Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-74/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanuni ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi, Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkiliu X4 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə, saat 08:03-də ünvan 3 ünvanın qarşısından piyada keçən Zərərçəkmiş şəxs1 yaxınlaşıb ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 zor tətbiq edib əlində silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun sağ qol nahiyəsindən vuraraq ona sağ bazu oynağı nahiyəsinin deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gələn deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 16 iyul 2021-ci il tarixdə, saat 08:10-da ünvan 3 ünvanın qarşısından piyada keçən Zərərçəkmiş şəxs2 yaxınlaşıb ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2 zor tətbiq edib əlində silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun sol qol nahiyəsindən vuraraq ona sol bazu nahiyəsinin iti kənara malik əşyanın (alətin) təsirindən əmələ gələn kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq etmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi ifadəsində bildirmişdir ki, doğma oğlu olan Təqsirləndirilən şəxs başqa övladı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dovlət Neft və Sənaye Universiteti) 3-cü kursunda təhsil aldığı vaxt, yəni 30 aprel 2010-cu il tarixdə orada baş vermiş terror aktı nəticəsində qrup yoldaşı, yaxın dostu olan Yusifin vəfat etməsindən çox təsirlənmiş, həmin terror aktı zamanı Təqsirləndirilən şəxs də təhsil müəssisəsində olmuş və hadisədən sonra psixi xəstəliyə tutulmuşdur. Təqsirləndirilən şəxs müalicə etsələr də, müsbət nəticə verməmiş, sonuncunun qulağına səslər gəlmiş, bəzən gözünə müxtəlif insanlar görünmüşdür. 15.07.2021-ci il tarixdə oğlu evdə yatan zaman qəfildən durub eyvana çıxmış, kiminsə onu söyüb təhqir etməsini eşitmiş, lakin həyətdə heç kim olmamış, oğlu həyət istiqamətində boşluğa baxıb dağılışmalarını demiş, gözünə kimsə görünmüş, daha sonra oğlu Aqili yatması üçün sakitləşdirib yerinə uzatmışdır. Növbəti gün, yəni 16.07.2021-ci il tarixdə saat 08:00 radələrində evdə yatdığı vaxt arvadı onu yuxudan oyadıb oğlu Aqilin evdə olmadığını dediyindən həyətə çıxmış, həmin vaxt Aqilin marketdən siqaret və su alaraq həyətdə oturmasını görmüşdür. Aqilin 3 gün müddətində yatmadığından, psixiatrik xəstəxanaya yerləşdirmək istəmiş, daha sonra Aqil harasa getmiş, bu zaman onun yanından keçən qonşusu Razimlə salamlaşmışdır. Qısa müddət sonra Aqil qaça-qaça gələrək əlində tutduğu bıçaqla Razimə xəsarət yetirdiyini dediyindən, o, dərhal aralaşdırmağa getmiş, Aqil isə evə daxil olmuşdur. Bundan sonra Razim yaxınlıqdakı Azərbaycan Tibb Universitetinin X5 getmiş, o, Aqilin əlindəki bıçağı götürmüş, polis əməkdaşları ünvanına gəldikləri vaxt Aqilin Razimdən əvvəl sonuncunun qardaşı oğlu Seymura da bıçaq xəsarət yetirməsini öyrənmiş, o, həmin bıçağı polis əməkdaşlarına təhvil vermiş, Aqil isə polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Oğlu Aqil həmin hadisə barədə ona əvvəllər heç nə deməmiş, belə bir hadisənin baş verə biləcəyini, oğlunun bu cür affekt vəziyyətə düşəcəyini heç vaxt düşünmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı tələb və şikayətinin olmadığını, dəymiş ziyanın ödənildiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 16.07.2021ci il tarixdə saat 08:10 radələrində yaşadığı ünvandan çıxıb psixi xəstə olan qonşusu Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən sonuncunun atası Qanuni nümayəndələ salamlaşmış, oradan ayrıldıqdan sonra Təqsirləndirilən şəxs səbəbsiz yerə ona tərəf qaçaraq üzərinə gəlmiş, nəyə görə ona doğru gəldiyini anlamamış, Aqil əlində tutduğu bıçaqla onun sol çiyin nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra, Nurəddin tez aralarına girib Aqildən bıçağı almış, Aqil isə yaşadığı ünvana daxil olmuşdur. O, tez yaxınlıqda yerləşən Azərbaycan Tibb Universitetinin X5 tərəf qaçmış, oraya çatdıqda qardaşı oğlu Zərərçəkmiş şəxs1 də Aqil tərəfindən səbəbsiz yerə bıçaqlanmasını öyrənmiş, Seymurdan sonra tibb işçiləri ona da ilkin tibbi yardım göstərmişdir. O, Təqsirləndirilən şəxs ruhi cəhətdən sağlam olmadığını bilsə də, belə bir əməl törədəcəyini gözləməmiş, Təqsirləndirilən şəxs həmin vaxtdan sonra görməmiş, hadisə günü polis əməkdaşlarının Aqili tutmaları barədə məlumatlanmışdır. O, Təqsirləndirilən şəxs çoxdan tanımış, aralarında münasibət olmamış, sonuncu tələbə olarkən yaşadığı bədbəxt hadisədən sonra psixi xəstəliyə düçar olmasını, uzun müddətdir ki, müalicə aldığını bildiyini, Təqsirləndirilən şəxs həyətdə olarkən anlaşılmaz hərəkətlər etdiyini, bəzən isə kiminsə sonuncuya nəsə deməsini və ya gözünə kiminsə görünməsini fərz etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı tələb və şikayətinin olmadığını, dəymiş ziyanın ödənildiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 16.07.2021ci il tarixdə saat 08:03 radələrində yaşadığı ünvandan çölə çıxmış, həmin vaxt ruhi xəstə olan qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşıb “həyətdən adam kimi keç” deyə səsləndikdə, əhəmiyyət verməmiş, uzaqlaşsa da, Təqsirləndirilən şəxs arxadan qaçaraq ona yaxınlaşıb üzərinə gəlmiş, çevrilib reaksiya vermək istədikdə, Təqsirləndirilən şəxs əlində tutduğu bıçaqla səbəbsiz yerə, qəfildən onun sağ çiyin nahiyəsinə vurmuş, ağrıdan yerə çökmüş, Aqil isə yerində dayanıb ona baxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona özü ilə qardaşı Samirin 16.07.2021-ci il tarixdə, saat 02:00 radələrində Aqili təhqir etdiklərini, bir neçə nəfər şəxsin guya ki, yaşadığı ünvanın qarşısında uca səslə Aqilin ünvanına nalayiq ifadələr səsləndirdiklərini demişdir. O, xəsarət aldıqdan sonra yaxınlıqdakı Azərbaycan Tibb Universitetinin X3çmış, bu vaxt yaxınlıqda yaşayan əmisi Zərərçəkmiş şəxs2 də küçədən keçmiş, sonradan əmisi Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs bıçaqlamasını eşitmiş, əmisi də həmin xəstəxanaya gətirilmiş, hər ikisinə ilkin tibbi yardım edilib xəsarət aldıqları nahiyələri cərrahi əməliyyatla tikilmiş, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmiş, sonuncu polis əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 60) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17.07.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. (i.v 75-76) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v 100- 101) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17.07.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 118) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 06.10.2021-ci il tarixli “Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılmışdır. (i.v 217-218) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli, 4(006)-424/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (i.v 252-254) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 17.10.2021-ci il tarixli “cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin barəsində seçilmiş qətimkan tədbirinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilmiş, onun barəsində həmin tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) bildirməklə, xəstəni qohumu-qanuni nümayəndəsi Qanuni nümayəndə nəzarəti altına verilməsi təhlükəsizlik tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. (i.v 259-260) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16.07.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanının qarşısıdır. (i.v 9-12) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 24.07.2021-ci il tarixli, 1585 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirilməsinin bir qədər çətinliyini və yoxlanılan şəxsin “Şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəliyi ilə əlaqədar əvvəllər psixiatrik qeydiyyatda olmaqla, bir neçə dəfə Bakı şəhər 2 saylı X2 müalicələrdə olmasını nəzərə alaraq ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etmək çətinlik yaratdığı səbəbi ilə əlaqədar daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (i.v 138- 139) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 “Stasionar məhkəmə-psixiatrik ekspertizasının” 23.08.2021-ci il tarixli, 107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” formasında xroniki prosessual psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığına görə törətdiyi əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Çünki Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” formasında psixi patologiyada psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (i.v 198-201) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 03.08.2021-ci il tarixli, 385-2021/MTKŞ nörməli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur, ekspertizaya təqdim edilmiş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. (i.v 158-161) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 24.08.2021-ci il tarixli, 550/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qısaqol paltar (futbolka) üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda, AB (İV) qrupunu əsas xarakterizə edən A və B antigenləri alınmışdır. Beləliklə, bu qan AB (İV) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (i.v 171-174) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 25.08.2021-ci il tarixli, 551/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq üzərindəki ləkədə çox zəif intensivli insan qanı aşkar olunmuş, həmin qan ləkəsində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda, qan qrupunu xarakterizə edən heç bir antigen və aqqlyutinin alınmamış, bu səbəbdən həmin qan ləkəsinin qrup mənsubiyyəti və onun kimə məxsus olması barəsində fikir söyləmək mümkün olmamışdır. (i.v 177-180) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 26.08.2021-ci il tarixli, 552/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qısaqol köynək üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda, 0(1) qrupunu əsas xarakterizə edən H antigeni alınmışdır. Beləliklə, bu qan 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (i.v 183-186) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 26.08.2021-ci il tarixli, 384/2021-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Ramiz oğluna məxsus köynəyin ön hissəsinin yuxarıorta nahiyəsində bir ədəd kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə hər-hansı bir iti ülgücü olan kəsici tipli alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Ramiz oğluna məxsus köynəyin sağ qolunun ön hissəsində bir ədəd kombinə olunmuş kəsilmiş cırılmış zədə aşkar edilmişdir. Bu zədə əvvəlcə hər-hansı bir iti ülgücü olan kəsici tipli alətlə kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. (i.v 189-190) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 15.09.2021-ci il tarixli, 383/2021-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. (i.v 209-210) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 24.08.2021-ci il tarixli, 655 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarət-sağ bazu oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 16.07.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v 193- 194) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 18.08.2021-ci il tarixli, 647 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər-sol bazu nahiyəsinin kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Azərbaycan Tibb Universitetinin X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 16.07.2021-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (i.v 206-207) İşin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 136) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 18.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə götürülmüş bir ədəd mətbəx bıçağı, eləcə də Zərərçəkmiş şəxs1 Ramiz oğluna məxsus bir ədəd qısaqol paltar və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üçdüymə köynək maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş, işdə olan cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə sübut kimi tanınmışdır. (i/v 264-275) Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkərkən anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir və hazırda da Təqsirləndirilən şəxs qeyd edilən psixi xəstəliyindən əziyyət çəkir, bu səbəbdən barəsində Azərbaycan Respublikasının CMin 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcbur müalicə tədbirinin tətbiqinə ehtiyac vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edir. Qeyd olunan Məcəllənin 93.2 və 93.4-cü maddələrinin tələbinə görə, bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbirləri təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X11 həvalə olunmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Qanuni nümayəndə götürülmüş bir ədəd mətbəx bıçağı, eləcə də Zərərçəkmiş şəxs1 Ramiz oğluna məxsus bir ədəd qısaqol paltar və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üçdüymə köynək məhv edilməli, qərarın icrası həmin maddi sübutların saxlandığı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə olunmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-585/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərara əsasən, 22 noyabr 2021-ci il tarixdən cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz saat) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 348 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törədən zaman anlaqsız vəziyyətdə olduğu üçün həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “səhiyyə orqanına bildirməklə qanuni nümayəndəsinin nəzarəti altına vermək” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X11 həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Qanuni nümayəndə götürülmüş bir ədəd mətbəx bıçağı, eləcə də Zərərçəkmiş şəxs1 Ramiz oğluna məxsus bir ədəd qısaqol paltar və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd üçdüymə köynək məhv edilsin, qərarın icrası həmin maddi sübutların saxlandığı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-74/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-74/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver