Məhkəmə qərarları › İş №1(006)-72/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-72/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-72/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Zərər çəkmiş şəxslər X8 və (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar ərazi dairəsi, Qovlar şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya ABŞ-da və Avropa Birliyi ölkələrində onlayn auksiona çıxarılan nəqliyyat vasitələrini əldə etmək imkanının olmasına inandıraraq, sonuncuya ABŞ- də auksiona çıxarılmış «Mercedes-Benz E-300» markalı minik avtomobilini almaqda köməklik göstərəcəyini, ümumilikdə 25000-26000 manat ödəniş etməklə avtomobilin daşınma, gömrük və digər xərclərini özü tərəfindən həyata keçirərək avtomobili ölkə ərazisində Zərərçəkmiş şəxs1 təhvil veriləcəyinə dair yalan vədlər verib etibarından sui-istifadə elməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 05 may 2023-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanda yerləşən «Sahra» restoranında ona verdiyi 13550 manat, 10 may 2023-cü il tarixdə saat 00:18-də Zərərçəkmiş şəxs1 Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində dəmir yol keçidinin yaxınlığında yerləşən «Rahat» marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169 7388 2584 2218 nömrəli bank kartının hesabına göndərdiyi 950 manat, 01 iyun 2023-cü il tarixdə saat 12:22-də Zərərçəkmiş şəxs1 «Birbank» mobil tətbiqi vasitəsilə onun istifadəsində olan həmin bank kartının hesabına göndərdiyi 1500 manat, 31 iyul 2023-cü il tarixdə saat 16:45-də Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Tovuz şəhəri, Sabir küçəsində yerləşən filialının qarşısında quraşdırılmış ödəniş terminalı vasitəsilə onun istifadəsində olan 5235 2222 3596 9504 nömrəli bank kartının hesabına göndərdiyi 2800 manat, 31 iyul 2023-cü il tarixdə saat 16:56-da Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Tovuz şəhəri, Sabir küçəsində yerləşən filialının qarşısında quraşdırılmış ödəniş terminalı vasitəsilə onun istifadəsində olan həmin bank kartının hesabına göndərdiyi 200 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 19000 (on doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya lizinq müqaviləsi əsasında başqa şəxsin mülkiyyətində olan «Hyundai» markalı avtomobili 2000 manat müqabilində girovdan çıxararaq həmin avtomobili satmaqla ələ keçirdiyi 19000 manat pulu qaytaracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, 06 noyabr 2023-cü il tarixdə saat 12:58-də Zərərçəkmiş şəxs1 Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən «Bravo» supermarketin içərisində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4098 5844 6200 5321 nömrəli «Leobank» kartının hesabına göndərdiyi 2000 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 guya ABŞ-da və Avropa Birliyi ölkələrində onlayn auksiona çıxarılan nəqliyyat vasitələrini əldə etmək imkanının olmasına inandıraraq sonuncuya «Hyundai Elantra» markalı minik avtomobilinə görə 7000 manat ilkin ödəniş edəcəyi, qalan 15000 manat pulu isə avtomobil ölkəyə gəldikdən sonra, aralarında faizsiz aylıq qrafik əsasında ödəniş etməklə avtomobili sonuncuya sata biləcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla 24 noyabr 2023-cü il tarixdə, saat 12:10-da Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Sumqayıt filialının inzibati binasının yaxınlığında quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4098 5844 6200 5321 nömrəli «Leobank» kartının hesabına göndərdiyi 450 manat, 26 noyabr 2023-cü il tarixdə saat 00:44-də Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində yerləşən «Cavid Ticarət Mərkəzi»nin yaxınlığında «M10» mobil tətbiqi vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə aid 4098 5844 6200 5321 nömrəli «Leobank» kartının hesabına göndərdiyi 1000 manat, 09 dekabr 2023-cü il tarixdə saat 21:38-də Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində yerləşən «X27»ndə "xxxx" ASC-yə aid mobil tətbiq vasitəsilə onun istifadəsində olan 5235 2222 3596 9504 nömrəli bank kartının hesabına göndərdiyi 500 manat, 10 dekabr 2023-cü il tarixdə saat 18:00-da Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ceyranbatan küçəsi 151 nömrəli evdə "xxxx" ASC-yə aid mobil tətbiq vasitəsilə onun istifadəsində olan 5235 2222 3596 9504 nömrəli bank kartının hesabına göndərdiyi 2500 manat pulları və 09 yanvar 2024-cü il tarixdə, saat 17:25-də ünvan 2 ünvanın qarşısında sonuncunun ona verdiyi 1400 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt xarici ölkədən avtomobil gətirilməsi ilə məşğul olmamış, zərər çəkmiş şəxslərlə aralarında onlara ABŞ və ya Avropa ölkələrindən avtomobil gətirəcəyi ilə bağlı danışıqlar olmamışdır. O, zərər çəkmiş şəxslərdən borc pul almışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda 4-5 dəfəyə onun kart hesabına 7.450 manat pul göndərmiş və həmin puldan həbs olunanadək 1500 manat qaytarmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 2000 manat pulu isə əlbəəl almış və həmin pulu da qaytarmışdır. Bundan başqa, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə faizə pul almışdır. Belə ki, o, qol saatını girov qoyaraq Zərərçəkmiş şəxs2 4.450 manat faizə pul götürmüş və həmin puldan 2.000 manat qaytarmışdır. İş materialında olan diskdəki səs yazısı ona məxsus deyil, onunla Zərərçəkmiş şəxs1 arasında maşın alqısatqısı ilə bağlı söhbət olmamışdır. Həmin səs yazıları montajdır. Daha sonra ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından tanımış və aralarında tanışlıq münasibəti olmuşdur. Onunla qohumluq, iş birliyi, birgə sahibkarlıq, kommersiya, biznes fəaliyyətləri olmamışdır. Həmçinin düşmənçilik və ədavəti olmamışdır. Belə ki, o, Təqsirləndirilən şəxsla arabir idman zalında məşq edərkən və çayxanada olarkən rastlaşıb söhbət etmişlər. 2023-cü ilin may ayının əvvəllərində Hüseynin xarici ölkələrdən işlənmiş minik avtomobilləri gətirib satışı və icarəsi ilə məşğul olmasını bilmiş, şəxsi istifadəsi üçün nəqliyyat vasitəsi almaq istədiyini bildirmişdir. Hüseyn ona yalandan həqiqəti əks etdirməyən sözlər deyib bildirmişdir ki, o, saz vəziyyətdə sağlam avtomobillər gətirir, qiyməti Azərbaycandakı satış qiymətindən aşağıdır. Heç kəs onun kimi Azərbaycan Respublikası ərazisinə onun kimi qiyməti münasib, saz avtomobillər gətirə bilməz. O, Hüseynin dediklərinə inanmış, sonuncu ona bildirmişdir ki, pulu ödəndikdən sonra ən uzağı 2 ay ərzində avtomobili təhvil verər. O, ona özü üçün “Mersedes Benz” markalı C klass modifikasiyalı avtomobil almaq istədiyini bildirmişdir. Hüseyn ona həmin siqmentdən olan C-300 markasının yaxşı olmasını məsləhət görmüş və o razılaşmışdır. Beləliklə, 02 may 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən Təqsirləndirilən şəxs ilə razılaşmışdır ki, o, ABŞ və ya Avropa dövlətlərinin hər hansı birində onlayn qaydada hərrac vasitəsilə satışa çıxarılan nəqliyyat vasitələrinin içərisindən ağ rəngli, 2014-2016-cı illər arası istehsal edilmiş “Mercedes Benz C-300” markalı nəqliyyat vasitəsini özünün iştirakı ilə əldə edib pulu və digər yol xərci və Azərbaycan Respublikası ərazisində gömrük rüsumu ödənilməklə onun mülkiyyəti olmalı idi. Belə ki, onun deməsinə görə göstərilən xərclər daxil həmin markalı avtomobilin dəyəri təxmini 25.000-26.000 manat olmalı idi. O, Hüseynə bildirmişdir ki, həmin məbləğə onun gücü çatmır. Hüseyn təkid etmişdir ki, həmin məbləğ münasibdir, həmin məbləğdə avtomobil almağı məsləhətdir və ona hansı məbləğin uyğun olmasını soruşmuş, o da bildirmişdir ki, onun 21.000 (iyirmi bir min) manata gücü çatır. Hüseyn ona demişdir ki, guya onun xətrini çox istəyir, onu özünə dost bilir, ona görə də o, 21.000 (iyirmi bir min) manat düzəldib versə qalan pulu Hüseyn öz cibindən qoyacaq və həmin pulu o, Hüseynə az-az olmaqla verər. O, Hüseynin bu səmimiyyətinə inanmış və sevinmişdir ki, Hüseyn ona yaxşılıq etmək istəyir. 05 may 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Sahra” restoranında Hüseynlə görüşmüş və orada sonuncu ona bildirmişdir ki, onun istədiyi “Mersedes Benz C-300” markalı maşını tapmışdır və auksionda iştirak üçün və avtomobili əldə etmək üçün ilkin olaraq 15.000 (on beş min) manat verməlidir. Həmin vaxt o, Hüseynə nəğd olaraq 13.550 (on üç min beş yüz əlli) manat pul vermişdir. Hüseyn ona vəd verib inandırmışdır ki, o istəyən avtomobili gətizdirəcək. Sonra oradan ayrılmışlar. Sonra o, Tovuz rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:18 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində dəmiryol keçidinin yaxınlığında yerləşən “Rahat Market”də olan "xxxx" QSC-yə məxsus ********** VÖEN nömrəli ödəmə terminalından 28844 nömrəli qəbzlə, ********** əməliyyat nömrəsilə üzərində Təqsirləndirilən şəxs yazılmış 4169 7388 2584 2218 nömrəli karta 950 (doqquz yüz əlli) manat köçürmüşdür. Sonra 01 iyun 2023-cü il tarixdə saat 12:22 radələrində istifadəsində olan "xxxx" markalı mobil telefonunda tətbiqini yüklədiyi istifadə etdiyi "xxxx" ASC-nə məxsus 416973******4741 nömrəli plastik kartdan ********* nömrəli qəbzlə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 2584 2218 nömrəli karta 1.500 (bir min beş yüz) manat pul göndərmişdir. Sonra xx.xx.2023-cü il tarixdə saat 16:45-də Tovuz şəhəri, Sabir küçəsində yerləşən "xxxx" ASC-nin filialının qarşısında həmin bankın VÖEN ********** nömrəli ödəniş xidmətinin ******* nömrəli ödəniş terminalı vasitəsilə 5235 2222 3596 9504 müştəri kodu və 17052445 əməliyyat nömrəsilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 5235 2222 3596 9504 nömrəli «Neokart» adlanan plastik karta 2.800 (iki min səkkiz yüz) manat, həmçinin xx.xx.2023-cü il tarixdə saat 16:56-da Tovuz şəhəri, Sabir küçəsində yerləşən "xxxx" ASC-nin filialının qarşısında həmin bankın VÖEN ********** nömrəli ödəniş xidmətinin ******* nömrəli ödəniş terminalı vasitəsilə 5235 2222 3596 9504 müştəri kodu və 17052748 əməliyyat nömrəsilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus «Neokart» adlanan 5235 2222 3596 9504 nömrəli plastik karta 200 (iki yüz) manat pul köçürmüşdür. Həmin müddətədək o, Təqsirləndirilən şəxs cəmi 19.000 (on doqquz min) manat pul vermişdir. Aradan 2 ay vaxt keçməsinə baxmayaraq, Hüseyn vədinə əməl etmədiyi üçün o, Hüseyndən avtomobili tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirib düzələcəyini demiş, lakin vədinə əməl etməmişdir. O, Hüseynin onu aldatdığını görüb pulunu qaytarmasını tələb etmiş, o isə müxtəlif bəhanələr gətirərək nə avtomobili, nə də ki, pulunu ona vermişdir. O bilmişdir ki, Hüseyn ona məxsus həmin məbləğdə pulu öz məqsədləri üçün xərcləmişdir və ondan şikayət edəcəyini dedikdə Hüseyn ondan şikayət etməməsini xahiş edib tezliklə pulunu qaytaracağını bildirmişdir. Bundan başqa Hüseyn 2023-cü ilin sentyabr ayının ortalarında ondan aldadıb aldığı 19.000 manat pulun əvəzində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Araz” marketin yaxınlığında yeni inşa edilmiş çox mərtəbəli binada 2 otaqlı mənzil almağı təklif etmişdir. O, Hüseyndən həmin mənzilin ona məxsusluğunu və satmaq hüququ olmasını təsdiq edən sənədi tələb etdikdə sonuncu bundan yayınaraq yenə də təkrar bəhanələr gətirərək onu aldatmaqda davam etmişdir. O, bir neçə dəfə bu və ya başqa formada əmlak təklif etsə də, Hüseyn heç bir vədinə əməl etməyərək müxtəlif bəhanələrlə yayınmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinin vatsap profili vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrəsinin vatsap profilinə hansısa şəxsə məxsus “Hyundai” markalı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsinin fotosunu göndərib bildirmişdir ki, həmin avtomobili onun adına rəsmiləşdirə bilər. O, Hüseynə bildirmişdir ki, Bakı şəhərində yaşayan qohumu Tural Mehdilidən xahiş edəcəkdir ki, onun dediyi həmin avtomobilə gəlib baxsın. Hüseyn etiraz etməmiş və o, sonra Təqsirləndirilən şəxs həmin nömrəsini uzaq qohumu Bakı şəhərində yaşayan X17 verib xahiş etmişdir ki, Hüseynlə əlaqə saxlayıb həmin avtomobilə baxıb ona məlumat versin. Tural Mehdili dəfələrlə Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayıb görüşmək istəsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə yayınmışdır. Bundan başqa, Bakı şəhərində yaşayan, həyat yoldaşı X12 anası, yəni qaynanası X1 danışaraq onu nə üçün aldatmasının səbəbini soruşmuş, o isə qaynanasına tezliklə onun pulunu qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ona zəng edib “a qardaş, mən yoldayam Bakıdan Tovuza gəlirəm, Tovuz rayon Qovlar şəhərində yaşayan dostuma Hyundai markalı avtomobil satmışam, gəlirəm həmin maşının pulunu almağa. Pulu alan kimi sənin pulunu verəcəm. Lakin bir problem var həmin maşın lizinqdədir, həmin maşını lizinqdən çıxarmaq üçün 2.000 manat pul lazımdır. Sən həmin pulu mənə göndər, mən maşını lizinqdən çıxardım, pulumu alıb sənin pulunu qaytarım” demişdir. O, Hüseynin dediklərinə inanmış və xx.xx.2023-cü il tarixdə saat 12:58 radələrində Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” supermarketin içərisində olan "xxxx" MMC-yə məxsus ********** VÖEN nömrəli, 51096 nömrəli terminalından ********** əməliyyat nömrəsilə üzərində Təqsirləndirilən şəxs yazılmış 4098 5844 6200 5321 nömrəli karta 2.000 (iki min) manat pul köçürmüşdür. Həmin gün o, Hüseynlə telefonda danışarkən sonuncu ona bildirmişdir ki, ona plastik kart nömrəsi göndərsin və o, həmin pulu, yəni cəmi 21.000 (iyirmi bir min) manatı kartına köçürəcək. O, Hüseynə istifadəsində olan pul kartının nömrəsini çəkib atsa da, Hüseyn ona heç bir məbləğdə pul köçürməmiş və onu aldadaraq dələduzluq yolu ilə onun 21.000 (iyirmi bir min) manat pulunu ələ keçirmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs aldadıb ondan aldığı cəmi 21.000 manat pulun 10.000 (on min) manatını Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan dostu 44 günlük Vətən Müharibəsi iştirakçısı və əlil olmuş X10 borc olaraq almış, qalan 11.000 (on bir min) manatını isə qaynanası X2 borc olaraq almışdır. X13, X3, X15, əmisi X16 Təqsirləndirilən şəxs onu aldadaraq həmin məbləğdə pulunu ələ keçirməsi barədə məlumatları olmuşdur. Bundan başqa, zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək mülki iddiaçı qismində tanınmasını və ifadəsində göstərilənləri bir daha qeyd edərək ona dəymiş 21.000 manat məbləğində ziyanın Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. Daha sonra zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs X14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin iyun ayının əvvəllərindən tanış olmuşdur. Belə ki, qardaşı İdris Zülfiqarov 2021-ci ilin iyul ayında hərbi xidmətə getmiş, Zaqatala rayonu ərazisində yerləşən N saylı hərbi hissədə hərbi qulluqda olan müddətdə Təqsirləndirilən şəxs qardaşının hərbi qulluqda olduğu həmin hərbi hissədə gizir rütbəsi ilə qardaşının komandiri olmuşdur. Ona görə də aralarında tanışlıq münasibəti yaranmışdır. Onlar hərbi xidməti başa vurduqdan sonra aralarında telefon vasitəsi ilə ünsiyyət saxlayırdılar. Bir neçə dəfə onunla Bakı və Sumqayıt şəhərləri ərazisində görüşüb çay içmişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərində yerləşən “SkyLounge” çay evində əyləşib söhbət edərkən ona bazar qiymətindən aşağı avtomobil almaq istədiyini və ehtiyacı olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs onun tanışının X9 və ya Avropa Birliyinin hər hansı ölkəsindən avtomobil gətirdiyini, 7000 manat ilkin ödəniş, 15000 manat isə avtomobil ölkəyə gəldikdə, faizsiz formada kreditə bölünərək ödəyəcəyi halda ona köməklik edəcəyini bildirmiş və o, Hüseynin bu sözlərinə inanmışdır. Hüseyn ona bildirmişdir ki, “Hyundai Elantra” markal avtomobili bazar dəyərindən 3-4 min manat aşağı qiymətə gətirəcək, bunun üçün isə ilkin olaraq 1000 manat beh verməli olduğunu və tezliklə qalan məbləği ödəyəcəyi halda 3 ay ərzində avtomobili ona təhvil verəcəyini bildirmişdir. O, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Sumqayıt filialının inzibati binasının yaxınlığında "xxxx" MMC-yə məxsus ödəmə terminalından üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx" ASC-nə məxsus «Leobank» adlanan 4098 5844 6200 5321 nömrəli karta 450 (dörd yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə saat 00:44 radələrində Sumqayıt şəhərində yerləşən «Cavid Ticarət Mərkəzi»nin yaxınlığında istifadəsində olmuş "xxxx" markalı mobil telefonda quraşdırılmış «M 10» mobil tətbiqi vasitəsilə üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx" ASC-yə məxsus «Leobank» adlanan 4098 5844 6200 5321 nömrəli karta 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə saat 21:38 radələrində Sumqayıt şəhərində yerləşən «X27»ndə istifadəsində olmuş "xxxx" markalı mobil telefonda quraşdırılmış Unibank ASC-nə məxsus «Leobank» adlanan 4098 5844 6079 2490 nömrəli plastik kartdan üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx" ASC-yə məxsus «Neokart» adlanan 5235 2222 3596 9504 nömrəli plastik karta 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ceyranbatan küçəsi 151 nömrəli evdən istifadəsində olmuş "xxxx" markalı mobil telefonda quraşdırılmış "xxxx" ASC-yə məxsus «Leobank» adlanan 4098 5844 6079 2490 nömrəli plastik kartdan üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx" ASC-yə məxsus «Neokart» adlanan 5235 2222 3596 9504 nömrəli plastik karta 2500 (iki min beş yüz) manat pul köçürmüş, 09 yanvar 2024-cü il tarixdə, saat 17:25 radələrində ünvan 3 ünvanın yaxınlığında 1400 (bir min dörd yüz) manat pulu nağd olaraq vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun cəmi 5850 (beş min səkkiz yüz əlli) manat pulunu ələ keçirib vədinə əməl etməyərək həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Aradan 3 ay vaxt keçməsinə baxmayaraq, Hüseyn vədinə əməl etmədiyi üçün o, sonuncudan avtomobili tələb etdikdə o, müxtəlif bəhanələr gətirib düzələcəyini demiş, lakin vədinə əməl etməmişdir. O, Hüseynin onu aldatdığını görüb pulunu qaytarmasını tələb etmiş, Hüseyn isə müxtəlif bəhanələr gətirərək nə avtomobili, nə də ki, pulumu ona vermişdir. O bilmişdir ki, Hüseyn ona məxsus həmin məbləğdə pulu öz məqsədləri üçün xərcləmişdir və ondan şikayət edəcəyini dedikdə sonuncu ondan şikayət etməməsinii xahiş edib tezliklə pulunu qaytaracağını bildirmişdir. O, 15 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə ərizə ilə şikayət etmiş və bununla bağlı araşdırma aparılmışdır. O, şikayət eldikdən sonra Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 18:39 radələrində istifadəsində olan "xxxx" ASC-yə məxsus «Neokart» adlanan 5235 2222 3596 9504 nömrəli plastik kartla onun istifadəsində olan "xxxx" ASC-yə məxsus «Leobank» adlanan 4098 5844 5030 7895 nömrəli plastik karta 1500 (bir min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə saat 02:52 radələrində 523915******1056 nömrəli kartla onun istifadəsində olan "xxxx" ASC-yə məxsus «Leobank» adlanan 4098 5844 5030 7895 nömrəli plastik karta 300 (üç yüz) manat və xx.xx.2024-cü il tarixdə saat 12:31 radələrində 523915******1056 nömrəli kartla onun istifadəsində olan "xxxx" ASC-yə məxsus «Leobank» adlanan 4098 5844 5030 7895 nömrəli plastik karta 200 (iki yüz) manat olmaqla, cəmi 2000 (iki min) manat ödəyib ona vurmuş olduğu cəmi 5850 manat puldan 2000 manat ödəmiş, qalan 3850 (üç min səkkiz yüz əlli) manat pulu ödəməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Polis Şöbəsində cinayət işinin istintaqının aparılmasını bilib Tovuz şəhərinə gələrək xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Daha sonra ona dəymiş ziyanın bugünədək tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Tovuz Rayon Polis Şöbəsində ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild, i.v.39-41); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (İ cild, i.v.42- 43); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunan vaxta kimi dayandırılmışdır (İ cild, i.v.50); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə axtarışda olan Tovuz rayonu, Qovlar şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Nərimanov rayonu ərazisində saxlanılaraq Tovuz RPŞ-nə gətirilmiş və xx.xx.2024cü il tarixdə saat 22:20-də Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir (İ cild, i.v.67); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saxlanılaraq Tovuz RPŞ-nin MSY-yə təhvil verildiyindən təzələnmişdir (İ cild, i.v.69); - Tovuz Rayon Məhkəməsinin 09 iyun 2024-cü il tarixli, 4(062)-24/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.101-103); - “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 5850 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında Nəsimi RPİ-nin İŞ-də araşdırılması aparılan HK/1-299 nömrəli material Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Tovuz RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Tovuz RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (İ cild, i.v.168-169); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.180-182); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (İ cild, i.v.187-190); - “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə cinayətin törədildiyi yer üzrə ibtidai araşdırma aparılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (İ cild, i.v.216-219); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi Nəsimi RPİ İŞ-nin müstəntiqi, polis mayoru Rauf Xalıqzadənin icraatına qəbul edilmişdir (İİ cild, i.v.2); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-390/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 06 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır (İİ cild, i.v.39-45); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu ona avtomobil gətirəcəyi adı ilə verdiyini bildirərək sonuncunun ona 3500 manat pul qaytarmadığını bildirmişdir (i.v.88-93); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 pulu Təqsirləndirilən şəxs sələmə yox, sonuncunun ona avtomobil gətirəcəyi adı ilə verdiyini bildirmişdir (i.v.176-179); - “Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və X4 Hüseyn Elşan oğluna pul verdiyi ünvanları əyani olaraq göstərmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə 13.550 manat məbləğdə pulun verildiyi yer ünvan 4 ünvan, X14 tərəfindən Təqsirləndirilən şəxs sonuncu dəfə 09 yanvar 2024-cü il tarixdə 1400 manat məbləğdə pulun verildiyi yer ünvan 5 ünvanın qarşısıdır (İ cild, i.v.206-213); - “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X8 istintaq orqanına təqdim etdiyi diskə baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasındakı danışıqlarda pulun sələmə verilməsi və ya borc barədə heç bir danışıq aşkar olunmamışdır (İİ cild, i.v.65); - “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi diskə baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasındakı danışıqda Təqsirləndirilən şəxs xaricdən Zərərçəkmiş şəxs1 avtomobil gətirəcəyi ilə bağlı dəfələrlə yalan vədləri öz əksini tapmışdır (İİ cild, i.v.66); - “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə Zərərçəkmiş şəxs1 məxsus ***- ***-**-** saylı nömrədən dəfələrlə giriş-cıxış zənglərinin olduğu müəyyən edilmişdir (İİ cild, i.v.67); - “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus terminallardan xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərində müəyyən məbləğlərdə pul çıxardığı müəyyən olunmuşdur (İİ cild, i.v.68); - “Mülki iddiaçı qismində tanınma barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmış və ona hüquq və vəzifələri izah olunmuşdur (İİ cild, i.v.116); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs göndərdiyi pulların dəyərini özündə əks etdirən çeklər, "xxxx" MMC və "xxxx" ASC-dən daxil olmuş 02 ədəd disk və Təqsirləndirilən şəxs səs yazılarını və foto şəkilləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmişdir (i.v.144-152); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.57-58); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, zərərçəkmiş şəxslərdən borc pul və faizə pul alması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkum edilməməsini və bir zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs göndərdiyi pulların dəyərini özündə əks etdirən qəbzlər, "xxxx" MMC və "xxxx" ASC-dən daxil olmuş 02 ədəd disk və Təqsirləndirilən şəxs səs yazılarını və foto şəkilləri özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən (dövlət rüsumu ödənilmədiyindən) baxılmamış saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 izah edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili X19 və “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili X19 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs göndərdiyi pulların dəyərini özündə əks etdirən qəbzlər, "xxxx" MMC və "xxxx" ASC-dən daxil olmuş 02 ədəd disk və Təqsirləndirilən şəxs səs yazılarını və foto şəkilləri özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili X19 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar