Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-762/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə tanışı Zərərçəkmiş şəxs külli miqdarda əmlakının dələduzluqla X2 tərəfindən ələ keçirilməsi faktı ilə bağlı zərərçəkmış şəxs qismində tanındığı cinayət işinin həmin vaxt Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqının aparılmasını bilib, cinayətkar niyyətini həyata keçirmək üçün heç bir hüquqi fəaliyyət növü ilə məşğul olmadığı dövlət idarəetmə orqanlarında və məhkəmə sistemində çalışmamaqla bu sahədə hər hansı bir səlahiyyəti olmamasına baxmayaraq özünü nüfuzlu və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibardan sui-istifadə etməklə ona verəcəyi pul müqabilində faktiki mövcud olmayan dövlət orqanlarındakı əlaqələri vasitəsilə Samaya Huseynovanın zərərçəkmiş şəxs qısmındə tanındığı həmin cinayət işinin ibtidai istintaqının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində davam etdirilməsini və Zərərçəkmiş şəxs vurulmuş külli miqdarda maddi ziyanın qısa zaman ərzində tam şəkildə ödətdirilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 15 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanının qarşısında 15000 manat, 16 dekabr 2024-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki avtomobil yolunun kənarında 5000 manat və 19 dekabr 2024-cü ıl tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsindəki avtomobil yolunun kənarında 5000 manat olmaqla ümumilikdə 25000 manat pulu şəxsən Zərərçəkmiş şəxs nağd şəkildə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək verdiyi yalan vədləri yerinə yetirməyib Zərərçəkmiş şəxs ümumilikdə 25000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs lombard müdiri kimi təxminən 2-3 ildir ki, qardaşı Ehtiram Kərimov vasitəsi ilə tanımışdır. Samaya Huseynova Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzinin yaxınlığında işləmişdir. Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır, O, əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxs işlətdiyi lombarda qızıl-zinət əşyalarını girov kimi qoyaraq faizli olaraq pul götürmüş və götürdüyü pulları da vaxtlı-vaxtında ödəmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs ilə aralarında etibarlı münasibətlər yaranmış və sonuncu onu yaxşı bir müştəri kimi tanımışdır. Sonuncu dəfə təxminən 7-8 ay əvvəl yenə də qızıl-zinət əşyalarını girov qoyaraq 11000 manat pul borc kimi götürmüş və həmin borcdan təxminən 4000 manat da pul qaytarmışdır. Bir dəfə Zərərçəkmiş şəxs ilə söhbət edəndə sonuncu ona bır neçə şəxsin də pul alıb qaytarmadığını demiş, həmçinin söhbət əsnasında “Nailə” adlı qadının da Zərərçəkmiş şəxs aldatdığını öyrənmişdir. Zərərçəkmiş şəxs da həmin şəxs tərəfindən aldadıldığını və sonuncu barəsində şikayət etdiyini ona demişdir. Zərərçəkmiş şəxs “Nailə" adlı qadının barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsində cinayət işinin istintaqının aparıldığını bildirmişdir. O, hazırda həmin şəxs tərəfindən Zərərçəkmiş şəxs hansı miqdarda pulunun ələ keçirilməsini xatırlamamış, bu məsələ ilə bağlı başqa heç nə bilməmiş, sadəcə həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanındığından məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs maddi vəziyyətinin olduqca pis olduğunu və bu işdə onun köməklik edə bilib-bilməyəcəyi ilə bağlı maraqlanmışdır. O da həmin vaxtı maddi ehtiyacı olduğuna gorə Zərərçəkmiş şəxs kömək edəcəyinə dair yalan vəd verib aldatmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs bu işdə köməklik edəcəyini deyib bu iş üçün 25000 manat pul tələb etmiş və Zərərçəkmiş şəxs da ilkin olaraq 20000 manat verəcəyini, daha sonra əlavə də 5000 manat verəcəyini bildirmişdir. O, etiraz etməyib razılaşmışdır. Zərərçəkmiş şəxs ilə razılığı belə olmuşdur ki, o, Zərərçəkmiş şəxs kimi tanındığı həmin vaxtı Bakı şəhəri Xətai Rayon Polis İdarəsində istintaq olunan cinayət işinin ibtidai istintaqının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində davam etdirilməsinə və vurulmuş maddi ziyanın ödənilməsinə köməklik edəcək və Zərərçəkmiş şəxs da ona inanıb razılaşmışdır. Bu hadisə təxminən 7-8 ay əvvəl, daha dəqiq desə 2024-cu ilin dekabr ayında olmuşdur. O, Zərərçəkmiş şəxs pulları hissə-hissə olmaqla almış və həmin pulları dəqiq hansı tarixlərdə aldığını xatırlamamışdır. O, bir dəfə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May” stansiyasının yaxınlığında yol kənarında, bir dəfə isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Müdafiə Nazirliyinin Hərbi hospitalının yaxınlığında yol kənarında pul aldığını xatırlamışdır. O, Zərərçəkmiş şəxs həmin pulları alsa da vəd verdiyi kimi hər hansı bir iş görməmiş, Zərərçəkmiş şəxs verdiyi vəd də yalandan ibarət olmuşdur. Aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişdir. O, daxili işlər orqanlarında işləməmiş, belə bir səlahiyyəti də olmamış və heç vaxt belə bir iş görməmişdir. Zərərçəkmiş şəxs belə bir vəd verməkdə məqsədi aldadıb pulunu ələ keçirmək olmuşdur. Onun DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində işləyən Vüqar adlı qohumu və ya tanışı olmamış və Zərərçəkmiş şəxs ona inanması üçün belə bır yalan vəd uydurmuşdur. Daha sonra zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, məcburi köçkün olduğunu və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını bildirərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildən çoxdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, “Moskva” ticarət mərkəzinin yaxınlığında yerləşən adsız lombardda müdir kimi işləyir. Fəaliyyəti qızıl-zinət əşyalarının girov qoyulması qarşılığında pul məbləğinin faizlə müddətli olaraq verilməsindən ibarətdir. Qeyd etmişdir ki, X1 təxminən 10 il olar ki, işlədiyi yerdən müştəri kimi tanımış və Nailə Xanməmmədova ilə yaxşı münasibətləri olduğuna görə sonuncunun girov təminatı kimi verdiyi qızıl-zinət əşyalarının müqabilində 200.000 manat pul vermişdir. Təxminən 2-3 ay aylıq ödəniş etdikdən sonra Nailə Xanməmmədova ödənişləri etməkdən imtina etmiş, bundan sonra guya problemləri olduğunu və həmin problemləri həll edərək ondan qızıl-zinət əşyaları üçün aldığı pulu da ödəyəcəyini bildirmişdir. Bu məqsədlə ondan əlavə olaraq da pul almağa başlamış, lakin yenə də heç bir nəticə olmamış və Nailə Xanməmmədova ona 400.000 manat maddi ziyan vursa da, hər hansı miqdarda pul qaytarmamışdır. O, məcbur olub Nailə Xanməmmədovanın barəsində polisə şikayət etmiş və faktla bağlı cinayət işi başlanmışdır. İstintaq zamanı bir neçə şəxsə qarşı da Nailə Xanməmmədova dələduzluq etdiyinə gorə barəsində həmin şəxslər şikayət etmişdir. Hazırda onun zərərçəkmiş şəxs olduğu Nailə Xanməmmədovanın təqsirləndirilməsınə dair cinayət iş üzrə ibtidai istintaq Bakı şəhəri Səbaıl Rayon Polis İdarəsində davam etdirilmişdir. Zərərçəkmiş şəxs olduğu iş üzrə ona külli miqdarda maddi ziyan vurulduğundan və həmin ziyan ödənilmədiyi üçün onun maddi vəziyyəti pisləşmişdir. Nailə Xanməmmədovanın əməlləri nəticəsində o, hətta "Brend Kredit" adlı Bank olmayan Kredit Təşkilatından qızl-zinət əşyaları qoyaraq 250.000 manat kredit götürmüşdür. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qardaşı Ehtiram Kərimovun vasitəsi ilə tanımışdır. Belə ki, Ehtiram Kərimovu müştəri kimi təxminən 7-8 il olar ki, tanımış və Təqsirləndirilən şəxs da Ehtiram Kərimovun yanında təxminən iki il əvvəl görmüşdür. Təqsirləndirilən şəxs söhbətindən sonuncunun nüfuzlu bir iş adamı olduğunu düşünmüş və Təqsirləndirilən şəxs özü də bir neçə dəfə qızıl-zinət əşyalarını girov qoyaraq ondan müxtəlif məbləğdə pul götürmüşdür. Sonuncu dəfə 13 avqust 2024cü il tarixdə eyni qayda ilə 11000 manat Təqsirləndirilən şəxs pul vermiş və bu səbəbdən də Təqsirləndirilən şəxsla mütəmadi olaraq danışıb pulu ödəməyini tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsi ilə əsasən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlamışdır. O, həm Təqsirləndirilən şəxs, həm də sonuncunun ailə üzvlərini uzun müddətdir ki, tanıdığı üçün aralarında etibarlı münasibətlər yaranmışdır. O, Təqsirləndirilən şəxs ozünu də bir iş adamı kimi tanımış, yəni özünün danışığından belə başa duşmuşdur. Çunkı Təqsirləndirilən şəxs da söhbət əsnasında müxtəlif vəzifəli şəxslərin adını çəkərək istənilən məsələni həll edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs etibarlı və nüfuzlu şəxs kimi tanıdığı uçun Nailə Xanməmmədovanın məsələsini danışmış və bu işdə ona köməklik edə bilib-bilməyəcəyi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs da bu işin çox asan bir iş olduğunu və ona ən qısa müddətdə köməklik edəcəyini bildirmiş, hətta danışıq zamanı ona indiyənədək bu barədə niyə demədiyi barədə də irad tutmuşdur. Zərərçəkmiş şəxs hansı formada ona köməklik edəcəyini soruşanda Təqsirləndirilən şəxs özünün kirvəsi “Vüqar” adlı şəxsin DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində işlədiyini və “Vüqar” adlı şəxslə çox yaxın qohumluq münasibətləri olduğunu demişdir. Həmin “Vüqar” müəllimin vasitəsilə guya onun zərərçəkmiş şəxs qismində tanındığı, həmin vaxt Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işinin DİN-in İstintaq idarəsi tərəfindən qısa müddətdə icraata götürüləcəyini və ilkin olaraq ona dəymiş maddi ziyanın ödətdiriləcəyini vəd vermişdir. O da inanmışdır. Bir gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb guya Vüqarla görüşüb danışdığını və razılıq aldığını demişdir. Hətta guya DİN-in İstintaq İdarəsi tərəfindən həmin vaxtı cinayət işinin istintaq olunduğu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə sorğu göndərildiyini və bir gün sonra işin artıq Nazirlikdə olacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs guya bu məsələ üçün 50.000 manat pul lazım olduğunu, lakin özünün xahiş edərək həmin pulun miqdarını 40.000 manata saldığını demişdir. O, nəyə görə onun razılığı olmadan pul haqqhesabı etdiyini Təqsirləndirilən şəxs soruşanda sonuncu belə işlərin bu qaydada olduğunu bildirmiş, ilkin olaraq bu iş üçün 20000 manat verməyini, qalan 20000 manatı isə bir ay sonra verəcəyini demişdir. Ona guya pulu verməyəcəyi halda bunun işin ziyanına olacağını və Nailə Xanməmmədovaya verdiyi pulun da batacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs bu sözündən qorxmuş və onun işinin əleyhinə nəsə iş görəcəyini düşünmüşdür. Buna görə pulu tapıb verəcəyini Təqsirləndirilən şəxs demişdir. Daha sonra pulu düzəltməyi üçün vaxt istəsə də, Təqsirləndirilən şəxs vaxt olmadığını deyib təkidlə pulu bir gün ərzində çatdırmağını tələb etmişdir. O, “Brend Kredit” adlı Bank olmayan Kredit Təşkilatından pul götürüb Təqsirləndirilən şəxs vermək qərarına gəlmişdir. Daha sonra danışığa əsasən əvvəlcə 15 dekabr 2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında 15.000 manat pulu ikilikdə şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bir gün sonra, yəni 16 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yol kənarında 5.000 manat pulu yenə də şəxsən Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildə olmuş və sonuncunun yanında tanımadığı bir nəfər kişi də olmuşdur. Təqsirləndirilən şəxs hər dəfə pulu ondan götürəndə bu işdə heç bir problem olmadığını və 29 dekabr 2024-cü il tarixdə Nailə Xanməmmədova və onunla birlikdə Nazirliyə gedəcəklərini demişdir. Nazirlikdə onun və Nailə Xanməmmədovanın ifadəsinin alınacağını, eləcə də birinci onun pulunu ödəməsi ilə bağlı Nailə Xanməmmədovanın yazılı iltizam verəcəyini bildirmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs onunla danışıb cinayət işində maddi ziyanın çox olduğuna görə əlavə olaraq da 5.000 manat lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs pulu olmadığını deyib gözləməyini xahiş etsə də, sonuncu təkidlə yenə də 5.000 manat pulu tələb etmişdir. 5000 manatı verməyəcəyi halda işin pozulacağını bildirmiş və o da məcbur olub yenə də 5000 manat pul düzəltmişdir. 19 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol kənarında 5000 manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. 29 dekabr 2024-cü il tarixi gəlsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamışdır. Guya qeyri-iş günləri başa çatandan sonra birlikdə Nazirliyə gedəcəklərini bildirmiş, lakin bir nəticə olmamışdır. O, 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsində gedib cinayət işinin Nazirliyə göndərilib-göndərilməməsi ilə maraqlanmış, həmin vaxt cinayət işinin göndərilmədiyini və Təqsirləndirilən şəxs dediyi kimi hər hansı sorğunun olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb pulunu tələb etsə də, Təqsirləndirilən şəxs guya pulu “Vüqar” müəllimə verdiyini və alıb qaytaracağını bildirmişdir. İlkin olaraq o, Təqsirləndirilən şəxs inanmış və hər gün Təqsirləndirilən şəxs ona müxtəlif vaxtlar deyərək gözlətməyə başlamışdır. Guya “Vüqar” adlı şəxslə danışdığını və pulun qaytarılacağını demişdir. Bu minvalla təxminən o, 2-3 ay gözləmiş, lakin sonradan Təqsirləndirilən şəxs onu aldatdığını düşünmüşdür. Çünki hər dəfə Təqsirləndirilən şəxs müxtəlif yalanlar danışaraq onu inandırmağa çalışmış, həmçinin şikayət edəcəyini Təqsirləndirilən şəxs deyəndə yalvar-yaxar edib şikayət etməməyini xahiş etmişdir. O, artıq bu məsələnin “Vüqar” adlı şəxslə heç bir bağlılığının olmadığını və Təqsirləndirilən şəxs özünün onu aldatdığına əmin olmuşdur. Daha sonra Daxili İşlər Nazirliyinə gedib bu barədə bildirmiş, orada öyrənmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə “Vüqar” müəllimin qohumu olmamış və sadəcə onu aldatmaq üçün belə bir yalan danışmışdır. Bu barədə o, Təqsirləndirilən şəxs deyib nəyə görə onu aldatdığını soruşmuş və Təqsirləndirilən şəxs yenə də müxtəlif bəhanələr gətirməyə başlamışdır. O qeyd etmişdir ki, Təqsirləndirilən şəxs öz istifadəsində olan mobil nömrədən əlavə qardaşı Ehtiram Kərimovun istifadəsində olan +**********19 saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onunla yazışmış və o da X6 Kərimovun onu aldadıb 25.000 manat pulunu aldığını demişdir. Təqsirləndirilən şəxs Ehtiram Kərimovun adından da yazışaraq guya məsələni yoluna qoyacağına inandırmağa çalışmışdır. Təqsirləndirilən şəxs ona guya X4 səhhəti ilə bağlı müalicə aldığını bildirsə də, sonradan o, Ehtiram Kərimovun həbs olunduğunu və Bakı İstintaq Təcridxanasında saxlanıldığını öyrənmişdir. Bundan sonra 30 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinə müraciət etmiş, hazırkı vaxtadək Təqsirləndirilən şəxs verdiyi pulu faizlə kredit götürdüyü üçün əlavə olaraq da “Brend Kredit" Bank olmayan Kredit Təşkilatına ödəniş etmişdir. Təqsirləndirilən şəxs əməlləri nəticəsində ona hazırda 35000 manat ziyan dəymişdir. Daha sonra, Təqsirləndirilən şəxs 25000 manat pulu ona qaytardığını, həmin hissədə şikayəti olmadığını bildirmiş, lakin buna baxmayaraq pulu kreditə götürdüyü üçün əlavə faiz ödədiyini və həmin pulun da ödənilməsini tələb etdiyini, bu səbəbdən şikayətçi olduğunu bildirərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 8 ildir ki, lombard müdiri kimi tanımış, ilk olaraq həmin şəxsin işlətdiyi lombarda qızıl-zinət əşyalarını girov kimi qoyaraq pul götürüb sonradan pulunu ödəmişdir. Bu minvalla onun Zərərçəkmiş şəxs ilə münasibəti yaranmış, vaxt keçdikdə Zərərçəkmiş şəxs ilə münasibətləri daha da səmimi olmuş və insani keyfiyyətlərinə görə bir rəfiqə kimi münasibət saxlamışdır. Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə tanımamış, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs ilə danışıq zamanı sonuncu maddi vəziyyətinin pis olduğunu və “Nailə” adlı müştərisinin onu aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirdiyini danışmışdır. Həmin məsələ ilə bağlı tanışı "Nicat" adlı şəxsin köməklik edəcəyini və Nailədən pulunu alıb qaytaracağını bildirmişdir. O, Samayanın danışığından sonuncunun Nicatı xeyli müddətdir ki, tanıdığını və aralarında etibarlı münasibətlər olduğunu başa düşmüşdür. O, Nicatın Samayaya dediklərinə inanmasa da, Samaya Nicata tam inanmışdır. Söhbət zamanı o, Nicatın aldatma ehtimalının da oiduğunu Samayaya desə də, Samaya Nicatın ailəsini də tanıdığını və aldatmayacağını bildirmişdir. O, Samayanın şəxsi işi olduğuna görə bu məsələyə qarışmamışdır. Təxminən bir neçə gün sonra o, Samaya ilə birlikdə Samayanın işlətdiyi lombardın yaxınlığında yerləşən paltar mağazasında olan vaxt Samayaya zəng gəlmişdir Samaya mobil telefona cavab vermiş və zəng edən Nicat adlı şəxs olmuşdur. Samaya paltar mağazasında işləyən qadını da tanıdığı uçun həmin qadından xahiş etmişdir ki, Nicatla danışığını video göruntu ilə qeydə alsın. Həmin qadın da video görüntü ilə danışığı qeydə almışdır. Zəng edən Nicat adlı şəxs Samayadan həmin işlə bağlı əlavə olaraq da 5000 manat pul verməyini istəmiş, Samaya isə 20000 manat verdiyini, lakin əlavə pul verə bilməyəcəyini bildirmişdir. Daha sonra Nicat danışıq zamanı nalayiq ifadələr işlətdiyinə görə o, mağazadan çölə çıxmış və Zərərçəkmiş şəxs danışığı bitirdikdən sonra o, zəng edən şəxsin Nailənin işi ilə bağlı köməklik edən şəxslə eyni şəxs olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs da bunu təsdiq etmiş, o, Zərərçəkmiş şəxs həmin şəxsə inanmadığını və Nicatın aldatdığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs yenə də ona inanmamışdır. Zərərçəkmiş şəxs Nicatın hansı formada köməklik edəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona Nailənin barəsində ibtidai istintaqı aparılan cinayət işinin guya Nicatın oz qohumu olan Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etdiyi Vüqar adlı şəxs vasitəsi ilə ibtidai istintaqının DİN-də davam etdiriləcəyini və ilkin olaraq Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödətdiriləcəyini bildirmişdir. O, Nicatın yalan dediyini və Nicata inanmamağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə sağollaşıb getmişdir. Həmin hadisədən bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs ilə mobil telefonda danışıq zamanı sonuncu Nicata əlavə də 5000 manat verdiyini, lakin Nicatın vəd verdiyi kimi köməklik etmədiyini demiş, Nicat tərəfindən aldadıldığını və Nicatın 25000 manat pulunu ələ keçirdiyini etiraf etmişdir. O, Nicatı tanımasa da, dediklərinin yalan olduğunu bir daha Zərərçəkmiş şəxs demiş, sonrakı vaxtda arabir bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs ilə danışmışdır. Nicat hər dəfə müxtəlif bəhanələr deyərək vaxt istəmiş, pulu qaytaracağını Zərərçəkmiş şəxs söz vermiş, lakin bildiyinə görə hər hansı miqdarda pul qaytarmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.1); - “İttiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (l cild, i.v.167-168, 171); - “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20 radələrində ünvan 4 ünvanında saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir (l cild, i.v.179); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild, i.v.180); - “Tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.191); - “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (l cild, i.v.208-209); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-465/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən,saat 14:20-dən hesablanmışdır (l cild, i.v.234-239); - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(103)-1001/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-465/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmişdir (l cild, i.v.246-250); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.251-252); - “İbtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Toğrul Muxtarovun qərarı ilə cinayət işi uzrə ibtidai istintaq müddəti 01 ay olmaqla, 04 ayadək, yəni 19 dekabı 2025-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.33-34); - “Könüllü təqdim edilən səs yazılarına və mətn mesajlarına baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskdə 130 ədəd səs yazısının olması müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "WhatsApp” ani mesajlaşma mübadilə sistemində +**********00 saylı mobil telefon nömrəsi ilə 50 vərəqdən və +**********19 saylı mobil telefon nömrəsi ilə 21 vərəqdən ibarət yazışma mövcuddur. Diskdə olan səs yazılarına, eləcə də Zərərçəkmiş şəxs ilə +**********00 və +**********19 saylı mobil telefon nömrələri ilə “WhatsApp" ani mesajlaşma mübadilə sistemində mətn mesajlarına baxış keçirərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqdim etdiyi kağız vərəqlərdə olan mətn mesajları Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları əks etdirir. +**********00 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, +**********19 saylı mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs qardaşı X3 məxsus olmuşdur. X9 həbsdə olduğundan həmin mobil nömrə də faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Zərərçəkmiş şəxs diskdə olan 130 ədəd səs yazısının Təqsirləndirilən şəxsla yazışmalarda qarşılıqlı olaraq göndərdikləri səs yazılarından ibarət olduğunu qeyd etmişdir. Diskdə olan səs yazılarına baxış keçirilərək stenoqram tərtib edilmişdir. Stenoqramda müvafiq olaraq Təqsirləndirilən şəxs məxsus danışıqlar - “N", Samaya Huseynovaya məxsus danışıqlar - “S” ilə qeyd olunmuşdur. “WhatsApp Audio 2025-08-04 14.06.53 (1)” adlı 57 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N – Salam. Sabahın xeyir. Nətərsən, nağarırsan, neyniyirsən? Bu mənə axşam mesaj atıb prosta baxmamışam yatmışdım. Durdum səhər baxdım indi də bunnan danışdım. Vopşim o dediyinnən razılaşmırdılar. Göynən gedirdilər. Axır ki mən 40-a razılaşdırdım. 40-a razılaşdırmışam. Amma o pulu da iki dəfəyə vermək lazımdır. Bugün onlara 20 vermək lazımdır. Saat 4-5-ə kimi onu çatdırmaq lazımdır. Qıznan danış indi zəng eləcəyəm danışaq. Adam var yanımda qoy bir dənə onnan söhbət eləyirəm. Boşalım yığacam səni bir 15-20 dəqiqəyə yaxşı urəyim? Danış bir dənə tez hə-yox elə mənə sözümüzü şey eləyək, deyək. “WhatsApp Audio 2025-08-04 14.06.53 (3)” adlı 15 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: S - Denən ta bugünləri şey elədik ümidli deyildilər də düzələcək bu iş, ona görə də sabah axşamacan yəni pul topluyur. Toplasın hamısını bir yerdə 20 min verək. Yoxsa 10 min olsaydı nə var idi ki axşamacan tapıb verərdim. “WhatsApp Audio 2025-08-04 14.06.53” adlı 44 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Onsuz da bax sənə bir dənə söz deyim məndən onun tam adını, familyasını istədi ki, o yoxladacaq ki da. Başa düşdün? Onun onlarda işi olub bir-bir hamısını dedi. Bildin nə demək istəyirəm? Hələ mənə dedi sən hara bunlar hara. O adam hara, sən hara. Mən də dedim ki, ümumi tanışımın yaxınımın tanışıdı o xahiş eləyib, belə deyib, elə deyib. Başa düşdün mən nə demək istəyirəm? Nolar səbir elə də sən mən deyəni elə mən onu çıxardacam ortaya Allah eləsin heç iş onlarda şey olmasın Xətaidə həll eləyək getsin. “WhatsApp Audio 2025-08-04 14.06.55 (1)” adlı 21 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - İndi yığacam səni bir yarım saata mən gedəcəm balnitsaya gəldim bacımı evə qoymağa gedirəm balnitsaya yığacam danışaq yaxşı? O Vüqar da gəlmişdi ora qohumdu da gəldi dedi belə mənə zəng eləmişdi dedim mamam xəstəxanadadı durdu gəldi yazıq. İndi zəng eləyəcəm danışaq yaxşı? “WhatsApp Audio 2025-08-04 14.06.55 (2)” adlı 44 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Nətərsən, nə var nə yox, vəziyyət zad nətərdi? Qulaq as mən danışdım oraynan. Dedim ki, 15 min pul hazırdı götürüb gətirirəm sənə. Sən 12 min düzəlt gətir 3 min də mənim özümdə var qoyum verim onu ora günorta, ya günortadan sonra. Sən 12 min düzəlt gətir. 5 min də beşinci gün verərik. Yaxşı? Götür gətir. Mən də sey eləyim aparım verim. Oldu day mən başqa heç kimə heç nə deyəsi deyiləm. Qalanın da day dedim beşinci gün verəcəyik. Onu da ki işi birinci gün cağıracaqlar ora, birinci ya ikinci gün. Ona kimi də götürəcəklər ordan şeyləri. “WhatsApp Audio 2025-08-04 14.06.58” adlı 51 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Samaya necəsən, nə var nə yox, vəziyyət zad nətərdi? Mən elə müəllimlə burdaydıq qış parkındaydıq oturub çay içirdik. O amanatı sabah Allah qoysa gündüz saat 10-da, 11-in yarısı rəisin şoferi gətirib verəcək götürəcəm yaxşı? Burda qardaş da pis vəziyyətdə qalıb deyir ki, sonra şubhələnməsin ki, mən nəyisə şey eləyirəm. Başa düşdün? Sabah Allah qoysa 11-də sizin həyətdə olacam. İndi danışdıq 10-da şoferlə görüşəcəm, 11-də gələcəm sizin həyətə. Oldu çox sağ ol imkanın olanda zəng eləyərsən danışarıq. O mən sənə dediyim məsələni də həll eləyək sabah yaxşı? “WhatsApp Audio 2025-08-04 14.06.59” adlı 25 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: S - Nicat salam necəsən? Nicat bu ya fırladır, ya kim fırladır. Neçə həftədir uje. Day iki həftədi demişik pulu qaytar iki həftəyə pulu düzəldib qaytara bilmədilər? Başa düşdüm indi götürüb xərcləyiblər indi iki həftəyə də. Yəni məni cırırdın tez ol, tez ol tapdım verdim. Bu boyda adamların yəni pulu yoxdu ki qaytarsınlar? Nə fırıldaqdı eləyirlər? “WhatsApp Audio 2025-08-04 14.07.03 (2)” adlı 28 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: S - Məni 5 minə görə cırırdın e mən söz vermişəm, mən soz vermişəm. İki 5 mini, o axırıncı da 5 mini o 15 olanda 5 verdim, sonra axırıncı 5 minə gorə də məni cırdın e sən ki sən söz vermisən. İndi bu nətər olur ki? Sən onlara başa salgınən ki sız məni cıranda mən camaatı dirədim pulu aldım verdim. İndi məni diriyirlər gətirin qaytarın aparım verim də belə şey olur? “WhatsApp Audio 2025-08-04 14.07.03” adlı 08 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Salam necəsən, nə var nə yox? Bilirəm e qurban olum danışmışam Allah haqqı deyir gözlə, gözləyirəm. Narahat olma, həll eliyəcəm. “WhatsApp Audio 2025-08-04 14.07.10” adlı 03 dəqiqə 12 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Alo S - Eşidirəm N - Alo S - Eşidirəm N - Qulaq as e məndən niyə inciyirsən kı? S - Kimnən inciməliyəme? Sən məni dirədin dedin gətir. Səhərdən ağlamaqdan gözlərim şişib. Belə şey olar? Sən özün bilirsən ki, mən səndən asılıyam. Mən səndən asılıyam. N - Sən məndən asılı deyilsən. Nailənin var yoxuna nəhlət, sən heç kimdən asılı deyilsən. S - Bəs sən mənə dedin ki, bu işi gətir də 20 min tapdım verdim də qurban sənə N - .... başqa nə işin desən sənə hanbal olajam Köməyin olajam qoy bu s*****sin çıxsın getsin də S - 200 min s*****in getsin? 5 minə gorə öldurürsəne tez ol 5 min N - .... biz həll eləməyək Nailənin işini S - Bəs necə eləyək? N - Mən sənin Nailədən pulunu alıb verəcəm sən narahat olma. Qoy s******n bu başımızdan getsin də. Nə mən əsəb çəkim, nə sən əsəb çək də. S - Necə yəni qurban sənə yox e 5 min mən sənə deyirəm Nailə girsin ora çıxsın mənə bir gun vaxt ver. N - Bax mənə sənə bir dənə söz deyim ölüsünə-dirisinə lənət əgər mənlik bir şey varsa. Az məni nətər başa düşmürsən e sən? Deyirəm ölüsünə lənət əgər mənlik bir şey varsa. A mən söz götürməkdən uje üzüm padoş olube bu q***əyə görə. S - Nolar ki o 5 mııı yəni bu qədər vermişik qaçan deyilik axı N - Az gəl maşınımı al qoy hardan pul götürürsən götür də mən sənə bundan artıq nağarım? Bə deyirəm 3 dənə maşınım var birini verirəm sənə apar qoy götür mənim pulumu verəndə maşınımı çıxardıb verərsən özümə. Mən sənə bundan başqa nə deyim? Ayağının altında ölüm o q***ə əmim oğlu döül, dayım oğlu döül axı yalvaram ona bir soz deyəm. Onsuz da bu q***nin işinə otkaz eləmişdilər, yalvardım-yaxardım dedim qaytarın bunu həll eləyin S - Xatyabı bir gün, iki gün vaxt ver də mən də görüm kimə yalvarıram N - Aəə mənə demə ee mənə demə ee o sözü ayağının altında ölüm sən mənə elə deyəndə elə bil anamı s*****əne sən elə deyəndə elə bil anamı söyürsən. Vaxt ver mənə deyəndə ki vaxt ver. Ağzımda deyirəm səhər məni çağırıb sübh açılmamış mənə deyir gəl bura deyir burda belə söhbət olub, belə olub dava olub filan olub bəhmən olub S - İndi yaxşı 5-i də bugün də olmasa sabah tapıb verdim. Sonra 29-u da olmadı sonra nolacaq? N - Az 29-u onu çağıracaqlar ora fso qurtardı getdi. Gəlsin o q****ni şəhərdə tutursan, harda tutursan tut gəlsin biznən getsin gəlsin. Sənlə mənlə gedəcək düşüb gedib MVD-yə girib izahatını verib qayıdıb çıxıb s*****ib gedəcək işinin dalınca. Bıy elə şey olar Allah sənə kömək olsun vallah mən g*t vəziyyətində qalırame S - Xatyabı heç olmasa sabahacan vaxt al da de yoxdu, nolar ki, de telefonu qaldırmır. Denən zəng elədim telefonu qaldırmır. Sabah günortayacan vaxt ver. "WhatsApp Audio 2025-08-04 14.07.17 (1)” adlı 04 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: S - 32-33 minə gəlibe o 25 min gəlib üstümə “WhatsApp Audio 2025-08-04 14.07.17 (2)” adlı 03 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Narahat olma hamısını həll eliyəjəyik arxayın ol “WhatsApp Audio 2025-08-04 14.07.17 (4)” adlı 01 dəqiqə 18 saniyə davam edən səs yazısının məzmunu aşağıdakı kimidir: N - Sənin o pulunu da verəcəm 25 mini də. Mən eybi yoxdu qızılın yarısını çıxardaram, yarısı qalar. Yarısını çıxardajam. yarısı qalsın. Bax ailəsini tanımır sənin pulunu verməyən yaxşı? S - Mənim pulum tək mənim pulum sən özün bilirsən ki sən də birlikdə gedəcəksən görəcəksən 31 nə qədərsə mindi 32 minə yaxın N - Hə də problem yoxdu mənimki gecikər, mənimkinin yarısını götürərik, yarısı qalar. S - Birinci gün də deyəcəksən beşinci gun N - Əgər birinci gun sənin pulunu verməyən ailəsini tanımır S - Ondan sonra yəni məndən inciməyəcəksən? N - Heç mən səndən incimiyəcəm, inciməyə də haqqım yoxdu S - Ən azı 30 min əlində pul olacaq N - Oldu neyniyəjəm verəjəm pulunu qurtardı getdi oldu S - Bax Allaha and olsun sən demişkən sizi tanıyıram mamana yazığım gəlir istəmirəm maman bilsin yəni qurban sənə, sən özün bilirsən N - Oldu başqa söhbət yoxdu qurtardı getdi S - Day bu sözün qabağında mən sənə nə deyim? O boyda söyüş qoydun N - Dedim qurtardı getdi fso. Sən kişi kimi arvadsan qurtardı getdi S - Yaxşı N - Oldu ürəyim sağ ol Diskdə olan 130 ədəd yazısının hər birinə baxış keçirilmiş və baxış keçirilərkən daha əhəmiyyətli olan səs yazılarının stenoqramı tərtib edilmişdir. Digər səs yazılarının Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs verilən yalan vədlə əlaqədar bir sıra danışıqlardan ibarət olması, eləcə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında məişət xarakterli danışıqlardan ibarət olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər hallar aşkar olunmamışdır (l cild, i.v.145-148); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2025-ci il tarixli 4/1469-4/1474 saylı ekspert rəyindən gorunür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd "Verbatim” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim" markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir (ll cild, i.v.11-19); - “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür kı, Təqsirləndirilən şəxs istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsinin müştəri zənglərinin detallaşmasına nəzər yetirdikdə həmin mobil telefon nömrəsinin anten dairəsinin 15 dekabr 2024-cü ıl tarixdə saat 11:59:02-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243, “Famana” hostelin və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi 23, Neft Akademiyasının yaxınlığında olmaqla qeydə alınması və həmin anten dairəsinin 15 dekabr 2024-cü ıl tarixdə saat 13:41:23-dək həmin koordinatlarda davam etməsi; 16 dekabr 2024-cu ıl tarixdə saat 16:22:20-də ünvan 6 ünvanının yaxınlığında qeydə alınması; 19 dekabr 2024-cü ıl tarixdə saat 16:42:44-də ünvan 7 ünvanının yaxınlığında qeydə alınması müəyyən edilmişdir (ll cild, i.v.42-48); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa könüllü təqdim edilən 01 ədəd “Verbatim" markalı CD-R disk və “Bakcell" MMC 19 noyabr 2025-ci il tarixli GQ-2-1122-1014-2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (ll cild, i.v.49-67); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,32.5, 312.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmiş, xx.xx.2008-ci ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şərti məhkum etmə ləğv edilməklə məhkumluğu vaxtından əvvəl götürülmüşdür. Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təqsirləndirilən şəxs CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir (l cild, i.v.104-105); - AZ-ll №877210 və AZ-lll №257108 seriya və nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır; - AA №176730 seriya və nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.6-cı bəndində 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1.16-cı bəndində isə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin məcburi köçkün olması, öhdəsində (himayəsində) 2 yetkinlik yaşına çatmayan övladının olması, vurulmuş ziyan məbləğini tam ödəməsi və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa könüllü təqdim edilən 01 ədəd ‘‘Verbatim" markalı CD-R disk və “Bakcell" MMC-nin 19 noyabr 2025-ci il tarixli GQ-2-1122-1014-2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa könüllü təqdim edilən 01 ədəd ‘‘Verbatim" markalı CD-R disk və “Bakcell" MMC-nin 19 noyabr 2025-ci il tarixli GQ-2-1122-1014-2025 nömrəli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-762/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-762/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver