Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-739/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,289 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 avqust 2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 96 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan pul kisəsinin içərisindən 01 bükümdə təmiz çəkisi 1,289 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, orta məktəbi rus dilində oxumuşdur, lakin Azərbaycan dilində sərbəst başa düşür, danışır və oxuya bilir, həmçinin də yazır. Rəsmi işləmir, evlərə təmizlikçi olaraq gedir və bununla da gündəlik müəyyən ehtiyaclarını ödəyir. 29 avqust 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manat ödəməklə istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni əlində olan gündəlik istifadə etdiyi qara rəngli dəridən olan pul qabının içərisinə qoymuşdur. 29 avqust 2025-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 96 ünvanından piyada keçərəkən biri qadın olmaqla dörd nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları olduqlarını demişlər. Əməkdaşlar ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bununla bağlı video çəkiliş aparılacağını izah etmişlər. O da buna etiraz etməmişdir. Polislərin bu təklifindən sonra o, əlində olan qara rəngli dəri materialdan olan pul qabının içərisindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmçinin ona məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Honor” markalı üzərində ***-***-**-** nömrəsi olan telefonu da vermişdir. Sonra tədbirdə iştirak edən qadın əməkdaş tərəfindən onun üstü yoxlanılmışdır. Yoxlama zamanı qanunsuz başqa heç bir əşya predmet aşkar edilməmişdir. Ona metamfetamin barədə sual veriləndə bildirmişdir ki, Yasamal ərazisində “Sovetski” kimi tanınan yerdən öz istifadəsi üçün 10 manata almışdır. Üzərindən aşkar olunan kütlə qablaşdırılmış, onun özü və polis tərəfindən imzalanaraq götürülmüşdür. Bu hərəkətlərdən sonra onu Nəsimi RPİ-nin 21-ci PB-nə gətirmişlər. Orada üzərindən bir qədər əvvəl küçədə polis əməkdaşları tərəfindən saxlanılarkən psixotrop maddə aşkar olunmasını təsdiq etmişdir. Bununla bağlı çəkilmiş video görüntüyə baxaraq izahatını təsdiq etmişdir. Üzərindən aşkar olunmuş metamfetamini istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. 21-ci Polis Bölməsində şübhəli şəxs kimi tutularaq hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunmuşdur. Həmçinin rus məktəbində təhsil aldığını öyrəndikdən sonra polis əməkdaşları ona tərcüməçi də gətirib təqdim etmişlər. Polis tərəfindən saxlanılan zaman və bölməyə aparılarkən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Əməlindən peşmandır. Daha sonra qadın olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair qərar qəbul edilərək əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qrup təşkil edilmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq qrupa o, əməliyyat müvəkkilləri, Ramin Rüstəmov, Sənan Qaragözov və RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı X11 daxil edilmişdir. Onlar birlikdə ünvan 3 ünvana getmişlər. Həmin küçədə saat 17:00-da piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxsva yaxınlaşaraq özlərini təqdim edib Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları olduqlarını deyərək ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üstünün video çəkilişlə yoxlanılacağını izah etmişlər. Təklifdən sonra Liana İliniçna əlində olan qara rəngli dəri materialdan olan pul qabını açıb oradan 1 (bir) ədəd bükümdə olan kütləni təqdim etmişdir. Həmin büküm açıldıqda kristal halında maddə aşkar edilmişdir. Bundan başqa şəxsiyyət vəsiqəsi və bir ədəd mobil telefon da götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs həmin kütlənin nə olması ilə bağlı suallar vermişlər. Liana bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir. Sonra tədbirdə iştirak edən qadın əməkdaş Ziba İbrahimova tərəfindən Təqsirləndirilən şəxs üstü, paltarları yoxlanılmış, yoxlama zamanı qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. X12 psixotrop maddəni saxlanmamışdan əvvəl “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Daha sonra saxladıqları şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılmış, onların və saxlanılan şəxsin özü tərəfindən imzalanaraq götürülmüşdür. Tədbirin davamı olaraq onlar Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Beləliklə, 29 avqust 2025-ci ildə otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən bir qədər əvvəl götürülmüş maddəyə baxış keçirilmişdir. Zərf açılanda orada ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bir daha həmin maddənin həqiqətən də psixotrop maddə metamfetamin olmasını təsdiq edərək şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş metamfetaminə bənzər kütlə qablaşdırılmış, zərfin üzəri polis bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənməklə hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istəyi ilə maddi vəziyyəti ilə əlaqədar olaraq ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, həmçinin ona Azərbaycan və rus dillərində tərcüməçi dəvət edilmişdir. 2025-ci ilin avqust ayında Təqsirləndirilən şəxs saxlandıqdan sonra onun ətrafında əməliyyat tədbirləri aparılarkən onun psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. Keçirilmiş tədbirlər göstərmişdir ki, Liana narkotik vasitə, eləcə də psixotrop maddələrdən istifadə edir, həmin maddələrin aludəçisidir. İlkin daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması göstərilsə də, əməliyyat tədbirləri çərçivəsində həmin fakt təsdiqini tapmamışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması tərəflərindən müəyyən edilməmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Nəsimi RPİ-nin 21-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri X5, X7 və Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis kapitanı X6 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar Şahid ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur (i.v.36); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.71-72); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.85-86); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 17:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman əlində olan dəri materialdan hazırlanmış qara rəngli pul qabının içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş 01 ədəd bükümdəki maddəyə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə saat 17:00-da ünvan 4 ünvanın qarşısında saxlanılması və əlində saxladığı pul qabından olan 01 ədəd bükümü təqdim etməsi videogörüntüdə öz əksini tapmış, həmçinin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur (i.v.15-17); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 avqust 2025-ci tarixli 6/2910 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,289 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (i.v.55-58); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 30 avqust 2025-ci il tarixli 5351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzdə F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.90-91); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X16 xx.xx.2025-ci il tarixli, 1176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.93-94); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Honor” markalı mobil telefona baxış keçirilən zaman iş üçün sübuti əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (i.v.97); - Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan, 29 avqust 2025-ci il tarixdə 21-ci PB-nin əməkdaşları tərəfindən üzərindən götürülmüş “Honor” markalı mobil telefonu müstəntiq Ülvi Abdullayevdən təhvil almışdır (i.v.98); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,289 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra metamfetaminin 1,239 qram qalığı saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxsnun üzərindən psixotrop maddənin aşkar olunması faktını özündə əks etdirən 02 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v.111-116); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.103-104). Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 29 avqust 2025-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Nəsimi RPİnin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılıaraq üstü yoxlanılan zaman əlində olan qara rəngli dəri materialdan olan pul qabının içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəyə bənzər 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənir və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Həmçinin əlində olan 01 ədəd “Honor” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülür. Daha sonra Təqsirləndirilən şəxs əlində olan pul qabının içərisinə baxış keçirilir və içərisindən 3 manat pul, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd Təqsirləndirilən şəxs məxsus xarici pasport və üzərində yazılar olan kağızlar aşkar olunmuşdur. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və başqa hər hansı bir əşya və ya predmet aşkat olunmur. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər 01 ədəd bükümə və 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə saat 17:00da ünvan 3 ünvanın qarşısında saxlanılması və cibində olan 01 ədəd bükümü təqdim etməsi öz əksini tapır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənir, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.12-ci bəndində qadınlar nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin qadın olması və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının 30 avqust 2025-ci il tarixli 5351 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 1,239 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,239 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-739/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-739/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver