Məhkəmə qərarları › İş №1(006)-71/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-71/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-71/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Rəşid oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1992-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, Nərimanov rayon məhkəməsinin 17.06.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Qazax rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 (bir) il müddətinə azaldılmış, Qazax rayonu, N.Nərimanov qəsəbəsi, ev 34, mənzil 4-də qeydiyyatda olan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, anbara, binaya və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanın qarşısında yerləşən, avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə olarkən Zərərçəkmiş şəxs3 özünə məxsus “Nissan Juke” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqdan çıxarmasında çətinlik çəkdiyini görüb guya köməklik etmək məqsədilə Zərərçəkmiş şəxs3 müraciət edib razılığını aldıqdan sonra qeyd olunan avtomobilin sükanı arxasına keçib Zərərçəkmiş şəxs3 fikrinin yayınıq olmasından istifadə edərək sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin qabaq sərnişin oturacağının üzərindən 01 ədəd 750 manat dəyərində “İphone X” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 yanvar 2021-ci il tarixdə saat 03 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 186 saylı binanın 16A saylı mənzilinin eyvanında maddi nemətlərin talanmaqdan qorunması üçün quraşdırılmış dəmir seyfin qapısının qıfılını özündə olan istintaqa məlum olmayan alətlə sındıraraq oraya qanunsuz daxil olub seyfin içərisindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 40 manat dəyərində üzərində “Kzubr ЗУШМ 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən aparatı, üzərində “ИHTEPCKOЛ Д-350ЭP 350Bт” sözləri yazılmış 01 ədəd drel aparatı, 01 ədəd 25 manat dəyərində santexnik ütüsünü və 01 ədəd 50 manat dəyərində su qızdırıcını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 145 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş emalatxananın dəmir barmaqlıqlarının arasından keçməklə oraya qanunsuz daxil olub emalatxananın içərisindən Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq taladıqdan sonra dəmir barmaqlığı içəri hissədən özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində ünvan 12 binanın zirzəmisində yerləşən, maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş emalatxananın içərisində Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10000 manat dəyərində X4 həlak olanların xatirəsinə həsr olunmuş gips və plastilindən hazırlanmış çox fiqurlu abidəni, 01 ədəd 10000 manat dəyərində Nizami Gəncəvinin gipsdən hazırlanmış, 1 metr hündürlüyündə heykəlini, 01 ədəd 3000 manat dəyərində 1 metr hündürlüyündə 01 ədəd qadın portret heykəlini, 01 ədəd 1000 manat dəyərində yarımçıq hazırlanmış kişi portret heykəlini, 01 ədəd 2000 manat dəyərində gipsdən hazırlanmış, 60 sm hündürlüyündə dekorativ qadın fiqurunu, 01 ədəd 5000 manat dəyərində gips və metaldan hazırlanmış «Tərksilah» abidəni, 01 ədəd 500 manat dəyərində Mayestro Niyazinin gipsdən hazırlanmış heykəlini yerə atıb sındırmaqla və emalatxanın içərisində olan 01 ədəd 100 manat dəyərində su nasosunu yerindən çıxarıb yararsız hala salmaqla qəsdən məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 26600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2021-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən maddi nemətlərin saxlanılması üçün xüsusi olaraq təchiz edilmiş anbarın giriş qapısının üzərində olan qıfılı özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb oraya qanunsuz daxil olaraq anbarın içərisindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində “Vilano Mauntain” markalı 29 ölçülü velosipedi, 01 ədəd 50 manat dəyərində üzərində “Einhell 230V-50Hz" yazısı olan dəmir kəsən laqonda aparatını, 01 ədəd 20 manat dəyərində dreli, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 60 manat dəyərində kəsici alətləri itiləmək üçün istifadə olunan dəzgahı və 01 ədəd 100 manat dəyərində 2 metr hündürlükdə alüminium materialdan olan nərdivanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə qismən, həmin Məcəllənin 186.1-ci maddəsi ilə isə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, küçələrdə dolaşıb, dəmir metal parçalarını yığaraq, satıb gündəlik ehtiyaclarını qarşılamışdır. 6 yaşı olarkən atasını itirmiş və 2-ci qrup xəstə anası ilə birlikdə yaşamışdır. Müstəntiqin ittiham aktında yazdıqları ilə tanış deyildir, hansı formada ifadəsinin yazıldığını və onun tərəfindən imza olunmasını dəqiq bilmir. Oğurladığı əşyalar onun tərəfindən zərərçəkmiş şəxslərə qaytarılmış və həmin hissələrlə bağlı özünü günahkar hesab edir və cəzası nə olacaqsa onu çəkməyə hazırdır. İlk oğurluq epizodu ilə bağlı bildirmək istəyir ki, “28 Mall” ticarət mərkəzindən bir küçə yuxarı, dəqiq adını xatırlamadığı gül dükanının yanında yerləşən evdən misdən olan alət, laqonda və drel götürmüşdür. Lakin həmin yerə daxil olub, qıfılı sındırmamışdır. Göstərdiyi əşyalar evin bayırında olmuş, ustalar işlədikdən sonra həmin əşyalar çöldə saxlamışlar, o da onları oradan götürmüşdür. Sonradan həmin əşyaları da qaytarmışdır. Bundan başqa, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən və həmin evin girişində olan velosipedin saxlandığı yerə daxil olmuşdur. Həmin ünvandan yalnız velosiped, laqonda və dreli oğurlamış, yonucu aləti və nərdivanı isə ümumiyyətlə orada görməmiş və oğurlamamışdır. Oğurladığı əşyaları isə aparıb “Yaşıl bazar”da satmışdır. Sonradan isə oğurlanmış əşyaların yeri onun tərəfindən polisə bildirilmiş və tapılaraq sahibinə qaytarılmışdır. Telefon epizodu ilə bağlı bildirmək istəyir ki, ittiham aktında göstərilənlər hamısı yalandır. O, heç vaxt Zərərçəkmiş şəxs3 görməmiş, onun maşınına əyləşməmiş və onun telefonunu oğurlamamışdır. Çünki onun heç vaxt maşını olmamış və maşın sürməyi bacarmamışdır. Onun ümumiyyətlə heç velosipedi belə olmamışdır. İstintaq zamanı ona təzyiq göstərilərək ifadəsi alınmışdır. İstintaqdakı ifadəsindən belə aydın olur ki, guya o, Zərərçəkmiş şəxs3 məxsus telefonun oğurlandığı gün parkovşik işləmiş və sonuncuya avtomobilini parkinqdən çıxarmağa kömək etmək məqsədilə onun avtomobilinə əyləşmiş və sonda avtomobili həmin yerdən çıxara bilmədiyindən əsəbləşmiş, sonra isə sağ oturacağın üstündə olan “İphone” markalı telefonu öz telefonu ilə səhv salaraq götürmüşdür. Bundan başqa, emalatxanadan heykəl oğurlamamış və orada olan heykəlləri qəsdən məhv etməmiş və zədələməmişdir. Dəmir tullantıları yığmaq məqsədilə həmin emalatxananın yanından keçərkən oranın qapısının açıq olduğunu görmüş və ora daxil olmuşdur. Ora daxil olan zaman artıq içərinin giriş qapısının kilidinin qırıldığını görmüşdür. Belə məlum olmuşdur ki, ondan qabaq emalatxanaya digər şəxslər də daxil olmuşdur. Emalatxananın girişində soyuducu və yerə tökülmüş dəmir qırıntıları olmuşdur. Həmin dəmir qırıntılarını götürüb oranı tərk etmişdir. Kamera görüntülərindən də aydın görünür ki, ondan qabaq oraya təxminən 10-15 nəfər adam daxil olmuşdur. Adları çəkilən mütəfəkkirlərin heykəllərini o sındırmamış və oğurlamamışdır. O, həmin mütəfəkkirlərlə fəxr edir, onların sındırılmasını ağılsızlıq hesab edir. Təqsirləndirilən şəxs son sözündə ifadəsində göstərdiklərinin nəzərə alınmasını, törətdiyi əməllərdən peşman olduğunu və iki nəfər zərərçəkmiş şəxslərə oğurladığı əşyaları qaytardığını və buna görə də, məhkəmədən yüngül cəza təyin edilməsini, törətmədiyi əməllərə görə isə məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 27 noyabr 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində işdən çıxarkən maşına əyləşib getmək istəmiş, lakin maşınlar sıx saxladığı üçün avtomobilini çıxarmaqda çətinlik çəkmişdir. Bu zaman 30 yaşında balaca boylu, arıq bədən quruluşlu bir kişi cinsindən olan şəxs ona yaxınlaşmış, ona kömək etməyi təklif etmiş, o da onunla razılaşmışdır. Həmin şəxs avtomobilə əyləşmiş, lakin avtomobili çıxara bilməmiş, sonra da avtomobildən düşüb getmişdir. O, avtomobilə minib idarə edərkən avtomobildə qabaq yan oturacağa qoyduğu ona məxsus 2.208 manat dəyərində “İphone X” markalı mobil telefonun orada olmadığını görmüş və ona məlum olmuşdur ki, telefonu oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxsi bir daha vurğulayır ki, heç vaxt görməmiş və tanımamışdır, yəni, oğurluq hadisəsi olan gün orada olan şəxsə oxşamır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ibtidai istintaq zamanı təqdim olunmuş fotoşəkillərə baxan zaman həmin şəxsi qismən tanıdığını bildirməsi onunla bağlı olmuşdur ki, hadisə yerində olan şəxslə ona təqdim olunan fotoşəkildəki şəxs qismən bir birlərinə oxşamış, çünki hər iksi arıq, balaca boylu, saqqalı şəxs olmuşdur. Lakin dəqiq həmin şəxs olmasını nə o zaman deməmiş, hal-hazırda da məhkəmə iclasında yalandan həmin şəxs olduğunu deyə bilməz. Həmin şəxs hazırda saqqallı deyildir, oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını qətiyyən inkar edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rəşid oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, memarlıq fəaliyyəti ilə məşğul olur, heykəltəraşdır. Onun yaratdığı əsərlərin maddi və mənəvi dəyəri çox yüksəkdir. Onların dəyəri və hazırlanması böyük zəhmət hesabına başa gəlir. Onların çoxunun şəkili onda vardır. Emalatxanasından oğurlanmış və məhv edilmiş heykəllərin onun üçün necə qiymətli və dəyərli olması barədə ona uzun müddət lazımdır ki, məhkəməyə izah edə bilsin. Oğurluq hadisəsini aşkar etdiyi gün, yəni 2021-ci ilin fevral ayının 1-də, axşam tərəfi saat təxminən 6-ya işləmiş emalatxanaya gedib içəri daxil olmaq istəyərkən qapının açıq vəziyyətdə olduğunu müşahidə etmişdir. Belə ki, emalatxananın ümumi giriş qapısı və bir də aşağı hissədə üzərində qıfıl olan bağlı vəziyyətdə seyf qapı olmuşdur. Giriş qapısının yan tərəfindən 30 sm aralıda bir yer olmuş və oğurluq edən şəxslər həmin yerdən daxil olaraq, dəmir seyf qapını dəmir alətlə sındırıb içəri daxil olmuşlar. O, içəri daxil olan zaman emalatxananın dağınıq vəziyyətdə olduğunu, bəzi heykəllərin oğurlandığını, digərlərinin isə sındırılaraq dağıdıldığının şahidi olmuşdur. Emalatxana demək olar ki, su içində olmuş, işıqlar söndürülmüşdür. Onun emalatxanada quraşdırdığı su nasosunun naqili kəsilmiş, lakin su nasosunu oğurlayıb apara bilməmişlər. Qaranlıq olduğu üçün fənərdən istifadə edərək içərini gəzmiş və əlləri ilə zədələnmiş, dağıdılmış heykəllərə nəzər salan zaman, onun emalatxanasına daxil olan şəxslərin məqsədyönlü kimlərsə tərəfindən göndərildiyi aydın olmuşdur. Çünki bəzi heykəllərin üzərində olan plastilinlər soyularaq aparılmışdır. Həmin heykəllərin üzərində olan plastilinlər spesifik maddədən hazırlandığından, yalnız onunla rəqabət aparan şəxslərə lazım olduğu və bazarda satılmadığı üçün belə hesab edir ki, onun heykəlləri qərəzli olaraq məhv edilmişdir. Həmçinin ona ibtidai istintaq zamanı 5 dəqiqəlik video görüntü təqdim olunmuş və həmin görüntüdə emalatxanaya bir neçə nəfərin daxil olduğu müəyyən olunur və onların üzərində MKİS-nin işçilərinin paltarlarına bənzəyən sarı zolaqlı geyimin olduğu müşahidə olunur. İfadəsinin sonunda ona dəymiş ziyanın ödənilməsini və emalatxanaya daxil olan şəxslərin müəyyən olunmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqdakı ifadəsini təsdiq etmiş və məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2021-cı il tarixdə saat 09 radələrində yaşadığı ünvan 3 ünvanda yerləşən evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, evin girəcəyində olan dəmir seyfin qapısının qıfılı sınmış vəziyyətdədir. O, seyfin qapısını açaraq orada saxladığı ona məxsus olan 01 ədəd laqonda, 01 ədəd elektron drel, santexnik ütüsü və digər xırda ləvazimatların oğurlandığının şahidi olmuşdur. Bundan sonra o, oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. Sonradan ona məxsus əşyalar tapılıb geri qaytarılmışdır. Hal-hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hadisənin üstündən xeyli müddət keçdiyi üçün tam olaraq hansı ayda baş verdiyini xatırlamır. Belə ki, həmin gün səhər saatlarında yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətində saxlanc yeri kimi istifadə etdiyi tikilinin qapısının qıfılı olmadığını və yarı açıq vəziyyətdə olmasını görmüş, ora daxil olan zaman ona məxsus 01 ədəd velosipedin, 01 ədəd drelin, 01 ədəd laqondanın, 01 ədəd aliminumdan olan nərdivanın və yonucu alətin orada olmadığını görmüşdür. Bundan sonra o, oğurlanmış əşyaları barədə polisə müraciət etmişdir. Sonradan ondan oğurlanmış əşyalardan velosiped, drel və laqonda qayıtmış, lakin nərdivan və yonucu alət qayıtmamışdır. Qayıtmayan əşyaların dəyəri təxminən 160 manat təşkil edir. Həmin əşyaların qaytarılmasını, qaytarılmadığı halda onların dəyərinin pulla ödənilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid1 Ədalət oğlu, X10 və Şahid2 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahidlər Şahid1 Ədalət oğlunun, X5 və Şahid2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid1 Ədalət oğlunun, X5 və Şahid2 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid1 Ədalət oğlunun, X5 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 Ədalət oğlunun məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 03 fevral 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşmış, sonuncu özünə məxsus olan “Vilano” markalı velosipedi 150 manata satdığını bildirmiş, o da Təqsirləndirilən şəxsla razılaşaraq, sonuncuya 150 manat vermiş və “Vilano” markalı velosipedi almışdır. O, Təqsirləndirilən şəxs aldığı “Vilano” markalı velosipedin oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs “Vilano” markalı velosipedin özünə məxsus olmasını bildirmişdir (i/v 159-158). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 31 yanvar 2021-ci il tarixdə saat 11 radələrində bazarda olduğu zaman əvvəllər tanımadığı sonradan tanıdığı X7 ona yaxınlaşaraq onda satılıq 01 ədəd santexnik ütüsünü, 01 ədəd drel aparatı, 01 ədəd dəmir kəsən laqonda aparatının olduğunu bildirmiş, o, həmin vaxt əşyaların ona lazım olduğu üçün onları almaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs həmin əşyaların kimə məxsus olmasını soruşmuş, sonuncu həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Sonra o, santexnik ütüsünü, drel və laqonda aparatlarını yoxlamış, işlək vəziyyətdə olduğunu görmüş, lakin çox köhnə olduqlarını görmüşdür. Təqsirləndirilən şəxs ona həmin əşyaları ümumilikdə 25 manata satdığını bildirmiş, o da 25 manat pulu sonuncuya verərək 1 ədəd “Kzubr” markalı dəmir kəsən laqondanı, 1 ədəd qara rəngli drel aparatını və 1 ədəd santexnik ütüsünü almışdır. O, Təqsirləndirilən şəxs aldığı 1 ədəd “Kzubr” markalı dəmir kəsən laqondanı, 1 ədəd qara rəngli drel aparatını və 1 ədəd santexnik ütüsünün oğurluq olmasını bilməmiş, Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olmasını bildirmişdir (cild 1, i/v 160-161). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, Nərimanov rayonunda yerləşən “Yaşıl” bazarda kartof satışı ilə məşğul olur. 31 yanvar 2021-ci il tarixdə saat 10 radələrində bazarda olan zaman əvvəllər tanımadığı sonradan tanıdığı X7 ona yaxınlaşaraq 01 ədəd laqonda və 01 ədəd dreli satdığını bildirmiş, o, da həmin vaxt rayonda olan evin həyətində təmir işlərinə laqonda və drel lazım olduğu üçün onları almaq qərarına gəlmiş, o, Təqsirləndirilən şəxs drel və laqondanın kimə məxsus olmasını soruşmuş, sonuncu isə həmin əşyaların ona məxsus olmasını bildirmiş, sonra o, laqonda və dreli yoxlamış, laqondanın yaxşı işləmədiyini görmüş, o, Təqsirləndirilən şəxs laqonda və drel üçün ümumilikdə 17 manat vermiş, 01 ədəd laqonda və 01 ədəd dreli Təqsirləndirilən şəxs almışdır. O, Təqsirləndirilən şəxs aldığı drel və laqondanın oğurluq olmasını bilməmiş, Təqsirləndirilən şəxs özünə məxsus olmasını bildirmişdir (cild 1, i/v 106-108). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27.11.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, “Argentina” restoranının yanıdır. Zərərçəkmiş şəxs3 hadisə yerini göstərək orada olduğu vaxt avtomobilindən mobil telefonu oğurlanmışdır. Həmin protokola hadisə yerinin fotoşəkili çəkilərək əlavə edilmişdir. (cild 1, i/v 6-8) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.01.2021-ci il tarixli, 9/21 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Apple İphone X” markalı 64GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 750,0 manat müəyyən edilmişdir. Həmin ekspert rəyinə görə ekspertiza xərci 50 manat təşkil etmişdir. (cild 1, i/v 23-25) İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15.01.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış, təqsirləndirilən şəxs müəyyən olunmadığına görə 15.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CPMin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 16.09.2021-ci il tarixdə həmin şöbənin müstəntiqi X6 tərəfindən cinayət işi üzrə icraat təzələnməklə, sonuncunun icraatına qəbul edilmişdir. (cild 1, i/v 1, 35, 41-43) İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 16.09.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq X6 tərəfindən həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, i/v 49-50) İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 16.09.2021-ci il tarixli, 28.09.2021-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işinə müvafiq olaraq ********* nömrəli və ********* nömrəli cinayət işləri müstəntiq X6 tərəfindən bir icraatda birləşdirilmişdir. (cild 1, i/v 62, cild 2, i/v 76) İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin tarixdə müstəntiq X6 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. (cild 1, i/v 64) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30.01.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Zərərçəkmiş şəxs4 hadisə yerini göstərərək özünə məxsus drel və digər əşyaların oğurlandığını bildirmişdir. Həmin protokola hadisə yerinin fotoşəkili çəkilərək əlavə edilmişdir. (cild 1, i/v 70-72) İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim olunan üzərinə “Kzubr ЗУШM 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən laqonda aparatını, 01 ədəd qara rəngli dreli, 01 ədəd santexnik ütüsünü həmin tarixdə tanımışdır. (cild 1, i/v 84-85) İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 01.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinə ********* nömrəli cinayət işi müstəntiq X6 tərəfindən bir icraatda birləşdirilmişdir. (cild 1, i/v 87) İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin tarixdə müstəntiq X6 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. (cild 1, i/v 89) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31.01.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. Zərərçəkmiş şəxs2 əşyalarının oğurlandığı yeri göstərmişdir. Həmin protokola hadisə yerinin fotoşəkili çəkilərək əlavə edilmişdir. (cild 1, i/v 95-98) İş materiallarında olan 10.02.2021-ci il tarixli “Götürmə haqqında” qərar və protokollardan görünür ki, Şahid2 könüllü təqdim etdiyi 01 ədəd drel və 01 ədəd laqonda həmin tarixdə götürülmüşdür. (cild 1, i/v 109-112) İş materiallarında olan 10.02.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunan 01 ədəd drel və 01 ədəd “Einhell 230V-50Hz” yazısı olan dəmirkəsən laqonda aparatını həmin tarixdə tanımışdır. (cild 1, i/v 115-116) İş materiallarında olan 11.02.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, 13.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhələnildiyinə görə şübhəli şəxs qismində tutulmuş, 13.02.2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, i/v 130-131, 139-140) İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-81/2021 nömrəli, 13.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsindən imtina edilmişdir. (cild 1, i/v 155) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 13.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i/v 156) İş materiallarında olan 17.02.2021-ci il tarixli “Götürmə haqqında” qərar və protokollardan görünür ki, X1 təqdim etdiyi, üzərinə “Kzubr ЗУШM 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən laqonda aparatı, 01 ədəd qara rəngli drel, 01 ədəd santexnik ütüsü həmin tarixdə götürülmüşdür. (cild 1, i/v 162-166) İş materiallarında olan 17.02.2021-ci il tarixli “Götürmə haqqında” qərar və protokollardan görünür ki, Şahid1 Ədalət oğlunun könüllü təqdim etdiyi 01 ədəd “Vilano Mauntain” markalı velosiped həmin tarixdə götürülmüşdür. (cild 1, i/v 169-172) İş materiallarında olan 17.02.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunan 01 ədəd “Vilano Mauntain” markalı velosipedi həmin tarixdə tanımışdır. (cild 1, i/v 173) İş materiallarında olan 28.02.2021-ci il tarixli “Fotoşəkilə əsasən şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, X10 ona təqdim edilmiş fotoşəkillərin içərisindən “Kzubr ЗУШM 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən laqonda aparatı, 01 ədəd qara rəngli drel, 01 ədəd santexnik ütüsünü satan Təqsirləndirilən şəxs tanımışdır. (cild 1, i/v 179-180) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə AR CM-in 234.2, 93.1.4-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, i/v 182-183) İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 17.04.2021-ci il tarixli qərardan görünür ki, “Kzubr ЗУШМ 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən aparatın, üzərində "ИHTEPCKOЛ Д-350ЭP 350Bт» sözləri yazılmış 01 ədəd drel aparatın, 01 ədəd santexnik ütüsünün və “Vilano Mauntain” markalı 29 ölçülü velosipedin, 01 ədəd üzərində “Einhell 230V-50Hz” yazısı olan dəmir kəsən laqonda aparatın və 01 ədəd drelin maddi sübut kimi tanınması qərara alınmışdır. (cild 1, i/v 201-202) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16.04.2021-ci il tarixli, 9/1002 nömrəli ekspert rəyindən görünür ki, istifadə olunmuş, qırmızı-boz rəngli, üzərində “Kzubr ЗУШM 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən laqonda aparatının qiyməti 40 manat, istifadə olunmuş, üzərində “ИНTEPCKOЛ Д-350ЭP 350Вт” sözləri yazılmış 01 ədəd drel aparatının qiyməti 30 manat, istifadə olunmuş, qara rəngli “Vilano Mauntain” markalı 01 ədəd 29 ölçülü velosipedin qiyməti 350 manat, istifadə olunmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan 01 ədəd santexnik ütüsünün qiyməti 25 manat, istifadə olunmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan qara rəngli 01 ədəd drel aparatının qiyməti 20 manat, istifadə olunmuş, üzərində “Einhell 230V-50Hz” yazısı olan 01 ədəd dəmirkəsən laqonda aparatının qiyməti 50 manat olub, ekspertiza tədqiqatına təqdim edilmiş həmin 6 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 515,15 manat müəyyən olunur. (cild 1, i/v 203-205) İş materiallarında olan 18.04.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 1 ədəd drel, 1 ədəd laqonda və 1 ədəd velosipedi təhvil almışdır. (cild 1, i/v 208) İş materiallarında olan 18.04.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 1 ədəd dreli və 1 ədəd santexnik ütüsünü təhvil almışdır. (cild 1, i/v 210) İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında 21.05.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ramal Şahmarov tərəfindən icraata qəbul edilmişdir. (cild 1, i/v 215-216) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 252/2021 nömrəli, 17.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, i/v 230-239) İş materiallarında olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 28.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə həmin tarixdə tutulmuşdur. (cild 01, i/v 251-252) İş materiallarında olan 28.08.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun olaraq ünvan 7 ünvanını göstərərək oradan oğurluq etdiyini bildirmişdir. (Cild 2, i/v 1-3) İş materiallarında olan 28.08.2021-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham elan olunmuşdur. (cild 2, i/v 4-5) İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 4(006)-372/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbiri” seçilmişdir. (cild 2, i/v 20-22) İş materiallarında olan 16.09.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim edilmiş fotoşəkillərin içərisindən Təqsirləndirilən şəxs göstərib avtomobilindən mobil telefonunu oğurlayan şəxsə qismən (təxminən 20% oxşar) oxşadığını bildirmişdir. (cild 2, 34-35) İş materiallarında olan 17.09.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun olaraq ünvan 1 ünvanı göstərərək həmin yerin Zərərçəkmiş şəxs3 məxsus “İphone X” markalı mobil telefonu götürdüyü yer olduğunu bildirmişdir. (cild 2, i/v 51-54) İş materiallarında olan 18.09.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun olaraq ünvan 8 ünvanı göstərərək oğurluq etdiyini bildirmişdir. (cild 02, i/v 65-67) İş materiallarında olan 18.09.2021-ci il tarixli “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə saat 17 radələrində ünvan 9 ünvanda yerləşən zirzəminin qarşısında zibil yeşiklərini axtararaq həmin yeşiklərdən sellofan torba götürdükdən sonra emalatxananın qarşısında olan dəmir barmaqlıqların binanın divarına bərkidilmiş hissəsində olan ara hissəsi ilə keçib emalatxananın giriş qapısına yaxınlaşıb emalatxanaya daxil olmasının görünməsi qeyd edilmişdir. (cild 2, i/v 68) İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 4(006)-404/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri” uzadılmışdır. (cild 02, 69-73) İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi həmin tarixdə müstəntiq X6 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. (cild 2, i/v 79) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 10 ünvanında yerləşən zirzəmidir. Zərərçəkmiş şəxs1 Rəşid oğlu əşyalarının oğurlandığı yeri göstərmişdir. Həmin protokola hadisə yerinin fotoşəkili çəkilərək əlavə edilmişdir. (cild 2, i/v 82-86) İş materiallarında olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 19.09.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 186.1-ci maddələrinə tövsif edilmişdir. (cild 2, i/v 118-119) İş materiallarında olan 19.09.2021-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.3 və 186.1ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. (cild 2, i/v 121-122) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli, 9/7335 nömrəli ekspert rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən yeddi ədəd müxtəlif materiallardan hazırlanmış heykəllər ekspert baxışı keçirilmədən faktiki olaraq onların xarici görünüşü, hazırlanmış metalın tərkibi, modeli, texniki göstəriciləri, yararlılığı, hansı vəziyyətdə olması, istismar müddəti, markası, modeli, ölçüləri, gücü, istehsal yeri və ili və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından, onların qiymətlərini müəyyən etmək mümkün deyil. Qeyd edilir ki, Mərkəzdə həmin fərdi qaydada hazırlanmış heykəllər üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Mərkəz tərəfindən verilmiş vəsatətə cavab olaraq Mərkəzə 22.10.2021-ci il tarixdə istintaqdan məktub ilə birlikdə Bakı şəhəri, Salyan şosesi təmir emalatxanası tərəfindən 22.10.2021-ci il tarixdə tərtib edilmiş 123 nömrəli ziyan aktında göstərilmişdir ki, quyu üçün su nasosu 40,0 manat, quyu üçün su nasosunun kondensatoru, sarğısı, pər hissəsi, yağ məhurləri (söz aydın deyil) nasaz vəziyyətdədir. Qeyd edilir ki, tədqiq edilən xarici görünüşü, markası, modeli, texniki göstəriciləri, istismar müddəti, gücü, istehsal yeri və ili və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmayan, qərarın təsviri hissəsində göstərildiyi kimi məhv edilmiş su nasosunun, təqdim edilmiş Bakı şəhəri, Salyan şosesi təmir emalatxanası tərəfindən 22.10.2021-ci il tarixdə tərtib edilmiş 123 nömrəli ziyan aktına görə quyu üçün su nasosunun kondensatoru, sarğısı, pər hissəsi, yağ məhurləri (söz aydın deyil) nasaz vəziyyətdə olmasını və hansı zədələnmiş hissələrin dəyişilməli, hansı zədələnmiş hissələrin təmirə ehtiyac olunması barədə məlumat olmadığından, tədqiqat və qiymətləndirmə aparılmamışdır. (cild 2, i/v 137-140) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 210070028 nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 186.1-ci maddələrinə tövsif edilmişdir. (cild 2, i/v 142-149) İş materiallarında olan 26.10.2021-ci il tarixli “Təqsirləndilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (cild 2, i/v 151- 153) Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Qazax Rayon Məhkəməsinin 7(023)-15/2022 nömrəli, 21.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-252/2021 nömrəli, 17.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 il azaldılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Həmin qərarın 22-ci bəndində göstərilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus əmlaklarının oğurlanması əməllərinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən adları çəkilən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 50 manat dəyərində olan su qızdırıcısını və eyni zamanda digər Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 60 manat dəyərində kəsici alətləri itiləmək üçün istifadə olunan dəzgahı və 01 ədəd 100 manat dəyərində 2 metr hündürlükdə alüminium materialdan olan nərdivanı oğurlamamasını göstərməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai istintaq zamanı o cümlədən məhkəmə istintaqı gedişində Zərərçəkmiş şəxs4 ona məxsus 01 ədəd 50 manat dəyərində olan su qızdırıcının və digər Zərərçəkmiş şəxs2 isə ona məxsus 01 ədəd 60 manat dəyərində kəsici alətləri itiləmək üçün istifadə olunan dəzgahı və 01 ədəd 100 manat dəyərində 2 metr hündürlükdə alüminium materialdan olan nərdivanın oğurlanmasını verdikləri ifadələri ilə bir daha təsdiq etmişlər. Qeyd olunan xüsusatlar hadisə yerinə baxış keçirilməsi protokolları, ifadənin yerində yoxlanılması protokolları, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həmin ünvanlardan oğurluq etməsini mübahisələndirməmiş, sadəcə qeyd edilən əşyaları götürməməsini bildirmişdir. İş materialları ilə müəyyən edildiyi kimi həmin epizodlar üzrə oğurluq cinayəti 28 yanvar 2021-ci il tarixdə və 31 yanvar 2021-ci il tarixdə baş vermiş, bunu təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər də təsdiq etmiş, həmçinin zərərçəkmiş şəxslər həmin tarixlərdən başqa ünvanlarından oğurluq olmamasını bildirmişlər. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 əmlakını taladığı iki epizod üzrə törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 əmlakını taladığı epizodlar üzrə oğurluqdan ibarət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və dəymiş ziyanın qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(005)-252/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 11 (on bir) gün hissəsi müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(005)-252/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 11 (on bir) gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(005)-252/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 11 (on bir) günü, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı (CPM 158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 məxsus əmlakın və Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus əmlakın oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “İphone X” markalı mobil telefonu gizli olaraq talaması hissəsində təqsirləndirilən şəxs həmin əşyanı oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və tədqiq edilmiş digər sübutların məcmusu ilə və cinayətprosessual qanunvericiliyə riayət olunmadan tərtib edilmış ibtidai istintaq materiallarında olan sənədlər əsasında Təqsirləndirilən şəxs 27.11.2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə Zərərçəkmiş şəxs3 Allahyar qızına məxsus “Nissan” markalı, “**-NC-***” dövlət qeydiyyat nişanlı avtomaşının içərisindən “İphone X 64GB” markalı mobil telefonunu gizli olaraq talaması cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 239.1-ci maddəsinə əsasən, hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. Cinayət işinin 2-ci cildinin 34-35-ci vərəqələrində olan “Fotoşəkil üzrə şəxsin tanınması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs3 fotocədvəldə olan şəxsi, yəni Təqsirləndirilən şəxs göstərərək sonuncunun avtomobilindən mobil telefonunu oğurlayan şəxsə təxminən, qismən oxşar olduğunu (20% oxşar) bildirmişdir. Lakin şəxsin tanınması istintaq hərəkəti keçirilərkən müstəntiq tanıyan şəxsi, yəni Zərərçəkmiş şəxs3 tanınmanın keçirilməsindən əvvəl tanınan şəxsin, yəni Təqsirləndirilən şəxs konkret əlamətlərini müəyyən etmək üçün dindirməli olduğu halda, prosessual pozuntuya yol verərək dindirməmiş və protokol tərtib etməmişdir. Cinayət işinin 2-ci cildinin 14-15-ci və 30-33-cü vərəqələrində olan Zərərçəkmiş şəxs3 izahat və ifadələrində isə sonuncu hadisə ilə bağlı məlumat verərkən “tanımadığı 30 yaşlarında, balaca boylu, arıq bədən quruluşlu bir kişi cinsindən olan şəxs mənə yaxınlaşdı və mənə kömək edə biləcəyini bildirdi. Mən də öz növbəmdə razılaşdım...”, “Onu da qeyd edim ki, həmin zaman dayanacaqda başqa kişi cinsindən olan, təxminən 25 yaşı olan, saqqallı, balacaboy şəxs də avtomobilin yaxınlığında olmuşdur...”, “Bildirim ki, həmin zaman dayanacaqda tanımadığım kişi cinsindən, təxminən 25 yaşı olan, saqqallı, balacaboy şəxsdən şübhələnirəm...” deyə bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 izahat və ifadələrində avtomobilindən oğurluq edən şəxsin şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətlərin göstərilməsi üçün hər hansı sual verilməmiş və dəqiqləşdirmə aparılmamışdır. Belə ki, müstəntiq tərəfindən avtomobildən oğurluq edən şəxsin xarici görünüşü, danışığı, fərqləndirici əlamətləri müəyyən edilməmişdir. Həmçinin, həmin protokolun mətnindən görünür ki, Zərərçəkmiş şəxs3 tanınan şəxsi tanıya bilməmiş, oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu əminliklə bildirməmiş, həmin şəxsə 20 % oxşadığını söyləmişdir. Azərbaycan Respublikasının CPM-in 239.8-ci maddəsinə əsasən, tanıyan qeyrimüəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə, tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz. Bundan əlavə, həmin protokola vizual baxış keçirdikdə müəyyən edilir ki, fotoşəkillərdə 3 nəfər saqqalı olan şəxs və 1 nəfər saqqalsız şəxs tanınma üçün tanıyan Zərərçəkmiş şəxs3 təqdim edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 239.5-ci maddəsinə əsasən, tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyində birmənalı olaraq göstərilmişdir ki, tanınan şəxs azı 3 (üç) nəfər digər şəxslərlə birlikdə tanınana təqdim olunmalıdır və bu, məcburi xarakter daşıyan normadır. Lakin qanunvericiliyin tələbləri pozularaq, Təqsirləndirilən şəxs əlavə tanınmaya onun xarici görkəminə oxşar 3 nəfər saqqallı şəxs təqdim edilməli olduğu halda, 2 nəfər saqqallı şəxs təqdim olunmuş, bir nəfər isə xarici görkəmi ilə kəskin formada fərqlənən, yəni saqqalsız təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tanıyan şəxsi tanınan şəxsin konkret əlamətlərinə dair əvvəlcədən dindirmədən tanınan şəxsin tanınma üçün ona təqdim edilməsi, tanınmalı olan şəxs tanıyana 3 (üç) nəfərdən az sayda eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birgə təqdim olunması, tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətlərin göstərilməməsi bilavasitə Azərbaycan Respublikasının CPM-in 239.1, 239.5 və 239.9-cu maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş “Fotoşəkil üzrə şəxsin tanınması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının CPM-in 125.2.7 və 125.2.8-ci maddələrinin tələblərinə əsasən, sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqəsində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.11.2020-ci il tarixli protokolda hadisə yerinin Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən “Argentina” adlı kafenin yanında olması qeyd edilmiş və həmin yerin fotoşəkili protokola əlavə edilmişdir. Fotocədvələ vizual baxış keçirdikdə, müəyyən olunur ki, fotocədvəldə binanın eyvanlarının məhəccərləri də sarı rəngdə olmaqla, fasad divarı, yəni 1-6-cı, həmçinin sonuncu mərtəbəsi sarı, 7-15-ci mərtəbələri qəhvəyi rəngdə olan 16 mərtəbəli yaşayış binası, qarşısında heykəl, keçid və müxtəlif lövhələr vardır. Həmin lövhələrin qarşısında avtomobillərin dayanacağı üçün yer vardır. Həmin protokol və fotocədvələ əsasən, oğurluq edilən yerin lövhələrin qarşısındakı avtomobillərin dayanacağı üçün yer olması başa düşülür. Cinayət işinin 2-ci cildinin 51-54-cü maddələrində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yoxlanılması haqqında” protokolda Təqsirləndirilən şəxs ünvan 11 ünvanda olan hadisə yerini göstərərək həmin yerdə olan dayanacaqdan çıxmaqda Zərərçəkmiş şəxs3 köməklik edərkən, sonuncunun mobil telefonunu götürdüyünü bildirmişdir. Həmin protokola Təqsirləndirilən şəxs hadisə yerinin əli ilə göstərdiyi fotoşəkil də əlavə edilmişdir. Həmin fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılmasına əsasən, oğurluq edilən yer iki yaşayış binasının kəsişməsində, 1-ci mərtəbəsinin fasadının rəngi çəhrayı olan binanın qarşısıdır. Həmin yaşayış binalarından digərinin fasad rəngi sarı olsa da, mənzillərin eyvanlarında olan məhəccərlər qara rəngdə, dəmir materialından olması vizual görünür. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqəsində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.11.2020-ci il tarixli protokolu və 2-ci cildinin 51-54-cü maddələrində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yoxlanılması haqqında” protokola əlavə edilmiş fotocədvəlləri qarşılıqlı təhlil etdikdə, hər iki protokolda qeyd edilmiş hadisə yerləri fərqlidir. Belə ki, müvafiq olaraq ilk protokoldakı fotocədvəldə binanın 1-ci mərtəbəsinin fasadı və eyvanlarındakı məhəccərləri sarı rəngdə olsa da, eləcə də hadisə yeri kimi lövhələrin və keçidin qarşısı kimi göstərilsə də, digər protokoldakı fotocədvəldə binanın 1-ci mərtəbəsinin fasadının çəhrayı, eyvanlarındakı məhəccərlərinin isə qara rəngdə olduğu, həmçinin hadisə yerinin bilavasitə binanın qarşısı olması göstərilmişdir. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən hər iki protokol sübut növü kimi qiymətləndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən, istintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışı aparır. Lakin iş materiallarını nəzərdən keçirdikdə hadisə yeri qeyri-müəyyəndir, hadisə yerinin baxış protokolunda göstərilən yer ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolunda olan yer fərqlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndilən şəxsin xeyrinə təfsir edildiyindən, cinayət işinin 1-ci cildinin 6-cı vərəqəsində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.11.2020-ci il tarixli protokolu və 2-ci cildinin 51-54-cü maddələrində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol cinayət işi üzrə sübut növü kimi qəbul olunmamalıdır və sübutların siyahısından çıxarılmalıdır. Bundan başqa, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı həmin epizod üzrə irəli sürülmüş ittihamın əsasını yalnız Zərərçəkmiş şəxs3 ifadələri, hadisə yerinə baxış protokolu, “Fotoşəkildə olan şəxsi tanınma üçün təqdim etmə” protokolu təşkil etmişdir. Lakin Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadəsini dəyişərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, həmin şəxs 27.11.2020-ci il tarixdə onun idarə etdiyi “Nissan” markalı “**-NC-***” dövlət qeydiyyat nişanlı avtomobilə daxil olub oğurluq edən şəxs deyil. Habelə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində avtomobil idarə edə bilmədiyini, Zərərçəkmiş şəxs3 avtomobilindən mobil telefon oğurlamadığını, həmin avtomobilə əyləşmədiyini, özünün “İphone X” markalı mobil telefona heç vaxt sahib olmadığını göstərmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində isə 27.11.2020-ci il tarixdə ünvan 11 ünvanın qarşısında avtomobillərin yerləşdirilməsində sürücülərə kömək edən şəxs kimi iştirak etdiyi zaman Zərərçəkmiş şəxs3 icazəsi ilə sonuncunun avtomobilinə əyləşib avtomobilin çıxarılmasına köməklik etdikdən sonra öz mobil telefonu ilə qarışdırıb səhvən Zərərçəkmiş şəxs3 “İphone X 64GB” markalı mobil telefonunu götürdüyünü, sonradan isə səhv etdiyini başa düşüb həmin yerə qayıdaraq telefonu daşın üzərinə qoyaraq uzaqlaşdığını bildirmişdir. Lakin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən də “İphone X” markalı mobil telefonunun olub-olmaması araşdırılmamış, adına mobil nömrənin olub-olmaması ilə bağlı respublika ərazisində fəaliyyət göstərən mobil operatorlara sorğu göndərilməmiş, mobil nömrəsi və telefonu olduğu təqdirdə, həmin tarixdə Təqsirləndirilən şəxs oğurluğun baş verdiyi hadisə yerində olub-olmadığı anten məlumatları ilə dəqiqləşdirilməmişdir. Bundan əlavə, cinayət işinin 1-ci cildinin 14-15-ci və 30-33-cü vərəqələrində olan Zərərçəkmiş şəxs3 izahat və ifadələrinə əsasən, onun avtomobilinə 30 yaşında olan şəxs əyləşsə də, 25 yaşlı şəxsin oğurluq etməsindən şübhələnməsi barədə ifadəsinə məhkəmə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən həm avtomobildə əyləşən, həm də dayanacaqda dayanan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülməli, əməliyyat tapşırığı, sorğular verilməli, cinayətin əlbirliklə törədilib-törədilməməsi aydınlaşdırılmalı idi. Lakin cinayət işinin materiallarında göstərilən halların araşdırılması aparılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndilən şəxsin xeyrinə təfsir edilir. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs3 mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmadığını məhkəmə iclasında bildirməsi, oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı digər sübutun olmaması, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27.11.2020-ci il tarixli, “Fotoşəkil üzrə şəxsin tanınması haqqında” 16.09.2021-ci il tarixli və “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17.09.2021-ci il tarixli protokolların sübut kimi qəbul edilməməsi istintaq orqanının Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülməsində maraqlı olması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə qeyd edir ki, 27 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, 160 ünvanında olan dayanacaqda Zərərçəkmiş şəxs3 avtomobilindən “İphone X” markalı mobil telefonun gizli olaraq talanması hadisəsi ilə bağlı ibtidai istintaq orqanı Azərbaycan Respublikasının CPM-in 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələblərini gözləməmiş və əsassız olaraq həmin epizod üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanın qarşısında yerləşən, avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə olarkən Zərərçəkmiş şəxs3 özünə məxsus “Nissan Juke” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqdan çıxarmasında çətinlik çəkdiyini görüb guya köməklik etmək məqsədilə Zərərçəkmiş şəxs3 müraciət edib razılığını aldıqdan sonra qeyd olunan avtomobilin sükanı arxasına keçib Zərərçəkmiş şəxs3 fikrinin yayınıq olmasından istifadə edərək sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin qabaq sərnişin oturacağının üzərindən 01 ədəd 750 manat dəyərində “İphone X” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq talaması hissəsində təqsirləndirilən şəxs həmin əşyanı oğurlamadığını və sonuncuya məxsus heykəlləri qəsdən məhv etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və tədqiq edilmiş digər sübutların məcmusu ilə və cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilmış ibtidai istintaq materiallarında olan sənədlər əsasında Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus emalatxanadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq talaması cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin 2-ci cildinin 68-ci vərəqəsində olan “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 18.09.2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə saat 17 radələrində ünvan 12 ünvanda yerləşən zirzəminin qarşısında zibil yeşiklərini axtararaq zibil yeşiklərindən sellofan torba götürüb sonra da, emalatxananın qarşısında olan dəmir barmaqlıqların binanın divarına bərkidilmiş hissəsindən emalatxananın giriş qapısına yaxınlaşıb emalatxanaya daxil olması qeyd edilmişdir. Həmin diskə məhkəmə iclasında baxılarkən, videogörüntüdə kişi cinsindən olan bir şəxsin zibil yeşiyindən sellofan torbanı götürüb dəmir barmaqlıqlar arasından zirzəmiyə daxil olması müəyyən edilmişdir. Lakin videogörüntü aydın olmadığından, zirzəmiyə daxil olan şəxsin kim olması aydın görünmür. Bu səbəbdən də, həmin şəxsin şəxsiyyətini Təqsirləndirilən şəxs şəxsiyyəti ilə eyniləşdirmək mümkün olmamışdır. Habelə, iş materiallarından emalatxanaya daxil olan şəxsin haradan və hansı formada çıxması, əlində hansı əşyaların olmasını təsdiq edən videogörüntü, eləcə də şahid ifadəsi və digər sübut yoxdur. Həmin xüsusatın araşdırılması ilə bağlı istintaq orqanı tərəfindən hər hansı sorğu verilməmiş, ətraflı araşdırma aparılmamış, şəxsin müəyyən edilməsi üçün tədbir görülməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmin emalatxanaya girdiyini etiraf etsə də, özünün dəmir tullantıları satmaqla məşğul olduğunu, oradan yalnız dəmir tullantılarını götürdüyünü, hər hansı bir heykəli gizli olaraq talamadığını, eləcə də Zərərçəkmiş şəxs1 Rəşid oğlunun orada saxladığı müxtəlif heykəlləri qəsdən zədələmədiyini bildirmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən verilən ittihamda Təqsirləndirilən şəxs həmin emalatxanadan Zərərçəkmiş şəxs1 Rəşid oğlunun hazırladığı 1 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini oğurladığı qeyd edilmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində oğurladığı 1 ədəd mis heykəli 50 manat müqabilində tanımadığı şəxsə satdığını bildirmişdir. Ancaq istintaq orqanı Təqsirləndirilən şəxs həqiqətən də həmin heykəli kimə satmasını müəyyən etməmiş, həmçinin alan şəxsin şəxsiyyəti dəqiqləşdirilməmiş, heykəlin olduğu yerin müəyyən edilməsi üçün tədbir görülməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsindən fərqli ifadə verərək həmin emalatxanadan heykəl oğurlamadığını, həmin yerə rahatlıqla daxil olmaq mümkün olduğundan, başqa şəxslərin də oraya rahatlıqla daxil ola biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Rəşid oğlu verdiyi ifadəsində həmin emalatxanaya bir neçə şəxsin daxil olması barədə videogörüntünün ona təqdim olunduğunu, oradan 1 ədəd heykəlin oğurlandığını, bir neçə heykəlin isə sındırıldığını bildirmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən emalatxanaya daxil olan digər şəxslərin müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş, həqiqətdə həmin heykəli kimin oğurlamasını müəyyən etmək üçün zəruri araşdırma aparılmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Rəşid oğlunun məhkəmə iclasında verdikləri ifadələri əsasında Təqsirləndirilən şəxs həqiqətən də 29 yanvar 2021-ci il tarixdə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus emalatxanaya daxil olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs həqiqətən də həmin emalatxanadan 1 ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə dəyəri 5000 manat olan “Səttar Bəhlulzadə”-nin heykəlini oğurlaması öz təsdiqini tapmamışdır. Çünki iş materiallarında qeyd edilən faktı təsdiq edən videogörüntü, şahid ifadəsi, eləcə də heykəli əldə edən şəxsin ifadəsi əks etdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndilən şəxsin xeyrinə təfsir edilir. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında olan videogörüntüdəki şəxsin aydın görünməməsi, şəxsiyyətinin eyniləşdirilməməsi, iş üzrə digər şahidlərin müəyyən olunmaması, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrinə əsasən emalatxanaya başqa şəxslərin də daxil olduğunun müəyyən edilməsi və həmin xüsusatların ibtidai istintaq orqanı tərəfindən araşdırılmaması, heykəlin olduğu yer və ya alan şəxsin müəyyən olunmaması istintaq orqanının Təqsirləndirilən şəxs qarşı həmin ittihamın irəli sürülməsində maraqlı olması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Beləliklə, məhkəmə qeyd edir ki, 29 yanvar 2021-ci il tarixdə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus emalatxanadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlin gizli olaraq talanması hadisəsi ilə bağlı ibtidai istintaq orqanı Azərbaycan Respublikasının CPM-in 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələblərini gözləməmiş və əsassız olaraq Təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş emalatxananın dəmir barmaqlıqlarının arasından keçməklə oraya qanunsuz daxil olub emalatxananın içərisindən Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq taladıqdan sonra dəmir barmaqlığı içəri hissədən özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna elan edilmiş ittihamda olan AR CM-nin 186.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda olan 29 yanvar 2021-ci il tarixdə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus emalatxanadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10000 manat dəyərində X4 həlak olanların xatirəsinə həsr olunmuş gips və plastilindən hazırlanmış çoxfiqurlu abidəni, 01 ədəd 10000 manat dəyərində Nizami Gəncəvinin gipsdən hazırlanmış, 1 metr hündürlüyündə heykəlini, 01 ədəd 3000 manat dəyərində 1 metr hündürlüyündə 01 ədəd qadın portret heykəlini, 01 ədəd 1000 manat dəyərində yarımçıq hazırlanmış kişi portret heykəlini, 01 ədəd 2000 manat dəyərində gipsdən hazırlanmış, 60 sm hündürlüyündə dekorativ qadın fiqurunu, 01 ədəd 5000 manat dəyərində gips və metaldan hazırlanmış «Tərksilah» abidəni, 01 ədəd 500 manat dəyərində Mayestro Niyazinin gipsdən hazırlanmış heykəlini yerə atıb sındırmaqla və emalatxananın içərisində olan 01 ədəd 100 manat dəyərində su nasosunu yerindən çıxarıb yararsız hala salmaqla qəsdən məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 26600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus emalatxanadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10000 manat dəyərində X4 həlak olanların xatirəsinə həsr olunmuş gips və plastilindən hazırlanmış çoxfiqurlu abidəni, 01 ədəd 10000 manat dəyərində Nizami Gəncəvinin gipsdən hazırlanmış, 1 metr hündürlüyündə heykəlini, 01 ədəd 3000 manat dəyərində 1 metr hündürlüyündə 01 ədəd qadın portret heykəlini, 01 ədəd 1000 manat dəyərində yarımçıq hazırlanmış kişi portret heykəlini, 01 ədəd 2000 manat dəyərində gipsdən hazırlanmış, 60 sm hündürlüyündə dekorativ qadın fiqurunu, 01 ədəd 5000 manat dəyərində gips və metaldan hazırlanmış «Tərksilah» abidəni, 01 ədəd 500 manat dəyərində Mayestro Niyazinin gipsdən hazırlanmış heykəlini yerə atıb sındırmaqla və emalatxananın içərisində olan 01 ədəd 100 manat dəyərində su nasosunu yerindən çıxarıb yararsız hala salmaqla qəsdən məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 26600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurması cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 26600 manat məbləğində olan məxsus əmlakını qəsdən məhv etməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-in 186-cı maddəsi kontekstində məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, tam yararsız vəziyyətə salınır. Zədələnmə zamanı isə əmlakın xassələri elə dəyişir ki, onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir, təsərrüfat və ya başqa məqsədlə istifadəyə qismən yararsız olur. Hər halda törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə müəyyən edilməlidir. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə subyektiv cəhətdən qəsdlə törədilir. Təqsirkar özgənin əmlakını qanunsuz olaraq məhv etdiyini və ya zədələdiyini dərk edir, bununla mülkiyyətçiyə və ya sair sahibə xeyli miqdarda ziyan vurulacağını qabaqcadan görür və bunu arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir. (dolayı qəsd) Lakin ibtidai istintaq materiallarında Zərərçəkmiş şəxs1 Rəşid oğlunun əmlaklarının Təqsirləndirilən şəxs tərəfindən məhv edilməsi və zədələnməsi sübut edilməmişdir. Zərərçəkmiş şəxs1 Rəşid oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona təqdim olunmuş 5 dəqiqəlik video görüntüdə emalatxanaya bir neçə nəfərin daxil olduğunu müşahidə etmiş, həmin şəxslərin üzərində sarı zolaqlı MKİS-nin işçilərinin paltarlarına bənzəyən geyimin olduğunu görmüş, lakin konkret olaraq həmin şəxslərin içərisində Təqsirləndirilən şəxs görməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onun emalatxanasına daxil olan şəxslərin məhz onunla eyni sahədə rəqabət aparan şəxslər tərəfindən qərəzli olaraq göndərildiyini düşünür. Təqsirləndirilən şəxs da, məhkəmə iclasında verdiyi ifadəsində qeyd olunan emalatxanaya daxil olduğunu etiraf etsə də, orada olan hər hansı heykəli və ya əşyanı məhv etmədiyini və zədələmədiyini, yalnız emalatxananın girişində olan dəmir tullantılarını götürərək oradan çıxdığını bildirmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq ibtidai istintaq orqanı tərəfindən, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında əvvəllər tanışlığın, aralarında ədavət və ya düşmənçiliyin olub-olmaması aydınlaşdırılmadan, qəsdən törədilib-törədilmədiyi dəqiqləşdirilmədən, sonda hər hansı əsas olmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 186.1-ci maddəsində göstərilən ittiham irəli sürülmüşdür. Bundan başqa, cinayət işinin 2-ci cildinin 65-67-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman ünvan 12 binanın zirzəmisinə daxil olub oradan dəmir və misə oxşar heykəl götürdüyünü bildirmişdir. Həmin protokola təqsirləndirilən şəxsin emalatxananı göstərdiyi fotoşəkili də əlavə olunmuşdur. Qeyd edilməlidir ki, cinayət işinin 2-ci cildinin 61-64-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17.09.2021-ci il tarixli protokola və 2-ci cildin 65-67-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18.09.2021-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillərə baxdıqda, istintaq hərəkətlərinin ardıcıl günlərdə keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs xarici görünüşü bir-birindən kəskin fərqlənir, yəni o, birinci istintaq hərəkətində keçəl və saqqalsız olduğu təqdirdə, bir gün sonra keçirilən istintaq hərəkətində isə saçlı və saqqallı olmuşdur. Qeyd olunan hallar həmin istintaq hərəkətlərinin vaxtı-vaxtında aparılmasına və sənədləşmənin düzgün tərtib edilməsinə məhkəmədə şübhə yaradır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndilən şəxsin xeyrinə təfsir edildiyindən, cinayət işinin 2-ci cildinin 61-64-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17.09.2021-ci il tarixli protokol və 2-ci cildin 65-67-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18.09.2021-ci il tarixli protokol cinayət işi üzrə sübut növü kimi qəbul olunmamalı və sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il 15 nömrəli Qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Həmin Qərarın 57-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin Qərarın 58-ci bəndində göstərimişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Həmin Qərarın 59-cu bəndində göstərilmişdir ki, bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayətprosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Həmin Qərarın 64-cü bəndində göstərilmişdir ki, qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirimədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə bəraət verilməli və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 əmlakının və Zərərçəkmiş şəxs1 Rəşid oğlunun əmlaklarının oğurlanması, məhv edilməsi və zədələnməsində aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Məhkəmə hesab edir ki, maddi sübut – üzərində “Kzubr ЗУШМ 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən aparatın, üzərində "ИHTEPCKOЛ Д-350ЭP 350Bт» sözləri yazılmış 01 ədəd drel aparatın, 01 ədəd santexnik ütüsünün Zərərçəkmiş şəxs4 və “Vilano Mauntain” markalı 29 ölçülü velosipedin, 01 ədəd üzərində “Einhell 230V-50Hz" yazısı olan dəmir kəsən laqonda aparatın və 01 ədəd drelin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin iş üzrə keçirilmiş digər ekspertiza xərcləri ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan həmin epizodlar xaric edildiyindən, həmin hissədə ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutula bilməz və gələcəkdə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər müəyyən edildiyi halda həmin hissədə ekspertiza xərclərinə qeyd edilən iş üzrə qiymət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-582/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərara əsasən 22 noyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 42, 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin və o, həmin maddə üzrə Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 27 noyabr 2020-ci il tarixdə saat 18:00 radələrində özgənin əmlakını gizli olaraq talama niyyəti ilə ünvan 1 ünvanın qarşısında yerləşən, avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə olarkən Zərərçəkmiş şəxs3 özünə məxsus “Nissan Juke” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqdan çıxarmasında köməklik etmək məqsədilə Zərərçəkmiş şəxs3 müraciət edib razılığını aldıqdan sonra qeyd olunan avtomobilin sükanı arxasına keçib Zərərçəkmiş şəxs3 fikrinin yayınıq olmasından istifadə edərək sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin qabaq sərnişin oturacağının üzərindən 01 ədəd dəyərində “İphone X” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 750 (yeddi yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etməsi epizodu çıxarılsın. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 12 binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş emalatxananın dəmir barmaqlıqlarının arasından keçməklə oraya qanunsuz daxil olub emalatxananın içərisindən Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq taladıqdan sonra dəmir barmaqlığı içəri hissədən özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 5000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi epizodu çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(005)- 252/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və bu cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İttihamdan çıxarılmış oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilsin. İş üzrə məhkəmə xərci – 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış üzərində “Kzubr ЗУШМ 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən aparatın, üzərində “ИHTEPCKOЛ Д-350ЭP 350Bт” sözləri yazılmış 01 ədəd drel aparatın, 01 ədəd santexnik ütüsünün Zərərçəkmiş şəxs4 və “Vilano Mauntain” markalı 29 ölçülü velosipedin, 01 ədəd üzərində “Einhell 230V-50Hz" yazısı olan dəmir kəsən laqonda aparatın, 01 ədəd drelin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 38 (otuz səkkiz saata) görə 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar