Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-749/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Babayeva Sədaqət Şirzad qızının, Barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxsin vəkili Müdafiəçi iştirakları ilə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X10 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, Babayeva Sədaqət Şirzad qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində işlədiyi 216 nömrəli tam orta məktəbdə müəllimlər otağında onunla iş yoldaşı Babayeva Sədaqət Şirzad qızı ilə arasında mübahisə baş vermişdir. Mübahisənin yaranma səbəbi Babayeva Sədaqət Şirzad qızının 216 nömrəli tam orta məktəbdə özünü qeyri-adekvat aparması və hər dəfəsində ona və iş yoldaşlarına əsassız olaraq söz söhbətlər yaratması olmuşdur. Babayeva Sədaqət Şirzad qızı öz vatsapp sosial şəbəkəsində şikayətçinin şəkillərini paylaşaraq, övladı xəstə olduğundan hər dəfəsində özü ilə birgə məktəbə gətirib apardığı üçün, ona qarşı qeyri qanuni iradlar bildirmişdir.H əmin vaxt şikayətçi ilə danışaraq öz-özünə qışqıraraq bilərəkdən səs küy salmış və qanunsuz olaraq həmin vaxt öz mobil telefonu ilə şikayətçinin videosunu çəkməyə başlamışdır. Şikayətçi bunu etməməsi barədə onu xəbərdar etmişdir. X15 Şirzad qızı video çəkməsində davam edərək, qeyri etik sözlərlə onun şərəf və ləyaqətini alçaldıcı sözlər deyərək onu alçaltmışdır. Daha sonra onu çəkməməsini təkrar bildirsə də, Babayeva Sədaqət Şirzad qızı autizm xəstəsi olan övladının yanında ona əl qol atmış və ona xəsarət yetirmişdir. Həmin vaxt 216 nömrəli məktəbin müəllimləri X5və X6 hadisənin şahidi olmuşlar. Babayeva Sədaqət Şirzad qızı sosial şəbəkələrdə şikayətçi və övladının videolarını yayaraq ona mənəvi və maddi ziyan vurmuşdur. Bunu etdiyini S.Babayeva Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində də etiraf etmişdir. Həmçinin bu barədə videoda öz əksini tapmışdır.X2 də polis Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində izahat verərək bildirmişdir ki, Babayeva Sədaqət özünə məxsus mobil telefon ilə video görüntünü çəkərək, X7 autizm xəstəsi olan övladını məktəbə uyğun olmadığını, təhqiramiz şəkildə bildirdikdə sonuncu telefonu Babayeva Sədaqət Şirzad qızının əlindən almaq istədiyi zaman fiziki zorakılığa məruz qalmışdır. Babayeva Sədaqət Şirzad qızı qəsdən X8 fiziki zorakılığa göstərməsi barədə ifadə vermişdir.Digər şahid X1 Mehriban Firdovsi qızının izahatına eyni məzmunlu izahat vermişdir. Babayeva Sədaqət Şirzad qızı video ilə yaydığı görüntülərədə şikayətçinin autizim xəstəsi olan övladına həddindən artıq şiddət göstərməklə həmin an psixoloji təsir göstərmişdir. Həmin an video görüntüdə də, övladının əlindən tutması qeyd edilmişdir. Bütün bunlara baxmayaraq Babayeva Sədaqət Şirzad qızı yenidən də hal hazırda da,həm statusunda və digər sosial şəbəkələrdə də, yenidən video görüntü yaymağa davam etməkdədir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 şikayətin təmin edilərək, Babayeva Sədaqət Şirzad qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən Babayeva Sədaqət Şirzad qızı şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən Babayeva Sədaqət Şirzad qızının müdafiəçisi Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində qeyd ediir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər.Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərəkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 öz şikayətində qeyd etmişdir ki, Sədaqət Babayeva Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 216 saylı tam orta məktəbdə digər müəllimlərin yanında onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları ifadə etmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Babayeva Sədaqət Şirzad qızının cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Babayeva Sədaqət Şirzad qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-749/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-749/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver