Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-72/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, nömrəsiz ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək pr.55 B ünvanında yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 avqust 2022-ci il tarixə keçən gecə dostları Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Şahid2 ilə birlikdə tanış olduqları Zərərçəkmiş şəxs razılığı əsasında sonuncu ilə cinsi əlaqədə olmaq üçün istintaqa məlum olmayan şəxsin vasitəsilə tapdıqları ünvan 4 ünvanında olarkən həmin gün saat 11:00 radələrində Zərərçəkmiş şəxs ikinci mərtəbədə yerləşən otaqda yatmasından istifadə edərək Muhamməd Aslan və Şahid2 Zərərçəkmiş şəxs birinci mərtəbədə yerləşən qonaq otağında stolun üstünə qoyduğu mobil telefonunu ələ keçirməyi təklif edib onlarla bu barədə razılaşaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra o, sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3503 manat 95 qəpik məbləğində “İphone 13 pro max 256 GB Gold” markalı mobil telefonu gizli olaraq talayıb Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 15a nömrəli ünvanda yerləşən “Soonline” telefon mağazasına satmaqla əldə etdikləri gəliri birlikdə xərcləyib Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, X7 25 avqust 2022-ci il tarixə keçən gecə yetkinlik yaşına çatmayan dostları Təqsirləndirilən şəxs1 və Şahid2 ilə birlikdə tanış olduqları Zərərçəkmiş şəxs razılığı əsasında sonuncu ilə cinsi əlaqədə olmaq üçün istintaqa məlum olmayan şəxsin vasitəsilə tapdıqları ünvan 4 ünvanında olarkən həmin gün saat 11:00 radələrində Zərərçəkmiş şəxs ikinci mərtəbədə yerləşən otaqda yatmasından istifadə edərək sonuncunun birinci mərtəbədə yerləşən qonaq otağında stolun üstünə qoyduğu mobil telefonunu ələ keçirmək barədə Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 3503 manat 95 qəpik məbləğində “İphone 13 pro max 256 GB Gold” markalı mobil telefonu stolun üzərindən götürüb gizli olaraq talamaqla Bakı şəhəri Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 15a nömrəli ünvanda yerləşən “Soonline” telefon mağazasına sataraq əldə etdikləri gəliri birlikdə xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 avqust 2022-ci il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Lise” klubdan dostları Eşqin və Muhəmməd ilə birgə çıxaraq klubun qabağında səkinin üstündə əyləşən şortikli bir qızı görmüşlər və sonuncu ona yaxınlaşmışdır. O, qıza cinsi əlaqədə olmağı təklif etmiş, cavabında qız üzbəüz yerləşən “Art” restoranında 31 manat borcu olduğunu, borcunu ödəyəcəkləri təqdirdə gedə biləcəyinə razılıq verəcəyini demişdir. Onlar həmin qızla razılaşmışlar, Eşqin üzərində olan bank kartı ilə həmin qızın hesabını ödəmişdir. Bir müddət həmin “Art” restoranında su içdikdən sonra yaxınlıqda olan “Kolorit” restoranına getmişlər. Həmin restoranda bir müddət əyləşib çay içmişlər. Daha sonra, o, tanışı olan bir nəfər şəxslə əlaqə saxlayaraq gündəlik ev kirayə götürmüşdür. Artıq səhər saatları olduğu üçün yaxınlıqda olan “Simit Sarayı” restoranına getmişlər orada yüngül səhər yeməyi yedikdən sonra tutduğu ünvan 6 ünvanda yerləşən evə getmişlər. Həmin ev iki mərtəbəli olmuşdur. Rahilə 3 gündü yatmadığını deyərək ikinci mərtəbədə olan yataq otağına qalxmışdır. Eşqin Rahilənin ardı ilə otağa girmişdir. Bir müddət sonra ikinci mərtəbəyə qalxmışdır ki, vəziyyətin hansı yerdə olmasına baxsın, çünki Eşqindən sonra Rahilə ilə cinsi əlaqədə olmalı idi. Qapını açarkən Rahilənin üzü Eşqin tərəfə uzandığını, Eşqinin isə onun şortikini çıxarmaq istədiyini görmüşdür və aşağı düşüb öz növbəsini gözləmişdir. Daha sonra yenə birlikdə Muhammədlə ikinci mərtəbəyə qalxmışlar, Eşqini tələsdirməyə başlamışlar ki, işini tez bitirsin və sıra onlara çatsın. Rahilə yarı yuxulu olduğu üçün Eşqin onunla cinsi əlaqədə ola bilməmişdir. Eşqinin çölə çıxmasını tələb etmiş, içəri daxil olaraq Rahilə ilə cinsi əlaqədə olmuş həmin vaxtı Rahilə yuxulu olsa da sonuncu ilə cinsi əlaqəyə etiraz etməmişdir. Ondan sonra Eşqin də içəri daxil olaraq onunla cinsi əlaqədə olmuşdur. Eşqin otaqdan çıxanda üstü qan içində olmuş və bildirmişdir ki, Rahilə xəstədir. Həmin səbəbdən Muhamməd cinsi əlaqədə olmaq istəməmişdir. O, cinsi əlaqədə normal ola bilmədiyi üçün əsəbləşərək Rahiləyə məxsus birinci mərətəbədə masanın üzərində qoyduğu “İphone 13 pro” markalı mobil telefonu qisas almaq üçün oğurlamaq qərarına gəlmişdir və bu barədə Eşqinlə Muhammədə demişdir. İlk öncə onlar tərəddüd etsələr də sonra onunla razılaşmışlar. Həmin telefonun kodunu daha öncə restoranda olarkən Rahilə vermişdir ki, həmin telefona onunla bilrikdə videolara və s. baxsınlar, telefonun kodu 252525 olmuşdur. O, telefonu götürmüş, evdə olarkən Muhəmməd həmin telefonu format etmiş və içindəkiləri təmizləmişdir. Bundan sonra onlar evi tərk etmişlər. Muhammədin müdiri onu işə çağırdığı üçün oradan çıxaraq işə getmiş və gedərkən sonuncudan telefonu satacağı təqdirdə 100-200 manat ona verməsini istəmişdir. O isə Eşqinlə “NZS” qəsəbəsində yerləşən bərbərxanaya gedərək saçlarını kəsdirmişlər. Bərbərxanadan çıxaraq tanımadığı sifariş taksi ilə Nəsimi rayonu, 28 May metrosu yaxınlığına telefonu satmaq üçün getmişlər. Orada telefonu “28 Mall”dan aşağıda sağ tərəfdə yerləşən xatırladığı qədər birinci və ya ikinci dükana satmaq üçün daxil olmüşlar, həmin vaxtı Eşqin taksidə gözləmişdir. Telefon mağazasında telefonu göstərmiş qutusu və icloudu olmadığı üçün 1250 manata satmağa razılaşmışlar, lakin onlardan şəxsiyyət vəsiqəsi istəmişlər. Sonuncuların şəxsiyyət vəsiqələri olmadığı üçün onları gətirən taksi sürücüsü ilə danışmışlar, telefonu satmaq üçün ondan sənədini istəmişlər, həmin adam orta yaşlı adam olmuşdur. O, sonuncular ilə razılaşmış və mağazaya gələrək vəsiqəsini təqdim etmişdir ki, telefonu sata bilsinlər. Bundan sonra 1250 manatı götürmüş və həmin taksi ilə “NZS” qəsəbəsinə getmişlər, artıqlaması ilə taksi sürücüsünə 32 manat pul vermişdir, çünki o sənədini təmənnasız mağazaya onlara inanaraq təqdim etmişdir. 1250 manat pulun 700 manatını borclarına xərcləmişdir. Belə ki, rayonda olan qohumu Təhminəyə 500 manat göndərmiş və Bakı şəhərində tanış mağazalara və dostlrara 200 manat olan ümumi borcunu ödəmişdir. 1250 manatdan 500 manat pul qalmışdır. Qalan qismini isə elə həmin gün axşam Eşqin və Muhammədlə xərcləməyə başlamışlar və Xətai rayonunda yerləşən “50 Qəpik” kafesində yemək yemişlər. Orada 50 manata yaxın pul xərcləmişdir. Ertəsi gün şəhərin mərkəzində skuter sürmüşlər, daha sonra üçü Xətai rayonunda, “Osmanlı” restoranında yemək yemişlər. Bundan başqa Eşqinlə ikisi həmin pulla Xətai rayonunda, “Tamlı” restoranında yemək yemişlər, orada 20 manat vermişdir. Bundan sonra Eşqinlə “Xalqlar Dostluğu” metorsu yaxınlığında “Panorama” restoranında yemək yemiş və qalan 500 manat puldan qalanı xırda-xırda siqaretə, ərzağa və s. xərcləmişdir. Eşqinlə əlavə olaraq dənizə də getmişdir. Həmin puldan nağd olaraq Eşqinə və Muhammədə pul verməmişdir. Zərərdən 920 manat zərər çəkmiş şəxsə qaytarmışdır. Budan başqa, Eşqin 500 manat zərər çəkmiş şəxsə ödəmişdir. Daha sonra cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri qismən ödəməsini və hazırda həqiqi hərbi xidmətdə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X7 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı qorxmuş və ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Lite” klubdan dostları Səbuhi və Eşqin ilə birgə çıxaraq klubun qabağında səkinin üstündə əyləşən şortikli bir qızı görmüşlər və Səbuhi ona yaxınlaşmışdır. Səbuhi qıza cinsi əlaqədə olmağı təklif etmiş, cavabında isə adını sonradan Rahilə kimi bildiyi qız üzbəüz yerləşən “Art” restoranında 31 manat borcu olduğunu borcunu sonuncuların ödəyəcəyi təqdirdə gedə biləcəyinə razılaşmışdır. Onlar qızla razılaşmışlar və Eşqin üzərində olan bank kartı ilə həmin qızın hesabını ödəmişdir. Bir müddət “Art” restoranında oturub su içdikdən sonra hamısı yaxınlıqda olan “Kolorit” restoranına getmişlər. Həmin restoranda bir müddət əyləşib çay içmişlər. Daha sonra Səbuhi tanışı olan bir nəfər şəxslə əlaqə saxlayaraq gündəlik ev kirayə götürmüşdür. Artıq səhər saatları olduğu üçün yaxınlıqda olan “Simit Sarayı” restoranına getmişlər orada yüngül səhər yeməyi yedikdən sonra tutduqları ünvan 6 ünvanda yerləşən evə getmişlər. Həmin ev iki mərtəbəli olmuşdur. O, evə girən kimi hamama girmişdir, Rahilə isə həmin vaxtı ikinci mərtəbədə olan yataq otağına qalxmışdır. Rahilə ilə həmin vaxtı otağa Eşqin daxil olmuşdur. O hamamdan çıxıb ikinci mərtəbəyə qalxmışdır Səbuhinin üzərində qan görmüşdür və cinsi əlaqədə olmağa iryənmişdir. Ondan öncə Səbuhi Rahilənin xəstə olmasını və üzərinin qan olmasını bildirmişdir. O, sonra aşağı düşmüş və Rahiləyə məxsus “İphone” markalı telefonu işlətdiyini görmüşdür. Həmin telefonun kodunu daha öncə restoranda olarkən Rahilə onlara vermişdi ki, həmin telefona onunla birlikdə videolara və s. baxsınlar, telefonun kodu 252525 olmuşdur. Daha sonra onlar evi tərk etmişlər, Rahilə həmin vaxt otaqda yatmışdır. Onlar evi tərk edəndə Səbuhi Rahilənin telefonu özü ilə götürmüşdür. Rahilənin onları aldatdığını, xəstə olduğunu, normal cinsi əlaqədə ola bilmədiyi üçün qisas alacağını demişdir. O, etiraz etsə də Səbuhi öz bildiyini etmişdir. Bundan sonra oradan çıxaraq işə getmişdir. Ertəsi gün axşam Səbuhi və Eşqinlə görüşmüş, telefonun aqibətini soruşduqda Səbuhi 1250 manata satdığını bir qismini isə borclarına verdiyini demişdir, həmin gün “50 Qəpik” kafesində yemək yemişlər, orada hesabı Səbuhi vermişdir. Ertəsi gün şəhərin mərkəzində skuter sürmüşlər, skuterin pulunu özü vermişdir, daha sonra üçü Xətai rayonunda “Osmanlı” restoranında yemək yemişlər orada dönərin pulunu Səbuhi vermişdir. Həmin puldan nağd olaraq ona və Eşqinə pul verməmişdir. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, hazırda ittiham olunduğu cinayəti törətməmişdir. Tam səmimi olaraq bildirir ki, o, əvvəllər iki dəfə polis əməkdaşları tərəfindən saxlanıldığı üçün istintaq zamanı müstəntiq tərəfindən nə deyilmişdirsə, onları yazmışdır. O, oğurlanan telefonun götürülməsinə qarşı olmuş və Səbuhi və Eşqinə də telefonu götürməmələrini bildirmişdir. Daha sonra yorğun olduğu, özündə olmadığı üçün heç nəyə təkid etməmişdir. Həmçinin telefonunun yaddaşını da təmizləmişdir. Səhər işə getmiş, sonra bilmişdir ki, Səbuhi və Eşqin telefonu götürüb satmışlar. Satılmış telefondan ona pul verilməmişdir. Lakin telefonun satışından əldə olunmuş pulla birlikdə restoranda yeyib-içmişlər. Həmin pulun telefon satışından əldə olunmuş pul olduğunu bilmiş, lakin artıq gec olduğu üçün heç bir şey etməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq axşamlar klublara əylənmək üçün gedir. 25 avqust 2022-ci il tarixdə saat 07 radələrində Nəsimi rayonunda “Art” restoranına əylənmək məqsədi ilə getmişdir, orada klubun çölündə Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur, onun yanında iki nəfər dostu Eşqin və Muhamməd olmuşdur. İçəri daxil olduqdan sonra Səbuhi onun 35 manat borcunu ödəmiş, daha sonra onunla “Kolorit” restoranına getmişdir. Orada bir saat oturduqdan sonra isə “Simit Sarayı” adlanan kafeyə getmişlər. Həmin kafedə Səbuhinin dostları Eşqin və Muhamməd də onlarla oturmuşlar. Həmin vaxtı ailəsi ilə mübahisə etmiş və evə gedə bilməyəcəyini Təqsirləndirilən şəxs1 demişdir. Təqsirləndirilən şəxs1 heç bir problem olmadığını və onlarla birlikdə qala biləcəyini bildirmişdir. Bunun üçün ünvan 7 ünvanında yerləşən gündəlik evə getmişlər. Həmin evi sonuncular bir günlük kirayələmişlər. Həmin vaxtı evdə ikinci mərtəbədə Təqsirləndirilən şəxs1 və Şahid2 ilə öz istəyi ilə yataq otağında cinsi əlaqədə olmuşdur. Bundan sonra elə ikinci mərtəbədə yatmışdır. Saat təqribən 14 radələrində oyananda evdə hər hansı şəxsin olmadığını və birinci mərtəbədə masanın üzərinə qoyduğu özünə məxsus 3503,95 manat dəyərində olan “İphone 13 Pro max Gold” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Həmin telefonun 500 manatı ödənilmiş qalan 3003,95 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs1 istintaq dövründə ona 920 manat ödəniş etmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Soonline” telefon mağazasını işlədir. 25 avqust 2022-ci il tarixdə günorta saatlarında bir nəfər tanımadığı təxminən 20 yaşında oğlan mağazaya gələrək özünə məxsus olan “İphone 13 pro max 256 GB Gold” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxış keçirmiş, telefonun nə şifrəsi, nə də ki, icloud şifrəsi olmuşdur. Həmçinin, telefon kreditdə olmuşdur. Həmin şəxs ona telefonun icloudunu unutduğunu, krediti isə vaxtlı-vaxtında ödədiyini bildirmişdir. O, telefonun icloudu və qutusu olmadığı kreditdə olması səbəbindən telefonu ondan 1250 manata almağa razılaşmışdır. Həmin şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirdikdə ona etirazını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra o, bir nəfər şəxslə gələrək həmin şəxsin dostu olmasını və şəxsiyyət vəsiqəsinin üzərində olduğunu bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini almış, həmin şəxsin adı X10 olmuşdur, sənədin surətini çıxarmış və üzərini imza ilə təsdiq etmişdir. Həmin şəxsdən əlavə yanında bir nəfər qısa boylu təxminən 18-20 yaşlarında oğlan da olmuşdur. Belə ki, telefonu həmin şəxslərdən 1250 manata almış, bundan sonra telefonu hazırda xatırlamadığı qiymətə daha əvvəl tanımadığı bir müştəriyə satmışdır. Həmin telefonu satan şəxslərin telefonu hansı yolla əldə etməsi barədə məlumatsızdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hərbi hissədə nizam-intizamlı və nümunəvi əsgər olmaqla yanaşı vətənə olan borcunu vicdanla yerinə yetirir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Lite” klubdan dostları Səbuhi və Muhəmməd ilə birgə çıxaraq klubun qabağında səkinin üstündə əyləşən şortikli bir qızı görmüşlər və Səbuhi Məhəmmədlə ona yaxınlaşmışdır. Səbuhi sonuncuya cinsi əlaqədə olmağı təklif etmiş, cavabında isə adını sonradan Rahilə kimi bildiyi qız üzbəüz yerləşən “Art” restoranında 31 manat borcu olduğunu, borcunu ödəyəcəkləri təqdirdə sonuncularla gedə biləcəyinə razılaşmışdır. Onlar qızla razılaşmış, üzərində olan bank kartı ilə həmin qızın hesabını ödəmişdir. Bir müddət “Art” restoranında oturub su içdikdən sonra hamısı yaxınlıqda olan “Kolorit” restoranına getmişlər. Həmin restoranda bir müddət əyləşib çay içmişlər. Daha sonra Səbuhi tanışı olan bir nəfər şəxslə əlaqə saxlayıb gündəlik ev kirayə götürmüşdür. Artıq səhər saatları olduğu üçün yaxınlıqda olan “Simit Sarayı” restoranına getmişlər orada yüngül səhər yeməyi yedikdən sonra tutduqları ünvan 6 ünvanda yerləşən evə getmişlər. Həmin ev iki mərtəbəli olmuşdur. Rahilə 3 gündü yatmadığını deyərək ikinci mərtəbədə olan yataq otağına qalxmışdır. Rahilə onu çağırmış o da onun arxası ilə otağa girmişdir. O, onunla cinsi əlaqədə olmamış və həmin müddətdə Səbuhi gəlib vaxtın bitdiyini deyərək ondna çıxmasını xahiş etmiş və o, otaqdan çıxmışdır. Daha sonra Səbuhi içəri daxil olaraq Rahilə ilə cinsi əlaqədə olmuş, həmin vaxtı Rahilə yuxulu olsa da onunla cinsi əlaqəyə etiraz etməmişdir. Daha sonra sonuncu içəri daxil olaraq onunla cinsi əlaqədə olmuşdur. Ondan öncə Səbuhi bildirmişdir ki, Rahilə xəstədir və üzəri qan olmuşdur. Həmin səbəbdən Muhamməd cinsi əlaqədə olmaq istəməmişdir. Sonuncu əlaqədə olub aşağı düşdükdən sonra Səbuhi Rahilənin telefonunu göstərmişdir və götürdüyünü bildirmişdir. Həmin telefonun kodunu daha öncə restoranda olarkən Rahilə özü vermişdir ki, həmin telefona onunla bilrikdə videolara və s. baxsınlar, telefonun kodu 252525 olmuşdur. Muhəmməd həmin telefonun format etmiş və içindəkiləri təmizləmişdir. Bundan sonra evi tərk etmişlər. Muhammədin müdiri onu işə çağırdığı üçün oradan çıxaraq işə getmiş, o isə Səbuhi ilə NZS qəsəbəsində bərbərxanaya gedərək saçlarını düzəltdirmişlər. Bərbərxanadan çıxaraq Nəsimi rayonu, 28 May metrosu yaxınlığına telefonu satmaq üçün taksi ilə gəlmişlər. Orada telefonu “28 Mall”dan aşağıda sağ tərəfdə yerləşən xatırladığı qədər birinci və ya ikinci dükana satmaq üçün Səbuhi daxil olmuşdur, həmin vaxtı o, taksidə gözləmişdir. Səbuhi taksiyə geri gələrək telefonu satmaq üçün sənəd lazım olduğunu demişdir. Onlarda şəxsiyyət vəsiqəsi olmadığı üçün onları gətirən taksi sürücüsü ilə Səbuhi danışmışdır, telefonu satmaq üçün sənədinin olmamasını bildirmişdir. O, Səbuhi ilə razılaşmış və sonuncuda onlarla mağazanın önünə gəlmiş və həmin şəxs mağazada vəsiqəsini Səbuhiyə təqdim etmişdir ki, telefonu satsın. Bundan sonra 1250 manat pulu götürərək həmin taksi ilə Nzs qəsəbəsinə getmişlər, artıqlaması ilə taksi sürücüsünə 32 manat pul vermişdir, çünki o sənədini təmənnasız mağazaya onlara inanaraq təqdim etmişdir. 1250 manat pulun 700 manatını borclarına xərcləmişdir. Belə ki, rayonda olan qohumu Təhminəyə 500 manat göndərmiş və Bakı şəhərində tanış mağazalara və dostlrara 200 manat olan ümumi borcunu ödəmişdir. 1250 manatdan 500 manat pul qalmışdır. Qalan qismini isə elə həmin gün axşam Eşqin və Muhammədlə xərcləməyə başlamışlar və Xətai rayonunda yerləşən “50 Qəpik” kafesində yemək yemişlər. Orada 50 manata yaxın pul xərcləmişdir. Ertəsi gün şəhərin mərkəzində skuter sürmüşlər, daha sonra üçü Xətai rayonunda, “Osmanlı” restoranında yemək yemişlər. Bundan başqa Eşqinlə ikisi həmin pulla Xətai rayonunda, “Tamlı” restoranında yemək yemişlər, orada 20 manat vermişdir. Bundan sonra Eşqinlə “Xalqlar Dostluğu” metorsu yaxınlığında “Panorama” restoranında yemək yemiş və qalan 500 manat puldan qalanı xırda-xırda siqaretə, ərzağa və s. xərcləmişdir. O, əlavə olaraq dənizə də getmişlər və orada Səbuhi 25 manat pul xərcləmişdir. Həmin puldan nağd olaraq ona və Muhammədə pul verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.134); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.161); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 90 nömrəli evdir (i.v.6-11); - xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması zamanı 25 avqust 2022-ci il tarixdə ünvan 8 ünvanda törətdiyi cinayət əməlini etiraf edərək sərbəst dindirmə zamanı verdiyi ifadəsini təsdiq etmişdir (i.v.138-139); - xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində X2 Zərərçəkmiş şəxs məxsus mobil telefonu format edərək içindəkiləri silməsi ilə bağlı göstəriyi xüsusatları Aslan Muhammədin üzünə qarşı demişdir (i.v.178-180); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Şahid1 təqdim etdiyi üzərində imzalar və X8 aid şəxiyyət vəsiqəsinin surəti olan sənəd əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.190-199); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7016 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən “İphone” markalı, “13 pro Max” model, 128 GB yaddaş tutumlu DUOS mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2000 manat, ********** saylı GSM danışıq nömrə kartı 4,00 manat (dublikatı) müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (i.v.98-100); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (i.v.97); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum edilməmişdir (i.v.96); - SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bərdə rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 06 yanvar 2023-cü il tarixdə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, X2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, oğurluq cinayətinin törədilməsində iştirak etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, digər Təqsirləndirilən şəxs1, zərər çəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin iş üzrə digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və X7 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı qismən ödəməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını və hazırda həqiqi hərbi xidmət keçməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı qismən ödəməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını və hazırda həqiqi hərbi xidmət keçməsini nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını, uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, şərti məhkum etmə dövründə Təqsirləndirilən şəxs1 üzərinə hərbi xidmət müddətində komandanlığın icazəsi olmadan hərbi hissənin ərazisini tərk etməmək, daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun müddətli həqiqi hərbi xidmət dövründə olduğu hərbi hissənin (və ya müəssisənin) komandanlığına, tərxis olunduqdan sonra isə onun yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X11 oğlunun ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, X5 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi üzərində imzalar olan X8 aid şəxiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. X4 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun müddətli həqiqi hərbi xidmət dövründə olduğu hərbi hissənin (və ya müəssisənin) komandanlığına, tərxis olunduqdan sonra isə onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Şərti məhkum etmə dövründə Təqsirləndirilən şəxs1 üzərinə hərbi xidmət müddətində komandanlığın icazəsi olmadan hərbi hissənin ərazisini tərk etməmək, daxili xidmət nizamnaməsinin tələblərini dərindən öyrənmək və onun müddəalarına dönmədən əməl etmək, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi üzərində imzalar olan X8 aid şəxiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-72/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-72/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver