Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-705/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi1, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqsirləndirilən şəxs - X12 iştirakları ilə, xx.xx.1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 25 Aprel 1961-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4ktik yaşayan, işləməyən, (ş/v: AZE N 09004481, telefon: 050 3298012) X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2025-ci ildə təqsirləndirilən şəxs X19 Bakı şəhəri, Xətai rayonu, “AMAY” Biznes mərkəzi, 5-ci mərtəbə, 3-cü otaqda fəaliyyət göstərən (ASAN Xidmətin üstü) “azpolitika.info" saytı vasitəsilə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini, işgüzar nüfazunu ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, guya o, “keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrindən istifadə edərək özünə toxunulmazlıq qazanıb və bu illər ərzində dövlət büdcəsindən milyonlarla manat mənimsəmişdir.” Guya “təxminən 25 il ərzində Ramiz Mehdiyevin dəstəyi ilə X7 Zavodundan vaqonlarla dəmir məmulatı gətirərək Azərbaycanda dəmir bazarında monopoliyanı ələ keçirmiş və bu yolla inanılmaz sərvət yığmışdır.” Guya "Ramiz Mehdiyevə bahalı mənzil hədiyyə etmişdir”. Guya “Ramiz Mehdiyevin nüfuzunun zəiflədiyi bir dövrdə siyasi motivlərlə Türkiyədə böyük miqdarda investisiyalar etmişdir. Bu investisiyalara İstanbulda 5 milyon dollarlıq "Eurobond", "Burhan" bankında 500 min dollarlıq əmanət, İstanbulun nüfuzlu Nişantaşı məhəlləsində 2 daşınmaz əmlakın alınması daxildir”. Guya “onun oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 179cu maddəsi ilə təqsirləndirilən Həsən İbrahimovu prokurorluq və məhkəmə ilə əlbir olaraq heç bir sübut olmadan təqib edir. Guya “onun ailəsini təqib etdirir, onları hədələdiyir, o cümlədən övladlarının həyatına qəsd ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Guya “o, və onun dövlət orqanlarındakı himayədarları gələcəkdə dövlətçilik üçün təhlükə yaradırlar.” Bundan əlavə 01 Noyabr 2025-ci ildən cavabdeh X19 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 (X25) ünvanda fəaliyyət göstərən “oxu.az” saytı vasitəsilə qeyd olunan məlumatlardan əlavə yalan olduğunu bilə-bilə böhtan xarakerli aşağıdakı məlumatları da yaymışdır: Guya “Ramiz Mehdiyevin biznesini o, idarə edir. Ramiz Mehdiyev barədə cinayət işi başlanandan sonra biznesini xaricə köçürməyə başlamışdır. Guya o, “X17 Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olmuşdur. Bunun qarşılığında 25 ilə yaxın müddət ərzində X8 Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliyasını ələ keçirərək, inanılmaz sərvətə sahib olmuşdur. Guya "Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt "Bu dövlətə etibar yoxdur. Sabah bilmək olmaz nə olar, nə olmaz" demişdir. Təqsirləndirilən şəxsin barəsində yaydıqları məlumatlar böhtan xarakterlidir, həqiqətdən uzaqdır. X22 heç bir əlaqəsi, iş birliyi, şəxsi tanışlığı olmamış, heç bir toxunulmazlıqdan istifadə etməmiş, dövlət orqanlarında çalışmamış, dövlət əmlakını mənimsəməmiş, Azərbaycanın dəmir bazarında monopoliyası olmamışdır, iş adamıdır, inanılmaz sərvəti yoxdur, Ramiz Mehdiyevə bahalı mənzil hədiyyə verməmiş, X17 Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona dəstək olmamışdır. Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt "Bu dövlətə etibar yoxdur. Sabah bilmək olmaz nə olar, nə olmaz" ifadəsini işlətməmiş, dövlət orqanlarında himayədarları yoxdur, dövlətini sevir, dövlətçilik üçün təhlükə yaradan heç bir hərəkət etməmiş və etməz. Cavabdehin oğlu İbrahimov Həsən təsisçisi, iştirakçısı və investoru olduğu şirkətin 973.197,75 manat məbləğində xüsusilə külli miqdarda əmlakını başqa şəxslə qabaqcadan əlbir olub mənimsədiyinə və israf etdiyinə görə prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilir. Onu və ailəsini təqib etməmiş, onun həyatına qəsd ediləcəyi ilə hədələməmişdir. Məhkəmədə iddia qaldıraraq İbrahimov Həsənin başqa şəxslə qabaqcadan albir olaraq vurduğu 973.197,75 manat ziyanı, 20500 manat zərəri, 1284 manat dövlət rüsumunu tələb etmiş və edir. Təqsirləndirilən şəxsin “azpolitika.info” saytı vasitəsilə yaydıqları yalan məlumatları minlərlə şəxs oxumuşdur. O, barəsində şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatlar yayıldığı üçün dərin mənəvi, psixoloji sarsıntı keçirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsi: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37,2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilən cinayət üzrə xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Həmin məcəllənin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Göstərilənləri nəzərə alaraq, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X12 oğlu Həsən onun təsisçisi olduğu şirkətin əməkdaşı olmuşdur. Lakin bir müddət sonra həmin şəxsin işlədiyi şöbədə kəsr yaranmışdır. O, ilk əvvəl Oktayın özünə zəng edərək kəsr barədə məlumat vermiş və oğlu Həsənin şirkətə gəlməsini xahiş etmişdir. Lakin, Oktay onun sözlərinə əhəmiyyət verməmişdir. Daha sonra onun ortağı yaranmış kəsrlə bağlı yoxlama cəlb etmiş və hesabatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqın getdiyi dövrdədə Oktay oğluna kömək edilməsi məqsədi ilə ondan pul almışdır. Daha sonra o, audit dəvət etmişdir. Audit yoxlaması zamanı şirkətdə böyük kəsr olduğu və həmin kəsrin X12 oğlu Həsən tərəfindən yarandığı məlum olmuşdur. O, dəfələrlə X11 xahiş etmişdir ki, oğlu şirkətə gəlsin və yoxlamada iştirak etsin. X23 cəmi üç gün gəlmiş, daha sonra isə gəlməmişdir. Bundan sonra o, yaranmış kəsrə görə dövlət orqanlarına məlumat vermiş və araşdırma nəticəsində Həsən İbrahimov istintaqa cəlb edilərək tutulmuşdur. X19 və onun həyat yoldaşı dəfələrlə onun yanına oğlunu buraxdırmaq üçün xahişə gəlsələr də, o, şikayətini geri götürməmişdir. Buna görə də, X19 ona qarşı qərəzli münasibət göstərmişdir. Bundan sonra, X19 ondan bütün dövlət orqanlarına əsassız şikayətlər yazmış, ona qarşı əsassız ittihamlar irəli sürmüşdür. Bundan başqa, X19 onun haqqında saytlara yalan məlumatlar vermiş, onu Azərbaycan Respublikasında rüsvay etmişdir. X2 verdiyi bütün məlumatlar yalandır və ona şər atmışdır. Həmin saytlarda qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Onun külli miqdarda pulu və hər hansı toxunulmazlığı yoxdur. Ramiz Mehdiyevlə tanışlığı və ya yaxınlığı olmamış və sonuncuya hər hansı ev hədiyyə etməmişdir. O, heç kəsə hədə qorxu gəlməmiş, hər hansı dövlət orqanında şəxsən tanıdığı vəzifəli şəxslər yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X19 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 onun bacısının əridir. Onunla Şahəddininin çox yaxın münasibətləri olmuş, bir-birlərinin bütün sirlərini bilmişlər. X10 təsisçisi olduğu zavodda yaranmış kəsri onun oğlunun üzərinə atmış və nəticədə oğlu Həsən cinayət məsuliyyətinə cəlb edilmişdir. O, dəfələrlə X4 onun oğlunun təqsiri olmamasını, şikayətlərini geri çəkməsini xahiş etsə də, lakin X10 onun sözlərinə məhəl qoymamışdır. Halbuki, oğlu Həsən Şahəddinə məxsus sexdə əmək müqaviləsi olmadan işləyən adi işçi olmuş, hər hansı səlahiyyəti olmamışdır. Şahəddin tərəfindən oğluna şər atılmışdır. Buna görə də, o, Şahəddinin bütün etdiyi qanunsuzluqlarla bağlı müvafiq dövlət orqanlarına açıq məktub ünvanlamış, həmçinin şikayətlər etmişdir. O, Şahəddin ilə yaxın qohum və dost olduğundan sonuncunun etdiyi bütün qanunsuzluqlar barədə məlumatlı olmuş, həmçinin Ramiz Mehdiyevlə olan yaxınlığı, sonuncu vasitəsi ilə əldə etdiyi toxunulmazlıq və pullar barədə məlumatlı olmuşdur. Bütün bu bildikləri barədə müvafiq dövlət orqanlarına açıq məktublar, şikayətlər yazmışdır. Həmin dövlət orqanları da onun izahatının alınması üçün dəvət etmiş, o da, bildikləri barədə məlumat vermişdir. Bundan sonra, saytlardan ona zəng gələrək onu müsahibəyə dəvət etmişlər. O, saytların hər birinə bildirmişdir ki, məqalə ilk əvvəl ona təqdim edilsin və o, razılıq verdiyi halda paylaşılsın. Lakin, sayt əməkdaşları ona məlumat vermədən, hər hansı razılığını almadan məqalə paylaşmışlar. O, X6 şər böhtan atmamış, sadəcə sonuncunun qanunsuz əməlləri barədə müvafiq dövlət orqanlarına məlumat vermişdir. Saytlarda qeyd olunanlar isə onun icazəsi alınmadan sayt əməkdaşları tərəfindən paylaşılmışdır. Sonda təqsirləndirilən şəxs X19 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 müdafiəçisi Müdafiəçi4 yazılı çıxış təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-705/2025 saylı qərarı ilə X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə hazırlıq iclasında “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı Qərarına istinadən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, həmin qərarın 11-ci bəndinin 2-ci abzasında göstərilmişdir: Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Lakin məhkəmə qeyd edilən xüsusata əhəmiyyət verməyərək şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən Plenum qərarının 14-cü bəndində göstərilən tələblərə əməl edilməmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən O.İbrahimov ifadəsində X10 ilə yeznə-qayın olduqlarını və “Azpolitika.info” saytında olduğunu bundan əvvəl ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına X5 hərəkətləri barədə şikayətlər ünvanladığını etiraf etmişdir. Həmçinin bildirmişdir ki, saytda onun müəyyən fikirləri də təhrif olunmuş şəkildə verilmişdir. Təqsirləndirilən O.İbrahimovun ifadəsindən məlum olur ki, X10 ilə yeznə-qayındır. Onlar qohumluq əlaqələrinə görə çox yaxın olmuşlar. Bu yaxılığa görə Ş.Abdullayev barədə xeyli məlumatlara vaqif olmuşdur. Bu məlumatların çoxunu şəxsən Ş.Abdullayev özü yaxın qohum kimi ona demişdir. Buna görə də, O.İbrahimov Ş.Abdullayevin cinayət xarakterli hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayətlə müraciət edərək məlumat vermiş və onun cinayət xarakterli hərəkətlərinin araşdırılması və hüquqi qiymət verilməsini xahiş etmişdir. X18 Xidmətinin əməkdaşları tərəfindən şikayətinə əsasən dindirilmişdir. Dindirilərkən özündə olan məlumatlar barədə müfəssəl ifadə vermişdir. Lakin hazırkı vaxta qədər hüquq-mühafizə orqanlarından şikayətinə cavab almamışdır. Xüsusi ittihamçı ifadəsində Ramiz Mehdiyevlə yaxın olmasını və övladının toy mərasimində onun iştirak etdiyini etiraf etmişdir. Onu da qeyd edir ki, O.X1 barədə şikayətləri dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət əməlləri ilə əlaqədardır. Həmin cinayət işi üzrə hazırda istintaq hərəkətləri aparılır, R.Mehdiyevlə cinayət əlaqəsinə girən şəxslərin dairəsi müəyyənləşdirilir. Bu barədə istintaq aparan orqan ictimaiyyəti mütəmadi məlumatdırır. Hesab edir ki, nə qədər ki, O.İbrahimovun şikayətləri barədə hüquq-mühafizə orqanları tərəfindən cavablandırılmamışdır, məhz həmin şikayətlərin məzmununa görə O.İbrahimov ittiham oluna bilməz. Edilən şikayətlə əlaqədar istintaq orqanının müvafiq qərarı olmadan O.İbrahimovun ittiham olunması əsaslı şübhələr yaradacaqdır. Ona görə ki, O.İbrahimovun məlumatlandırdığı kimi həqiqətən X5 hərəkətlərində cinayət əməllərinin olmasını sübut etmək təqsirləndirilən şəxsin vəzifəsi deyil, dövlət orqanlarının vəzifəsidir. O.İbrahimov vətəndaş kimi özündə olan məlumatları dövlət orqanlarına rəsmi şəkildə bildirmişdir. Ş.Abdullayevin hərəkətlərində cinayət əməllərinin olub-olmamasını isə yalnız istintaq orqanının müvafiq qərarın qəbul edilməsindən sonra mümkündür. Bu iş üzrə O.İbrahimovun barəsində ittiham hökmü qəbul olunarsa bu hökm şübhə altına düşmüş olacaqdır. Qeyd edilənlərə əsasən hazırda O.İbrahimovun şikayətində göstərilən xüsusatlarla ittiham olunması və ittiham hökmünün qəbul edilməsi əsaslı şübhələr nədənilə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasının pozulması ilə nəticələnəcəkdir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Bundan başqa, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub- pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra, Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43).” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir CM-nin 3-cü maddəsi). Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. Şərəf, fərdi mənəvi və sosial keyfiyyətlərini xarakterizə edən mənəvi kateqoriyadır. Onun qiymətləndirməsinə şəxsin sosial vəziyyəti, onun peşəkarlığı, şəxsiyyəti, biznes və ictimai şöhrəti təsir edir. Şəxsiyyətin ləyaqəti insanın özü və ətrafdakı insanlar tərəfindən yüksək mənəvi və etik keyfiyyətlərin mövcudluğunun və cəmiyyətdəki şəxsin nüfuzunun əsasını əks etdirir. Cinayətlərin obyektiv tərəfi fərdin azadlığına, şərəf və ləyaqətinə qarşı hərəkətlərlə xarakterizə olunur. Cinayətin obyektiv tərəfi hərəkətlərdir bilə-bilə yalan məlumatların yayılması, başqa şəxsin şərəf və ləyaqətini ləkələyir və ya onun nüfuzuna zərbə vurur. Bu məlumatların yayılması demək olar ki, istənilən (yazılı, şifahi) formada оla bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar, zərər çəkmiş şəxsin əxlaqi və mənəvi keyfiyyətlərini mənfi cəhətdən xarakterizə edən informasiyanı əhatə etməlidir. Cinayətin subyektiv tərəfi birbaşa niyyətlə xarakterizə olunur. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar, məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, cinayət məsuliyyəti yaranmayacaq. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, İakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Baxılan iş üzrə təqsirləndirilən O.İbrahimov hüquq-mühafizə orqanlarına etdiyi şikayətdə gğstərdiklərinin həqiqət olmasına inanır. Bu inama görə də inzibati orqanlardan şikayətində göstərilənlərin araşdırılmasını və onlara obyektiv hüquqi qiymət verilməsini tələb edir. Yəni, O.İbrahimov bilə-bilə yalan məlumat yaymamışdır. Təqsirləndirilən yazdıqlarının həqiqət olduğuna əmin olduğu üçün inzibati orqanlara müraciət etmişdir. Hətta ondan ifadə alınarkən bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət də elan edilmişdir. Böhtan cinayəti qəsdən, düzünə törədilən cinayətdir. Burada, həmin əməli törətmiş olan şəxs başqa bir şəxsi etmədiyi hərəkətlərdə günahlandırır, işlətdiyi ifadənin yalan olduğunu bilə-bilə onun ləyaqətini alçatmaqdan ibarət hərəkətlər edir. Araşdırılan xüsusi ittihamlı işin materiallarından məlum olur ki, O.İbrahimovun işlətdiyi ifadələr əslində Ş.Abdullayevin onun oğluna qarşı qarşı etdiyi hərəkətlərdən doğmuşdur. Burada, O.İbrahimovun qəsdi Ş.Abdullayevə böhtan atmağa yönəlmiş hərəkətlər deyildir. Ş.Abdullayevin şikayətləri əsasında uzun müddətdir oğlu Həsən İbrahimov istintaq və məhkəmələrdə araşdırmalara cəlb edilmişdir, hazırda da əsassız olaraq xüsusilə ağır cinayətdə ittiham olunur. Belə əsassız ittihamlarla qarşılaşan bir şəxsin (təqsirləndirilənin) ona qarşı edilən hərəkətlərə verdiyi reaksiyasıdır. Təqsirləndirilən onu ittiham edən şəxsə verdiyi tənqidi qiymətin həqiqətə uyğun olduğuna inanır, çünki qeyd etdiyi məlumatların mənbəyi elə xüsusi ittihamçının özüdür. Bu təqsirləndirilən şəxsin ifadə azadlığı, ona qarşı edilən hərəkətlərə tənqidi yanaşması və bu hərəkətlərə verdiyi tənqidi qiymətləndirməsidir. Bu xüsusat təqsirləndirilən O.İbrahimovun hərəkətlərinin CM-in 147-ci maddəsinin təsiri altına düşməsini istisna edir. Avropa İnsan hüquqları məhkəməsi ifadə azadlığının əsas əhəmiyyətini demokratiyanın funksionallığının şərtlərindən biri kimi xatırladır. Bu azadlığın düzgün, səmərəli həyata keçirilməsi yalnız Dövlətin müdaxilə etməmək hüququndan asılı deyil və hətta fərdlərarası münasibətlər sahəsində pozitiv qoruma tədbirləri tələb edə bilər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. İndi isə təqsirləndirilən Oktay İbrahimova qarşı irəli sürülmüş xüsusi ittihamdan bəhs edərək onun nədən ibarət olması və təhlilini verir. İttiham aşağıdakılardan ibarətdir:
1. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrindən istifadə edərək özünə toxunulmazlıq qazanıb və bu illər ərzində dövlət büdcəsindən milyonlarla manat mənimsəməsi;
2. Təxminən 25 il ərzində Ramiz Mehdiyevin dəstəyi ilə X7 zavodundan vaqonlarla dəmir məmulatı gətirərək Azərbaycanda dəmir bazarında monopoliyanı ələ keçirib və bu yolla inanılmaz sərvət yığması;
3. Ramiz Mehdiyevə bahalı mənzil hədiyyə etməsi;
4. Ramiz Mehdiyevin nüfuzunun zəiflədiyi bir dövrdə siyasi motivlərlə Türkiyədə böyük miqdarda investisiyalar edib. Bu investisiyalara İstanbulda 5 milyon dollarlıq "Eurobond", "Burhan" bankında 500 min dollarlıq əmanət, İstanbulun nüfuzlu Nişantaşı məhəlləsində iki daşınmaz əmlakın alınması daxildir.
5. Onların oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə təqsirləndirilən Həsən İbrahimovu prokurorluq və məhkəmə ilə əlbir olaraq heç bir sübut olmadan təqib etməsi, onların ailəsini təqib etməsi, hədələməsi, o cümlədən övladlarının həyatına qəsd ediləcəyi ilə bağlı xəbərdarlıq etməsi; Şahəddin Abdullayevin və onun dövlət orqanlarındakı himayədarları gələcəkdə
1. dövlətçilik üçün təhlükə yaratdığının iddia edilməsi;
2. X17 Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olması;
3. Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt "Bu dövlətə etibar yoxdur, Sabah bilmək olmaz nə olar, nə olmaz" deməsi. İrəli sürülmüş ittihamları analiz etməzdən əvvəl bildirir ki, informasiya saytlarında verilmiş yazılarda O.İbrahimovun fikirləri tam verilmədiyindən məzmun dəyişikliyi yaranmışdır. Jurnalistlərin məzmun dəyişikliyinə görə isə O.İbrahimov məsuliyyət daşımır və daşımamalıdır. Ona görə ki, O.İbrahimov cənab Prezidentə, dövlətin müxtəlif qurumlarının rəhbərlərinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı açıq məktubu tam məntlə yayılsaydı, buna görə məsuliyyət daşımalı idi. Həmin açıq məktubun tam mətnini təqdim edir. Xüsusi ittihamı hissələrə bölərək şərh edir. 1-ci hissə üzrə: O.İbrahimov açıq məktubunda göstərmişdir ki, Ş.Abdullayev vergidən yayınaraq dövlət büdcəsindən xüsusilə küllü miqdarda gəlir əldə etməklə milyonlarla manat mənimsəmələr etmişdir. Bunu təkzibolunmaz faktlarla sübut edən elektron daşıyıcıda məlumatları təqdim edir. Məktubdan da açıq-aydın görünür ki, O.İbrahimov xüsusi ittihamçının büdcədən yayınma faktları ilə əlaqədar müvafiq sənədlər təqdim etməklə onun barəsində araşdırma aparılmasını tələb etmişdir. Hazırda da Ş.Abdullayevin təsisçisi və ya faktiki rəhbəri olduğu müəsissələrdə Dövlət Vergi Xidməti tərəfindən yoxlamalar aparılır. O.İbrahimov etdiyi şikayətin nəticəsi ilə əlaqədar keçən həftə, 2026-cı ilin ilk iş günlərində Dövlət Vergi Xidmətində olmuşdur və ona yoxlamaların davam etdirildiyi barədə məlumat vermişlər. Başqa sözlə, hazırkı vəziyyətdə O.İbrahimovun xüsusi ittihamçı Ş.Abdullayevin vergidən yayınmaqla sərvət qazanmasını barədə iddiasının həqiqət və ya böhtan olması Dövlət Vergi Xidmətinin apardığı yoxlamalarının nəticəsindən sonra məlum olacaqdır. 2-4-cü və 8-ci hissələr üzrə: Əvvəla, ittihamın 2-4-cü və 8-ci hissələrində göstərilənlər ifadələr nəinki ağır cinayətdə ittiham etmək, ümumiyyətlə hər hansı bir cinayət əməlini törətməkdə ittiham etmək anlamına gəlmir. Bəyəm, bu dövlətə etibar yoxdur, bilmək olmaz sabah nə olar olmaz kimi ifadələrin işlədilməsi, xarici ölkədən metal gətirərək satmaqla sərvət əldə etmək, hansısa şəxsə mənzil hədiyyə etmək və xarici ölkəyə investisiya qoymaq və ya xarici ölkədə əmlak əldə etmək cinayət əməlidir. Yəni, ittihamın bu hissəsində CM-nin 147ci maddəsinin tərkibini yaratmır. 5-ci hissə üzrə: Təqsirləndirilən O.İbrahimovun oğlu X20 CM-nin 179.4-cü maddəsi ilə ittiham olunur, onun və qeyrisinin barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışındadır. Ş.Abdullayev Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud pozulmaqla, hüququ yaranmadığı halda həmin iş üzrə zərərçəkmiş qismində tanınmışdır. Hesab edir ki, bu tanınma müəyyən təsirlər nəticəsində yaranmışdır. Bundan başqa, Ş.Abdullayevin qohumu O.İbrahimovla telefon danışığında açıq-aydın ifadələrlə O.İbrahimovu oğlu ilə təhdid edir və oğlu üçün müəyyən hərəkətləri etməyə təhrik edir. Qeyd edilən səs yazısını vaxtında tapa bilmədiyinə görə indi təqdim edir. Xüsusi ittihamın bu hissəsi də CM-nin 147-ci maddəsinin tərkibini yaratmır. 6-7-ci hissələri üzrə: Ramiz Mehdiyevin hakimiyyətdə təmsil olduğu müddətdə xarici dövlət - Rusiya Federasiyası ilə əlaqəsinin olması, onların tapşırıqlarını icra etməsi və s. bu kimi hallar onun barəsində başlanılmış cinayət işində araşdırılan məsələlərdən biridir. Təqsirləndirilən O.İbrahimov da yaxın və mehriban qohum kimi Ramiz Mehdiyevin hakimiyyətdə təmsil olunduğu illərdə xüsusi ittihamçı Ş.Abdullayevin onunla yaxın və sıx münasibətlərindən məlumatı olmuş bir şəxsdir. Buna görə də Ş.Abdullayevin özü tərəfindən öyrəndiyi məlumatlar barədə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bu məlumatların araşdırılmasını və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. R.Mehdiyev və onunla birlikdə cinayət əlaqəsinə girmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri hələ də davam etdirilir. Bu barədə çıxışın əsaslandırma hissəsində ətraflı bəhs edildiyindən təkrara yol vermək istəmirik. Beləliklə, O.İbrahimovun açıq məktubunda göstərilənlərin həqiqət və ya böhtan olmasını yalnız aparılan istintaqın nəticəsində sonra tamamilə aydın olacaqdır. Ona görə Hesab edir ki, O.İbrahimovun xüsusi ittihamçının özü tərəfindən verilən məlumatlat əsasında gəldiyi qənaətə görə onu ittiham olunması yolverilməzdir, bu mənada onun hərəkətlərində CM-nin 147-ci maddəsinin tərkib əlamətləri yaranmır. Beləliklə, hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən X12 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, X12 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Qanun müəyyən edir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və ittiham hökmü yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Deməli, məhkəmə böhtan məsələsinə hüquqi qiymət verərkən təkcə cinayət qanununa istinad edilməsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin niyyəti ilə bağlı düzgün nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə,niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə ilk əvvəl qeyd edir ki, məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs X19 izahatında X5 əməlləri barədə müvafiq dövlət orqanlarına açıq məktublar (şikayətlər) yazdığını, həmin açıq məktublardan sonra saytların əməkdaşlarının onunla əlaqə yaradaraq həmin məktublarda qeyd olunanlarla bağlı müsahibə verməsini təklif etdiyini, onun isə həmin əməkdaşlara məqalənin ilk əvvəl ona təqdim edilməsini və o, razılıq verdiyi halda paylaşılmasını bildirdiyini, lakin, sayt əməkdaşlarının ona məlumat vermədən, hər hansı razılığını almadan məqaləni paylaşdıqlarını, onun X6 şər böhtan atmadığını, sadəcə sonuncunun qanunsuz əməlləri barədə müvafiq dövlət orqanlarına məlumat verdiyini, saytlarda qeyd olunanlar isə onun icazəsi alınmadan sayt əməkdaşları tərəfindən paylaşıldığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs X12 izahatında qeyd etdikləri öz təsdiqini tapmış, beləliklə də, məhkəmə tərəfindən X12 izahatında qeyd etdikləri işin faktiki hallarının araşdırılmasında mühüm rol oynamaqla, mötəbər hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 ilə təqsirləndirilən şəxs X19 arasında qohumluq münasibətləri mövcuddur, X3 Şahəddin Məmməd oğlu barəsində dövlət orqanlarına şikayət yazmış, açıq məktublar (bu hal məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı tərəfindən də təsdiq edilmişdir) ünvanlamışdır. Həmin müraciətlərə görə X19 müvafiq dövlət orqanlarına dəvət edilmiş, sonuncu müraciətində qeyd etdiyi nüanslarla bağlı həmin dövlət orqanlarına məlumat vermişdir. Bundan sonra isə X12 X10 barəsində dövlət orqanlarına ünvanladığı açıq məktubların (şikayətlərin) əsasında “azpolitika.info” saytı və “oxu.az” saytı xüsusi məqalə hazırlayaraq internet informasiya ehtiyatında kütləyə təqdim etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X10 barəsində “azpolitika.info” və “oxu.az” saytlarında dərc edilmiş məlumatlar ilk əvvəl X19 tərəfindən müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmuş, qeyd olunan saytların əməkdaşları tərəfindən X19 tərəfindən müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə qeyd olunanlara istinad edilərək məqalələr yazılmış və həmin məqalələr X12 icazəsi olmadan dərc edilmiş, bunun əksini təsdiq edəcək, yəni həmin məlumatların məhz X19 tərəfindən “azpolitika.info” və “oxu.az” saytlarına ötürülməsini və ya sonuncunun icazəsi ilə həmin məlumatların “azpolitika.info” və “oxu.az” saytlarındə dərc edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutlar xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İttiham tərəfi saytlarda dərc olunmuş məlumatların əks olunduğu məqalələri və həmin məqalələrin olduğu flashkartı məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Məhkəmə sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsini diqqətə çatdırır və qeyd edir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyətini sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi təşkil edir, irəli sürülən ittihamın əsaslılığına dair şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Məhkəmə bu məqamda “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndininə istinad edərək qeyd edir ki, X12 əməlinin tərkibində subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Göründüyü kimi, toplanmış sübutların məcmusu barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində “azpolitika.info” və “oxu.az” saytlarında dərc edilmiş məlumatlar ilkin olaraq X19 tərəfindən müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunduğundan, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 həmin məlumatların məhz X19 tərəfindən “azpolitika.info” və “oxu.az” saytlarına ötürülməsini və ya sonuncunun icazəsi ilə həmin məlumatların “azpolitika.info” və “oxu.az” saytlarındə dərc edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən X10 barəsində “azpolitika.info” və “oxu.az” saytlarında dərc edilmiş məlumatların məhz X19 tərəfindən kütləvi çıxış şəklində yayılması hesab edilə bilməz və bütün bu hallar X12 hərəkətlərinin cinayət kimi qiymətləndirilməsini istisna edir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X13 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirinin olması, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması və ağır və kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma sübuta yetirilməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X13 həmin maddə ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
HÖKM ETDİ:
X12 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından (Azərbaycan Respublikası 42.1.2-ci maddəsi) və təqsirliliyi sübuta yetirilmədiyindən (Azərbaycan Respublikası 42.1.4-cü maddəsi) ona həmin maddə ilə bəraət verilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə