Məhkəmə qərarları › İş №1(006)-785/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-785/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-785/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 27, mənzil 54-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə saat 21:06-da etibarnamə əsasında idarə etdiyi X4 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ravon R4 İ.T minik” markalı, 77ET269 qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib sola dönməni icra edən zaman həmin yolun sol tərəfindəki velosiped zolağı ilə yol hərəkətinin digər iştirakçısı qismində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi skuterlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol körpücük nahiyəsinin körpücük sümüyünün orla 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyul 2025-ci il tarixdə saat 20 radələrində Xətai rayonundan yaşadığı ünvandan çıxmış və sifariş üzrə müştəri götürmüşdür, həmin müştərini “Malakan” bağına aparmaq üçün etibarnamə əsasında idarə etdiyi “Ravon R4 LT” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlamışdır. Nəsimi rayonu ərazisində 28 May küçəsi ilə "xxxx" QSC-nin sol tərəfi ilə Puşkin küçəsi istiqamətə S.Vurğun bağının solunda yolun sol kənar zolağı ilə hərəkətdə olan zaman 28 May küçəsinin A.Puşkin küçəsi ilə kəsişməsinə çatdıqda işıqforun yaşıl ışığı yanırmış və o həmin yoldan sol tərəfə, yəni Puşkin küçəsinə dönməni icra etməyə başlamışdır. Bu vaxt avtomobili 20-30 km/saat sürətlə idarə edirmiş. Dönməni icra edən zaman onunla eyni istiqamətdə velosiped zolağı ilə 28 May küçəsi ilə düzünə hərəkət edən skuterlə idarə etdiyi avtomobilin sol ön künc tərəfi toqquşmuş və bu vaxt skuter aşmış, skuteri idarə edən şəxs asfaltın üzərinə yıxılmışdır. O dərhal avtomobili saxlamış, avtomobilin arxa oturacağında əyləşmiş sərnişindən hər şeyin qaydasında olub-olmadığını soruşmuşdur. Həmin sərnişin bildirmişdir ki, hər şey qaydasındadır və heç bir xəsarət almayıb. Bundan sonra avtomobildən düşmüş və asfaltın üzərinə yıxılmış şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən Özünü necə hiss etdiyini soruşduqda bildirmişdir ki, qolunda kəskin ağrı var. O, həmin şəxsi xəstəxanaya aparmağı təklif etmişdir. Həmin şəxsi avtomobilə otuzdurmuş, skuteri avtomobilin yük yerinə qoymuşdur. Bu vaxt görmüşdür ki, avtomobilində olan müştəri sərnişin yoxdur. Skuteri idarə edən şəxsi Travmatologiya və Ortopediya İnstitutuna aparmışdır. Həmin şəxslə tanış olmuş və həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim elmişdir. Xəstəxanada Eminə tibbi yardım göstərmişlər və stasionar müalicəyə alınmışdır. Hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Hadisənin şahidləri həmin vaxt yoldan keçən tanımadığı şəxslər, eləcə də avtomobilinin arxa oturacağında əyləşmiş tanımadığı şəxs olmuşdur. Avtomobildə kiçik zədə olsa da sonradan həmin zədəni aradan qaldırmışdır. Hadisənin baş verməsinə səbəb idarə etdiyi “Ravon” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönməni icra edən zaman lazımi təhlükəsizlik tələblərinə riayət etməməyi olmuşdur. O hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Çünki sol dönməni yerinə yetirməzdən əvvəl yan güzgüdən arxaya baxmadığı üçün oradan skutorın gəldiyini görməmiş və ona görə də təhlükəni əvvəlcədən hiss etməmişdir. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində günlük icarə götürərək idarə etdiyi skuterlə Səməd Vurğun bağının sol tərəfində Nəsimi rayonu, 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsi istiqamətində 28 may küçəsində birtərəfli yolun sol kənarında velosiped yolu ilə hərəkətdə olmuşdur. 28 May küçəsinin A.Puşkin küçəsi ilə kəsişməsinə çatdıqda işıqforun yaşıl işığı yanılı olduğundan kəsişmədə hərəkətini düzünə davam etdirmək üçün velosiped zolağı ilə kəsişməyə daxil olmuş və hərəkətini düzünə davam etdirərkən idarə etdiyi skuter onunla eyni istiqamətdə gələn və A.Puşkin küçəsinə sola dönən “Ravon” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön təkəri, sol ön qanadı ilə toqquşmuş və maşının qarşısına tərəf yıxılmışdır. Sürücü avtomobili saxlamış və vəziyyəti ilə maraqlanmışdır. O qolunda kəskin ağrı olduğunu bildirdikdə sürücü həkimə getməyi təklif etmiş və onu Travmatologiya İnstitutuna aparmışdır. Yolda sürücü öz adını ona Cavanşir kimi bildirmişdir. Hadisə vaxtı ayıq olmuş və skuterdə tək olmuşdur. Hadisə baş verən zaman hava şəraiti aydın, asfalt örtüyü quru olmuşdur. Skuteri idarə edən zaman qoruyucu dəbilqədən istifadə etməmiş, belində “Yango” bel çantası olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. İş materiallarında olan:  -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2025-ci il tarixli, 8/2370 saylı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Ravon R4M” markalı, 77ET269 qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;  -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 964 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol körpücük nahiyəsinin körpücük sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayindən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. X5 bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür.;  -xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, diskdə olan 01 ədəd faylda 3 dəqiqə müddətində olan görüntülərin olduğu, faylda TŞ 3- 004 nömrəli müşahidə qurğusunun 2-ci kamerasının qeydə aldığı görüntülər olduğu, saat 21:06:10-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində soldan birinci avtomobil hərəkət zolağında ağ rəngli avtomobilin hərəkət etdiyini, ona paralel sol tərəfdə velosiped zolağında, skuterdə bir nəfər şəxsin hərəkət etdiyini, Puşkin küçəsi ilə kəsişməyə çatdıqda həmin avtomobilin sol tərəfə dönməyə başladığını və saat 21:06:14-də velosiped zolağında həmin zolaqla skuterlə hərəkətdə olan bir nəfər şəxsi vurduğu müəyyən edilmişdir;  -xx.xx.2025-ci il tarixli, 2/39131 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur;  -BB503153 №-li sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1BC1C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək etibarlıdır;  -BB284050 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Ravon R4 LT minik" markalı, 77ET269 dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur.;  -xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək "Ravon R4 LT minik" markalı, 77ET269 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə səlahiyyətlidir;  -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz razılığı ilə amnistiya aktı tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə görə birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar