Məhkəmə qərarları › İş №1(006)-79/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-79/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-79/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 1(006)- 216/2021 saylı hökmü ilə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun qohumu Şahid1 məxsus qeyriyaşayış sahəsinə Binəqədi rayon İcra Hakimiyyətindən çıxarış alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs 13.10.2019-cu il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanda 1.000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun qohumu X2 X5 polis nəfəri kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 25.09.2019-cu il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda 3.500 manat və 20.11.2019-cu il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısında 4.000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs ona bacanağının oğlu Eşqin Baxşıyevin X5 polis nəfəri kimi xidmətə qəbul olunmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onun sabiq polis əməkdaşı olduğunu bildiyi üçün işi həll edəcəyini fikirləşmişdir. O, Zərərçəkmiş şəxs işi həll edə biləcəyini bildirmişdir. Lakin bunun müqabilində 5.500 manat pul alacağını bildirmişdir. Onlar da buna razı olmuşlar. Zərərçəkmiş şəxs 5.500 manat məbləğində pulu ona vermişdir. Həmin pul ona hissə-hissə - bir dəfə 2.500 manat, bir dəfə 2.000 manat, bir dəfə 300 manat, bir dəfə də 700 manat olmaqla verilmişdir. Lakin işə düzəltmək məsələsi alınmamışdır. O da 5.500 manat pulun 3.400 manatını geri qaytarmışdır. 2.100 manat məbləğində pul isə onda qalmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs sonuncunun qohumu Şahid1 məxsus qeyri-yaşayış sahəsinə Binəqədi rayon İcra Hakimiyyətindən çıxarış alınmasında köməklik göstərəcəyini bildirmiş və buna görə Zərərçəkmiş şəxs 1000 manat məbləğində pul almışdır. Həmin 1000 manat pulu isə 3-4 gün sonra geri qaytarmışdır. Daha sonra ona qarşı irəli sürülən ittihamda vurduğu zərər kimi göstərilən 7500 manat məbləğin həqiqəti əks etdirmədiyini, vurulmuş zərərin cəmi 2100 manat olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sentyabr ayında qohumu Emin Məmmədov vasitəsilə tanış olmuşdur. Tanış olanda Natiq özünü polis işçisi kimi təqdim etmiş, mərhum atasının da DİN-də işlədiyini demişdir. Natiqlə aralarında iki işlə bağlı söhbətləri olmuşdur. Bunlardan biri işə düzəltmək, digəri isə icazə sənədinin alınması ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onun bacanağı Şahid1 oğlunu hüquq mühafizə orqanına işə düzəldəcəyi barədə vəd vermiş və bunun müqabilində 7.500 manat pul istəmişdir. Natiq, bacanağının oğlu X3 və o, Qara Qarayev metrostansiyası yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs Eşqin Baxşıyevin idmanla məşğul olmalı olduğunu, işini mərhələli şəkildə düzəldəcəyini və yanvar ayında əmrinin veriləcəyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun bacanağı Şahid1 oğluna məxsus qeyri-yaşayış sahəsinə Binəqədi rayon İcra Hakimiyyətindən çıxarış alınmasında köməklik göstərəcəyinə dair vəd vermiş, bunun müqabilində isə 1.000 manat pul istəmişdir. O, həmin pulları Natiqə hissə-hissə vermişdir. Belə ki, 3.500 manat Xətai rayonu ərazisində, 1.000 manat Binəqədi rayonu ərazisində, 4.000 manat isə Nəsimi rayonu ərazisində vermişdir. 2020-ci ilin yanvar ayında Natiq ona bacanağının oğlunun işə düzəlməsi ilə bağlı əmrin veriləcəyini demiş, lakin iş alınmamışdır. O da öz şəxsi maşınını sataraq bacanağının pulunu qaytarmaq məcburiyyətində qalmışdır. Ona ümumilikdə 8500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs aldığı pullardan heç nə qaytarmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sentyabr ayında bacanağı Zərərçəkmiş şəxs vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun oğlunu polisə işə düzəldəcəyinə dair vəd vermiş, bunun müqabilində isə o, Zərərçəkmiş şəxs 7.500 manat pul vermiş, İlkin də həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu Zərərçəkmiş şəxs sonuncunun evində vermişdir. Ona yanvar ayında oğlunun əmrinin veriləcəyi deyilmişdir. İlkinə pulu 3 dəfəyə bir dəfə 3.500 manat, bir dəfə 4.000 manat, bir dəfə də 1.000 manat olmaqla vermişdir. 7.500 manat pulu oğlunu polis olaraq işə düzəltməsi üçün, 1.000 manat pulu isə evlərinin yanında sex açmaq istədiyindən qeyri-yaşayış sahəsinə çıxarış alınması üçün vermişdir. Təqsirləndirilən şəxsla bir dəfə iş barəsində ilkin söhbət olan zaman görüşmüş, ondan sonra görüşmələri alınmamışdır. O, Təqsirləndirilən şəxs verməsi üçün bacanağı Zərərçəkmiş şəxs ümumilikdə 8.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulları verəndə o, yanlarında olmamışdır. Verdiyi pulları Zərərçəkmiş şəxs ona geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra valideyni onu işə düzəltmək istəmiş və bununla bağlı xalasının əri Zərərçəkmiş şəxs onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir. O, Təqsirləndirilən şəxsla iki dəfə görüşmüşdür. Birinci görüşləri Qara Qarayev metrostansiyasının çıxışında olmuş və 2-3 dəqiqə çəkmişdir. Həmin görüşdə Zərərçəkmiş şəxs da iştirak etmişdir. Görüşdə Təqsirləndirilən şəxs ona suallar təqdim etmişdir ki, həmin sualları öyrənsin. Həmçinin, Təqsirləndirilən şəxs ona idmanla məşğul olmağı tapşırmışdır. Həmin görüşdən bir həftə sonra o, Təqsirləndirilən şəxsla yenə görüşmüşdür. Həmin görüşdə isə Təqsirləndirilən şəxs ondan verdiyi sualları öyrənib-öyrənmədiyini, normativlərlə bağlı idmana gedib-getmədiyini soruşmuşdur. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs onu işə düzəltməsi müqabilində valideynləri 3.500 və 4.000 olmaqla, cəmi 7500 manat pul vermişlər. Bundan başqa, 1.000 manat pul isə obyektin açılması ilə bağlı verilmişdi. Onunla Təqsirləndirilən şəxs arasında pul barəsində heç bir söhbət olmamış və onun yanında Təqsirləndirilən şəxs pul verilməmişdir. Pulların verilməsi barədə ona atası demişdir. Valideynləri həmin pulları Təqsirləndirilən şəxs verməsi üçün Zərərçəkmiş şəxs vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir (i.v.62); - “Axtarışda olan şəxsin tutulması barədə” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir (i.v.67); - “Tutma haqqında” 22.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.86-87); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.120-124); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24 sentyabr 2021-ci il tarixədək uzadılmışdır (i.v.148-151); - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətə, yəni 24 oktyabr 2021-ci il tarixədək uzadılmışdır (i.v.193-194); - “Üzləşdirmə haqqında” 18.10.2021-ci saylı protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bacanağının oğlu Eşqini işə düzəltmək müqabilində bir dəfə 3500, bir dəfə 4000 manat olmaqla, cəmi 7500 manat pul verdiyini, həmçinin, bacanağı Şahid1 yaşadığı mənzilin yanındakı qeyri-yaşayış sahəsinə İcra Hakimiyyətindən çıxarış alınmasında köməklik göstərmək müqabilində 1000 manat pul verdiyini Təqsirləndirilən şəxs ilə üzləşməsində təsdiq etmişdir (i.v.204-206); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.195-196); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 1(006)-216/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərər çəkmiş şəxsdən aldığı puldan 3.100 manatını geri qaytardığını bildirsə də, məhkəmə istintaqı zamanı 3.400 manat məbləğində pulu geri qaytardığını bildirərək ziddiyyətli ifadələr vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacanağının oğlunu işə düzəltmək üçün 7500 manat deyil, 5500 manat pul aldığını və həmin pulun 3.400 manatını geri qaytardığını, həmçinin Zərərçəkmiş şəxs sonuncunun bacanağına qeyri-yaşayış sahəsinə çıxarış alınmasında köməklik göstərmək üçün 1000 manat pul aldığını və həmin pulu geri qaytardığı barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmə istintaqında tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz sübutlarla ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, hazırda da analoji əməllərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 1(006)-216/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmşdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 1(006)-216/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 22 iyul 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 1(006)-216/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar