Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-71/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, onun nümayəndəsi – Fərdi qaydada fəaliyyət göstərən vəkil X5, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 13 avqust 1998-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 2, mənzil 4-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 19 fevral 2022-ci il tarixdə saat 23:49-da ictimai yer hesab edilən ünvan 1 ünvanının qarşısında atası Nadir İmanovun tanışı Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etməsi səbəbindən ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək sonuncunun ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, şəxsiyyətini digər şəxslərdən üstün tutaraq Zərərçəkmiş şəxs oradan qaçdığını görüb sonuncunun arxası ilə qaçaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 24 saylı binanın qarşısında saxlayıb zor tətbiq etməklə yerə yıxdıqdan sonra üzərində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla sağ bud nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sağ budun yuxarı 1/3-nin deşilmiş- kəsilmiş yarası, qanaxma xəsarəti ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır, belə ki, 2 il bundan əvvəl Zərərçəkmiş şəxs Lökbatan qəsəbəsində yerləşən evində atası Nadir ilə birlikdə usta işləmişdir. Nizam adlı şəxsi isə atası Nadir İmanov ilə Mürsəlin evində işləyərkən tanımışdır. Belə ki, Nizam adlı şəxsi dəfələrlə Mürsəlin yanında görmüşdür. 2022-ci ilin fevral ayında atası Nadir ona bildirmişdir ki, Nizam adlı şəxsi axtarır, belə ki, Nizam adlı şəxs atası Nadirin tanışlarına pul borcludur və həmin tanışlar Nizamı atası vasitəsilə tanıdığından atası Nadirə də problem yaranmışdır. 19 fevral 2022-ci il tarixdə atası Nadir ona bildirmişdir ki, Zərərçəkmiş şəxs Nizam adlı şəxsin olduğu yeri bilir, lakin telefonla əlaqə saxladıqda yerini bildirməmişdir. 19 fevral 2022-ci il tarixdə saat 23 radələrində atası Nadir, əmisi Əmrah, qohumu Mahir, Çingiz adlı tanışları ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığındakı kafelərdən birində oturmuşdurlar. Həmin vaxt atası Nadir bildirmişdir ki, Zərərçəkmiş şəxs Nizam adlı şəxsin olduğu yeri bilir, lakin, yerini deməyəcəyini söyləyir. Bundan sonra o, bayıra çıxaraq Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən “Legenda Pub”da olduğunu bildirmişdir. O, həmin yerə getmiş və bayırda Mürsəl ilə görüşüb içəri keçib əyləşərək söhbət etmişdirlər. Söhbət zamanı o, Mürsələ uzun müddətdir ki, Nizam adlı şəxsin yerini soruşmaq üçün sonuncunu axtardığını bildirmişdir. Mürsəl isə cavabında Nizam adlı şəxsin yerini bilmədiyini bildirmişdir, bundan sonra kafenin bağlanmasına görə bayıra çıxmışdırlar. Kafenin önündə söhbətə davam edən zaman atası Nadir, dalınca isə qohumları Mahir, tanışı Çingiz və əmisi Əmrah yanlarına gəlmişdirlər. Söhbət zamanı atası X6 yerini bildiyini, nə üçün demədiyini təkidlə soruşmuşdur. Mürsəl isə cavabında yenə də Nizamla heç bir münasibətinin olmadığını və Nizamın olduğu yeri bilmədiyini söyləmiş, eləcə də, heç kimin başı üçün deyil ki, Nizama əl qaldırsın deyə ifadə işlətmişdir. Mürsəlin həmin ifadəsi onun xoşuma gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mürsəl aqressiv cavab verdiyi üçün atası Nadirlə tutuşmuşdurlar. Bu vaxt o Mürsəlin yaxasından tutaraq barəsində nalayiq ifadələr işlətmişdir. Daha sonra Mürsəl onların çox olduğunu görüb anidən həmin kafenin yerləşdiyi binanın arxa tərəfinə doğru qaçmağa başlamışdır. O, Mürsəlin qaçdığını görüb arxası ilə qaçmış və binanın önündə Mürsəli tutub yerə yıxmışdır, əsəbi halda üzərində olan bıçaqla bir dəfə Mürsəlin sağ bud nahiyəsindən vurmuşdur. Ətrafdan səs küyə binada yaşayan şəxslər çıxdığı üçün polisin gələcəyindən ehtiyat edərək oradan uzaqlaşmışdır. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt ondan başqa kimsə Zərərçəkmiş şəxs vurmamışdır və ya hər hansı xəsarət yetirməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin halhazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Nadir İmanov və onun oğlu Nicat adlı şəxsləri təxminən 2 ildir ki, tanıyır. Belə ki, 2 il bundan əvvəl Lökbatan qəsəbəsində yerləşən özünə məxsus olan evdə təmir işləri zamanı Nadir və sonuncunun oğlu Nicat adlı şəxslər usta kimi fəaliyyət göstərdiyindən həmin şəxsləri tanımışdır. Həmin vaxtlarda özünə məxsus olan evin təmirində Nizam adlı şəxsi sement gətirməsinə görə də tanımışdır. Nadir adlı şəxs ilə Nizam adlı şəxsin aralarındakı münasibətlər həmin vaxtdan yaranmışdır. Həmin vaxtlardan sonra Nizam və Nadir adlı şəxslərlə hər hansı münasibəti olmamışdır. 2021-ci ilin dekabr ayında atası Əvəz rəhmətə getmişdir. Atasının 40 yas mərasimi ilə əlaqədar olaraq 2022ci ilin fevral ayının əvvəllərində Nizam adlı şəxs Salyan rayonunda olan yas mərasiminə qohumu Bahadur ilə gələrək iştirak etmişdir. 18 fevral 2022-ci il tarixdə saat 19 radələrində dostu Elnurun işlədiyi ünvan 1 ünvanında yerləşən “Legenda Pub” adlı kafeyə çay içmək üçün getmişdir. Həmin kafenin önünə çatdıqda Nadir adlı şəxs anidən onu çağırmışdır. Nadir onunla görüşdükdə sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüşdür. Eləcə də, Nadirin yanında Şahid1, Nadirin qardaşı Əmrah, Nadirin qohumu Mahir adlı şəxslər də olmuşdur. Həmin vaxt Nadir və yanındakı şəxslər onunla söhbət edərək, Nizamı axtardıqlarını bildirmişlər, əgər onun Nizamla əlaqəsi varsa, köməklik göstərməyini ondan xahiş etmişdirlər. O, isə cavabında Nizam ilə heç bir əlaqəsi olmadığını bildirmiş və əgər yerini bilərsə onlarla əlaqə saxlayacağını demişdir. Fikrincə, Nadir adlı şəxs, Nizam adlı şəxsin onun atası Əvəzin yas mərasiminə gəldiyi üçün Nizamın onunla hər hansı əlaqəsinin olduğunu fikirləşmişdir. Həmin gün Nadir və yanındakı şəxslər onunla söhbət etdikdən sonra qeyd olunan yeri tərk etmişdirlər və aralarında hər hansı mübahisə olmamışdır. Bundan sonra, 19 fevral 2022-ci il tarixdə saat 23 radələrində o dostu Elnurun adıçəkilən işlədiyi kafeyə getmişdir. Belə ki, Elnurla görüşərək növbəti gün rayona getməkləri ilə bağlı danışmalı idilər. Həmin kafenin önünə çatdıqda Nadirin oğlu Nicat ona zəng edərək, görüşmək istədiyini bildirmişdir. O, Nicata etiraz etməyərək, olduğu yeri bildirmiş, təxminən 5-10 dəqiqə sonra Nicat və Çingiz adlı tanımadığı başqa bir şəxs həmin yerə gəlmişdirlər. Əvvəlcə Nicat və həmin Çingiz adlı şəxslə dostu Elnurun işlədiyi “Legenda Pub”da oturaraq söhbət etmişdirlər. Söhbət zamanı Nicat ona uzun müddətdir ki, onu Nizam adlı şəxsin yerini soruşmaq üçün axtardığını bildirmişdir. O isə cavabında Nizam adlı şəxsin yerini bilmədiyini bildirmişdir, eləcə də, Nizamı ondan niyə soruşmağına təəccüblənmişdır. Belə ki, Nizam adlı şəxslə Nadir özü təzəliklə qohum olmuşdur. Söhbət zamanı kafenin bağlanmasına görə bayıra çıxmışdırlar. Kafenin önündə söhbətə davam edən zaman Nadir adlı şəxs, dalınca isə Nadirin qohumu Mahir adlı şəxs, Nadirin qardaşı Əmrah adlı şəxs və Şahid1, eləcə də, tanımadığı 2-3 nəfər cavan oğlanlar da yanlarına gəlmişdirlər. Söhbət zamanı həmin şəxslər, əsasən də, Nadir, Nicat və Şahid1 onun üstünə düşərək Nizamın olduğu yeri təcili şəkildə deməyini tələb etmişdirlər. O isə cavabında yenə də Nizam adlı şəxslə heç bir münasibətinin olmadığını və Nizamın olduğu yeri bilmədiyini söyləmişdir. Həmin vaxt Nadir onu təhqir edərək bir daha Nizam adlı şəxsin yeri söyləməyini tələb etmişdir. Bundan sonra Nadir adlı şəxs belində olan bıçağı çıxardaraq onu vurmaq istəmişdir, o, bunu gördükdə həmin yerdən qaçmışdır. Nadir qışqıraraq yanındakı şəxslərə onu tutmaqlarını söyləmişdir. Həmin yerdən təxminən 10-15 metr qaçdıqdan sonra yaxınlıqdakı binanın girişinin önündə onu Mahir, Şahid1 və Nadir adlı şəxslər tutmuşdurlar. Onu tutduqdan sonra Şahid1 və Nadir adlı şəxs onun sifət nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdurlar. Nicat adlı şəxs isə bıçaqla sağ bud nahiyyəsindən bir dəfə vurmuşdur, nəticədə o xəsarət almışdır. Nicat adlı şəxsin əlindəki bıçaq sonuncunun atası Nadirin belindən çıxartdığı həmin bıçaq olması qənaətinə gəlir. Çünki, Nadir adlı şəxs onu ancaq yumruqla vurmuşdur. Bıçaqla onu vurduqdan sonra isə həmin şəxslər üstünə tökülərək onu yerdə təpikləmişdirlər. Daha sonra isə həmin şəxslər binadan qadın qışqırıqları eşitdikdən sonra onu orada qoyub qaçmışdırlar. Bundan sonra dostu Elnur ona zəng edərək harada olmağını soruşduqda, o bıçaqlanmağını bildirərək olduğu yeri demişdir və Elnur adlı şəxs onu 1 saylı Klinik Tibbi mərkəzə aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmiş, sonra isə ayağından əməliyyat olunmuş və bir müddət sonra evə buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. Nadir adlı şəxsi qardaşı Əmrah və qohumu Mahirin vasitəsilə tanımışdır. Nadir adlı şəxslə tanış olduqdan sonra oğlu Elçin Cəfərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddəsilə tutulması və halhazırda həbsdə olması barədə məlumat vermişdir, həmçinin, Nadirə oğlunun cəzasının yüngülləşdirmək istədiyini də bildirmişdir. Nadir ona bildirmişdir ki, Nizam adlı tanışı var və bu işdə ona köməklik göstərə bilər. Sonradan həmin vaxtlarda Nizam və Nadir adlı şəxslər onu aldadaraq ümumilikdə 21.250 manat pulunu ələ keçirmişdilər və həmin vaxtdan sonra pulunu geri qaytarmamışdılar. Bu məsələ ilə bağlı dəfələrlə Nadirdən pulunu istəmiş, Nadir də pulun Nizamda olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayının ortalarında Bərdə rayonunda Əmrah və Mahir ilə görüşmüşdür və Nadirin pulu geri qaytarmadığını bildirmişdir. Bundan sonra birlikdə Bakı şəhərinə gəlmişdirlər. 18 fevral 2022-ci il tarixdə saat 19 radələrində Nadir, Əmrah və Mahirlə birlikdə Mürsəllə danışmaq üçün “Legenda Pub” adlı kafenin qarşısına getmişdirlər. Bir qədər sonra Mürsəlin gəldiyini görüb Nadir sonuncunu yanına çağırmışdır. X8 soruşduqda Mürsəl cibindən nə isə vəsiqə çıxararaq Nizamı heç kimin apara bilməməsini demişdir. Nadir Mürsələ izah etmişdir ki, Nizam ona qarşı dələduzluq edib, bu səbəbdən Nizamı axtardığını bildirdikdə Mürsəl yenə də Nizamın yerini bilmədiyini bildirmişdir. Daha sonra Mürsəlin Nizamın yerini deməyəcəyini başa düşüb çıxıb getmişdirlər. Səhərisi gün, yəni 19 fevral 2022-ci il tarixdə saat 23 radələrində Nadir, Əmrah, Mahir və Nadirin oğlu Nicat ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığındakı kafelərdən birində oturmuşdurlar. Həmin vaxt Nadir bildirmişdir ki, Zərərçəkmiş şəxs Nizam adlı şəxsin olduğu yeri bilir, lakin, yerini qəsdən demir. Bundan sonra Nicat Mürsəllə danışmaq üçün bayıra çıxmışdır. Daha sonra Nadir də Nicatın arxası ilə çölə çıxmışdır. O isə Əmrah və Mahir ilə birlikdə orada bir qədər gözləmişdir, daha sonra isə Nicat və Nadirin geri qayıtmadığını görüb bayıra çıxmışdırlar. Bayıra çıxdıqda həmin şəxslərin “Legenda Pub” adlı kafenin önündə söhbət etdiklərini görüb yanlarına getmişdirlər. Söhbət zamanı X10 yerini bildiyini, nə üçün demədiyini təkidlə soruşmuşdur. Mürsəl isə cavabında yenə də Nizamla heç bir münasibətinin olmadığını və Nizamın olduğu yeri bilmədiyini söyləmiş, eləcə də, heç kimin başı üçün deyil ki, Nizama əl qaldırsın deyə ifadə işlətmişdir. Mürsəlin həmin ifadəsi Nicatın xoşuna gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mürsəl aqressiv cavab verdiyi üçün Nadirlə mübahisə etmişlər. Daha sonra Mürsəl ani anda həmin kafenin yerləşdiyi binanın arxa tərəfinə doğru qaçmağa başlamışdır. Nicat da Mürsəlin qaçdığını görüb arxası ilə qaçmışdır, o isə arxalarınca getməmişdir. Daha sonra o, Əmrah və Mahir ilə oradan çıxıb getmişdirlər. Sabahısı gün isə Nadir ona bildirmişdir ki, Nicat Mürsəli bıçaqla vurmuşdur. Həmin vaxt Mürsəl binaların arasına qaçdığı üçün Nicat da sonuncunun arxasınca qaçmış, o isə arxalarınca getmədiyi üçün Nicatın Mürsəli bıçaqla vurmasını görməmişdir, lakin, sabahısı gün eşitmişdir ki, Nicat Mürsəli bıçaqla vurmuşdur, o, istər Nadir, Mahir və Əmrah Mürsələ heç bir xəsarət yetirməmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur. Nicat Abşeron rayonu Saray qəsəbəsində yaşayır. İmişli rayonunda yaşayan Nizam Bəbirov kimi özünü təqdim edən şəxs guya Bərdə rayonunda yaşayan Çingiz adlı şəxsin oğlunu cəza çəkmə müəsissəsindən işini azaltmaq şərti ilə 21.250 manat pul almışdır. Aradan xeyli müddət keçməsinə baxmayaraq Nizam işi düzəltmədiyi üçün axtarmağa başlamışlar ki, pulu geri alsınlar. X11 tanışı Mürsəlin sonuncunun yerini bildiyini və görüşmək lazım olduğunu bildirdiyi üçün bu məqsədlə Bərdə rayonundan Çingizlə birlikdə Bakı şəhərinə gəlmişdirlər və qardaşı Nadirlə görüşmüşdürlər. Təxminən görüş 18 fevral 2022-ci il tarixində axşam saat təxminən 19 radələrində olmuşdur. O, Nadir və Çingiz Mürsəlin gələcəyi kafenin qarşısına gəlmişdirlər. Bir müddət sonra Mürsəl adlı şəxs kafeyə yaxınlaşan zaman Nadir Mürsəli yanına çağırmışdır. X8 soruşduqda Mürsəl cibindən nə isə vəsiqə çıxararaq Nizamı heç kimin apara bilməməsini demişdir. Nadir Mürsələ izah etmişdir ki, Nizam Çingizə qarşı dələduzluq edib, bu səbəbdən Nizamı axtardıqlarını bildirdikdə Mürsəl yenə də Nizamın yerini bilmədiyini bildirmişdir. Daha sonra Mürsəlin Nizamın yerini deməyəcəyini başa düşüb çıxıb getmişdirlər. Səhərisi günü saat 23 radələrində Nadir, Çingiz, Mahir və Nadirin oğlu Nicat ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığındakı kafelərdən birində oturmuşdurlar. Həmin vaxt söhbət əsnasında Nadir Nizamın yerini Mürsəlin bildiyini, lakin, yerini qəsdən demədiyini bildirdikdə Nicat Mürsəllə telefonla danışmaq üçün bayıra çıxmışdır. Nadir də arxasınca getmişdir. Bir qədər sonra geri qayıtmadıqlarını görüb Çingiz və Mahirlə o da çölə çıxmışdır. Qarşıda olan “Legenda Pub”ın qarşısında Nicat, Nadir və Mürsəlin söhbət etdiyini görüb yaxınlaşmışdırlar. Orada da söhbət zamanı X10 yerini bildiyini, nə üçün demədiyini təkidlə soruşmuşdur. Mürsəl isə cavabında yenə də Nizamla heç bir münasibətinin olmadığını və Nizamın olduğu yeri bilmədiyini söyləmişdir, eləcə də, heç kimin başı üçün deyil ki, Nizama əl qaldırsın deyə ifadə işlətmişdir. Mürsəlin həmin ifadəsi Nicatın xoşuna gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mürsəl aqressiv cavab verdiyi üçün Nadirlə tutuşmuşdurlar. Bu zaman ortalıq bir qədər qarışmışdır. Daha sonra Mürsəl ani anda həmin kafenin yerləşdiyi binanın arxa tərəfinə doğru qaçmağa başlamışdır. Nicat da Mürsəlin qaçdığını görüb arxası ilə qaçmışdır. O isə səhhəti ilə bağlı olaraq, arxalarınca getməmişdir. Daha sonra o tanışı Çingiz və Mahirlə birlikdə Bərdə rayonuna getmiş, Nadir və Nicat isə Bakı şəhərində qalmışdırlar. Sabahısı gün isə Nadir ona bildirmişdir ki, Nicat Mürsəli bıçaqla vurmuşdur. Həmin vaxt Mürsəl binaların arasına qaçdığına görə Nicat da Mürsəlin arxasınca qaçmış, o isə səhhəti ilə bağlı arxalarınca getmədiyi üçün Nicatın Mürsəli bıçaqla vurmasını görməmişdir, lakin növbəti gün bilmişdir ki, Nicat Mürsəli bıçala vurmuşdur, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs qarşı Nicatdan başqa fiziki güc tətbiq edən və vuran kimsə olmamışdır. Mürsəllə söhbət təxminən 5-10 dəqiqə davam etmiş, daha sonra isə o oradan uzaqlaşmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 347 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ budun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası. Qanaxma” xəsarəti əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş 2042 saylı xəstəlik tarixində qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. (i/v 35-37). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən xx.xx.2022-ci il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (i/v 70-71, 104-105). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (i/v 106-107). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-i il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 21-2/3-4290 saylı Sumqayıt şəhər probasiya şöbəsinin məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 1(012)-254/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş cərimə məbləğini dövlət büdcəsinə tam ödədiyindən barəsində olan nəzarət işi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i/v 53-54, 151). İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 19 fevral 2022-ci il tarixdə saat 23:49-da bir qrup şəxsin ünvan 2 ünvanının qarşısında küçədə mübahisə etmələri öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan videogörüntüdə özü qara paltarlı başında papaq olan şəxsdir, baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə gedərək mübahisəni davam etdirmək istəyir, lakin, kənarda olan şəxslər onu saxlayaraq aralaşdırır, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin vaxt Zərərçəkmiş şəxs üstünə gedir, onu saxlayan şəxsi xatırlamır və Zərərçəkmiş şəxs kənara söhbət etmək üçün aparan şəxs isə atası Nadir İmanovdur. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntülərdən təxminən 15-20 dəqiqə sonra o, Zərərçəkmiş şəxs videogörüntüdə görünməyən yerdə bıçaqla vurmuşdur. Bundan başqa videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki zor tətbiq edən, eləcə də, bir-birlərinə qarşı fiziki zor tətbiq edən hər hansı şəxslərin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurması da videogörüntüdə öz əksini tapmır. (i/v 83). Məhkəmə iclası zamanı baş vermiş hadisəni özündə əks etdirən DVD diskə baxış keçirilmiş və 27 iyul 2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisənin ictimai yer hesab olunan ünvan 3 ünvanın qarşısında, Zərərçəkmiş şəxs bıçaqla vurduğu yerin isə ünvan 4 ünvanda yerləşən binanın qarşısında olması müəyyən edilmişdir. (i/v 156-157). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 5 aprel 2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyana görə 5000 manat pulu Təqsirləndirilən şəxs dayısı X1 qəbul edir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət etməyəcəyini, məhkəmə iddiası qaldırmayacağını və gələcəkdə də bununla bağlı məhkəmə və istintaq orqanlarına müraciət etməyəcəyini, əlavə pul tələb etməyəcəyini öz üzərinə götürür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair xahişini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 oğlunun vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-71/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-71/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver