Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-71/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,245 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2024-cü il tarixdə saat 14:45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4qədi RPİ-nin 7-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,245 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,282 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi RPİ-nin 5-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 04 iyul 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Monte Kristo” restoranının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,282 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,361 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyul 2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanının qarşısında saxlanılaraq ünvan 8 RPİ-nin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,361 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkomaniyadan müalicə aldığı üçün həkim resepti ilə aldığı dərmanları qəbul etmiş, həmçinin psixotrop maddə metamfetamin və nadir hallarda isə narkotik vasitə heroindən istifadə etmişdir. 30 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında olduğu zaman səhər saat 11:00-da Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq maşına minməsini tələb etmiş və onu polis bölməsinə aparmışlar. Bölmədə olarkən ona bir büküm psixotrop maddə verərək həmin bükümü şəxsi axtarış zamanı təqdim etməsini tələb etmiş, onsuz da narkotik vasitə istifadəçisi olduğunu, qanından analiz verəcəyi halda narkotik vasitədən istifadə etdiyinin məlum olacağını bildirərək sənədlərə qol çəkdirmiş və barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açmışlar. O da videoçəkilişlə üzərinə axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona verilən bir büküm psixotrop maddəni təqdim edərək ona məxsus olmasını bildirmişdir. Halbuki saxlanılan zaman onun üzərində psixotrop maddə olmamışdır. Bundan başqa 04 iyul 2024-cü il tarixdə saat təxminən 16:00-16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Monte Kristo” restoranının yaxınlığında Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və polis əməkdaşları ilk əvvəl onu külli miqdarda narkotik vasitə ilə “yükləyəcəkləri” ilə hədələyərək ondan daha az miqdarda psixotrop maddəni boynuna götürməsini tələb etmiş, daha sonra bildirmişlər ki, əgər razılaşmasa barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib olunacaq və ona 20-25 gün inzibati həbs veriləcək, o da yayın istisində həbsdə qalmağa məcbur olacaqdır, halbuki CM-nin 234.1-ci maddəsi ilə razılaşsa, iki gündən sonra azadlığa buraxılacaqdır. O da deyilənlərlə razılaşaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair sənədlərə qol çəkmişdir. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən verilən bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Halbuki saxlanılan zaman onun üzərində psixotrop maddə olmamışdır. Bundan başqa, 09 iyul 2024-cü il tarixdə saat 11:00-11:30 radələrində ünvan 11 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və vəkilin də iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni təqdim etmiş və həmin bükümdə olan maddənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər imza etmişlər. Həmin narkotik vasitəni pul ilə almamış, ona hədiyyə olaraq verilmiş, o da üzərində gəzdirmişdir. 09 iyul 2024-cü il tarixində saxlanılan zaman üzərində narkotik vasitə olsa da, 30 aprel 2024-cü il və 04 iyul 2024-cü il tarixlərində saxlanılan zaman onun üzərində psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasa da, onu külli miqdarda narkotik vasitə ilə “yükləyəcəkləri” və həbs edəcəkləri ilə hədələdikləri üçün cinayət əməlini boynuna götürmüş, sənədlərə qol çəkdiyi və videoçəkiliş zamanı cinayət əməlini etiraf etdiyi üçün də müstəntiqə etirafedici ifadə vermiş, ifadəsi müstəntiq tərəfindən ona oxunmuş və ifadəsini orada yazılanların mahiyyətini dərk edərək imzalamışdır. Həmçinin polis əməkdaşlarının hərəkətlərindən hər hansı bir orqana şikayət etməmişdir. Daha sonra iki epizod üzrə təqsirli olmamasını, bir epizod üzrə əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PBnin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edilməsi, daşıması və saxlaması barədə xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra, onun rəhbərliyi ilə Binəqədi RPİ-nin 7-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 30 aprel 2024-cü il tarixdə saat 14:45 radələrində daxil olmuş məlumat əsasında ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş, Binəqədi RPİ-nin 7-ci PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu 7-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gəlmiş, ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra inzibati binanın xidməti otaqlarının birində müdafiəçinin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümdə nə olduğu soruşularkən 01 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin "patı”, yəni psixotrop maddə melamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan, kimdən əldə etdiyi, nə məqsədlə üzərində gəzdirdiyini soruşularkən, bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 28 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkilərkən 0,28 qram olmuşdur. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmiş, keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru X5 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edilməsi, daşıması və saxlaması barədə 5ci PB-nə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra, ondan və Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 iyul 2024-cü il tarixdə saat 20:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Monte Kristo” restoranının yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış, həmin şəxsə özlərini təqdim edib Binəqədi RPİ-nin 5-ci PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində müdafiəçinin iştirakı olmadan inzibati binanın xidməti otaqların birində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o. əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü masanın uzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümdə nə olduğu soruşularkən 01 ədəd ağ rəngli kağız bükümün içərisində olan maddənin "patı", yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan, kimdən və neçəyə əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, psixotrop maddə metamfetamini 04 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və 0,50 qram olması müəyyən edilmişdir. Aşkar edilən psixotrop maddə metamfetamin boş zərfə qoyularaq möhürlənmiş, keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin əməliyyat müvəkkili olmuş Şahid6 ifadəsində göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə «Eldar» adlı şəxsin qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur."Eldar” adlı şəxsin şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin xx.xx.1990cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və sair maddələri ilə məhkum olunmuş, ünvan 12 ünvanında qeydiyyatda olan, ünvan 13şayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin məlumat əsasında 09 iyul 2024-cü il tarixdə ondan və PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı 09 iyul 2024-cü il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs ünvan 11 ünvanda müəyyən edilmiş, ona yaxınlaşaraq özlərini təqdim edib onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Nəsimi RPİ-nin 19-cu PŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Eldar əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarında və bədənində axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə “kokos" (heroin) olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 10 manat pul verib aldığını bildirmişdir. Eldarın üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar maddə ekspertiza tədqiqatına göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* saylı nömrə verilmişdir (cild İ, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.28-29); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild İ, i.v.84-85); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 iyul 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmışdır (cild İ, i.v.104-107); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-di il tarixli protokoldan və DVD diskə baxış keçirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilib üzərində müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə axtarış aparlmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində olan əşyaları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli bükümü çıxararaq masanın üzərinə qoyur və təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə “kakos" olduğunu, həmin narkotik vasitəni 09 iyul 2024-cü il tarixdə saat 10 radələrində “Papanin" adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul verib özü istifadə elmək üçün aldığını bildirir (cild İ, i.v.54-56, 83); - “Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,361 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 0,311 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild İ, i.v.111); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild İ, i.v.130-131); - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.134); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.155); - “Şəxsi axtarış və götürmə aparılması haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyur, həmin büküm elektron tərəzidə çəkildikdə maddənin çəkisi 0,50 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan ağ rəngli kağız büküm təhqiqatçı tərəfindən ağ rəngli kağız boş zərfə qoyularaq qablaşdırılıb möhürlənir. Həmin kütləni haradan və kimdən aldığı haqda soruşduqda Təqsirləndirilən şəxs “patı” kimi adlandırılan metamfetamin adlı maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirir (cild İ, i.v.164-166); - “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmişdir (cild İİ, i.v.78-80); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.81-82); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild İİ, i.v.55-56); - “Cinayət işi materiallarını cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış olan ********* və ********* saylı cinayət işləri üzrə cinayət təqibi icraatı bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild İ, i.v.192-193); - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.196); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.218); - “Şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2024-cii il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı X2 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyur, həmin maddənin metamfetamin olduğunu deyir, ağ büküm açıldıqda həmin bükümdə ağ rəngli metamfetaminə oxşar kristalşəkilli maddə aşkar olunur, aşkar olunan melamfetaminə bənzər maddənin haradan əldə edildiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin maddəni 28 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə maddənin çəkisi 0,28 qram təşkil edir, aşkar olunan ağ rəngli kağız büküm təhqiqatçı tərəfindən şəffaf kiçik sellofan paketə yerləşdirilir, boş zərfə qablaşdırılıb möhürlənərək götürülür (cild İ, i.v.229- 231); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İİ, i.v.10-11); - “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmişdir (cild İİ, i.v.28-29); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.30-31); - “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-də istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi və ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (cild İİ, i.v.116-117); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayev tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (cild İİ, i.v.120-121); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 01 may 2024-cü il tarixli, 3-16-16/2-6/2391 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №176" dairəvi möhür əksləri olan, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza" və digər yazı, ad, soyad və imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild İ, i.v.240-244); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi... 3 (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild İ, i.v.180- 184); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,361 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild İ, i.v.61-65); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2931 nömrəli və xx.xx.2024-cü il tarixli 4760 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İİ, i.v.38-39, 136-137); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,245 qram və 0,282 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, şəxsi axtarış zamanı götürülmüş 0,361 qram narkotik vasitə heroinin xx.xx.2024-cü ildə maddi sübut kimi tanınması nəzərə alınmış, tədqiqatdan sonra 0,245 qram metamfetamindən qalıq qalmış 0,195 qram, 0,282 qram metamfetamindən qalıq qalmış 0,232 qram və 0,361 qram narkotik vasitə heroindən qalıq qalmış 0,311 qram heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 03 ədəd DVD diskə köçürülmüş görüntülər və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (cild İİ, i.v.139-152); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur(cild İİ, i.v.165-166); - “Bakcell MMC-dən göndərilmiş CD diskə baxış keçirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 055 539 53 50 mobil sim nömrəsi xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə həmin nömrə ilə iki Bakcell abunəçi nömrələri ilə əlaqədə olmuş, SMS aşkar olunmamış, 055 539 53 50 mobil sim nömrəsi xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində anten dairəsi ərazisində olmuşdur (cild İİ, i.v.179); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 07 ay 06 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (cild İİ, i.v.110-111); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-531/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild İİ, i.v.127-130); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)-133/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-531/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddət 07 (yeddi) ay 06 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və azadlıqdan məhrum etmə cəzasının müddəti həmin həddə müəyyən olunmuşdur (cild İİ, i.v.131-133); - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 395/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild İİ, i.v.134-135); - Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli bükümü çıxararaq masanın üzərinə qoyur və təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə “kakos" olduğunu, həmin narkotik vasitəni 09 iyul 2024-cü il tarixdə saat 10 radələrində “Papanin" adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul verib özü istifadə etmək üçün aldığını bildirir. - Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyur, həmin büküm elektron tərəzidə çəkildikdə maddənin çəkisinin 0,50 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs “patı” kimi adlandırılan metamfetamin adlı həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka" kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirir; - Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyur, həmin maddənin metamfetamin olduğunu bildirir, həmin maddəni 28 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə maddənin çəkisi 0,28 qram təşkil edir, aşkar olunan ağ rəngli kağız büküm təhqiqatçı tərəfindən şəffaf kiçik sellofan paketə yerləşdirilir, boş zərfə qablaşdırılıb möhürlənərək götürülür. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddələrin və narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində saxlanılarkən üzərində psixotrop maddənin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində baş vermiş epizodlar üzrə təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib saxlayaraq üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətmişdir. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq tutulduğu xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 2931 saylı və xx.xx.2024-cü il tarixli 4760 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,195 qram və 0,232 qram psixotrop maddə metamfetamin və 0,311 qram qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış şəxsi axtarış keçirilməsi ilə bağlı görüntülərin əks olunduğu 03 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci – 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, 40 saata görə cəmi 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 03 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,195 qram və 0,232 qram psixotrop maddə metamfetamin və 0,311 qram qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Fides» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-71/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-71/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver