Məhkəmə qərarları › İş №1(006)-719/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-719/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-719/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Ucar rayonunun Şahlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkumluğu olan, Ucar rayonu, Əlikənd ərazi dairəsi, Şahlıq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi “Rahat” hosteldə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunun işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında yerləşən kafeyə və qəssabxanaya 02 ədəd kassa aparatı quraşdıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 04 dekabr 2024-cü il tarixdə ünvan 1 ünvanda İbrahim Əzizovdan 2100 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İbrahim Əzizova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunun işlətdiyi qəssabxanaya kassa aparatı quraşdıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 25 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs2 510 manat və 5 dekabr 2024-cü il tarixdə həmin ünvanda 331 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 841 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin avqust-sentyabr aylarından Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “One ClikC” şirkətindən kassa aparatları alıb istənilən şəxsə satmışdır. O, Nəsimi rayonu, Ş.Abdullayev küçəsinə gəlib-getsə də, lakin həmin küçədə heç kimin obyektinə kassa aparatı quraşdırmamış, ancaq başqa küçələrdə iki-üç nəfər şəxsə kassa aparatı quraşdırsa da, həmin şəxsləri aldatmamışdır. Həmin küçədə Tural Abdullayev və Əliyev Elçin adlı şəxsə məxsus işlətdiyi avtoyuma məntəqəsi onun adına olan VÖEN-lə fəaliyyət göstərmiş və onların hər biri ona aylıq 30 manat pul vermişlər. Lakin sonradan həmin işdən əl çəkərək Tural Abdullayevlə və Elçin Əliyevlə əlaqəni kəsmişdir. Hazırda onların obyektinin kimin VÖEN-i ilə işləməsindən xəbəri yoxdur. Həmin ərəfədə o, həmin əraziyə baxan vergi işçisi Baxış adlı şəxslə tanış olmuşdur. Baxış elə bilmişdir ki, o, obyektlərə kassa aparatı quraşdırır. 2024-cü ilin noyabr ayında Baxış ona Zərərçəkmiş şəxs1 işlətdiyi çayxanaya və qəssabxanaya kassa aparatı quraşdırmağı təklif etmiş, o da razılaşaraq həmin ərəfədə İbrahimin işlətdiyi çayxanaya və qəssabxanaya gəlib baxaraq kasa aparatı quraşdıracağına söz vermiş və Baxış da oradan çıxıb getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la özü bu barədə söhbət etmişdir. Təxminən bir həftə sonra o, tək olaraq Zərərçəkmiş şəxs1 obyektinə gəlib onunla görüşmüş və ondan iki yerə, yəni çayxanaya və qəssabxanaya kassa aparatı quraşdırmaq adı ilə 2100 manat pul almış, lakin kassa aparatı quraşdırmamış və həmin 2100 manat pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan əlavə o, ünvan 3 ünvanında yerləşən “Laçın” ət mağazasına, yəni qəssabxanaya kassa aparatı quraşdırmaq adı ilə Zərərçəkmiş şəxs2 841 manat pul alsa da, həmin məbləği öz ehtiyacı üçün xərcləmişdir. Onun Zərərçəkmiş şəxs2 ət kəsimi mağazasına kassa aparatı quraşdırmaq niyyəti olmamış, eyni zamanda aldığı məbləğlərdən Baxışa və yaxud kiməsə hər hansı bir məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs2 pulu iki dəfəyə almışdır. Belə ki, əvvəlcə 510 manat, bir neçə gündən sonra isə 331 manat almışdır. Daha sonra zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən noyabr-dekabr aylarında Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında yerləşən ona məxsus çay evi kimi fəaliyyət göstərən obyektə əraziyə baxan vergi işçisi Şahid2 ona kassa aparatının vaxtının keçməsinə görə dəyişdirmək lazım olduğunu demiş, o da ondan kömək istəmişdir. Həmin vaxt Şahid2 yanında olan Təqsirləndirilən şəxs göstərərək sonuncunun obyektlərə kassa aparatı quraşdırdığını söyləmiş və onlara “özünüz bu barədə söhbət edin” deyərək oradan çıxıb getmişdir. O, Təbrizlə kassa aparatının quraşdırılması ilə bağlı söhbət edərək iki obyektə, yəni birini işlətdiyi kafeyə, digərini isə kafeyə bitişik qəssabxanaya quraşdırmaq lazım olduğunu söylədiyində, Təbriz ondan iki ədəd kassa aparatının quraşdırılması üçün 2100 manat pul istəmişdir. Aralarında razılaşma olduqdan sonra təxminən bir həftə sonra Təqsirləndirilən şəxs onun yanına tək gəlmiş və o, kafenin içərisində Təbrizə 2100 manat pul vermişdir. Təbriz də tez bir zamanda kassa aparatını quraşdıracağına söz versə də, lakin sonuncu ilə əlaqə saxlaya bilməmiş, sonra Baxışa bu barədə bildirsə də, sonuncu da Təbrizlə əlaqə saxlaya bilməmişdir. Daha sonra ərazi aidiyyəti üzrə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, kassa aparatının quraşdırılması ilə bağlı Şahid2 hər hansı bir məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs 2100 manat pulu verən zaman onun işlətdiyi çayxanada ofisiant işləyən Şahid1 şahid olduğunu bildirmişdir. O, 2100 manat pulu Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında vermişdir. Daha sonra, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən noyabr-dekabr aylarından ünvan 3 ünvanında yerləşən “Laçın” adlı ət mağazasını işlədir. Əraziyə baxan vergi işçisi Şahid2 işlətdiyi ət mağazasına kassa aparatı quraşdırmaq lazım olduğunu bildirmişdir. O da obyektinə kassa aparatının quraşdırılması üçün Şahid2 kömək istəmişdir. Həmin vaxtı onların yanına bir nəfər şəxs gəlmiş və Baxış onu göstərərək şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və o, Təbrizlə tanış olandan sonra Şahid2 onları tərk etmişdir. Təbriz ona “mən istənilən obyektə kassa aparatı quraşdıra bilirəm” demiş və onu inandırıraq ət kəsimi mağazasına bir ədəd kassa aparatının quraşdırılması üçün 841 manat pul istəmişdir. O razılaşaraq ət kəsimi mağazasının içərisində Təqsirləndirilən şəxs 510 manat pul verərək bir neçə gündən sonra qalan 331 manat pulu da ödəyəcəyini bildirmiş, Təbriz 10 gündən sonra ondan qalan 331 manat pulu istəmiş , o da qalan 331 manat pulu Təqsirləndirilən şəxs mağazanın içərisində vermişdir. Təbriz ona “narahat olma, qısa zamanda kassa aparatını gətirib quraşdıracağam” desə də, bir neçə gündən sonra o, Təbrizə dəfələrlə zəng etsə də, sonuncunun mobil nömrəsi sönülü olmuşdur. Bundan sonra Baxışa “sizin tanış etdiyiniz Təbriz məndən ümumilikdə 841 manat pul alıb, lakin nə mobil nömrəsinə zəng çatır, nə də ki, kassa aparatını gətirib quraşdırmayıb” sözlərini demiş, Baxış da bir neçə dəfə Təbrizin mobil nömrəsinə zəng etsə də, sonuncunun mobil nömrəsinin sönülü olduğunu və “Təbrizi mən də axtaracağam" demişdir. Lakin Təqsirləndirilən şəxs tapılmadığı üçün, eləcə də yaxınlıqda çayxana işlədən Zərərçəkmiş şəxs1 aldatdığını eşitdiyi üçün ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 21ci polis bölməsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs iki dəfə, yəni 510 manat və 331 manat pul vermişdir. Ümumilikdə ona 841 manat maddi ziyan dəymişdir. Pulu verən zaman yanında heç kim olmamışdır. Həmçinin kassa aparatının quraşdırılması ilə bağlı Şahid2 hər hans bir məbləğdə pul verməmişdir. O, Təqsirləndirilən şəxs 25 noyabr 2024cü il tarixdə ünvan 2 ünvanda 510 manat və 5 dekabr 2024-cü il tarixdə həmin ünvanda 331 manat pul vermişdir. Daha sonra, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus çayxanada ofisiant işləyir. Çayxanada kassa aparatının olmasına baxmayaraq, son vaxtlar yaxşı işləmədəyi üçün Zərərçəkmiş şəxs1 əraziyə baxan vergi işçisi Baxış adlı şəxsə kassa aparatını yenisi ilə əvəzləmək istədiyini bildirmişdir. Çayxanada olan zaman Baxışla birlikdə çayxanaya gələn Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la kassa aparatının quraşdırılması ilə bağlı söhbət etmiş, Təqsirləndirilən şəxs iki ədəd kassa aparatını quraşdıracağına söz vermiş və aralarında olan razılaşmadan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs çayxanaya gələrək İbrahim Zeylanovdan iki ədəd kassa aparatının quraşdırılması ilə bağlı 2100 manat pul almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 Uçotun Təşkili Baş idarəsinin Nəsimi rayonu ərazisi üzrə böyük dövlət vergi üzrə sahə müfəttişi vəzifəsində işləyir. 2024-cü ilin noyabr ayında o, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində avtoyuma məntəqəsində vergi ilə bağlı yoxlama işi apararkən ona məlum olmuşdur ki, orada yerləşən Tural Abdullayevin və Elçin Əliyevin işlətdiyi avtoyuma məntəqəsi Təqsirləndirilən şəxs adına olan VÖEN-lə fəaliyyət göstərir. Həmin vaxtı Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ilə söhbət zamanı Təbriz obyektlərə kassa aparatı quraşdırdığını bildirmişdir. O, Təbrizdən kassa aparatlarını haradan əldə etməsini soruşduqda, sonuncu ona bu barədə dəqiq məlumat verməsə də onu inandırmışdır. Baxış eşitmişdir ki, Təqsirləndirilən şəxs bir neçə obyektə kassa aparatı quraşdırmış və kimsə ondan şikayətçi olmamışdır. Bundan sonra o, orada kafe işlədən Zərərçəkmiş şəxs1 söyləmişdir ki, Təqsirləndirilən şəxs istənilən obyektə kassa aparatı quraşdıra bildiyini söyləyir. Bundan sonra o, Təbrizi və İbrahimi tərk edərək “özünüz bu barədə söhbət edin” demişdir. Bir neçə gün sonra o, ünvan 6 ünvanında yerləşən “Laçın” ət kəsimi mağazasında olarkən qəssab Zərərçəkmiş şəxs2 obyektdə kassa quraşdırmağını istəmiş, Natiq də ondan bununla bağlı kömək istəmişdir. O bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs obyektlərə kassa aparatı quraşdırdığını söyləyir və həmin ərəfədə Təqsirləndirilən şəxs təsadüfən “Laçın” ət kəsimi mağazasına gəlmişdir. O da Təbrizi Natiqə göstərərək “özünüz bu barədə söhbət edin” deyib onları tərk etmişdir. Bir neçə gündən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs İbrahimdən iki ədəd kassa aparatının quraşdırılması üçün dəqiq bilmədiyi məbləğdə pul almış, həmçinin Zərərçəkmiş şəxs2 da onun işlətdiyi “Laçın” ət kəsimi mağazasına kassa aparatı quraşdırmaq məqsədi ilə dəqiq məbləğini bilmədiyi pulun alındığını eşitmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən kassa aparatının quraşdırılmadığını və İbrahimi və Natiqi aldatdığını, özü də sonunculara kömək etmək üçün Təbrizi axtarsa da tapa bilməmiş və İbrahim və Natiqə ərazi aidiyyəti üzrə polisə müraciət etməsini məsləhət bilmişdir. O, kassa aparatının quraşdırılması ilə bağlı nə İbrahimdən, nə Natiqdən, nə də ki, Təbrizdən heç bir məbləğdə pul almamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.96); - “İttiham elan etmək üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.98-102); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10 radələrində ünvan 8 ünvanında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir (i.v.111); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v.107-108); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.139-141); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.142-143); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.156-159); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 radələrində Nəsimi rayonu, 28 May metrostansiyasının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir (i.v.165); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v.161-162); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.175-177); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.178-180); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür kı, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında yerləşən çayxanadır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-13); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 125 ünvanında yerləşən ət kəsimi mağazasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.21-24); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanını və ünvan 10lərdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 obyektlərinə kassa aparatı quraşdıracağı adı ilə pul aldığını, lakin vədinə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə pullarını ələ keçirdiyini bildirmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir (i.v.183-188); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Veyisov X1 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə cəzası 04 ilə endirilmiş, xx.xx.2015-ci ildə cəza müddətinin sonu ilə azad edilmişdir. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 03 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 09 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə əvəz edilmişdir. (i.v.40-42); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-308/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 03 (üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.44-52); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-855/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-308/2021 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 1 (bir) il 6 (altı) ay 11 (on bir) günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 9 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (i.v.56-61); - AZ-lV №098433 və AZ-lV №411658 seriya və nömrəli doğum haqqında şəhadətnamələrin və AA5303998 və AA5218039 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin öhdəsində (himayəsində) 2 yetkinlik yaşına çatmayan övladının olması, vurulmuş ziyan məbləğini tam ödəməsi və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar