Məhkəmə qərarları › İş №1(006)-78/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-78/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-78/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X3 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında həkim-uroloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş və ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 aprel 2020-ci il tarixdə, saat 11:00 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində yerləşən ümumi istifadəli dəhlizdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib heç bir əsaslı səbəb olmadan, yəni keçmiş arvadı S.Şahid2ya uşaqlarını ona görüşmək üçün vermədiyini bəhanə edib buna görə sonuncunun ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək öz şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətləri fövqündə qoymaqla S.Dəmirovanın yaşadığı 6 nömrəli mənzilin giriş qapısını qəsdən əl və ayaq zərbələri ilə zədələyərək 420 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, 18 aprel 2020-ci il tarixdə, saat 12:20 radələrində özgənin əmlakının qəsdən məhv etmək və zədələnmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 14 nömrəli binanın zirzəmisində yerləşən avtomobil dayanacağına gəlib keçmiş arvadı S.Şahid2ya uşaqlarını ona görüşmək üçün verməməsi səbəbindən sonuncunun mülkiyyətində olmaqla əmlakı olan “Mercedes Benz E 300 minik” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan sol güzgüsünün qapağını, yan sağ güzgüsünün idarəetmə mexanizmini, kapotun üzərindəki “Mercedes Benz” ulduzunu, yan sağ güzgüsünün qapağını, ön şüşəsilən rezinlərini, ön şüşəsilən rezinlərin tutucularını, ön şüşə silənlərin şlanqını, ön şüşə silənlərin panelini, ön radiator barmaqlığını, ön sağ qanadı, ön sağ qapının dəstəyini, ön sol və sağ qapılardakı dəstəklərin “Keyless-go” qapaqlarını, ön alın şüşəsini, ön sol qapıdakı dəmir açar qıfılını və ön sol qapının üst nikkel kantını qəsdən məhv etmə və zədələməklə zərərçəkmiş şəxs S.Dəmirovaya ümumilikdə 6.820,00 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 18 aprel 2020-ci il tarixdə, saat 11:00 radələrində S.Dəmirovanın onun övladları ilə birlikdə yaşadığı ünvan 5-ya övladlarını görmək məqsədi ilə gəlmiş, həmin vaxt o, avtomobilini binanın zirzəmisində olan qarajda saxlamışdır. Həmin binanın qarajında dörd avtomobilin yerləşdiyi qaraj S.Dəmirovaya məxsusdur və onlar birlikdə yaşadıqları müddət ərzində o, avtomobilinin həmin qarajda Səidənin avtomobilinin yanında saxlamışdır. Həmin günü o, avtomobilini qarajda saxladıqdan sonra liftlə Səidənin yaşadığı mənzilə qalxmış, qapını döyüb Səidəyə övladlarını görmək üçün gəldiyini desə də, Səidə mənzilin giriş qapısının arxasından ona nalayiq ifadələr demiş, çıxıb getməsini və övladlarını görə bilməyəcəyini demişdir. O, Səidənin bu hərəkətlərindən əsəbləşib mənzilin qapısını təpiklə vurmağa başlamış və Səidəyə övladlarını görmək istədiyini demiş, qapını vuran zaman əsəbi olduğuna görə özü də istəmədən qapıya zədələr yetirmiş, övladlarına bağlı insan olduğuna görə övladları ilə əlaqəli olan hər bir şey onu çox narahat edir və onları görmədiyi zaman onun əsəb sistemi pozulur. S.Dəmirova isə bütün bunları bilə-bilə onu qıcıqlandırmaq üçün övladları ilə görüşmək üçün ona şərait yaratmamış, sonuncunun məqsədi onun ona cavab qaytarmasını istəməsi və bununla da ətrafda onun barəsində pis fikir formalaşdırmaq olmuşdur. O, əsəbi halda qapını təpikləyən zaman Səidənin ünvanına nalayiq ifadələr işlətmiş, hadisə zamanı S.Dəmirova polisə zəng etmiş, hadisə yerinə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gəlib izahatının alınması üçün onu Polis Bölməsinə dəvət etmişlər. O, PB-yə getməzdən əvvəl saat 12:20 radələrində polis əməkdaşlarından biri ilə qaraja düşərək avtomobilindən sənədlərini götürmüş, bundan sonra polis avtomobili ilə bölməyə getmişdir. Bölmədə o, izahat verib çıxdıqdan sonra avtomobilin götürmək üçün yenidən Səidənin yaşadığı binanın zirzəmisində olan qaraja daxil olmuş, həmin vaxt o, orada jurnallardan bəzilərini tapmış, jurnallar toz olduğuna götürməmiş və saat 12:30 radələrində qarajı tərk etmişdir. Qarajdan çıxdıqdan sonra o, “Azza” şirniyyat evini görüb oradan şirniyyat alıb övladlarına göndərmək istədiyinə görə avtomobilini saxlamış, Səidənin yaşadığı evin həyətindən yenidən Səidəni çaığırıb uca səslə Səidədən övladları ilə ona görüş verməsini tələb etmişdir. Bundan sonra S.Dəmirovanın yaşadığı evin pənəcərəsindən baxaraq onu mobil telefonla çəkdiyini gördükdə bu hal onu əsəbləşdirmiş, buna görə də Səidənin ünvanına nalayiq ifadələrdən istifadə etmişdir. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə yenidən Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gəlmiş və onunla profilaktik söhbət edib ona həmin yerə qayıtmamağı tövsiyyə etmişlər. Bundan sonra o, avtomobilinə oturub həmin yerdən uzaqlaşmış və bir daha ora qayıtmamışdır. Həmin mənzil Səidə ilə birgə nikahda olduğu dövrdə alınmış, mənizilin pulunun bir hissəsini onun özü, bir hissəsini isə Səidə ödəmişdir. Mənzili aldıqları pulun məbləği onun yadında qalmamışdır. Avtomobilin Səidənin adına olsa da avtomobilin pulunu onun özü ödəmiş, Səidənin avtomobilinə zədə yetirməmiş və kley tökməmişdir. Daha sonra, S.Şahid2nın avtomobilinə heç bir zədə yetirmədiyini, sadəcə övladları ilə görüşmək istədiyini, buna isə keçmiş arvadının şərait yaratmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, zədə aktları, DVD diskdə olan videogörüntülər və audiosəs yazıları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı S.Şahid2 ifadəsində göstərmişdir ki, o, 28 dekabr 2019-cu il tarixdə saat 14:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə özünə məxsus “Mercedes Benz E 300” minik markalı **- GL-*** qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə bağlı hərəkətdə olan zaman ünvan 3 ünvanənda olduğu zaman yolda sıxlıq olduğundan avtomobili aşağı sürətlə hərəkət etdirmiş, bu zaman avtomobilinin arxasınca gələn avtomobilin ona siqnal vediyini və uzaq görmə işını yandırıb-söndürərək nəsə işarə etdiyini görmüş, bundan sonra o, avtomobilinin güzgüsündən baxarkən atvomobilinin arxa tərəfində olan avtomobildən bir nəfər şəxsin düşüb onun avtomobilinə yaxınlaşdığını və həmin şəxsin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs ona qarşı aqresiv olduğunu bildiyinə görə avtomobilinin qapılarını içəridən kilidləmişdir ki, Elxan qapıları aça bilməsin. Buna səbəb isə həmin tarixdə onların məhkəmə prosesi zamanı Elxanın məhkəməyə gəlmədiyini görüb onun Elxana zəng edərək Elxanla kobud danışması olmuşdur. Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşan kimi əlini qapıya atmış və avtomobnilin qapısının bağlı olduğunu görüb avtomobilin qabaq sol yan şüşəsinə zərbələr vuraraq ona “qapıları aç, səni öldürəcəm, fahişə” demişdir. Həmin vaxt yolda sıxlıq olduğuna görə ətrafda olan avtomobillərin içərisində olan hər kəs onun avtomobilinə baxmış, lakin Təqsirləndirilən şəxs çox aqresiv olduğuna görə onlara heç kim yaxınlaşmamış, üzbəüz yol ilə hərəkət edən ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin qarşısı boş olsa da sürücü hərəkətini dayandırıb Elxanın törətdiyi əmələ baxmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs qarşıda olan avtomobillərin hərəkətə başlamasını görüb və onun da qarşısı boş olan zaman avtomobillə yoluna davam edəcəyini anlayıb təpiklə onun avtomobilinin yan sol güzgüsünü vurub qırmış və daha sonra öz avtomobilinə əyləşərək hərəkətini davam etdirmişdir. Hadisə zamanı o, çox qorxmuşdur, çünki Təqsirləndirilən şəxs çox aqresiv olmuş, əgər avtomobilinin qapısı açıq olmuş olsaydı və ya şüşəsi qırılmış olsa idi Elxan ona nələrsə edə bilərdi. Bundan əlavə Elxan onun avtomobilinin sol yan şüşəsini yumruq zərbələri ilə vuran zaman ona “qapıları aç, səni öldürəcəm, fahişə” sözlərindən istifadə etmiş, həmin vaxt Elxanın avtomobilində tanımadığı adam olmuşdur. Hadisədən bir neçə dəqiqə sonra, yəni həyacanı keçdikdən sonra o, baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Nəsimi RPl-nin 20-ci PB-nə gedərək hadisə ilə əlaqədar ərizə və izahat yazmışdır. Elxanın bu cür hərəkətlərinə o, övladlarının tərbiyəsini qorumaq üçün övladlarını Elxana göstərmək istəməmiş, buna görə Elxan uşaqları görmək üçün müxtəlif formada nalayiq hərəkətlərə yol vermişdir. Belə ki, 18 aprel 2020-ci il tarixdə saat 11:10 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən özünə məxsus mənzildə övladları ilə səhər yeməyi yeyərkən həmin vaxt mənzilin giriş qapısının möhkəm vurulduğunu eşitmiş, daha sonra onun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs səsi gəldiyini və onu təhqir etməsini eştimişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “Qapını aç fahişə, səni öldürəcəm, uşaqlarımı mənə ver” kimi sözləri işlətməklə qapını sındırmağa davam etmişdir. O, keçmiş həyat yoldaşı Elxana qapının arxasından dəfələrlə hərəkətlərinə son qoymasını xahiş etsə də Elxan aqresiv formada hərəkətlərinə davam etmişdir. Bundan sonra özü və uşaqları qorxduqlarına görə hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə Nəsimi RPl-nin 20-ci PB-nin əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs polislərlə geditkdən 20-25 dəqiqə sonra yenidən onun yaşadığı evin həyətinə gəlmiş, həyətdən onun ünvanına nalayiq söyüşlər söymüşdür. Sonuncunun həyətdən onu söyməsinə binada yaşayan qonşuların əksəriyyəti pəncərədən baxmış, Elxanın həyətdə söyüş söyməsinə baxmayaraq, Elxan aqresiv biri olduğuna görə Elxana heç kim yaxınlaşmamış, sonuncunun həyətdən onu 15 dəqiqədən artıq müddət ərzində təhqir edərək ondan övladlarını istəməsi onu narahat etdiyinə və Elxanın yenidən yuxarı qalxacağından çəkindiyinə görə o, yenidən polisə zənç edib baş verənlər barədə məlumat vermişdir. Bundan sonra polislər gələrək yenidən Təqsirləndirilən şəxs hadisə yerindən aparmışlar. Baş vermiş hadisə onu və övladlarını çox pis sarsıtmış, Təqsirləndirilən şəxs polislər tərəfindən ikinci dəfə aparılan zaman həyətdən onu nalayiq sözlərlə təhqir etmişdir. Həyətdən Təqsirləndirilən şəxs onu təhqir etməsini o, mobil telefon vasitəsilə çəkmiş və təhqiqat araşdırması zamanı görüntüləri təhqiqatçıya təqdim etmişdir. Həmin gün həftənin şənbə günü, növbəti gün isə bazar günü olduğuna görə o, həmin günlər Təqsirləndirilən şəxslə qarşılaşacağından çəkindiyi üçün evdən çıxmamış, 20 aprel 2020ci il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxaraq avtomobili ilə getmək üçün binanın zirzəmisində yerləşən ümumi istifadəli qarja düşmüş və özünə məxsus “Mercedes Benz E 300” minik markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman avtomoblin sol qanadının, kapotun sol qanadla birləşən hissəsinin, sağ qanadının əzildiyini, kapotun üzərindəki “Mercedes Benz” nişanının sındırıldığını, arxa və ön şüşələrə, hər iki qabaq qapının dəstəyinə, ön şüşəni təmizləyən rezinlərə, ön şüşə ilə qabaq kapotun aralığına və kapotun üzərinə kleyin töküldüyünü görmüşdür. Bunu gördükdən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermiş, avtomobilinə Təqsirləndirilən şəxs tərəfndən ziyan vurulmasına ona görə əmin olmuşdur ki, onu heç kəslə qərəzli münasibəti və düşmənçiliyi yoxdur. Bundan başqa, hadisə baş verən günü, yəni 18 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu pəncərədən söyən zaman ona hədə qorxu gəlmiş, ikinci dəfə isə həmin tarixdə “whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng edərək onu təhqir etmiş, ona bu mssələnin bitmədiyini, qaraja düşən zaman ona sürpriz olduğunu da demişdir. Həmin günü saat 12:30 radələrində onun binanın 5-ci mərtəbəsində yaşayan qonşusu Səttar onun yaşadığı evə gələrək ona onun həyat yoldaşı Təqsirləndirilən şəxs həmin avtomobilinin ətrafında olduğunu, Elxan onu görən kimi avtomoblinə minib qaçdığını demişdir. Həmin vaxt o, düşünmüşdür ki, birdən keçmiş həyat yoldaş Təqsirləndirilən şəxs avtomoblin üzərinə söyüş dolu məktblar qoya bilər, yaxud ona oxşar başqa hərkət etmiş, lakin Elxan ona hədə qorxu gəldiyinə görə evdən çıxmağa qorxmuş, Elxan onu qarajda gözləməklə ona qarşı hər hansı bir hərəkət edə bilər. Ona görə də o, həmin günü qaraja getməmişdir. Bundan başqa o, bildirmişdir ki, Elxan ona qarşı silah və silah qismində olan hər hansı bir əşyadan istifadə etməmişdir. ünvan 4-nı atası ona Elxanla toy günündə hədiyyə etmiş və mənzil onun adına olmaqla Elxanın həmin mənzildə heç bir haqqı yoxdur. “Mercedes Benz E 300” minik markalı, **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobili 2009-cu ildə doğum günündən təxminən 2 ay əvvəl ona atası Rafiq hədiyyə etmişdir. Avtomobilin Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur. Hadisənin şahidi qonşusu Səttar və bacısı Aysel olmuşdur. Avtomobilə görə 10265 manat 58 qəpik, mənzilin qapısına görə isə 990 manat olmaqla ümumilikdə ona 11.255,58 manat maddi ziyan dəymişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı S.Şahid2 ona dəymiş 11.255,78 (on bir min iki yüz əlli beş) manat 78 (yetmiş səkkiz) qəpik maddi ziyanın tam şəkildə ödənilməsini və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 aprel 2020-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı evdə istirahət edən zaman evin blokundan səs-küy gəldiyini eşitmiş, həmin səs-küyü salan şəxs blokda nalayiq ifadələrdən istifadə etmişdir. Həmçinin blokdan kiminsə qapısına zərbələrin endirilməsi səsini eşidib yaşadığı evin blokuna çıxmış, həmin səsi binanın 3-ü mərtəbəsindən gəldiyini eşitmişdir, özü binanın 5-ci mərtəbəsində yaşadığına görə həmin şəxsin kim olduğunu və nə səbəbdən blokda ucadan nalayiq ifadlər işlətməsinin səbəbini öyrənmək məqsədi lə o, komendantın otağına düşmüş, komendant isə həmin vaxt blokda gəzişirdi. Daha sonra yuxarı qalxarkən bu zaman pilləkərlərlə polis əməkdaşlarının qalxdığını və gəlib həmin kişini özləri liə apardıqlarını görmüşdür. Hadisədən sonra o, yaşadığı evə getmiş və istirahət etmişdir. Həmin günü o, təxminən saat 12:30 radələrində şəxsi işləri ilə əlaqədar olaraq yaşadığı evdən çıxıb avtomobilini götürmək məqsədi ilə yaşadığı evin zirzəmisində olan qaraja düşmüşdür. Qarajda onun avomobilini saxladığı yerlə qonşusu S.Dəmirovanın avtomobilinin dayandığı yer üzbəüzdür. Binanın zirzəmisinə düşən zaman S.Dəmirovanın avtomobilinin yanında bir saat öncə polis tərəfindən aparılmış şəxsin olduğunu, həmin şəxsin avtomobilin üzərinə nəyisə tökdüyünü görmüşdür. Həmin şəxs öz avtomobilin S.Dəmirovanın avtomobilindən bir neçə metr aralıda işlək vəziyyətdə saxlamış və onun gəldiyini uzaqdan görüb tez əlində olan əşyanı qarajın dibinə atıb avtomoblinə əyləşərək qarajdan çıxıb getmişdir. S.Dəmirovanın avtomobilinin dayandığı yerin yanında divarda şkaf vardır, həmin şəxs əlində olan əşyanı şkafın dibinə atdığından o, həmin şkafa daxil olub baxmaq istəməmişdir. Buna səbəb kənarda onu görə biləcək şəxslərin düzgün başa düşməmələri olmuşdur, ilkin olaraq o, mobil telefonun işığı ilə öz avtomobilinə, daha sonra S.Dəmirovanın avtomobilinə baxdıqda sonuncunun avtomobilinin üzərinə məhlul töküldüyünü və həmin məhlula əlini vurduqda isə kleyin olduğunu görmüş, kley tez quruduğundan artıq bir neçə dəqiqə ərzində kley avtomobilin boyasına yapışmışdır. Bundan əlavə o, S.Dəmirovanın avtomobilinin bəzi yerlərində əziklərin olduğunu görmüş, buna görə də o, tez qonşusu S.Dəmirovanın yaşadığı evə qalxıb sonuncuya keçmiş həyat yoldaşının avtomobilinin ətrafında olduğunu, avtomobilin üzərinə nəyisə tökdüyünü deyib qaraja düşüb avtomobilinə baxmağı Səidəyə məsləhət görmüş və o, işləri olduğuna görə avtomobilinə minərək çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid5 cavab olaraq bildirmişdir ki, hadisədən sonra uzun müddət keçdiyindən hadisənin bəzi hallarını dəqiq xatırlamır və məhkəməyədək istintaq dövründə verdiyi ifadələrini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafiq qızı ifadəsində göstərmişdir ki, 18 aprel 2020-ci il tarixdə, saat 11:10 radələrində o, yaşadığı mənzildə olan zaman blokdan səs-küy gəldiyini eşidib mənzilin qapısından bloka çıxmış, aşağı mərtəbədə bacısı Səidənin yaşadığı evin qapısının onun keçmiş əri Elxan tərəfindən təpik zərbələri ilə vurularaq sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olub dərhal öz mənzilinə daxil olmuş və bacısı Səidəyə zəng vurduqda sonuncu ona mənzilindən çıxmamasını, çıxacağı Elxanın ona da hər hansı bir formada zor tətbiq edəcəyini bildirib DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdiyini demişdir. Bundan bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Elxanı oradan aparmış, Elxanı polis apardıqdan sonra o, bacısının yaşadığı mənzilə getmiş və mənzilin giriş qapısının Elxan tərəfindən yararsız hala salındığını görmüşdür. Bir neçə saat keçdikdən sonra yaşadığı evdə olan zaman küçədən bir nəfər şəxsin yüksək səslə nalayi ifadələr işlətməsini eşitmiş, pənəcərdən həyətə baxan zaman Elxanın başını onun bacısının yaşadığı mənzilin pəncərəsinə doğru tutmuş vəziyyətə bacısının barəsində küçə söyüşlərini işlətdiyini görmüşdür. Həmin vaxt Səidə Elxanın hərəkətlərini mobil telefonun kamerası ilə çəkmişdir. Səidəyə məxsus avtomobilin Elxan tərəfindən zədələnməsiniu görməsə də qonşu X6 avtomobilinə kley tökdüyünü eşitmişdir. O həmçinin bildirmişdir ki, Səidəyə məxsus avtomobil onun atası tərəfindən sonuncuya toy günü hədiyyə edilmiş, Səidənin və onun yaşadığı mənzilləri isə atası tərəfindən inşa edilmiş və daha sonra onlara atası hədiyyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-də baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 18 aprel 2020-ci il tarixdə 20-ci PBdə əməliyyat qrupunda olan zaman saat 11:14 radələrində növbətçi hissəyə Azərbaycan Respublikası DİN-nin xidməti zəng mərkəzindən ünvan 4 ünvanında bina sakini S.Nəbiyevanın keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxslə aralarında ailə münaqişəsi baş verməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında o, və 20-ci PB-nin sahə inspektoru Şahid6 ilə birlikdə həmin ünvana getmişdir. Belə ki, S.Nəbiyevanın mənzili binanın 3-cü mərtəbəsində yerləşir və həmin mərtəbəyə qalxan zaman şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs mənzilin qapısını sındırdığını və nalayiq söyüşlər ifadə etdiyini görüb Təqsirləndirilən şəxs sakitləşdirdikdən sonra onu 20-ci PB-nə gətirmişlər. Bundan bir saat sonra eyni ünvanda E.E.Nəbyevin ictimai qaydanı pozması barədə məlumat alıb ikinci dəfə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ev 14 ünvanına sahə inspektoru Şahid6la birlikdə getmiş, binanın həyətinə çatdıqda Təqsirləndirilən şəxs Səidə xanımı nalayiq sözlərlə təhqir etdiyini və hamının binanın eyvanından Təqsirləndirilən şəxs hərkətlərinə tamaşa etdiyni görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb ona ictimai qaydalara əməl etməsini bildirərək onunla profilaktik söhbət apardıqdan sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə minib həyətdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş sahə inspektoru Şahid6 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 saylı bina evinin komendantı işləyir. 18 aprel 2020-ci il tarixdə, saat 11:00 radələrində bina sakini olan S.Dəmirovanın yaşadığı binanın 3-cü mrətəbəsində səs-küy gəldiyini eşitmiş pilləkən ilə qalxarkən 3-cü mərtəbədə S.Dəmirova ilə birlikdə yaşamış onun keçmiş əri Elxanı görmüş. Elxan mənzilin qapısını möhkəm zərbə ilə vuraraq və nalayiq ifadələr işlədirmiş. Bir neçə qonşu ona irad bildirərək nəyə baxırsınız niyə müdaxilə etmirsiz. Daha sonra polislər gəlib Elxanı 20-ci PB-nə aparmışlar. Sonradan eşitmişdir ki, polisə S.Dəmirova özü məlumat verib. Bir az keçmiş Elxanın binanın həyətindən qışqıraraq danışığını və S.Dəmirovanı nalayiq küçə sösyüşləri ilə təhqir etdiyini eşitmiş, o, yenə də ailə mübahisəsi olduğunu bildiyi üçün Elxana yaxın gəlməmişdir. Hər kəs binanın eyvanlarında dayanıb Elxanın hərəkətlərinə tamaşa etmişdir. Yenidən binanın həyətinə polis gəlmiş və bu dəfə polis əməkdaşları Elxanı öz maşınına otuzdurmuş və sonuncu da maşını sürüb çıxıb getmişdir. Sonradan eşitdiyinə görə Elxan S.Dəmirovanın binanın zirzəmisində olan qarajda saxladığı avomobilini zədələyib. Elxanın binanın alt hissəsinə keçməsi müşahidə kameraları ilə də qeydə alınmış və həmin görüntülər polisə təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, hadisədən sonra uzun müddət keçdiyindən hadisənin bəzi hallarını dəqiq xatırlamır və məhkəməyədək istintaq dövründə verdiyi ifadələrini də təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, neçə vaxtdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Keşlə №1” adında avtomobillərin təmiri sexində usta işləyir. 2020-ci ilin aprel ayının son aylarında S.Dəmirova özünə məxsus “Mercedes Benz E 300 minik” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün onun sexinə gətirmiş, sonuncunun avtomobilinin üstünə kimsə kley tökmüş və avtomobilin bəzi hissələri isə yararsız hala salındığından təzələri ilə əvəz edilməli olduğunu demişdir. S.Dəmirova avtomobillə bağlı ziyan aktı istədikdə o, ona məsləhət görmüşdür ki, maşınını “Mecedes Benz” servisinə göstərib ziyan aktı ala bilər. Bundan sonra S.Dəmirova “Mercedes” servisə müracət edib ziyan aktı almışdır. Təxminən S.Dəmirova 10.300 manata yaxın avtomobilin təmirinə və yeni ehtiyat hissələrinin alınmasına pul xərcləmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən, Turkiyyə Respublikasında müalicə alan Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cild 49-50-ci vərəqələrində olan 30 iyun 2020-ci il tarixli görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 191-ci vərəqəsində olan axtarışda olan şəxsin yaxalanması haqqında 16 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Cinayət işinin 2-ci cild 200-202-ci vərəqələrində olan 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri daha ciddi qətimkan tədbiri ilə əvəz edilərək sonuncunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 68-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2020-ci il tarixli, 9/1133 saylı ekspertiza rəyindən görünür ki, 1. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2009-cu il buraxılışlı “Mercedes-Benz E 300” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2020-ci ilin aprel ayına olan tarixə təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən 1. Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7830,00 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti – 6820.00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1010,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5688,00 manat; o cümlədən: dəyişilməli hissələrin qiyməti – 4678,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1010,00 manat. 2. Beləliklə ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd ümumi ölçüləri 202x85.5x5.5 sm olan yaşayış mənzilinin giriş qapısına dəymiş ziyanın 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti “Yenilik” İKF tərəfinfən tərtib edilmiş zədə aktına əsasən nəzəri qaydada təxminən 420,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 1-6-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2020-ci il tarixli, 4/355 saylı ekspertiza rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. 3. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı əsas mövzu üzrə danışıqlarda bir nəfər qadın və bir nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. 4.1. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. 4.2. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – S.Şahid2ya məxsusdur. Cinayət işinin 1-ci cild 68-ci və 2-ci cild 2-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat və 300 (üç yüz) manat ümumilikdə cəmi, 350 (üç yüz əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan tərtib edilmiş 24 aprel 2020-ci il tarixli zədə aktlarından görünür ki, ehtiyat hissələri: 6.307,31 AZN, rəngin materialı – 310,00 AZN, kapotun üzərindəki Mercedes-Benz ulduzu – 98,72 AZN, yan sağ güzgünün qapağı – 437,32 AZN, ön şüşəsilən rezinlər – 157,03 AZN, ön şüşəsilən rezinlərin tutucuları – 447.96 AZN, ön şüşəsilən şlanqı – 77,23 AZN, ön şüşəsilən pameli – 207,18 AZN, ön radiator barmaqlığı (oblisovka) – 1.166, 08 AZN, ön sağ qanad – 1.042,85 AZN, ön sağ qapının dəstəyi – 161,29 AZN, ön sol və sağ qapılardakı dəstəklərin Keyless-Go qapaqları – 123,84 AZN, ön alın şüşəsi – 1.162,19 AZN, ön alın şüşəsinin təmir dəsti (2 ədəd yapışqan) – 300,64 AZN, özn sol qapıdakı dəmir açar qıfılı – 493,15 AZN, ön sol qapının üst nikkel kantı – 121,84 AZN - dəmirçi işi 1.048,72 AZN, rəngsaz işi 1.416,43 AZN, elektrik işi 56,31 AZN ümumilikdə cəmi 8.828,78 AZN, ehtiyat hissələri: yan sol güzgünün qapağı – 1.368,70 AZN, yan sağ güzgünün idarəetmə mexanizmi – 996,98 AZN yan sol güzgünün idarəetmə mexanizmin dəyişdirilməsi 68,10 AZN cəmi 1.436,80 AZN müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan tərtib edilmiş 04 may 2020-ci il tarixli zədə aktından görünür ki, təmir üçün lazım ola hissələr: 1. 176x60 ölçülərində olan sıxılmış taxta üzlük (çöl tərəf üçün) 400 AZN; 2. 176x60 ölçülərində olan sıxılmış taxta üzlük (iç tərəf üçün) 350 AZN; süngər (qubka) 70 AZN, usta işi: 170 AZN, cəmi 990 AZN müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 133-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 27 avqust 2020-ci il tarixli, 343/KEŞ saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 05.08.2020-ci il tarixdə “hər iki bus sümüyü başının avaskulyar nekrozu” diaqnozu ilə X2 və Ortapediya İnstitutuna daxil olmuş və həmin tarixdə o, “sol bud-çanaq oynağının total artroplastika” cərrahiyə əməliyyatına məruz qalmışdır. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə 10.08.2020-ci il tarixdə ambulator nəzarət üçün evə yazılmışdır. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda keçirilmiş cərrahiyə əməliyatda sonrakı vəziyyət, köməkçi vasitə ilə hərəkət və sərbəst fikirlərini ifadə etdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq durumu ilə əlaqədar onun istintaq hərəkətlərinin aparılması və cinayət işinin materialları ilə tanış olması mümkündür. Cinayət işinin 2-ci cild 7-19-cu vərəqələrində olan iş üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 29 iyun 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxs S.Dəmirovaya məxsus mənzilin giriş qapısına görə dəymiş maddi ziyanın məbləği 990 manat, avtomobilə görə dəymiş maddi ziyanın məbləği 10.265,58 manat təşkil etdiyi nəzərə alınmış və iş üçün əhəmiyyət kəsb etdiyinə görə 02 ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək iş materailların əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 2-ci cild 204-218-ci vərəqələrində olan iş üzrə sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, 2009-cu il buraxılışlı “Mercedes Benz E 300” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarının 6820,00 manat və 1 ədəd ümumi ölçüləri 202x85, 5x5 sm olan yaşayış mənzilinin giriş qapısına isə dəymiş ziyanın miqdarının 420,00 manat olduğu nəzərə alınmış, iş üçün əhəmiyyət kəsb etdiyinə görə 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 30 may 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 252-ci vərəqəsində olan S.Şahid2nının iddia ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona avtomobilinə görə 10265 manat 80 qəpik, mənzilin giriş qapısına görə isə 990 manat olmalqda ona ümumilikdə 11255,78 manat ziyan dəymişdir. Həmin ziyanla bağlı cinayət işinə əlavə edilməsi məqsədi ilə ziyan dəymişdir. Həmin ziyanla bağlı cinayət işinə əlavə edilməsi məqsədi ilə ziyan aktları da təqdim edilmişdir. Ona cinayət nəticəsində maddi ziyan vurulduğunu və həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyinə görə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduğundan vurulmuş maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi ilə bağlı AR CPM-nin 89-cu maddəsinə əsasən onu hüquqi icraatda istintaq olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs 11255,78 manat tam şəkildə tutulub ona ödənilməsini xahiş etmişdir. Cinayət işinə əlavə Məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi vəsatətə əsasında “xxxx” MMC və “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş və mobil operatorlardan çıxarılmış anten məlumatlardan görünür ki, Şahid5 məxsus ***-***-**-** saylı mobil nömrədən onun 18 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsinin ərazisində və digər Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrədən onun 18 aprel 2020-ci il tarixdə Abbas Səhhət və S.Rüstəm küçələrinin ərazisində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma və ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə habelə özgənin əmlakının məhv etmə, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətlərini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, zədə aktları, DVD disklərdə olan videogörüntülər, audio səs yazıları və işin digər halları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1-ci maddələri ilə tövsif edilməli və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, cinayət işi materiallarında olan 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan video görüntülərdə, Təqsirləndirilən şəxs 18 aprel 2020-ci il tarixdə zərərçəkmiş şəxs S.Şahid2nın yaşadığı mənzilin qapısını dəfələrlə təpikləyərək zədələməsi, S.Şahid2nın ünvanına nalayiq ifadələrdən istifadə etməsi, küçədə duraraq ona küçə söyüşləri söyərək uşaqları istəməsini müşahidə edilir. Bundan başqa həmin diskin digər görüntüsündə Təqsirləndirilən şəxs 18 aprel 2020-ci il tarixdə, saat 11:00:17-də özünəməxsus avtomobili ilə və həmin tarixdə, saat 12:20:22-də özünün zərərçəkmiş şəxs S.Şahid2nın avtomobilini saxladığı qaraja daxil olması müşahidə edilir. Bundan başqa, cinayət işi materiallarında olan 1 ədəd “ZYKLEN” markalı digər DVD diskdə olan audiosəs yazılarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs S.Şahid2ya gizli nömrədən zəng edərək ona qarşı nalayiq ifadələr işlətməklə danışmağa başlayır, ona uşaqlarının qəbri üstə ağlayacağını və uşaqların ölümünü arzulayır, yenə təkrar nalayiq ifadələrlə və küçə söyüşləri ilə zərərçəkmişi söyür, yenidən rus dilində nalayiq ifadələrdən istifadə edir, nalayiq bir tərzdə ona maşının ləzzət eləməsini, maşını sürəndə şüşə-müşə görüb-görməməsini soruşur, daha sonra S.Şahid2 Təqsirləndirilən şəxs maşını it günə qoyduğunu və sürə bilmədiyini deməsi müşahidə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna”böyük ictimai təhlükə törətməyən və ya az ağır”cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.”Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və əvvəllər məhkum olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 186.1 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmalı, digər maddi subut “Mercedes Benz E300” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 5 ünvanında yerləşən mənzilin giriş qapısı sahibi X4 qaytarıldığından sonuncuya təhvil verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə verilmiş mülki iddianı araşdıraraq və iş materiallarında olan 07 may və 29 iyun 2020-ci il tarixli ekspertiza rəylərinə, 24 aprel və 04 may 2020-ci il tarixli zədə aktlarına və cinayət işinin materialında olan digər dəlillərə əsaslanaraq hesab edir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən”cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş maddi zərərə görə 11.255 (on bir min iki yüz əlli beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı S.Şahid2ya ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E300” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 5 ünvanında yerləşən mənzilin giriş qapısı sahibi X4 qaytarıldığından sonuncuya təhvil verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 11.255 (on bir min iki yüz əlli beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X4 ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar