Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-79/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrindəDövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17 oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, tanışı X4 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2019-cu il tarixdə saat 23:28 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5-11-də yerləşən “Baron Rent a car” mağazasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu, həmçinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbrləri görməli kimi tələblərə riayət etməklə, yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu təqdirdə bunu etməyərək, yol hərəkət qaydalarını pozmaqla idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə həmin vaxt yolun hərəkət hissəsini sağdan sola doğru “R.Zorge” parkı istiqamətinə keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub Zərərçəkmiş şəxs sağ təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, qapalı kəllə-beyin travması, sağ təpə payının hemorragik kontuziyası, sağ ağciyərin əzilməsi və sağ tərəfli hemopnevmotoraks, sağdan İV, V, Vİ, Vİİ, Vİİİ, İX, soldan İV və Vİİ qabırğaların yerdəyişən sınıqları və döş qəfəsinin sağ yarısının arxa-yan səthlərinin qançırı, sağdan İ, soldan İİİ qabırğaların xətti yerdəyişməyən sınıqları, İİ, İİİ, İV bel fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ bazu sümüyünün orta 1/3-nin, sağ incik sümüyünün distal ucunun yedəyişən sınıqları, sağ ayaq pəncəsinin qançırı kimi dərəcəsinə görə həyat təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə axşam saatlarında qardaşı Şahid1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsinə düşürdüb yaşadığı Bakı şəhəri, Nəsimi raynu, A.Qurbanov küçəsindəki evə getmək məqsədi ilə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Vaqif prospekti ilə üzü S.Vurğun küçəsi istiqamətinə doğru idarə etmişdir. Həmin vaxt o, avtomobildə tək olmuşdur. O, xx.xx.2019-cu il tarixdə saat 23:28 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 5-11 saylı ünvanla, yəni “Baron Rent a car” ofisinin qarşısı ilə S.Vurğun küçəsi istiqamətində yolun sol hərəkət hissəsi ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olan vaxt təxminən 10 metr məsafədə yolu sağdan sola keçən şəxs görmüş, o, eyni sürətlə hərəkətini davam etdirən vaxt həmin şəxs adi yerişlə yolu soldan sağa doğru qayıtmaq istəmiş, həmin zaman onların arasında az məsafə olduğundan o, avtomobilin əyləcinə basmağa macal tapmamış və avtomobili sola çəkib avtomaşının sağ qabaq tərəfi ilə piyadanı vurmuşdur. Bu zaman avtomobilin alın şüşəsi sınmış və onun ayağı avtomobilin pedalına ilişdiyindən idarəetməni itirib sol tərəfdə səkiyə dəyib havaya qalxaraq dayanmışdır. Bundan sonra avtomobilin hava şarı çırılmış və o, avtomobildən düşüb həmin şəxsi tibbi yardım məntəqəsinə çatdırmaq məqsədi ilə onu avtomobilə əyləşdirmək üçün ona yaxınlaşmışdır. Hadisə yerinə ətrafda olan adamlar toplaşdığına görə həmin adamların köməyi ilə vurduğu şəxsi təcli tibbi yardım avtomobilinə əyləşdirmiş, həmin vaxt qardaşı Elnur ona zəng etdiyi üçün orada olmuş və o, TTY avtomobilinə əyləşərək xəstə ilə birlikdə X15 getmişdir. O isə hadisə yerində qalmış, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə sərxoşluq dərəcəsini müəyyən edilməsi üçün müayinə məntəqəsinə getmiş, müayinədən sonra isə polis əməkdaşları ilə birlikdə X15 getmişdir. Həkimlər zərərçəkmiş şəxsi müayinə etdikdən sonra zərərçəkmiş şəxsin döş qəfəsinin küt travması xəsarətinin almasını bildirmiş, daha sonra isə təkrar polis əməkdaşları ilə birlikdə hadisə yerinə qaytımış və sənədlərini təqdim edərək sənədləşmə işlərində işirak etmişdir. O, hadisə zamanı özü xəsarət almamış, lakin idarə etdiyi “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgüsü və buferi sınmış, zərərçəkmiş şəxs avtomobilə dəydiyi üçün avtomobilin alın şüşəsində və şüşəsinin sağ üstündə, avtomobilin dam hissəsində çoxsaylı zədə və deformasiyalar yaranmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən “R.Zorge” parkının içərisində yerləşən “Milenium” kafesində tanışları ilə görüş təyin etmiş, həmin yerə taksi ilə getmiş və taksidən kafenin yaxınlığında düşərək Vaqif prospektindən keçməklə kafeyə getmək istəmişdir. O, Vaqif prospekti ilə ilə yolu sağdan sola keçmək istəyərkən, təxminən ikinci zolağa çatdıqda aralıdan sürətlə gələn “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, avtomobil sürətlə gəldiyi və artıq ona çatdığı üçün o, qorxmuş və arxaya geri qayıtmaq istəmişdir. Lakin bu zaman həmin avtomobil onu qabaq sağ hissəsi ilə vuraraq qarşı əks digər sağ birinci zolağa atmışdır. Nəticədə o, yerə yıxılmış və asfaltın üstündə olan zaman onu vuran avtomobil qarşıda sol tərəfdə bardürə dəyərək saxlamış və həmin avtomobili idarə edən şəxs avtomobildən yerə düşərək ona yaxınlaşmışdır. Həmin vaxt ətrafda olan digər şəxslər də onun yanına gəlmiş, bir qədər sonra isə o, təcli tibbi yardım avtomobili ilə X15 aparılmış, sonra isə aldığı xəsarətlər nətcəsində baş verənləri tam xatırlamamışdır. Sonradan isə ona yol-nəqliyyat hadisəsi zamanı sağ təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, qapalı kəllə-beyin travması, sağ təpə payının hemorragik kontuziyası, sağ ağciyərin əzilməsi və sağ tərəfli hemopnevmotoraks, sağdan 4, 5 6, 7, 8, 9-cu, soldan 4 və 6-cı qabırğaların yerdəyişən sınıqları və döş qəfəsinin sağ yarısının arxa-yan səthlərinin qançırı, sağdan 1, soldan 3-cü qabırğaların xətti yerdəyişməyən sınıqları, 2,3, və 4-cü bel fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ bazu sümüyünün orta 1/3-nin, sağ incik sümüyünün distal ucunun yedəyişən sınıqları, sağ ayaq pəncəsinin qançırı kimi xəsarətlər alması ona məlum olmuşdur. O, sonradan X10 Mərkəzi Klinikaya,oradan isə əməliyyat və müalicə olunmaq məqsədi ilə Türkiyə Respublikasına aparılmışdır. Xəstəxanada olarkən təqsirləndirilən şəxs və onun yaxınları onun sağlığı ilə maraqlanmışlar. Hadisə nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddiası, şikayəti və tələbi yoxdur. Gələcəkdə baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddiası olmayacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2019-cu il tarixdə kiçik oğlu Şahid1lə birlikdə yaşadıqları evdə olmuşlar. Saat 23:30 radələrində isə böyük oğlu Təqsirləndirilən şəxs balaca oğlu Elnura zəng edərək avtomobili ilə adam vurduğunu bildirmişdir. Bundan sonra oğlu Elnur dərhal qardaşı Anara kömək etmək məqsədi ilə hadisə yerinə getmiş, o, isə eşitdiyi xəbərdən özünü piss hiss etdiyinə görə oğlu Elnurla getməmiş, sonradan dərman qəbul etdikdən sonra səhhəti normallaşdığından hadisə yerinə getmişdir. Lakin hadisə yerinə çatan zaman artıq zərərçəkmiş şəxsin artıq X15 aparıldığını öyrənmiş, o da dərhal həmin xəstəxanaya getmişdir. Sonradan zərərçəkmiş şəxs Mərkəzi Klinikaya aparılmış və müalicəsini orada davam etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2019-cu il tarixdə, saat 23:40 radələrində o, evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs ona zəng vurmuş və idarə etdiyi “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə zamanı bir nəfər şəxsi avtomobillə vurduğunu, həmin şəxsin xəsarət aldığını bildirmişdir. O, dərhal evdən çıxaraq Anarın bildirdiyi yerə gəlmiş və hadisə yerində olan şəxslərin təcili tibbi yardım xidmətini çağırdıqlarını görmüş, TTY maşını gəldikdən sonra isə zərərçəkmiş şəxslə birlikdə X15 getmiş, qardaşı Anar isə hadisə yerində qalmışdır. X13 isə zərərçəkmiş şəxsə bütün lazımi tibbi yardım göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya» Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 968 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, qapalı kəllə-beyin travması, sağ təpə payının hemorragik kontuziyası, sağ ağciyərin əzilməsi və sağ tərəfli hemopnevmotoraks, sağdan İV, V, Vİ, Vİİ, Vİİİ, İX, soldan İV və Vİİ qabırğaların yerdəyişən sınıqları və döş qəfəsinin sağ yarısının arxa-yan səthlərinin qançırı, sağdan İ, soldan İİİ qabırğaların xətti yerdəyişməyən sınıqları, İİ, İİİ, İV bel fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ bazu sümüyünün orta 1/3-nin, sağ incik sümüyünün distal ucunun yedəyişən sınıqları, sağ ayaq pəncəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X11 gətirildiyi və qərarın təsbvii hissəsində göstərilən 03.10.201-cu il tarixdə əmələ gəlmişdilər və dərəcəsinə görə ümumilikdə həyat təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşnın onu vurması nəticəsində əmələ gələ bilərdilər (i/v 75-78). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27032 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 91-94). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 30397 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə tqdim edilmiş qüsuraktı məlumatlarına əsasən, 2001-ci il buraxılışlı “Opel Astra” markalı, 90 HN- 821 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci xx.xx.2019-cu il tarixə təxminən ümumilikdə 1193,0 manat müəyyən edilir (i/v 107-111). İş materiallarına əlavə olunmuş maddi sübutun tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin maddi sübut kimi tanınması və sahibi Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə bir tərəfi gümüşü rəngli üzərində “ZYKLEN” “DVD-R 4.7GB/120 min 16X sözləri həkk olunmuş: 1) İçərisində TŞ3-080.1-Part1 (2019-10-03 23-xx-xx-2019-10- 03 23-34-42), TŞ3-080.5)1-Part2 (2019-10-03 23-xx-xx-2019-10-03 23-49-40); 2) İçərisində TŞ3-080.1-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-57-59), TŞ3-080.2-Part1 (2019-10-03 23-xx-xx-2019-10-03 23-23-48); 3) TŞ3-080.2-Part2 (2019-10-03 23-xx-xx- 2019-10-03 23-27-33), TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-31-18); 4) İçərisindəTŞ3-080.2-Part4 (2019-10-03 23-xx-xx-2019-10-03 23-35-04), TŞ3-080.2-Part5 (2019-10-03 23-xx-xx-2019-10-03 23-38-49; 5) İçərisində TŞ3-080.2-Part6 (2019-10-03 23-xx-xx-2019-10-03 23-42-37), TŞ3-080.2-Part7(2019-10-03 23-xx-xx-2019-10-03 23- 46-28); 6) İçərisində TŞ3-080.2-Part8 (2019-10-03 23-xx-xx-2019-10-03 23-50-19), TŞ3- 080.2-Part9 (2019-10-03 23-xx-xx-2019-10-03 23-53-51); 7) İçərisində TŞ3-080.2-Part10 (2019-10-03 23-xx-xx-2019-10-03 2 (23-56-52), TŞ3-080.2-Part11(2019-10-03 23-xx-xx- 2019-10-03 23-57-59); 8) İçərisində TŞ3-080.2-Part1 (2019-10-03 23-xx-xx-2019-10-03 23-30-09), TŞ3-080.2 Part2 (2019-10-03 23-xx-xx-2019-10-03 23-40-20); 9) İçərisində TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-50-36), TŞ3-080.2-Part4 (2019-10- 03 23-xx-xx-2019-10-03 23-57-59) olan 09 (doqquz) ədəd videogörüntü diskinin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, iş üzrə bir tərəfi ağ rəngli üzərində “NAR” “Gəlin birlikdə böyüyək” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi,iş üzrə bir tərəfi qırmızı rəngli üzərində “xxxxxxx” “Bax nələr mümkündür” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olumuşdur (i/v160-161). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 49). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 136-137) . İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Rzayev X3 Elmira Samir qızı ilə rəsmi nikahdadır və hazırda onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü Rzayeva Zümrüd Anar qızı adlı bir azyaşlı övladı vardır (i/v 149-150). İş materiallarında olan X8 tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (i/v 23). İş materiallarında olan “Sərxoşluq hallarının bütün növləinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx xxxxxxx 2019-cu il tarixli 1/5545 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman ayıq olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti aşka edilməmişdir (i/v 19). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, hadisə nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Buna görə də, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddiası, şikayəti və tələbi yoxdur. Gələcəkdə baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddiası olmayacaqdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ondan 159 (yüz əlli doqquz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibi Təqsirləndirilən şəxs qaytarılma, iş üzrə maddi sübut kimi tanınmış bir tərəfi gümüşü rəngli üzərində “ZYKLEN” “DVD-R 4.7GB/120 min 16X sözləri həkk olunmuş: 1) İçərisində TŞ3-080.1-Part1 (2019-10-03 23-xx-xx-2019- 10-03 23-34-42), TŞ3-080.5)1-Part2 (2019-10-03 23-xx-xx-2019-10-03 23-49-40); 2) İçərisində TŞ3-080.1-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-57-59), TŞ3-080.2-Part1 (2019-10-03 23-xx-xx-2019-10-03 23-23-48); 3) TŞ3-080.2-Part2 (2019-10-03 23-xx-xx- 2019-10-03 23-27-33), TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-31-18); 4) İçərisində TŞ3-080.2-Part4 (2019-10-03 23-xx-xx-2019-10-03 23-35-04), TŞ3-080.2-Part5 (2019-10-03 23-xx-xx-2019-10-03 23-38-49; 5) İçərisində TŞ3-080.2-Part6 (2019-10-03 23-xx-xx-2019-10-03 23-42-37), TŞ3-080.2-Part7(2019-10-03 23-xx-xx-2019-10-03 23- 46-28); 6) İçərisində TŞ3-080.2-Part8 (2019-10-03 23-xx-xx-2019-10-03 23-50-19), TŞ3- 080.2-Part9 (2019-10-03 23-xx-xx-2019-10-03 23-53-51); 7) İçərisində TŞ3-080.2-Part10 (2019-10-03 23-xx-xx-2019-10-03 2 (23-56-52), TŞ3-080.2-Part11(2019-10-03 23-xx-xx- 2019-10-03 23-57-59); 8) İçərisində TŞ3-080.2-Part1 (2019-10-03 23-xx-xx-2019-10-03 23-30-09), TŞ3-080.2 Part2 (2019-10-03 23-xx-xx-2019-10-03 23-40-20); 9) İçərisində TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-50-36), TŞ3-080.2-Part4 (2019-10- 03 23-xx-xx-2019-10-03 23-57-59) olan 09 (doqquz) ədəd videogörüntü diski cinayət işinə əlavə edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir tərəfi ağ rəngli üzərində “NAR” “Gəlin birlikdə böyüyək” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair disk cinayət işinə əlavə edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir tərəfi qırmızı rəngli üzərində “xxxxxxx” “Bax nələr mümkündür” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair disk cinayət işinə əlavə edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-79/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 31 (otuz bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 186 (yüz səksən altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 159 (yüz əlli doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir tərəfi gümüşü rəngli üzərində “ZYKLEN” “DVD-R 4.7GB/120 min 16X sözləri həkk olunmuş: 1) İçərisində TŞ3-080.1-Part1 (2019- 10-03 23-xx-xx-2019-10-03 23-34-42), TŞ3-080.5)1-Part2 (2019-10-03 23-xx-xx-2019-10- 03 23-49-40); 2) İçərisində TŞ3-080.1-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-57-59), TŞ3-080.2-Part1 (2019-10-03 23-xx-xx-2019-10-03 23-23-48); 3) TŞ3-080.2-Part2 (2019- 10-03 23-xx-xx-2019-10-03 23-27-33), TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10- 03 23-31-18); 4) İçərisində TŞ3-080.2-Part4 (2019-10-03 23-xx-xx-2019-10-03 23-35-04), TŞ3-080.2-Part5 (2019-10-03 23-xx-xx-2019-10-03 23-38-49; 5) İçərisində TŞ3-080.2- Part6 (2019-10-03 23-xx-xx-2019-10-03 23-42-37), TŞ3-080.2-Part7(2019-10-03 23-xxxx-2019-10-03 23-46-28); 6) İçərisində TŞ3-080.2-Part8 (2019-10-03 23-xx-xx-2019-10- 03 23-50-19), TŞ3-080.2-Part9 (2019-10-03 23-xx-xx-2019-10-03 23-53-51); 7) İçərisində TŞ3-080.2-Part10 (2019-10-03 23-xx-xx-2019-10-03 2 (23-56-52), TŞ3-080.2- Part11(2019-10-03 23-xx-xx-2019-10-03 23-57-59); 8) İçərisində TŞ3-080.2-Part1 (2019- 10-03 23-xx-xx-2019-10-03 23-30-09), TŞ3-080.2 Part2 (2019-10-03 23-xx-xx-2019-10-03 23-40-20); 9) İçərisində TŞ3-080.2-Part3 (2019-10-03 23-xx-xx-2019-10-03 23-50-36), TŞ3-080.2-Part4 (2019-10-03 23-xx-xx-2019-10-03 23-57-59) olan 09 (doqquz) ədəd videogörüntü diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir tərəfi ağ rəngli üzərində “NAR” “Gəlin birlikdə böyüyək” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir tərəfi qırmızı rəngli üzərində “xxxxxxx” “Bax nələr mümkündür” sözləri həkk olunmuş “xxxxxxx” MMC-dən alınmış mobil telefon danışıqlarına dair diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 159 (yüz əlli doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 186 (yüz səksən altı) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-79/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-79/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver