Məhkəmə qərarları › İş №1(006)-8/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-8/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-8/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X4, onun nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, X2, təqsirləndirilən şəxslər X8 və X3 və onların nümayəndəsi və vəkili Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 25 may 1993-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, 28 sentyabr 1986-cı il tarixdə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, məhkum olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 və X10 xüsusi ittiham qaydasında şikayat ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17.12.2019-cu il tarixdən başlayaraq O.P.Əhmədov bir çox insanların istifadə etdiyi instaqram və watsap sosial şəbəkəsində “Ok7ay” adı ilə həmçinin A.Q.Şükürova isə “aysel.shukur, X18” adı ilə davamlı olaraq onları təhqiramiz sözlərlə təhqir edərək, hədələyərək, onların şəxsiyyətini alçaldacaq ifadələr işlətmişdir. Belə ki, təqdim etdikləri flaşkartda O.P.Əhmədovun və A.Q.Şükürovanın onlara qarşı etdiyi təhqiramiz söyüşləri və böhtanları əks olunmuşdur. Həmin video və foto çıxışları özündə əks etdirən faktlar: 1) 17.12.2019 22.15, 2) 18.12.2019 16.24, 3) 18.12.2019 20.57, 4) 18.12.2019 13.45, 5)19.12.2019 21.28, 6)19.12.2019 21.24, 7) 19.12.2019 21.31, 8) 19.12.2019 21.33, 9) 19.12.2019 21.35, 10) 19.12.2019 22.49, 11) 20.12.2019 00.21, 12) 20.12.2019 11.44, 13) 19.12.2019 09.47, 15) 20.12.2019 17.10, 16) 20.12.2019 19.34, 17) 20.12.2019 21.10, 14) 21.12.2019 15.40, 14) davamı 21.12.2019 15.40 adı altında olan video və foto görüntülərdə həmin təhqirlər və böhtan xarakterli ifadələr yer almışdır. Təqdim etdikləri diskdə olan foto və video görüntülərə baxaraq təhqir və böhtanları açıq aşkar görünəcəkdir. Həmin təhqir və böhtanları ayrı-ayrılıqda olduğu kimi məzmununu yazılı olaraq təqdim edirlər: 1)17.12.2019 22.15.mp4 - Bu videoda Aysel Şükürovanın dediklerinden: Hamı bilirki, Elmira da Nagihan da bilir ki, atam necə insandır, ən azından görüblər qızdan. Siz kimsiz gedib birləşəsiz hansısa küçədə qalmış, pozğun kişi hansısa arvadın.... ağzını açdırmasın şərəfsiz, heç vecimə də deyil, istanmışın yağışdan qorxusu yoxdur. Siz gedib o şərəfsiz ibnə ilə qızının nişanında mənim dədəmə qarşı komple qurmaq istəyirsiz mənim atama qarşı hansısa komple qura bilməzsiz atamın anlı ağdı mənim alnım nətəri açıqsa, atamın alnıda açıqdır. Başa düşdüz sözünüz var? Mənim deyiləcək hələ çox sözüm var, necə lazımsa axıra qədər gedirik, adımı çəkmisiz plan qurmağa onu da gətirəcəm onsuzda bundan qaçışınız yoxdur. Araşdıranda çıxacaq ki, onların nişanında olmusuz çünki bu adam atamın düşməninin adını bilmir, onun qızının zaksının olduğunu bilmirdi. Siz demisiz plan qurmaq istəmisiz, bunlara demisiz gəlin söz atmısız niyə xeyir ola!!! Bu videoda A.Şükürovanın dediklerinden belə başa düşülür ki, guya onlar Qüdrət Şükürova qarşı komple qurublar. Kompleni də o, onda bilmişdir ki, nə deməkmiş, guya onlar A.Şükürovanın atasına qarşı planlar qururmuş ki, atasını işdən çıxarsınlar ya necəsə. Guya sifarişlə xəbərlər yazdırmışlar ki, saytlarda, hamısı böhtandır, qətiyyən belə bir şeylər olmayıb. Sonra deyir onların düşmənlərinin məclisində gedib orda neynemisiz, ne danışmısız, kiməsə demisiz gəlin birləşək filan. Hamısı cəfəngiyyatdır, sonra videoda deyir ki, kimle plan qurmaq istemisiz hamısını gətizdirəcəm, bundan qaçışınız yoxdur, axıra qədər gedecem ve s.Videoda onları təhqir etməklə onlara böhtan atır. Bu videoda A.Şükürova ona və həyat yoldaşına böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 2) 18.12.2019 16.24.MP4 - bu video onun sübutudur ki, instagram sosial şebekesinde Oktay təhqiramiz söyüşlər söyür: Fuad sən və səninkilərdən kimsə var burda çatdırsın sənə liçni deyirəm sənin qeyrətivi qeyrətində sənin evdəkilərdir anandır, bacındır, arvadındır. Sənin üzüyə dedim telefondada dedim gəl görüşək mən zəng edirəm söndürmək lazım deyil. Biqeyrət, şərəfsiz, peysər!!! Bu video onun sübutudur ki, instagram sosial şəbəkəsində Oktay təhqiramiz söyüşlər söyür həmçinin onları da işləyən “ayvazova601” adlı xanım bu barədə öz fikirlərini yazıb və videonu qeyd edib göndərib onlara ki, sübut kimi qalsın ki, onlar qanunla cavablarını versin. “ayvazova601” adlı izləyiciləri özü də qeyd edib ki, Azərbaycan dövlətinin qanunları var heç kəs heç kəsi təhqir edə bilməz, kimliyindən asılı olmayaraq, hüquqlarınızı tələb edin. Oktay isə öz növbəsində bu videoda da eşidildiyi kimi, onun şərəf və ləyaqətini alçaldan sözlər deyir, hemin dəqiqələrdə səsini atdığı qrupu 12.030 insan izləyirdi ve bu söyüşlər çox sürətlə yayılırdı. O vaxta qədər isə sosial şəbəkələrdə nə kimsə onu söymüşdü nə də alçaltmamış, hələ bu cür açıq şəkildə heç olmamışdı. Ümumiyyətlə çox nadir hallarda kiminləsə sözü çəp gələrdi onu da öz aralarında həll edərdilər, ancaq bu Aysellə Oktay böyük kütlənin qabağına keçib ana-bacı, var yox, qeyrət qoymadan onu və ailə üzvlərini söyüb batırıblar. Bu videodaki səsdə isə bilinir ki, Oktay söyüş söyə-söyə Aysel də yanındadı və ona dəstək olur, deyir “görür hər ikisi” yəni sən söyüşünü söy, görəcəklər. Bu videoda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 3) 18.12.2019 20.57.MOV, 18.12.2019 20.57.PNG - burda videodan da görünür ki, həqiqətən Oktay öz instagram sosial şəbəkəsində (həmin vaxtı 110 min izləyicisi var idi), səhifəsinin hekayə bölümündə onu açıq-aydın söyür. (Sənin qeyrətivi sikim «gəl təkbətək görüşək, zəng etmişəm polislərdə məni gözləyir gəl kişisənsə tək görüşək. 2 dəfə məni polisə verib 1 dəfə də İqonu 1 dəfə Turalı, kişi qəhbəsi gəl görüşək) nömrəsini paylaşır və böhtan atır. O, İqo dediyi İqameddini ve Turalı (Elmiranın yoldaşı) polisə filan verməmişəm. Sadəcə bu və Aysel nə yazırdılarsa, elə düzüb qoşurdular ki, hər kəs də inanırdı. Onları da siz ve qaynanası paylaşımlar etməyə qoymurdu deyə insanlara bu melumatları təkzib edə bilmirdi. Orada yazıb oturub polisdə onu gözləyi ifadəsi də səhvdi. O onunla telefonla danışmış və onu söymüşdür (o da meni) dedi görüşək, birinci o da razılaşmış görüşməyə maşında gedəndə qaynanası və Elşən müəllim zəng etmiş və qoymadı deyə sonra bir ara telefonunu açmamışdır, daha sonra açmış və ve bildirmişdir ki, gəlmir görüşə və ona “ Biz sənlə məhkəmədə görüşəcəyik” demişdir. Bu da onu götürüb bu cür səhifəsində yazaraq onu camaatın qabağında qorxaq biri kimi göstərmiş, hansı ki, nə ondan qorxur, nə yoldaşından, nə qaynatasından, nə də Elmiranın o zavod müdürü atasından, hansi ki, atası zəng eləmişdi o vaxt ona gijdədi telefonda artıqlaması ilə cavabını vermiş, duxu da çatmadı nəsə eləsin. Hələ ona telefonda hədə-qorxu da gəlmişdi (videosu var telefon danışıqlarının, nömrəsi də düşür, səsi də var). Bu videoda O.P.Əhmədov onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 4) 18.12.2019 13.45.MP4 - burda A.Şükürova deyir ki, “mən sənə sübut eliyərəm ki, Şəmi var ha Şəmi kimlə plan qurmusuz Sheminin qızının nishaninda o Sammədinlə çəkmisiz ha plan qurmusuz mənim atama qarşı söz atmısız. Bildirir ki, o, oradan maraqlanmışdır ki, Shemi kimdir. Shemistan idi deyəsən adı çıxdı Lift idarəsinin rəisi mi yoxsa kim idi, ancaq o, onun qızının nişanını filan çəkməmişdir. Belə, deyir ki, sübutları var. varsa gəlsin məhkəmədə hamısını bir-bir isbat elesin. Bu videoda A.Şükürova ona böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 5) 19.12.2019 21.28.JPG - bu şəkildə isə görünür ki, Aysel öz telegram qrupunda onu hədələyir və böhtan atır ki: “Mene ele şəkillerin var ki, Bura atsam damarıvı nece kesirdine ele kesersen yene Hele bunları yaxınlaşdırıb qovdum Ağıllı ol” Aysel izləyicilərinə çatdırmaq istəyir ki, guya o, əvvəl də damarını kəsmiş və o, narkamanam. Məhkəmə zalında o da yoldaşı da qollarımızı göstərərik görək 1sm belə cızıq var onların qollarında yoxdursa niyə yalandan böhtan atır onlara? Ayselin bu yazdıqlarına 10 nəfərdən 3-5 nəfəri inanmırdısa, qalanı inanırda axı. sonra yazıb məndə elə şəkilləri var ki, ne şəkilləri var səndə? heç bu şəkildəki də o deyil. Ağlına gələn fərziyyələri uydurub insanları buna inandırırdı. Şəkildə yuxarıdan da görünür ki, həmin ərəfə artıq telegram qrupundakı insanların sayi 12249-a çatıb. Bu fotoda A.Şükürova ona böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 6) 19.12.2019 21.24.MP4 - bu videoda Aysel teleqram sosial şəbəkədə həyat yoldaşı A.İsmayılovanı və onu təhqir edir və böhtan atır: “Kişiciyin var a kişiciyin soxdu ya işinə məhkəmə qərarını paylaşandan sonra soxdu ya işinə o kişiciyinə denən ki, o peysərə atıb e camahatın qabağında neçə oğlanların qabağında bu səkilləri onsuzda siz padoşsuz yenə dırnaqarası xoşbəxtliyinizi camahata göstərəcəksiz. Mən bunları atsam sən öldün sən öldün ağlıyanın yoxdur. Sizin duxunuz çatır, sizin duxunuz çatır ? mənnən üz-üzə məndə olan video şəkilləri telefonumda göstərim. Başa düşdün ağıllı ol !! Mənim boşanmağımı dilinizə dolamayın!!!” Videonun başlığında da eşidirsiz ki, necə söyər və böhtan atır guya o, hansısa oğlanların yanında bildirdiyi kimi peyser çıxmışdır. Aysel məhkəmə zalında hamısını bir-bir danışsın bütün bu sübutlarda olan səslərdə, videolarda və şəkillərdə yazıb paylaşdıqlarını bir-bir cavablarını versin görək nece verir, videoda qeyd etdiyi kimi hansı video və şəkillər var onda sübutları məhkəməyə təqdim etsin. Bu videoda A.Şükürova ona və həyat yoldaşına böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 7) 19.12.2019 21.31.MP4 - bu səsdə isə Aysel teleqramda növbəti böhtanın atır A.İsmayılovaya: “Aaa qruppavoy Gürcüstana getmişdiz ha evindəkilərə demişdin Qəbələdəyəm. O qızsan da sən Gürcüstana Qəbələdə gedib evindəkilərə Qəbələ olduğunu deyən qız. Biz heç evimizdəkilərdən icazə alıb həyətə düşə bilmirik.” Bu səsdə bildirir ki, guya Asya başqa şəxslərlə qruppavoy nə vaxtsa Qebele adıyla Gürcüstana gedib, demək istəyir ki, Aysel əxlaqsızdır ailəsini aldadıb Qəbələ adıyla Gürcüstana gedib. A.Şükürova bunu da məhkəmədə sübut etməlidir. Bu videoda A.Şükürova A.İsmayılovaya böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 8) 19.12.2019 21.33.MP4 - Bu video səsdə A.Şükürova teleqram izləyicilərinə təqdim edərək A.İsmayılovaya deyir: “Smart hotel var ha deyirlər sən bütün hotelləri tanıyırsan səndən soruşaq bidənə oranın qiymətini soruşda.” Bu video səsdə isə növbəti böhtan, guya yoldaşı Asya həmin otellerə əxlaqsızlıq üçün gedib, Smart otelin qiymetini onlara deməsini istəyir. Ayselin bu video müraciətinə 5 nəfər inanmırdısa, həmin ərəfələr 10 nəfər inanırdı və onunla həyat yoldaşının adı ölkənin pozğunları siyahısında idi bunlara görə guya o, tanınmaz bilinməz küçə qızı almışdır. Elə qələmə vermişdi Asyanı. Neçə müddətdir ki, insanlar onlara söz atırdı, bugünün özündə də izləyicinin birinə kobud cavab ver o vaxt bu Ayselden eshitdiyini qayidib uzumuze deyir ki, sen kim olmusan e Aysel danishdi da o, vaxt sənin haqqında və s. Bu videoda A.Şükürova A.İsmayılovaya böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 9) 19.12.2019 21.35.MP4 - bu video səsdə isə Aysel bir daha yoldaşı Asyanı əxlaqsız kimi teleqram izləyicilərinə təqdim edərək böhtan atır: “X9 otelin qiymətini? Gəzirsən e bütün Novxanıdakı hotelləri!!! Əsasda o Smart hoteli hamı tanıyır səni orda!!!” Bu video səsdə isə Aysel bir daha yoldaşı Asyanı əxlaqsız kimi teleqram izləyicilərinə təqdim edərək tam-tamına iddia edir ki, hamı yoldaşını o otelde tanıyır, gəzib oralari. Bu videoda A.Şükürova A.İsmayılovaya böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 10) 19.12.2019 22.49.jpg - bu şəkildə Aysel oz 12343 izləyicisi olan təhqir edən zaman 2009 izləyici onlayn olaraq izləyən zaman telegram qrupunda yazır: “Kül başıva nişanlı olanda başqasıyla görüsən qancıq əsas odu faktlar məndədir. Erivin xalası oğlu vare ondan soruşun o deyecey kimle neylemisen nişanli olanda kül başıva.” Aysel iddia edir ki, (üstelik qanciq da yazib), A.İsmayılova Fuadla nişanlı olanda başqası ile görüşüb ve bu barədə xalası oğlunun xeberi var. Onun da 3 xalasıoğlu var həmin ərəfə bu məsələni onlardan soruşduqda hamısı demişdir ki, onlar heç Asyanı o, onlara demeyene qədər tanımamışdır. Bu yazıda A.Şükürova A.İsmayılovaya böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 11) 20.12.2019 00.21.MOV - bu səsin 00:42-ci saniyəsində deyir ki “istəyir prokurorluğa gedir, intihar edir, cinayət işi açır, məhkəməyə gedir yəni onlar bilir ki, mən bunların ən şeyini yaşamışam, nələrdən keçmişəm və dim-dik ayaq üstəyəm”. Yəni, bu o, deməkdir ki, heç kəs ona heç nə edə bilməyib və bundan sonra da edə bilməyəcək. Nə prokurorluq nə də məhkəmə. 01:21-saniyədə isə deyir ki, “hara gedirlər-getsinlər, nə edirlər, etsinlər mən onlardan əl çəkməyəcəm. Özü də deyir ki, “mən Aysel deyirəm. 02:58 - saniyədə deyir ki: “Amma ki bu birisi şərəfsizlər əri buyandan deyir ölürəm maması da deyir Fuadla idi problemin Fuada edərdin da görün bu da qaynana devir problemin Fuadladır get Fuadla həll elə deməli qızı getməsin amma bu birisi onsuzda bular başayaq edirlər yeznəni kürəkəndi yeznədi heç başınıda çıxmır.” Yuxarıdakılara diqqət edilsə qrup izləyicilərinin sayı artmaqda davam edir. Video başlayanda istifadəçi sayi 12492 nəfər idisə, videonun sonlarında bu rəqəm 12527-ə qədər qalxır. Bilərəkdən onu və həyat yoldaşın; təhqir edir və böhtan atır ki reytinq toplasın. Bu videoda A.Şükürova onu və həyat yoldaşı A.İsmayılovaya böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən, təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 12) 20.12.2019 11.44.MP4 - burda ise Aysel təzminat davasını saymır ve deyir: “mənim vecimə də deyil, cəzamı da təzminatımı da ödəyərəm amma onu (yoldaşımı nəzərdə tutur) biyabır edərəm.” sonda ise deyir ki, “keçmişimlə vurmağa çalışırlar.” Guya onlar Ayselin keçmişində nə isə demiş və guya oğluna söz atmış, ancaq heç birinə aid sübutu yoxdur yenə onlara böhtan atır. Bilərəkdən ona görə sonda bu sözləri işlədir ki, izləyicilər elə bilsin ki, onlar Ayselin keçmişinə ya da uşaqlarına, ayrılmağına və s. söz atmışlar deyə Aysel onlara qarşı bu hərəkətləri edir. Əslində isə heç bir sübutu yoxdur ola da bilməz. Bu yazıda Aysel ona və həyat yoldaşına böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 13) 19.12.2019 09.47.MP4 - bu video səs yazısını ise onlara “love 20100” adlı instagram istifadəçisi (videoda da göründüyü kimi) gonderib. Burada videodan da görünür ki, Ayselin həmin teleqram kanalında söyür: “Tərbiyəsiz sənin nəslindir gicdıllaq sənin ağzını sikim bildin ağıllı ol qəhbə cırığı sən heç mənə heçnə deyə bilməzsən göt.” Bu səs yazıda Aysel onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 14) 21.12.2019 15.40.MP4 - bu videoda Oktay öz instagram səhifəsində canlı yayım açaraq onun ad və soyadını və yoldaşının ad və soyadını çəkərək onları çəkərət onları söyür: “F.İsmayılov və A.İsmayılova var onun birdənə səhifəsinə yazın o qeyrətsiz peysər F.İsmayılov arvadı qəhbə bidənə ona yazın ki, çıxsın da zəng edirəm telefonu götürmür səhifəsində yazır arvadı qəhbə bidənə yazın ki,” Bu video qeydi onların instagram hesablarına “nergizhh._” adlı istifadəçi göndərib (videodan da görünür). Bu video səs yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 15) 20.12.2019 17.10.MP4 - burda ise Oktay öz instagram səhifəsində canlı yayım açaraq insanların qarşısına keçib şər-böhtan ve ardıcıl söyüşlər söyür və bu videoda da Oktay söyüşlərinə davam edir: “İqoyla söhbətin oldu İqonu polisə verdin ay şərəfsiz ay biqeyrət çıx üzə kişi qəhbəsisən səni sikərəm sikildiyin günü ömür boyu yadından çıxarmarsan gəl çıx ortaya sikim sənin qeyrətivi bax belə deyirəm nömrəmi də bilirsən zəng elə gəl dediyim yerə.” Həmin bu videonu onlara göndərən yenə də həmin “ayvazova601” adlı izləyicilər də deyir ki, bundan əvvəl daha biyabırçı sözler dedi sizin və yoldaşınızın haqqında. Canlı Yayım zamanı da fikir versəniz izləyicilər yazır ki, düzgün eləmirsiz, Fuad bəy ele biri deyil, bu ne biyabırçılıqdı bu nə hədsizlikdir və s. ancaq Oktay bunlara məhəl qoymayaraq söyüşlərinə davam edir. Bu video səs yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 16) 20.12.2019 19.34.MP4 - burda ise Oktayin dediyi odur ki: “Bizim Ayseldi də faktları ortaya qoydu özünü kişi sayan guya götürüb köhnə internetdə sözü tapıb kiminsə müsahibəsini tapıb istoriyasına yükləyib altından da yazıb Oktay sən mənə yığ yığdım da söydüm evdəkiləriyi də söydüm səni də söydüm qeyrətinə deyirəm kişisənsə gəl görüşək təkbətək sənin başıva bilirsən də neyləyərəm biabırçılıqdır demirəm də indiyə kimi sakit durdum dinmədim nəyi var əlimə keçəcəksən” Bu videoda da Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 17) 20.12.2019 21.10.MOV – növbəti dəfə Oktay “oktay” adlı səhifəsindən bu yazını paylaşıb: “X7 publikaya işləyirsən PEYSƏRSƏN Polisə məni verib gedib oturub idarədə Sənin qeyrətivi Sikim oxuyursan cavab vermirsən gəlib mənimlə təkbətək görüşmürsən Yazmısan Oktay mənə zəng etmir zəngdə etdim üzüvədə söydüm burada da yazıram gəlda” Bu yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. Bildirir ki, O.P.Əhmədov və A.Q.Şükürova ailəlidir və onlar hər ikisidə bir çox videolarda həm onu, həm də həyat yoldaşı A.Y.İsmayılovanı təhqiramiz sözlərlə təhqir edərək onlara böhtan atırlar. Bir çox sübutlar bir-biri ilə bağlı və asılı olduğu üçün işin ədalətli araşdırılması naminə O.P.Əhmədov və A.Q.Şükürovaya qarşı verdikləri xüsusi ittiham qaydasında şikayət ərizələrinə bir icraatda baxılması daha yaxşı və effektli olardı. Qeyd edir ki, iş üzrə müvafiq linqivistik ekspertiza keçirilməsi ilə təqdim edilən ifadələrin böhtan və təhqir olmalarına nail olmaq olar. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçılar F.Z.İsmayılov və A.Y.İsmayılova şikayət ərizəsinin mahiyyətinə uyğun ifadə verərək məhkəmədən təqsirləndirilən şəxslər O.P.Əhmədovun və A.Q.Şükürovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə təqsirli bilinərək onların hər bir maddə üzrə 06 (altı) ay və qəti olaraq 01 (bir il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və istifadə etdikləri sosial şəbəkələr vasitəsi ilə onlardan üzr istəməsi barədə qərar qəbul edilməsi xahiş etmişlər. Məhkəmə iclasında xüsusi ittihamçı F.Z.İsmayılovun vəkili Müdafiəçi1 şikayəti müdafiə edərək təqsirləndirilən şəxslər O.P.Əhmədov və A.Q.Şükürova barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs A.Q.Şükürova barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətlə razılaşmayaraq bildirmişdir ki, onun barəsində verilmiş şikayət əsassızdır belə ki, onun instaqram və teleqram səhifəsində paylaşdığı yazılar onun ailəsinə qarşı haqsızlıq edən insanlara aiddir. Həmin yazılarda onun unvanladığı sözlər Şəmdin adlı xanıma və sair şəxslərə ünvanlanmış, hal-hazırda da Şəmdin adlı xanım rəhmətə getmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş flaşkartda olan görüntülərdə o, nə F.Z.İsmayılovun nədə ki, A.Y.İsmayılovanın ünvanına (konkkret olaraq adları və soyadları çəkilərək) heç bir təhqiramiz sözlər işlətməmiş və onlara böhtan atmamışdır. Həmçinin bildirmişdir ki, onun instaqram və teleqram səhifəsində 1.500.000 minə yaxın müxtəlif profil adlarına sahib izləyiciləri vardır. Onlar həmin sözləri özlərinə götürürlərsə də, bu onlara aid olan məsələdir. Bu səbəbdən də şikayətin əsassız olmasını və təqsirinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər təqsirləndirilən şəxs O.P.Əhmədov bir fakt üzrə özünü təqsirli bilərək həmin vaxt əsəbi olduğundan işlətdiyi ifadələrdən peşman olduğunu və onun barəsində şikayət ərizəsində göstərilən digər xüsusatlarla razı olmadığını, F.Z.İsmayılova və A.Y.İsmayılovaya böhtan atmadığını bildirmişdir. Yuxarıdakılara nəzərə alaraq məhkəmədən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər A.Q.Şükürovanın və O.P.Əhmədovun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu və həmin ittihamının sübut edilməməsini nəzərə alaraq sonuncular barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə A.Q.Şükürovaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs A.Q.Şükürovanın xüsusi ittihamçılar F.Z.İsmayılovun və A.Y.İsmayılovanın yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətlərinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi müəyyən edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; 346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.4. cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi; 346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı; 346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Beləliklə, xüsusi ittihamçılar F.Z.İsmayılov və A.Y.İsmayılova tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim edilmişdir: fləşkarda olan instaqram və teleqram sosial şəbəkəsində O.P.Əhmədovun “Ok7ay” adlı ilə həmçinin A.Q.Şükürovanın “aysel.shukur” “X18” adlı profilində müxtəlif vaxtlara aid hekayə və səs paylaşımları. Məhkəmə istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.Q.Şükürovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli olmaması aşağıdakılarla sübuta yetirilir. Belə ki, məhkəməyə təqdim edimiş fləşkarda olan instaqram və telelqram sosial şəbəkəsində olan müxtəlif vaxtlara aid hekayə paylaşımları və səs yazıları məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, A.Q.Şükürova “aysel.shukur” “X18” adlı profilində aşağıdakıları bildirmişdir: 1) 17.12.2019 22.15 MP4 - Hamı bilirki, Elmira da Nagihan da bilir ki, atam necə insandır, ən azından görüblər qızdan. Siz kimsiz gedib birləşəsiz hansısa küçədə qalmış, pozğun kişi hansısa arvadın.... ağzını açdırmasın şərəfsiz, heç vecimə də deyil, istanmışın yağışdan qorxusu yoxdur. Siz gedib o şərəfsiz ibnə ilə qızının nişanında mənim dədəmə qarşı komple qurmaq istəyirsiz mənim atama qarşı hansısa komple qura bilməzsiz atamın anlı ağdı mənim alnım nətəri açıqsa, atamın alnıda açıqdır. Başa düşdüz sözünüz var? Mənim deyiləcək hələ çox sözüm var, necə lazımsa axıra qədər gedirik, adımı çəkmisiz plan qurmağa onu da gətirəcəm onsuzda bundan qaçışınız yoxdur. Araşdıranda çıxacaq ki, onların nişanında olmusuz çünki bu adam atamın düşməninin adını bilmir, onun qızının zaksının olduğunu bilmirdi. Siz demisiz plan qurmaq istəmisiz, bunlara demisiz gəlin söz atmısız niyə xeyir ola!!! 2) 18.12.2019 13.45 MP4 - “mən sənə sübut eliyərəm ki, Şəmi var ha Şəmi kimlə plan qurmusuz Sheminin qızının nishaninda o Sammədinlə çəkmisiz ha plan qurmusuz mənim atama qarşı söz atmısız. 3) 19.12.2019 21.28 JPG - “Mene ele şəkillerin var ki, Bura atsam damarıvı nece kesirdine ele kesersen yene Hele bunları yaxınlaşdırıb qovdum Ağıllı ol” 4) 19.12.2019 21.24 MP4 - “Kişiciyin var a kişiciyin soxdu ya işinə məhkəmə qərarını paylaşandan sonra soxdu ya işinə o kişiciyinə denən ki, o peysərə atıb e camahatın qabağında neçə oğlanların qabağında bu səkilləri onsuzda siz padoşsuz yenə dırnaqarası xoşbəxtliyinizi camahata göstərəcəksiz. Mən bunları atsam sən öldün sən öldün ağlıyanın yoxdur. Sizin duxunuz çatır, sizin duxunuz çatır ? mənnən üz-üzə məndə olan video şəkilləri telefonumda göstərim. Başa düşdün ağıllı ol !! Mənim boşanmağımı dilinizə dolamayın!!!” 5) 19.12.2019 21.31 MP4 - “Aaa qruppavoy Gürcüstana getmişdiz ha evindəkilərə demişdin Qəbələdəyəm. O qızsan da sən Gürcüstana Qəbələdə gedib evindəkilərə Qəbələ olduğunu deyən qız. Biz heç evimizdəkilərdən icazə alıb həyətə düşə bilmirik.” Bu səsdə bildirir ki, guya Asya başqa şəxslərlə qruppavoy nə vaxtsa Qebele adıyla Gürcüstana gedib, demək istəyir ki, Aysel əxlaqsızdır ailəsini aldadıb Qəbələ adıyla Gürcüstana gedib. A.Şükürova bunu da məhkəmədə sübut etməlidir. 6) 19.12.2019 21.33.MP4 - “Smart hotel var ha deyirlər sən bütün hotelləri tanıyırsan səndən soruşaq bidənə oranın qiymətini soruşda.” 7) 19.12.2019 21.35.MP4 - “X9 otelin qiymətini? Gəzirsən e bütün Novxanıdakı hotelləri!!! Əsasda o Smart hoteli hamı tanıyır səni orda!!!” 8) 19.12.2019 22.49.jpg - “Kül başıva nişanlı olanda başqasıyla görüsən qancıq əsas odu faktlar məndədir. Erivin xalası oğlu vare ondan soruşun o deyecey kimle neylemisen nişanli olanda kül başıva.” 9) 20.12.2019 00.21.MOV - “istəyir prokurorluğa gedir, intihar edir, cinayət işi açır, məhkəməyə gedir yəni onlar bilir ki, mən bunların ən şeyini yaşamışam, nələrdən keçmişəm və dim-dik ayaq üstəyəm”. “Hara gedirlər-getsinlər, nə edirlər, etsinlər mən onlardan əl çəkməyəcəm. “mən Aysel deyirəm. “Amma ki bu birisi şərəfsizlər əri buyandan deyir ölürəm maması da deyir Fuadla idi problemin Fuada edərdin da görün bu da qaynana devir problemin Fuadladır get Fuadla həll elə deməli qızı getməsin amma bu birisi onsuzda bular başayaq edirlər yeznəni kürəkəndi yeznədi heç başınıda çıxmır.” 10) 20.12.2019 11.44.MP4 - “mənim vecimə də deyil, cəzamı da təzminatımı da ödəyərəm amma onu biyabır edərəm.” “Keçmişimlə vurmağa çalışırlar.” 11) 19.12.2019 09.47.MP4 - “Tərbiyəsiz sənin nəslindir gicdıllaq sənin ağzını sikim bildin ağıllı ol qəhbə cırığı sən heç mənə heçnə deyə bilməzsən göt.” Bundan başqa cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1520 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki : 1) 17.12.2019-22.15 MP4 - videoda “siz kimsiz gedib birləşəsiz hansısa küçədə qalmış pozğun kişi hansısa arvadın...ağzımı açdırmasın şərəfsiz”sözlər, 2) 19.12.2019 21.24 MP4 - videoda “Kişiciyin var a kişiciyin..., o peysərə atıb e camaatın qabağında neçə oğlanların qabağında bu şəkilləri onsuzda siz padoşsuz yenə dırnaqarası xoşbəxtliyinizi camaata göstərəcəksiniz....”söz və ifadələr, 3) 19.12.2019 21.35 MP4 - videoda ”X9 otelin qiymətini? Gəzirsən e bütün Novxanıdakı hotelləri!!! Əsasda o Smart hoteli hamı tanıyır səni orda!!!”söz və ifadələr, 4) 19.12.2019 22.49 JPG - şəkildə ”Kül sənin başına nişanlı olanda başqasıyla görüşən qancıq, əsas odu faktlar məndədir. Ərivin xalası oğlu var e ondan soruşun o deyəcək kimlə neyləmisən nişanlı olanda kül başına” kimi söz, söz birləşmələri və məlumatlar, 5) 19.12.2019 22.49 JPG - şəkildə “Tərbiyəsiz sənin nəslindir gicdıllaq sənin ağzıyı sikim bildin ağıllı ol qəhbə cırığı sən heç mənə heç nə deyə bilməzsən göt”söz və ifadələr yönəldiyi şəxsin şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salam məlumatlar olmaqla, bütünlüklə təhqiredici xarakterə malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin iştirakı ilə məhkəmə islasında tədqiq edilmiş flaşkarda olan instaqram və teleqram sosial şəbəkələrində olan təqsirləndirilən şəxs A.Q.Şükürovanın müxtəlif vaxtlara aid hekayə və səs paylaşımlarında sonuncunun yazdığı və işlətdiyi söz ifadələrinin xüsusi ittihamçılar F.Z.İsmayılova və A.Y.İsmayılovaya yönəldiyi müəyyən edilmir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1520 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən də görünür ki, təhqiredici xarakterə malik olan sözlər və ifadələr yönəldiyi şəxsin şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salam məlumatlardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuyla, təqsirləndirilən şəxsin və xüsusi ittihamçıların ifadəsi ilə, məhkəmə islasında tədqiq edilmiş flaşkarda olan instaqram və teleqram sosial şəbəkələrində olan təqsirləndirilən şəxs A.Q.Şükürova tərəfindən müxtəlif vaxtlara aid hekayə və səs paylaşımları, həmçinin ekspert rəyi ilə məhz təqsirləndirilən şəxsin yazdığı və işlətdiyi söz ifadələrdə xüsusi ittihamçılar F.Z.İsmayılova və A.Y.İsmayılovaya yönəldiyi məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir həmçinin qərarda dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Beləliklə məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədi ilə xüsusi ittihamçılara ittihamı əsaslandırmaq üçün bütün zəruri şəraitin yaradılmasına və sübutetmə vəzifəsi xüsusi ittihamçıların üzərinə düşməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ittihamçılar tərəfindən şikayət ərizəsində gösətrilən halların yəni təqsirləndirilən şəxs A.Q.Şukürovanın onların ünvanına böhtan və təhqir etməsi faktları öz təsdiqini tapmamış, şikayətdə isə göstərilən hallar yalnız xüsusi ittihamçıların öz ehtimallarına və şübhələrinə əsaslanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il”tarixli Qərarının 6-cı bəndində göstərilir ki,”məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi A.Q.Şükürovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, A.Q.Şükürovanın ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddələr ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bundan başqa məhkəmə digər təqsirləndirilən şəxs O.P.Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, O.P.Əhmədovun əməlində həmin Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilməli, sonuncunun əməlində həmin Məcəlləsinin 148-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu üçün onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəməyə təqdim edimiş flaşkarda olan instaqram sosial şəbəkəsində müxtəlif vaxtlara aid hekayə paylaşımları məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, O.P.Əhmədov “Ok7ay” adlı profilində aşağıdakıları bildirmişdir: 1) 18.12.2019 16.24 MP4 - bu videoda: “Fuad sən və səninkilərdən kimsə var burda çatdırsın sənə liçni deyirəm sənin qeyrətivi qeyrətində sənin evdəkilərdir anandır, bacındır, arvadındır. Sənin üzüyə dedim telefondada dedim gəl görüşək mən zəng edirəm söndürmək lazım deyil. Biqeyrət, şərəfsiz, peysər!!!” 2) 18.12.2019 20.57 MOV, 18.12.2019 20.57.PNG - bu videoda “Sənin qeyrətivi sikim gəl tək bə tək görüşək ,zəng etmişəm polislərdə məni gözləyir gəl kişisənsə tək görüşək.2 dəfə məni polisə verib 1 dəfə də iqonu 1 dəfə Turalı, kişi qəhbəsi gəl görüşək” (həmin vaxtı 110 min izləyicisi müşayət edir). 3) 21.12.2019 15.40 MP4 - bu videoda “F.İsmayılov və A.İsmayılova var onun birdənə səhifəsinə yazın o qeyrətsiz peysər F.İsmayılov arvadı qəhbə bidənə ona yazın ki, çıxsın da zəng edirəm telefonu götürmür səhifəsində yazır arvadı qəhbə bidənə yazın ki,” Bu video qeydi onların instagram hesablarına “nergizhh._” adlı istifadəçi göndərib (videodan da görünür). 4) 20.12.2019 17.10 MP4 – bu videoda “İqoyla söhbətin oldu İqonu polisə verdin ay şərəfsiz ay biqeyrət çıx üzə kişi qəhbəsisən səni sikərəm sikildiyin günü ömür boyu yadından çıxarmarsan gəl çıx ortaya sikim sənin qeyrətivi bax belə deyirəm nömrəmi də bilirsən zəng elə gəl dediyim yerə.” 5) 20.12.2019 19.34.MP4 – bu videoda: “Bizim Ayseldi də faktları ortaya qoydu özünü kişi sayan guya götürüb köhnə internetdə sözü tapıb kiminsə müsahibəsini tapıb istoriyasına yükləyib altından da yazıb Oktay sən mənə yığ yığdım da söydüm evdəkiləriyi də söydüm səni də söydüm qeyrətinə deyirəm kişisənsə gəl görüşək təkbətək sənin başıva bilirsən də neyləyərəm biabırçılıqdır demirəm də indiyə kimi sakit durdum dinmədim nəyi var əlimə keçəcəksən” 6) 20.12.2019 21.10.MOV – bu videoda “X7 publikaya işləyirsən PEYSƏRSƏN Polisə məni verib gedib oturub idarədə Sənin qeyrətivi Sikim oxuyursan cavab vermirsən gəlib mənimlə təkbətək görüşmürsən Yazmısan Oktay mənə zəng etmir zəngdə etdim üzüvədə söydüm burada da yazıram gəlda” Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 03.01.2022-ci il tarixli arayışdan görünür ki, O.P.Əhmədovun və A.Q.Şükürovanın məhkumluğları qeydə alınmamışdır. Yuxarıda göstərilən söz və ifadələrə münasibətdə məhkəmə qeyd edir ki, bu ifadənin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar, yaxud təhqir, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi qiymətləndirmək olmaz. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il”tarixli Qərarının 6-cı bəndində göstərilir ki,”məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmçinin məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətə (ittiham aktına) əsasən müəyyən olunur ki, xüsusi ittihamçılar şikayətin xahiş etdi hissəsində təqsirləndirilən şəxs O.P.Əhmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsini xahiş etsələr də, şikayətin əsaslandırma hissəsində sonuncu tərəfindən törədilmiş cinayət əməlinə görə onu yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilmişlər. Belə ki, şikayətin məzmunu aşağıdakı kimi olmuşdur: 1) 18.12.2019 16.24.MP4 - bu video onun sübutudur ki, instagram sosial şebekesinde Oktay təhqiramiz söyüşlər söyür: Fuad sən və səninkilərdən kimsə var burda çatdırsın sənə liçni deyirəm sənin qeyrətivi qeyrətində sənin evdəkilərdir anandır, bacındır, arvadındır. Sənin üzüyə dedim telefondada dedim gəl görüşək mən zəng edirəm söndürmək lazım deyil. Biqeyrət, şərəfsiz, peysər!!! Bu videoda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 2) 18.12.2019 20.57.MOV, 18.12.2019 20.57.PNG - burda videodan da görünür ki, həqiqətən Oktay öz instagram sosial şəbəkəsində (həmin vaxtı 110 min izləyicisi var idi), səhifəsinin hekayə bölümündə onu açıq-aydın söyür. (Sənin qeyrətivi sikim «gəl təkbətək görüşək ,zəng etmişəm polislərdə məni gözləyir gəl kişisənsə tək görüşək. 2 dəfə məni polisə verib 1 dəfə də İqonu 1 dəfə Turalı, kişi qəhbəsi gəl görüşək) nömrəsini paylaşır və böhtan atır. O, İqo dediyi İqameddini ve Turalı (Elmiranın yoldaşı) polisə filan verməmişəm. Sadəcə bu və Aysel nə yazırdılarsa, elə düzüb qoşurdular ki, hər kəs də inanırdı. Onları da siz ve qaynanası paylaşımlar etməyə qoymurdu deyə insanlara bu melumatları təkzib edə bilmirdi. Orada yazıb oturub polisdə onu gözləyi ifadəsi də səhvdi. O onunla telefonla danışmış və onu söymüşdür (o da meni) dedi görüşək, birinci o da razılaşmış görüşməyə maşında gedəndə qaynanası və Elşən müəllim zəng etmiş və qoymadı deyə sonra bir ara telefonunu açmamışdır, daha sonra açmış və ve bildirmişdir ki, gəlmir görüşə və ona “ Biz sənlə məhkəmədə görüşəcəyik” demişdir. Bu da onu götürüb bu cür səhifəsində yazaraq onu camaatın qabağında qorxaq biri kimi göstərmiş, hansı ki, nə ondan qorxur, nə yoldaşından, nə qaynatasından, nə də Elmiranın o zavod müdürü atasından, hansi ki, atası zəng eləmişdi o vaxt ona gijdədi telefonda artıqlaması ilə cavabını vermiş, duxu da çatmadı nəsə eləsin. Hələ ona telefonda hədə-qorxu da gəlmişdi (videosu var telefon danışıqlarının, nömrəsi də düşür, səsi də var). Bu videoda O.P.Əhmədov onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 3) 21.12.2019 15.40.MP4 - bu videoda Oktay öz instagram səhifəsində canlı yayım açaraq onun ad və soyadını və yoldaşının ad və soyadını çəkərək onları çəkərət onları söyür: “F.İsmayılov və A.İsmayılova var onun birdənə səhifəsinə yazın o qeyrətsiz peysər F.İsmayılov arvadı qəhbə bidənə ona yazın ki, çıxsın da zəng edirəm telefonu götürmür səhifəsində yazır arvadı qəhbə bidənə yazın ki,” Bu video qeydi onların instagram hesablarına “nergizhh._” adlı istifadəçi göndərib (videodan da görünür). Bu video səs yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 4) 20.12.2019 17.10.MP4 - burda ise Oktay öz instagram səhifəsində canlı yayım açaraq insanların qarşısına keçib şər-böhtan ve ardıcıl söyüşlər söyür və bu videoda da Oktay söyüşlərinə davam edir: “İqoyla söhbətin oldu İqonu polisə verdin ay şərəfsiz ay biqeyrət çıx üzə kişi qəhbəsisən səni sikərəm sikildiyin günü ömür boyu yadından çıxarmarsan gəl çıx ortaya sikim sənin qeyrətivi bax belə deyirəm nömrəmi də bilirsən zəng elə gəl dediyim yerə.” Həmin bu videonu onlara göndərən yenə də həmin “ayvazova601” adlı izləyicilər də deyir ki, bundan əvvəl daha biyabırçı sözler dedi sizin və yoldaşınızın haqqında. Canlı Yayım zamanı da fikir versəniz izləyicilər yazır ki, düzgün eləmirsiz, Fuad bəy ele biri deyil, bu ne biyabırçılıqdı bu nə hədsizlikdir və s. ancaq Oktay bunlara məhəl qoymayaraq söyüşlərinə davam edir. Bu video səs yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 5) 20.12.2019 19.34 MP4 - burda ise Oktayin dediyi odur ki: “Bizim Ayseldi də faktları ortaya qoydu özünü kişi sayan guya götürüb köhnə internetdə sözü tapıb kiminsə müsahibəsini tapıb istoriyasına yükləyib altından da yazıb Oktay sən mənə yığ yığdım da söydüm evdəkiləriyi də söydüm səni də söydüm qeyrətinə deyirəm kişisənsə gəl görüşək təkbətək sənin başıva bilirsən də neyləyərəm biabırçılıqdır demirəm də indiyə kimi sakit durdum dinmədim nəyi var əlimə keçəcəksən” Bu videoda da Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 6) 20.12.2019 21.10 MOV – növbəti dəfə Oktay “oktay” adlı səhifəsindən bu yazını paylaşıb: “X7 publikaya işləyirsən PEYSƏRSƏN Polisə məni verib gedib oturub idarədə Sənin qeyrətivi Sikim oxuyursan cavab vermirsən gəlib mənimlə təkbətək görüşmürsən Yazmısan Oktay mənə zəng etmir zəngdə etdim üzüvədə söydüm burada da yazıram gəlda” Bu yazıda Oktay onu təhqir etməklə CM-nin 148-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi O.P.Əhmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, O.P.Əhmədovun ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxs O.P.Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb, onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, O.P.Əhmədovun əməlində həmin Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin əməlinin törətməsi tamamilə sübuta yetirildi. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1520 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki: 1) 18.12.2019 16.24 MP4 - “Biqeyrət, şərəfsiz, peysər!!!” və digər söyüş xarakterli sözlər (instaqram profilində canlı yayında 402 izləyici), 2) 18.12.2019 20.57 MOV, 18.12.2019 20.57 PNG - videoda “Sənin qeyrətivi sikim ... kişi qəhbəsi” və digər söyüş xarakterli sözlər (instaqram profilində canlı yayında 1113 izləyici), 3) 21.12.2019 15.40 MP4 - videoda “F.Z.İsmayılov və A.Y.İsmayılova var onun birdənə səhifəsinə yazın o qeyrətsiz peysər F.İsmayılov arvadı qəhbə bidənə ona yazın ki, çıxsın da zəng edirəm telefonu götürmür səhifəsində yazır arvadı qəhbə bidənə yazın ki” söz və ifadələr (instaqram profilində canlı yayında 402 izləyici), 4) 20.12.2019 17.10 MP4 – videoda canlı yayımda “ Ay şərəfsiz, ay biqeyrət çıx üzə kişi qəhbəsindən səni sikərəm sikildiyin günü ömür boyu yadından çıxarmarsan, gəl çıx ortaya sikim sənin qeyrətiyi bax belə deyirəm nömrəmi də bilirsən zəng elə gəl” söz və ifadələr şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətlərini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar olmaqla, bütünlüklə təhqiredici xarakterə malikdir (instaqram profilində canlı yayında 1113 izləyici). Cinayət işinin əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı ilə məhkəmə islasında tədqiq edilmiş fləşkarda olan instaqram sosial şəbəkəsində təqsirləndirilən şəxs O.P.Əhmədovun müxtəlif vaxtlara aid hekayə paylaşımlarında sonuncunun yazdığı və işlətdiyi söz ifadələri xüsusi ittihamçılar F.Z.İsmayılov və A.Y.İsmayılovanın ad və soyadları çəkilərək bir başa yönəldiyindən, həmçinin məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1520 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən də görünür ki, təhqiredici xarakterə malik olan O.P.Əhmədovun müxtəlif vaxtlara aid hekayə paylaşımlarındakı sözlər və ifadələr yönəldiyi şəxslərin şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salam məlumatlar olmaqla bütövlükdə təhqir edici ifadələrə malikdir.. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuyla, təqsirləndirilən şəxsin və xüsusi ittihamçıların ifadəsi ilə, məhkəmə islasında tədqiq edilmiş fləşkarda olan instaqram və sosial şəbəkəsində olan müxtəlif vaxtlara aid hekayə paylaşımları və ekspert rəyi ilə təqsirləndirilən şəxs O.P.Əhmədovun kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında”xüsusi ittihamçıların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətinin törətməsi məhkəmə iclasında sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs O.P.Əhmədovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Bununla belə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının olmasına baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs O.P.Əhmədov barəsində ittiham hökmü çıxarılmalı, ona cəza təyin edilməli və Qərara əsasən cəzadan azad edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət hadisəsi 2019cu ilin 17-21 dekabr tarixlərində baş vermiş, həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında”şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz”manatadək miqdarda cərimə və ya”iki yüz qırx saatdan dörd yüz səksən”saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə ittiham olunan həmin Məcəllənin 148-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda -təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur - cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə instaqram və teleqram sosial şəbəkəsində olan müxtəlif vaxtlara aid hekayə və səs paylaşımlarını əks etdirən 1 ədəd fləşkart cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxs O.P.Əhmədovdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı CPM-nin 39.1, 42, 44.1, 44.2, 55, 344-347, 349, 350, 351, 352, 353, 356, 358, və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X13 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarı tədbiq edilsin və o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasından azad edilsin. Cinayət işi üzrə instaqram və teleqram sosial şəbəkəsində olan müxtəlif vaxtlara aid hekayə və səs paylaşımlarını əks etdirən 1 ədəd flaşkard cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar