Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-70/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 2siz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi ilə saatda 30-40 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmama barədə tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq avtomobillə eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ ayaqda hərəkət məhdudluğu və xroniki ağrı sindromu ilə, həmçinin İİİ daraq sümüyünün əsasının medial hissəsində sümük iliyi ödemi və İİ barmağın orta falanqasında osteoxondral zədələnmə ilə müşayiət olunan sağ ayağın iri ölçülü hematoma halında əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb elan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayir.Təxminən 2 ildir ki, “Bolt” və “Uber” kimi taksi şirkətlərində taksi fəaliyyəti ilə məşğuldur. 09 aprel 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saatda 30-40 kilometr surətlə hərəkətdə olan zaman bir nəfər qadının yolun hərəkət hissəsi ilə yolu "çəpəki" şəkildə keçməsini müşayiət etmişdir. Bu zaman o, idarə etdiyi avtomobili sola tərəf yönəltmişdir ki, həmin qadını vurmasın, lakin üzbəüz yol ilə qarşı istiqamətdə digər avtomobil gəldiyi üçün tam olaraq avtomobili qaçırdaraq hadisədən yayına bilməmişdir. Belə ki, idarə etdiyi avtomobilin ön sağ farası ilə həmin qadının arxa sol yan tərəfinə toxunmuş və həmin qadın yerə yıxılmışdır. Avtomobili dərhal saxlayıb həmin qadına yaxınlaşmış, müşayiət etmişdir ki, həmin şəxs yerdə oturub və ağrıları vardır. Bu səbəbdən həmin şəxsi avtomobilə əyləşdirərək Travmatologiya xəstxanasına aparmışdır. Yol boyu adı ona sonradan məlum olan Sevər xanımla söhbət etmişdir. Söhbət zamanı o, Sevər xanıma bildirmişdir ki, nə lazımdırsa edəcək. Beləliklə Travmatologiya xəstəxanasına çatmışlar və Sevər xanım müayinə olunmuş, həkim müayinəsindən sonra hər bir şeyin qaydasında olması müəyyən edildiyindən bir daha Sevər xanımdan xahiş etmişdir ki, nə köməklik lazımdırsa edəcək, lakin polisə müraciət etməsin. Bundan sonra o, Sevər xanımı yaşadığı Nəsimi rayonu, 4cü mikrorayon dairəsinin yaxınlığında yerləşən evinə aparmışdır. Təxminən 10 gün sonra özünü Sevər xanımın bacısı kimi təqdim edən şəxs ona zəng vuraraq onunla aqressiv formada danışmış və nəyə görə Sevər xanımla maraqlanmadığını irad olaraq bildirmişdir. Telefon danışığı zamanı həmin şəxsə bildirmişdir ki. Sevər xanımın onda əlaqə nömrəsi yoxdur. Bundan sonra onun özü telefonla Sevər xanımla danışmış və Sevər xanım bildirmişdir ki, onun bacısı ondan xəbərsiz ona zəng edib və onun heç bir problemi və şikayəti yoxdur. Lakin təxminən 5 gün sonra Sevər xanım ona zəng edərək bildirmişdir ki, onun sol ayağında ağrılar vardır, işə çıxa bilmir və işə çıxa bilmədiyi hər bir gün üçün ona 30 manat pul ödəməlidir. Telefon danışığı zamanı Sevər xanıma onun belə bir maddi imkanının olmadığını bildirmişdir. Daha sonra isə Sevər xanım ona hər gün zəng vurmağa başlamış və onu mütamadi olaraq narahat etdiyindən əsəbindən Sevər xanıma bildirmişdir ki, ona ümumiyyətlə heç bir ödəniş etməyəcək. Daha sonra isə istintaqda material üzrə araşdırma aparılan zaman Zərərçəkmiş şəxs ona və yaxınlarına bildirmişdir ki, o, 7.000 manat pul ödəmədiyi təqdirdə şikayətini geri çəkməyəcək. Sevər xanım bu məbləği isə belə əsaslandırmışdır ki, o, 1 aydan çoxdur ki, işləyə bilməmiş və onun aylıq gəliri 7.000 manat təşkil edir. Sevər xanıma cavab olaraq o, qanun qarşısında törətdiyi əmələ görə cavab verməyə hazır olduğunu, tələb etdiyi 7.000 manat pulu ödəməyəcəyini bildirmişdir. O, ən çoxu 2000 manat pul ödəyə biləcəyini Sevər xanıma bildirsə də, lakin Sevər xanım buna razı olmamışdır. Avtomobillə təxminən saatda 30-40 kilometr surətlə hərəkətdə olan zaman Sevər xanımı təxminən 10 metr məsafədən hərəkət etməsini müşayiə etmişdir. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir. Hadisəni törətdikdən sonra hadisə barəsində polisə məlumat verməmişdir. Həmin avtomobili icarə əsasənda idarə etmiş, vətəndaş Zərərçəkmiş şəxs isə polisə hadisə ilə bağlı 9 gün sonra məlumat vermişdir, təhqiqatçı İlham Məmmədov onu araşdırma zamanı dəvət etdikdə artıq həmin avtomobili sahibinə təhvil vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə hər hansı ziyan vurulmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 09 aprel 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən "Bazar Store" mağazasının qarşısından avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun sağ hissəsi ilə piyada keçidi istiqamətində hərəkət edən zaman həmin küçə ilə hərəkətdə olan "Toyota Prius" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissəsi ilə onun arxa sol yanından vuraraq onu yerə yıxmış, bu zaman o, bir qədər fırlanaraq yerə yıxılmış və onun sağ ayağı avtomobilin sağ qabaq təkərinin altında qalmışdır. Avtomobilin altından sürünərək çıxmış və həmin avtomobilin sürücüsü ətrafda olan şəxslərin təkidi ilə onu avtomobilə əyləşdirərək Travmatologiya xəstəxənasına aparmışdır. Orada xəstəxana istiqamətində hərəkətdə olan zaman yolda sürücü bir neçə dəfə xahiş etmişdir ki, o, sürücüdən şikayətçi olmasın və xəstəxanada bildirsin ki, güya özü ehtiyatsızlıqdan yerə yıxılmışfıt. Beləliklə xəstəxanada olan zaman müayinə olunmuş, bundan sonra həmin şəxs onu yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon dairəsində yerləşən evinə aparmışdır. Təxminən 3-4 gün sonra ayağında olan ağrıların şiddətlənməsini, həmçinin həmin şəxsin onunla maraqlanmadığını görüb həmin şəxsə zəng etmək qərarına gəlmişdir. Telefon danışığı zamanı həmin şəxs onunla aqressiv formada danışmağa başlamış və bildirmişdir ki, ona hər hansı maddi dəstək etməyəcək. Bundan sonra 17 aprel 2024-cü il tarixdə artıq ayağında dözülməz ağrıların olmasını hiss edərək bir daha Travmatologiya xəstəxanasına müraciət etmiş, həmin xəstəxanada onu başqa həkim müayinə etmiş və ayağını gipsə qoymuşlar. O, yolun hərəkət istiqamətinə təxminən 1 metr məsafədə çıxmışdır. Səkidən yolun hərəkət hissəsinə çıxan zaman "Toyota" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 50 metr məsafədə onun olduğu istiqamətə doğru gəlməsini görmüşdür. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsidir (i.v. 6-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 484 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ ayaqda hərəkət məhdudluğu və xroniki ağrı sindromu ilə, həmçinin İİİ daraq sümüyünün əsasının medial hissəsində sümük iliyi ödemi və İİ barmağın orta falanqasında osteoxondral zədələnmə ilə müşayiət olunan sağ ayağın iri ölçülü hematoma halında əzilməsi bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsinə göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v. 20-22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/1649 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi eskpertin səlahiyyətinə aid deyildir (i.v. 35-36); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 sentaybr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 sentaybr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 76); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş X9 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Toyota Prius (Hibrid)» markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən X3 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2032-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (i.v. 77); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 428828 nömrəli "B1 В C1 C" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 79); “Sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, "Toyota Prius" minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və X4 qaytarıldığı nəzərə alınmışdır (i.v. 80-86); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-70/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və o, tapılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə gətirilməsi, qərarın icrasının Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin yaxalanması” barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:50 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-70/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və gənc olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, məhkəmə baxışı zamanı tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut – "Toyota Prius" minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – "Toyota Prius" minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-70/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-70/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver