Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-76/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 24 iyul 1990-cı il tarixdə Hindistan Respublikası, Pəncab vilayətində anadan olmuş, Hindistan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Hindistan Respublikası, Pəncab vilayəti, Sas Nagar qəsəbəsi, Mundi Kharar kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,233 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 03:10-da Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsində yerləşən «Qış Parkı»nın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şortun sol yan cibindən 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 1,168 qram, 0,058 qram və 0,007 qram olmaqla ümumi təmiz çəkisi 1,233 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikasının vətəndaşıdır və 06 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasına turist olaraq gəlmişdir. Lakin baş vermiş pandemiya ilə bağlı olaraq hava limanı bağlı olduğu üçün öz ölkəsinə geri qayıda bilməmişdir. O, bu barədə dəfələrlə öz səfirliyinə məlumat versə də, səfirlikdən ona hələ yolların açılmadığını və gözləməli olduğunu bildirmişlər. O, 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində adını xatırlamadığı gecə klubunda adını xatırlamadığı şəxsdən ödənişsiz olaraq psixotrop maddə əldə etmişdir. Psixotrop maddənin miqdarını xatırlamır. Gecə klubundan çıxdıqda polis əməkdaşları onu saxlamışlar. O, Azərbaycan dilini bilmədiyi üçün polis əməkdaşları ilə danışa bilməmiş və bundan sonra onu polis bölməsinə aparmışlar. Orada ona tərcüməçi dəvət etməklə şübhəli şəxs olduğu üçün saxlanmasını izah etmişlər. Bundan sonra ona müdafiə olunmağı üçün vəkil dəvət etmişlər. Daha sonra üzərinə videoçəkilişlə baxış keçiriləcəyi ona izah edilmişdir. Polis əməkdaşlarının tələbi əsasında əynində olan qara rəngli cins şortun sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş və 02 ədəd qara rəngli kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin psixotrop maddələri adını xatırlamadığı gecə klubunda adını xatırlamadığı şəxsdən əldə etməsi barədə polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları özləri onun üzərinə təkrar baxış keçirsələr də əlavə qanunsuz bir əşya aşkar etməmişlər. Ondan aşkar edilmiş psixotrop maddələr zərfə qoyulmaqla qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, ölkəsinə qayıtmaq istədiyini, burada heç kimi olmadığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixə keçən gecə əməliyyat qrupunda olduğu vaxt Nəsimi rayonu “Qış parkı” adlanan ərazidə xidmət aparan Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid3 və Şahid4 bir nəfər şəxsin özünü şübhəli aparmasına görə saxlayıb bölmənin növbətçi hissəsinə gətirib, raportla təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxs əcnəbi olmaqla Hindistan Respublikasının vətəndaşıdır. Həmin şəxs azərbaycan dilində danışa bilmədiyi üçün dəvət edilmiş tərcüməçinin iştirakı ilə onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra onun 24.07.1990-cı ildə Hindistan Respublikasının Pəncab vilayətində anadan olan, Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşayan Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması dəqiqləşdirilmişdir. Tərcüməçinin vasitəsi ilə ona üzərində qanunsuz bir əşya olub-olmaması sualına cavab olaraq həmin şəxs üzərində psixotrop maddə olmasını demişdir. Bundan sonra Nəsimi RPİ-nin 21-ci PB-nın inzibati binasındə öz xidməti otağında tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilməklə tərcüməçinin, mütəxəssisin, PPXB-nin polis nəfəri Şahid2 və Şahid3 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bundan sonra videoçəkilişlə şübhəli şəxs Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxs qara rəngli cins şortun sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş və 02 ədəd qara rəngli kağıza bükülmüş ayrı-ayrı bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Hindistan Respublikasının vətəndaşına üzərində başqa hər hansı bir qeyri-qanuni əşya olub-olmaması ilə bağlı ilk öncə onun geyindiyi qara rəngli qolsuz köynəyin boynuna, əynində olan qara rəngli cins şortun sağ və sol yan ciblərinə baxılsa da, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra isə Hindistan Respublikasının vətəndaşından aşkar edilmiş bükümlərin içərisindəkinin nə olduğu soruşulduqda o, 03 ədəd şəffaf sellofana və ağ kağıza bükülmüş, içərisində ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddənin olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni istifadə etdiyini, həmin bükümü tutulmamışdan 1 gün öncə, yəni 02.09.2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan “Muhammad” adlı şəxsdən 50 manata öz istifadəsi üçün “Sovetski” adlanan ərazidən əldə edərək, üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd büküm qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Bütün bunların sonunda şəxsin üzərində axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tanış olduqdan sonra hər biri tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixə keçən gecə Nəsimi rayonu “Qış parkı” adlanan ərazidə digər əməkdaş Şahid3 və Şahid4la birgə xidmət apararkən, saat təxminən 03:10 radələrində Füzuli və Topçubaşov küçələrinin kəsişməsində 1 nəfər şübhəli şəxsin onları uzaqdan görüb qaçdığını aşkar etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxsin əcnəbi vətəndaş olması və azərbaycan dilində danışa bilməməsi onlara məlum olmuşdur. Özünü şübhəli aparmasına görə və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onu Nəsimi RPİ-nin 21-ci PB-ya gətirməklə raportla təhvil vermişlər. Təhqiqatçı tərəfindən dəvət edilmiş tərcüməçinin iştirakı ilə şəxsiyyəti orada onlara Hindistan vətəndaşı olaraq məlum olan şəxs Bakı şəhəri, Nəsimi rayonunda dəqiq ünvanını bilmədiyi bir mənzildə yaşadığını bildirmişdir. Təhqiqatçının tərcüməçinin vasitəsi ilə ona üzərində qanunsuz bir əşya olubolmaması sualına cavab olaraq həmin şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Şahid1 tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, təyin edilmiş müdafiəçinin, tərcüməçinin, mütəxəssisin, onun və Şahid3 iştirakı ilə həmin vətəndaşa üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra videoçəkilişlə şübhəli şəxs Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxs qara rəngli cins şortun sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş və 02 ədəd qara rəngli kağıza bükülmüş ayrı-ayrı bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Hindistan Respublikasının vətəndaşına üzərində başqa hər hansı bir qeyri-qanuni əşya olub-olmadığı barədə sual edilmişdir. Daha sonra ilk öncə onun geyindiyi qara rəngli qolsuz köynəyin boynuna, əynində olan qara rəngli cins şortun sağ və sol yan ciblərinə baxılmış, lakin yenə hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Hindistan Respublikası vətəndaşından aşkar edilmiş bükümlərin içərisindəkinin nə olduğunu soruşduqda o, 03 ədəd şəffaf sellofana və ağ kağıza bükülmüş, içərisində ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddənin olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni istifadə etdiyini, həmin bükümü tutulmamışdan 1 gün öncə, yəni 02.09.2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan “Muhammad” adlı şəxsdən 50 manata öz istifadəsi üçün “Sovetski” adlanan ərazidən əldə edərək üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd büküm təhqiqatçı Şahid1 tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Sonda şəxsin üzərində axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tanış olduqdan sonra hər biri tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadələrində digər şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan: - Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir; - “Şübhəli şəxsin tutulması haqqında” 03.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.26-27); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.09.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.112-114); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.09.2021-ci il tarixli, 6/3861 nömrəli saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Aquwal Singhin üzərindən aşkar olunmuş» yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.168 qr, 0.058 qr, 0.007 qr, ümumi təmiz çəkisi 1.233 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.64- 69); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 27.10.2021-ci il tarixli, 4165 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.164-165); - “Psixotrop maddənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 14.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1.233 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmaqla tədqiqatdan sonrakı 1,161 qram qalığı saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.122-123); - “Sübutların qiymətləndirilməsi haqqında” 10.11.2021-ci il tarixli qərardan görünür ki, 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı psixotrop maddələrin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmişdir (İ cild, i.v.166-172); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.144-145). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 sentyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməli və əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 27 oktyabr 2021-ci il tarixli, 4165 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,161 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,161 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-76/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-76/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver