Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-74/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2023-cü il tarixdə 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanın giriş qapısının açıq olmasından istifadə edərək digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra evə qanunsuz daxil olub qonaq otağındakı masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 120 manat dəyərində “Samsung" markalı, “A6" modelli mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2023-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Tofaş” markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobilin qapısının kilidinin açıq olmasından istifadə edib qapını açaraq salonda quraşdırılmış 01 ədəd 180 manat dəyərində “Pioneer’ markalı maqnitafonu, 02 ədəd hər birinin dəyəri 40 manat təşkil edən “Pioneer” markalı səs gücləndiriciləri. 01 ədəd 20 manat dəyərində “Use” markalı qara rəngli gödəkçəni və 01 ədəd 50 manat dəyərində “Akom” markalı enerji batareyasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2023cü il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən “Vurğun Residence” yaşayış kompleksinin “D” blokunun qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 250 manat dəyərində 01 ədəd “Vista” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 01 may 2023-cü il tarixdə bölməyə dəvət ediblər, o, bölmədə olmuşdur. Həmin vaxt ona təyziq ediblər, sonradan ona deyiblər ki. telefon oğurluğunu boynuna al, səni buraxacağıq. O da onlar nə deyib etmişdir. Sonra onu buraxıblar. O, bir daha deyir ki, elan olunmuş ittiham üzrə həmin əməllər onun tərəfindən törədilməyibdir. O, həmin epizodlar üzrə özünü təqsirli bilmir. Bunu şikayətçi xanım da deyib ki, telefon oğurluğu Aydınlıq deyil. Avtomobildən olan oğurluq mənlikdir. Həmin əməli etiraf edir. Bununla bağlı onu saxlayıblar və onu bir aylıq inzibati həbsə göndəriblər. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, göstərilən təyziqlə bağlı heç yerə şikayət etməmişdir. Həmin velosiped və telefon oğurluğu onun tərəfindən edilməyib. Onu xx.xx.2023-də saxlayıblar. xx.xx.2023-də məhkəməyə çıxardıblar və bir ay həbs veriblər. Mahirə xanım qonşusu olubdur. O, həmin vaxt kilsənin yanında olmuşdur. Həmin telefonla bağlı onu heç yerə çağırmayıblar. O, inzibati həbsdən çıxmış və bundan 15-20 gün sonra onu çağırıblar idarəyə. Ona müstəntiq təyziq edibdir. O, boynuna almasaydı onu sroka bağlayacaqdı. Avtomobilin qapısı açıq olub, həmin avtomobil Bakı Dövlət Sirkinin yanında olubdur, qara rəngli «Tofaş» olubdur. Həmin avtomobildən maqnitafonu, səs ucaldanları və gödəkçəni götürmüş və aparıb satmışdır. Bu hadisə xx.xx.2024-cü il tarixdə olmuşdur. Bununla bağlı onu səhəri günü 21-ci PB-nə çağırıblar. Velosipedi isə kimin götürdüyünü bilmir. Onu bu işlə bağlı polis əməkdaşları döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus velosipedlə kuryer fəaliyyəti ilə məşğul olmuşdur. 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Vurğun Residence” yaşayış kompleksinə sifariş almışdır. Aldığı sifarişi ünvana çatdırmaq üçün özünə məxsus “Vista” markalı velosipedi yaşayış kompleksinin D blokunda saxlayıb ünvana qalxmışdır. Sifarişi sahibinə çatdırdıqdan sonra velosipedi sürüb getmək üçün velospiedi saxladığı D blokunun qarşısına gəldikdə özünə məxsus “Vista” markalı velosipedi saxladığı yerdə olmadığını aşkar etmişdir, özünə məxsus velosipedin oğurlandığını düşünüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvanın həyətində başqa yaşayış evi də vardır ki, həmin evdə uzaq qohumları yaşayır. Lakin, həyətin girişində qapı mövcuddur və həmin həyətə kənar şəxslərin girişinə icazə verilmirdi. 30 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evə gəlmişdir. Saat 21:10 radələrində yaşadığı evdə olarkən, özünə məxsus olan «Samsung» markalı mobil telefonu zaratkaya qoymuşdur, təxminən 10-15 dəqiqədən sonra anidən qapının çırpılmasını eşitdi. O, mobil telefonu zaratkaya qoyduğu otağa keçdikdə telefonun orada olmadığını, yəni ki, kənar şəxs tərəfindən yaşadığı evə daxil olaraq oğurlanmasını müəyyən etdi. Daha sonra həyətə çıxdı, bayırda olan qonşudan soruşanda o, ona dedi ki, Fəridlə Aydın məhəllədən çıxdılar. Bundan sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Bundan sonra onu Polis İdarəsinə çağırdılar izahatını aldılar, telefonunu polis əməkdaşları qaytararkən bildirdilər ki, telefonu Aydından götürüblər. Həmin özünə məxsus olan mobil telefonu əvvəllər 300 manata alsa da mobil telefonun oğurlanması nəticəsində ona 120 manat maddi ziyan dəymiş və ekspertiza rəyində göstərilən mobil telefonun maddi dəyərinin 120 manat olması ilə bağlı hər hansı etirazı yoxdur, mobil telefonunda hər hansı mobil nömrə olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdikləri ifadəsini təsdiq etdiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Cinayət işinin 83-84-cü vərəqlərində olan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 6 ünvanda yerləşən «Rahat Marketin» baş ofisində menecer vəzifəsində işləyir. İş vaxtı səhər saat 08 radələrindən 17 radələrinə qədər olan müddətdir. Təxminən 3 il olar ki, hər gün avtomobilini səhər saat 08:00 radələrində eyni ünvanda, yəni ünvan 7 Həmişə olduğu kimi özünə məxsus **-MU-*** dövlət nömrə nişanlı, Tofaş markalı avtomobilini səhər saat 08:00 radələrində Nəsimi rayonu, Bül-bül prospekti 93A saylı ünvanın qarşısında saxlayıb işə getmişdir. Həmin gün saat 17 radələrində işdən çıxıb avtomobilinə yaxınlaşıb avtomobilin qapısını açmaq istədikdə avtomobilin qapısı aça bilməmişdir. Bundan sonra avtomobilin sürücü tərəfdən sol yan şüşəsinin açıq olduğunu görmüşdür. Avtomobilin qapısını açdıqdan sonra salonda quraşdırılmış iki ədəd “Pioneer” markalı səs gücləndirici qurğunun, bir ədəd “Pioneer” markalı maqnitafonun, salonda arxa oturacaqda olan bir ədəd qara rəngli gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Bundan sonra avtomobili işə salmaq istədikdə avtomobilin işə düşmədiyini görmüşdür. Bundan sonra avtomobilin kapotunu açdıqda “Akom” markalı avtomobilin enerji batareyasının yerində olmadığını yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişdir. Daha sonra hadisə barədə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 330 manat maddi ziyan dəymişdir, məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/326 saylı, 08 may 2023-cü il tarixli rəyində göstərilmiş əçyaların ümumilikdə qiymətinin 330 manat olması ilə tam razıdır, avtomobilin qapısı hər hansı sındırılma yolu ilə açılmamışdır, qapının əvvəlcədən açıq olub- olmamasını da xatırlamır, ancaq öz fikrinə görə qapını açıq unutmuşdur ki, salondan oğurluq hadisəsi olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-ci vərəqində olan “Hadisə yerinin müayinə olunması haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 93A ünvanıdır. Hadisə yerində avtomobilin pəncərəsindən əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin 15-ci vərəqində olan “Hadisə yerinin müayinə olunması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Vurğun Residence” yaşayış kompleksinin “D” blokunun qarşısıdır. Cinayət işinin 28-ci vərəqində olan “Könüllü təqdim olunan əşyaların götürülməsi və əşyalara baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd Vista markalı velosipedi, 01 ədəd Pioner markalı maqnitafonu, 02 ədəd Pioner markalı səs gücləndiricilərini, 01 ədəd qara rəngli gödəkçəni və 01 ədəd “Akom” markalı akkumulyatoru könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 32-ci vərəqində olan “Könüllü təqdim olunan əşyaların götürülməsi və əşyalara baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, 30 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurladığı və saxlanması üçün bacısı Şahid1 verdiyi “Samsung” markalı mobil telefonu sonuncu könüllü şəkildə təqdim etmişdir. Cinayət işinin 39-40-cı vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ünvan Nəsimi rayonu, X5 küçəsi, dalan 2, ev 1 saylı ünvandır. Mənzil həyət evi olmaqla 2 otaqdan ibarətdir. Mənzilin giriş qapısı taxta qapıdır. Hadisə vaxtı qapı açıq olmuşdur. Cinayət işinin 56-57-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/3283 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Taylandda istehsal edilmiş “Pioneer” markalı, DEH-P795OUB modelli 01 ədəd maqnitafonun qiyməti 180 manat, ekspertiza tədqiqatına təqdim edilmiş Yaponiyada istehsal edilmiş “Pioneer” markalı, TS-6975 modelli 02 ədəd səs gücləndiricinin birinin qiymətinin 40 manat olmaqla ümumilikdə qiyməti 80 manat, ekspertiza tədqiqatına təqdim edilmiş Türkiyədə istehsal edilmiş “Use” markalı, S ölçülü 01 ədəd qara rəngli gödəkçənin qiyməti 20 manat, ekspertiza tədqiqatına təqdim edilmiş “Akom” markalı 01 ədəd enerji batareyasının qiyməti 50 manat olmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 330,0 manat müəyyən edilir. Cinayət işinin 60-cı vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/3285 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM- A600FN” modelli, 32 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmamasını və istifadədə olmasını nəzərə alaraq, 2023-cü ilin aprel ayına orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Cinayət işinin 63-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/3284 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Vista” markalı, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olduğunu nəzərə alaraq, 2023-cü ilin may ayına orta bazar qiyməti təxminən 250,0 manat müəyyən olunur. Cinayət işinin 74-cü vərəqində olan “Əşyaya baxış keçirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş “Vista” markalı velosipedə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən “Vista” amarkalı velesiped istifadə olunmuş, qara rəngli velosipeddir, üzərində yaşıl və ağ rəngdə Vista yazısı yazılmışdır. Cinayət işinin 85-ci vərəqində olan “Əşyaya baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Pioneer” markalı maqnitafon istifadə olunmuş, boz rəngli maqnitafondur, ekranın üzərində pioneer yazısı yazılmışdır. Arxa hissəsində maqnitafonun Taylandda istehsal edildiyi göstərilmişdir. DEH- P795OUB modelli maqnitafondur. iki ədəd “Pioneer” markalı səs gücləndirici qurğu istifadə olunmuş, qara rənglidir. Model nömrəsi TS-6975-dir. “Akom” markalı enerji batareyası istifadə olunmuş aşağı hissəsi sarı rəngdə, üst hissəsi göy rəngdədir. Üzərində akom yazısı yazılmışdır. bir ədəd qara rəngli gödəkçə istifadə edilmişdir. Türkiyə istehsalıdır. Marka adı “Use” qeyd edilmişdir. Ölçüsü S ölçü qeyd edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bir ədəd “Pioneer” markalı maqnitafonun, iki ədəd “Pioneer” markalı səs gücləndirici qurğunun, bir ədəd qara rəngli gödəkçənin, “Akom” markalı enerji batareyasının ona məxsus olduğunu, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanın qarşısından ona məxsus Tofaş markalı avtomobildən oğurlandığını bildirdi. Cinayət işinin 109-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Cinayət işinin 110-112-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilənərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 19 gün müddətinə cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 114-cü vərəqində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-324/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Nəsimi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(006)-167/2019 saylı hökmü ilə onun üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 153-cü vərəqində olan “Təqsirləndirilən şəxsin tutulması haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023cü il tarixdə, saat 16:10-da ittiham elan edilmək üçün tutulmuşdur. Cinayət işinin 172-173-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 182-193-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Vista” markalı velosipedin, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Pioner markalı maqnitafonun, 02 ədəd Pioner markalı səs gücləndiricilərin, 01 ədəd qara rəngli gödəkçənin və 01 ədəd “Akom” markalı avtomobilin enerji bateriyasının, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung A6” markalı mobil telefonun maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə geri qaytarılmasından ötrü saxlanılması üçün Nəsimi RPİ-nin NHnin saxlancına verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-48/2024 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 16 yanvar 2024-cü il tarixdən saat 20:40-dan hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, xüsusən, təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 30 aprel 2023-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə, həmçinin qeyd edir ki, hazırki iş üzrə cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində istintaq olunan ********* saylı digər cinayət işi üzrə həbsdədir. Lakin, ********* nömrəli cinayət işi üzrə istintaqın hazırda davam etdirilməsi nəzərə alınaraq, onun həmin iş üzrə hesablanan həbsdə saxlanılma müddətinin hazırki iş üzrə təyin olunmuş cəza müddətinə daxil edilməsi mümkün hesab edilmir. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Vista” markalı velosipedin, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Pioner markalı maqnitofonun, 02 ədəd Pioner markalı səs gücləndiricilərin, 01 ədəd qara rəngli gödəkçənin və 01 ədəd “Akom” markalı avtomobilin enerji batereyasının, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung A6” markalı mobil telefonun qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Vista” markalı velosipedin, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd Pioner markalı maqnitofonun, 02 ədəd Pioner markalı səs gücləndiricilərin, 01 ədəd qara rəngli gödəkçənin və 01 ədəd “Akom” markalı avtomobilin enerji bateriyasının, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung A6” markalı mobil telefonun qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-74/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-74/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver