Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-75/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, M.Əzizbəyov küçəsi 31A ünvanında yaşamış, Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-243/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir az yaşlı övladı olan, ali təhsilli, işsiz, ünvan 1 mənzil 12 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, M.Əzizbəyov küçəsi 31A ünvanda yaşamış, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 1(005)-194/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqlaoğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, əkiz qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, xx xxxx 2019-cu il tarixdə saat 15:23-dən saat 15:25-dək olan müddət ərzində ünvan 2 ünvanına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən o, Nəsimi rayonu, 28 may küçəsi, ev 20 saylı binanın blokunda dayanıb talamanın manesiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman Təqsirləndirilən şəxs1 Nəsimi rayonu, 28 may küçəsi, ev 20 ünvanında yerləşən “Ametist Academy” hazırlıq kursunun giriş qapısının açıq olması fürsətindən sui-istifadə edərək kursa daxil olaraq dəhlizdə olan divanın üzərindən həmin kursda müəllimə işləyən Zərərçəkmiş şəxs1 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** GSM mobil nömrə olan 1 ədəd 650 manat dəyərində “İphone 8” markalı, **********27158 nömrəli İMEİ kodlu mobil telefonu götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 655 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə əkiz qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, xx xxxxxx 2019-cu il saat 20:10-dan saat 20:13-dək olan müddət ərzində ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 təsisçisi olduğu “X10” MMC-yə birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən, “X10” MMC-nin otağında şəxslərin olub-olmamasını yoxlamaq üçün o, və əkiz qardaşı Təqsirləndirilən şəxs2 birlikdə müştəri qismində həmin otağa daxil olaraq yenidən otağı tərk etmiş, otaqda heç kimin olmamasına əmin olduqdan sonra əvvəlcə o, daha sonra isə Təqsirləndirilən şəxs2 yenidən “X10” MMC-nin otağına daxil olaraq oradan içərisində dəyəri 150 manat olan 1 ədəd “İC” mübasibatlıq proqramı, dəyəri 200 manat olan “Auto CAD” mübasibatlıq proqramı və dəyəri 200 manat olan “Corel Draw” mübasibatlıq proqramları olan 1 ədəd qiyməti 2000 manat olan 2017-ci il istehsallı, Toshiba” markalı,Core İ5, Nvida xüsusiyyətli noutbuku götürərək gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il saat 18:29-dan saat 18:45-dək olan müddət ərzində ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasının 4-cü mərtəbəsində yerləşən “MK Academy” ali təhsil mərkəzindəki dərs otağının pəncərəsinin açıq olması fürsətindən sui-istifadə edərək əlini pəncərədən uzatmaqla qanunsuz olaraq binaya daxil olub vət. Zərərçəkmiş şəxs3 məxsus içərisində 300 manat dəyərində dil kursları üçün kompüter proqramları olan dəyəri 280 manat olan Çində istehsal edilmiş, İnspiron N5110 modelli cərayan qidalandırıcısı ilə birlikdə istifadədə olmuş “Dell” markalı noutbuk olan 1 ədəd qiyməti 10 manat olan qara rəngli noutbuk çantasını götürərək gizli yolla talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 590 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxx 2019-cu il tarixdə saat təxminən 15:30 radələrində əkiz qardaşı Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi saxlamış və harada olduğunu maraqlanmışdır. Telefon danışı zamanı Tərlan ona işdən çıxdığını deyən zaman onunla görüşmək istədiyini bildirmiş və maddi durumu çox aşağı olduğu üçün pula ehtiyacı olduğunu qeyd etmişdir. Bunu qardaşı Tərlan da çox yaxşı bilirmiş və başa düşürmüş. Tərlanla telefon danışığı zamanı o, onu ünvan 2 ünvanının yaxınlığına çağırmışdır. Onlar qabaqcadan razılaşmışlar ki, kim isə onlardan hansı məqsədlə bir yerdə olduqlarını maraqlansalar “kurs maraqlanmaq adı ilə birlikdə olduqlarını” deyələr. Belə ki, o, qardaşı Tamerlan ilə də oğurluqlar edən zaman kurs maraqlanmaq adı ilə ofis və tədris mərkəzlərinə daxil olub oğurluq edirmişlər. Çünki bu variant daha ağlabatan və təhlükəsiz variant imiş. Belə ki, onu da qeyd etmiş ki, o, özü də əvvələr kompüter kurslarına getmiş və kursu bitirməyi barədə ona sertifikat verilmişdi. Tərlanla telefon danışığından az müddət sonra Tərlan o, dediyi yerə yaxınlaşmış və əlində sellofan torba, əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynəyi var olmuşdur. Həmin vaxt onun əynində isə cins şalvar, başında eynək, qolu qısa qara rəngli köynək olmuşdur. Onlar birlikdə Nəsimi rayonu, 28 May küçəsi ev 20 ünvanında yerləşən binaya daxil olmuşlar. O, həmin binaya ona görə daxil olmuş ki, əvəllər həmin binaya gəlməmiş və həmin binadan heç birisi oğurluq etməmişlər. Bunu ona görə demiş ki, həmin binada heç kim onları tanımırmış. Həmin binadan onlar asanlıqla oğurluq edə bilərmişlər. Həmçinin bildirmiş ki, qabaqcadan aralarında olan razılaşmaya əsasən, Tərlan kənarda dayanmalı imiş və hər hansı bir təhlükə hiss etdiyi anda ona xəbər verməli imiş. Qeyd etmiş ki, Tərlan görüşə gələn vaxt əlində şəffaf rəngli sellofan torba da olmuşdur. Onlar ikisi birlikdə binaya daxil olmuşlar, danışdıqları kimi Tərlan kənarda dayanmış və o, yuxarı qalxmışdır. Bu, onların planlarının bir hissəsi olmuşdur. O, yuxarı qalxan zamanTərlan aşağıda dayanmışdır. O, yuxarı mərtəbəyə qalxaraq kurs maraqlanmaq adı ilə otaqlara baxmağa başlamışdır. Onun təbii ki, əsl məqsədi isə kurs maraqlanmaq deyil, əslində oğurluq etmək olmuşdur. Qeyd etmiş ki, o, binanın mərtəbəsini qalxaraq “Ametist Academy” hazırlıq kursuna daxil olmuşdur. Həmin kurs binanın ikinci mərtəbəsində yerləşirdi və giriş qapısı dəmirdən olmuşdur. O, məhz oranı ona görə seçmiş ki, əvvəllər də kurs maraqlanmaq adı ilə ofislərə daxil olaraq oğurluqlar etmişdir. Düşünmüş ki, əgər onu kim isə görərsə kurs maraqlanmaq üçün gəldiyini bildirər. Beləliklə, o, ikinci mərtəbədə yerləşən “Ametist Acadcmy” hazırlıq kursuna yaxınlaşan zaman kursun giriş qapısının açıq olub-olmamasını yoxlamış və giriş qapısının kilidli olmadığını müəyyən etdikdən sonra giriş qapısını açmışdır. Kursun giriş qapısını açan zaman qarşıda bir ədəd düz formada divan görmüşdür. Həmin divanın üzərində təxminən orta tərəfində bir ədəd ağ rəngli “İphone 8” markalı mobil telefon görmüş və ətrafa nəzər yetirib yaxınlıqda heç kimin olmamasını tam müəyyən etdikdən sonra həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bunun üçün də kursun giriş qapısının qarşısında divan tərəfə keçərək həmin “İphone 8” markalı mobil telefonu dərhal oğurlayaraq həmin ərazidən uzaqlaşmışdır və aşağıya doğru düşməyə başlamışdır. Qardaşı da ondan bir mərtəbə aşağıda dayanmış və onu gözləyirmiş. Onlar birlikdə binanın ümumi giriş qapısından çıxmamışdan qabaq o, əkiz qardaşı Tərlandan binaya girən zaman əlində tutmuş olduğu sellofan torbanı götürmüş və birinci Tərlan, ardınca da o, binanı tərk etmişlər və ardıcıl olaraq hərəkət etməvə başlamışlar. Sonradan isə müəyyən müddət getdikdən sonra o, həmin sellofan torbanı əkiz qardaşı Tərlana vermişdir, bir müddət sonra da yenə Tərlan həmin sellofan torbanı ona qaytarmışdır. Onlar həmin ərazidən xeyli uzaqlaşdıqdan sonra o, kursdan oğurladığı mobil telefonu saxladığı şalvarının arxa sol cibindən çıxarmış və onlar birlikdə həmin telefona baxan zaman müəyyən etmişlər ki, həmin mobil telefon “İphone 8” markalı mobil telefondur. Həmin mobil telefonu isə sonradan Kubinka adlanan ərazidə tanışı Asəf adlı şəxsə 80 manat borcu əvəzinə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 təsisçisi olduğu “X10” MMC-dən baş vermiş oğurluq hadisəsini törətmədiyini və həmin oğurluq barədə hər hansı bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onlar üç qardaşdırlar, əkiz qardaşı Tərlan və balaca qardaşları Tamerlan. Özü əvvəllər məhkum olunmuş şəxsdir. Belə ki, özünün və qardaşı X1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi üzrə ibtidai istintaq aparılmış və həmin cinayət işi üzrə Xətai Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 5 ay 26 gün müddətində, qardaşı Tamerlana isə 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Əvvəllər o, kiçik qardaşı Tamerlan ilə oğurluqlar edirmiş. Onlar birlikdə ofis və tədris mərkəzlərinə gedirmişlər, biri işçinin diqqətini yayındırır, digəri isə oğurluq edirmiş. Oğurluq nəticəsində əldə etdikləri əşyanı satıb pul əldə edib, həmin pulu isə öz aralarında bölüşdürürmüşlər. Daha sonra özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı şıkayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs1 ilə əkiz qardaşdır. xx xxxx 2019-cu il tarixdə saat təxminən 15:30 radələrində əkiz qardaşı Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlayan zaman ondan harada olduğunu maraqlanmışdır. Telefon danışığı zamanı o da Üzeyirə işdən çıxdığını qeyd edən zaman ona maddi durumu aşağı olduğu üçün pula ehtiyacı olduğunu qeyd etmişdir. Bunun üçün isə oğurluq etmək lazım idi. Bunu o və qardaşı Üzeyir də çox yaxşı bilir və başa düşürdü. Onunla telefon danışığı zamanı Üzeyir onu ünvan 2 ünvanının yaxınlığına çağırmışdır. Onlar qabaqcadan razılaşmışlar ki, kim isə onlardan hansı məqsədlər bir yerdə olduqlarını maraqlanarsa kurs maraqlanmaq adı ilə birlikdə olduqlarını desinlər. Çünki bu variant daha ağlabatan və təhlükəsiz variantdır. Belə ki, əkiz qardaşı Üzeyir özü də əvvələr kompüter kurslarına getmiş və kursu bitirməyi barədə sertifikat almışdır. Üzeyir onunla danışdıqdan az müddət sonra o, Üzeyirin dediyi ünvana yaxınlaşmış və həmin vaxt işdən çıxdığı üçün əlində sellofan torba, əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynək olmuşdur. Həmin vaxt Üzeyirin əynində isə cins şalvar, başında eynək, qolu qısa qara rəngli köynək var idi. Binanın qarşısında olan zaman Üzeyir ona bir daha bildirmiş ki, “qalxaq yuxarılara, yəni otaqlara baxaq görək oğurlamağa nə tapırıq”. O, ilk öncə etiraz etsə də sonradan Üzeyirlə razılaşmışdır. Beləliklə onlar birlikdə Nəsimi rayonu, 28 May küçəsi ev 20 ünvanında yerləşən binaya daxil olmuşlar. O, Üzeyirdən nə üçün məhz həmin binaya daxil olduqlarını soruşan zaman ona həmin binaya əvəllər gəlmədiyini, həmin binadan heç birilərinin oğurluq etmədiklərini, həmin binadan onların asanlıqla oğurluq edə biləcəklərini bildirmişdir. İfadəsinə əlavə olaraq onu da qeyd etmiş ki, əvvəlcədən aralarında olan plana əsasən, o, kənarda dayanmalı imiş və hər hansı bir təhlükə hiss etdiyi anda Üzeyirə xəbər verməli imiş. Onlar hər ikisi birlikdə ikinci mərtəbəyə qalxan zaman Üzeyir giriş qapısı dəmirdən olan “Ametisl Academy” hazırlıq kursuna daxil olmuş və qapısının qarşısından ona divanın üstündə cərəyana qoşulu vəziyyətdə olan bir ədəd ağ rəngli “İphone 8” markalı mobil telefon olduğunu bildirmişdir, o, ilk öncə Üzeyirə oğurluq etməməsini bildirmiş, lakin bir neçə saniyə sonra giriş qapısının qarşısından təxminən 5-6 pilləkan yuxarı qalxmış, Üzeyirin fikri ilə razılaşmış və ətrafa göz gəzdirməyə,yəni ətrafa baxmağa başlamışdır. Elə 4-5 saniyə sonra isə Üzeyir həmin giriş qapısından içəri girib çıxmış və ona bayaq dediyi həmin telefonu əlində göstərmişdir. Həmçinin həmin telefonun “İphone 8” markalı mobil telefon olduğunu və həmin telefonu oğurladığını qeyd etmişdir. O, Üzeyirin mənzildən çıxdığını görüb dərhal pilləkanlarla aşağıya doğru düşməyə başlamışdır. Binanın giriş qapısının qarşısına çatan zaman binadan çıxmamışdan qabaq Üzeyir ondan binaya girən zaman əlində tutmuş olduğu sellofan torbanı götürmüş və birinci o, ardınca da Üzeyir binanı tərk etmişlər və ardıcıl olaraq hərəkət etməyə başlamışlar. Sonradan isə müəyyən müddət getdikdən sonra Üzeyir həmin sellofan torbanı ona vermiş, bir müddət sonra da yenə o, həmin sellofan torbanı Üzeyirə qaytarmışdır. Onlar həmin ərazidən xeyli uzaqlaşdıqdan sonra Üzeyir kursdan oğurladığı “İphone 8” markalı mobil telefonu saxladığı şalvarının arxa sol cibindən çıxartmış və onlar diqqətlə həmin telefona baxış keçirmişlər. Həmin mobil telefonu isə eşitdiyinə görə sonradan Kubinka adlanan ərazidə Üzeyir tanışı Asəf adlı tanışına 80 manat borcu əvəzinə vermişdir. Bundan başqa o, xx xxxxxxxx 2019-cu il tarixdə daha bir oğurluq cinayəti törətmişdir. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 18:20 radələrində o, bibisi qızı Cəmilənin xahişi ilə Qazaxıstan Respublikasının Almata şəhərinə bilet maraqlanmaq üçün Bakı şəhəri ərazisində biletlərin qiymətini maraqlanmaq qərarına gəlmişdir. Bunun üçün Nəsimi rayonu ərazisində bir neçə turizm agentliyinə gedərək Almata şəhərinə biletlərin qiyməti ilə maraqlanmağa başlamışdır. Qeyd etmiş ki, maraqlana-maraqlana Nəsimi rayonu, Nizami küçəsi 203 B saylı ünvanda yerləşən «AFF Business House” yaşayış binasının 4-cü mərtəbəsinə qalxmışdır. Binanın 4-cü mərtəbəsinə liftlə qalxmışdır. Bildirmiş ki, binanın dördüncü mərtəbəsi rus “P” hərfi şəklində olmuşdur. O, lift ilə çıxan kimi uzaqdan qarşısında kameranın olduğunu aydınca görmüşdür. Həmin vaxt onun başında göy rəngli idman papağı (kepka), əynində göy rəngli şalvar, qara rəngli qolu qısa köynək, əlində isə sellofan torba olmuşdur. Kamera üzü o gələn istiqaməti tərəfi çəkirmiş. O, üzü yuxarıya doğru hərəkət edən zaman sol tərəfdə qapı görmüş ,qapının qarşısından keçən zaman sol tərəfə döngənin olduğunu görüb sol tərəfə doğru hərəkət etmişdir. Turizm agentliyi sağ tərəfdə yerləşirdi, sol tərəfdə isə ifadəsində qeyd etdiyi qapısı olan otağın pəncərəsi yerləşirdi. Pəncərə tam şəkildə açıq idi. O, pəncərədən otağın içərisinə doğru baxan zaman pəncərəyə yaxın yerdə şkafın üstündə bir ədəd qara rəngli noutbuk çantası görmüşdür. Həmin vaxt qərara gəlmiş ki, qara rəngli noutbuk çantasının içərisində noutbuk olub-olmamasını yoxlasın, əgər noutbuk varsa, çanta ilə birlikdə həmin noutbuku oğurlasın. Bunun üçün ilk öncə ətrafa nəzər yetirmiş və onu heç kimin görmədiyini müəyyən etmişdir, hər ehtimala qarşı da pəncərənin yaxınlığında bir neçə dövrə fırlanmışdır. Sonradan isə dərhal pəncərəyə yaxınlaşıb, pəncərənin açıq olmasından suiistifadə edib əlini pəncərədən içəri salmış, şkafın üstündə olan noutbuk çantasını götürmüş və dərhal da həmin ərazidən uzaqlaşmışdır. Bildirmiş ki, bu dəfə liftdən istifadə etməmiş, əvəzində isə pilləkanlarla aşağı mərtəbələrə doğru hərəkət etmişdir. Qeyd etmiş ki, o, noutbuku götürdükdən sonra sellofan torbanı onun qabağında tutmuş ki, heç kim noutbuku oğurladığını güman etməsin, sonradan isə artıq binanı tərk etmişdir. Birdən yadına düşmüş ki, binanın mərtəbələrində kameralar var, o, sellofan torbanı noutbuk çantasının qabağında tutub oradan uzaqlaşan zaman onun hərəkətinin sol tərəfindən də onu kameralar çəkmişdir. Bunun üçün də o, binadan çıxdıqdan sonra dərhal əkiz qardaşı Üzeyirə zəng vurmuş və harada olduğunu maraqlanmışdır. Üzeyir ona telefon danışığı zamanı Nəsimi rayonu, S.Vurğun bağının yaxınlığında olduğunu bildirmiş və o da Üzeyirə “AFF Business House” yaşayış binasının yaxınlığına yaxışlaşmasını bildirmiş və təxminən 2-3 dəqiqədən sonra onlar görüşmüşlər və görüş zamanı o, noutbuku qardaşı Üzeyirə vermiş və yalandan bildirmiş ki, həmin noutbuku ona işdən veriblər. Qardaşı Üzeyir isə ondan artıq hər hansı bir şey soruşmamış və noutbuku ondan almışdır. Onlar birlikdə yaşadıqları evə getmişlər, sonradan isə bilmiş ki, oğurladığı noutbukun sahibi polisə gedərək şikayət ərizəsi yazmışdır. O, qorxmuş və noutbuku satmamışdır. Sonradan isə həmin oğurladığı noutbuku polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 təsisçisi olduğu “X10” MMC-dən baş vermiş oğurluq hadisəsini törətmədiyini və həmin oğurluq barədə hər hansı bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadələri onun tərəfindən oxunmadan imzalanmış, barəsində həbs qətimkan tədbiri seçilərkən nədənsə məhkəməyə təqsirli olmadığını bildirməmiş və xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasında olan CD görüntülərindəki şəxs özüdür. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona qarşı şıkayət və tələblərinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, CD disklərində olan görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özü Nəsimi rayonu, 28 may küçəsi ev 20 ünvanında yerləşən “Ametist Academy” hazırlıq kursunda ingilis dili müəlliməsi kimi işləyir. İş saatı 10-dan başlayır və saat 18-da başa çatır. O bildirmiş ki, həmin hazırlq kusuna giriş sərbəstdir,yəni hamı həmin kursuna gələ bilər. Tədris mərkəzinə daxil olmaq üçün hər hansı bir xüsusi icazə tələb olunmur. Mahiyyəti üzrə bildirmiş ki, o, xx xxxx 2019-cu il saat 15 radələrində işlədiyi ünvan 6 ünvanında yerləşən “Ametist Academy” hazırlıq kursunun ikinci mərtəbəsində mobil telefonunu divanın üzərinə qoymuşdur. Saat təxminən 15:10dan 15:30-dək olan müddət ərzində həmin mobil telefon elə divanın üzərinə qalmışdır. O, bildirmiş ki, əlini yumaq üçün digər otağa keçmiş və həmin qeyd etdiyi otağa keçən zaman mənzilin dəmirdən olan olan giriş qapısının səsini eşitmişdir. Belə ki, mənzilin giriş qapısı açılan zaman səs edir. O, əlini yuduğu mətbəxdən çıxan kimi isə dəhlizdə olan divanın üzərindən onun özünə məxsus 650 manat dəyərində “İphone 8” markalı, **********27158 nömrəli İMEİ kodlu mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bidlirmiş ki, həmin mobil telefonun üzərində olan mobil nömrəyə görə də ona 5 manat məbləğində maddi ziyan dəymişdir. Ümumilikdə isə baş vermiş oğurluq nəticəsində ona 655 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasının 4-cü mərtəbəsində yerləşən “MK Academy” ali təhsil mərkəzində ingilis dili müəllimi olaraq fəaliyyət göstərir. Keçən ilin, yəni 2018-ci ilin fevral aylarından etibarən həmin ünvanda işləyir. Bazar günləri istisna olmaqla hər gün həmin ünvanda müəllim olaraq fəaliyyət göstərir. Həmin gun, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində ofisə daxil olarkən noutbukunu yerində aşkar etməmişdir. Dərs ərzində istifadə etdiyindən belə ki, son olaraq xx xxxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində “Dell” markalı noutbuku istifadə edib qabına yerləşdirərək hər zamankı qoyduğu yer olan kitab şkafının yanına qoyduğunu xatırlayır.Nahar fasiləsinə çıxandan sonra keçdiyi dərs zamanı noutbukdan istifadə etmədiyi üçün yerində olduğunu və ya olmadığını yəqin etmədən ofisi tərk etmişdir.Qeyd etmiş ki, onun həmin ofisdə iş saatı saat 10:00-dan saat 18:00-dəkdir. Həmçinin bildirmiş ki, həmin tədris mərkəzinin kənarında qəbul yeri var. Kənar şəxslər iş vaxtı qəbul yerinə yaxınlaşaraq hansı kursa gəldiklərini bildirirlər, bundan sonra qəbulda oturan şəxs tərəfindən kurs otağında kursun keçirilib-keçirilməməsi yoxlanılır, əgər həqiqətən həmin vaxt kurs varsa gələn şəxsin adının kursa gəlməli şəxslərin siyahısında olub-olmaması yoxlanılır. Bundan sonra əgər həmin şəxsin adı kursa gəlməli şəxslərin siyahısında varsa, müəllim kurs otağında olduğu halda kursa buraxılır, yox əgər kurs otağında müəllim yoxdursa, gəlmiş şəxs gözlədilir və kursun müəllimi gəldikdən sonra onunla birlikdə kursa gəlmiş şəxs də buraxılır. İş vaxtı başa çatdıqdan sonra isə kursa gəlmiş şəxslər hansı kursa gəldikləri, həmin vaxt həqiqətən də qəbula yaxınlaşmış şəxsin dediyi kursun olub-olmaması, müəllimin kurs otağında olub-olmaması yoxlanılır. İstənilən halda kənar şəxslərin öz başına kurs otağına girməsinə icazə verilmir. Əgər kursa yaxınlaşmış şəxs kurs otağında hər hansı isə bir əşyasının qaldığını belə bildirsə və kurs otağında heç kim olmazsa, bu zaman qəbulda oturmuş şəxs ilə birlikdə kurs otağına həmin şəxs daxil ola bilir, sərbəst girməsinə isə ümumiyyətlə icazə verilmir. Bildirmiş ki, o, həmin “Dell” markalı noutbuku 280 manat, həmin noutbukun çantasını isə 10 manat dəyərindədir, həmçinin həmin noutbukun içərisində 300 manat dəyərində dil kursları üçün kompüter proqramları da olmuşdur. Ona görə də bildirmiş ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 590 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 2012-ci il tarixdən “X8 Center” MMC-nin tam paylı təsisçisidir. Həmin MMC ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq bildirmiş ki, xx xxxxxx 2019-cu il tarixdə şirkətin böyük zalında masanın üzərində olan “Toshiba” markalı noutbukun yerində olmadığını aşkar edib, işçilərdən noutbukun kimin tərəfindən götürüldüyünü soruşmuşdur. Lakin noutbukun işçilər tərəfindən götürülmədiyini bildikdən sonra şirkətə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülərə baxmış və xx xxxxxx 2019-cu il tarixdə saat 23:10 radələrində şirkətə iki nəfər tanımadığı şəxsin daxil olduğunu, saat 20:13 radələrində həmin şəxslərdən biri əlində olan göy rəngli sellofanın içində noutbuku apardığını müşahidə etmişdir. Müşahidə kameralarının qeydə aldığı video görüntüləri diskə köçürərək könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bildirmiş ki, həmin noutbuku 2017-ci il tarixdə 2500 manata almışdır. Həmin noutbuk tünd göy rəngli olmuş və prosessoru isə CORE 15, video kartası isə Nivada markalı olmuşdur. Həmin “Toshiba” markalı noutbukun içərisində mühasibatlıq proqramları da olmuşdur (İC mübasibatlıq proqramı 150 manat, Auto CAD mübasibatlıq proqramı 200 manat, Corel Draw mübasibatlıq proqramı 200 manat). Həmçinin qeyd etmiş ki, ofisin iş rejimi saat 09:00-dan axşam saat 21:00-a qədərdir. Ofisə bağlanana kimi isə hamı ofisə daxil ola bilər. Bildirmiş ki, həmin “Toshiba” markalı noutbukun xx xxxxxx 2019-cu il tarixinə orta bazar qiyməti təxminən 2000 manat olar, mübasibatlıq proqramlarının qiyməti isə təxminən 550, ümumilikdə baş vermiş oğurluq nəticəsində ona 2550 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsində qeyd etmiş ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq konkret olaraq adla şübhələndiyi şəxs olmamış, lakin video görüntülərə də baxan zaman o, ofisə xx.xx.2019-cu il tarixdə saat 20:10 radələrində daxil olmuş tanımadığı həmin 2 nəfər şəxsdən birindən şübhələnmiş, oğurluq hadisəsindən sonra o, ofisin işçilərini sorğu sual edən zaman işçisi Zərərçəkmiş şəxs4 bildirmiş ki, video görüntüdə gördüyü həmin 2 nəfər şəxs ofisə daxil olan zaman o ofisin digər otağında olmuşdur, özü həmin otaqdan çıxarkən isə həmin 2 nəfər şəxsdən əynində göy rəngli cins şalvar olan şəxsin əlindəki göy rəngli sellofan torbasının içərisində noutbukla çıxdığını görmüşdür. Sonradan isə ofisə daxil olan zaman ofisdən 1 ədəd “Toshiba” markalı noutbukun oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2019-cu ilin yanvar ayından “X8 Center” MMC-nin meneceri işləyir. Onların ofisinin iş rejimi saat 09:00-dan axşam saat 21:00-a qədərdir. Ofis bağlanana kimi isə hamı ofisə daxil ola bilər. xx xxxxxx 2019-cu il tarixdə ofislərindən 1 ədəd “Toshiba” markalı noutbuk oğurlanmışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində ofislərində digər otaqda olan zaman səs eşitmiş və otaqdan ofisin zalına daxil olan 2 nəfər şəxsi görmüşdür. Həmin şəxslərdən birinin əynində ağ rəngli cins şalvar , digər şəxsin əynində isə göy rəngli cins şalvar var idi. Həmin göy rəngli cins şalvar geyinmiş şəxsin böyu digərinə nisbətən qısa və saçlarının ucu ağarmış kimi idi. Həmin şəxslərin əlində sellofan torba var idi. Elə bilmiş ki, həmin şəxslər ofisə işləri ilə bağlı gəlmişlər. Ona görə də həmin şəxslərə elə də ciddi fikir verməmişlər. Ona görə də öz işləri ilə məşğul olmağa davam etmişlər. Təxminən 2-3 dəqiqə sonra isə həmin şəxslərin ofisi tərk etdiyini görmüş. Ona görə də olduğu otaqdan çıxıb həmin şəxslərə diqqət edən zaman həmin şəxslərdən əynində göy rəngli cins şalvar olan şəxsin əlindəki sellofan torbada 1 ədəd noutbuk görmüşdür. Bildirmiş ki, həmin şəxsin sellofanına onların ofisinə daxil olan zaman elə də ciddi fikir verməmişdir. Ona görə də şübhələnməmişdir. Lakin sonradan ofisdən oğurluq olduğunu anlamış və bu zaman həmin şəxs ağlına gəlmişdir. Ofisdə olan müşahidə kameralarına diqqətlə baxan zaman həmin boyca qısaq olan, əynində göy rəngli cins şalvarı olan şəxsin ofisə daxil olan zaman əlindəki sellofan torbasının boş olduğunu, lakin ofisi tərk edən zaman isə əlindəki sellofan torbanın dolu olduğunu görmüşlər. Həmçinin o, onu da qeyd etmiş ki, həmin şəxs ofisi tərk edən zaman o, həmin sellofan torbanın içərisində noutbuku görmüşdür. O, həmin şəxslərin hər ikisini də əvvəllərdən tanımırmış, lakin həmin şəxsləri hal-hazırda görərsə hər ikisini də tanıyar. Qeyd etmiş ki, onun konkret olaraq adla şübhələndiyi şəxs yoxdur, həmin xx.xx.2019- cu il tarixdə saat 20:10 radələrində ofisə daxil olan şəxslərdən əynində göy rəngli cins şalvar olan şəxsdən şübhələnmiş, çünki həmin şəxs ofisi tərk edən zaman o həmin şəxsin sellofan torbasının içərisində 1 ədəd Noutbuk görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində TTYS-dan axşam saatlarında məlumat daxil olmuşdu ki, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi dalan 2 saylı ünvanda naməlum kişi meyidi var. O, həmin ərazinin baş əməliyyat müvəkkili olduğundan, eyni zamanda xidmət etdiyi inzibati ərazidə yaşayan şəxslərin hamısını tanıdığı üçün həmin əraziyə yollanmışdır. Həmin ərazidə ölmüş şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün ətrafa ona məxsus hər hansı bir sənədin və ya əşyanın düşə biləcəyini güman edib ətrafı da axtarmağa başlamışdır. Bu vaxt həmin naməlum kişi meyitinin təxminən 8-10 metr məsafəsində 1 ədəd “İphone 8” markalı mobil telefon görmüş, həmin mobil telefonun şəxsiyyəti müəyyən edilməyən naməlum kişi meyidinə məxsus ola biləcəyini güman etmiş və düşünmüş ki, həmin mobil telefon vasitəsi ilə həmin meyidin şəxsiyyətini müəyyən edə bilər. Bunun üçün o, həmin mobil telefonu götürmüş və “Media kart” adlanan hisəsinə baxış keçirən zaman orada xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 adlı şəxsin adı çıxmışdır. Qeyd etmiş ki, həmin gün o, naməlum kişi meyidinin və “İphone 8” markalı mobil telefonun sahibini müəyyən edə bilməmişdir. Səhərisi gün isə 21-ci Polis Bölməsinin rəhbərliyinə xx.xx.1996cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 adlı şəxsin anket məlumatlarının müəyyən edilməsi üçün raportla müraciət etmiş və nəticədə ona məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxs1dır. Bundan sonra o, həmin şəxsin pasport qeydiyyatında olduğu ünvanın ev telefonunu taparaq əlaqə saxlamış. Telefonu bir nəfər qadın götürmüş və onunla danışan zaman Ayseli tanıdığını, onun həmin ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq həmin ünvanda yaşamadığını, hazırda onların qeyd edilən ünvanda kirayəşin yaşadıqlarını bildirdi. O. həmin Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini istəmiş ki, ona məxsus mobil telefonu xidmət etdiyi Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, dalan 2 saylı ünvandan tapdığını bildirsin. Telefon danışığı zamanı ilk əvvəl həmin qadın ona Ayselin və ailə üzvlərinin telefon nömrəsini verməmiş, lakin sonradan Ayselin atası Bəşir adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Həmin mobil nömrə ***-***-**-** GSM saylı mobil nömrə idi. Bundan sonra o, həmin mobil nömrə ilə əlaqə saxlamış və “İphone 8” markalı mobil telefonu xidmət etdiyi Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi dalan 2 saylı ünvandan tapdığını bildirdikdə, Bəşir adlı şəxs həmin telefonun qızı Ayselə məxsus olduğunu və xx xxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “Ametist Academy” hazırlıq kursundan oğurlandığını bildirmiş və hazırda həmin oğurluq faktı üzrə Nəsimi RPİ-nin İŞ-də cinayət işinin istintaq edildiyini bildirdi. Bundan sonra o, qeyd edilən ünvanın 22-ci polis şöbəsinin inzibati ərazisi olduğunu öyrənmiş və polis şöbəsi ilə əlaqə saxlayan zaman cinayət işinin istintaqını müstəntiq Nizami Omarovun apardığını bildirmişlər. Bundan sonra o, müstəntiq ilə telefon əlaqəsi saxlamış və baş vermiş hadisəni ətraflı danışmışdır və həmin mobil telefonu könüllü olaraq Nəsimi RPİ-nin istintaq Şöbəsinə təhvil vermişdir. Həmçinin ifadəsinə onu da əlavə etmək istəmiş ki, sonrakı araşdırma zamanı həmin naməlum kişi meyidinin də şəxsiyyəti müəyyən edildi və Sirac Mustafayev adlı şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 249-253-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxxxx 2019-cu tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 79-83-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 118-121-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 95-ci vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 26-28-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxxxx 2019-cu tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 122-125-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 66-67-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və V Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 24050 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş Dell markalı, İnspiron N5110 modelli istifadədə olmuş noutbukun (cərəyan qidalandırıcısı ilə birlikdə) 2019-cu ilin senrtabr ayına olan orta bazar qiyməti təxminən 280,0 manat, qara rəngli notbuk çantası 10,0 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 145-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 147-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 24049 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “8” modellli telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq , 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti təxminən 650,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 148-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 150-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30176 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd istifadə olunmuş 2017-ci il istehsallı Toşiba markalı, Core i5, Nvidia xüsusiyyətli noutbukun 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 151-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 221-241-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərardan görünür ki, ünvan 2 ünvanının yaxınlığında quraşdırılmış müşahidə kameraları tərəfindən xx xxxx 2019-cu il tarxdə qeydə alınmış vət. Zərərçəkmiş şəxs1 məxsus “İphone 8” markalı, **********27158 nömrəli İMEİ kodlu mobil telefonun oğurlanması faktının video görüntülərini özündə əks etdirən 1 ədəd CD diski, ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasının 4-cü mərtəbəsində yerləşən “MK Academy” ali təhsil mərkəzindəki dərs otağının pəncərəsi quraşdırılmış müşahidə kameraları tərəfindən xx xxxxxxxx 2019-cu il tarxdə qeydə alınmış və vət. Zərərçəkmiş şəxs3 məxsus içərisində kompüter proqramları olan 1 ədəd ‘‘Dell” markalı noutbukun oğurlanması faktının video görüntülərini özündə əks etdirən 1 ədəd CD diski və Bakı şəhəri, ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 direktoru olduğu “X10” MMC-nin müşahidə kameraları tərəfindən xx xxxxxx 2019-cu il tarxdə qeydə alınmış və vət. Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Toshiba” markalı noutbukun oğurlanması faktının video görüntüsünü özündə əks etdirən 1 ədəd CD diskd iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatına təqdim edilmişl ədəd “İphone” markalı, “8” modellli telefon aparatı və ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş Dell markalı, İnspiron N5110 modelli istifadədə olmuş noutbuk (cərəyan qidalandırıcısı ilə birlikdə) iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və zəruri istintaq hərəkərləri həyata keçirildikdən sonra zərərçəkmiş şəxsə qəbzlə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-243/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cild 146-cı vərəqəsində olan Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məlumatından görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-243/2018 saylı hökmü xx xxxx 2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 11 ay 22 gün cəza çəkmişdir. Cinayət işinin 2-ci cild 36-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(005)-194/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Cinayət işinin 3-cü cild 147-ci vərəqəsində olan Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məlumatından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(005)-194/2018 saylı hökmüşöbənin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 1 il 15 gün cəza çəkmişdir. Cinayət işinin 1-ci cild 15-ci vərəqində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 7 A ünvanında 22 mərtəbəli binanın 3- cü mərtəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 direktoru olduğu “X10” MMC-nin müşahidə kameraları tərəfindən xx xxxxxx 2019-cu il tarxdə qeydə alınmışdır. VİD-20191028- WA0012 başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntüsü 2019-08-15-ci il saat 20:07:44-də başlayır və video görüntü 05 dəqiqə 11 saniyə müddət ərzində davam edir. Video görüntüdə ilk saniyədə 1 nəfər şəxsin normal addımlarla ofisi tərk etdiyi müəyyən olunur. Video görüntünün 14-cü saniyəsində isə daha 1 nəfər şəxsin normal addımlarla sol əlində qara rəngli idman çantası və kağızlar tutaraq ofisi tərk etdiyi müəyyən olunur. Video görüntünün 27-ci saniyəsində isə daha 1 nəfər şəxsin normal addımlarla sol əlində kağızlar tutaraq ofisi tərk etdiyi müəyyən olunur.Video görüntünün 01 dəqiqə 10-cu saniyəsində 1 nəfər sağ əlində göy rəngli sellofan torba, əynində boz rəngli qolu qısa köynək, gözündə eynək olan şəxsin dəhlizə daxil olaraq ətrafa nəzər yetirəməsi və dərhal da dəhlizdən geri qayıtması müəyyən olunur. Video görüntünün saat 20:10:11-ci saniyəsində 1 nəfər şəxsin başında idman papağı( göy kepka), əynində ağ rəngli şalvar, qara rəngli qolu qısa köynək, sol əlində isə göy rəngli sellofan torba olan şəxsin ofisin dəhlizinə daxil olaraq ofisin giriş qapısına yaxınlaşması və ofisə baxması və daha sonra isə dəhlizdən geri qayıdaraq müşahidə kamerasından uzaqlaşması müəyyən olunur. Video görüntüdə saat 20:11:11-də yenidən şəxsin başında idman papağı(göy kepka), əynində ağ rəngli şalvar, qara rəngli qolu qısa köynək, sol əlində isə göy rəngli sellofan torba olan şəxsin ofisin dəhlizinə gələrək oradan da ofisə daxil olması müəyyən olunur. Video görüntünün 20:11:19-cu saniyəsində yenidən sağ əlində göy rəngli sellofan torba, əynində boz rənglu qolu qısa köynək, gözündə eynək olan şəxsin dəhlizə gələrək oradan da ofisə daxil olması müəyyən olunur. Video görüntünün 20:12:25-ci saniyəsində ofisə saat 20:11:11-də daxil olmuş şəxs ofisdən çıxaraq müşahidə kamerasından uzaqlaşır. Video görüntünün saat 20:12:37-ci saniyəsində ofisə saat 20:11:20-də daxil olmuş sağ əlində göy rəngli sellofan torba, əynində boz rənglu qolu qısa köynək, gözündə eynək olan şəxsin sağ əlindəki sellofanın içərisi dolu şəkildə sürətli şəkildə ofisin dəhlizini tərk edərək müşahidə kamerasından uzaqlaşdığı müəyyən olunur. Cinayət işinin 1-ci cild 55-ci vərəqində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasının 4-cü mərtəbəsində yerləşən “MK Academy” ali təhsil mərkəzindəki dərs otağının pəncərəsi quraşdırılmış müşahidə kameraları tərəfindən xx xxxxxxxx 2019-cu il tarxdə qeydə alınmışdır. Həmin CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 4 ədəd videogörüntü vardır. Birinci başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü xx xxxxxxxx 2019-cu il saat 17:47-də başlayır və video görüntü 27 saniyə müddət ərzində davam edir. Video görüntüdə sol əlində sellofan torba ,əynində qara rəngli qolu qısa köynək, başında göy rəngli idman papağı olan bir nəfər şəxsin hərəkət etdiyi və video görüntünün 7-ci saniyəsində yəni saat 17:55:39-da həmin şəxsin sağ əlində mobil telefon liftə daxil olduğu müəyyən olunur. İkinci başlıqlı video görüntünün 1-ci saniyəsində əlində sellofan torba ,əynində qara rəngli qolu qısa köynək, başında göy rəngli idman papağı olan şəxsin liftin 4-cü mərtəbəsindən çıxdığı müəyyən olunur. Üçüncü başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü 06 saniyə davam edir. Video görüntü xx xxxxxxxx 2019-cu il tarixdə saat 18:45:14-də başlayr. Video görüntüdə sağ əlində sellofan torba , həin əlində sellofan torbanın altında kompüter çantası, sol əlində mobil telefon, əynində qara rəngli qolu qısa köynək, başında göy rəngli idman papağı olan şəxsin Nəsimi rayonu, Nizami küçəsi ev 203 B saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasının həmin vaxt birinci mərtəbəsində olduğunu və liftdən istifadə edərək binanın 4-cü mərtəbəsində yerləşən liftinə tərəf getdiyi müəyyən olunur. Dördüncü başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü 37 saniyə davam edir. Video görüntü xx-xx-2019-cu il saat 18:51:15-də başlayır. Video görüntünün ilk saniyələrində uzaqdan iki nəfər şəxsin yanaşı şəkildə gəldiyi müəyyən olunur. Belə ki, həmin şəxslərdən birinin əynində qara rəngli qolu qısa köynək,əynində göy rəngli şalvar, sağ əlində sellofan torba olduğu, digərinin isə gözündə eynək, əynində qolu qısa köynək, qara rəngli şalvar, sağ əlində selofan torba və sellofan torbanın yanında isə 1 ədəd kompüter çantasının olduğu müəyyən olunur. Cinayət işinin 1-ci cild 132-ci vərəqində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 2 ünvanının yaxınlığında quraşdırılmış müşahidə kameraları tərəfindən xx xxxx 2019-cu il tarxdə qeydə alınmış 4 ədəd videogörüntü var. Belə ki, 1-ci başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü 01 dəqiqə 21 saniyə davam edir. Video görüntü xx.xx.2019-cu il tarixdə saat 15:23:47-də başlayır. Video görüntünün 08-ci saniyəsində bir nəfər əlində sellofan torba, əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynəyi olan şəxs binaya daxil olur. Video görüntünün 12-ci saniyəsində isə gözündə əynək, əynində qısa qol qara rəngli köynək, qara rəngli şalvar olan şəxs binaya daxil olur. İkinci başlıqlı Video görüntünün 01 dəqiqə 10-cu saniyəsində əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynəyi olan şəxs binadan çıxır. Binadan çıxan zaman binaya daxil olan zaman əlində olan sellofan torba yoxdur. Video görüntünün 01 dəqiqə 10-cu saniyəsində gözündə eynək, əynində qısa qol qara rəngli köynək, qara rəngli şalvar olan şəxs əlində şəffaf rəngli sellofan torba ilə binadan çıxır və hər iki şəxs bir birinin ardınca tez-tez hərəkət edirlər. Həmin video görüntü 19 saniyə davam edir və video görüntüdə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir hal müəyyən edilmir. Üçüncü başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü 41 saniyə davam edir. Video görüntü saat 15:25:17-də başlayır. Video görüntünün 7-ci saniyəsində qabaqda əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynəyi olan şəxsin, onun arxasınca isə əynində cins şalvar, başında eynək, xətli qolu qısa köynəyi və sol əlində şəffaf sellofan torba olan şəxsin hərəkət etdiyi müəyyən olunur. Dördüncü başlıqlı video görüntüyə baxış zamanı məlum olur ki, həmin video görüntü 17 saniyə davam edir. Video görüntü saat 15:28:23-də başlayır.Video görüntünün ilk saniyələrində əynində cins şalvar, qolu qısa qara rəngli köynəyi olan şəxs əlini şalvarının arxa sol cibinə ataraq nə isə götürdüyü müəyyən olunur. Video görüntünün 02ci saniyəsində isə qara rəngli qolu qısa köynək geyinmiş şəxsin şalvarının arxa sol cibindən çıxarıb baxdığı əşyanın mobil telefon olduğu müəyyən olunur. Həmçinin həmin şəxsin sol tərəfində isə əynində cins şalvar, başında eynək, qara rəngli qolu qısa köynəyi olan şəxsin hərəkət etdiyi və sağ əlində şəffaf rəngli sellofan torbanı daşıdığı müəyyən olunur. Cinayət işinin 2-ci cild 166-cı vərəqəsində olan AZ-İ seriyalı, 844817 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 və X5 arasında nikah xx xxxxx 2013-cü il tarixdə bağlanmış, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 164-cü vərəqəsində olan AZ-İİİ seriyalı, 344119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2 , anası isə G.Ə.Əliyevadır. Cinayət işinin 3-cü cild 94-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur və onlar barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 3-cü cild 97-ci vərəqəsində olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur və onun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X9 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X13 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 oğlu tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqlaoğurluq etməsi və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi cinayətlərini qismən etiraf etsələr də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD disklərində olan video görüntülərlə, ekspert rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onların təqsirli olmaları tam sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalı və onlar həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxslərin dindirmə protokollarından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 və həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri barədə qərarlardan görünür ki, təqsirləndirilən şəxslər könüllü olaraq həmin məhkəmə iclaslarında törətdiləri cinayət əməllərini tam etiraf etmişlər, saxlanan zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamışlar, maddi imkanlarının olmaması səbəbindən cinayəti törətmişlər, peşmandırlar və sair, məhkəməyədək istintaq dövründə sənədləri imzalamış və onlara istinad edilən əməlləri tam etiraf etmişlər. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən “X10” MMC-də yalnız özünün olmasını və qardaşının orada olmamasını, digər Təqsirləndirilən şəxs2 isə verdiyi ifadəsində həmin vaxt yuxarıda göstərilən ünvanda olmamasını israrla qeyd etsələr də, məhkəmə istintaqı zamanı CD disklərində olan gürüntülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 4 saylı ünvanda yerləşən “AFF Business House” yaşayış binasında və xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 A ünvanında 22 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən “X10” MMC-nin binasında olarkən başında üzərində ağ emblem olan göy rəngli idman kepkası taxmışdır. Bundan əlavə görüntülərdə Təqsirləndirilən şəxs2 başında ağ emblem olan göy rəngli idman papağı, əynində ağ rəngli şalvar, qara rəngli qolu qısa köynək, sol əlində göy rəngli sellofan torba ilə 2019-08-15 tarixdə, saat 20-10-11 saniyədə “X10” MMC-nin binasının dəhlizdən ofisə daxil olması və ətrafa baxması, 08 (20-10-19) saniyə sonra ofisdən dəhlizə çıxması və sonra yenidən 52 (20-11-11) saniyə sonra dəhlizdən ofisə daxil olması, 09 (20-11-20) saniyə sonra sonuncunun qardaşı digər Təqsirləndirilən şəxs1 əlində olan yüngül hərəkətlərindən əzilərək içi boş olduğu görsənən göy rəngli sellofan torba ilə dəhlizdən ofisə daxil olması, 01 dəqiqə 06 (20-12-26) saniyə sonra Təqsirləndirilən şəxs2 iti addımlarla ofisdən çıxması, qardaşı Təqsirləndirilən şəxs1 isə 12 ( 20-12-38 ) saniyə sonra əlində olan sellofanın içərisi bu dəfə dolu şəkildə sürətlə ofisdən dəhlizə çıxması açıq-aşkar müəyyən edilir. Həmçinin CD disklərində olan digər görüntülərlə də təqsirləndirilən şəxslərin törətdikləri digər cinayət əməlləri də öz təsdiqini tapmışdır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyibu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı şıkayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də eyni tərkibli cinayət əməllərini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-243/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılmasıcəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasıcəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının xx xxxxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona qarşı şıkayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də eyni tərkibli cinayət əməllərini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(005)-194/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılmasıcəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasıcəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) ay 07 (yeddi) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının xx xxxxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “İphone” markalı, “8” modellli telefon aparatı və 1 ədəd Çində istehsal edilmiş Dell markalı, İnspiron N5110 modelli noutbuk zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli, oğurluq faktlarının video görüntülərini özündə əks etdirən 3 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Q.H.Cavadova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat, Ş.M.Dadaşova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı və 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-243/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılmasıcəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasıcəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(005)-194/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılmasıcəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasıcəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) ay 07 (yeddi) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone” markalı, “8” modellli telefon aparatı və 1 ədəd Çində istehsal edilmiş Dell markalı, İnspiron N5110 modelli noutbuk zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin, oğurluq faktlarının video görüntülərini özündə əks etdirən 3 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci cəmi – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyədək istintaq dövründə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-75/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-75/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver