Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-78/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ikinci qrup əlil, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talayıb təkrarən soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2021-ci il tarixdə, saat 23:02-də ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 yaxınlaşıb, guya hərbi biletinin sonuncuda olmasını dedikdə Zərərçəkmiş şəxs1 onu tanımadığını və ona məxsus hər hansı əşyanın özündə olmadığını bildirərək dəqiqləşdirmək məqsədilə əynində olan şalvarının cibindən müxtəlif əskinaslardan ibarət 1.780 manat pulunu yeraltı keçidin divar daşının üstünə qoyduqda həmin gün saat 23:05-də o, şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqa zidd xarakterli olmasını başa düşüb əmlaka əlçatanlığını təmin etmək məqsədilə həmin pulu götürməklə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə xx.xx.2021-ci il tarixdə, saat 23:30-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində ərazidə olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 yaxınlaşıb səmimi söhbət əsnasında sonuncuya guya 30 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün qadın təşkil edəcəyini bildirib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2lə birlikdə guya həmin qadının yaşadığı mənzilə getmələri üçün piyada Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 40 saylı binaya daxil olmuş, binanın pilləkanları ilə qalxdıqda Zərərçəkmiş şəxs2 üzərində pulunun olub-olmamasını soruşduqda sonuncu cibindən içərisində həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 399,9 manat təşkil edən 200 avro və 500 manat pul olan 10 manat dəyərində pul kisəsini çıxardıb içərisindəki pulları göstərən zaman həmin pul kisəsini Zərərçəkmiş şəxs2 əlindən alıb əmlaka əlçatanlığını təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1249 manat 90 qəpik məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda yəni, nəzərdə tutulmuş hər iki epizod üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin cinayət əməllərini o törətməmiş, hadisələr baş verən zaman Füzuli rayonunda olmuş, istintaqda verdiyi ifadələri latın qrafikasını bilmədiyi üçün oxumadan sadəcə müstəntiq tərəfindən aldadılaraq imzalamışdır. Yiuxarıdakılara əsəsən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun cinayət işi üzrə prokolları imzalamasının səbəbi istintaq orqanının əməkdaşları tərəfindən onun ailəsini təhdid edilməsi səbəb olmuşdur. Həmçinin bildirmişdir ki, cinayət işinin İİ cild 77-ci vərəqəsində olan ərizəni müstəntiqin təqdim etdiyi nümunədən şəxsən köçürərək özü yazmışdır. Bundan başqa qeyd etmişdir ki, o cinayət hadisələri baş verən zaman Füzuli rayonunda olmuş və həmin ərəfələrdə mobil telefonu olmamışdır. Təqsirləndirilən şəxs hər iki epizod üzrə tam təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, əldə edilmiş maddi sübutlar, baxış və üzləşdirmə, tanınma protokolları, ifadələrin yerində yoxlanılması protokolları, ekspertiza rəyləri, DVD diskdə olan görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibdidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat 23:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra taksi ilə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığına, "xxxx" ASC-nin qarşısına gələrək taksi sürücüsünə 3 manat gediş haqqı ödəyərək taksidən düşdükdən sonra onda olan 1780 manat pulu şalvarının sağ yan cibinə qoymuşdur. Taksidən düşdükdən sonra piyada bir qədər getdikdən sonra bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq, guya hərbi biletinin onda olduğunu bildirmiş, o isə həmin şəxsə hərbi biletinin onda olmadığını və işi ilə məşğul olmasını bildirmişdir. Bundan sonra isə həmin hadisə yerində olan yeraltı keçidin divar daş döşəməsinin üzərinə cibində olan 1.780 manat pulunu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və mobil telefonunu qoymuş və həmin şəxsə bildirmişdir ki, “sənin məndə hərbi biletin yoxdur və mənim üzərimə baxa bilərsən”. Bundan sonra isə həmin şəxs guya onun üzərinə baxış keçirmək üçün əli ilə onun üstünü axtarmış, daha sonra isə qəfildən daşın üzərində olan ona məxsus 1780 manat pulu götürərək qaçmağa başlamışdır. O və ətrafda olan şəxslər həmin şəxsi səsləyərək arxasınca qaçsa da çata bilməmişdirlər və həmin şəxs oradan iti qaçışlarla uzaqlaşmışdır. Həmin şəxs qaçdıqdan sonra isə papağı yerə düşmüş və sonradan polis əməkdaşları tərəfindən həmin papaq götürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman orta dərəcəli içkili olduğundan 102 zəng xitmədinə bir neçə dəfə zəng vurmuş, lakin həmin vaxt nə dediyini və ona qarşı cinayət törədən şəxsin kim olduğunu xatırlamır, bu halları istintaq dövründə müstəntiqə bildirmişdir (İİ cild, i/v 131). Həmçinin istintaq dövründə Təqsirləndirilən şəxs tanıdığına dair verdiyi ifadələrini və üzləşdirməyə dair tərtib olunmuş protokolları oxumadan imzalamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibdidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə tək yaşayır. xx.xx.2021-ci il tarixdə 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazalar şəbəkəsinin yanında yerləşən kafedə Süleymanov Sərxan və Peyman adlı şəxslə oturub yemək yemişdir. Bundan sonra Sərxan və Peyman ondan aralanıb yaşadıqları ünvana getmişdirlər. O da yaşadığı 2-ci Alatava ünvanına getmək üçün Şamaxinka istiqamətində hərəkət etmişdir. Bir qədər irəlilədikdən sonra qarşıda ağaclığın yanında 1 nəfər şəxs ona yaxınlaşaraq soruşmuşdur ki, əgər qız lazımdırsa, əylənmək istəyirsə, desin, təşkil edəcək. O da həmin şəxsə razılıq vermişdir. Bundan sonra onlar yaxınlıqda yerləşən binanın blokuna girib 2-ci mərtəbəyə qalxmışlar. Həmin şəxs ondan soruşmuşdur ki, “pulun var mı? Yoxdursa indidən de, bizim söhbətimiz alınmayacaq”. O da cibində olan pul kisəsini açıb içindəki pulları həmin şəxsə göstərmişdir. Bu zaman adını bilmədiyi həmin şəxs əlində olan içərisində 500 manat, 200 ABŞ dollar, 200 Avro, iş vəsiqəsi və bank kartları olan pul kisəsini əlindən alıb qaçmağa başlamışdır. O da həmin şəxsin dalınca qaçsa da, tuta bilməmişdir. Arxasınca dəfələrlə qışqırıb pulu geri qaytarmasını tələb etsə də, həmin şəxs onun tələblərinə qulaq asmayıb qaçmağa davam etmişdir. Blokdan çıxdıqda həmin şəxsin hansı istiqamətə getməyini belə görə bilməmişdir. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək olan hadisəni danışmış və hadisə yerinə əməliyyat qrupu yaxınlaşaraq onu 19-cu PŞ-yə dəvət etmişdirlər. Ona məxsus olan pul kisəsi 10 manat maddi dəyərində olmuşdur, bank kartları isə kompaniya zamanı ona verildiyindən heç bir maddi dəyəri yoxdur, bu səbəblə də ona ümumilikdə 1250 manat maddi ziyanlıq dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verilmiş sualla cavab olaraq bildirmişdir ki, bəli ona qarşı cinayət törədən şəxs Təqsirləndirilən şəxsdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızının həyat yoldaşıdır. O, hadisədən sonra sonuncuya görə qızı ilə birlikdə 19-cu PŞ-yə gəlmiş, orada zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq niyə ağlayırsız sualını vermiş, o, isə həmin vaxt başlarına gələn hadisəni ona danışmışdır. Zərərçəkmiş şəxs2 həmin vaxt onlara demişdir ki, “mən rəisin köməkçisiyəm və 600 manat pul verin, mən rəislə görüşüm Təqsirləndirilən şəxs buraxdırım”. O, da 600 manatı Zərərçəkmiş şəxs2 vermiş, lakin Təqsirləndirilən şəxs buraxmamışlar. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Məhkəmə iclas zalında olan şəxslərdən Zərərçəkmiş şəxs2 tanıyır. Hadisə olan günü ona məlumat verilən kimi o,19-cu Polis Şöbəsinə gəlmiş və orada İbənin yoldaşını, uşağını və anasını görmüşdür. Sonunculardan nə olduğunu soruşduqda, ona İbəni 15-16 fakt üzrə onu saxladığlarını bildirmişlər. O, da nəisə öyrənməkdən ötrü bölməyə daxil olmuş, həmin vaxt ona İbədən şikayətçi olan şəxs olduğunu demişlər. O, şikayətçini axtarmasına baxmayaraq həmin şəxsi tapa bilməmiş, sonradan polis əməkdaşının otağına daxil olan zaman Mustafanın otaqda olmasını, siqaret çəkməsini və Mustafanın polis ilə zarafatlaşmasını görmüşdür. Polis əməkdaşı əvvəlcə ona İbənin Mustafaya 1200 manat zərər vurduğunu bildirmiş, ona əlavə 400 manat verilməsi halında işi bağlayacağını deməsinə baxmayaraq o, pulu verməmişdir. Cinayət işinin İ cild 58-59-cu vərəqələrində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 92-95-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 011-8163-1221 saylı məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd papaq üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs (xx.xx.1986-cı il təvəllüdlü Füzuli rayonu) məxsusdur (Nərimanov RPİ-nin 078-2087-1217 nömrəli, xx.xx.2017-ci il tarixli məktubu ilə KTİ-nə təqdim edilmiş). Cinayət işinin İİ cild 113-114-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 61-72-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş və götürülmüş zərfin içərisindəki bir ədəd Təqsirləndirilən şəxs məxsus papaq sübut növü kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 15-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 2281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İİ cild 225-231-ci vərəqələrində olan və müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilik formasında psixi patologiyadan əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində davranış pozuntularının yaranması ehtimalı nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin deyil, yalnız 22.1-ci maddəsinin təsiri altına düşür. Cinayət işinin İİ cild 1-3-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.2, 180.2.4, 180.2.5, 221.1, 221.2.1, 181.2.2-ci maddələri ilə təqsirli bilinərək ümumi tipli psixotriya stasionarında məcburi müalicə təyin olunmuş; 2) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək məcburi müalicə təyin olunmuş və cinayət məsuliyyətindən azad olunmuş; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin cəza 04 (dörd) ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İİ cild 5-13-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İİ cild 52-ci vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə ünvan 2 ünvanda yerləşən “Azərsu ASC”nin qarşısında, yeraltı keçidin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə bir müddət söhbət sonra qaçması və Zərərçəkmiş şəxs1 İ.HƏsədovun arxasınca Təhlükəsiz Şəhər kamera vasitəsi ilə qeydə alınmış hərəkətlər barədə videogörüntü öz əksini tapır. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 01 ədəd DVD diskin xx.xx.2021-ci il tarixdə saat 23:02-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq söhbət edir, üst-başını axtarır və 23:05-də yeraltı keçidin divar daşının üstündə olan əşyanı götürərək oradan qaçmağa başlayır bundan dərhal sonrada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arxasınca qaçır. Cinayət işinin İİ cild 201-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2020-ci il tarixdə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək orta debillik dərəcəsində anadan gəlmə kəmağıllılıq davranış pozuntuları ilə müalicə almışdır və Təqsirləndirilən şəxs ikinci qrup əlilldir. Cinayət işinin İ cild 192-ci vərəqəsində olan 11 sentyabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Təqsirləndirilən şəxs 4-cü sırada qoyulmuş papağın üzünə məxsus olduğunu və xx.xx.2021-ci il tarixdə, saat 23:02-də ünvan 1 ünvanın qarşısında "xxxx" ASC-nin qarşısında Zərərçəkmiş şəxs1 pulunu götürüb qaçdıqdan sonra başından düşən papaq olduğunu bildirmişdir. Cinayət işinin İ cild 131-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli, 2/11362 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 00:22-də orta dərəcəli sərxoşdur. Cinayət işinin İİ cild 131-132-ci, 149-150-ci xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin qərarlarından görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasına məcburi gətirilməsi barədə qərarlar çıxarılmışdır. Cinayət işinin İİ cildində əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri təqsirli bilinərək barəsində Abşeron RPİtərəfindən 270127 nömrəli axtarış işi açılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materiallarına əlavə edilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək baxış keçirilmiş DVD diskində olan videogörüntülər ilə və digər iş materialları ilə onun qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talayıb təkrarən soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması (İ cild 58-59 i/v), şübhəli şəxsin dindirilməsi (İ cild 67-69 i/v), təqsirləndirilən şəxsin dindirilməsi və əlavə dindirilməsi (İ cild 81-83, 183-184 i/v, İİ cild 36-39 i/v), zərərçəkmiş şəxslərlə aparılmış üzləşdirmə (İ cild 43-44 i/v, İİ cild 54-56 i/v), ifadələrin yerində yoxlanılması haqqında (İİ cild 47-50 i/v) protokollardan, təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında və Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarlarından (İ cild 70-71, 92-95 i/v) görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclasında barəsində həbs qətimkan tədbirinin seçilərkən, ifadə verərək törətdiyi əməlləri tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:02-də ünvan 2 ünvanda yerləşən “Azərsu ASC”-nin qarşısında, yeraltı keçidin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq söhbət edir, sonuncu üzərində olan əşyaları yeraltı keçidin divar daşının üstünə qoyur, sonra isə əvvəlki Zərərçəkmiş şəxs1 üst-başını axtarır və sonra Təqsirləndirilən şəxs yeraltı keçidin divar daşının üstündə olan əşyanı götürərək oradan qaçmağa başlayır, qaçarkən başında olan papağı yerə salır zərərçəkmiş şəxs isə onun arxasınca qaçır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 011-8163-1221 saylı məktubu tədqiq edilərək müəyyən edilmişdir ki, aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində təqdim edilmiş bir ədəd papaq üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur (1-ci cild 161-162 i/v). Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində latın qrafikası ilə yazıb oxuya bilmədiyini bildirsə də, növbəti məhkəmə iclasında cinayət işinin İİ cild 77ci vərəqəsində olan ərizənin müstəntiqin təqdim etdiyi nümunədən şəxsən özü köçürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o cinayət hadisələri baş verən zaman Füzuli rayonunda olmuş yalnız həmin rayonda olmasını təsdiq edən hərhansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa bildirmişdir ki, cinayət hadisələri baş verən zaman onun mobil telefonu olmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrarən törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmaması, həmçinin sonuncuların ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin cəza 04 (dörd) ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən xx.xx.2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, həmçinin Təqsirləndirilən şəxs tərəfindən əvvəllərdə eyni tərkibli cinayət əməllərini törətməsini və islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə digər maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus papaq sonuncunun ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsnın barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus papaq sonuncunun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ******************** bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-78/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-78/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver