Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-74/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ev 24, mənzil 16-da pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 1 nömrəli ünvanda yerləşən, ictimai yer hesab edilən bərbərxanaya gələrək heç bir əsaslı səbəb olmadan, yəni bərbərxanada bərbər işləyən Zərərçəkmiş şəxs ona bərbərxananın digər su kranından istifadə etməsini bildirməsini cuzi səbəb kimi qəbul edib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini bərbərxanada olan digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, bərbərxananın iş fəaliyyətinin uzun müddətə pozulmasına və bərbərxanada olan digər bərbərlərin və müştərilərin həyəcanının yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib bərbərxanada olan masanın üzərindən götürdüyü qayçını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol qulaq seyvanına bir zərbə vurmaqla zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan sonuncuya sol qulaq seyvanının və ənsə nahiyəsinin kəsilmiş yarası xəsarətləri ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə təxminən saat 22 radələrində mütəmadi olaraq getdiyi ünvan 1 saylı ünvanda yerləşən bərbərxanaya əlindəki plastik qabla su içmək məqsədilə daxil olmuş və orada bərbər işləyən Zərərçəkmiş şəxs orada olan su kranından plastik qaba su dolduraraq içmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona kobud şəkildə müştərisi olduğunu bildirərək digər bərbər işləyən şəxslərə yaxınlaşaraq plastik qabı su ilə doldurmasını istəmişdir. O, Zərərçəkmiş şəxs onunla kobud danışmasını irad tutmuş və nə səbəbdən kobud tərzdə cavab verməsini soruşmuşdur. Zərərçəkmiş şəxs müştərisi olduğundan vaxtı olmadığını, ona işləməyə mane olduğunu bildirmiş və ondan bərbərxananı tərk etməyini istəyərək, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt onun ünvanına nalayiq ifadələr işlədildiyinə görə aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs ona yaxınlaşaraq başının kəllə hissəsi ilə onun üz nahiyəsinə zərbə endirmək istəmişdir. Daha sonra onu Fuad itələmiş və o, zərbənin nəticəsində büdrəmişdir. Hadisənin təsirindən qəzəbləndiyi üçün o, Zərərçəkmiş şəxs üzərinə gedərək masanın üzərində olan qayçını götürüb sonuncuya xəsarət yetirmişdir. Qayçı Zərərçəkmiş şəxs sol qulaq nahiyəsindən dəymiş və qulağından qan gəlməyə başlamışdır. Daha sonra orada işləyən digər şəxslər onları ayırmaq istədikdə oranı tərk edib getmişdir. O, qayçı ilə başqa şəxslərə xəsarət yetirməmiş və həmin hadisəni yalnız zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadələr işlətməsinə və həmin ifadələrin təsirindən qəzəblənməsinə görə etdiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf olunmasını düzgün hesab etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 22 radələrində müştəri qəbul edib saçını yumaq istədiyi vaxt, qiyabi tanıdığı Təqsirləndirilən şəxs içəriyə daxil olaraq onun müştərinin saçını yumaq istədiyi krantdan əlindəki plastik qaba su doldurmaq istəmişdir. O, Təqsirləndirilən şəxs müştərinin saçını yumasını və suyun qaynar olmasını bildirərək irad tutmuşdur. Təqsirləndirilən şəxs ona su içmək istədiyini bildirdikdə, o, təqsirləndirilən şəxsə cibindən pul çıxarıb dükandan su almasını təklif etmişdir. Təqsirləndirilən şəxs həmin hərəkəti özünə qarşı pis münasibət kimi qəbul edərək pulu götürməmişdir. O, işini davam etdirərkən Təqsirləndirilən şəxs dilinin altında deyindiyini hiss edib çönərək ona nə dediyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona “yezidsən” demiş və deyilən ifadəyə cavab olaraq “yezid niyə oluram hər dəfə su vermişəm” demişdir. Beləliklə aralarında mübahisə baş vermiş və Təqsirləndirilən şəxs yaxasından tutaraq itələmiş, nəticədə təqsirləndirilən şəxs arxaya gedərək büdrəmişdir. Təqsirləndirilən şəxs duraraq masanın üzərində olan qayçını götürüb onun üzərinə gəlmək istəyəndə onu iş yoldaşları Şahid1 və Şahid2 tutmağa çalışmışlar. Bu zaman Təqsirləndirilən şəxs onu vuracağını görüb əlindəki qayçının düşməsini təmin etmək üçün onun baş nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Lakin Təqsirləndirilən şəxs əlindəki qayçı yerə düşməmiş və onun qulağına tərəf edilmiş zərbə nəticəsində qayçı onun sol qulağını başının arxa hissəsinə kimi cırmışdır. Qulağının yarısı kəsilərək sallanmış və qan axmışdır. Orada olan onun adını bilmədiyi müştərisi və iş yoldaşları Vüsal və Elxan adlı şəxslər qorxu və təlaş içində olmuşlar. Beləliklə onun qan içində olduğunu görən Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. O dərhal yoldan keçən taksilərdən birini saxlayıb xəstəxanaya getmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı onun heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxsi isə birlikdə işlədiyi bərbərxanadan tanımışdır. Hal-hazırda həmin bərbərxnada işləmir. Hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə işlədiyi bərbərxanaya müştəri gəlmiş və həmin müştərini qəbul edərək saç düzümünün düzəldilməsi ilə məşğul olmuşdur. Həmin gün saat təxminən 22 radələrində əvvəllər qiyabi tanıdığı Təqsirləndirilən şəxs bərbərxanaya əlində plastik su qabı ilə girərək onunla birgə işləyən Zərərçəkmiş şəxs krantdan su doldurmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs isə müştərisi olduğuna görə Kamilə acıqlı formada başqa yerdən gedib su doldurmasını bildirmişdir. Kamil də Zərərçəkmiş şəxs sözlərinə qəzəblənib ona sadəcə su içmək istədiyini demiş və hansı səbəbdən onunla kobud danışmağını soruşmuşdur. Bundan sonra onlar birbirlərinə nalayiq ifadələr işlətməyə başlamış və Zərərçəkmiş şəxs Kamilin hərəkətindən qəzəblənərək onun üzərinə gəlmiş və onu itələmişdir. Bu zaman Kamilin ayağı büdrəmiş və yerə yıxılmışdır. Bundan sonra Kamil ayağa qalxaraq masanın üzərindən qayçını götürərək Zərərçəkmiş şəxs üzərinə getmişdir. Hadisənin daha da gərginləşəcəyini görüb o və Elxan onları aralamağa çalışmışdır. Kamil əlindəki qayçı ilə Zərərçəkmiş şəxs vurmaq istəmiş, lakin Fuad həmin zərbədən yayınmaq istəyərkən Kamilin əlindəki qayçı Fuadın qulaq nahiyyəsini kəsmişdir. Bundan sonra o və Elxan onların arasına girərək müdaxilə etmiş və onları ayırmışlar. Sonra isə Təqsirləndirilən şəxs hadisə yerini tərk etmiş və Zərərçəkmiş şəxs qulağından qan gəldiyi üçün müştərisi ilə bir yerdə taksi ilə onu xəstəxanaya aparmışlar. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, Kamil və Fuad arasında anidən yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, xx xxxxxx 2019-cu il tarixdə işlədiyi bərbərxanaya müştəri gəlmiş və həmin müştərini qəbul edərək saç düzümünü düzəltmişdir. Həmin gün saat təxminən 22 radələrində əvvəllər qiyabi tanıdığı Kamil adlı şəxs bərbərxanaya əlində plastik su qabı ilə girərək onunla birgə işləyən Zərərçəkmiş şəxs müraciət edib, su doldurmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs müştərisi olduğuna görə onunla və digər işçi Şahid2 qarşısında olan krantdan su doldurmasını bildirmişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs sözlərinə qəzəblənib onun ünvanına nalayiq ifadələr deyərək onu təhqir etmişdir. Zərərçəkmiş şəxs bu səbəbdən onun yaxasından tutub itələmişdir. Bundan sonra aralarında mübahisə yaranmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə gedəndə Zərərçəkmiş şəxs onun sifət nahiyəsindən bir dəfə yumuruqla vurmuş və bu vaxt Təqsirləndirilən şəxs masanın üzərində olan qayçını götürüb Zərərçəkmiş şəxs vurmaq istəmiş lakin Zərərçəkmiş şəxs həmin zərbədən boyun qaçırmaq məqsədilə başını sağa qaçırarkən Təqsirləndirilən şəxs əlində olan qayçı Zərərçəkmiş şəxs qulaq nahiyəsini kəsmişdir. O, və Şahid2 onları ayırmaq istəmişlər, lakin Təqsirləndirilən şəxs əlində qayçı olduğu üçün ehtiyat etmişlər. Daha sonra Təqsirləndirilən şəxs oranı tərk etmiş və Zərərçəkmiş şəxs qulağından qan gəldiyi üçün müştərisi ilə bir yerdə taksi vasitəsi ilə xəstəxanaya getmişlər. O bildirmişdir ki, hadisə nəticəsində bərbərxananın iş fəaliyəti pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 91 saylı rəyinə əsasən 1991-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində olan xəsarət – sol qulaq seyvanın və ənsə nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir (i/v 21-23). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 91 saylı rəyə əlavə edilmiş 10 saylı rəyə əsasən 1991-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində olan xəsarət – sol qulaq seyvanın və ənsə nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (altin) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı baş Sİnin X8 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qayçının təsirindən əmələ gələ bilərdi (i/v 27-29). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 10 saylı rəyə əlavə edilmiş 21 saylı rəyə əsasən 1991-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində olan xəsarət – sol qulaq seyvanın və ənsə nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı baş Sİnin X8 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qayçının təsirindən əmələ gələ bilərdi (i/v 117- 119). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2019-cu il tarixdə tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v 62-63, 99). İş materiallarında olan AzərbaycanRespublikasıDİN-nin Baş Əməliyyat və X1 tərəfindənxx xxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədəngörünürki,Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 228.3, 232.3.1, 326, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilib, AR CM-nin 29, 177.3.1,177.3.1, 228.3, 232.3.1, 326, 234.1, 66.3-cü maddəsinə əsasən 06 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, AR Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010cu il tarixli Qərarı dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddələri ilə 02 il 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i/v 103). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə bir ədəd qayçı maddi sübut növü kimi tanınmış və məhkəmə baxışınadək Nəsimi rayon Polis İdarəsinin NH-də saxlanılması qərara alınmışdır (i/v 120). İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 1(006)-314/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından və Bakı şəhəri Nəsimi rayon X6 rayon məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 082-36525-1219 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və xx.xx.2019-cu il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına etap olunması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (i/v 107-109, 183). İş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən xx.xx.2020-ci il tarixdə Nəsimi rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmədə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsüf edərkən hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bərbər kimi fəaliyyət göstərdiyi obyektə daxil olaraq su içmək məqsədilə plastik qaba su doldurmaq istəməsinə Zərərçəkmiş şəxs kobud şəkildə cavab vermiş və bu zaman onlar arasında yaranmış sözlü mübahisə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs itələməsi və daha sonra ona kəllə atması ilə mübahisə daha təhlükəli xarakter almışdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlərxuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü nəticəsində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığından Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, onun hərəkətlərinin sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsüf olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclasından azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanlan 01 ədəd qayçı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 və X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 04 iş saatı həcmində hüquqi yardımla bağlıdövlət büdcəsinin hesabından X2 vəkil işlədiyiBakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat və 24 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o,dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış vəNəsimi rayon Polis İdarəsinin NH-də saxlanılan 01 (bir) ədəd qayçı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat, X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına isə 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-74/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-74/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver