***-***-**-**” mobil nömrəsinə qəbzləri göndərmişdir. Bundan sonra o. mütamadi olaraq krediti ödəmişdir, lakin müəyyən vaxtlarda gecikmələri yaranmışdır. Buna görə də 2021-ci ilin dekabr ayının ödənişini edə bilməmişdir. Eləcə də əvvəlki aylarda onun gecikməsi yaranmışdır. Buna görə də o, 27 dekabr 2021-cİ il tarixdə saat 17:00 radələrində iş yerində yəni metronun “Gənclik" metrostansiyasının tunelində olarkən işçilər üçün nəzərə nəzərdə tutulan otaqda olarkən Nadirin kurtkasını orada görmüş, əmək haqlarının dekabr ayının 31-dək köçəcəyini bildiyi üçün Nadirin gödəkcəsinin cibindən onun maaş kartını ona məxsus “ATB” əmək haqqı kartını götürmüş və öz mobil telefonunda olan “ATB” -ın mobil tətbiqini açaraq kodunu skaner etmişdir. Həmin kartın hesabına baxanda görmüşdür ki, hesabda 670 manat pul vardır. O da həmin pulu Samirin ona göndərdiyi “Unibanka” aid hazırda dəqiq hesab nömrəsini xatırlamadığı hesaba 670 manat göndərmişdir. Həmçinin öz kartından da əlavə olaraq 30 manat pulu da həmin hesaba göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 məxsus kartı götürdüyü yerə qoymuşdur. Qəbzlərin də fotoşəkilini çəkərək «Whatsapp» ani mesajlaşma proqramında öz mobil nömrəsindən Fərid adlı şəxsin mobil nömrəsinə göndərmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, dəymiş ziyanı tam ödədiyini və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman əvvəllər iş yoldaşı olan Zahid adlı şəxs ona zəng edərək qardaşı oğlu Nicatda “Birbank” hesab kartı olduğunu, həmin kartdan limit artımı ilə pul çıxarmaq lazım gəldiyini, lakin qardaşı oğlunun bunu bacarmadığını bildirdi. Ondan qardaşı oğluna bu barədə ona köməklik etməyini xahiş etdi. Ona bunun qarşılığında ödəniş edəcəyini bildirdi. O, Zahidlə razılaşdı. Bir qədər sonra Zahidin qardaşı oğlu, əvvəllər tanıdığı Nicat adlı şəxs “***-***-**-**” mobil nömrəsi ilə onun özünün “***-***- **-**” nömrəsinə “WhatsApp” tətbiqi vasitəsilə ismarıc yazaraq, iş yoldaşına məxsus kartı iş yoldaşının ona verdiyini, həmin karıdan pul çıxarmaq lazım olduğunu qeyd etdi. Məsələ ilə bağlı ondan köməklik istədi. O da cavabında ona köməklik edə biləcəyini bildirmişdir. Həmin axşam Nicat ona ismarıc yazaraq kartdan pul çıxaracağı halda bundan onun sahibinin xəbər tutmamasının yolları barədə soruşdu. O, bunun üçün özünə məxsus kart hesabını ona təqdim etmiş, lakin bir qədər sonra Nicat pul göndərə bilmədiyini qeyd etmişdir. Həmin halda ona həmin kartın özünü ona gətirməsini bildirmişdir. Bundan sonra Nicatla razılaşdıqları kimi xx.xx.2023-cü il tarixdə “28 May” metrostansiyasının yanında görüşmüşlər. O, iş yoldaşı Şahinlə birlikdə təyin etdiyi ünvanda Nicatla görüşmüşdür. Həmin vaxt Nicat ona işin doğrusunu, yəni hesab kartını iş yoldaşından oğurladığını qeyd etmişdir. Hesabda 3800 manat məbləğində pul olduğunu bildirmişdir və həmin pulun 2800 manat məbləğini çıxarmağını istəmişdir. O, əvvəlcə bunu öyrəndikdə ona etiraz etmiş, lakin o, bununla bağlı heç bir problemin olmayacağını bildirdikdə o, razılığa gəlmiş və daha sonra həmin ünvanda kənarda şəxslərin və videomüşahidə kameralarının çox olmasını qeyd edərək “Şamaxinka" adlanan əraziyə getməyi təklif etmişdir. Bundan sonra Şahinin sifariş verdiyi taksi avtomobili vasitəsilə “20 Yanvar" metrostansiyasının yanına gəlmişlər. Taksidən endikdən sonra birlikdə yaxınlıqda yerləşən “AccessBank"-a üçü birlikdə getmişlər. Orada özü kartı həmin bankın qarşısında quraşdırılmış bankomata daxil etmiş və bankomatda cəmi 300 manat pul olduğundan istədiyi məbləği çıxara bilməmişlər. Bundan sonra birlikdə ünvan 6də yerləşən “SPAR” marketə getmişlər və həmin marketin qarşısında quraşdırılmış “Kapital Bank" ASC-yə aid bankomatdan əvvəlcə 2000 manat, daha sonra əlavə 800 manat məbləğində pulu özü çıxarmışdır. Bundan sonra Nicat ona gördüyü işin müqabilində söz verdiyi 800 manatı vermişdir və onlar sağollaşdıqdan sonra Nicat oradan uzaqlaşmışdır. Bundan sonra o, Şahinlə birlikdə “20 Yanvar” metrostansiyasının yanına gəlmişlər və orada yerləşən mağazalardan özlərinə geyim əşyaları almışdır. Şahinə isə aldığı puldan 400 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə Nicata zəng edərək əlavə 200-300 manat ondan borc pul istəmiş, lakin Nicat pulunun olmadığını bildirərək bundan imtina etmişdir. Bir qədər sonra o, yenidən Nicata zəng edərək pul istədikdə Nicat ona cavabında həmin kartı ona verəcəyini qeyd edərək kartdan pul çıxara biləcəyini bildirmişdir. Bundan bir qədər sonra isə Zahid ona zəng edərək Nicatı bezdirməyi barədə ona öz iradını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs1 ilə barışdığını, dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, usta işləyir. Təqsirləndirilən şəxs2 da usta işləyir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2la birlikdə usta işlədikləri Novxanı qəsəbəsinə getmək üçün Binəqədi mərkəzi adlanan ərazidə avtobus gözləmişlər. Həmin vaxt Etimad ona bir nəfər dostunun hesab kartından pul çıxarmaq məqsədilə metronun “28 May" metroslansiyasının yanına getməli olduqlarını qeyd etmiş, daha sonra oradan da işə gedəcəklərini bildirmişdir. O, razılaşaraq qeyd olunan ünvana getmişlər, orada bir nəfər tanımadığı şəxs Etimadla görüşmüş və bir qədər söhbət etmişdir. Bundan sonra üçü birlikdə taksi sifariş edərək metronun “20 Yanvar" metrostansiyasının yanına gəlmişlər. Həmin ünvanda taksidən endikdən sonra Etimad ona yaxınlıqda yerləşən bankdan pul çıxarıb gedəcəklərini bildirmişlər. Bundan sonra birlikdə “Kəndli bazarı” istiqamətində hərəkət etmiş və həmin ünvana çatdıqda Etimad ona orada gözləməyini qeyd edərək Nicatla birlikdə üzbəüz yerləşən “Access Bank "-a getmişdir. Təxminən 10 dəqiqə sonra onlar geri qayıtmış və həmin vaxt Etimad bankomatda pul olmadığı üçün pul çıxara bilmədiyini qeyd edərək 3-cü mkr dairəsinə gedərək oradan pul çıxara biləcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə 3-cü mkr. dairəsinə düşmüşlər. Orada yerləşən körpünün yaxınlığına gözləmişlər. Etimad həmin şəxslə bir qədər kənara çəkilərək söhbət etmiş və daha sonra özü tək yaxınlıqda yerləşən “SPAR” marketə getmişdir. Nicat onun yanına gələrək orada gözləmişdir. Təxminən 5 dəqiqə sonra Etimad Nicatın yanına gəlmiş və yenə də həmin şəxslə kənara çəkilərək söhbət etməyə başlamışdır. Daha sonra onların arasında pul alış-verişi olduğunu görmüşdür. Bundan sonra Nicat onlardan uzaqlaşmış və çıxıb getmişdir. Onun kartın oğurluq olması barədə məlumatı olmamışdır. Etimad həmin 400 manatı ona borca veribdir. Onların nə iş görməsini bilməmiş, yalnız polisə aparıldıqdan sonra bu barədə məlumatı olmuşdur. Sonda Təqsirləndirilən şəxs4, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1 və 32.5,177.2.3- 1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında qardaşı oğlu Nicat ona zəng edərək hesab kartının olub-olmaması barədə ondan soruşmuşdur. Əgər vardırsa həmin karta pul göndərəcəyini qeyd etmişdir. Ondan həmin pulu çıxarmağını xahiş etmişdir. O da ona cavabında kartını istifadə edə bilmədiyini, şifrəni bir neçə dəfə səhv daxil etdiyinə görə kartın bloklandığını bildirmişdir. Bundan sonra Nicat ona dostunun özünə məxsus kartdan kredit götürərək ona verəcəyini qeyd etdi, lakin həmin kredit məbləğinin limitini artırmaqla bağlı anlayışının olmadığını dedi və ondan bu barədə köməklik etməyini istədi. O da cavabında ona qeyd etdiyi məsələ ilə bağlı onun da anlayışının olmadığını, lakin bu işlərdən Etimad adlı tanışının məlumatlı olduğunu qeyd etmiş və Etimadın mobil nömrəsini ona göndərmişdir. Bundan əlavə kredit məsələsinin alınacağı təqdirdə onun üçün də 200- 300 manat məbləğində kredit götürməsini ondan xahiş etmişdir. Səhəri gün günorta saatlarında Nicat ona zəng edərək, ondan idarə etdiyi avtomobillə bağlı, avtomobilin qəza etdiyi ünvana birlikdə getməyini xahiş etmişdir. O, onunla razılaşaraq “Sulutəpə dairəsi" adlanan ərazidə görüşərək dediyi yerə getmişlər, orada işlərini həll edib geri qayıdarkən o, Nicatdan kredit məsələsi ilə bağlı maraqlanmış, o isə cavabında ona işin həll edildiyini, Etimadın kartdan pulu çıxararaq ona verdiyini bildirmişdir. Bundan sonra o, Nicatdan ona söz verdiyi 200-300 manat pulu istədikdə ona borclu olduğu 100 manatla birlikdə ümumilikdə 300 manat məbləğində pul vermişdir. O, borc verilən 200 manat pulu hissəhissə olmaqla qaytaracağını bildirmiş, ondan ayrılıb evinə getmişdir. Təqsirləndirilən şəxs1 iş yoldaşının kartını oğurlamasından məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la “Whatsapp" proqramı vasitəsilə telefon əlaqəsi saxlamış, ona qardaşı oğlu Nicatın iş yoldaşının kartının kredit limitini artırmaq istəməsini, bunun üçün ona kömək etməsini ondan xahiş etmiş, bu halda Nicatın ona hörmət edəcəyini demişdir. Sonda Təqsirləndirilən şəxs3, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X13 Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Dövlət X2 28 nömrəli Yanğından mühafizə bölməsinin manqa komandiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 onunla birlikdə işləyirdi. 03 iyun 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə xidmətdən çıxdıqdan sonra saat təxminən 11:00 radələrində özünə məxsus “Kapital Bank" plastik bank kartının pul kisəsinin içərisində olmadığını görmüşdür. Əvvəlcə itirdiyini düşünmüşdür. Sonradan mobil telefonuma baxdıqda telefonuba bildiriş gəldiyini görmüşdür. Bildirişə baxdıqda kartından iki dəfəyə Bakı şəhəri Nəsimi rayonu 3005-ci məhəllədə yerləşən “Spar” marketdə olan bankomat vasitəsilə 2800 manat pul çıxarıldığı ona məlum olmuşdur. Bundan sonra o, "xxxx" ASC-nin qaynar xətti yəni “196” qısa nömrəsi ilə əlaqə saxlamış, kartını itirdiyini və nə qədər pul çıxarıldığını dəqiqləşdirmişdir. DİN-nin "102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmiş və izahat vermişdir. İzahatında hadisə ilə əlaqədar olaraq iş yoldaşı Təqsirləndirilən şəxs1 şübhələndiyini qeyd etmişdir. Ona görə ki, Nicat yaxın müddətdə kredit götürdüyünü bilmişdir. Bundan başqa, bir neçə dəfə alış-veriş etmək üçün Nicatdan mağazaya getməyini xahiş etdikdə kartını ona vermiş və kodunu ona demişdi. Sonda Zərərçəkmiş şəxs1 oğlu təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və onlara qarşı şikayət və tələblərinin olmadığını bildirirək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı Metropolitenin "Gənclik" stansiyasında yol xidməti mantyor vəzifəsində işləyir. Aylıq 565 manat əmək haqqı alır. Lakin ilin sonunda isə əlavə olaraq vəzifə maaşı qədər maaş hesablanır. Əmək haqqını “Azər-Türk Bank" ASC tərəfindən verilmiş **********382352 nömrəli əmək haqqı kartı vasitəsilə alır. O, maaş kartını maaş köçürülən ərəfədə üzərində gəzdirir. xx.xx.2021-ci tarixdə, saat 16:09 dəqiqədə yaşadığı ünvan 3 ünvanında olarkən mobil telefonuna 674,88 manat manat pulunun köçürülməsi barədə mesaj gəldiyindən evinin yaxınlığında olan "ATB" terminalına yaxınlaşaraq pulu çıxartmaq istəyərkən plastik kartının koda düşməsi məlum olduğundan o, geri qayıdıb evə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:28 dəqiqədə isə telefonuna kartından 670 manat pulun çıxarılması barədə mesaj gəlmişdir. O, kartının koda düşməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə müraciət etmiş və kartını koddan çıxartmışlar. Həmin bankın qarşısında olan terminaldan pul çıxardan şəxslər çox olduğu üçün onun növbə gözləməyə vaxtı olmadığından orada «Gənclik» metrostansiyası yaxınlığında olan Atatürk prospektində quraşdırılmış “BTB" bank terminalına kartını salaraq pul çıxartmaq istədikdə, ona məlum olmuşdur ki, kartında cəmi 3.85 manat pul vardır. O, yaxınlıqda olan polis əməkdaşına yaxınlaşaraq maaş kartından 670 manat pulunun naməlum şəraitdə çıxarılması barədə müraciət edərkən ona yaşayış yeri üzrə müraciət etməyini məsləhət görmüşlər. O, evə gedərkən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə yaxınlaşaraq bu barədə müraciət etdikdə, ona bildirdilər ki, bununla bağlı bankdan çıxarış almaq lazımdır. Həmin gün artıq axşam saatları olduğuna görə mən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-yə müraciət edərək hesabımdan pulun çıxarılmasını deyib hesabımdan çıxarış istəyərkən ona çıxarış təqdim edilmişdir, həmçinin bank əməkdaş onun hesabından 670 manat pulun başqa hesaba köçürülməsi barədə məlumat versə də, hansı hesaba köçməsi barədə məlumat verməmişdir. O, xx.xx.2021-ci il tarixdə həmin çıxarış ilə bir daha Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı bəlli olmuşdur ki, onun kartından pulu çıxardan iş yoldaşı Təqsirləndirilən şəxs1 olmuşdur. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və onlara qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur. Nicat Abdullayev onun tanışıdır və o da əvvəllər onunla birlikdə avtomobil-alqı satqısı ilə məşğul olmuşdur. Lakin, daha sonra o, iş yerini dəyişmişdir. Nicatla birlikdə avtomobilləri kredit şərti ilə ayrı-ayrı şəxslərə satmış və kredit ödənişləri də Nicata məxsus "xxxx" ASC-yə məxsus **********382352 hesab nömrəli debet karına yükləndiyindən hesab kartı onların istifadəsində qalmışdır. Müştərilər də həmin hesab nömrəsinə kredit ödənişi etmişdir. Nicata məxsus **********382352 nömrəli hesab qeyd edilən tarixdə 670 və 30 manat olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən göndərilmişdir. O, Təqsirləndirilən şəxs1 “BMW" markalı 99BP109 dövlət nömrə nişanlı avtomobili təxminən bu işlər olmamışdan 10 ay əvvəl, kredit şərti ilə satmış, o, ona hər ay 570 manat pul ödəmişdir. Nicat ona ödəniş qəbzlərini “Whatsapp” ani mesajlaşma vasitəsilə özünə məxsus 55-219-52-52 mobil nömrəsindən onun istifadəsində olan “***-***- **-**“ mobil nömrəsinə göndərmişdir. Nicat pulları həmişə gecikdirmişdir. xx.xx.2021-ci il tarixdə isə o, Nicat Abdullayevin adına olan **********382352 hesab nömrəli hesaba 30 və 670 manat pul göndərdi və qəbzi də ona göndərmişdir. Təqsirləndirilən şəxs1 670 manatı Nadirin kartından çıxarıb ona göndərməsindən heç bir məlumatı olmamışdır. Cinayət işinin İ cildinin 9-10-cu vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, tədqiqat zərurəti ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 6 ünvanında yerləşən “SPAR” marketin qarşısıdır. Qeyd edilən marketdə "xxxx" ASC və "xxxx" ASC-yə aid bankomatlar mövcuddur. Cinayət işinin İ cildinin 49-cu vərəqində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 70-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 89-cu vərəqində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 106-cı vərəqində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 117-ci vərəqində olan “Telefon aparatına baxış keçirilməsi haqqında” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs1 məxsus mobil telefon aparatına baxış keçirilmişdir. Həmin mobil telefonun “WhatsApp” proqramına daxil olduqda sonuncunun Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə yazışmaların olması müəyyən olunur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus bank kartından pulun çıxarılması ilə bağlı Təqsirləndirilən şəxs2 məsləhətlər istəməsi, Təqsirləndirilən şəxs2 bu barədə Nicat Əzizova köməklik göstərməsi, qabaqcadan razılıq əldə edilməsi, həmin kartı Nicatın özü ilə gətirib ona verməsini və özünün həmin kartın balansında olan məbləği nağdlaşdıracağını bildirməsi əks olunmuşdur. Cinayət işinin İ cildinin 161-162-ci vərəqlərində olan “Şübhəli şəxs statusuna xitam verilməsi və MSY-dən azad olunması haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs statusuna xitam verilməsi və saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 165-ci vərəqində olan “Şübhəli şəxs statusuna xitam verilməsi və MSY-dən azad olunması haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs statusuna xitam verilməsi və saxlanıldığı Nəsimi RPİnin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 183-186-cı vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-301/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 haqqında “həbs” qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 08 iyun 2023-cü il tarixdən, saat 15:00dan hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 187-190-cı vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-300/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 haqqında “həbs” qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 08 iyun 2023-cü il tarixdən, saat 16:45dən hesablanması qərara alınmışdır. Cinayət işi üzrə İ cildinin 193-cü vərəqində olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyətinin Xocəsən qəsəbə İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İ cildinin 209-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 210-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 211-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 235-ci vərəqində olan Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 009701 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 şəhid ailəsinin üzvüdür. Cinayət işinin İ cildinin 237-ci vərəqində olan xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 859290 nömrəli 4 saylı Bakı Asan Xidmət X17 tərəfindən verilmiş “Doğum haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinin İ cildinin 239-241-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətinin uzadılması barədə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Şıxəliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 243-245-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılması barədə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Şıxəliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 10-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Azər-Türk” Bankın olduğu hündür mərtəbəli bina, mərkəzi yolun kənarıdır. Cinayət işinin İİ cildinin 67-ci vərəqində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-2146 nömrəli məktubdan görünür ki, barəsində sorğu edilən, Zərərçəkmiş şəxs2 istifadəsində olan **********000620 nömrəli kart vasitəsilə xx.xx.2021-ci il tarixində, saat 16:18:27-də 670.00 (altı yüz yetmiş) manat məbləğində vəsait "xxxx" ASC-yə məxsus **********382352 nömrəli karta köçürmə əməliyyatı (card to card) ilə həyata keçirilib. Cinayət işinin İİ cildinin 74-cü vərəqində olan “Predmetə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid mobil telefonunda Whatsapp ani mesajlaşma proqramında istifadə etdiyi ”***-***-**-**” mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 öz istifadəsində olan “***-***-**-**” mobil nömrəsi ilə avtomobil kreditinin ödənişi ilə bağlı mövzularda yazışmalar var. Həmçinin, Təqsirləndirilən şəxs1 öz istifadəsində olan nömrədən xx.xx.2021-ci il tarixli 670 manat kartla köçürməni təsdiq edən qəbzi göndərmişdir. Cinayət işinin İİ cildinin 93-cü vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 121-125-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-in müstəntiqi Hilal Rüstəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 127-128-ci vərəqlərində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 192-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 195-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 236-237-ci vərəqlərində olan “Kamera görüntülərinə baxış keçirilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu 01 ədəd disk və "xxxx" ASC-dən götürülmüş 01 ədəd diskə həmin tarixdə Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilmişdir. Belə ki, VİD-20230608- WA0164 fayldakı kamera görüntülərinə baxış zamanı müəyyən edildi ki, kamera ikitərəfli yolu qeydə alır, orada avtomobillər hərəkət edir. Avtomobil yolunun ortasında olan səkidə, qara geyimli şəxs, onun sol tərəfində isə ağ geyimli, saçı nisbətən ağ rəngdə olan şəxs əks olunmuşdur. Həmin vaxt bir nəfər şəxs, yolun əks istiqamətindən piyada keçidini keçərək həmin iki nəfər şəxsə yaxınlaşır. Həmin qara və ağ geyimli yanyana dayanmış şəxs onu gözləmədən yolun digər istiqamətinə keçir. Həmin 3 nəfər şəxs bir birinin arxası ilə yolu keçdikdən sonra əks istiqamətdə yolun sağ tərəfində dayanması, onların üçünün birlikdə nəyisə müzakirə etmələri, yolun piyada keçidi olan hissəsindən keçən şəxs isə əlində olan pula bənzər predmeti qara geyimli şəxsə təqdim etməsi, daha sonra arxa cibinin əlinə salması, ağ saçlı şəxsin əl hərəkətləri ilə nələrsə deməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs1 görüntülərə baxış zamanı qara geyimli şəxsin onun özü olduğunu, sol tərəfində dayanan ağ geyimli saçı nisbətən ağ rəngdə olan şəxsin isə Təqsirləndirilən şəxs2la birlikdə ora gələn Təqsirləndirilən şəxs4 olmasını piyada keçidi ilə onlara yaxınlaşan şəxsin isə iş üzrə digər Təqsirləndirilən şəxs2 olmasını bildirdi. O, həmçinin qeyd etdi ki, yolun əks istiqamətinə keçdikdən sonra Təqsirləndirilən şəxs2 bank ATM-dən çıxardığı 2800 puldan 2000 manatını onun özünə verir. 800 manat pulu Etimad öz arxa cibinə qoyur. Təqsirləndirilən şəxs4 bu pulun oğurluq olduğunu bilərək pulun bölünməsində iştirak edir. Pul bölündükdən sonra o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la sağollaşaraq oradan ayrılır, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la birlikdə oradan gedir. Digər zərfdə olan 01 ədəd diskə baxış keçirilən zaman orada çox saylı fayllarda olan fotoşəkillərdə bir nəfər şəxsin pulu bank “ATM”dən nağdlaşdıraraq çıxarması, onu sayması daha sonra oradan uzaqlaşması görünür. İş üzrə Təqsirləndirilən şəxs1 həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu onun iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus birbank kartından Cavadxan küçəsində olan ATMdən 2800 manat pulu nağdlaşdıraraq çıxardığını bildirmişdir. Cinayət işinin İİİ cildinin 20-21-ci vərəqlərində olan “Qətimkan tədbiri seçmə barədə” 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 39-40-cu vərəqlərində olan “Qətimkan tədbiri seçmə barədə” 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 50-ci vərəqində olan “Götürmə aparılması haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 01 ədəd "xxxx" ASC-dən verilmiş, 4169 7388 0953 6109 nömrəli bank kartının götürülməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 57-70-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" tərəfindən verilmiş 4169 7388 0953 6109 seriyalı elektron məlumat daşıyıcısı olan bank kartının, hadisənin görüntülərini özündə əks etdirən 03 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Vahin oğlu, Təqsirləndirilən şəxs3 ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Həmin şəxslərə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Göstərilənlərə əsasən həmin şəxslər barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələrindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında göstərilir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlləri həmin Məcəllənin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə həmin Məcəllənin 32.5,177.2.1 və 35.5,177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətdikləri əməli etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları (“xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmədə dindirmə protokolları”) və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, törədilmiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını və şəhid ailəsinin üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəməyədək icraat zamanı tutma altında və həbsdə saxlanıldığı 3 (üç) ay 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 32.5,177.2.1 və 32.5,177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1 və 32.5,177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan bank kartı və hadisənin görüntülərini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs1, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X16 tərəfindən Təqsirləndirilən şəxs4, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdikləri iş saatlarına uyğun olaraq müvafiq məbləğdə pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında və həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (06 ay 02 gün) çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı həbsdə saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (06 ay) çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (04 gün) cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yerləri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş elektron məlumat daşıyıcısı olan bank kartı və hadisənin görüntülərini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-70/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-70/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver